Məhkəmə qərarları › İş №1(066)-71/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-71/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-71/2025 09.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, qayını X8 ilə əlbir olub qrup təşkil edərək 08 iyul 2024-cü il tarixdə saat 19 radələrində ictimai yer hesab edilən Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən kənd sakinlərinin toplaşdığı kafedə Emin Məmmədovla yemək yeyib pivə içən zaman, kafeyə gələn həmin kənd sakini Zərərçəkmiş şəxs onlarla bir masaya əyləşib yemək yeyərək pivə içdikdən sonra Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə həmkəndlisi Zərərçəkmiş şəxs “nə üçün bir müddət əvvəl onun arvadına pul təklif etməsini” deyərək aralarında başlayan mübahisə zamanı kafedə yemək yeyib istirahət edən şəxslərə məhəl qoymadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə nalayiq ifadələrlə söyüb təhqir etməklə, özünün üstünlüyünü nümayiş etdirmək üçün kafedə olan Şahid2 və digər şəxslərin yanında ilk öncə Emin Məmmədov yumruqla Zərərçəkmiş şəxs burun nahiyyəsindən zərbə endirməklə, sonuncuya burun sümüyünün açıq sınığı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti, həmin vaxt orada olan Təqsirləndirilən şəxs da zərərçəkmiş şəxsi nalayiq ifadələrlə söyüb təhqir edərək yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə zərbə endirərək sonuncuya sağ yanaq nahiyyəsinin hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti, üst dodağın selikli qişasına qansızma, sol kürək nahiyyələrinin qançırları ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə insanın və cəmiyyətin mənafeylərinə toxunan bir qrup şəxs halında zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o özünü xuliqanlıqla təqsirli bilmir, vurmaqda təqsirli bilir. O, qaynı Eminlə Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən çayxanada oturmuşlar, hadisənin tarixini dəqiq xatırlamır, lakin həmin vaxt axşam radələrində oturmuşlar. Çayxanada oturarkən 1-2 bakal pivə içmişlər və bir müddət sonra Zərərçəkmiş şəxs özü həmin yerə gəlmiş, Xanlar onların yanlarına gələrək “pivənin başını buraxın, gəl mən araq alım yeməkdə sizdən olsun” demiş, bundan sonra onlar razılaşaraq yemək-içməyə başlamışlar. Onun öz həyat yoldaşı ilə aralarında problemi olmuşdur. Onlar birlikdə olan zaman Xanlar ona arvadınla evdə problemin var qaynınla birlikdə oturubsuz demiş, o isə Xanların dediyi sözə qıcıqlanmış və onların aralarında münaqişə baş vermişdir. Xanların ona 50 manat verəcəyi olmuş, oturduqları vaxt Xanlara ona borcu olduğunu bildirmiş və onun arvadına niyə zəng vurub pul təklif etdiyini soruşmuşdur. Əlavə olaraq bildirdi ki, O, Xanların sifət nahiyəsindən sillə ilə vurmuş, lakin qaynı Emin Xanları yumruqla burnundan vurmuş və onları aralamışlar. Onları aralayan Mübariz adlı bir nəfər şəxs olmuş və sonradan səs-küya adamlar gəlmişlər. Hadisə zamanı onlar bir-birlərinə söymüşlər. Hadisə baş verən zaman çayçıda o, qaynı Emin, Xanlar və çayçını işlədən Mübariz olmuşlar. Səs-küya adamlar toplaşan zaman onlar bir-birlərindən artıq aralaşmışlar. Xanları birinci o, daha sonra isə Emin vurmuşdur. Arvadı ona hadisə günü Xanların ona dəfələrlə zəng vuraraq pul təklif etməsini bildirmişdir. Belə ki, Xanlar arvadına “Rizvan Bakıdadı ola bilər ki, nəyəsə ehtiyacınız olar və ya pul lazım olar denən utanma” demişdir. Onun oğlu Xanların yanında günəmuzd fəhlə işləyirdi. Hadisə zamanı çayxanada onlardan başqa heç kim olmamışdır. İbtidai istintaq zamanı müstəntiq onun arvadını dindirməmişdir. Müstəntiq ona arvadını dindirilməsi üçün gətirməsini deməmişdir. Mübahisə zamanı çayçının heç bir əşyası qırılmamışdır. O, Xanları 10 ildən artıqdır ki tanıyır. Hadisə 8 iyul 2024-cü ildə təxminən axşam saat 6-7 radələrində baş vermişdir. Həmin gün o, Xanlara zəng vurmuş və çayxanaya dəvət etmiş, Xanları çayxanaya dəvət edəndən 30 dəqiqə sonra, Xanlar gəlmiş, Xanlar çayxanaya gələnə qədər, o və qaynı Emin orada pivə içərək noxut yemişlər. Xanlar ona “arvadınla evdə probleminiz var səndə qaynınla birlikdə oturubsuz” demiş, o isə Xanların dediyi sözə qıcıqlanmış və onların aralarında bu səbəbdən mübahisə başlamışdır. Hadisə günündən qabaq Bakıda olmuş, Bakıdan qayıtdıqdan sonra Xanları evinə qonaq kimi dəvət etmək istəmiş, lakin arvadı ona Bakıda olduğu zaman Xanların onun arvadına dəfələrlə zəng vurub kömək məqsədi ilə pul təklif etməsini söyləmişdir. O, arvadı ilə boşanmamışdır, onların aralarında yalnız problemləri olmuşdur. Onlar yəni o, qaynı Emin və Xanların oturduqları məclis axşam saat 8 radələrində bitmişdir. O, Xanları sillə ilə vuran vaxt ayaq üstə olmuşdur. O, Xanları sillə ilə vuran vaxt o yıxılmamış, lakin ondan sonra qaynı Emin Xanları yumruqla vurmuş və Mübariz onları ayırmışdır. Onların aralarında olan mübahisə təxminən 5-10 dəqiqə çəkmişdir. Mübahisə zamanı onlar bir-birlərini söymüşlər. Hadisə zamanı Xanları həm o həm də Emin vurmuşdur. Onu Mübariz ayırmış, o isə Emini ayırmışdır. Onun Xanları vurmasının səbəbi Xanların söyünc söyməsi olmuşdur. Belə ki, Xanlar söyünc söydükdə Xanların ağzının üstünə bir dəfə vurmuş və söyünc söyməməsini bildirmişdir. Onlar dava edib qurtardıqdan sonra ara sakitləşən vaxt həmin yerə insanlar yığışmışdır. Mağazanın qabağına 5-6 nəfər yığışmış, lakin onların səsə-küyə yığışıb-yığılmadıqlarını bilmir. Dava vaxtı Emini çölə Mübariz çıxarmış, onun isə özü çıxmışdır. O təxminən günorta saat 12 radələrində çayçıya getmiş və axşama kimi çayçıda olmuşlar, lakin davanın saat neçədə baş verməsi yadında deyil. Dava saat 18-19 radələrində ola bilərdi. Arvadı Şahid3 məhkəmədə şahid qismində dinirilməsi ilə bağlı vəsatətini müdafiə etmir və məhkəmə araşdırmasının onun iştirakı olmadan yekunlaşdırılmasını istəyir. Əməlindən peşimandır. Müdafiəçisinin çıxışı ilə razıdır. Onun əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslə barışması əsası ilə barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur və Rizvanın oğlu onun yanında fəhlər işləmişdir. Belə ki, o tikintilərin sökülməsi işləri ilə məşğul olur. Rizvan özü Bakıda işləmiş, Rizvanın oğlu onun yanında işləyən zaman isə onun əl telefonu olmaması səbəbindən uşaqla əlaqə saxlamaq üçün onun anası ilə, yəni Rizvanın arvadı ilə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Rizvanın oğlunun 16-17 yaşı olmuşdur. Rizvanın arvadı ona zəng vuraraq pulu uşağa yox, ona verməsini uşağın pulu digər yaşıdlarına qoşulub xərcləməsini bildirmişdir. Bir-iki gün uşağı evlərinə düşürdərkən 20 manat pulu verən vaxt Rizvanın arvadı ona yaxınlaşaraq növbəti iş gününə görə də əlavə 20 manat verməsini istəmiş və o da vermişdir. Lakin hansı formada bu hadisəni Rizvana deməsini bilmir. Əlavə olaraq bildirdi ki, onun Rizvana borcu olmamış, bununla belə Rizvanın oğlu onun yanında günəmuzd işləmişdir. Hazırda Rizvanın oğlu onun yanında işləmir. O, Rizvanın arvadına gün ərzində cəmi iki dəfə səhər və axşam zəng vurmuşdur. Zəng vurmasının səbəbi uşağın çıxıb gəlməsinə və ya evə çatıb-çatmamasına görə olmuşdur. Rizvanın uşağının özünə məxsus telefonu olmamışdır. Rizvan onu sillə ilə vurmuş, Emin isə yumruqla vurmuş və bundan sonra o yıxılmışdır. Rizvandan şikayətçi deyil. O, Rizvanla ailəvi dostdur. O, Rizvanın arvadının, Rizvan isə onun arvadının nömrəsini bilir və onların aralarında ailəvi gediş-gəliş olmuşdur. Onlar Rizvanın arvadı ilə telefon vasitəsi ilə əlaqə saxlamışlar. Belə ki, Rizvanın arvadı ona zəng vurmuş, həmçinin o da Rizvanın arvadına zəng vurmuşdur. Rizvanın arvadı ona yalnız uşağa görə zəng etmiş, həmçinin o da yalnız uşağa görə Rizvanın arvadına zəng vurmuşdur. Onların aralarında mübahisə olan vaxt çayxanada onlardan başqa heç kəs olmamışdır. Onu birinci Emin yumruqla vurmuş, sonra Rizvan sillə ilə vurmuşdur. Eminin onu hansı səbəbdən vurmasını bilmir. Onların oturduqları kafe Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşir. Həmin kafeyə təxminən günorta saat 4 radələrində getmişdir. Rizvan ona zəng vuraraq kafeyə dəvət etmişdir. Onlar oturduqları yerdə yalnız çay və pivə verilir. O, çayçıya gəldikdə orada Rizvan və qaynı Emin oturmuş və onlar ona bir bakal pivə sifariş etmişlər və o, Eminlə domino oynamağa başlamışdır. Bir müddət sonra onlar “acmışıq gəl araq götürək yemək yeyək, pivənin başını burax” demişlər, bundan sonra onlar birlikdə mağazaya getmişlər və araq almışlar. O, Rizvana “arvadınla evdə probleminiz var səndə qaynınla birlikdə oturubsuz” deyə bir söz deməmişdir. Hadisə günün təxminən axşam 8 radələrində Rizvan ona “mən Bakıda olanda səndən 20 manat pul istədim vermədin, lakin arvadıma pul təklif edisən” demiş və bundan sonra onların aralarında mübahisə başlamışdır. O, Rizvanın arvadına 20 manatı verəndən təxminən 1-2 ay sonra qeyd olunan hadisə baş vermişdir. Onu birinci Emin yumruqla vurmuş, daha sonra isə Rizvan sillə ilə vurmuşdur. Onlar bir stolda oturmuşlar. Emin onun yanında sağ tərəfində, Rizvan isə qarşısında oturmuşdur. Emin onu yumruqla vurduqdan sonra yıxılmış və ayaq üstə qalxarkən Rizvan isə onu sillə ilə vurmuşdur. O, heç kimi vurmamış və hadisə baş verərkən onlardan başqa çayxanada heç kim olmamışdır. Onu həm Rizvan həmdə Emin vurmuşdur. Emin vurduqdan sonra o yıxılmış, daha sonra onun üstünə gəlib onu vurmağa başlamış, bundan sonra gəlib onları aralamışlar, həmin vaxt masalardan biri aşmış, lakin həmin stolu kimin aşırmasını bilməmiş və daha sonra isə Rizvan gəlib onun ağzının üstündən sillə ilə vurmuşdur. Həmin səs-küyə 3-4 dəqiqə çəkməmiş çox sayda adam yığılmışdır. Səsə-küyə təxminən 5-6 nəfər yığılmışdır. Dava zamanı Rizvan və Eminin hər ikisi ona söymüşlər. O yerdən qalxan zaman Rizvan onu sillə ilə vurmuşdur. Onun üzü qan olmuşdur. Rizvan ona yumruq vuran vaxt söyünc söymüşdür. Hadisə axşam saat 18-19 radələrində olmuşdur. Rizvan onu vuran vaxt onu qan aparmış və həmin vaxt kimin nə deməsini eşitməmişdir. Rizvanının onu bir ya iki dəfə vurmasını hiss etməmişdir. Rizvan söyünc söymüşdür. İçəridə kənar adam olmamış, Rivangil çıxdıqdan sonra çöldən 3-4 nəfər gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir kəndçi kimi tanıyır və onlarla hər hansı bir qohumluq əlaqələri və ədavəti yoxdur. Təqsirləndirilən şəxs, onun qayını və Zərərçəkmiş şəxs çayçıda oturub yemək yemişlər. Həmin vaxt o mağazada olmuş və səs-küy eşidərək, səsə getmiş və həmin vaxt onların dava edib aralanmalarını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs çayçının içərisində digərləri isə çöldə olmuş, onları aralamışlar və yola salmışlar. Əlavə olaraq bildirdi ki, onlar bir-birlərinə qışqırmışlar və söyünc etmişlər, lakin bir-birlərini vurduqlarını görməmişdir. İçəri girən vaxt Zərərçəkmiş şəxs hər hansı xəsarəti olub-olmamasına fikir verməmişdir. O, Təqsirləndirilən şəxs və onun qayınını yola salmış və onları çayxanaya qoymamışdır. Zərərçəkmiş şəxs üzündə çırıqlar və qan olmuşdur. Onların mübahisələrinin səbəbini bilməmişdir. Belə ki, həmin şəxslər araq içərək çörək yemişlər və daha sonra dalaşmışlar. O, Təqsirləndirilən şəxs, onun qayını və Zərərçəkmiş şəxs dalaşma və bir-birlərini vurma anını görməmişdir. Onların səsini eşidən vaxt çayçıda Mübariz olmuşdur. Çayçıya girən vaxt stol aşmış, lakin hər hansı qabın qırılıbqırılmamasını yadından deyil. Polisdə olarkən ifadə vermiş, həmin ifadəni hər hansı təyziq altında verməmiş, sərbəst şəkildə vermiş və istintaqda verdiyi ifadəni təsdiq edir. Lakin yaddaşı itmişdir. O həm mağaza, həm də çayxana işlədir. Çayxanaya Təqsirləndirilən şəxs, onun qayını və Zərərçəkmiş şəxs gəlmişlər və onlardan başqa adamların olubolmaması yadında deyil. Ona məxsus çayxanda 15-20 nəfər bir dəfəyə əyləşə bilər. Lakin çayxanda içəridə adları çəkilən 3 nəfər oturub yemək yemişlər və onlardan başqa heç kəs olmamışdır. Onlar yemək vermiş, adları çəkilən 3 nəfər özləri araq kolbasa və konservə alıb gətirib yemişlər. Hadisə günortadan sonra təxminən 6-7 arası olmuşdur. Adları çəkilən 3 nəfəri onun qudası Mübariz qarşılamışdır. Onlardan başqa kafedə kiminsə olubolmaması yadında deyil. O tək olmuş və həmin vaxt mağazada olmuşdur. Mağazadan çıxıb gəldikdə Təqsirləndirilən şəxs, onun qayını çöldə olmuş, Zərərçəkmiş şəxs isə içəridə olmuşdur. O gələrkən Rizvanın qaynı Emin söyünc söymüş və içəri keçmək istəmişlər. Rizvanın Xanları vurub-vurmamasını bilmir, belə ki o gələndə artıq dava olmamışdır. Rizvan söyünc söyməmiş, lakin içəri keçmək üçün dartınmış lakin o qoymamışdır. Onlar arasında olan dava təxminən yarım saat çəkmişdir. Səsə-küyə çox sayda adam gəlmişdir. Səs-küyə təxminən 5-6 nəfər yığılmışdır. Kafedə Təqsirləndirilən şəxs, onun qayını və Zərərçəkmiş şəxs başqa adam olmamışdır. Onlar arasında olan davanın hansı səbəbdən yaranmasını bilmir. Zərərçəkmiş şəxs söyünc söyməmişdir. Onlar Rizvanı və Emini içəri girməyə qoymamışlar, həmin vaxt Xanlar isə çölə çıxmaq istəməmişdir. Həmin vaxt onları o və qudası Mübariz saxlamışdır. Onlar hansı səbəbdən mübahisə etmələrini deməmişlər. Təqsirləndirilən şəxs və onun qayını çöldə olarkən Rizvanın qaynı söyünc söymüş, lakin həmin vaxt Rizvan və Xanlar söyünc söyməmişdir. Rizvanın söyünc söyüb-söyməməsi yadında deyil. Rizvanın Xanları vurmasını və ya ona nəsə götürüb atmasını görməmişdir. Onlar arasında mübahisə olan vaxt o mağazda olmuşdur. Rizvanın qışqırmasını eşitmiş, lakin söydüyünü eşitməmişdir. Həmin vaxt kafedə onlardan başqa adam olub-olmaması yadında deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir kəntçi kimi tanıyır və onlarla hər hansı bir qohumluq əlaqələri və ədavəti yoxdur. O səhər saat 10-11 radələrində çayçıya gəlmiş, bir az keçdikdən sonra həmin çayçıya Rizvan qaynı ilə gəlmiş, aradan bir az keçdikdən sonra isə həmin yerə Zərərçəkmiş şəxs gəlmiş, Təqsirləndirilən şəxs, onun qayını və Zərərçəkmiş şəxs bir yerdə yemək yemişlər, sonra pivə içmişlər, domino və nərd oynamışlar. O, stoldan stəkanları götürüb mətbəxə aparmış və mətbəxdə olarkən səs-küy çıxmasını eşitmiş və gəlib baxdıqda Zərərçəkmiş şəxs yerdə çabalamasını görmüş, bundan sonra onları aralamışlar. Əlavə olaraq bildirdi ki, həmin vaxt İlham çöldə olmuş, o Rizvanı və qaynı Emini tutub çölə çıxarmış, onlar birdə içəri girmək istədikdə o nə olmasını soruşmuş və onları içəri girməyə qoymamışlar, onlar isə hadisənin nə səbəbə olmasını bilməsə yaxşı olacağını bildirmişlər və mübahisənin səbəbi ilə bağlı heç nə deməmişlər. Bundan sonra isə çıxıb getmişlər. Zərərçəkmiş şəxs yerdə olarkən Rizvanın qaynı Emin onu vurmaq istəmiş, lakin onlar imkan verməmişlər. Həmin vaxt onların bir-birlərini söyməsini eşitməmişdir. O, mətbəxə stəkanları qoymaq üçün geçdikdə, mətbəxdə olan vaxt guppultu səsi eşitmiş və çıxdıqda Zərərçəkmiş şəxs yerdə çabalamasını və üzünün qan olmasını görmüş, bundan sonra Rizvanın qaynı Emini çölə çıxarmışlar və onu təkrar içəri girməyə qoymamışlar. Həmin vaxt Xanlar və Rizvan içəridə qalmış, daha sonra Rizvan Emini götürüb getmiş, Xanlar isə çıxıb evə getmişdir. İlhamı qışqıraraq o köməyə çağırmışdır. Xanları vurmuşlar və Xanlar yıxılmışdır. Səs-küy onların öz aralarında olmuş və başqa səs-küy olmamışdır. Polisdə ifadə verərkən o düzgünü danışmışdır. Çayçıda onlardan başqa heç kəs olmamışdır. Camaat davadan sonra gəlmişlər və davaya görə heç kəs gəlməmişdir. O, Təqsirləndirilən şəxs, onun qayını Eminin və Zərərçəkmiş şəxs dalaşma anını görməmişdir. Belə ki, o stəkanları götürüb yaxalamaq üçün mətbəxə girmiş və həmin vaxt adları çəkilən üç nəfər stolda oturub domino oynayaraq söhbət etmişlər, mətbəxdə olarkən guppultu səsi eşitmiş və baxdıqda Zərərçəkmiş şəxs arxası üstə yerdə olmasını görmüşdür. Lakin onların dalaşma səbəbini bilməmişdir. O onlardan davanın səbəbini soruşsa da onlar heç nə deməmişlər. O, Təqsirləndirilən şəxs, onun qayını Eminin və Zərərçəkmiş şəxs dalaşmasından bir şey anlamamışdır. Belə ki, adları çəkilənlər bir yerdə oturub yemək yemişlər, pivə içmişlər və sonra dalaşmışlar. Dava nəticəsində onun əmlakına ziyan dəyməmişdir. Onlar çayçısı yalnız çay və pivə satışı kimi fəaliyyət göstərir. Çayçıda oturmaq üçün çöldə 2 yer var, digər yerlər isə içəridədir. Çayçıda 12-13 nəfər içəridə əyləşə bilər. Təqsirləndirilən şəxs, onun qayını Emin və Zərərçəkmiş şəxs dalaşan zaman çayçıda başqa adamlar olmamış, sadəcə həmin şəxslər olmuşdur. Dava günortda 12-13 radələrində baş vermişdir. Həmin şəxslər səhər saat 10dan çayçıya gəlmişlər. Dava isə təxminən günorda 12-13 radələrində olmuşdur. Dava saat 19 radələrində olmamışdır. Belə ki, adları çəkilən şəxslər saat 11 radələrində gəlmişlər, çörək yemişlər, pivə içmişlər daha sonra isə 12-13 radələrində dalaşmışlar. Adları çəkilən şəxslər sərxoş olmuşlar və onlardan dalaşmalarının səbəbini xəbər ala bilməmişdir. Çayçıda kənar şəxslər olmamışdır. O, çıxdıqda Zərərçəkmiş şəxs yerdə çabalamasını görmüşdür. Zərərçəkmiş şəxs Emin vurmuş, bundan sonra Xanlar arxası üstə yerə yıxılmış, daha sonra o, Emini paltarından tutub çölə çıxarmış, həmin vaxt Xanlar qıraqda durub baxmış, Emin isə çöldən qışqıraraq Xanları vurmasını, özünün Xanları butulka ilə vuracağını bildirmiş, onlar isə Rizvana bi sillə də onun vurmasını demişlər, Rizvan sillə ilə Xanları vurmuş və daha sonra Eminin qoluna girib çıxıb evə getmişdir. Rizvan Xanları axırda bir dəfə sillə ilə vuraraq çıxmışdır. Çayxanaya əvvəl Rizvan və onun qayını Emin, daha sonra isə Zərərçəkmiş şəxs gəlmişdir. O çayçı işlətməmiş, çayçı qudasına məxsus olmuş, qudası ondan həmin şəxslərə pivə verməsini xahiş etdiyi üçün o qulluq etmişdir. Dava zamanı söyünc eşitməmişdir. Hadisə vaxt Emin Zərərçəkmiş şəxs söyün söymüş, həmin vaxt onlar Eminə camaatın eşitməsini bildirmişlər. Həmin vaxt Rizvanın söyünc söyməsini eşitməmişdir. Eminin Xanları iki dəfə vurmasını görmüş və ona çataraq Emini aralayıb çölə çıxarmışdır. Bundan sonra Emin butulkanı götürüb Xanları vurmağa görə içəri keçmək istəmiş və əgər Rizvanın Xanları vurmasa butulka ilə onu vuracağını bildirmişdir. Bundan sonra onlar Rizvana Xanlara bir dəfə sillə ilə vurmasını və Eminin sakitləşməsini bildirmişlər. Bundan sonra Rizvan bir dəfə sillə ilə Xanları vurmuşdur. Təqsirləndirilən şəxs, onun qayını Emin və Zərərçəkmiş şəxs arasında mübahisə olan vaxt həmin yerdə başqa heç kəs olmamışdır. Münahisə zamanı Emin söyünc söymüş, o isə qarşıda evlər olduğuna görə onu kiritmiş və söyünc söyməyə qoymamışdır. Davanın səbəbini ona açıqlamamışlar. O istintaqda ifadə verərkən davanın səbəbini bilməsini deməmişdir. Rizvan və Emin gəldikdən, təxminən yarım saat sonra həmin yerə Xanlar gəlmişdir. Hadisə axşam saat 18-19 radələrində olmamışdır. Rizvanın söyünc söyməsini eşitməmişdir. O, Emini çölə çıxardan vaxt, Rizvan əlində siqaret baxmış və heç nə etməmişdir. Emin butulkanı götürüb Xanları vurmağa görə içəri keçmək istəmiş və əgər Rizvanın Xanları vurmasa butulka ilə onu vuracağını bildirmişdir. Bundan sonra onlar Rizvana Xanlara bir dəfə sillə ilə vurmasını və Eminin sakitləşməsini bildirmişlər. Bundan sonra Rizvan bir dəfə sillə ilə Xanları vurmuşdur. Həmin vaxt Xanlar yerdən durmuş və ayaq üstə olmuşdur. Xanlar Rizvana heç nə etməmiş, halı olmamış və onu qan aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilərək istintaq aparılması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə hadisə yerinə, yəni Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən çayxanaya baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək şəkillər çəkilmişdir. İstintaq zamanı vət. Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətin olub-olmamasını, əgər vardırsa ağırlıq dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Belə ki, Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 391 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün açıq sınığı, sağ yanaq nahiyyəsinin hematoması, üst dodağın selikli qişasına qansızma, sol kürək nahiyyələrinin qançırları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarınn təsviri hissəində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən burun sümüyünün açıq sınığı, sağ yanaq nahiyyəsinin hematoması dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya; üst dodağın selikli qişasına qansızma, sol kürək nahiyyələrinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. “Toplanmış materialın aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü tarixli qərardan görünür ki, toplanmış materialın Azərbaycan Respublikası CPM-in 213.1.1-ci maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin Göygöl rayon prokurorluğuna göndərilməsi və qəbul edilmiş qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs və Emin adlı şəxsin əməllərində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Göygöl rayon prokurorluğuna və şikayətçilərə göndərilməsi və rədd materialının saxlanılması üçün Göygöl RPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/1454 nömrəli material üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Röyal Sadıqovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, materialın əlavə araşdırmanın aparılması üçün RPŞ-nin İstintaq bölməsinə qaytarılması və qəbul edilmiş qərar barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına alınmış cavabdan müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən çayxanada baş vermiş münaqişə zamanı Emin Məmmədov yumruqla Zərərçəkmiş şəxs burun nahiyyəsindən vurduqdan sonra Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir neçə zərbə endirərək döymüşlər. Həmin hadisə vaxtı orada olan və çayxananı işlədən Mübariz adlı şəxs Şahid2dur və həmin çayxananın yaxınlığında yerləşən mağazada işləyən Şahid1dur. Həmin şəxslər dindirilməsi üçün istintaqa təqdim olunacaqdır. Hadisə vaxtı hadisə yerinə kənar şəxslər toplaşmış, lakin həmin şəxslərin və hadisəni görə biləcək digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. “Şəxsin şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan və sonuncu cinayət prosesini həyata keçirən istintaq orqanına gəlməkdən qəsdən boyun qaçırdığından o, iş üzrə göstərilən maddə ilə şübhəli şəxs qismində tutulması üçün axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutulduğu zaman şübhəli şəxs qismində saxlanılması üçün Göygöl RPŞ-nin İstintaq Bölməsinə təhvil verilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinə göndərilməsi, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim olunana dək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatının Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qərarın sürətinin əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi” barədə xx.xx.2025ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilərək istintaqın davam etdirilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə törədilmiş əməlin həmin məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməsi və qərarın sürətinin prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli protokoldan və həmin tarixli raportdan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin gün saat 16:30-da Göygöl rayon Polis şöbəsinin İstintaq Bölməsinə könüllü olaraq gəlmişdir. Odur ki, Təqsirləndirilən şəxs adına Göygöl RPŞ-nin CAB-da açılmış axtarış işinin icraatına xitam verilməsi xahiş edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan edilmiş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Göygöl RPŞ-yə ünvanlanmış ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəmir. Ərizəsinin nəzərə alınmasını xahiş edir. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs 24 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanılması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X8 istintaqa gəldikdən sonra cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam, obyektiv və vaxtında baxılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin istintaq materiallarından X7 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması və istintaq aparılması üçün icraata götürülməsi, cinayət işi üzrə alınmış ifadələr, istintaq hərəkətləri protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi sübut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X8 istintaqa gəldikdən sonra cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam, obyektiv və vaxtında baxılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin istintaq materiallarından X7 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilərək istintaqı aparılması, qərar barədə maraqlı tərəflərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs bir müddət əvvəl onun arvadına pul təklif edərək sataşmasına görə Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyini və Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək, CM-nin 221.2.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi kimi özünün müdafiəsi üçün gətirdiyi dəlil istintaq zamanı vəsatət kimi qəbul edilərək rədd edilmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1976-cı ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Yeni Qızılca kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-47-33/3-2-318 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhərində qeydiyyatda olmasına baxmayaraq Göygöl rayonu Yeni Qızılca kəndində qeydiyyatsız olaraq yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Şahid3, oğlu X2, oğlu X5, oğlu X3 və qızı X1 ibarətdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 2606 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 3126 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Göygöl RPŞ-yə ünvanlanmış ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəmir. Ərizəsinin nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, özünü xuliqanlıqla təqsirli bilməyib, vurmaqda təqsirli bilməsini, Xanları 10 ildən artıqdır ki tanımasını, Xanların ona “arvadınla evdə probleminiz var səndə qaynınla birlikdə oturubsuz” deməsini, Xanların dediyi sözə qıcıqlanmasını və onların aralarında bu səbəbdən mübahisə başlamasını bildirməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa yanaşı sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı qeyd edilməlidir, onun bu dəlilləri zərərçəkmiş şəxs, eləcə də şahidlərin ifadələri, dindirmə protokolları və iş mterialları ilə təkzib edildiyindən, həmin dəlillər yalnız özünü müdafiə xarakterli olması və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Məhkəmə Təqsirləndirilən şəxs belə məzmunda ifadə verməsini onun hüququ kimi qəbul edir və Təqsirləndirilən şəxs dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, Təqsirləndirilən şəxs bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində az yaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun əməlinin yüngülləşdirilən hallar olmasını müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, islah işləri və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsin əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur, cəzanı yüngülləşdirən hallar isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalı, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablama ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 110 (bir yüz on) manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Göygöl rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Göygöl rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 110 (bir yüz on) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar