Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-72/2025 07.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamaqla, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, istintaq orqanının mövqeyinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə tanışı Zərərçəkmiş şəxs geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 5 000 (beş min) manat pul verəcəyi halda sonuncunun 2-ci qrup əlillik dərəcəsinə görə 2005-ci ildən təyin olunmuş, 2021-ci ilin fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təkrar komissiyasında dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə təsir etmək imkanına malik olduğunu yalandan vəd verən tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə "xxxx" ASC-də Şahid2 adına qeydiyyata alınmış “416974******7880” nömrəli bank kartına Zərərçəkmiş şəxs 21 iyun 2022-ci il tarixdə saat 19:05-də Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Balmart market”də quraşdırılmış ödəmə terminalından hər dəfə 1400 manat olmaqla, iki dəfəyə ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində göndərmiş olduğu pulunu ələ keçirdikdən sonra vahid niyyətlə əhatə olunan davamlı qəsdlə, 22 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs tapşırığına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ramana kəndində yaşayan qardaşı Şahid1 Şahid2 2000 manat pulu nəğd şəkildə, Təqsirləndirilən şəxs "xxxx" ASCdə adına qeydiyyata alınmış özünə məxsus “4169-7388-6171-6474” nömrəli bank kartına Zərərçəkmiş şəxs 10 may 2024-cü il tarixdə Göygöl şəhəri, S.Vurğun küçəsində yerləşən “Oba Marketdən” 2000 (iki min) manat, 27 may 2024-cü il tarixdə saat 09 radələrində isə 360 (üç yüz altmış) manat göndərdiyi pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs 7160 (yeddi min yüz altmış) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə, verdiyi vədlərə əməl etməyərək həmin pul məbləğini qrupun üzvü Şahid2 ilə arasında bölməklə zərəçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid2 ilə əvvəldən tanış olmuşdur. Tanışlığı əsnasında Zərərçəkmiş şəxs da tanımışdır. 2022-ci ilin iyun ayında Şahid2 onunla əlaqə saxlayaraq, Zərərçəkmiş şəxs təqaüdünün dayandırıldığını və bu məsələnin həllində ona köməklik göstərib-göstərə bilməyəcəyimi soruşdu. O, həmin sahədə çalışmadığını bildirmiş və yalnız maraqlana biləcəyini qeyd etmişdir. Daha sonra Şahid2 Zərərçəkmiş şəxs bu məqsədlə aldığı 4000 (dörd min) manat məbləğində pulu ona təqdim etmişdir. Lakin aparılan cəhdlərə baxmayaraq, Zərərçəkmiş şəxs dayandırılmış təqaüdünü bərpa etmək mümkün olmadı. O, pulu geri qaytarmaq istəsə də, maddi imkanı olmadığı üçün bu öhdəliyi yerinə yetirə bilmədi. Şahid2 ilə aralarında heç bir qohumluq əlaqəsi yoxdur, sadəcə tanışlıq münasibəti var. Pulu ona Şahid2 təqdim etmişdi və həmin dövrdə şəxsi ehtiyacları olduğu üçün həmin vəsaiti qəbul etmişdir. O, Zərərçəkmiş şəxs 2360 manat məbləğində pul almışdır. Bu məbləğ ona nağd şəkildə deyil, bank kartına köçürmə yolu ilə təqdim edilmişdir. Qeyd olunan pulu borc qismində istəmiş və şəxsi ehtiyacları olduğu üçün qəbul etmişdir. 4000 manat məbləğində vəsaiti Şahid2 ona təqdim etmişdir. Bu məbləği də şəxsi ehtiyacları səbəbilə almışdır. Şahid2 Qasım adlı şəxsə görə tanımış; Yaşarla Qasım əvvəldən dost olublar. O, iş barəsində Yaquba və yaxud Yaşara heç bir vəd verməmiş, sadəcə əlindən gələn köməklik göstərə biləcəyini demişdır. 4000 manat pulu Şahid2 almış, 2360 manatı isə Zərərçəkmiş şəxs onun kartına köçürüb. Bundan sonra istintaq dövrü ifadələrində qalan 2360 manat oulun zərərçəkənə ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 tanışıdır. Ona zəng edərək pensiya alıbalmadığını soruşdu, o isə pensiya almadığını bildirdin. Yaşar ondan pensiyanın düzəlməsi ilə bağlı 5000 manat pul istədi və ona 4800 manat vermişdir. Aradan müəyyən vaxt keçdikdən sonra Yaşarla əlaqə saxlamışdır, lakin onu hər dəfə yuvadırdı. Sonradan anlamışdır ki, Yaşar pulu Təqsirləndirilən şəxs verib və guya Nailə onun pensiyasını düzəldəcəkdir. Əvvəlcə 1-2 dəfə Nailə ilə telefonla əlaqə saxlamışdır. Nailə ona təcili 2400 manat pul göndərməyimi, 600 manatı isə özü qoyacağını bildirdi. Həmin vaxt Şəmkirdən gəlirdi və Nailəyə evə çatanda pulu göndərəcəyini dedim, lakin evdə kifayət qədər pul olmadığından əsgər yoldaşına zəng vurmuşdur. Lakin o, yalnız 2000 manat hazırlaya biləcəyini bildirdi. Nailə xanıma zəng vuraraq 2000 manat hazırladığını, 400 manatın isə hazır olmadığını demişdir. Nailə “heç nə olmaz” dedi. 2000 manatı kartına göndərdikdən 3-4 gün sonra həmin əsgər yoldaşı onunla əlaqə saxlayaraq 360 manat hazırladığını bildirdi. O, Nailəyə zəng edərək 360 manatın hazır olduğunu demişdir, o da həmin məbləği kartına göndərməyi tapşırdı. Daha sonra pulu göndərmişdir. Yaşara zəng edərək işin düzəlməsi ilə bağlı məlumat almaq istəsə də, onun telefon nömrələrinə zəng çatmadı. Nailə xanımla əlaqə saxlamışdır; o, işin düzələcəyini bildirsə də, onu yuvadırdı. Sonradan başa düşmüşdür ki, onu aldadır. Nailəyə zəng vuraraq pulumu geri qaytarmasını, qaytarmadığı halda polisə şikayət edəcəyini bildirmişdir, lakin o telefonu söndürdü. İfadəsinə əlavə olaraq bildirmişdir ki, ilk 4000 manat pulu o, Şahid2 verdi, o isə Təqsirləndirilən şəxs təqdim etdi. Ondan alınan vəsaitlər pensiyanın düzəldilməsi məqsədi ilə alındı. Ümumilikdə 7160 manat ondan pul alınıb, bu məbləği isə o, kredit götürərək ödəyib. Yaşarla 2012-ci ildən tanışlığı var və Nailə xanımı Yaşarın vasitəsilə tanımışdır. Yaşar ona bildirdi ki, pensiyanı düzəldə bilər, yaxın tanışı var, 5000 manat pul versə, pensiyanı düzəldəcək. Nailə xanımı Yaşarın vasitəsilə 1-2 aydan sonra tanımışdır, nömrəsini verdi və dedi ki, özü onunla əlaqə saxlasın. Pul barədə hər ikisinə zəng etmişdir ki, onun pulunu geri qaytarsınlar. Yaşar 5 ay boyunca telefonu cavablandırmırdı, Nailə xanıma zəng edirdi, amma “bu gün-sabah” deyib məni yuvadırdı. Əlavə olaraq məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə 4800 manat dəyən ziyanın Yaşar tərəfindən, 2360 manat maddi ziyanın isə Nailə tərəfindən ödənildiyini bildirdi və təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. O, zəng edərək 2000 manat pul istəmiş, Feroz isə bu pulu Yaşar adlı şəxsə vermişdir. O, nə Nailəni, nə də Yaşarı qabaqcadan tanımadığını bildirib. Zərərçəkmiş şəxs aldadılandan sonra onun məlumatı olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs tanışıdır və pensiyasını düzəltmək adı altında 4800 manat pul alıb. Bir nəfər şəxs ona Nailə adlı qadının bu işlə məşğul olduğunu bildirib. Və daha sonra həmin şəxsin yanında 4800 manatı Bakı şəhərində, Gənclik molun qabağında Nailə xanıma verib. Nailə xanım işi düzəldəcəyini vəd etmişdi. O, Nailə xanımın nömrəsini Yaquba verib ki, əlaqə saxlayıb iş barədə məlumat alsın. Daha sonra Yaqubun verdiyi 2360 manatdan xəbəri olmamışdır. Hazırda Yaqubdan aldığı 4000 manatı geri qaytarıb.Əvvəllər Nailə xanımı görməmiş, bu işdə görmüşdür. Nailə xanıma pulu borc qismində deyil, Yaqubun işini düzəltməsi üçün vermişdir. Sonradan ona məlum olmuşdur ki, Nailə pulu mənimsəyib. 2360 manat pulun Yaqubun Nailəyə verməsindən xəbəri olmayıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi barədə” 11 dekabr 2024-cü il tarixli qərara əsasən təqsirləndirilən Şahid2 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs müəyyən edilərək əməlində hüquqi qiymət verilməsi, həmçinin cinayət işinin olan araşdırması zəruri olan digər xüsusatlara qiymət verilməsi məqsədilə Şahid2 barəsində istintaq olunan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində AR CM-nin 178.2.1 və 178.2.4-ce maddəsi ilə ********* nömrəli cinayət işi ayrılsın və ibtidai istintaq aparılması üçün icraatına götürülsün. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması, qərarın Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmişdir. İfadəsində bildirmişdir ki, 2005-ci ilədək ordu sıralarında xidmət etmiş və xəstəliklə əlaqədar olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq səhhətində yaranmış problemlər səbəbindən ona 2-ci qrup əlillik təyin edilmiş, 2021-ci ilin fevral ayınadək əlilliklə əlaqədar olaraq pensiya almağa davam etmişdir. 2021-ci ilin fevral ayında əlilliyə görə ona verilən pensiya dayandırılmış, o, həmin pensiyanın bərpa edilməsi üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, pensiyası bərpa edilməmişdir. 2022-ci ilin iyun ayında Bakı şəhərində qohumunun yas mərasimində iştirak edərkən Göygöl rayonunda yaşayan və uzun illərdir tanıdığı Şahid2 ilə rastlaşmış və onunla eyni masada əyləşmişdir. Yaşarla söhbət zamanı əlilliyə görə pensiyasının dayandırılmasını ona dedikdə, Yaşar ona “əgər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə 3000 manat pul çatmasa, sənin sənədlərinə qol çəkməyəcəklər, pensiyanı da verməyəcəklər” demiş, o isə ona “əgər alınarsa, pul verərəm, necə yoluna qoya bilərəm?” dedikdə, Yaşar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini nəzərdə tutub “mənim orada adamım var, 5000 manat verərsən, iki həftəyə məsələni həll edərəm” demiş, o isə Yaşarı uzun illərdir tanıdığı üçün onun sözlərinə inanıb onun təklifi ilə razılaşmışdır. 21 iyun 2022-ci il tarixdə Şahid2 ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib “kart atıram, pulu vur karta, gedim sənin işini danışım həll edim” deyərək “whastapp” vasitəsilə "xxxx" ASC-də adına qeydiyyata alınmış özünə məxsus “416974******7880” nömrəli bank kartının şəklini ona göndərmiş, o, isə həmin gün saat 19:05-də Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Balmart market”də quraşdırılmış ödəmə terminalından hər dəfə 1400 manat olmaqla, iki dəfəyə ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində pul göndərmişdir. Şahid2 ona pensiya təyin etdirməsi üçün Yaşara 5000 manat verəcəyi barədə razılığa gəldikləri üçün həmin gün ona 2800 manat pul göndərdikdən sonra qalan 2000 manat məbləği borc kimi əldə etmək məqsədilə Bakı şəhərində yaşayan qardaşı Şahid1 Bəhrəm oğluna zəng edib 2000 manat borc istəmişdir. Bundan sonra o, istifadəsində olan mobil nömrədən Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib qardaşı Ferozun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermiş və həmin mobil nömrəyə zəng edərək qalan 2000 manatı ondan götürməsini demişdir. Qeyd edir ki, qardaşı Şahid1 həmin pulu hansı məqsədlə əldə etmək istəməyini və Şahid2 verəcəyi barədə məlumat verməmişdir. 22 iyun 2022-ci il tarixdə səhər saat 11 radələrində istifadəsində olan mobil nömrədən Şahid2 zəng edib 2000 manat pulu qardaşından götürüb-götürməməsini soruşmuş, Yaşar isə ona qardaşının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ramana kəndində yerləşən evdə qardaşı ilə görüşüb pulu ondan almasını və bir neçə günə “işi” həll edəcəyini bildirmişdir. Keçən müddət ərzində o mütəmadi olaraq Yaşarla əlaqə saxlayırmış, Yaşar isə ona “narahat olma, qısa müddətdə məsələ həll olunacaq” demişdir. 2022-ci ilin avqust ayının sonlarında o, yenidən Yaşara zəng edib “əgər işim alınmırsa, pulumu qaytar” demiş, Yaşar isə ona “X8 əmisi qızı var, adı Nailədir, ***-***-**-** nömrəsinə zəng elə, əlaqə saxla, sənin işini o, həll edəcək” demişdir. O, Yaşarla danışdıqdan sonra həmin nömrəyə zəng etdikdə özünü Nailə adı ilə təqdim edən, sonradan isə Təqsirləndirilən şəxs olması ona məlum olan qadın Dövlət Sosial Müdafiə Fondunda işləməsini və tezliklə ona pensiya təyin etdirəcəyini bildirmişdir. Lakin o, bir-iki ay gözləsə də nə Şahid2, nə də Təqsirləndirilən şəxs ona verdiyi vədə əməl etməmişlər, o, Şahid2 zəng etdikdə isə, “sənin işini Nailə həll edəcək, mənlik deyil, səndən aldığım pulu vermişəm Nailəyə, tanışım Qasım var, o da şahiddir, nömrəsi də ***-***-**-**-dir” demişdir. O, həmin vaxt Yaşarın mobil nömrəsini verdiyi Qasım adlı şəxsə zəng etdikdə Yaşarın ondan aldığı pulu Təqsirləndirilən şəxs verməsini təsdiq etmişdir. 2024-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edib “təcili 2400 manat pul göndər, sənin məsələn həll olunur, pul lazımdır” demiş və "xxxx" ASC-də adına qeydiyyata alınmış özünə məxsus “4169-7388-6171-6474” nömrəli bank kartının şəklini ona göndərmiş, o, isə Nailənin sözlərinə inanaraq Göygöl şəhərində yaşayan tanışı Fikrət Şükürovdan 2360 manat borc pul almış, 10 may 2024-cü il tarixdə saat 14 radələrində Göygöl şəhəri, S.Vurğun küçəsində yerləşən “Oba Marketdən” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi bank kartına 2000 (iki min) manat, 27 may 2024-cü il tarixdə saat 09 radələrində isə 360 (üç yüz altmış) manat pul göndərmişdir. Lakin keçən müddət ərzində Təqsirləndirilən şəxs ona verdiyi vədə əməl etməmiş, hər dəfə ona zəng edib pulunu geri qaytarmasını tələb etdikdə isə tezliklə ona pensiya veriləcəyini deyib onu aldatmışdır. Təqsirləndirilən şəxs ona göndərdiyi bank kartının şəklini, eləcə də Təqsirləndirilən şəxs məxsus həmin karta 2360 manat pul göndərməyini təsdiq edən qəbzin surətlərini izahatına əlavə etmişdir. O, daha sonra ifadəsinin sonunda ona verilən suallara müvafiq olaraq bildirmişdir ki, o, Şahid2 Göygöl şəhərində yaşayan şəxs kimi uzun illərdir tanıyır, onunla arasında ədavət və düşmənçiliyi olmamışdır. 2022-ci ilin iyun ayında onunla söhbət zamanı 5000 manat qarşılığında ona əlillik təyin etdirəcəyini dediyi üçün o Yaşara inanıb 21 iyun 2022-ci il tarixdə Göygöl şəhəri ərazisində yerləşən ödəmə terminalı vasitəsilə Şahid2 məxsus "xxxx" ASC-dən verilmiş “416974******7880” nömrəli bank kartına 2800 manat pul köçürmüş, 2000 manat pulu isə növbəti gün, yəni 22 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda yaşayan qardaşı Şahid1 yaşadığı evdə Şahid2 vermişdir. 2022-ci ilin avqust ayının sonlarında Şahid2 ona Təqsirləndirilən şəxs mobil nömrəsini verib onunla əlaqə saxlamağını bildirmişdir. O, Təqsirləndirilən şəxs zəng etdikdə həmin şəxs özünü ona Dövlət Sosial Müdafiə Fondunda işləməsini və “sənin məsələn tezliklə həll ediləcək” demişdir. 2024-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edib ondan əlavə olaraq 2400 manat pul istəmiş, o, isə 2360 manat pulu 2024-cü ilin may ayının sonlarında Təqsirləndirilən şəxs ona şəklini göndərdiyi "xxxx" ASC-də adına qeydiyyata alınmış Nailəyə məxsus “4169-7388-6171- 6474” nömrəli bank kartına göndərmişdir. Beləliklə də, Şahid2 ona əlilliyə görə pensiya təyin etdirəcəyini vəd verib 4800 (dörd min səkkiz yüz), Təqsirləndirilən şəxs isə 2360 (iki min üç yüz altmış) manat olmaqla, ümumilikdə 7160 (yeddi min yüz altmış) manat pulunu ələ keçirmişlər. Qeyd edir ki, onu Təqsirləndirilən şəxs ilə Şahid2 tanış etmiş, ona əlilliyi həmin qadın vasitəsilə təyin etdirəcəyini demiş, Təqsirləndirilən şəxs özü də telefon danışıqlarında ona əlillik təyin etdirəcəyini bildirmişdir. Odur ki, Şahid2 və Təqsirləndirilən şəxs əlbir olaraq onu aldadıb pulunu ələ keçirmişlər. Bildirir ki, onlara verdiyi pulun 4800 manatını kredit olaraq əldə etdiyi üçün həmin krediti hazırda da ödəyir. Ümumilikdə Təqsirləndirilən şəxs və Şahid2 4800 və 2360 manat olmaqla 7160 manat pulu dayandırılmış təqaüdünü bərpa etdirməsi məqsədilə vermişdir. Şahid2 və Təqsirləndirilən şəxs pul köçürməyini təsdiq edən qəbzlərin surətlərini, Təqsirləndirilən şəxs ilə aralarında baş tutmuş mesajlaşmanın şəklini istintaqa təqdim etmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri əsaslandırcı hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində axtarışın elan olunması haqqında” 04 yanvar 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. Göygöl rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 77/2-7133/25 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan olunmuş X2 xx.xx.2025-ci il tarixə Göygöl RPŞ əməkdaşları tərəfindən Bakı şəhərində müəyyən edilərək saxlanılmış, Göygöl RPŞdə müvafiq sənədləşmə aparılaraq MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 26 aprel 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs saxlandığı Göygöl RPŞ-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad edilməsi məqsədilə icra edilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi, seçilmiş qətimkan tədbirinin icra edilməsi üçün qəbul edilmiş qərarın surəti Biləsuvar RPŞ-yə göndərilməsi qərara alınmışdır. "xxxx" MMC və “Miliön” vasitəsilə pul köçürülmələri qəbzinin surətindən görünür ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə X1 adına olan karta müvafiq olaraq 2000 manat və 360 manat vəsait köçürülmüşdür. 26 aprel 2025-ci il tarixli “Üzləşmə haqqında” protokola əsasən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Bəhrəm oğlu arasında ifadələrin üzləşdirilməsi aparılmış (video material əlavə edilməklə), bu zaman 4800 manat vəsaitin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı 4800 (dörd min səkkiz yüz) manat pul müqabilində dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə vəd verdiyini, həmçinin təqaüdü bərpa olunmadığı zaman Təqsirləndirilən şəxs əlavə olaraq həmin məqsədlə 2360 (iki min üç yüz altmış) manat pul verməli olduğunu deməsini buna görə də ümumilikdə 7160 manat pulu eyni məqsədlə ələ keçirildiyini bildirmişdir. Yasamal Rayon Məhkəməsinin 1(004)-64/2018 saylı, 19 fevral 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİl-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər 05 aprel 2013-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2 4 və 308.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı ıl tarixli, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə çıxarılmış hökmü ilə 4500 manat cərimə cəzası verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, Azərbaycan Respublikası CM-nin 178 2.4-cü maddəsi ilə çıxarılmış hökmünə əsasən 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də cəzasının çəkilməsi azyaşlı uşaqları 14 yaşına çatanadək təxirə salınmışdır. Biləsuvar Rayon Məhkəməsinin 7(022)-17/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə AR CM-nin 79.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu Məhkəməsini 19 fevral 2018-ci il tarixli, 1(004)64/2018 saylı hökmü ilə ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. AR Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanası PHŞ tərəfindən göndərilmiş məktubda qeyd olunur ki,xx.xx.1972-ci ildə Biləsuvar rayonunda anadan olan, Biləsuvar şəhəri, Səməd Vurğun küçəsi ev 31-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. AR Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən göndərilmiş məktubda qeyd olunur ki, xx.xx.1972-ci ildə Biləsuvar rayonunda anadan olan, Biləsuvar şəhəri, Səməd Vurğun küçəsi ev 31-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Lənkəran şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda durmur. Biləsuvar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda bildirilir ki, Təqsirləndirilən şəxs Biləsuvar şəhəri S.Vurğun küçəsi ev 31-də qeydiyyatdadır. Lakin o, uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamır. Biləsuvar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs Biləsuvar şəhərində qeydiyyatdadır. Qeydiyyatda olmasına baxmayaraq üzun müddətdir ki, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhəri ərazisində yaşamır. Harada yaşaması barədə nümayəndəlikdə məlumat yoxdur. Dəfələrlə nümayəndəliyə hüquq mühafizə orqanlarından yazılı və şifahi sorğular daxil olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini, ondan heç bi şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə verilmiş ittihamda özünü qismən təqsirli bilməsi barədə dəlilləri, onun tərəfindən ibtidai istintaq dövründə verilmiş izahat və ərizələr ilə yanaşı şahid ifadələri və işin digər halları ilə təkzib olunmaqla yanaşı, təqsirləndirilən şəxsin heç bir təsir olmadan izahat verməsini məhkəmə nəzərə alaraq hesab edir ki, özünü müdafiə xarakterli dəlillərdir. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiqlənmiş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və tələbi olmadığını, dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci bəndinə və 59.1.13-cü bəndinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ona dəyən ziyanı aradan qaldırmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həbslə bağlı olmayan cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla qəti olaraq 1 il 11 ay 26 gün cəza saxlanılmalı, cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılsın, qəti olaraq üzərində 1(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №1(066)-72/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-72/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver