Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-72/2024 25.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, onun müdafiiəçi X8, zərərçəkmiş şəxs X2 iştirakları ilə xx xxxx 1996-cı il tarixdə Xanlar rayonunda anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvələr məhkum olunmamış, işləməyən, Göygöl rayonu, Xəqani kəndində qeydiyyatda olan və Göygöl rayonu Tülallar kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına 25 iyul 2024-cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə, saat 18 radələrində, Göygöl rayonu, Tülallar kəndində yaşadıqları yaşadıqları evdə, faktiki nikahda olduğu arvadı X4 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, qəsdən, ağac parçası ilə Zülfiyyə Məmmədəliyevanın sağ ayağından və sol qolundan zərbələr vurub ona sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmaqla, dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid “sağ iç topuq oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol bazu nahiyyəsinin qançırları” xəsarətləri yetirmişdir. İşin halları: Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, o, 08 iyun 2024-cü il tarixdə saat 18 radələrində əri Təqsirləndirilən şəxs ilə birlikdə iri buynuzlu heyvanlarını yaşadıqları kənd ərazisindən gətirməyə getmişdir. Həmin vaxt o, kənd ərazisindən əyilib bir neçə kəklikotu yığmışdır. Sonra onlar evə qayıdan zaman Babək ona nə üçün kənd ərazisində əyilib gül yığırsan demiiş və buna görə aralarında mübahisə baş vermişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs əlinə ağac parçası alaraq onun sol qolundan və sağ ayağından zərbələr vuraraq onu döymüşdür. Bundan sonra o, olanlar barədə polisə ərizə ilə müraciət etmişdir. Hadisədən sonra əri Təqsirləndirilən şəxs ondan üzr istədiyinə və dəyən ziyanı ödədiyinə görə onu bağışlamış və onunla barışmış və bir yerdə mehriban yaşayırlar. Təqsirləndirilən şəxs şikayəti yoxdur, onun barəsində cinayət təqibinə xitam vrilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri olmaqla, hal-hazırda əməlindən peşman olmaqla, ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, X4 ilə faktiki nikah münasibətinə girməklə evlənmişlər. 08 iyun 2024-cü il tarixdə saat 18 radələrində arvadı X4 ilə birlikdə iri buynuzlu heyvanlarını yaşadıqları kənd ərazisindən gətirməyə getmişdir. Həmin vaxt Zülfiyyə kənd ərazisində əyilib yerdən kəklikotu yığmağa başlamışdır, o, Zülfiyyənin kənd ərazisində insanların görəcəyi yerdə əyilib gül yığmasından narahat olmuşdur. Yaşadıqları evə qayıtdıqdan sonra o, Zülfiyyəyə bir daha insanların gözü qarşısında əyilməməsini tapşırmışdır. Bu zaman Zülfiyyə ilə aralarında sözlə mübahisə yaranmışdır və o, əsəbləşərək əlində olan ağac parçası ilə Zülfiyyənin qolundan və ayağından vurmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxs arvadı X1 üzr istəyib onunla barışmışdır. Hal-hazırda da bir yerdə yaşayırlar. Zərərçəkmiş şəxs X2 hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsinə razıdır və bunu xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, arvadı zərərçəkmiş şəxs X2 onu bağışlayıb, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdiyinə görə o, da barəsində olan cinayət təqibinə xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış materiallar, zərərçəkmiş ifadəsi, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquq şəxsi Göygöl rayon şöbəsi tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli, 321 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, X4 ekspert müayinəsində keçərkən onun bədəni üzərində “sağ iç topuq oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol bazu nahiyyəsinin qançırları” xəsarəti vardır. xx.xx.2024-cü il tarixə uyğun gələn bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN BƏSİİ-in tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Dövlət ittihamçısı çıxışında göstərdi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 ilə barışdığına və ona vurduğu ziyanı tam həcmdə ödədiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Hüquqi məsələlər: 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci madddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə işin tədqiq edilən hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 ilə barışdığı üçün və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün barəsində cinayət təqibinə xitam verilməlidir. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-in 321.2.1-ci və 381-384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Zərərçəkmiş şəxs X4 ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunan vaxtdan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-72/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-72/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver