Məhkəmə qərarları › İş №1(066)-7/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-7/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-7/2024 06.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X7 Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Şəki şəhəri, Səfərov küçəsi ev 02-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, bina 166, mənzil 8-də yaşayan, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və oğlu 8 yaşına çatanadək cəzasının icrası təxirə salınmış, məhkumluğu ödənilməmiş, barəsində Göygöl Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu Şahid1 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs özünü “Milli Təhlükəsizlik Nazirliyin”in işçisi kimi təqdim edib sonuncuya xəstəliyi ilə əlaqədar 7000 (yeddi min) manat qarşılığında əlillik təqaüdü təyin etdirəcəyi barədə yalan vədlər verib inandıraraq 21 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs oğlu Şahid2 ona məxsus 4169-7385-0018-3896 nömrəli “Kapital Bank”a aid hesab kartına Göygöl şəhəri Səttar Bəhlulzadə küçəsində yerləşən “Step Market”də olan “Milli Ön” ödəmə terminalından göndərdiyi 1000 (min) manat pulu alıb ələ keçirdikdən sonra vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Şahid2 25 iyun 2022-ci il tarixdə Göygöl şəhəri Səttar Bəhlulzadə küçəsində yerləşən “Step Market”də olan “Milli Ön” ödəmə terminalı vasitəsilə göndərdiyi 1000 (min) manat, 27 iyun 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Balmart market”də olan “Milli Ön” ödəmə terminalından göndərdiyi 1000(min) manat, 06 iyul 2022-ci il tarixdə Göygöl şəhəri, S.Bəhlulzadə küçəsində yerləşən “Step Market”də olan “Milli Ön” ödəmə terminalından göndərdiyi 1000 (min) manat, 11 iyul 2022-ci il tarixdə Göygöl şəhəri, S.Bəhlulzadə küçəsində yerləşən “Step Market”də olan “Milli Ön” ödəmə terminalından göndərdiyi 1000 (min) manat, 28 iyul 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Balmart market”də olan “Milli Ön” ödəmə terminalından göndərdiyi 1000 (min) manat olmaqla göstərilən dövr ərzində Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab edilən 6000 (altı min) manat pulunu alıb ələ keçirməklə xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda qohumu Durna adlı şəxsin vasitəsi ilə tanımışdır. Durna adlı qohumu ***-***-**-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, yanında aşbaz işlədiyi Bağır adlı şəxsin İ Qarabağ müharibəsində ayağından güllə yarası aldığını demiş və əlilliklə bağlı təqaüd almağına köməklik etməyini xahiş etmişdir. O, də Durnaya əlindən gələni edəcəyini demişdir. Durna onun mobil nömrəsini Bağır adlı şəxsə vermiş, Bağır adlı şəxslə əvvəlcə mobil telefon vasitəsi ilə bir neçə dəfə əlaqə saxlamışdır. Bağırla mobil telefonla danışıq zamanı, ona özünün onun işinin arxası ilə getmək üçün pulunun olmamasını demişdir. Bağır da əlinə pul keçdikcə hissə-hissə göndərəcəyini demişdir. Bağır danışıq zamanı özü işinin həll olması üçün 5000 (beş min) manat pul göndərəcəyini demişdir. O, Bağır adlı şəxslə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Bağır adlı şəxs ona zəng edərək, kart göndərməyini, ona məxsus karta 1000 manat pul göndərəcəyəni bildirmişdir. O, özünə məxsus kapital bank kartının şəklini çəkərək whatsapp sosial şəbəkəsi vasitəsi ilə Bağıra göndərmişdir. Həmin gün Bağır onun kartına 1000 (min) manat göndərmişdir. O, Bağırla telefon vasitəsi ilə əlaqə saxlayan zaman hər dəfə epikriz istədikdə müxtəlif bəhanələr gətirmiş və hər dəfə ona məxsus karta pul göndərmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Bağır yenə ona məxsus həmin karta yenidən 1000 (min) manat pul göndərmişdir. Hər dəfə pul göndərməmişdən əvvəl Bağır ona məxsu mobil nömrəyə zəng edərək pul göndərdiyini və məbləği demişdir. Daha sonra xx.xx.2022ci il tarixdə Bağır yenə ona məxsus həmin karta yenidən 1000 (min) manat pul göndərmişdir. Bir müddət keçəndən sonra yəni xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə ayrı-ayrılıqda 1000 (min) manat olmaq ona məxsus həmin karta pul göndərmişdir. O, Bağır adlı şəxslə ilk dəfə Göygöl rayonuna istirahət etmək üçün gələn zaman, yəni 2022-ci ilin avqust ayında dəqiq gününü xatırlamdığı vaxtda ona məxsus adını xatırlamadığı kafenin həyətində görüşmüşdür. Bağır adlı şəxs sağ ayağının baldır hissəsini göstərərək ayağından güllə yarası aldığını bildirmişdir. Ayağında qaralmalar görmüşdür. O, Bağıra müharibə zamanı xəsarət alması ilə bağlı hansısa Hərbi Hospitalda müailəcə alması barədə sənədlərini təqdim etməsini, əlilliklə bağlı təqaüd məsələsinin həllini tapacağını demişdir. Sonunca dəfə Bağır ona məxsus karta 2022-ci ilin avqust ayında dəqiq gününü xatırlamadığı vaxtda 1000 (min) manat pul göndərmişdir. Bağır adlı şəxs ona əlilliklə əlaqədar təqaüd düzəltməyi üçün hissə-hissə olmaqla ümumilikdə 6000 (altı min) manat pul göndərmişdir. Bağır adlı şəxs əgər onun işini alındırsa, bir bu qədərdə ona pay olaraq pul verəcəyini demişdir. O, isə elə bilmişdir ki, Bağırın xəstəxanada müalicə alması ilə bağlı epikrizi vardır. 2022-ci ilin oktyabr ayının sonlarında Bağır adlı şəxsin oğlu Ayxan adlı şəxs ona məxsus mobil nömrəyə zəng edərək, onun ünvanına nalayiq ifadələr işlədib, atasının verdiyi pulu geri istəmişdir. O, isə Ayxana ki, pulu ona necə hissə-hissə göndəriblərsə, elə də qaytaracağını demişdir. O, Bağırın oğlu Ayxanın adına olan karta xx.xx.2022-ci il tarixdə 1900 (min doqquz yüz) manat və 100 (yüz) manat olmaqla, ümumilikdə 2000 manat, xx.xx.2022-ci il tarixdə həmin karta 2000 (iki min) manat, xx.xx.2022-ci il tarixdə 1000 (min) manat və xx.xx.2022-ci il tarixdə 1000 (min) manat pulu ödəmişdir. O, pulu göndərib qurtardıqdan sonra Ayxan ona zəng edərək əlavə 3000 (üç min) manat pul istəmiş, həmin pulu faizə götürdüyünü bildirmişdir. O, Ayxana demişdir ki, 6000 manat pulu geri qaytarmışdır, əlavə göndərəsi deyil. Daha sonra isə Bağır özü zəng edib 3000 (üç min) manat yox, 2000 (iki min) manat pul göndərməsini, söhbətin bağlanmasını demişdir. O, qeyd edilən törətdiyi cinayət əməllərindən peşmandır, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmədən nəzərə alınaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. İş üzrə tərəflərin xahiş ilə iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istantaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Göygöl rayonu Çaykənd kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, 4 övladı var. Rəsmi iş yeri yoxdur, fərdi olaraq Göygöl rayonu Aşıqlı kəndində kafedə işləyir. 1991-ci ildə müharibə vaxtı ayağından güllə yarası almış, lakin həmin vaxt tibbi sənədlərini itirdiyi üçün təqaüd ala bilməmişdir. Sonradan sağ ayağında qaralmalar başlamış və həmin ayağı normal işləməmişdir. 2022-ci ilin may ayında yanında olan işçisi Şahid1 ilə söhbət əsnasında Durna ona Təqsirləndirilən şəxs adlı şəxsin onun qohumu olmasını, Elzanın “MTN” işçisi olduğunu, Elzanın ona ayağına görə təqaüd düzəldə biləcəyini demişdir. Bundan sonra Durnanın dediklərini düşünərək təqaüd düzəltdirmək qərarına gəlmişdir. Durnaya bu barədə demiş, Durna da onun razılığını aldıqdan sonra Elza ilə danışmış, əvvəlcə Elzanın təqaüd düzəldilməsi üçün 3000 manat istədiyini demiş, o, da razılaşmışdır. Lakin 15-20 gün sonra Elza Durnaya zəng edib həmin qiymətə təqaüdü düzəldə bilməyəcəyini, bu iş üçün 7000 manat pul lazım olduğunu demişdir. Həmin vaxt Elza ilə Durnanın vasitəsilə əlaqə saxlamışdır. Hətta Elza bir dəfə də onun işlədiyi Göygöl rayonu Aşıqlı kəndində yerləşən “Yaşıl Həyat” kafesinə də gəlmiş, orada tanış olmuşlar və Elza ona “MilLi Təhlükəsizlik Nazirliyin”də işlədiyini deyib təqaüdünü düzəltdirəcəyini bir daha söz vermişdir. Onların razılaşmasına əsasən o, 7000 manat pulun 6000 manatını əvvəlcədən verməli, 1000 manatı isə təqaüd düzəldikdən sonra verməli imiş. Pulu hissə-hissə verməli olmuş, lakin Elza tez-tez Durnaya zəng edib pulu istəmişdir. Elza ona pul göndərməyi üçün özünə məxsus 4169-7385-0018-3896 nömrəli “Kapital Bank”a aid hesab nömrəsini oğlu Ayxana göndərmişdir. O, da oğlu Ayxana Elzaya göndərməsi üçün 21 iyun 2022-ci il tarixdə 1000 manat, 25 iyun 2022-ci il tarixdə 1000 manat, 17 iyun 2022-ci il tarixdə 1000 manat, 06 iyul 2022-ci il tarixdə 1000 manat, 11 iyul 2022-ci il tarixdə 1000 manat, 28 iyul 2022-ci il tarixdə 1000 manat pul vermişdir. Ayxan isə həmin tarixlərdə həmin pulları Elzaya göndərmişdir. Həmin vaxtlarda da Elzayla danışan zaman təqaüdünün 3 ay ərzində düzələcəyini demişdir. Həmçinin əvvəlcədən onun yaşayış yeri arayışını aldırdığı üçün ona inanmışdır. Lakin arayışın sadəcə şəklini Elzaya göndərmiş, həmin arayışı ondan götürməmişdir. Elzayla danışdığı müddətdən 3 ay keçdikdən sonra onunla əlaqə saxlayıb xəbər almaq istədikdə artıq o, hər dəfəsində müxtəlif bəhanələr gətirərək vaxt istəmişdir. Lakin bir müddət də keçdikdən sonra Elzanın onu aldatdığını başa düşmüşdür. O, Elzayla danışıb pulunu geri istəmiş, qeyd etmişdir ki, o, 6000 manat pulu faizli borc olaraq almışdır. Pulunu istədikdə Elza onu pulunu kimlərəsə verdiyini, daha həmin pulu qaytarıb ala bilməyəcəyini deyib faizli borc götürüb pulunu qaytaracağını demişdir. Həmçinin Durna da Elzaya onların pulunu qaytarmasını demişdir. 2022-ci ilin dekabr ayında Elza onun oğlu Ayxanın hesab kart məlumatlarını almış və bir neçə dəfəyə onların 6000 manat pulunu qaytarmışdır. Lakin onun 6000 manat pulu qaytarılsa da o, həmin pulu faizli borc olaraq əldə etdiyindən ziyan çəkmişdir. Belə ki, həmin pula əlavə olaraq 4800 manat faiz vermişdir. Həmin əlavə faizi də Elzadan tələb etsə də onun pulunu verməmişdir. İş üzrə tərəflərin xahiş ilə iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və Şahid2 ibtidai istantaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Göygöl rayonu Çaykənd kəndində ailəsi ilə birlikdə yaşayır, subaydır,rəsmi iş yeri olmasa da atası Zərərçəkmiş şəxs ilə birlikdə Göygöl rayonu Aşıqlı kəndində yerləşən “Yaşıl Həyat” kafesini işlədir. Atası Bağır 1991-ci ildə müharibə vaxtı ayağından güllə yarası almışdır, lakin həmin vaxt tibbi sənədlərini itirdiyi üçün təqaüd ala bilməmişdir. Sonradan sağ ayağında qaralmalar başlamış və həmin ayağı normal işləməmişdir. 2022-ci ilin may ayında kafedə onların yanında kətə bişirən işçi olan Şahid1 ilə söhbət əsnasında o, atasına Təqsirləndirilən şəxs adlı şəxsin onun qohumu olmasını, Elzanın “MTN” işçisi olduğunu, atasının ayağına görə təqaüd düzəldə biləcəyini demişdir. Bundan sonra atası təqaüd düzəltdirmək qərarına gəlmiş, Durnaya bu barədə demiş, Durna da Elza ilə danışmış, əvvəlcə Elzanın təqaüd düzəldilməsi üçün 3000 manat istədiyini demiş, atası da razılaşmışdır. Lakin 15-20 gün sonra Elza Durnaya zəng edib həmin qiymətə təqaüdü düzəldə bilməyəcəyini, bu iş üçün 7000 manat pul lazım olduğunu demişdir. Hətta Elza bir dəfə də onların Göygöl rayonu Aşıqlı kəndində yerləşən “Yaşıl Həyat” kafesinə də gəlmiş, orada tanış olmuş və Elza onlara “MilLi Təhlükəsizlik Nazirliyin”də işlədiyini deyib təqaüdünü düzəltdirəcəyini bir daha söz vermişdir. Atası ilə Elzanın razılaşmağına əsasən atası 7000 manat pulun 6000 manatını əvvəlcədən verməli, 1000 manatı isə təqaüd düzəldikdən sonra verməli olmuşdur. Pulu hissə-hissə verməli imiş, lakin Elza tez-tez Durnaya zəng edib pulu istəmişdir. Elza ona pul göndərməyi üçün özünə məxsus 4169- 7385-0018-3896 nömrəli “Kapital Bank”a aid hesab nömrəsini ona “Vhatsap” sürətli mesajlaşma sistemi vasitəsilə göndərmişdir. X13 göndərməyi üçün 21 iyun 2022-ci il tarixdə 1000 manat, 25 iyun 2022-ci il tarixdə 1000 manat, 17 iyun 2022-ci il tarixdə 1000 manat, 06 iyul 2022-ci il tarixdə 1000 manat, 11 iyul 2022-ci il tarixdə 1000 manat, 28 iyul 2022-ci il tarixdə 1000 manat pul vermişdir. O, isə həmin tarixlərdə həmin pulları Elzaya göndərmiş və ehtiyat üçün qəbzləri saxlamışdır. Həmin vaxtlarda da Elza atası ilə danışan zaman təqaüdünün 3 ay ərzində düzələcəyini demişdir. Elzayla danışdığı müddətdən 3 ay keçdikdən sonra onunla əlaqə saxlayıb xəbər almaq istədikdə artıq o, hər dəfəsində müxtəlif bəhanələr gətirərək vaxt istəmişdir. Lakin bir müddət də keçdikdən sonra Elzanın onları aldatdığını başa düşmüşlər. Atası Elzayla danışıb pulu geri istəmişdir. Pulu istədikdə Elza pulu kimlərəsə verdiyini, daha həmin pulu qaytarıb ala bilməyəcəyini deyib faizli borc götürüb pulunu qaytaracağını demişdir. Həmçinin Durna da Elzaya pulu qaytarmasını demişdir. 2022-ci ilin dekabr ayında onun 4169-7387-5063-5207 hesab kart məlumatlarını almış və həmin hesaba 05 dekabr 2022-ci il tarixdə 1900, 100, 2000 manat, 20 dekabr 2022-ci il tarixdə 1000 manat, 26 dekabr 2022-ci il tarixdə 1000 manat olmaqla ümumilikdə 6000 manat pul göndərmişdir. Lakin onlar həmin pulu faizli borc olaraq almışlar və həmin məbləğə görə əlavə olaraq 4800 manat da pul faiz olaraq qaytarmışlar. Bu səbəbdən atası həmin faizi də tələb etmiş, lakin Elza faizi vermədiyi üçün atası şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Göygöl rayonu Çaykənd kəndində yaşayan Zərərçəkmiş şəxs Göygöl rayon polis şöbəsinə müraciət edərək 2022-ci ilin may ayında ayağında olan xəstəliklə bağlı təqaüd düzəltməsi üçün onunla işləyən Şahid1 vasitəsilə tanış olduğu üçün Təqsirləndirilən şəxs 6000 (altı min) manat pul göndərməsini, həmin pulu faizli borc olaraq əldə etdiyindən əlavə olaraq 4800 (dörd min səkkiz yüz) manat da faiz verməsini, lakin sonuncunun öz vədinə əməl etməyərək onu aldadıb ümumilikdə 10800 (on min səkkiz yüz) manat pulunu ələ keçirib ona qarşı dələduzluq etməsini faktına görə toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi “e Manat” vasitəsi ilə olunan ödəniş qəbzləri sübut növü kimi qəbul edilmiş və cinayət işinə əlavə edilmişdir. 03 may 2023-cü il tarixdə ********* nömrəli cinayət işi Göygöl RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis kapitanı Rəşad Zeynalovun icraatına qəbul edilməklə istintaq aparılmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri kifayət qədər sübutlarla təsdiq olduğundan 01 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs istintaq orqanından gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmamışdır. 02 iyun 2023-cü il tarixdə Azərbyacan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək ********* nömrəli cinayət işinin istintaqı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. 04 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Göygöl rayon polis şöbəsinin inzibati binasına gələrək könüllü özünü təqdim etmişdir. 04 avqust 2023-cü il tarixdə cinayət işinin icraatı Göygöl RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis kapitanı Rəşad Zeynalov tərəfindən təzələnməklə istintaq aparılmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri kifayət qədər sübutlarla təsdiq olduğundan 01 iyun 2023-cü il tarixdə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. 08 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(011)-196/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə uşağı 31 avqust 2013-cü il tarixli təvəllüdlü X1 yaşına çatanadək, yəni 31 avqust 2021-ci il tarixədək cəzasının icrası təxirə salınması hökm edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, və həmin cəzanın icrası oğlu 8 yaşına çatanadək təxirə salınmışdır. İşdə olan Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5144 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5147 saylı arayışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Pisxonervoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi 1500 manat miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslərlə barışdığını, dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı iradə ifadələrini, ərizələrdə göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, cinayət işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizini dövlət büdcəsinə tamamilə ödəməsi, əvvəllər cinayət məsuliyyətindən və cəzadan azad olunmaması nəzərə alınmalı, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə mülki iddianın, məhkəmə xərcinin, müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalı, Təqsirləndirilən şəxs taba qızının barəsində seçilmiş “ev dustaqlığı”qətimkan tədbiri ləğv edilməli, cinayət işi üzrə maddi sübut olan zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs məxsus kart hesabına 6 dəfəyə hər birində 1000(min) manat olmaqla ümumilikdə 6000(altı min) manat pul göndərilməsinə dair qəbzlərin surətləri və Şahid2 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs aid səs yazıları olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı”qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs məxsus kart hesabına 6 dəfəyə hər birində 1000(min) manat olmaqla ümumilikdə 6000(altı min) manat pul göndərilməsinə dair qəbzlərin surətləri və Şahid2 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs aid səs yazıları olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar