Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-73/2025 05.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Göygöl rayonu, Aşıq Alı küçəsi ev 17A-da qeydiyyatda olan və Göygöl rayonu, Nəsimi küçəsi ev 15-də yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: O, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 20 mart 2025-ci il tarixdə, saat 17 radələrində ünvan 1 ünvanda keçmiş arvadı X6 ilə birlikdə yaşayan uşaqları Mehriban İmanovanı və Murad İmanovu görmək üçün gəldiyi zaman Zərərçəkmiş şəxs bəzənərək haraya getməsini bildirib qısqanclıq zəminində mübahisə edərək əl və ayaq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən vurmaqla ona sol göz nahiyəsinin hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə ailə həyatı qurmuşlar, həmin nikahdan 2 övladları olmuşdur. 10 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ondan rəsmi olaraq boşanmışdır. Həmin tarixdən də Zərərçəkmiş şəxs anası Şahid1 məxsus ünvan 2 ünvanında yaşayır. 20 mart 2025-ci il tarixdə, saat 17 radələrində o, Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək, qapını döyüb X4 və Murad İmanov ilə görüşmək istədiyini bildirmişdir. Lakin həmin vaxt nədənsə Zərərçəkmiş şəxs onu yaşadığı evə buraxmamışdır. Zərərçəkmiş şəxs da onun yaşadığı evin qapısını döyməyə davam etdiyini gördüyü üçün qapını açaraq X4nı və Murad İmanovu onunla görüşmələri üçün evdən həyətə buraxmışdır, X9 və Mehriban İmanova həyətə çıxaraq onunla görüşmüşlər. Təxminən 5 dəqiqə sonra X4 və Murad İmanov ona evə qayıtımaq istədiklərini bildirmişlər. O, da onlarla birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə yaxınlaşaraq qapını döymüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs yaşadığı evin qapısını açmışdır. X4 və Murad İmanov yaşadıqları evə daxil olmuşlar. Həmin vaxt o da Mehriban İmanova və Murad İmanov ilə birlikdə onların yaşadığı evə daxil olmaq istəmişdir. Lakin Zərərçəkmiş şəxs onu yaşadığı evə buraxmamağa çalışdığı üçün o, sərxoş vəziyyətdə əsəbləşərək, onu itələmişdir. Zərərçəkmiş şəxs arxası üstə yerə yıxılmışdır. O, hadisənin baş verdiyi yerdən iti yerişlə çıxaraq yaşadığı ünvana getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında anası Şahid1, övladları 2012-ci il təvəllüdlü X10 və 2014-cü il təvəllüdlü qızı X5 ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi Göygöl şəhəri, Heydər Əliyev prospektində yerləşən “313 market”-də satıcı işləyir. Təqsirləndirilən şəxs ilə 2010-cu ildə ailə həyatı qurmuşlar. Həmin nikahdan 2 övladları olmuşdur. Evləndikləri tarixdən Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək mübahisə yaratmış, işləməmiş və ailəsinə baxmamışdır. Bu səbəbdən də o, 10 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs rəsmi olaraq boşanmışdır. Həmin tarixdən də o, az yaşlı övladları ilə birlikdə anası Şahid1 məxsus ünvan 2 ünvanında yaşayırlar. Həmçinin həmin tarixdən hər iki övladı üçün Təqsirləndirilən şəxs məhkəmə tərəfindən 300 (üç yüz) manat aliment verməsi haqqında qərar qəbul edilmişdir. Lakin Təqsirləndirilən şəxs həmin alimenti ödəmədiyi üçün 3500 (üç min beş yüz) manata yaxın aliment borcu yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs övladları ilə görüşmək üçün məhkəməyə müraciət etmək hüququnun olmasını izah etsə də Təqsirləndirilən şəxs bununla bağlı müraciət etmədiyindən rəsmi görüş çıxarılmamışdır. Buna baxmayaraq, o, Təqsirləndirilən şəxs və ailəsinə övladlarını görməsinə icazə vermiş və onları görüşdürmüşdür. Lakin sonradan Təqsirləndirilən şəxs mütəmadi olaraq sərxoş vəziyyətdə onların yaşadıqları ünvana gələrək, onu təhqir etmişdir. Bununla bağlı aidiyyəti qurumlara dəfələrlə şikayət etsə də Təqsirləndirilən şəxs islah olmamışdır. Buna görə də övladları artıq Təqsirləndirilən şəxsla görüşmək istəmirlər. 20 mart 2025-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə yaşadıqları ünvana gələrək qapını döyüb uşaqlarını görmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs içkili olmasını gördüyü üçün onu yaşadıqları evə buraxmamışdır. Ancaq Təqsirləndirilən şəxs isə uca səslə qapını bərk döyməyə davam etdiyi üçün o, qapını açaraq X4nı və Murad İmanovu onunla görüşmələri üçün evdən həyətə buraxmışdır. Lakin, o, Təqsirləndirilən şəxs ehtiyyat etdiyi üçün evin qapısını yenidən kilidləmişdir. X9 və Mehriban İmanova həyətə çıxaraq Təqsirləndirilən şəxsla görüşmüşlər. Təxminən 5 dəqiqədən sonra o, Murad İmanovun və Mehriban İmanovanın yaşadıqları evin qapısını döydüklərini gördüyü üçün övladlarını evə buraxmaq məqsədilə qapını açan zaman Təqsirləndirilən şəxs əli ilə qapını saxlayaraq zorla evə daxil olmuş və üzərinə gedərək “belə bəzənib hara gedirsən" ifadəsini işlədərək yumruqla bir dəfə onun sol sifət nahiyəsinə zərbə endirmişdir. O, həmin zərbənin təsirindən arxası üstə yerə yıxılmışdır. Bu zaman Təqsirləndirilən şəxs içəri daxil olub ayaq zərbələri ilə onun sol sifət nahiyəsindən, həmçinin bədəninin müxtəlif yerlərindən vurmaqla ona qəsdən xəsarət yetirmişdir. Həmin zaman o huşunu itirmişdir. Ayıldığı zaman isə X4nın və Murad İmanovun ağladıqlarını, qonşuları Şahid3 və Şahid2 onu yerdən qaldırdıqlarını görmüşdür. Şahid2 ona su vermişdir. X12 isə anası Şahid1 mobil telefon vasitəsi ilə zəng edib məlumat vermişdir. Təxminən 5-10 dəqiqədən sonra yaşadıqları ünvana Şəha Bağırova gəlmişdir. Məhkəmə istintaq dövründə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Göygöl rayon İcra Hakimiyyətinin Mənzil komunal təsərrüfatı istehsalat birliyində xadiməçi işləyir. Zərərçəkmiş şəxs onun övladıdır. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs keçmiş əridir. Təqsirləndirilən şəxs ilə əvvəllər münsibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər spirtli içkilər qəbul edərək, yaşadığı ünvanda mütəmadi olaraq arvadı Zərərçəkmiş şəxs ilə münaqişə etdiyi üçün Zərərçəkmiş şəxs ondan rəsmi olaraq 10 may 2024-cü il tarixdən boşanmışdır. Həmin vaxtdan da qızı Zərərçəkmiş şəxs iki az yaşlı övladları ilə birlikdə ona məxsus ünvan 2 ünvanında yerləşən evdə yaşayırlar. 20 mart 2025-ci il tarixdə, saat 17 radələrində o, işdə olan zaman nəvəsi X5 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs əl və təpik zərbələri ilə vurması barədə məlumat vermişdir. O, da dərhal yaşadıqları ünvana gələn zaman orada Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olmasını, qonşuları Şahid3 və Şahid2 Zərərçəkmiş şəxs köməklik etmələrini, eləcə də nəvələri Mehriban İmanovanın və Murad İmanovun orada olmalarını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs onların yaşadıqları ünvana gələrək, övladları, Mehriban İmanova və Murad İmanov ilə görüşmüş və daha sonra isə o, sərxoş vəziyyətdə qızı Zərərçəkmiş şəxs sol göz nahiyyəsindən yumruq zərbəsi ilə vuraraq ona qəsdən xəsarət yetirmişdir. DİN 102 qaynar xəttinə müraciət etmiş, təxminən 5-10 dəqiqə sonra hadisənin baş verdiyi ünvana Göygöl rayon Polis şöbəsinin əməkdaşları gəlmişlər. Məhkəmə istintaq dövründə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Göygöl rayon Mərkəzi Xəstəxanasında xadiməçi işləyir. Subaydır iki övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs keçmiş əridir. Təqsirləndirilən şəxs ilə aralarında heç bir düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə əvvəllər evli olub sonradan boşanmışlar. Həmin vaxtdan da Zərərçəkmiş şəxs iki az yaşlı övladı ilə birlikdə anası Şahid1 məxsus ünvan 2 ünvanında yerləşən evdə yaşayırlar. 20 mart 2025-ci il tarixdə, saat 17 radələrində onların yaşadıqları evdə olan zaman Zərərçəkmiş şəxs yaşadığı evdən ucadan səs-küy gəlməsini eşitmişlər. Həmin vaxt o, dərhal yaşadıqları evdən çıxaraq Zərərçəkmiş şəxs yaşadığı evə daxil olmuşdur. Orada Təqsirləndirilən şəxs iti yerişlə küçəyə çıxmasını, Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən xəsarət almasını və yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Ardınca anası Şahid2 da Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişdir. Onlar dərhal Zərərçəkmiş şəxs su verib onu ayağa qaldırmağa çalışmışlar. Orada olan zaman onlara məlum olmuşdur ki, həmin tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvana gələrək, X4 və Murad İmanov ilə görüşmüş və daha sonra isə o, sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs sol göz nahiyəsindən yumruq zərbəsi ilə vuraraq ona qəsdən xəsarət yetirmişdir. Daha sonra Zərərçəkmiş şəxs az yaşlı qızı X5 mobil telefon vasitəsi ilə nənəsi Şahid1 zəng edib atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl və təpik zərbələri ilə vurması barədə məlumat vermişdir. O, evə gələndə Təqsirləndirilən şəxs orada yox idi, ümumi həyətdən tələsik çıxmağını görmüşdür. Təxminən 3-5 dəqiqədən sonra Şahid1 da yaşadığı ünvana gələn zaman orada qızı Zərərçəkmiş şəxs onların yardım etmələrini görmüşdür. Həmçinin təxminən 5-10 dəqiqədən sonra hadisənin baş verdiyi ünvana Göygöl rayon Polis şöbəsinin polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaq dövründə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, onun evinin pəncərəsi Günaygilin evinə baxır. Birdən uşaq qışqırtısı eşitmiş, pəncərədən baxdıqda Anarın qapıdan bayıra çıxdığını görmüşdür. Həmin anda dərhal uşaqların yanına getmişdir. Bu zaman qızı Günayı stulda oturtmuş, üzünə su vuraraq ayıltmağa çalışmışdır. Daha sonra Günayın anası gəlib. Təxminən 10 dəqiqə sonra isə polis əməkdaşları hadisə yerinə çatıblar. Anar dəfələrlə gələrək narahatlıq verib, pəncərələri sındırırmış. Bu səbəbdən dəfələrlə polis orqanlarına şikayət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 16 aprel 2025-ci il tarixli qərara əsasən Göygöl rayon Polis şöbəsinin Təhqiqat bölməsində AR CM-nin 128-ci maddəsi ilə açəlmış ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə ittihamın irəli sürülməsi üçün kifayət qədər sübut olmadığından Təqsirləndirilən şəxs barəsində fakta görə ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2025-ci il tarixdə Göygöl Rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Elçin Dünyamalıyev tərəfindən hadisənin baş verdiyi əraziyə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Göygöl Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Göygöl şöbəsinin məhkəmə-tibb eksperti Sabir Qasımovun xx.xx.2025-ci il tarixli 141 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət- sol göz nahiyyəsinin hematoması - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs qismində tanınmış, hüquq və vəzifələri ona izah edilmişdir. 13 iyun 2025-ci il tarixli “Təqsirlənirilən şəxs qismində cəlbetmə haqqında” qərara əsasən Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona ittiham elan olunması qərara alınmışdır. 13 iyun 2025-ci il tarixli “Başqa yerə gətməmək haqqında iltizam tədbirinin seçilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Gəncə şəhəri Psixonevroloji Dispanseri tərəfindən xx.xx.2025-ci il tarixli 1770 nömrəli arayışda göstərilir ki, İmanov X1 Dispanserdə qeydiyyatda deyildir. Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən xx.xx.2025-ci il tarixli 2331 nömrəli arayışda göstərilir ki, X7 “Fio.1” diaqnozu ilə dispanser qeydiyyatındadır. Göygöl RİHB Göygöl Şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, İmanov X8 rayonu, Aşıq Alı küçəsi, ev 17A ünvanında qeydiyyatda olamqla ünvan 9 və yaşadığı müddət ərzində barəsində heç bir şikayət və narazılıq daxil olmamışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanmış, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, hadisə yerinə baxış protokolu, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin qismən etirafı özünü müdafiə kimi qiymətləndirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində cinayət əməlinin baş verməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməməsinin onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, zərər çəkmiş şəxslə barışıq əldə olunmamasını habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs Cümşüd oğlunun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs Cümşüd oğlunun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Göygöl rayonu və Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs Cümşüd oğlunun üzərinə yaşadığı Göygöl rayonu və Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs Cümşüd oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №1(066)-73/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-73/2025
05.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver