Məhkəmə qərarları › İş №1(066)-70/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-70/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-70/2025 14.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 29 may 2025-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən yaşadıqları evin mətbəxində övladı Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonunu istədikdə sonuncu əvvəllər onun sərxoş halda olarkən tanışlarına zəng edərək səbəbsiz yerə mübahisələr yaratmasını səbəb göstərib mobil telefonu ona verməkdən imtina etdiyi üçün, yəni şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin otaqda yerləşən stolun üzərindəki çaydanı götürüb bir dəfə Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə vuraraq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmaqla, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid “sol təpə gicgah nahiyyəsinin yarası” xəsarətini qəsdən yetirmiş, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 60 yaşında olmaqla sənətkarlıqla məşğuldur, bu vaxta kimi müqavilə üzrə qaz idarəsində işləmişdir. İş yerindən maaşını alıb evlərinə gələn zaman aldığı maaşın yarısını evdəkilərə vermiş, yarısını da ehtiyata özündə saxlamışdır. Həmin vaxtı evdəkilər onun bu hərəkətinə etirazını bildirmişlər və bundan sonra onun evdəkilərlə mübahisəsi yaranmışdır. Mübahisə zamanı oğlu Zərərçəkmiş şəxs onu boğan zaman masanın üzərindəki çaydanı əlinə götürüb Təqsirləndirilən şəxs başından vurmuşdur. Mübahisə zamanı evdə yoldaşı və qızı da olmuş, həmin şəxslər də mübahisənin şahidi olmuşlar. Əlavə olaraq bildirdi ki, o, içki içən şəxs olmamışdır. Evdəki mübahisələrin səbəbi pul məsələsinə görə olmuşdur. Yaşanan hadisələrlə bağlı peşmançılıq hissi yaşayır. Bundan sonra həmin hadisənin təkrar yaşanmayacağını bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, körpə yaşlarından müəyyən səbəblərə görə babası və nənəsi ilə yaşayır. Təqsirləndirilən şəxs evdəkilərə hər ay qazancından cəmi 100 manat məbləğində pul verərək ailəsindən bütün ehtiyaclarını həmin pulla qarşılamalarını istəyir. Qalan pulu isə özündə saxlayır. Bununla belə təqsirləndirilən şəxs ailəsinə baxmır. 25 yaşındakı öz qızından işləməsini tələb edir. Hətta yaxın zamanlarda təqsirləndirilən şəxs öz qızını vurmaq istəyən zaman anası mane olmuşdur. Hadisə ərəfəsində evdəkilər təqsirləndirilən şəxsin evdə səs-küy yaratdığını ona bildirmişlər. O da bununla bağlı Təqsirləndirilən şəxs evdə nalayiq sözlər işlətməməsi ilə xəbərdarlıq edən zaman Təqsirləndirilən şəxs onu polisə verəcəyini bildirmişdir. Həmin əsnada o, Təqsirləndirilən şəxs sinəsindən tutub itələyən zaman Təqsirləndirilən şəxs çayniki əlinə götürüb qəfildən onun başına vurmuşdur. Əlavə olaraq bildirdi ki, hadisə olan zaman evdə anası və bacısı da olmuşdur. Hazırda atası Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını bildirdi. Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs onun atası olduğunu, hazırda onunla barışdığını, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmadığını bildirərək ərizənin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən evə baxış keçrilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi 19 sm diametri olan, 20 sm uzunluğunda, tutacağı qara, üzərində gül şəkilləri olan ağ rəngli dəmir materialdan olan çaydan götürülmüşdür. Zərərçəkmiş şəxs tərəfindən verilmiş izahatın surətindən görünür ki, Göygöl şəhəri, 21-ci məhəllə ev 2, mənzil 12-də ailəsi ilə birlikdə yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirmişdir ki, atası Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək yaşadıqları evə gəlir və evdə səbəbsiz yerə mübahisələr yaradır. Atası Arzu sərxoş olan zaman tanışlara və dövlət idarələrinə zənglər edib narahat etdiyi üçün təxminən iki həftə əvvəl telefonunu götürüb evdə gizlətmişdir. xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində atası Arzu sərxoş halda evə gələrək telefonunu ona verməsini tələb etmişdir. Bu zaman o, atasına sərxoş olmasını, kimlərəsə zənglər edib narahatçılıq verməməsini, ayıldıqdan sonra telefonunu özünə verəcəyini bildirmişdir. Bu zaman atası Arzu nəlayiq ifadələr işlədərək evi dağıtmağa başladığı üçün onu tutub sakitləşdirmək istəmişdir. Ancaq həmin vaxt atası Təqsirləndirilən şəxs evdə olan ağ rəngli çaydanı götürüb başından bir dəfə zərbə vurmuşdur. Bu zaman o, aldığı zərbədən yerə yıxılmışdır və başımın qanamasını görmüşdür. Həmin vaxt o, təcili tibbi yardıma zəng etmişdir. Yaşadıqları evə gələn təcili tibbi yardım işçiləri ona tibbi yardım göstərərək qanını dayandırmışdır. Bundan sonra o, olanlar barədə DİN-nin 102 xidmətinə də məlumat vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında baş verən münaqişə öz yaşadıqları ünvan 1-də baş vermişdir. Arzu ilə aralarında baş verən münaqişə zamanı yanlarında anası Şahid1 və bacısı Şahid2 olmuşdur. Onlar da atasını sakitləşdirmək istəmişdir. Mübahisə zamanı atası sadəcə ona qarşı fiziki güc işlədərək ona çaydanla vurub xəsarət yetirmişdir. Xəsarəti ilə bağlı tibbi müayinədən keçmək istəmişdir. Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə sözlə mübahisə yaratmışdır, ancaq hər hansı şəxsə xəsarət yetirməmişdir. O, atasının sərxoş halda evi dağıtdığını görüb yaxasından tutaraq sakitləşdirmək istəmişdir. O, atasının sadəcə yaxasından tutmaqla ətrafı dağıtmasının qarşısını almaq istəmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş izahatın surətindən görünür ki, Göygöl şəhəri 21-ci məhəllə ev 2, mənzil 12-də ailəsi ilə birlikdə yaşayır, ailəlidir, 3 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirmişdir ki, bir neçə dəfə telefonla polisə məlumat verdiyi üçün oğlu Zərərçəkmiş şəxs təxminən iki həftə əvvəl telefonunu alıb işlətməməsini tapşırmışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı evə gələn zaman oğlu Fərhaddan telefonunu geri qaytarmasını istəmişdir. Bu zaman oğlu ilə aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı oğlu onun boğazından tutaraq itələdiyi üçün o da əlinə çaydanı götürüb Fərhadın başından bir dəfə zərbə vurmuşdur. Həmin zərbədən sonra oğlunun başı qanamağa başlamışdır. Daha sonra oğlu DİN-nin 102 xidmətinə məlumat vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs ilə aralaraında baş verən münaqişə öz yaşadıqları ünvan 1də baş vermişdir. Oğlu ilə aralarında baş verən münaqişə zamanı yanlarında arvadı Şahid1 və Şahid2 olmuşdur. Aralarında baş verən mübahisə 20 dəqiqə olmuşdur. Onlar əvvəlcə sözlə mübahisə etmişlər, sonradan mübahisə əlbəyaxa mübahisəyə çevrilmişdir və o, çaydanı götürüb oğlu Fərhadın başından bir dəfə zərbə vurmuşdur. Mübahisə zamanı oğlu ona qarşı fiziki güc işlədərək onun boğazından tutaraq itələmişdir, ancaq onun heç bir xəsarəti yoxdur və xəsarəti olmadığı üçün ekspertiza müayinəsindən keçmək istəmədiyini bildirmişdir. “Məhkəməyədək sadələşdirilmiş icraat açılması haqqında 29 may 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. “Əşyanın maddi sübut kimi tanınması haqqında” 29 may 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi, 19 sm diametri olan, 20 sm uzunluğunda, tutacağı qara, üzərində gül şəkilləri olan ağ rəngli, dəmir materialdan olan çaydanın iş üzrə maddi sübut kimi tanınması və müvafiq qaydada saxlanca verilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və X3 X5 12 iyun 2025-ci il tarixli, 216 nömrəli rəyində vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sol təpə gicgah nahiyyəsinin yarası – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəldiyi, əmələ gəlmə müddətinin müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəldiyi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edildiyi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. xx.xx.2025-ci il tarixli, 3552 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1965-ci il tarixdə Göygöl rayonunda anadan olmuş və hal hazırda ünvan 3 ünvanda yaşayış qeydiyyatındadır. Əliyev X6 şəhərində yaşadığı müddət ərzində onun barəsində Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət və narazılıqlar daxil olmamışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əliyev X6 şəhəri 21-ci məhəllə bina 2/2, mənzil 12-də yaşayır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə sorğu edilmiş tələbnamədən görünür ki, şəxsin barəsində məhkumluğa dair məlumat mövcud deyil. “Şahidin dindirilməsi haqqında” 07 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şahid2 bildirmişdir ki, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində atası Təqsirləndirilən şəxs yaşadıqları evə gələrək nəlayiq ifadələr işlədib evdə qardaşı Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etməyə başlamışdır. Daha sonra atası Təqsirləndirilən şəxs evdəki əşyaları dağıtmağa başlamışdır. Bu zaman qardaşı Fərhad Təqsirləndirilən şəxs tutaraq sakitləşdirmək istəmişdir. Həmin vaxt Arzu evdə stolun üzərində olan ağ rəngli çaydanı götürərək Fərhadın başından zərbə vurmuşdur. Həmin zərbədən sonra Fərhad yerə yıxılmışdır və başı qanamağa başlamışdır. Bundan sonra onlar təcili tibbi yardım çağırmışlar. Fərhadın başını təcili tibbi yardımın işçiləri sarğıya alaraq qanı dayandırmışdır. Bundan sonra Fərhad olanlar barədə polisə məlumat vermişdir. “Şahidin dindirilməsi haqqında” 08 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 bildirmişdir ki, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində əri Təqsirləndirilən şəxs yaşadıqları evə gələrək nəlayiq ifadələr işlətmiş, oğlu Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etməyə başlamışdır. Daha sonra əri Təqsirləndirilən şəxs evdəki əşyaları dağıtmağa başlamışdır. Bu zaman oğlu Fərhad Təqsirləndirilən şəxs tutaraq sakitləşdirmək istəmişdir. Həmin vaxt Arzu evdə stolun üzərində olan ağ rəngli çaydanı götürərək Fərhadın başından zərbə vurmuşdur. Həmin zərbədən sonra Fərhad yerə yıxılmışdır və başı qanamağa başlamışdır. Bundan sonra onlar təcili tibbi yardım çağırmışlar. Fərhadın başını təcili tibbi yardımın işçiləri sarğıya alaraq qanı dayandırmışdır. Bundan sonra Fərhad olanlar barədə polisə məlumat vermişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 12 iyun 2025-ci il tarixli qərara əsasən ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət əməlini törətmiş şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilməsi, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, hadisə yerinə baxış zamanı götürülmüş çaydan maddi sübut hesab edilməsi və müvafiq qaydada rayon Polis Şöbəsinin saxlancına verilməsi nəzərə alınması, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilənlərə əsasən, cinayət əməlini törətmiş şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, hadisə yerinə baxış protokolu, maddi sübut, sübut kimi qəbul edilməsi, məhkəməyədək sadələşdirilmiş icraat zamanı əldə edilən sübutların məcmusu cinayət işinin faktiki hallarına uyğun olmaqla obyektiv həqiqəti əks etdirdiyindən, cinayət təqibi üzrə icraat zamanı sübut edilməli olan halları sübut etməyə və sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən kifayət hesab edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatından və məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən, cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, hadisə yerinə baxış zamanı götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 1 ədəd dəmir çaydan qərar qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd dəmir çaydan qərar qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar