Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-72/2023 08.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X6, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2005-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3, 177.2.2, və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.2002-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 170.1, 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 оğlu qabaqcacadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etməyə cəhd etmiş, həmçinin təkrar binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, 27 dekabr 2022-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qardaşı Rza yev Rafael Şahin oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl şəhəri, Babək küçəsi 22 ünvanında yerləşən X7 məxsus yarımtikili evin həyətyanı sahəsinə açıq pəncərədən qanunsuz daxil olaraq zirzəmidə olan 6 ədəd iki metr uzunluqda, 100 mm diametrli, hər biri 30 manat, ümumilikdə 180 (bir yüz səksən) manat dəyərində dəmir boruları gizli yolla talayaraq oğurlamaq məqsədi ilə küçədə olan zibilqabına yükləyib aparan zaman ətrafdan səs gəlməsini eşidib kiminsə gəldiyini və onları görə biləcəyini zənn edərək taladıqları əşyaları orada qoyub qaçaraq biləvasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Bundan başqa o, 07 yanvar 2023-cü il tarixdə saat 19:40 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Göygöl şəhəri, Babək küçəsi 14 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətyanı sahəsinə hasardan aşma yolu ilə qanunsuz daxil olub orada yerləşən “Sənan Rəvan” adlı mağazanın açıq olan qapısından içəri girərək kassadan 300 manat nağd pul, 30 manatlıq danışıq kartı (kontur), biri 4,30 manat olan yeddi qutu “Sobranie”, biri 3,90 manat olan altı qutu “Kent”, biri 2,50 manat olan beş qutu “Maqna”, biri 3,20 manat olan beş qutu “Rothmans” siqaretlərini gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 412 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 оğlu yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcacadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qardaşı Təqsirləndirilən şəxs1 qazanc əldə etmək barədə vədlər verməklə cinayətkar fəaliyyətə cəlb edib qabaqcadan əlbir olub qrup təşkil edərək, 27 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Göygöl şəhəri, Babək küçəsi 22 ünvanında yerləşən X7 məxsus yarımtikili evin həyətyanı sahəsinə açıq pəncərədən qanunsuz daxil olaraq zirzəmidə olan 6 ədəd iki metr uzunluqda, 100 mm diametrli, hər biri 30 manat, ümumilikdə 180 (bir yüz səksən) manat dəyərində dəmir boruları gizli yolla talayaraq oğurlamaq məqsədi ilə küçədə olan zibilqabına yükləyib aparan zaman ətrafdan səs gəlməsini eşidib kiminsə gəldiyini və onları görə biləcəyini zənn edərək taladıqları əşyaları orada qoyub qaçaraq biləvasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 dekabr 2022-ci il tarixdə Göygöl şəhəri, Babək küçəsində qardaşı xx.xx.2002-ci il təvəllüdlü qardaşı X8 ilə piyada mağazadan gələn zaman yaşayış olmayan evin qarşısından zaman evdə yaşayış olmaması, həmçinin evin pəncərələrinin də olmaması diqqətləri çəkmişdir. 26 dekabr 2022-ci il tarixdə axşam saatlarında qardaşı Rəfaelin və onun siqareti qurtarmış, pulları isə olmamışdır. Rəfael ilə keçən gün gördükləri yaşayış olmayan evə daxil olmağı oradan dəmir metallar tapıb satmaq qərarına gələrək razılaşmışlar. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə keçən gecə saat təxminən 02 radələrində qardaşı Rəfael ilə Göygöl şəhəri, Babək küçəsində yerləşən həmin yaşayış olmayan evin qarşısına gəlmişlər. Evin darvazasının qapısı bağlı olmuşdur. Evin pəncərələri olmamışdır. Rəfaellə birlikdə evə evin olmayan pəncərəsindən daxil olmuşlar və oradan isə evin həyətinə keçmişlər. Daha sonra evin zirzəmi qapısından oraya daxil olaraq orada dəmir boruların olmasını görmüşlər. Onlar birlikdə 6 ədəd təxminən iki metr uzunluğunda dəmi boruları evin açıq pəncərəsindən küçəyə çıxarmışlar. Həmin vaxt ətrafda heç kim olmamışdır. Küçədə olan zibilqabını götürmüş və dəmir boruların beşini həmin zibil qabına qoymuşlar. Zibilqabının təkərləri var. Rəfael isə bir ədəd dəmir borunu əlinə almışdır. Küçə ilə getmişlər, Rəfael dəmir borunu əlində aparır, o, isə zibilqabına qoyub aparmışdır. Yolda ayağı büdrəmiş və dəmir borular yerə düşmüşlər. Həmin vaxt dəmir borular yerə düşdüyü üçün səs-küy olmuş və küçədə adam səsi eşidib görən olacağından qorxaraq boruları ora atıb qaçmışlar. Qeyd etmişdir ki, küçədə kiminsə çölə çıxmasının səsini eşitmiş, lakin orada dayanmadan qaçıb evə getmişlər. Təxminən 4-5 gün həmin küçəyə getməmiş, getdikdə isə boruların və zibilqabının orada olmamasını görmüşdür. xx.xx.2023-cü il tarixdə isə mobil telefonu əlindən düşərək sınmış və telefonu təmir etdirməyə pulu olmadığı üçün həmin tarixdə saat 19:40 radələrində Göygöl şəhəri, ünvan 1 ünvanında yerləşən ərzaq mağazasından oğurluq etmək qərarına gəlmiş və mağazanın qarşısına getmişdir. Mağazada heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan mağazanın yerləşdiyi həyətə düşərək həyətdən mağazaya keçmək üçün olan qapını özünə tərəf çəkmiş və qapının açıq olmasını görmüşdür. Ona görə də qapıdan mağazaya girmiş və mağazanın kassasında olan 56 (əlli altı) manat pulu götürərək mağazadan çıxmışdır. Daha sonra gəldiyi yol ilə qayıtmış və hasardan küçəyə düşərək qaçmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 02 radələrində Göygöl şəhəri Babək küçəsi 14-də yerləşən evin zirzəmisindən qardaşı X8 ilə birlikdə 6 ədəd dəmir borunu oğurlayan zaman dəmir boruları zibilqabının üzərində aparmış, həmin vaxt ayağı büdrəyərək yerə yıxılmışdır. Dəmir borular yerə düşərək küçədə səs salmışdır. Həmçinin küçədə kiminsə səsini eşitmişdir. Qardaşı ilə o, səs-küy olduğundan görən olacağından ehtiyat edərək dəmir boruları yerə atıb qaçmışlar. O, kassadan da pul oğurlamışdır. Hal-hazırda özünü tam olaraq təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri tam olaraq ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Göygöl rayonu ərazisində gəzərkən Babək küçəsində yerləşən evlərdən birində yaşayış olmamasına və evin yarımtikili olduğu üçün pəncərələrinin olmamasına fikir vermişdir. Qardaşı Elcanla evdə dəmirlər olacağını, dəmirləri metal qəbulu məntəqəsinə satıb gəlir əldə edəcəklərini düşünüb oradan oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qardaşı Elcanla dəmir boruları gördüyükləri yerə getmişlər. Evin darvazası bağlı olmuşdur. Evin olmayan pəncərəsindən evə daxil olaraq oradan olmayan qapıdan həyətə keçmişlər. Həyətdə xeyli dəmir borular olmuşdur, lakin həmin dəmir boruları daşımaq çətin olmuşdur. Evin zirzəmisinə daxil olaraq oradan 6 ədəd iki metrlik dəmir borunu götürmüşlər. Daha sonra evin pəncərəsindən həmin boruları küçəyə çıxarmışlar. Elcan 5 ədəd dəmir borunu zibilqabına qoymuş, o, isə 1 ədəd dəmir borunu əlində götürmüşdür. Küçə ilə gedən zaman evdən təxminən 20 metr uzaqlaşdıqda Elcan zibilqabını yerə aşırmışdır. Zibilqabı yerə aşdıqda dəmir borular asfalta töküldüyü üçün səs-küy olmuş, o, da əlindəki borunu küçənin kənarına atmış və oradan qaçıb getmişlər. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 02 radələrində Göygöl şəhəri Babək küçəsi 14-də yerləşən evin zirzəmisindən qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə 6 ədəd dəmir borunu oğurlayan zaman Elcan dəmir boruları zibilqabının üzərində aparmışdır. Həmin vaxt Elcanın ayağı büdrəmiş və yerə yıxılmışdır. Zibilqabı aşmış, dəmir borular asfaltın üzərinə yerə düşərək küçədə səs salmışdır. Həmçinin elə sanmışlar ki, kiminsə səsini eşitmişlər. Bu səbəbdən yaxalanacaqlarından ehtiyat edərək oradan qaçmışlar. Qardaşı ilə o, səs-küy olduğundan küçəyə çıxıb görən olacağından ehtiyat edərək dəmir boruları ora atıb qaçıb getmişlər. Dəmir boruları oğurlamaqda məqsədləri boruları metal qəbulu məntəqələrinə satıb pul əldə etmək olmuşdur. Qardaşın Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, ünvan 2 ünvanında yerləşən ərzaq mağazasından pul oğurlaması barədə məlumatı olmamışdır. Elcanın mağazadan oğurluq etməsini sonradan bilmişdir. Cəmi 1 dəfə dəmir boru oğurlamışdır. Lakin onu da yolda qoyaraq qaçıb getmişdir. Hal-hazırda özünü tam olaraq təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri tam olaraq ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Göygöl rayonu Babək küçəsi 22 ünvanında evi var, həmin ev yarımtikilidir və evdə yaşayış yoxdur. Evin həyətində qıfıllı daravaza var, lakin evin qapı və pəncərələri yoxdur. Təxminən 10 gündən bir həmin evə gedərək nəzarət edir. 2022-ci ilin dekabr ayının 27-də həmin evinə getdikdə evin qarşısında zibilqabının aşmasını görmüşdür. Bu onun diqqətini çəkmiş və evə daxil olaraq otaqlara və zirzəmiyə baxış keçirtmişdir. Zirzəmidə olan 6 ədəd dəmir materialdan, 100-lük, hər biri 2 metr uzunluqda borunun olmamasını görmüşdür. Daha sonra oğurluq olmasını başa düşmüş, küçəyə çıxdıqda isə ona məxsus dəmir boruların küçədə, evdən təxminən 100 metr kənarda olmasını görmüşdür. Həmin dəmir boruları gətirib yenidən zirzəmiyə qoymuşdur. Oğurluqla bağlı lakin həmin vaxt şikayət etməmişdir. Düşünmüşdür ki, həmin oğruları özü tapacaqdır. Bir müddət qonşulardan evinə girən oğruları soraqlayandan sonra tapa bilmədiyini görüb 09 yanvar 2022-ci il tarixdə Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Ona məxsus evdən sadəcə 6 ədəd dəmir boru oğurlanmışdır. Ona məxsus 6 ədəd dəmir borunun hər biri 2 metrlik uzunluqda, 100-lük ölçüdə, paslı olmuşdur. 100 lük borunun bir metri 15 manatdır. 6 ədəd 2 metrlik borunun oğurlanması ilə onan təxminən 180 manat ziyan dəymişdir. Evin zirzəmisindən oğurluq etmiş naməlum şəxsin kim olması barədə heç bir fikri yoxdur. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərlə barışmışdır. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, yaşadıqları evin qarşısında “X16” adlı ərzaq mağazaları var. Həmin ərzaq mağazasının qapısı bağlı olur, qapının qarşısında isə zil var. Müştəri gəldikdə həmin zili basır, evdən çıxaraq müştəriyə ərzaq məhsulu satırlar. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində işdə olmuşdur. Həmin gün təxminən saat 20 radələrində həyat yoldaşı Şahid1 ona zəng edərək mağazaya oğru girməsi barədə məlumat vermişdir. Ona məlum olmuşdur ki, qonşusu tibb bacısı işləyən Şahid2 xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində həyat yoldaşı Şahid1 sistem qoşmaq üçün onlarda olan zaman Vəfa həyətə düşdükdə mağazanın qapısının bağlı olub-olmamasını dəqiqləşdirmək üçün mağazaya girmiş, oradan oğurluq olmasını aşkar etmişdir. Həmin vaxt Vəfa həyəcanlanıb qışqırmış, Fəqanə onun yanına gələrək oğurluq olmasını bilib DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Vəfa kassaya baxdıqda təxminən 300 manat pul, 30 manatlıq danışıq kartı (kontur), təxminən 30-40 manat dəyərində sobranie, kent, maqna, rothmans markalı təxminən 10-12 qutu siqaret götürülməsini bilmişdir. Oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdə saat 19:40 radələrində baş vermişdir. Naməlum şəxs mağazada dolabda olan kassadan 300 manat pul, 30 manatlıq danışıq kartı (kontur), təxminən biri 4,30 manat olan 7 qutu sobranie, biri 3,90 manat olan 6 qutu kent, biri 2,50 manat olan 5 qutu maqna, biri 3,20 manat olan 5 qutu rothmans siqaretləri götürmüşdür. Oğurluq nəticəsində ona ümumilikdə 412 manat ziyan dəymişdir.Mağaza evin qarşısında yerləşir. Mağazanın küçə tərəf qapısı daimi olaraq bağlı olur, müştəri gəldikdə qapıda olan zil ilə bizi çağırır. Lakin mağazanın ev tərəfdə olan qapısı daimi olaraq açıq olur. Naməlum şəxs əvvəlcə həyətə daxil olmuş, oradan isə açıq qapıdan mağazaya girib oğurluq etmişdir. Oğurluq edilməsində şübhələndiyi şəxs yoxdur. Lakin oğurluqla bağlı küçələrində yerləşən müşahidə kameralarının görüntülərini əldə etmiş və həmin görüntülərdən də görünür ki, bir nəfər naməlum şəxs qonşuluqda yerləşən bağdan onların həyətinə daxil olmuş, oğurluq etdikdən sonra da hasardan tullanaraq qaçıb getmişdir. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərlə barışmışdır. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid1 və Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Göygöl şəhəri, ünvan 1-də ailəsi ilə birlikdə yaşayır, evlidir, 2 övladı var. Rəsmi iş yeri yoxdur, evdar qadındır. Bundan başqa həyətlərində qapısı küçəyə açılan balaca “X16” adlı ərzaq mağaza var. Həmin ərzaq mağazasını işlədərək dolanır. Ərzaq mağazasının qapısı bağlı olur, qapının qarşısında isə zil var. Müştəri gəldikdə həmin zili basır, evdən çıxaraq müştəriyə ərzaq məhsulu satırlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 19:40 radələrində qonşusu tibb bacısı işləyən Şahid2 ona sistem qoşmaq üçün mağazanın qapısından gəlmiş, evə keçdikdən sonra həyətə düşmüş və qapını bağladığını bir daha yoxlamaq üçün mağazaya keçmişdir. Mağazaya daxil olduqda kassa yerləşən yerin dağınıq olmasını, siqaret vitrinin boşaldılmasını görmüşdür. Oğurluq olmasını başa düşmüş və həyacanlanıb qışqırmışdır. Fəqanə də mağazaya gəlmiş və oğurluq olmasını bilib DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Qeyd etmişdir ki, mağazanın ev tərəfdə olan qapısı hər zaman açıq olur. Naməlum şəxs həyətə daxil olmuş, oradan mağazaya girib oğurluq etmişdir. O, kassaya baxdıqda təxminən 300 manat pulun, həmçinin təxminən 30 manat dəyərində danışıq kartı və təxminən 30 manat dəyərində sobranie, kent, maqna, rothmans markalı təxminən 10-12 qutu siqaretin oğurlanmasını başa düşmüşdür. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, onun ərizəsini qəbul etmişlər və hadisə yerinə baxış keçirmişlər. xx.xx.2022-ci il tarixdə saat 19:50 radələrində mağzaya daxil olduqda oğurluq olmasını aşkar etmişdir. Həmin vaxtdan əvvəl də saat 19:30 radələrində mağazaya daxil olmuş və heç bir oğurluq olmamışdır. Düşünür ki, oğurluq hadisəsi təxminən 19:40 radələrində olmuşdur. Naməlum şəxs mağazanın dolabda olan kassasından 300 manat pul, 30 manatlıq danışıq kartı və siqaret vitrinindən təxminən 30 manat dəyərində siqaret oğurlamışdır. Mağaza evin qarşısında yerləşir. Mağazanın küçə tərəf qapısı daimi olaraq bağlı olur, müştəri gəldikdə qapıda olan zil ilə bizi çağırır. Lakin mağazanın ev tərəfdə olan qapısı daimi olaraq açıq olur. Düşünür ki, naməlum şəxs əvvəlcə həyətə daxil olmuş, oradan isə açıq qapıdan mağazaya girib oğurluq etmişdir. Oğurluq edilməsində şübhələndiyi şəxs yoxdur. Oğurluq olmasını aşkar edən zaman yanında heç kim olmamışdır, lakin həmin anda qışqırmış və səsinə evdən həmin vaxt onlarda olan qonşusu Fəqanə gəlmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Göygöl şəhəri, Mikayıl Müşviq küçəsi ev 19-da ailəsi ilə birlikdə yaşayır, evldidir. Bildirmişdir ki, onunla qonşuluqda, yəni Göygöl şəhəri, Babək küçəsiu ev 14-də yaşayan Şahid1 ilə normal münasibəti var. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Vəfaya sistem qoşmaq üçün onlara getmişdir. Vəfanın evinə keçmiş, Vəfa ona mağazaya baxıb gələcəyini demişdir. O, sistemi hazırlayan zaman anidən Vəfanın qışqırmasını eşidib həyətə çıxmış, Vəfanın mağazada olmasını görüb onun yanına getmişdir. Vəfa mağazaya oğru girməsini demişdir. Eyni zamanda kassanın dağınıq olmasını, siqaret vitrinində olan siqaretlərin də xeyli azalmasını görmüşdür. Vəfanın istəyi ilə DİN-in 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermişdir. Oğurluqla bağlı heç nə görməmişdir, yalnız oğurluq olduqdan sonra bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, 07 yanvar 2023-cü il tarixdə Göygöl şəhəri, Babək küçəsi 14 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “X16” adlı mağazaya baxış keçirilərək protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək fotocədvəl halında həmin protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd disk – ağ rəngdədir, üzərində “BİNGO”, “CD-R”, “2X-56X”, “Made in Taiwan” yazıları var. Diskin içərisindəki görüntülərə baxmaq üçün disk “HP” markalı kompüterin “DVD ROM”una daxil etdikdə 04 ədəd videogörüntü olması müəyyən edilmişdir. Birinci görüntü Azər Allahverdiyə məxsus mağazanın küçədən müşahidə kamerası vasitəsilə çəkilmiş görüntüsüdür. Video 6 saniyədir. İkinci görüntü 16 saniyədir. Həmin görüntü isə mağazanın yerləşdiyi küçədə digər müşahidə kamerası ilə çəkilmişdir. Vidoda görünür ki, bir nəfər şəxs mağazanın yerləşdiyi bağdan hasarı tullanaraq küçəyə çıxıb qaçır. Üçüncü görüntüdə isə görünür ki, naməlum şəxs mağazanın yerləşdiyi bağın içərisində piyada hərəkət edərək mağazanın olduğu həyətə baxır. Həmin görüntü isə 274 saniyədir. Dördüncü görüntü 37 saniyədir və həmin görtüntüdə də görünür ki, qaranlıqda bağda bir nəfər mağazanın olduğu həyətə boylanır. Görüntülərin hər birində görünür ki, hadisə qaranlı vaxtı baş vermişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, 09 yanvar 2023-cü il tarixdə Göygöl şəhəri, Babək küçəsi 22 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evə baxış keçirilərək protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək fotocədvəl halında həmin protokola əlavə edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus 6 ədəd iki metrlik ölçüdə dəmir borular iş üçün əhəmiyyət kəsb etdiyindən baxış keçirilərək götürülmüşdür. Cinayət işinə əlavə edilmiş üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs2 mağazadan 56 manat deyil, 300 manat pul, 30 manatlıq kontur və 76 manat dəyərində müxtəlif çeşiddə siqaretlərin oğurlanmasını Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir. Cinayət işinə əlavə edilmiş protokolundan görünür ki, istintaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda Göygöl şəhəri, Babək küçəsi 22 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 evə pəncərədən daxil olaraq zirzəmidən oğurluq etmələri ilə bağlı hadisə vaxtı davranışlarını əyani surətdə göstərmişlər. Cinayət işinə əlavə edilmiş protokldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs1 öz ifadəsini bir daha təsdiq edərək Göygöl şəhəri, Babək küçəsi 14 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazaya daxil olaraq oradan oğurluq etməsi zamanı davranışlarını əyani surətdə göstərmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 aprel 2023-cü il tarixli 9/3074 nömrəli rəyinə əsasən: - 01 qutu “Sobranie” markalı siqaretin qiyməti 4,20 manat, 07 qutu 29,40 manat - 01 qutu “Kent” markalı siqaretin qiyməti 3,80 manat, 06 qutu 22,80 manat - 01 qutu “Maqna” siqaretinin qiyməti 2,50 manat, 04 qutu 12,50 manat -01 qutu “Rothmans” siqaretinin qiyməti 3,20 manat, 05 qutu 16,0 manatdır. İş üzrə Zərərçəkmiş şəxs2 göstərdiyi qiymətlər əsas götrülməklə oğurluq nəticəsində ona dəymiş ziyanın məbləği 300 manat nağd pul, 30 manatlıq danışıq kartı(kontur) və 82 manat dəyərində müxtəlif siqaret markaları olmaqla ümumilikdə 412 manat olaraq əsas götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş və onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 оğlu qabaqcacadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etməyə cəhd etmiş, həmçinin təkrar binaya qanunsuz daxil olmaraq özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 оğlu yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcacadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etməyə cəhd etmişdir. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1 оğlunun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 29,177.2.1, 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 оğlunun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 170.1, 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 оğlu cinayət törədən zaman yetkinlik yaşına çatmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Cərimə növündə cəza təyin edərkən məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin miqdarı hökm çıxarılan vaxt üçün hesablanmalıdır. CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CMnin 29,177.2.1, 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddəsinin və Təqsirləndirilən şəxs2 оğlunun oğlunun təqsirləndirildiyi CM-nin 170.1, 29,177.2.1 və 29,177.2.3-cü maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, onlara ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərəri tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərəri tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hər iki təqsirləndirilən şəxsə münasibətdə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CMnin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 оğluna Cinayət Məcəlləsinin 170.1-ci maddəsinə münasibətdə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halları, həmçinin onun hadisədən sonrakı davranışını, təqsirləndirilən şəxsin məhkəmə iclasındakı davranışını, törətdiyi cinayətin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, himayəsində zərəri ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci maddəsində - müəyyən ediləndən də daha yüngül cəza növü təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Ona görə də bu halların məcmusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən müstəsna hal hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələblərinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcədə də iştirakçılıqla törədilmiş cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür olur ki, CM-nin 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62.1-ci maddəsinin mənasına görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ, daha yüngül cəzaların olması həmin maddədə müəyyən edilmiş hər hansı cəza növünün aşağı həddindən də az cəza təyin edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, şəxs CM-nin Xüsusi Hissəsinin bir neçə maddəsi ilə təqsirli bilindikdə və ona bu maddələrin hər birinin sanksiyalarında nəzərdə tutulan cəzalardan aşağı həddə cəza təyin edilməsi zərurəti yarandıqda CM-nin 62-ci maddəsi ilə müəyyən edilən qaydalar hər bir maddə üzrə ayrıca tətbiq olunmalı və yalnız bundan sonra qəti cəza CM-nin 66-cı maddəsi ilə müəyyən edilən qaydalarda təyin edilməlidir. Cinayətlərin məcmusu üzrə qəti cəza təyin edildikdən sonra CM-nin 62-ci maddəsinin tətbiq olunması yolverilməzdir. Məhkəmə xüsusilə qeyd edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilərək əməlindən peşman olması onun mənəvi və ictimai dəyərlərə hörmət hisslərinin qorunub saxlandığına dəlalət etməklə, tutduqları əmələ görə özü-özlərini məzəmmət etdiklərini təsdiq edir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi öz növbəsində onun əhatə edən insanların təqsirləndirilən şəxsi kriminal ünsür kimi sıradan çıxarmadıqlarına və onların islah olunacaqlarına dair cəmiyyətdə inamın mövcud olmasına dəlalət edir. Məhkəmənin fikrincə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədən və onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən halların olması, onun təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası işin faktiki hallarına uyğun gəlmir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 оğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci maddəsinə münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında - müəyyən ediləndən də daha yüngül cəza növü təyin olunmaqla cəzanın əsas məqsədini təmin etmək mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs1 götürülmüş altı ədəd dəmir borunun – sahibinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.2, və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 оğlunun üzərinə ünvan 3 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonu və Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 170.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə ünvan 3 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonu və Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs1 götürülmüş altı ədəd dəmir borunun – sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-72/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 08 avqust 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X6, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2005-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3, 177.2.2, və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.2002-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 170.1, 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.2, və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 оğlunun üzərinə ünvan 3 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonu və Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 170.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə ünvan 3 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonu və Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs1 götürülmüş altı ədəd dəmir borunun – sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №1(066)-72/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-72/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver