Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-74/2023 05.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X8, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1983-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən cəzasının qalan 10 ay 22 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuş, Şəki rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 17 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi 1-D, ev 21-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1979-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-in 234.1-cii maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2018-cio il tarixli hökmü ilə AR CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına, Göygöl rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-in 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə, 1000 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hal-hazırda Göygöl rayonu, Üçtəpə kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 оğlu qabaqcacadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, 09 mart 2023-cü il tarixdə saat 12 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Vüsal” şadlıq sarayının qarşısında olan Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi avtomobil dayanacağına qanunsuz daxil olaraq dayanacaqda olan hər birinin qiyməti 200 (iki yüz) manat olan üç ədəd aliminium materialdan qapı və dayanacaqda olan saxlanc yeri hesab edilən anbara daxil olaraq anbardan bir ədəd 100 (bir yüz) manat dəyərində qaz balonunu gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 оğlu qabaqcacadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, 09 mart 2023-cü il tarixdə saat 12 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Vüsal” şadlıq sarayının qarşısında olan Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi avtomobil dayanacağına qanunsuz daxil olaraq dayanacaqda olan hər birinin qiyməti 200 (iki yüz) manat olan üç ədəd aliminium materialdan qapı və dayanacaqda olan saxlanc yeri hesab edilən anbara daxil olaraq anbardan bir ədəd 100 (bir yüz) manat dəyərində qaz balonunu gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində tanışı Zamir adlı şəxslə Göygöl rayonu, Üçtəpə kəndində yerləşən “Vüsal” şadlıq sarayının qarşısında yerləşən avtomobil dayanacağının qarşısından keçərkən dayanacaqda heç kimin olmadığını və içəridə aliminium qapı olduğunu görərək oğurlayıb satmaq qərarına gəlmiş və bu təklifni Zamirə demişdir. Zamir onunla razılaşmış və o, darvazanı itəliyərək açıb dayanacağa daxil olmuşdur. Avtomobil dayanacağının içərisində hasara söykənmiş 3 ədəd plastik qapını götürmüşdür. Qapını dayanacağın darvazasından çıxarıb çöldə hasarın dibinə söykəmişdir. Dayanacaqda olan əl damının qapısında zincir olmuş, zincir aralı olmuşdur. Əl damına girib orada olan bir ədəd qaz balonunu da götürüb dayanacaqdan çıxarıb plastik qapıların kənarına qoymuşdur. Zamir isə həmin vaxt dayanacağın darvazasının qarşısında dayanmışdır. Daha sonra onlar plastik qapıları və qaz balonunu aparıb satmaq üçün taksi çağırmağa getmişlər. Ürək xəstəxanası deyilən xəstəxananın qarşısında “Vaz 2106” markalı taksiyə yaxınlaşıb sürücüyə plastik qapı və qaz balonunun olmasını, onu avtomobilə yükləyib yol kənarına çıxarmağı demişlər. Taksi sürücüsü ilə qiymət danışmamış və onun avtomobilinə əyləşib həmin yerə, yəni dayanacağın yanına qayıtmışlar. “Vüsal” şadlıq sarayının qarşısında avtomobildən düşdükdə bir nəfər polis əməkdaşı restoranın içərisindən çıxaraq onu çağırmışdır. O, dayanmış və həmin polis əməkdaşı onu öz avtomobilinə əyləşdirmişdir. Zamir onun avtomobilə əyləşdiyini gördükdə kənara getmiş, lakin polis əməkdaşı avtomobili sürüb Zamirin yanına çatmışdır. Həmin vaxt Zamir qaçmış, lakin restoranın qarşısında olan polis əməkdaşı Zamiri tutmuşdur. Onları polis şöbəsinə gətirmişlər. Zamir adlı şəxslə təxminən 15 gün əvvəl Gəncə şəhərində çayçıda tanış olmuşlar. Oğurluq edən zaman da Zamirin evindən çıxıb mağazaya getmişlər.Onların məqsədi oğurladıqları əşyaları yoldan keçən metal alan şəxslərə satıb, həmin pulla kafedə yemək olmuşdur. Oğurluğu yalnız Zamirlə etmişdir. Başqa heç kimdən kömək almamışdır.Əvvəllər oğurluq etməmişdir. 2020-ci il tarixdə Şəki rayonunda oğurluqda iştirak etmiş, onunla bağlı məsuliyyətə cəlb edilib məhkum olunmuşdur. Dayanacağın hər tərəfi hasar olmuşdur. İki ədəd daravası var. Lakin daravazada qıfıl olmamışdır. O, darvazanı itələmiş və darvaza açılmışdır. Dayanacaqda olan əl damının qapısında isə zincir olmuşdur. Zincir uzun olduğu üçün qapını rahat açmaq olmuşdur.O, qapını açıb əl damına daxil olaraq oradan qaz balonu götürmüşdür.Mismarı xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində “Daş Körpünün” yanında yerləşən inşaat malları mağazasından almışdır. Həmin gündən isə Zamirgildə qaldığından xx.xx.2023-cü il tarixdə onu evə gətirmişdir. O, mismarı oğurlamamışdır. Hal-hazırda özünü tam olaraq təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun tanışıdır. Onunla bir aya yaxın müddətdir ki, tanış olmuşdur. xx.xx.2023-cü il tarixdə Tural gəlib onlarda qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində tanışı Tural ilə mərkəzə doğru piyada gedən zaman Göygöl rayonu, Üçtəpə kəndində yerləşən “Vüsal” şadlıq sarayının qarşısında yerləşən avtomobil dayanacağının qarşısından keçərkən Tural içəriyə baxıb çıxacağını demişdir. O, da dayanacağın qarşısında dayanmışdır. Tural içəriyə daxil olmuş, daha sonra əlində 3 ədəd plastik qapını çıxarıb çöldə hasarın dibinə yığmışdır. Daha sonra isə içəridən qaz balonu da gətirəcəyini demişdir. Gedib içəridən qaz balonunu da çıxarmış və eyni yerə qoymuşdur. Ona gedib taksi çağırmağı təklif etmişdir. Məqsədi həmin qapıları və qaz balonunu satıb kafedə əyləşmək olmuşdur. Onlar ürək xəstəxanası deyilən xəstəxananın qarşısında “Vaz 2106” markalı taksiyə yaxınlaşıb sürücüyə plastik qapı və qaz balonunun olmasını, onu avtomobilə yükləyib yol kənarına çıxarmağı demişdir. Taksi sürücüsü ilə qiymət danışmamış və onun avtomobilinə əyləşib həmin yerə, yəni dayanacağın yanına qayıtmışlar. “Vüsal” şadlıq sarayının qarşısında dayanmış, avtomobildən düşdükdə bir nəfər polis əməkdaşı restoranın içərisindən çıxaraq Turalı çağırmışdır. Polis əməkdaşını gördükdə oradan qaçmış və polis əməkdaşları onu tutmuşlar. Tural isə polislərin avtomobilində olmuşdur. Onları polis şöbəsinə gətirmişlər. Turalla təxminən 1 aydır ki, tanış olmuşdur. Sonradan münasibəti yaranmışdır. Onların məqsədi oğurladıqları əşyaları yoldan keçən metal alan şəxslərə satıb həmin pulla kafedə yemək olmuşdur.Oğurluğu yalnız Turalla etmişdir. Başqa heç kimdən kömək almamışdır.Əvvəllər oğurluq etməmişdir. Dayanacağın hər tərəfi hasar olmuşdur. İki ədəd daravası var. Lakin daravazada qıfıl olmamışdır. O, darvazanın qarşısında dayanmış, içəriyə isə Tural daxil olmuş, plastik qapıları və qaz balonunu da o dayancaqdan çıxarıb hasarın dibinə yığmışdır. Mismarı onlara Tural özü gətirmişdir. Həmin dayanacaqdan mismar oğurlamamışlar. Hal-hazırda özünü tam olaraq təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, polis kapitanı rütbəsi ilə Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində xidmət edir. 09 yanvar 2023-cü il tarixdə saat 12 radələrində xidməti ərazisi olan Göygöl rayonu Üçtəpə kəndində olan zaman həmin kənddə yerləşən “Vüsal” şadlıq sarayının qarşısında yerləşən avtomobil duracağını icarə əsasında işlədən Zərərçəkmiş şəxs adlı vətəndaş ona zəng edərək duracaqdan oğurluq olması barədə məlumat vermişdir. Onlar da həmin ərazidə yaxında olduğuqları üçün dərhal həmin yerə yaxınlaşmış və həqiqətən də duracaqda olan aliminium qapıların, bir ədəd qaz balonunun və təxminən 2-3 kilo mismarın küçəyə qoyulduğunu görmüşlər. Zərərçəkmiş şəxs oğurluq olması barədə ərizəsini qəbul etmişdir. Həmin anda oraya yaxınlaşan taksini gömüş və taklsidən iki nəfər düşdükdə oğurluğu onlar etdikləri onlarda şübhə yaratmışdır. O, sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxsi yaxınlaşaraq saxlamış, digər şəxs Təqsirləndirilən şəxs2 isə qaçmışdır. Şahid2 isə Zamiri saxlamış və onlar oğurluq etdiklərini etiraf etmişlər. Bundan sonra həmin şəxsləri Göygöl rayon polis şöbəsinə gətirmişlər. “Vüsal” şadlıq sarayının qarşısında yerləşən avtomobil duracağını icarə əsasında işlədən Zərərçəkmiş şəxs onlara duracaqdan oğurluq etməsi barədə məlumat verdikdə oraya getmiş və həqiqətən də duracaqdan 6 ədəd aliminum qapının, bir ədəd qaz balonunun və təxminən 2-3 kiloqram mismarın çıxarılaraq küçəyə qoyulduğunu görmüşlər. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oraya taksi ilə gəlmiş, onların oğurladıqları veşləri aparmaq üçün gəldiklərini görüb onlara yaxınlaşmış, həmin anda onlar qaçmağa cəhd göstərmiş və onlar tərəfindən saxlanmışdır. Onlar oğurluq etdiklərini etiraf etmişlər. Qeyd etmişdir ki, Tural və Zamir oraya gələn zaman onların orada olduğuqlarını görməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, polis kapitanı rütbəsi ilə Göygöl RPŞ-nin İTB-nin YYÇPİTQ-nun inspektoru vəzifəsində xidmət edir. 09 yanvar 2023-cü il tarixdə saat 12 radələrində xidməti Göygöl RPŞ-nin İTBnin polis sahə rəisi, polis kapitanı Şahid1 ilə birlikdə Göygöl rayonu Üçtəpə kəndində olan zaman həmin kənddə yerləşən “Vüsal” şadlıq sarayının qarşısında yerləşən avtomobil duracağını icarə əsasında işlədən Zərərçəkmiş şəxs adlı vətəndaş Şahid1 zəng edərək duracaqdan oğurluq olması barədə məlumat vermişdir. Onlar da həmin ərazidə yaxında olduğuqları üçün dərhal həmin yerə yaxınlaşaraq həqiqətən də duracaqda olan aliminium qapıların, bir ədəd qaz balonunun və təxminən 2-3 kilo mismarın küçəyə qoyulduğunu görmüşlər. Zərərçəkmiş şəxs oğurluq olması barədə ərizəsini qəbul etmişlər. Həmin anda oraya yaxınlaşan taksini görmüşlər və taksidən iki nəfər düşdükdə oğurluğu onlar etdikləri onlarda şübhə yaratmışdır. Şahid1 sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyikləri şəxsə yaxınlaşaraq saxlamış, digər şəxs Təqsirləndirilən şəxs2 isə qaçmışdır. O, Zamiri saxlamış və onlar oğurluq etdiklərini etiraf etmişlər. Bundan sonra həmin şəxsləri Göygöl rayon polis şöbəsinə gətirmişlər. “Vüsal” şadlıq sarayının qarşısında yerləşən avtomobil duracağını icarə əsasında işlədən Zərərçəkmiş şəxs onlara duracaqdan oğurluq etməsi barədə məlumat verdikdə oraya gedərək həqiqətən də duracaqdan 6 ədəd aliminum qapının, bir ədəd qaz balonunun və təxminən 2-3 kiloqram mismarın çıxarılaraq küçəyə qoyulduğunu görmüşlər. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oraya taksi ilə gəlmişlər, onların oğurladıqları veşləri aparmaq üçün gəldiklərini görüb onlara yaxınlaşmışlar, həmin anda onlar qaçmağa cəhd göstərmiş və onlar tərəfindən saxlanmışlar. Onlar oğurluq etdiklərini etiraf etmişlər. Qeyd etmişdir ki, Tural və Zamir oraya gələn zaman onları orada olduğuqlarını görməmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları əşyaları aparmaq üçün oraya gəldikləri taksi sürücüsünün kim olmasını bilməmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlayıb Göygöl RPŞ-yə gətirmişlər. Taksi sürücüsü isə orada qalmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəlləninm 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə cinayət proses iştirakçılarının məhkəmə araşdırmasının tamamlanmasına dair rəylərini nəzərə alaraq zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Vüsal” şadlıq sarayının qarşısında yerləşən avtomobil duracağını icarə əsasında işlədir. 09 mart 2023cü il tarixdə saat 12 radələrində duracağa gələn zaman duracaqda olan aliminium qapıların və qaz balonunun olmamasını görüb oğurlanmasını başa düşmüş, bu barədə ərazinin sahə rəisi Şahid1 zəng edərək məlumat vermişdir. Bundan sonra Vüsal qısa zamanda oraya gəlmiş, Vüsal gəldikdən sonra küçəyə baxdıqda qaz balonu, aliminium qapılar və mismarın küçədə olmasını görmüşlər. Oğurluq olması barədə Şahid1 ərizə yazaraq təqdim etmişdir. Orada olan zaman iki nəfər şəxs taksi ilə oraya gəlmiş və polis əməkdaşları oğurluğu həmin şəxslərin etməsini başa düşüb onları saxlamışlar. Küçədə aliminium qapıları, qaz balonunu və mismarı gördükdə mismarın da duracaqdan oğurlanmasını zənn etmiş, sonradan ətraflı baxan zaman başa düşmüşdür ki, duracaqdan mismar oğurlanmamışdır. 3 ədəd aliminium qapının hər birinin qiyməti 200 manat, qaz balonunun qiyməti isə 100 manatdır. Oğurluq nəticəsində ona ümumilikdə 700 manat ziyan dəymişdir. Naməlum şəxslər duracağın darvazasını itələyib açmışlar, duracağın ərazisindən aliminium qapıları oğurlamışlar, duracaqda olan anbarın qapısınındə olan zinciri isə qırıb oraya daxil olub 1 ədəd qaz balonunu oğurlamışlar. Birinci dəfə imiş ki, duracaqdan oğurluq edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, həmin şəxslərlə heç bir düşmənçiliyi olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, 09 mart 2023-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində “Vüsal” şadlıq sarayının qarşısında yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobil dayanacağına baxış keçirilərək protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək fotocədvəl halında həmin protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 aprel 2023-cü il tarixli 9/3072 nömrəli rəyinə əsasən: - 01 ədəd şüşələri olmayan aliminium materialdan olan 2,5 metr uzunluğunda 0,5 metr enində plastik qapı çərçivəsi 160 manat, üç ədəd 480 manat - 01 ədəd 0,90 metr diametrli , 1,10 metr hündürlükdə qaz balonu 70 manatdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 aprel 2023-cü il tarixli 9/3072 nömrəli Zərərçəkmiş şəxs məxsus üç ədəd alimium qapı və bir ədəd qaz balonun ümumi dəyəri 550 manat göstərilmiş, zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs isə ona dəymiş ziyanı 700 manat olaraq göstərmişdir. Ona görə də iş üzrə Zərərçəkmiş şəxs göstərdiyi qiymətlər əsas götürülməklə oğurluq nəticəsində ona dəymiş ziyanın məbləği hər birinin qiyməti 200 manat olan üç ədəd alimium qapı və bir ədəd 100 manat dəyərində qaz balonu olmaqla ümumilikdə 700 manat qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Bağbanlar qəsəbəsi, Gəncəvi küçəsi, ev 48-də yaşayan X1 işlətdiyi, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən avtomobil dayanacağına daxil olaraq oğurluq etmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa hansısa cinayətdə iştiraklarının olub-olmamasının yoxlanılması, həmçinin cinayət əməlini törədən zaman onlara başqa kiminsə kömək edibetməməsinin müəyyən edilməsi, bundan başqa hadisə vaxtı onların oğurladıqları əşyaları aparmaq üçün oraya gəldikləri taksi sürücüsünün tapılaraq istintaqa təqdim edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı əməliyyat tapşırığının yerinə yetirilməsi Göygöl RPŞ-nin CAB-nə həvalə edilmiş, lakin həmin istiqamətdə müsbət nəticə əldə edilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən cəzasının qalan 10 ay 22 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuş, Şəki rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 17 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs2 Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-in 234.1-cii maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2018-cio il tarixli hökmü ilə AR CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına, Göygöl rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə, 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad olunub, AR Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.11-ci bəndinə əsasən 1000 manat cərimə cəzasından azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 оğlu 09 mart 2023-cü il tarixdə saat 12 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Vüsal” şadlıq sarayının qarşısında olan Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi avtomobil dayanacağına qanunsuz daxil olaraq dayanacaqda olan hər birinin qiyməti 200 (iki yüz) manat olan üç ədəd aliminium materialdan qapı və dayanacaqda olan saxlanc yeri hesab edilən anbara daxil olaraq anbardan bir ədəd 100 (bir yüz) manat dəyərində qaz balonunu gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 оğlu 09 mart 2023-cü il tarixdə saat 12 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Vüsal” şadlıq sarayının qarşısında olan Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi avtomobil dayanacağına qanunsuz daxil olaraq dayanacaqda olan hər birinin qiyməti 200 (iki yüz) manat olan üç ədəd aliminium materialdan qapı və dayanacaqda olan saxlanc yeri hesab edilən anbara daxil olaraq anbardan bir ədəd 100 (bir yüz) manat dəyərində qaz balonunu gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə onlar, cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs2 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onlara təqsirləndirildiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza növlərinin təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət əməli törətmiş, məhkumluğu ödənilməmiş və islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət əməli törətmiş, məhkumluğu ödənilməmiş və islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsindəı azyaşlı uşağının olmasını və zərəri ödəməsini CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərəri ödəməsini CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hər iki təqsirləndirilən şəxsə münasibətdə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Yəni, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkumluq institutunun mahiyyəti də ondan ibarətdir ki, məhkumluğu olan şəxs mülki və ya inzibati-hüquqi xarakterli məhrumiyyətlərə məruz qalır, həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən cəzasının qalan 10 ay 22 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuş, Şəki rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 17 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi əməl az ağır cinayət olduğundan və CM-nin 83-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, o, məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onun əməli cinayətlərin resedivini yaradır. Bundan başqa, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs2 Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-in 234.1-cii maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2018-cio il tarixli hökmü ilə AR CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına, Göygöl rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə, 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad olunub, AR Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.11-ci bəndinə əsasən 1000 manat cərimə cəzasından azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 əvvəllər törətdiyi əməl az ağır cinayət olduğundan və CM-nin 83-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, o, məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onun əməli cinayətlərin resedivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cəza təyin edilməlidir. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 10 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 оğlu barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Belə olan halda, Təqsirləndirilən şəxs1 оğlunun cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 10 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 оğlu barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Belə olan halda, Təqsirləndirilən şəxs2 оğlunun cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan – üç ədəd aliminium qapı və bir ədəd qaz balonunun- sahibinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 10 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun haqqında “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 оğlu dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 10 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun haqqında “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 оğlu dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan – üç ədəd aliminium qapı və bir ədəd qaz balonunun- sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-74/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 05 sentyabr 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X8, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1983-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən cəzasının qalan 10 ay 22 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuş, Şəki rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 17 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi 1-D, ev 21-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1979-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-in 234.1-cii maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2018-cio il tarixli hökmü ilə AR CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına, Göygöl rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-in 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə, 1000 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hal-hazırda Göygöl rayonu, Üçtəpə kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 10 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun haqqında “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 оğlu dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 10 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun haqqında “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 оğlu dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan – üç ədəd aliminium qapı və bir ədəd qaz balonunun- sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №1(066)-74/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-74/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver