Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-73/2023 10.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X4 Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X6 Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X7 Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X8 Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1970-ci ildə Goranboy rayonu Faxralı kəndində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, Goranboy rayonu, Qurbanzadə kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1997-ci ildə Şəmkir rayonu, Keçili kəndində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, Şəmkir rayonu, Keçili kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Şəmkir rayonu, Keçili kəndində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, Şəmkir rayonu, Keçili kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Şəmkir rayonu, Keçili kəndində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, Şəmkir rayonu, Keçili kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1967-ci ildə Xanlar rayonu, Çaylı kəndində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, Göygöl rayonu, Çaylı kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, 16 fevral 2023-cü il tarixdə saat 23 radələrində özgə əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Çaylı kəndinin inzibati ərazisindən keçən çay yatağının üzərində kənd sakinlərinin ümumi istifadəsi üçün dəmiryol nəqliyyatında istifadə olunan 18 ədəd dəmir tirlərin (relslərin) yanaşı düzülməsi ilə hazırlanmış körpüdən 16 ədəd dəmir tiri (relsi) sökərək gizli olaraq talayıb zərərçəkmiş Göygöl rayon İcra hakimiyyətinə ümumilikdə 1000 (bir min) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, 16 fevral 2023-cü il tarixdə saat 23 radələrində özgə əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Çaylı kəndinin inzibati ərazisindən keçən çay yatağının üzərində kənd sakinlərinin ümumi istifadəsi üçün dəmiryol nəqliyyatında istifadə olunan 18 ədəd dəmir tirlərin (relslərin) yanaşı düzülməsi ilə hazırlanmış körpüdən 16 ədəd dəmir tiri (relsi) sökərək gizli olaraq talayıb zərərçəkmiş Göygöl rayon İcra hakimiyyətinə ümumilikdə 1000 (bir min) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, 16 fevral 2023-cü il tarixdə saat 23 radələrində özgə əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Çaylı kəndinin inzibati ərazisindən keçən çay yatağının üzərində kənd sakinlərinin ümumi istifadəsi üçün dəmiryol nəqliyyatında istifadə olunan 18 ədəd dəmir tirlərin (relslərin) yanaşı düzülməsi ilə hazırlanmış körpüdən 16 ədəd dəmir tiri (relsi) sökərək gizli olaraq talayıb zərərçəkmiş Göygöl rayon İcra hakimiyyətinə ümumilikdə 1000 (bir min) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, 16 fevral 2023-cü il tarixdə saat 23 radələrində özgə əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Çaylı kəndinin inzibati ərazisindən keçən çay yatağının üzərində kənd sakinlərinin ümumi istifadəsi üçün dəmiryol nəqliyyatında istifadə olunan 18 ədəd dəmir tirlərin (relslərin) yanaşı düzülməsi ilə hazırlanmış körpüdən 16 ədəd dəmir tiri (relsi) sökərək gizli olaraq talayıb zərərçəkmiş Göygöl rayon İcra hakimiyyətinə ümumilikdə 1000 (bir min) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, 16 fevral 2023-cü il tarixdə saat 23 radələrində özgə əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Çaylı kəndinin inzibati ərazisindən keçən çay yatağının üzərində kənd sakinlərinin ümumi istifadəsi üçün dəmiryol nəqliyyatında istifadə olunan 18 ədəd dəmir tirlərin (relslərin) yanaşı düzülməsi ilə hazırlanmış körpüdən 16 ədəd dəmir tiri (relsi) sökərək gizli olaraq talayıb zərərçəkmiş Göygöl rayon İcra hakimiyyətinə ümumilikdə 1000 (bir min) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Göygöl rayonu Çaylı kəndində yaşayan Dünyamalı adlı şəxsi uzun illərdir ki, tanıyır, onunla Kür çayının Goranboy rayonundan keçən hissəsində çayın kənarında mal-qara saxladığı zamanlarda tanış olmuşdur. Dünyamalı ilə birlikdə qış aylarında balıq satmaqla məşğul olurlar. Belə ki, Dünyamalının tanıdığı şəxslərdən balıq alır, ona məxsus Vaz 2106 markalı avtomobil ilə səyyar şəkildə Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisində satırlar. O, Göygöl rayonu Çaylı kəndinə dəfələrlə Dünyamalının yaşadığı ünvana qonaq qismində gəlmişdir. Təxminən 10 gün bundan əvvəl yenə də Dünyamalı ilə balıq satdıqdan sonra onu yaşadığı ünvana düşürmək üçün gətirdiyi zaman Çaylı kəndinin ərazisindən keçən çayın üzərində dəmir materialdan olan körpünün olduğunu görmüşdür. Həmin vaxtı körpünün dəmirlərini söküb oğurlamaq qərarına gəlmişdir. Körpünün olduğu yerə gəldikdə körpünü tək sökməyin mümkün olmayacağını görmüşdür. 16 fevral 2023-cü il tarixdə günorta saatlarında Dünyamalı ona zəng edərək Göygöl şəhərinə gedib aptekdən dərman almaq lazım olduğunu demişdir. O da özünə məxsus Vaz 2106 markalı avtomobil ilə Çaylı kəndinə gedərək Dünyamalını götürüb Göygöl şəhərinə gəlmişlər. Göygöl rayon Mərkəzi xəstəxanasının yanında yerləşən aptekdən dərman aldıqdan sonra Dünyamalıya kənddə olan dəmirləri aparmaq üçün Şəmkir rayonu Keçili kəndində yaşayan qudası Məhərrəmin oğlu Elgünü kömək etməsi üçün gətirəcəyini demişdir. Sonra da Elgünə zəng etmişdir. Elgün iş yoldaşları ilə birlikdə işdən gəlib kənddə yerləşən çayçıda olduqlarını, lakin yorğun olduqlarını demişdir. O da onların hər birinə 50 manat pul verəcəyini və onları özü gətirib aparacağını demişdir. Bundan sonra Dünyamalı ilə birlikdə Şəmkir rayonu Keçili kəndinə getmişlər. Göygöl şəhərini çıxarkən yolun kənarında Qazel markalı yük avtomobilinin dayandığını görüb ona yaxınlaşmışdır. Çaylı kəndində dəmir materiallar olduğunu və onu aparmaq lazım olduğunu demişdir. Qazel markalı avtomobilin sürücüsü onunla razılaşdıqdan sonra onun mobil telefon nömrəsini götürmüşdür. Şəmkir rayonu Keçili kəndinə gedib Elgün və yanında olan, sonradan adlarını bildiyi İlkin və Xəyal adlı şəxslərlə birlikdə oturub söhbət etmişlər. Elgün ondan götürəcəkləri dəmirlərin oğurluq olub-olmadığını, sonra problem yaşaya biləcəklərini dedikdə o, onlara həmin dəmirlərin Dünyamalının evinin bağçasında olduğunu və yararsız dəmirlər olduğunu demişdir. Dünyamalı da onları inandırmaq üçün dəmirlərin ona məxsus olduğunu və onun bağçasında olduğunu demişdir. Bundan sonra onlar onunla birlikdə gəlməyə razı olmuşlar. Onlar Göygöl rayonu Çaylı kəndinə gəlmişlər. Dünyamalı evinin qarşısında avtomobildən düşərək yaşadığı ünvana getmişdir. Külüng, lom kimi alətlər götürüb köməyə gələcəyini demişdir. Onlar da həmin yerə getmişlər. Dünyamalı isə gəlməmiş, ona zəng etdikdə isə telefonu söndürmüşdür. Bundan sonra onlar sayını bilmədiyi qədər dəmir relsləri Qazel markalı avtomobilə yığmışlar. 2 ədəd dəmir relsi isə çıxara bilmədikləri üçün öz yerində qalmışdır. Bundan sonra gecə saatları olduğundan və metal qəbulu məntəqələri bağlı olduğu üçün onlar Şəmkir rayonu Keçili kəndinə Elgünün yaşadığı ünvana gedərək dəmir relsləri onların ünvanına boşaltmışlar. Qazel markalı avtomobilin sürücüsünə 80 manat pul verib onu yola salmışdır. Özü də Şəmkir rayonunda qalmışdır. Növbəti gün saat 09 radələrində Elgüngilə gəlib dəmir relsləri başqa bir yük avtomobili ilə Şəmkir şəhərində yol kənarında yerləşən metal qəbulu məntəqəsinə aparıb kiloqramı 0,35 (otuz beş qəpik) manat olmaqla ümumilikdə 506 (beş yüz altı) manata satmışlar. O, Elgünə 120 manat pul verib digərlərinin də hər birinə 40 manat verməsini bildirmişdir. Qalan pulu da özüylə götürmüşdür. Dünyamalı ilə görüşərkən həmin pulun 50 manatını ona verməli olmuş, lakin polis əməkdaşları tərəfindən saxlanıldıqları günə qədər Dünyamalı ilə görüşə bilmədikləri üçün 50 manatı ona verə bilməmişdir. O, Elgün və dostları İlkin ilə Xəyala həmin dəmirlərin Dünyamalının bağçasında olduğunu, DÜnyamalıya məxsus olduğunu deyib inandırdıqdan sonra onunla getməyə razılaşmışlar. Onların həmin dəmirlərin oğurluq olması barədə əvvəldən məlumatları olmamışdır, lakin Çaylı kəndinə çatıb dəmirləri sökəndə onlar artıq dəmirləri oğurladıqlarını başa düşmüşlər. Buna baxmayaraq onlar dəmirləri Qazel markalı avtomobilə yığıb Şəmkir rayonuna Elgüngilin ünvanına aparmışlar. O, Dünyamalı ilə Çaylı kəndində olan dəmirləri oğurlayıb satacaqları barədə əvvəldən razılaşmışlar və Dünyamalı bu barədə bilmişdir. O, Şəmkir rayonuna gedərkən Dünyamalı da onunla getmişdir. Elgün və digərləri ona inanmadıqları zaman da Dünyamalı özü onlara dəmirlərin onun bağçasında olduğunu deyərək inandırmışdır. Dünyamalı oğurluq hadisədinin təşkil olunmasında onunla birlikdə hərəkət etmiş və onunla Şəmkir rayonuna da gedib Elgün, Xəyal və İlkini inandırıb gətirmiş, lakin Çaylı kəndinə gəldikdə o, avtomobildən düşərək onlara kömək etmək üçün külüng və lom gətirəcəyini deyib yaşadığı evə getmiş, ancaq sonra gəlməmişdir. O, aralarında olan razılaşmaya görə dəmirləri satdıqdan sonra DÜnyamalıya 50 manat pul verməli olmuş, lakin tutulduğu günə qədər görüşə bilmədikləri üçün verə bilməmişdir. Onun həmin dəmir relslərin kimə məxsus olması barədə əvvəldən məlumatı olmamışdır. Dünyamalı həmin körpünün kənd sakinləri tərəfindən istifadə olunması üçün düzəldildiyini ona demişdir. Həmin dəmirləri Şəmkir rayonunda yolun kənarında yerləşən tanımadığı şəxsə məxsus metal qəbulu məntəqəsinə satmışdır. Həmin şəxslərə də dəmirlərin özlərinə məxsus olduğunu demişlər. O, özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri tam olaraq ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Goranboy rayonu Qurbanzadə kənd sakini Təqsirləndirilən şəxs1 onun qohumudur, bir qohum kimi münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə onunla fəhlə işləyən, həmkədliləri İlkin və Xəyal adlı şəxslərlə işdən çıxıb saat təxminən 19 radələrində kənd ərazisində kafedə şam yeməyi yeyərkən həmin vaxt onunla mobil telefonda danışıb yerlərini öyrəndikdən sonra adını sonradan bildiyi Göygöl rayonu Çaylı kənd sakini Dünyamalı ilə onların olduqları yerə gəlmişlər. Onlarda çörək yeyən zaman Şükür və Dünyamalı “Çaylı kəndində tullantı dəmir var, birlikdə gedək dəmirlərin yüklənməsinə köməklik edin, qarşılığında hərənizə 50 manat pul verəciyik” demişlər. İş yoldaşlarıyla o, işdən yorğun çıxdıqları üçün Şükürlə Dünyamalının təklifinə etiraz etmişlər. Həmin vaxt Şükür “yarım saatlıq işdir, hərənizə 50 manat verəcəm gedək dəmiri götürək” demişdir. Həmin vaxt Dünyamalı “narahat olmayın, dəmir mənim özümə məxsusdur, satıb pul edəcik” demişdir. Sonra onlar razılaşmışlar və İlkin, Xəyal, o, Dünyamalı və Şükürlə Şükürə məxsus Vaz 2106 markalı avtomobil ilə Göygöl rayonu Çaylı kəndinə gəlmişlər. Saat təxminən 23 radələrində götürüləcək dəmir olan yerə çatan zaman Dünyamalı “yeznəm bizdədir, elə edin ki, sizi görməsinlər” demişdir. Bu zaman həmin dəmirin oğurluq olmasından şübhələnib bu barədə Şükürə dedikdə o, israrla and içərək özünün olmasını demişdir. Bundan sonra Dünyamalı “gedim evdən külüng gətirim qazıb dəmiri çıxaraq” demişdir. Dünyamalı yaşadığı evə getmiş, lakin qayıtmamışdır. Həmin vaxt olduqları yerə Qazel markalı yük maşını gəlmişdir. Bundan sonra Şükür, dostları İlkin, Xəyal və o, yerdən ağac parçası götürüb dəmirin torpağa bastırılan hissəsini qazıb dəmirləri çıxarmışlar və Qazel markalı yük maşınına yükləmişlər. Həmin Qazel markalı maşın Şəmkir rayonuna gəlmiş və onlar dəmirləri onun yaşadığı evin həyətinə boşaltmışlar. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Şəmkir rayonu ərazisində metal qəbulu məntəqəsinə gedib gətirdikləri dəmirləri çəki ilə 506 manata satmışlar. Əldə olunan puldan Şükür ona İlkinə və Xəyala hərəsinə 40 manat pul vermiş və qalan pulu da Dünyamalı ilə böləcəyini bildirmişdir. Əlavə olaraq göstərdi ki, Xəyal, İlkin və o, Çaylı kəndinə gedənə qədər dəmirin Dünyamalıya məxsus olduğunu düşünmüşlər. Çaylı kəndində Dünyamalı onların yanından çıxıb getdikdən sonra Şükür və Dünyamalının həmin dəmirləri oğurlamağı əvvəldən planlaşdırdıqlarını və onları da kömək etmək üçün gətirdiklərini başa düşmüşlər. Həmin vaxt yanlarında kənar şəxslər olmamış, sonradan dəmirləri daşımaq üçün Qazel markalı avtomobilin sürücüsü gəlmiş və o, yükü Şəmkir rayonuna aparıb 80 manat yol haqqını almışdır. Pula ehtiyacları olduğundan və artıq Şəmkir rayonundan Çaylı kəndinə gəldikləri üçün oğurluq hadisəsini onların etdiyini heç kəsin bilməyəcəyini düşünərək oğurluq hadisəsini törətmişlər. Dünyamalı Çaylı kəndinə çatdıqları zaman yeznəsinin onun ünvanında olduğunu və onları görməməsini deyərək avtomobildən düşüb yaşadığı ünvana getmiş, gedərkən də evdən külüng və lom kimi alətlər götürüb onlara kömək etməyə gələcəyini demişdir. Lakin sonradan gəlməmiş və ona zəng etdikdə də telefonu söndürmüşdür. Dünyamalı həmin dəmirləri oğurlamağı Şükür ilə əvvəldən planlamışdır, hətta onları inandırmaq üçün də həmin dəmirlərin özünə məxsus olduğunu demişdir. Dünyamalı Çaylı kəndinə gəldikdə avtomobildən düşərək onlara kömək etmək üçün gələcəyini deyib yaşadığı evə getmiş, lakin sonra gəlməmişdir. Dəmirlər satıldıqdan sonra Şükür onların hər birinə 40 manat verərək yerdə qalan pulu Dünyamalı ilə böləcəyini onlara demiş, ancaq onun Dünyamalıya pul verib vermədiyini bilməmişdir. Onun həmin dəmir relslərin kimə məxsus olması barədə əvvəldən məlumatı olmamışdır. Yalnız həmin körpünün kənd sakinləri tərəfindən istifadə olunması üçün düzəldildiyini başa düşmüşdür. Şəmkir rayonunda yolun kənarında yerləşən tanımadığı şəxsə məxsus metal qəbulu məntəqəsinə satmışlar. Həmin şəxslərə də dəmirlərin özlərinə məxsus olduğunu demişlər. O, özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri tam olaraq ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elgün və Xəyal onun həmkəndliləridir, onlar birlikdə ev təmirində işləyirlər. xx.xx.2023-cü il tarixdə həmkədliləri Elgün və Xəyal ilə işdən çıxıb saat təxminən 19 radələrində kənd ərazisində kafedə şam yeməyi yeyərkən həmin vaxt Elgünün qohumu Şükür adlı şəxs mobil telefonda zəng edərək Elgünlə danışmış, adını sonradan bildiyi Göygöl rayonu Çaylı kənd sakini Dünyamalı ilə Şükür onların olduqları yerə gəlmişlər. Onlarla çörək yeyən zaman Şükür və Dünyamalı “Çaylı kənində tullantı dəmir var, birlikdə gedək dəmirlərin yüklənməsinə köməklik edin, satıb sizə də pul verəcik” demişlər. İş yoldaşlarıyla o, işdən yorğun çıxdıqları üçün Şükürlə Dünyamalının təklifinə etiraz etmişlər. Həmin vaxt Şükür “hərənizə 50 manat verəcəm gedək dəmiri götürək” demişlər. Həmin vaxt Dünyamalı “narahat olmayın, dəmir mənim özümə məxsusdur, satıb pul edəcəyik” demişdir. Sonra onlar razılaşmışlar və Şükürə məxsus Vaz 2106 markalı avtomobil ilə Göygöl rayonu Çaylı kəndinə gəlmişlər. Saat təxminən 23 radələrində götürüləcək dəmir olan yerə çatan zaman Dünyamalı “yeznəmgil bizdədir, elə edin sizi görməsinlər” demişdir. Həmin vaxt o, şübhələnmişdir ki, onlar həmin dəmirləri oğurlayırlar və onları da kömək etmək üçün gətiriblər. Bundan sonra Dünyamalı “gedim evdən külüng gətirim, qazıb dəmiri çıxaraq” demişdir. Dünyamalı yaşadığı evə getmiş, lakin qayıtmamışdır. Həmin vaxt olduqları yerə Qazel markalı yük maşını gəlmişdir. Bundan sonra Şükür və onlar yerdən ağac parçası götürüb dəmirin torpağa bastırılan hissəsini qazıb dəmirləri çıxarmışlar və onlar sayını bilmədiyi qədər dəmir relsləri Qazel markalı yük avtomobilinə yükləmişlər. 2 ədəd dəmir relsi isə çıxara bilmədikləri üçün öz yerində qalmışdır. Həmin Qazel markalı maşın Şəmkir rayonuna onların yaşadıqları Keçili kəndinə gəlmiş və dəmirləri Elgünün yaşadığı evin həyətinə boşaltmışlar. Xəyal ilə o, yaşadığı evə getmişlər. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Şəmkir rayonu ərazisində metal qəbulu məntəqəsinə gedib gətirdikləri dəmirləri çəki ilə 506 manata satmışlar. Həmin vaxt Şükür Dünyamalıya zəng etsə də, zəng çatmadığından əlaqə saxlamaq mümkün olmamışdır. Əldə olunan puldan Şükür ona, Xəyala və Elgünə hərəsinə 40 manat pul vermiş və qalan puluda Dünyamalı ilə böləcəyini bildirmişdir. Əlavə olaraq göstərdi ki, Elgün, Xəyal və o, Çaylı kəndinə gedənə qədər dəmirin Dünyamalıya məxsus olduğunu düşünmüşlər. Çaylı kəndində Dünyamalı onların yanından çıxıb getdikdən sonra Şükür və Dünyamalının həmin dəmirləri oğurladıqlarını əvvəldən planlaşdırdıqlarını və onları da kömək etmək üçün gətirdiklərini başa düşmüşlər. Həmin vaxt yanlarında başqa heç kəs olmamışdır, orada yalnız Qazel markalı avtomobilin sürücüsü olmuşdur. Dünyamalı Çaylı kəndinə gəldikdə avtomobildən düşərək onlara kömək etmək üçün gələcəyini deyib yaşadığı evə getmiş, lakin sonra gəlməmişdir. Dəmirlər satıldıqdan sonra Şükür onların hər birinə 40 manat verərək yerdə qalan pulu Dünyamalı ilə böləcəyini onlara demiş, ancaq onun Dünyamalı ya pul verib vermədiyini bilməmişdir. Pula ehtiyacları olduğu üçün və oğurluq hadisəsini onların etdiyini heç kəsin bilməyəcəyini düşünərək oğurluq hadisəsini törətmişlər. Həmin dəmir relslərin kimə məxsus olması barədə əvvəldən məlumatı olmamışdır. Yalnız həmin körpünün kənd sakinləri tərəfindən istifadə olunması üçün düzəldildiyini başa düşmüşdür. Şəmkir rayonunda yolun kənarında yerləşən tanımadığı şəxsə məxsus metal qəbulu məntəqəsinə satmışlar. Şükür həmin şəxslərə dəmirlərin özlərinə məxsus olduğunu demişdir. O, özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri tam olaraq ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elgün və İlkin onun həmkəndliləridir, onlar birlikdə ev təmirində işləyirlər. xx.xx.2023-cü il tarixdə həmkədliləri Elgün və İlkin ilə işdən çıxıb saat təxminən 19 radələrində Şəmkir rayonu, Stansı Şəmkir deyilən ərazidə yerləşən kafedə şam yeməyi yeyərkən həmin vaxt Elgün adlı dostuna qohumu Şükür adlı şəxs zəng edərək yerlərini soruşmuşdur. Adını sonradan bildiyi Göygöl rayonu Çaylı kənd sakini Dünyamalı ilə Şükür onların olduqları yerə gəlmişlər. Onlarla birlikdə yemək yeyən zaman Şükür və Dünyamalı Göygöl rayonu Çaylı kəndində tullantı dəmir olmasını, həmin dəmirlərin yüklənməsinə köməklik edəcəkləri təqdirdə satdıqdan sonra onlara da pul verəcəyini demişdir. İş yoldaşlarıyla o, işdən yorğun çıxdıqları üçün Şükür və Dünyamalının təklifinə etiraz etmişlər. Həmin vaxt Şükür hərəsinə həmin dəmiri götürməyə kömək edəcəkləri təqdirdə 50 manat pul verəcəyini demişdir. Dünyamalı adlı şəxs isə ərazinin onun olmasını, dəmirləri satıb pul edəcəklərini bildirmişdir. Sonra onlar razılaşmışlar və Şükürə məxsus Vaz 2106 markalı avtomobil ilə Göygöl rayonu Çaylı kəndinə gəlmişlər. Saat təxminən 23 radələrində götürüləcək dəmir olan yerə çatan zaman Dünyamalı onu kənd sakinlərinin görməmələrini dedikdə həmin dəmiri oğurlayacaqlarını bilmişdir. Bundan sonra Dünyamalı dəmiri qazıb çıxarmaq üçün külüng gətirmək adı ilə evinə getmişdir. Lakin geri qayıtmamışdır. Həmin vaxt olduqları yerə sürücüsünü tanımadığı, nömrəsini görmədiyi Qazel markalı yük avtomobili gəlmişdir. Qazıb çıxaracaqları dəmirin dayaz çayın üzəri ilə keçən təxminən 3.5 metr uzunluqda dəmir körpü olmasını görmüşlər. Bundan sonra Şükür və onlar yerdən ağac parçası götürüb körpü kimi istifadə olunan dəmirin torpağa bastırılan hissələrini qazıb dəmirləri çıxarmış və Qazel markalı yük avtomobilinə yükləmişlər. Həmin Qazel markalı avtomobil Şəmkir rayonuna onların yaşadıqları Keçili kəndinə gəlmiş və dəmirləri Elgünün yaşadığı evin həyətinə boşaltdıqdan sonra İlkin ilə o, yaşadığı evə getmişlər. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Şəmkir rayonu ərazisində metal qəbulu məntəqəsinə Şükür, Elgün və İlkin ilə birlikdə gedib gətirdikləri dəmirləri çəki ilə 506 manata satmışlar. Əldə olunan puldan Şükür İlkin, Elgün və ona hərəsinə 40 manat pul vermiş və qalan pulu da Dünyamalı ilə böləcəyini bildirmişdir. Əlavə olaraq göstərdi ki, Elgün, İlkin və o, Çaylı kəndinə gedənə qədər dəmirin Dünyamalıya məxsus olduğunu düşünmüşlər. Çaylı kəndində Dünyamalı onların yanından çıxıb getdikdən sonra Şükür və Dünyamalının həmin dəmirləri oğurlamağı əvvəldən planlaşdırdıqlarını və onları da kömək etmək üçün gətirdiklərini bilmişlər. Həmin vaxt yanlarında kənar şəxslər olmamış, sonradan Qazel markalı avtomobilin sürücüsü gəlmiş və o, yükü daşıyıb 80 manat yol haqqını almışdır. Çaylı kəndindən başqa heç bir yerdə oğurluq etməmiş, kənddən başqa heçnə götürməmişdir. Dünyamalı Çaylı kəndinə çatdıqları zaman yeznəsinin onun ünvanında olduğunu və onları görməməsini deyərək avtomobildən düşüb yaşadığı ünvana getmiş, gedərkən də evdən külüng və lom kimi alətlər götürüb onlara kömək etməyə gələcəyini demişdir. Lakin sonradan gəlməmiş və ona zəng etdikdə də telefonu söndürmüşdür. Dünyamalı həmin dəmirləri oğurlamağı Şükür ilə əvvəldən planlamış, hətta onları inandırmaq üçün də həmin dəmirlərin özünə məxsus olduğunu demişdir. Pula ehtiyacları olduğu üçün və oğurluq hadisəsini onların etdiklərini heç kəsin bilməyəcəyini düşünərək oğurluq hadisəsini törətmişlər. Dünyamalı Çaylı kəndinə gəldikdə avtomobildən düşərək onlara kömək etmək üçün gələcəyini deyib yaşadığı evə getmiş, lakin sonra gəlməmişdir. Dəmirlər satıldıqdan sonra Şükür onların hər birinə 40 manat verərək yerdə qalan pulu Dünyamalı ilə böləcəyini onlara demiş, ancaq onun Dünyamalıya pul verib vermədiyini bilməmişdir. O, həmin dəmir relslərin kimə məxsus olması barədə əvvəldən məlumatı olmamışdır. Yalnız həmin körpünün kənd sakinləri tərəfindən istifadə olunması üçün düzəldildiyini başa düşmüşdür. Şəmkir rayonunda yolun kənarında yerləşən tanımadığı şəxsə məxsus metal qəbulu məntəqəsinə satmışlar. Həmin şəxslərə də dəmirlərin özlərinə məxsus olduğunu demişlər. O, özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri tam olaraq ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs5 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun illərdir ki, tanıyır, ailəvi münasibətləri vardır. Şükür ilə birlikdə qış aylarında balıq satmaqla məşğul olurlar. Şükür dəfələrlə Göygöl rayonu Çaylı kəndində onun yaşadığı ünvana qonaq qismində gəlmişdir. Onlar balıq alarkən Şükürə məxsus Vaz 2106 markalı avtomobil ilə Göygöl rayonunun bir neçə kəndlərində və Goranboy rayonunun bir neçə kəndlərində səyyar şəkildə satmışlar. 16 fevral 2023-cü il tarixdə günorta saatlarında o, Şükürə zəng edərək Göygöl şəhərinə gedib aptekdən dərman almaq lazım olduğunu demişdir. Şükür də özünə məxsus Vaz 2106 markalı avtomobil ilə Çaylı kəndinə gələrək onu götürüb Göygöl şəhərinə gəlmişlər. Göygöl rayon Mərkəzi xəstəxanasının aptek şöbəsindən özünün aylıq dərmanını aldıqdan sonra Çaylı kəndinə geri qayıtmışlar. Növbəti gün saat təxminən 18 radələrində Şükür onun yaşadığı ünvana gələrək onunla birlikdə Şəmkir rayonunda yaşayan qudasının ünvanına getmələrini demişdir. O, əvvəl ona getmək istəmədiyini desə də, Şükür ona 1-2 saata geri qayıdacaqları demişdir. O, Şükür ilə birlikdə Şəmkir rayonuna getmişdir. Şəmkir rayonunda sonradan adı ona məlum olan Şükürün qudasının oğlu Elgün və yanında 1 nəfər şəxslə kafedə oturmuşdur. Şükür və o da onlarla birlikdə oturmuşlar. Sonradan 1 nəfər şəxs də ora gəlmişdir. Onlar yemək yemişlər, o isə çay içmişdir. Sonra onlar birlikdə Şükürə məxsus avtomobil ilə Çaylı kəndinə gəlmişlər. Kəndə öz evlərinə yaxınlaşanda Şükürdən onu düşürməsini istəmişdir. Şükür onu düşürdüyü zaman ona 1 litr araq və 3 ədəd çörək almasını istəmiş, lakin o, pulunun olmadığını deyib avtomobildən düşüb yaşadığı ünvana getmişdir. Bir neçə gün sonra isə polis əməkdaşları yaşadığı ünvana gəldiyi zaman Şükür və digərlərinin kənddən oğurluq etdiklərini bilmişdir. Əlavə olaraq göstərdi ki, onun oğurluq barədə heç bir məlumatı olmamışdır, o, Şəmkir rayonunda olarkən də Təqsirləndirilən şəxs2 və digərlərinə heç bir söz deməmişdir. Bu barədə dedikləri yalandır. Təqsirləndirilən şəxs1 ona heç bir məbləğdə pul verməmişdir, əvvəldən onunla aralarında belə bir razılıq da olmamışdır. Təqsirləndirilən şəxs1 yalan demişdir. Şükür ona Şəmkir rayonunda yaşayan qudasının evinə qonaq kimi getdiyini, 1-2 saat orada oturduqdan sonra geri qayıdacaqlarını dediyi üçün getmişdir. Onlar onunla birlikdə geri qayıdarkən də Şükür ona həmin şəxslərin onun evinə qonaq kimi getdiyini demişdir. O, Təqsirləndirilən şəxs1 nə üçün Şəmkir rayonuna getdiyini, orada onların arasında hansı söhbətlərin olduğunu və nə üçün Elgün, İlkin və Xəyal adlı şəxslərin Şükür ilə birlikdə geri qayıtdığını bilməmişdir. Şükür onların öz evinə qonaq getdiyini demişdir. Əlavə olaraq bildirdi ki, yuxarıda qeyd etdiklərinə baxmayaraq hal-hazırda özünü tam olaraq təqsirli bilir. Əməlindən səmimi peşmandır. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Baloğlan oğlu ifadə verərək göstərmişdir ki, 15 fevral 2021-ci il tarixdən Göygöl rayon İcra hakimiyyəti başçısının Çaylı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, uzun illərdir ki Göygöl rayonu Çaylı kəndindən Goranboy rayonu Yolğullar kəndi istiqamətində su arxının üzərində kənd sakinlərinin istifadə etməsi üçün dəmir konstruksiyalardan (relslərdən) hazırlanmış körpü yerləşir. Həmin kürpü uzun illərdir ki, kənd sakinləri tərəfindən istifadə olunur. 17 fevral 2023-cü il tarixdə səhər saatlarında həmin körpünün naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat alıb hadisə yerinə getmişdir. Hadisə yerinə getdikdə dəmiryol relslərindən hazırlanmış körpünün 16 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixə keçən gecə naməlum şəxs(lər) tərəfindən sökülüb aparıldığını, yerində cəmi 2 ədəd dəmiryol relslərinin qaldığını müəyyən etmişdir. Bundan sonra bu barədə rəsmi məktubla Göygöl rayon Polis şöbəsinə məlumat vermişdir. Əlavə olaraq göstərdi ki, oğurluq hadisəsinin konkret olaraq kim tərəfindən törədilməsini bilməmişdir. Oğurluq hadisəsi zamanı 16 ədəd dəmiryol relsi oğurlanmışdır. Oğurlanmış dəmiryol relslərinə görə Göygöl rayon İcra hakimiyyətinə ümumilikdə 1000 (bir min) manat maddi ziyan dəymişdir. Hal-hazırda dəymiş zərər tam olaraq ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, “Ford transit” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini baş etibarnamə əsasında idarə edir. Gün ərzində müştəri gözləyərkən Göygöl şəhər avtovağzalında yerləşən “Elit” adlı kafenin qarşısında dayanır. 16 fevral 2023-cü il tarixdə saat təxminən 17 radələrində Vaz 2106 markalı, nömrəsini xatırlamadığı avtomobil ilə 2 nəfər şəxs ona yaxınlaşmışdır. Ona Göygöl rayonu Çaylı kəndində yardımçı tikilinin üzərində sökülmüş dəmir boruların olduğunu və onları Çaylı kəndindən Şəmkir rayonuna aparmaq lazım olduğunu demişlər. Onlardan əsas avtomobil sürən şəxs onunla söhbət etmişdir. Digəri də onun yanında dayanmışdır. Onlar ona axşam aparılacağını dedikdə o, onlara oğurluq olub-olmamasını, nə üçün gecə vaxtı aparmaq lazım olduğunu soruşduqda, ona boruların çıxardılmasının vaxt aparacağını demişlər. Ona boruların yanındakı şəxsə məxsus olduğunu və onun bağında olduğunu demişdir. Həmin şəxs də digərinin sözlərini təsdiq edərək həmin dəmirlərin ona məxsus olduğunu və oğurluq olmadığını demişdir. Ona 80 manat pul verəcəklərini demişlər və o, da razılaşmışdır. Bundan sonra onun nömrəsini götürmüşlər və həmin gün saat təxminən 22 radələrində ona zəng etmişlər. o da Göygöl rayonu Çaylı kəndinə gedərək kənd icra nümayəndəliyinin yanında görüşmüşdür. Onlar Vaz 2106 markalı avtomobili saxlayıb ona məxsus avtomobil ilə getmişlər. o, dəmirlərin olduğu yerə çatdıqda avtomobilin arxasını həmin istiqamətdə saxlamış və avtomobildən yerə düşdükdən sonra dəmirlərin boru yox, dəmiryol relsləri olduğunu görmüşdür. Bundan sonra sürücü və yanında olan digər 3 nəfər şəxs həmin dəmiryol relslərini avtomobilin yük yerinə yığmışlar. Onunla ilk danışan 2 nəfər şəxsdən biri həmin vaxtı orada olmamışdır. Dəmirləri avtomobilə yığdıqdan sonra onlar yenə də onun avtomobili ilə Vaz 2106 markalı avtomobilin yanına qədər getmişlər. Onlardan biri onunla Şəmkir rayonu Keçili kəndinə qədər getmiş, digərləri isə Vaz 2106 markalı avtomobildə gəlmişlər. Şəmkir rayonu Keçili kəndində həyətdə dəmiryol relslərini avtomobildən boşaltdıqdan sonra o, yaşadığı ünvana qayıtmışdır. Bir neçə gün sonra polis əməkdaşları onunla əlaqə yaradaraq həmin dəmiryol relslərinin oğurlanmasını bildirdikdə o, onlara həmin şəxsin mobil nömrəsini verərək onları Şəmkir rayonu Keçili kəndində getdiyi ünvana da aparmışdır. Həmin vaxtı isə dəmiryol relsləri həyətdə olmamışdır. Sonradan həmin şəxslərin dəmiryol relslərini oğurladıqlarını, onunla danışan şəxsin bağında olmadığını və ona məxsus da olmadığını, onu aldatdıqlarını bilmişdir. Əlavə olaraq göstərdi ki, onun oğurluqdan xəbəri olmamışdır. Onlar ona əvvəl dəmir boru olduğunu və onunla danışan 2 nəfər şəxsdən birinin bağında olduğunu demişlər. Hətta onlar ona axşam vaxtı aparmaq lazım olduğunu dedikdə o, onlardan dəmirlərin oğurluq ola biləcəyini və ona problem yaratmamalarını dediyi zaman onlardan biri dəmirlərin özünə məxsus olduğunu və gecə aparmaqlarının səbəbi, həmin dəmirlərin evin yardımçı tikilisinin üzərində olduğunu və onunla danışdıqdan sonra gedib sökəcəkləri üçün vaxt aparacağını, buna görə də gecə saatlarında aparmaq lazım olacağını demişlər. O, Çaylı kəndinə getdiyi zaman da artıq dəmirləri söküb yola yığmışlar. Ora çatdığı zaman o, dəmirlərin boru yox, dəmiryol relsləri olduğunu görmüşdür. Onun həmin şəxslərin dəmirləri oğurlamasından polislər onunla əlaqə yaratdığı zaman məlumatı olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Şəmkir şəhərində metal qəbulu məntəqəsini işlədir. 17 fevral 2023-cü il tarixdə saat təxminən 09 radələrində Vaz 2106 markalı, nömrəsini xatırlamadığı avtomobil ilə bir neçə nəfər şəxs onun işlətdiyi metal qəbulu məntəqəsinə gəlmişlər. Bundan başqa da Qazel markalı nömrəsini xatırlamadığı yük avtomobili də onun arxasınca gəlmişdir. Yük avtomobilində gətirdikləri metal əşyaları satmaq istədiklərini bildirmişlər. O, metal əşyalara baxdıqda dəmiryol relsləri olmasını görmüşdür. Əvvəl oğurluq olmasından ehtiyyat edərək almaq istəmədiyini bildirmişdir. Həmin şəxslər ona dəmiryol relslərinin özlərinə məxsus olduğunu və uzun illər əvvəldən öz bağçalarında istifadə edildiyini, hazırda isə istifadəyə yararsız olduğundan satmaq istədiklərini demişlər. O, onlardan şəxsiyyət vəsiqələrinin üzərlərində olub-olmadığını soruşmuşdur. Onlar isə vəsiqələrinin olmadığını dedikdən sonra o, onların razılığı ilə gəldikləri avtomobillərin şəkillərini çəkib özündə saxlamışdır. Həmin əşyaların oğurluq olacağı təqdirdə onların barəsində polisə məlumat verəcəyini demişdir. Onlar da ondan narahat olmamasını və əşyaların özlərinin olduğunu bildirmişlər. Bundan sonra o, dəmiryol relslərini tərəzidə çəkmiş və hər kiloqramına 0,35 manat (otuz beş qəpik) olmaqla ümumilikdə onlara 506 (beş yüz altı manat) pul vermişdir. Əlavə göstərdi ki, onun dəmiryol relslərinin oğurluq olmasından xəbəri olmamışdır. Onlar ona dəmiryol relslərinin özlərinə məxsus olduğunu, öz bağçalarında uzun illərdir ki, qaldığını və istifadə edilmədiyini, buna görə də satmaq istədiklərini demişlər. Dəmiryol relsləri də çürümüş və paslı vəziyətdə olduqlarından o, onların sözlərinə inanaraq həmin dəmiryol relslərini onlardan almağa razılaşmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, ilkin araşdırma zamanı Göygöl rayonu Çaylı kəndində yerləşən oğurluq hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinə əlavə edilmiş üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs5 ilə Təqsirləndirilən şəxs2 ifadələri arasında yaranmış ziddiyyətləri aradan qaldırmaq məqsədi ilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs5 üzünə qarşı bir daha deyib təsdiq edərək onu ifşa etmişdir. Cinayət işinə əlavə edilmiş üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs5 ilə Təqsirləndirilən şəxs3 ifadələri arasında yaranmış ziddiyyətləri aradan qaldırmaq məqsədi ilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs5 üzünə qarşı bir daha deyib təsdiq edərək onu ifşa etmişdir. Cinayət işinə əlavə edilmiş üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs5 ilə Təqsirləndirilən şəxs4 ifadələri arasında yaranmış ziddiyyətləri aradan qaldırmaq məqsədi ilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs5 üzünə qarşı bir daha deyib təsdiq edərək onu ifşa etmişdir. Cinayət işinə əlavə edilmiş üzləşdirmə protokolundan görünür ki, istintaqı zamanı Təqsirləndirilən şəxs5 ilə Təqsirləndirilən şəxs1 ifadələri arasında yaranmış ziddiyyətləri aradan qaldırmaq məqsədi ilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs5 üzünə qarşı bir daha deyib təsdiq edərək onu ifşa etmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 aprel 2023-cü il tarixli 9/1593 nömrəli ekspert rəyindən məlum olur ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 12 ədəd 3.60 metr və 4 ədəd 2.40 metr uzunluğunda, 9x12 sm ölçülərdə, ümumilikdə 1445 kiloqram ağırlığında olan 16 ədəd dəmiryol relslərinin metal qırıntı kimi orta bazar qiyməti nəzəri qaydada təxminən 722,50 (1445 kq x 0,50 manat) manat müəyyən olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Babayev X5 rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsinə əsasən 1000 (bir min) manat cərimə cəzasına, Goranboy rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən 01 il müddətinə 15% islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində Şəmkir RPŞ-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs5 həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı CM-nin 177.2.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakterli olmaqla şahid ifadələri, ekspert rəyləri və iş materialları ilə tamamilə təkzib olunan, işin faktiki hallarına uyğun olmayan ifadələrdir. İbtidai istintaq və məhkəmə baxışı dövründə Təqsirləndirilən şəxs5 CM-nin 177.2.1-ci maddəsi ilə ona istinad edilən əməli törətmədiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və eyni zamanda həmin hal iş materialları ilə öz təsdiqini tapmamış, əksinə iş materialları və şahid ifadələri ilə təqsirləndirilən şəxsin təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs5 ilə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ifadələrində Təqsirləndirilən şəxs5 oğurlanan əşyaların ona məxsus olmasını dedikdən sonra ona inanaraq Çaylı kəndinə gəldiklərini bildirmələri, təqsirləndirilən şəxslərlə Təqsirləndirilən şəxs5 arasında aparılmış üzləşdirmə zamanı Təqsirləndirilən şəxs5 üzünə qarşı hadisənin əsas səbəbkarının o olmasını deyərək onu ifşa etmələri, həmçinin Təqsirləndirilən şəxs1 dəmiryol relslərini satdıqdan sonra əldə etdiyi gəlirdən 50 manat da ona verəcəyini Təqsirləndirilən şəxs5 üzünə qarşı deməsi, bundan başqa şahid qismində dindirilmiş “Ford transit” markalı yük avtomobilinin sürücüsü Şahid2 Təqsirləndirilən şəxs1 ilə birlikdə onun yanına gəlib söhbət edən şəxsin, yəni Təqsirləndirilən şəxs5 qeyd olunan əşyaların ona məxsus olduğunu deyib onu inandırmasını bildirməsi və s. digər sübutlarla Təqsirləndirilən şəxs5 qeyd olunan cinayət hadisəsinin törədilməsində birbaşa iştirakını tam sübuta yetirmişdir. Bütün sadalanan hallara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 təqsirləndirildiyi CM-nin 177.2.1-ci maddəsi ilə ona istinad edilən cinayət əməlini törətməməsi həqiqi, obyektiv ifadə kimi qəbul olunmamalı, ifadədə göstərilən xüsusatlar özünün müdafiəsinə yönəlməklə cinayət məsuliyyətindən və cəzadan kənarda qalmasına hesablanmışdır. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 оğlunun törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 оğlunun cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə onlar, cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs4 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs5 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əməllərinə CM-nin bu prinsipi baxımından yanaşıb onların istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təqsirləndirildiyi CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, onlara ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərəri tamamilə ödəməsini CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərəri tamamilə ödəməsini və himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 zərəri tamamilə ödəməsini və himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 zərəri tamamilə ödəməsini və himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs5 zərəri tamamilə ödəməsini CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 münasibətdə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs3 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs4 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs5 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs4 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs4 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs5 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs5 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs5 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs5 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - 16 ədəd dəmiryol relslərinin – sahibinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 оğlunun üzərinə Goranboy rayonu, Qurbanzadə kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə Şəmkir rayonu, Keçili kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 оğlunun üzərinə Şəmkir rayonu, Keçili kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 оğlunun üzərinə Şəmkir rayonu, Keçili kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 оğlunun üzərinə Göygöl rayonu, Çaylı kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonu və Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 16 ədəd dəmiryol relslərinin – sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-73/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 10 avqust 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X4 Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X6 Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X7 Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X8 Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1970-ci ildə Goranboy rayonu Faxralı kəndində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, Goranboy rayonu, Qurbanzadə kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1997-ci ildə Şəmkir rayonu, Keçili kəndində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, Şəmkir rayonu, Keçili kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Şəmkir rayonu, Keçili kəndində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, Şəmkir rayonu, Keçili kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Şəmkir rayonu, Keçili kəndində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, Şəmkir rayonu, Keçili kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1967-ci ildə Xanlar rayonu, Çaylı kəndində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, Göygöl rayonu, Çaylı kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 оğlunun üzərinə Goranboy rayonu, Qurbanzadə kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə Şəmkir rayonu, Keçili kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 оğlunun üzərinə Şəmkir rayonu, Keçili kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 оğlunun üzərinə Şəmkir rayonu, Keçili kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 оğlunun üzərinə Göygöl rayonu, Çaylı kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonu və Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 16 ədəd dəmiryol relslərinin – sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №1(066)-73/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-73/2023
10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver