Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-7/2025 09.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, 4-MİK, ev 12, m 17-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan əldə etdiyi, xeyli miqdarda təmiz çəkisi 1,583 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 21 may 2024-cü il tarixdə saat 23:40 radələrində Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Göygöl şəhəri, A.Kazımov küçəsində yerləşən Göygöl rayon İcra Hakimiyyətinin qarşısında müəyyən edilərək Göygöl şəhəri, A.Hacıyev küçəsi 93-də yerləşən Göygöl rayon Polis Şöbəsinə gətirilmiş və polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,583 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, səhf etmişdir. Himayəsində 2 az yaşlı uşağı var. Atası yaşlıdır, anası xətədir və müalicəsi ilə bağlı hazırda ölkə xaricindədir, uşaqları məktəbə gedir və tək qalıblar. Ona köməkdarlıq edilməsini və alternativ cəza təyin edilməsini xahiş edir. O, Hacıkəntdən qayıdarkən onları Göygöl rayon İcra Hakimiyyətinin qarşısında DYP əməkdaşları saxlamış, həmin vaxt dostu ilə olmuş, maşında onun yanında olan dostu polis əməkdaşıdır. Maşından düşmüş bu zaman mülki avtomobildə əməliyyatçılar gəlmiş, əl-qol hərəkəti etmişlər və onu PŞ-nə aparmışlar. Yolda olarkən polislərə zəng gəlmiş və avtomobildə narkotik vasitə olmasını və onu geri qaytarmalarını bildirmişlər. Bundan sonra onu geri qaytarmışlar, narkotik vasitəni çıxarıb göstərmişlər və daha sonra PŞ-nə aparmışlar. Əlavə olaraq bildirdi ki, onun narkotik vasitədən məlumatı yoxdur. Atomobili idarə edən dostu da polis əməkdaşıdır və narkotik vasitə istifadə etmir. O əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Digər narkotik vasitələri tanımır və bilmir. O özüdə əvvəlcə polis əməkdaşı olmuşdur. Avtomobili idarə edən polis əməkdaşı olan dostunun adı Fəritdir. Ona PŞ-də narkotik vasitənin dostu Fəridin avtomobilindən çıxmasını və onu məruzə edib işdən çıxaracaqlarını yaxud hal şahidinin ona narkotik vasitənin onun olmasını və satış məqsədi olmamasını bildirəcəyini bildirmişlər o isə bununla razılaşmışdır. Anten məlumatları çıxarılsa görünər ki, o piyada olamamış, avtomobildə olmuş, yanında Fərid adlı şəxs olmuş və DYP əməkdaşları onları saxlamışdır. Ona təyziq etdikləri və vurduqları üçün narkotikin ona məxsus olmasını bildirmişdir. O polisdən 2 gün sonra çıxsa da bədənində heç bir iz olmadığı üçün heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrdə üzərinə baxış keçirilərkən vəkili Fuad müəllim ona iki sual vermiş, lakin həmin suallar video yazıda yoxdur. Vəkili Fuad ona PŞ-də olarkən metanfetamini necə istifadə etməsi soruşulduqda cavabında siqaretə doldurub çəkməsini bildirmişdir. O ümumiyyətlə metanfetamin istifadə etməmişdir. O metanfetaminin satışı ilə bağlı və ya alışı ilə bağlı heç kəsə pul ödəməmişdir. Narkotiki İcra Hakimiyyətinin qarşısından tapmamışdır. Əməliyyatçı əlində narkotik vasitə avtomobilə minmiş və göstərərək bəs narkotik vasitə olmamasını dediyini bildirmişdir. O DİO-dan öz ərizəsi ilə çıxmış, narkotik vasitədən istifadə etməsi ilə bağlı çıxmamışdır. O əvvəllər polisdə Post Patrul xidmətinə serjant kimi 3 il işləmişdir və ali təhsillidir. İstintaqda verdiyi ifadəsini təsdiqləmir. xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrdə onları DYP əməkdaşları icra hakimiyyətinin binasının qarşısında saxlamışlar. Avtomobili Fərid idarə etmiş və “Ford Fusion” markalı avtomobil olmuşdur. Fərid polis əməkdaşıdır, əməliyyat müvəkkili vəzifəsində işləyir. Maşından düşmüş bu zaman mülki avtomobildə əməliyyatçılar gəlmiş, əl-qol hərəkəti etmişlər və onu PŞ-nə aparmışlar. Yolda olarkən polislərə zəng gəlmiş və avtomobildə narkotik vasitə olmasını və onu geri qaytarmalarını bildirmişlər. Bundan sonra onu geri qaytarmışlar, narkotik vasitəni çıxarıb göstərmişlər və daha sonra PŞ-nə aparmışlar. Həmin vaxt Fərid və yol polisi əməkdaşı da onun arxasınca gəlmişdir. CAB-in rəisi ona özünü də Fəridi də zibilə salmasını bildirmiş, ona Fəridin avtomobilindən narkotik çıxmasını və onu məruzə edib işdən çıxaracaqlarını yaxud hal şahidinin ona narkotik vasitənin onun olmasını və satış məqsədi olmamasını bildirəcəyini bildirmişlər və əgər boynuna alarsa 2 gün polisdə qalıb buraxacaqlarını bildirmişdir. Fərid polisdə yarım saat belə qalmamış, onu buraxmışlar. Fərid polis zabitidir. 20-si may onun oğlunun ad günü olmasına görə o Göygöl rayonu, Topalhəsənli kəndində qonaqlıq verəcəkdi. Lakin dostları gəlməmiş, bundan sonra Fərid Gəncəyə qayıtmağı axşam Gəncədə oturmalarını bildirmişdir. O Fəridlə 3 il bir yerdə işləmiş, işdən çıxdıqdan sonra da dostluq etməyə davam etmişdir. Onun məclisinə Kamran, Fizuli və Ruslan adlı şəxlər gəlməli idi, o qonaqlıq verəcəkdi və hesabı özü ödəyəcəkdi. Həmin günü polis onu saxlayarkən, pul onun kartında olmuşdur. Onun Göygöl RPŞ-nin əməkdaşları ilə heç bir düşmənçəliyi və ədavəti olmamışdır. 22 radələrində PŞ-də olmuşdur. Bundan təxminən 2-3 saat sonra onun üzərinə baxış keçirilmişdir. Onu əməliyyat müvəkkili Şahid3 döymüş və avtomobildə sinəsinə vurmuşdur. Onlar narkotikin Fəridin avtomobilindən çıxmasını və onu məruzə edəcəklərini boynuna almasını 2 gün qaldıqdan sonra buraxacaqlarını bildirmişlər, o isə boynuna almasa nə olacağını soruşduqda onun üzünə iki nəfər hal şahidi qoyacaqlarını onda isə işinin daha da ağır olacağını bildirmişlər. Bu səbəbdən o razılaşmışdır. Polislər onu döydükdə sinəsinə və qoluna vurmuşlar. Ona hədə qorxu gəldikləri üçün boynuna almışdır. Fərid o Kpz-yə qoyulandan onunla heç bir əlaqə saxlamamışdır. O polisdən 2 gün sonra çıxmışdır. Müstəntiq onu dindirərkən o ona olanlar barədə demiş, müstəntiq isə ona video baxışda olduğu kimi izahat verməsini demişdir. O vəkilinin olmasını işə məhkəmədə baxılarkən bilmişdir. O azadlıqda olduğu 3 ay müddətdə Fəridlə əlaqə saxlamağa çalışsa da telefonlarına çıxmamış, Füzuli adlı ortaq dostları ilə Fəridə xəbər göndərmiş hadisənin necə olmasını bildiyi üçün danışması üçün lakin Fərid onluq olmamasını bildirmişdir. O xəsarətlərinə baxmaq üçün getmiş, lakin bədənində heç bir xəsarət və iz olmamış bu səbəbdən müraciət edə bilməmişdir. Onun üzünə hal şahidi qoyacaqlarını dedikləri üçün qorxmuşdur. O üç ay azdlıqda olduğu müddətdə heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, əməlindən peşiman olmasını, istintaq zamanı verdiyi və video görüntüdə olan ifadəsi ilə razı olmasını bildirərək ifadəsində göstərdi ki, icra hakimiyyətinin qarşısında polis əməkdaşları ona yaxınlaşmış, PŞ-nə aparmışlar və orada üzərinə baxış keçirilən zamanı cibindən narkotik vasitə çıxmışdır. Əlavə olaraq bildirdi ki, həmin narkotik vasitəni tapmışdır. Məhkəmə iclasında verdiyi ilik ifadəsini inkar edir. Narkotik vasitəni yoldan tapmışdır. Metanfetamindən istifadə etməmişdir. O ümumiyyətlə həmin narkotik vasitəni tapdıqdan sonra istifadə etməmiş və kiməsə təklif etməmişdir. Hazırda əməlindən səmimi peşimandır və özünü təqsirli bilir. Onun üzərindən çıxan narkotik vasitə metanfetamin olmuşdur. Hadisə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində olmuş, polis əməkdaşları onu Göygöl RİH binasının qarşısında saxlamışlar, həmin vaxt o piyada olmuşdur. Həmin vaxt təxminən 3 nəfər polis əməkdaşı olmuşdur. Onun üzərindən çıxan narkotik vasitənin metanfetamin olmasını demişlər, həmin metanfetamini yolun kənarından tapmışdır. Metanfetamini təxmini bilmişdir. Əvvəllər marixuana çəkmiş, başqa heç bir narkotik vasitə istifadə etməmişdir. Metanfetamini yerdə görüb götürmüş lakin bundan qısa zaman sonra polis əməkdaşları ona yaxınlaşmışlar. O metanfetamini istifadə etmək üçün götürmüşdür. Əvvəllər metanfetamin istifadə etməmişdir. Marixunadan xeyli vaxt əvvəl istifadə etmiş və ondan asılı olmamışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirib, onun ailəli olmasını, iki az yaşlı uşağının olmasını nəzrə alaraq alternativ cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-MİK, ev 12, m 17-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməklə Göygöl rayonu ərazisinə gəlib-getməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 may 2024-cü il tarixdə saat 23:40 radələrində Göygöl şəhəri, A.Kazımov küçəsində yerləşən Göygöl rayon İcra Hakimiyyətinin qarşısında Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək onlarla birlikdə Göygöl RPŞyə gəlməli olduğunu bildirmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Göygöl RPŞ-nin inzibati binasına gəlmişdir. RPŞ-nin binasında təhqiqatçı tərəfindən Göygöl rayon ərazisində fəaliyyət göstərən vəkil Müdafiəçi qismində dəvət etdikdən sonra ekspert-kriminalist tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, onda saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünün içərisində olan kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş sellofan kəsiyinin içərisindəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bilib və həmin kütləni Göygöl rayon İcra Hakimiyyətinin qarşısında yolun kənarında yerdən tapıb götürmüşdür. Daha sonra həmin sellofan kəsiyi bükümdə olan kütlənin çəkisi onlar tərəfindən çəkilmiş və çəkisi sellofanla birlikdə 1,76 qram olmuşdur. Bundan sonra həmin psixotrop maddəyə oxşar kütlə vəkilin və digər əməkdaşların iştirakları ilə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs üzərindən Honor X8 markalı mobil telefon aşkar edilərək tərəflərindən götürülmüşdür. Tərtib edilmiş protokol iştirakçılarla bərabər Təqsirləndirilən şəxs və müdafiəçi imza etmişdirlər. Təqsirləndirilən şəxs sorğu zamanı 22 may 2024-cü il tarixdə üzərindən aşkar edilib götürülmüş psixotrop maddə olan metamfetamini Göygöl rayon İcra Hakimiyyətinin qarşısında yolun kənarında yerdən tapıb üzərində saxladığını və özü istifadə etmək üçün üzərində daşıdığını bildirmişdir. Həmin psixotrop maddədən heç kimə satmamış və ya pay verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməklə Göygöl rayonu ərazisinə gəlibgetməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 və CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 may 2024-cü il tarixdə saat 23:40 radələrində Göygöl şəhəri, A.Kazımov küçəsində yerləşən Göygöl rayon İcra Hakimiyyətinin qarşısında Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək onlarla birlikdə Göygöl RPŞ-yə gəlməli olduğunu bildirmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Göygöl RPŞ-nin inzibati binasına gəlmişdir. RPŞ-nin binasında təhqiqatçı tərəfindən Göygöl rayon ərazisində fəaliyyət göstərən vəkil Müdafiəçi qismində dəvət etdikdən sonra ekspert-kriminalist tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, onda saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünün içərisində olan kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş sellofan kəsiyinin içərisindəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bilib və həmin kütləni Göygöl rayon İcra Hakimiyyətinin qarşısında yolun kənarında yerdən tapıb götürmüşdür. Daha sonra həmin sellofan kəsiyi bükümdə olan kütlənin çəkisi onlar tərəfindən çəkilmiş və çəkisi sellofanla birlikdə 1,76 qram olmuşdur. Bundan sonra həmin psixotrop maddəyə oxşar kütlə vəkilin və digər əməkdaşların iştirakları ilə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs üzərindən Honor X8 markalı mobil telefon aşkar edilərək tərəflərindən götürülmüşdür. Tərtib edilmiş protokol iştirakçılarla bərabər Təqsirləndirilən şəxs və müdafiəçi imza etmişlər. Təqsirləndirilən şəxs sorğu zamanı 22 may 2024-cü il tarixdə üzərindən aşkar edilib götürülmüş psixotrop maddə olan metamfetamini Göygöl rayon İcra Hakimiyyətinin qarşısında yolun kənarında yerdən tapıb üzərində saxladığını və özü istifadə etmək üçün üzərində daşıdığını bildirmişdir. Həmin psixotrop maddədən heç kimə satmamış və ya pay verməmişdir. İş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-MİK, ev 12, m 17-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, Təqsirləndirilən şəxslə qohumluğu və yaxud ədavəti yoxdur. Gəncə şəhəri, Kəpəz rayonu, 4-MİK, ev 12, m 17-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməklə Göygöl rayonu ərazisinə gəlib-getməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 və CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 may 2024-cü il tarixdə saat 23:40 radələrində Göygöl şəhəri, A.Kazımov küçəsində yerləşən Göygöl rayon İcra Hakimiyyətinin qarşısında Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək onlarla birlikdə Göygöl RPŞ-yə gəlməli olduğunu bildirmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Göygöl RPŞ-nin inzibati binasına gəlmişdir. RPŞ-nin binasında təhqiqatçı tərəfindən Göygöl rayon ərazisində fəaliyyət göstərən vəkil Müdafiəçi qismində dəvət etdikdən sonra ekspert-kriminalist tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, onda saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünün içərisində olan kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş sellofan kəsiyinin içərisindəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bilib və həmin kütləni Göygöl rayon İcra Hakimiyyətinin qarşısında yolun kənarında yerdən tapıb götürmüşdür. Daha sonra həmin sellofan kəsiyi bükümdə olan kütlənin çəkisi onlar tərəfindən çəkilmiş və çəkisi sellofanla birlikdə 1,76 qram olmuşdur. Bundan sonra həmin psixotrop maddəyə oxşar kütlə vəkilin və digər əməkdaşların iştirakları ilə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs üzərindən Honor X8 markalı mobil telefon aşkar edilərək tərəflərindən götürülmüşdür. Tərtib edilmiş protokol iştirakçılarla bərabər Təqsirləndirilən şəxs və müdafiəçi imza etmişlər. Təqsirləndirilən şəxs sorğu zamanı 22 may 2024-cü il tarixdə üzərindən aşkar edilib götürülmüş psixotrop maddə olan metamfetamini Göygöl rayon İcra Hakimiyyətinin qarşısında yolun kənarında yerdən tapıb üzərində saxladığını və özü istifadə etmək üçün üzərində daşıdığını bildirmişdir. Həmin psixotrop maddədən heç kimə satmamış və ya pay verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/996 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 21 may 2024-cü il tarixdə saat 23:40 radələrində Göygöl RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri polis leytenantı Şahid3 və polis kiçik-leytenantı Şahid2 ilə birgə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və üzərində saxlamasında şübhəli bilinən xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Göygöl şəhər İcra Hakimiyyətinin qarşısında saxlanılaraq Göygöl RPŞ-yə gətirilmişdir. “Şübhəli şəxsin tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, azərbaycanlı, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması və Hüseyn Quluyev azadlığın məhdudlaşdırıldığı vaxtdan, yəni 21 may 2024-cü il tarixdə saat 23:40 dəqiqədən tutulmuş hesab edilməsi, qərarın sürətinin şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:20-dəqiqədə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə aparılma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə aparılması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümün içərisində olan kütləni təqdim edib bildirmişdir ki, həmin bükümün içərisində olan kütlə patıdır. Verilmiş sualları cavablandırarkən bildirmişdir ki, həmin narkotik vasitəni bu günkü tarixdə yəni, xx.xx.2024-cü il tarixdə Göygöl şəhərində A.Kazımov küçəsində İcra Hakimiyyətinin binasının qarşısında yerdən tapmışdır. Həmin kütlədən heç kimə istifadə və ya satış məqsədilə təklif etməmişdir. Bundan başqa üzərindən hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk görünüşdən narkotik maddəyə bənzər kütlə elektron tərəzi vasitəsilə ölçülən zaman kütlənin büküm ilə birlikdə çəkisinin 1,76 qram olması müəyyən edilmiş, baxış zamanı həmin kütlə bükümlə birlikdə zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürləndişdir. Bundan başqa şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd gümüşü rəngli "Honor" markalı mobil telefon aşkar olunmuşdur. Həmin mobil telefonda iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatlar olması ehtimal edildiyindən baxış zamanı götürülmüşdür. Şəxsi axtarış və götürmə, xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı video kameradan istifadə edilməklə video çəkiliş aparılmışdır. Şəxsi axtarış saat 00:35-də qurtarmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video kamera ilə çəkilib köçürülən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə olunmuşdur. “Təqdim edilmiş Honor markalı mobil telefona baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göygöl rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X8 icraatında olan HK-1/996 nömrəli materialın icrası ilə bağlı şüphəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə şüphəli şəxs olan Təqsirləndirilən şəxs məxsus olan HONOR markalı mobil telefona Göygöl RPŞ-nin inzibati binasında təhqiqatçıların 106 nömrəli xidməti iş otağında baxış keçirmişdir. Baxış otaq şəraitində, təbii işıqlandırma şəraitində aparılmışdır. Baxış zaman müəyyən edilmişdir ki, HONOR markalı mobil telefon-üzərində hər hansı bir üzlük yoxdur, mobil telefon özü gümüşü rəngdə arxası isə xamilyon rənglidir Honor sözü yazılmışdır. Mobil telefonuna daxil olub baxan zaman muxtəlif şəxslərlə yazışmaları vardır. Baxışda iştirak edən şüphəli şəxs Təqsirləndirilən şəxs deməsinə görə psixotrop maddə olan metamfetamini Göygöl rayonunda İcra Hakimiyyyətinin qarşısında A.Kazımov küçəsində yolun kənarından yerdən tapdığını qeyd etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus Honor markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Bununla da, şüphəli şəxs olan Təqsirləndirilən şəxs məxsus Honor markalı mobil telefona keçirilmiş baxış başa çatmışdır. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 16/595 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “xx.xx.2024-cü il tarixdə vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1,76 qr bükümlə birlikdə metamfetaminə bənzər kütlə...” yazılar və imzalar olan qəhvəyi rəngli kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,583 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin metamfetaminin 0,05 qram tədqiqata sərf edildi, qalıq 1,483 qram. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və qalıq çəkisi 1,483 qram olan psixotrop maddə olan metamfetamin maddi sübut hesab edilməsi və cinayət işi yekunlaşaraq tanış olduqdan sonra saxlanılması üçün Göygöl RPŞ-yə verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videolentə alınmış görüntü olan DVD disk iş üzrə maddi sübut hesab edilərək cinayət işiniə əlavə edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göygöl rayon Polis şöbəsinin müstəntiqi, polis kapitanı X10 icraatında olan ********* nömrəli cinayət işi üzrə Göygöl rayon Təhqiqat Bölməsi tərəfindən 22 may 2024-cü il tarixdə vət. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı videolentə yazılmış disk iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatlar olduğundan həmin 01 ədəd DVD diskin içərisindəki məlumatlara bu gün, yəni 22 may 2024-cü il tarixdə Göygöl RPŞ-nin inzibati binasında xidməti iş otağında hal şahidlərinin iştirakı ilə baxış keçirmişdir. Baxış otaq şəraitində, təbii və süni işıqlandırma şəraitində aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Göygöl rayon Təhqiqat Bölməsi tərəfindən videogörüntü qeydə alınmış 01 ədəd disk-ağ rəngdədir, diskin üzərində markerlə “Təqsirləndirilən şəxs” sözləri yazılmışdır. Həmin diskin içərisində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videogörüntü yerləşdirilmişdir. Həmin videogörüntüyə baxdıqda əvvəlcə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellefon kəsiyi bükümündə olan kütləni təqdim etməsi, həmin sellofanın içərisində metanfetamin olduğunu deməsi görünür. Sonra həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsilə ölçülməsi və kütlələrin büküm ile birlikdə çəkisinin, 1,76 qram olmasını bildirmələri, sonra isə həmin kütlənin zərfə qoyularaq möhürlənməsi videogörüntüdə əks olunmuşdur. Bununla da, Göygöl rayon Təhqiqat Bölməsi tərəfindən 22 may 2024-cü il tarixdə vət. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı videolentə yazılmış 01 ədəd DVD disklərə baxış başa çatdı. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair cinayət işinin ibtidai istintaqını aparan müstəntiq Röyal Sadıqov tərəfindən verilmiş vəsatətin müdafiə olunmasından imtina edilməsi, dərhal MSY-dən azad edilməsi, ibtidai araşdırmanı aparan Göygöl RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Röyal Sadıqova Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbiri kimi “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi təklif edilməsi və qərar barədə vəsatət verən Göygöl RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Röyal Sadıqova məlumat verilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti alıtına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dan azad edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, 4-MİK, ev 12, m 17-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3-13-77/1-770047 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini o, Göygöl rayon İcra Hakimiyyətinin qarşısında yerdən taparaq üzərində daşımışdır. Həmin psixotrop maddənin hansı şəraitdə və kim tərəfindən oraya atılmasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də Təqsirləndirilən şəxs narkotik vasitənin və ya psxotrop maddenin alqı-satqısı və bağışlaması və ya başqa hər hansı yerdə saxlaması halları müəyyən edilməmişdir. Buna baxmayaraq tərəflərindən tədbirlər davam etdirilir, müsbət nəticə əldə olunarsa əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1019 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılması, qərarın təsviri hissəsindəkilərə əsasən cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini çəkisi 1,583 qram qəbul edilməsi və ona elan edilmiş ittihamda onun qanunsuz olaraq saxladığı psixotrop maddə olan metamfetaminin çəkisi rəydə göstərilən miqdarında əsas götürülməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş "satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma" cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin mənbəyi istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videolentə alınaraq 01 ədəd DVD diskə köçürülmüş və cinayət işininin istintaq sənədlərinə əlavə edilmiş videogörüntü, həmçinin iş üzrə məhkəmə kimyəvi-bioloji, məhkəmə narkoloji ekspertizasının rəyləri, təqsirləndirlən şəxsin və şahidlərin ifadələri, eləcədə digər istintaq hərəkəti protokolları iş üzrə subut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 1(066)-74/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilməsi və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 1(066)-74/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs şühbəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, onun cəzanın əvvəli 23 avqust 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək, «həbs» qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilməsi, onun barəsində bu cinayət işi üzrə seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji kabinetində qeydiyyata alınması, cinayət işi üzrə maddi sübut olan və Göygöl RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq çəkisi 1,533 qram olan psixotrop maddə - metamfetamin məhv edilməsi və videoçəkilişin aparıldığı 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-508/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi qərara alınmışdır. Gəncə şəhər İHB-nın 3 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1578 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır. Ailə tərkibi arvadı 1992-ci il təvəllüdlü X4, qızı 2015-ci il təvəllüdlü X5 və oğlu 2018-ci il təvəllüdlü X3 ibarətdir. Gəncə şəhər İHB-nın 3 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Gəncə şəhər Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1416 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış təlabnamə arayışından arayışından məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, ilk ifadəsində Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa yanaşı sübutlarla öz təsdiqini tapmamış, qeyd edilən dəlillərin tədqiq edilməsi üçün heç bir vəsatət verilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs bu dəlilləri ilə bağlı keçən müddət ərzində heç bir orqana və təşkilata müraciət etməmişdir. Bununla yanaşı qeyd edilməlidir, onun bu dəlilləri şahidlərin ifadələri, ekspertizasının rəyi, dindirmə protokolları və iş mterialları ilə təkzib edildiyindən, sonrakı məhkəmə iclasında verdiyi ifadəsində özünü ittiham üzrə təqsirli bilməsini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməsi həmin dəlillərin yalnız özünü müdafiə xarakterli olmasını və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və ailəsini dolandıran şəxs olmasını onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, psixotrop maddənin növünü və miqdarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə tədqiq edilmiş işdə olan qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işi üzrə 22 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək şübhəli şəxs qismində 02 (iki) gün tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından şübhəli şəxs qismində tutulduğu müddət çıxılmalı, cəza çəkmə müddətinin başlanğıcı bu iş üzrə tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,483 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1019 saylı rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş və onun hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 90 (doxsan) manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs bu iş üzrə 22 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 (iki) günün bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı bu iş üzrə tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,483 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-7/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-7/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver