Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-69/2024 25.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs X3, onun müdafiiəçi X6, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, əvvələr məhkum olunmamış, işləməyən, Kəlbəcər rayonu, İstibulaq ərazi dairəsi, Göydərə kəndində qeydiyyatda olan və Göygöl rayonu Şəhriyar kəndində yaşayan, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına 25 iyun 2024-cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 11 may 2024-cü il tarixdə, saat 01 radələrində Göygöl rayonu, Şəhriyar kəndində yerləşən anasına məxsus fərdi yaşayış evində ərinin onunla barışması və birlikdə yaşamaları barədə təklifinə razılıq vermədiyi üçün, yəni şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici xassəyə malik olmaqla soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə əri Zərərçəkmiş şəxs sağ əlinə bir zərbə vurub sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cuzi itirilməsinə səbəb olmaqla, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid “sağ əlin kəsilmiş yarası” xəsarətini qəsdən yetirmişdir. İşin halları: Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, X7 ilə 2022-ci rəsmi qaydada evlənmişlər. xx.xx.2024-cü il tarixdə axşam saat 23 radələrində arvadı Mehriban Atayeva valideyinlərinin yaşadığı Göygöl rayonu Şəhriyar kəndinə getmişdir. O, Mehriban Atayeva ilə barışmaq üçün 11 may 2024-cü il tarixə keçən gecə onun yaşadığı evə getmiş, saat 01 radələrinədə Mehriban yenədə barışmaq istəmədiyini demiş, o, Mehribana yaxınlaşıb onu sakitləşdirmək istəmişdir. X11 evdə olan mətbəx bıçağını götürüb bıçağın deşici hissəsi olan ucu ilə onun sağ əlindən vurmuş, onun əlinin qanamağa başladığını görərək evdən çölə çıxmışdır. Hadisədən sonra arvadı X7 ondan üzr istədiyinə və dəyən ziyanı ödədiyinə görə onu bağışlamış və onunla barışmış və bir yerdə mehriban yaşayırlar. X2 şikayəti yoxdur, onun barəsində cinayət təqibinə xitam vrilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, X7 onun arvadı olmaqla, hal-hazırda əməlindən peşman olmaqla, ondan üzr istəmişdir. X7 ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Buna görə də X3 cinayət məsuliyyətindən azad edilməsini, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı X7 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2022-ci rəsmi qaydada evlənmişlər. Aralarında olan narazılığa görə o, xx.xx.2024-cü il tarixdə axşam valideyinlərinin yaşadığı Göygöl rayonu Şəhriyar kəndinə getmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs onun yaşadığı Göygöl rayonu Şəhriyar kəndində yerləşən evə gələrək onunla barışmaq istədiyini dediyini, həmin vaxt o, Elsevər ilə yaşadığı evdə söhbət edərək barışmaq istəmədiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs üzərinə gəlmiş, o, Zərərçəkmiş şəxs qorxutmaq üçün evdə olan mətbəx bıçağını götürüb bıçağın deşici hissəsi olan ucu ilə onun sağ əlindən vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs əlinin qanamağa başlamışdır. Zərərçəkmiş şəxs otaqdan çıxıb, getmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır. Hal-hazırda da bir yerdə yaşayırlar. Zərərçəkmiş şəxs hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsinə razıdır və bunu xahiş edir. X7 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, əri Zərərçəkmiş şəxs onu bağışlayıb, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdiyinə görə o, da barəsində olan cinayət təqibinə xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. X3 cinayət əməli məhkəmə istintaqında məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış materiallar, zərərçəkmiş ifadəsi, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materiallarını nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X7 Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquq şəxsi Göygöl rayon şöbəsi tərəfindən verilmiş 11 may 2024-cü il tarixli, 265 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs 11 may 2024-cü tarixdə ekspert müayinəsində keçərkən onun bədəni üzərində kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş “sağ əlin kəsilmiş yarası” xəsarəti müəyyən edilmişdir. Qeyd olunan xəsarət müddəti 11 may 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN BƏSİİ-in tələbnaməsindən məlum olur ki, X7 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs X7 yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Dövlət ittihamçısı çıxışında göstərdi ki, təqsirləndirilən şəxs X7 əri Zərərçəkmiş şəxs ilə barışdığına və ona vurduğu ziyanı tam həcmdə ödədiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X7 cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Hüquqi məsələlər: 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci madddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə işin tədqiq edilən hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X7 Zərərçəkmiş şəxs ilə barışdığı üçün və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün barəsində cinayət təqibinə xitam verilməlidir. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-in 321.2.1-ci və 381-384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. X7 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunan vaxtdan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-69/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-69/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver