Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-75/2024 25.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X3 iclas katibliyi və dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs olan Gənclər və İdman İdarəsinin Göygöl Sektorun nümayəndəsi Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə 27 avqust 1979-cu ildə Yevlax rayonu, Nemətabad kəndində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 13 aprel 2024-cü il tarixdə saat 01 radələrində Göygöl şəhəri H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ayaqqabı təmiri dükanının pəncərəsindən qanunsuz daxil olaraq oradan 100 manat dəyərində bir ədəd motorlu çarxı və 25 manat dəyərində direli gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 125 (yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə 16 aprel 2024-cü il tarixdə saat 00:30 radələrində Göygöl şəhəri Heydər Əliyev adına parkda yerləşən Göygöl rayon Gənclər və İdman sektorunun inzibati binasının xidməti otaqlarının pəncərəsindən qanunsuz daxil olaraq oradan 1.000 manat dəyərində bir ədəd “Packard Bell” markalı masaüstü kompyuteri, 500 manat dəyərində bir ədəd “Lenovo” markalı notebooku, 600 manat dəyərində bir ədəd “Epson” markalı proyektoru və 200 manat dəyərində bir ədəd “canon L2900” markalı çap qurğusunu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2.300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin təxminən dekabr ayından Kəlbəcər və Laçın rayonlarında müxtəlif tikinti şirkətlərində fəhlə işləmişdir. Hər ay təxminən 3-4 günlük yaşadığı rayona gəlmişdir. 12 aprel 2024-cü il tarixdə təxminən saat 13 radələrində Kəlbəcər rayonundan yaşadığı Göygöl rayonuna gəlmişdir. Həmin vaxt maddi vəziyyəti pis olduğundan pula ehtiyacı olmuşdur. Təxminən 13 aprel 2024-cü il tarixdə saat 01 radələrində Göygöl şəhəri H.Əliyev prospekti ilə gedərkən ayaqqabı dükanının pəncərəsinin yarımaçıq vəziyyətdə olduğunu görmüşdür. O, pəncərəni əli ilə itəliyərək açmış və pəncərədən içəri daxil olmuşdur. İçəridə olan bir ədəd matorlu çarxı və bir ədəd direli götürmüş, sellofana qoyaraq öz yaşadığı evə aparmışdır. Həmin vaxt yaşadığı evdə heç kim olmamışdır. Bundan başqa 2024-cü ilin təxminən aprel ayının 6-7-i tarixlərdə Göygöl şəhəri Heydər Əliyev adına parkda tədbir keçirilirmişdir. O, həmin vaxt oraya getmişdir. O, parkda gəzən zaman Göygöl rayon Gənclər mərkəzinin binasının otaqlarının pəncərələrənin yarımaçıq vəziyyətdə olduğunu və içəridə kompyuter olduğunu görmüşdür. 16 aprel 2024-cü il tarixdə 00:30 radələrində Göygöl rayon Gənclər mərkəzinin inzibati binasının arxa tərəfinə gəlmiş, iki otağın pəncərələrinin yarımaçıq vəziyyətdə olduğunu görmüşdür. O, pəncərənin qabağında olan gül qabını kənara çəkərək içəri daxil olmuşdur. Oradan bir ədəd masaüstü kompyuteri, klaviaturasını və “siçanını” və bir ədəd çap qurğusunu götürmüşdür. Həmin otaqda olan sellefona oğurladığı əşyaları qoyub, daha sonra pəncərədən çölə çıxarmışdır. Daha sonra digər otağın yarımaçıq vəziyyətdə olan pəncərəsini açaraq içəri daxil olmuşdur. Otaqda olan bir ədəd notebook və “siçanını”, bir ədəd proyektoru oğurlamış və sellofana qoymuşdur. O, otağa daxil olduğu pəncərədən çıxaraq oğurladığı əşyaları öz yaşadığı ünvana apararaq yataq otağına yığmışdır. O, oğurladığı əşyaları Bakıya aparıb satmaq qərarına gəlmişdir. O, oğurladığı komyuter, printer, notebooku və proyektoru evdə olan özünəməxsus çəmadana yığmış, direl və matorlu çarxı sellafon torbaya qoymuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrdə Gəncə beynəlxalq avtovağzaldan avtobusla Bakı şəhərinə qardaşı Vaqifin yaşadığı ünvana getmişdir. Bakıya getməmişdən əvvəl Gəncə şəhəri “Kolxoz bazarı” adlanan yerdə direli tanımadığı şəxsə 10 manata satmışdır. O, oğurladığı əşyaları qardaşının yaşadığı binanın həyətində gizlətmişmişdir. 17 aprel 2024-cü il tarixdə təxminən saat 01 radələrində o, Bakı şəhərindən Kəlbəcər rayonuna getmişdir. Qardaşı Vaqif ona zəng edərək polis əməkdaşlarının onu axtardığını demişdir. Hazırda əməlindən çox peşman olmuşdur. Zərərçəkmiş şəxs1 ilə barışmaqla, ona və zərərçəkmiş hüquqi şəxs Göygöl rayonu üzrə Gənclər və İdman Sektoruna vurduğu ziyanı tamamilə könüllü ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını, özünün Hepatit “D” xəstəsi olmasını nəzərə alıb, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs olan Gənclər və İdman İdarəsinin Göygöl Sektorun nümayəndəsi kimi tanınan dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 05 iyun 2023-cü il tarixdən Göygöl rayonu üzrə Gənclər və İdman Sektorunda baş məsləhətçi vəzifəsində çalışır. 16 aprel 2024-cü il tarixdə təxminən saat 09 radələrində işlədiyi Göygöl Gənclər evinin inzibati binasına daxil olan zaman Göygöl rayonu üzrə Gənclər və İdman Sektorunda baş məsləhətçi vəzifəsində işləyən Şahid4 ona təhkim olunmuş xidməti otaqda olan bir ədəd masaüstü kompyuterin və bir ədəd çap qurğusunun oğurlandığını bildirmişdir. X8 Evində xadimə işləyən X4 otağı təmizləmək üçün qapını açdıqda pəncərənin açıq vəziyyətdə olduğunu, kompyuter və printerin yerində olmadığını gördüyünü demişdir. Sektorun müdiri Şahid1 zəng edərək ona təhkim olunmuş xidməti otaqda olan bir ədəd masaüstü kompyuterin və bir ədəd çap qurğusunun oğurlandığını bildirmişdir. Şahid1 otağa heç kimin daxil olmamasını, onu gözləməyi demişdir. Bundan sonra sektorun aparcı-məsləhətçisi Şahid3 onlara təhkim olunmuş xidməti otağıda açmış, onlar otağa daxil olduqda pəncərənin açıq vəziyyətdə olduğunu və otaqda masanın üzərində olan olan bir ədəd notebookun yerində olmadığını görmüşlər. Məlum olmuşdur ki, X9 inzibati binasından Göygöl rayonu üzrə Gənclər və İdman Sektorunun balansında olan bir ədəd 1000 (min) manat dəyərində Packard Bell markalı masaüstü kompyuter, bir ədəd 500 (beş yüz) manat dəyərində “lenovo” markalı notebook, bir ədəd 200 manat dəyərində canon L2900 markalı printer çap qurğusu bir ədəd 600 (altı yüz) manat dəyərində “Epson” markalı proyektor oğurlanmaqla ümumilikdə 2300 (iki min üç yüz) manat ziyan dəymişdir. Sektor müdiri Zaur müəllim özü gəldikdən sonra Göygöl Gənclər evindən oğurluq olması barədə DİN-in 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Sonra məlum olmuşdur ki, həmin əşyaları Təqsirləndirilən şəxs oğurlamışdır. Hal-hazırda Apoyev X7 rayonu üzrə Gənclər və İdman Sektoruna vurduğu ziyanı tamamilə ödədiyinə görə ondan heç bir şikayəti və tələbi də yoxdur. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş hüquqi şəxs olan Gənclər və İdman İdarəsinin Göygöl Sektorun nümayəndəsi kimi tanınan şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs vurduğu 2300 (iki min üç yüz) manat ziyanı tamamilə ödəməsinə görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işi üzrə şahid kimi tanınaraq dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 05 iyul 2023-cü il tarixdən Göygöl rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri vəzifəsində işləyir. 16 aprel 2024-cü il tarixdə təxminən saat 09:30 radələrində Göygöl rayonu üzrə Gənclər və İdman Sektorunda baş məsləhətçi vəzifəsində işləyən Şahid4 ona zəng edərək ona təhkim olunmuş xidməti otaqda olan bir ədəd masaüstü kompyuterin və bir ədəd çap qurğusunun oğurlandığını bildirmişdir. O, Şahid4 heç kimin otağa daxil olmasına icazə verməməsini və onun gəlməsini gözləməlirini bildirmişdir. Bundan təxminən 5-10 dəqiqiə sonra Şahid4 yenidən ona zəng edərək Sektorun aparıcı-məsləhətçisi Şahid3 xidməti otağınında pəncərəsinin açıq vəziyyətdə olduğunu və otaqda olan notebookun yerində olmadığını bildirmişdir. O, təkrar olaraq Dünyaviyə otağa heç kimin daxil olmamasını bildirmişdir. O, özü Göygöl Gənclər evinə gələrək xidməti otaqlara baxıb oğurluq olması barədə DİN-in 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Məlum olmuşdur ki, X9 inzibati binasından Göygöl rayonu üzrə Gənclər və İdman Sektorunun balansında olan bir ədəd 1000 (min) manat dəyərində Packard Bell markalı masaüstü kompyuter, bir ədəd 500 (beş yüz) manat dəyərində “lenovo” markalı notebook, bir ədəd 200 manat dəyərində canon L2900 markalı printer çap qurğusu bir ədəd 600 (altı yüz) manat dəyərində “Epson” markalı proyektor oğurlanmaqla ümumilikdə 2300 (iki min üç yüz) manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 da əsasən Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə Zərərçəkmiş şəxs1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Zərərçəkmiş şəxs1 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, o, yaşadığı evin yanında yerlşən ayaqqabı təmiri dükanında işləyir. Rayon sakinləri onu tanıdığından gündəlik müştəri olduqca iş yerini açıb ayaqqabı təmiri ilə məşğul olaraq dolanır. 12 aprel 2024-cü il tarixdə o, təxminən saat 22 radələrində ayaqqabı təmirir dükanında işlərini görüb, bağlayıb getmişdir. 13 aprel 2024-cü il tarixdə təxminən saat 11 radələrində işə gələn zaman dükanın içərisində bir ədəd matorlu çarxın və direlin yerində olmadığını görmüşdür. Həmin vaxt fikirləşmişdir ki, yəqin evə aparıb qoymuşdur. Ona görə də oğurlanmasını düşünməmişdir. Daha sonra matorlu çarx ona lazım olan zaman evidə axtarıb tapa bilmədiyini görüb, oğurlandığını başa düşmüş və Göygöl Rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Ona məxsus bir ədəd 100 (yüz) manat dəyərində matorlu çarx və bir ədəd 25 (iyirmi beş) manat dəyərində direl oğurlanmaqla ümumilikdə ona 125 (yüz iyirmi beş) manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyinə və üzr istəyib onunla barışdığına görə ondan heç bir şikayəti və tələbi də yoxdur, onunla barışmışdır. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs oğlu ona vurduğu 125 (yüz iyirmi beş) manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 16 aprel 2024-cü il tarixli “hadisə yerinə baxışın aparılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Göygöl şəhəri Heydər Əliyev adına parkda yerləşən Göygöl rayon Gənclər və İdman sektorunun inzibati binasıdır. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 22 aprel 2024-cü il tarixli “hadisə yerinə baxışın aparılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yerinə, yəni Göygöl şəhəri H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ayaqqabı təmiri dükadır. Cinayət işinin materiallarında olan Göygöl şəhər MKT-nin İB-nin tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Göygöl şəhər MKT-nin İB-nin tərəfindən verlmiş arayışdan məlum olur ki, Apoyev X7 şəhəri A.Şəmşir küçəsi ev 2-də qeydiyyatda olmaqla, orada yaşayır. Himayəsində 2 nəfər uşaq (2006-cı il təvəllüdlü oğlu X10 və 2008-ci il təvəllüdlü oğlu X12) vardır. Cinayət işinin materiallarında olan tibbi sənədlərdən məlum olur ki, Apoyev X6 “D” və “Sol tərəfi qasıq yırtığı” xəstəsidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X1 alınmış arayışda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 15 may 2024-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan “şühbəli şəxsin tutulması haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə saat 14:30-da şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən oğurladığı bir ədəd masaüstü kompyuter, həmin masaüstü kompyuterin bir ədəd klaviaturası, bir ədəd siçanı və bir ədəd elektrik naqili, bir ədəd notebook, həmin notebookun siçan və bir elektrik naqilləri, bir ədəd printer, həmin printerin bir ədəd elektrik naqili , bir ədəd proyektor və onun bir ədəd uzaqdan idarə cihazı (pult) istintaq orqanına təqdim etmiş və istintaq orqanı tərəfindən zərərçəkmiş şəxslərə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin məhkəmə-kimyəvi məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə 21 iyun 2024-cü il tarixli, 9/3527 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, Amerika xx.xx.2012-ci il istehsalı, RAM 4096 MB, model - one two M 3870, prosessorun adı və takt tezliyi - İnter(R) Pentium(R) CPU G645 @ 2.90GHz (2CPUs),~ 2.9GHz “Packard Bell” markalı masaüstü kompyuterin qiyməti 150 manat, Lenovo” markalı xx.xx.2014-cü il tarixdə istehsal olunmuş, “Lenovo” markalı notebookun texniki göstəriciləri - RAM 4096 mb, sistem modeli -20AVA9E00, prosessorun adı və takt tezliyi – İnter(R) Core(TM) i5-4200M CPU @ 2.50GHz (4CPUs), ~ 2.5GHz notebookun qiyməti 220 manat, 2008-ci ilin may ayında Yaponiyada istehsal olunmuş, “Canon L2900” markalı çap qurğusunun qiyməti 50 manat olmaqla 3 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 420 manat müəyyən olunur. 1 ədəd “Epson” markalı proyektor haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Adı çəkilən Mərkəzin ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatların ümumi dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin materiallarında olan protokoldan götünür ki, bir ədəd “Packard Bell” markalı masaüstü kompyuter, bir ədəd “Lenovo” markalı notebook, bir ədəd “Epson” markalı proyektor və bir ədəd “canon L2900” markalı çap qurğusu 1 ədəd matorlu çarx maddi subut kimi tanınmış və məhkəməydək saxlanması üçün bir ədəd “Packard Bell” markalı masaüstü kompyuter, bir ədəd “Lenovo” markalı notebook, bir ədəd “Epson” markalı proyektor və bir ədəd “canon L2900” markalı çap qurğusu zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2, 1 ədəd matorlu çarx zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarmışdır. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 13 aprel 2024-cü il tarixdə saat 01 radələrində Göygöl şəhəri H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ayaqqabı təmiri dükanının pəncərəsindən qanunsuz daxil olaraq oradan 100 manat dəyərində bir ədəd motorlu çarxı və 25 manat dəyərində direli gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 125 (yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə 16 aprel 2024-cü il tarixdə saat 00:30 radələrində Göygöl şəhəri Heydər Əliyev adına parkda yerləşən Göygöl rayon Gənclər və İdman sektorunun inzibati binasının xidməti otaqlarının pəncərəsindən qanunsuz daxil olaraq oradan 1.000 manat dəyərində bir ədəd “Packard Bell” markalı masaüstü kompyuteri, 500 manat dəyərində bir ədəd “Lenovo” markalı notebooku, 600 manat dəyərində bir ədəd “Epson” markalı proyektoru və 200 manat dəyərində bir ədəd “canon L2900” markalı çap qurğusunu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2.300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməklə, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxslərə dəymiş zərəri tamamilə ödəməsini, onlarla barışmasını, himayəsində 2 nəfər uşaq olmasını, Hepatit “D” və “Sol tərəfi qasıq yırtığı” xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayəti barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, onlarla barışmasını, himayəsində 2 nəfər uşaq olmasını, Hepatit “D” və “Sol tərəfi qasıq yırtığı” xəstəliyindən əziyyət çəkməsini cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Apoyev X7 rayonunda və Gəncə şəhərində fəhləlik etməklə dolanışığını təmin edir, ünvan 4-də qeydiyyatda olmaqla, orada yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işinin materiallarında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdən 24 aprel 2024-cü il tarixdə 2 gün bu iş üzrə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi qüvvəsində saxlanmasını qanuni və əsaslı hesab edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işi üzrə vurulan ziyanın zərərçəkmiş şəxslərə tamailə ödəməsini, cinayət işi üzrə maddi subut olan bir ədəd “Packard Bell” markalı masaüstü kompyuter, bir ədəd “Lenovo” markalı notebook, bir ədəd “Epson” markalı proyektor və bir ədəd “canon L2900” markalı çap qurğusu 1 ədəd matorlu çarxın onlara qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi öz qüvvəsində saxlanmasını, Təqsirləndirilən şəxs ekspertiza xərclərini təşkil edən 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şühbəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunmuş, 02 (iki) il müddətə azadlığın mədudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məhkəmə (ekspertiza) xərci tutularaq Az.MEM, VÖİN **********, AZ34 CTRE ********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə ödənsin. Cinayət işi üzrə vurulan ziyanın zərərçəkmiş şəxslərə tamailə ödəməsini, maddi subut olan bir ədəd “Packard Bell” markalı masaüstü kompyuter, bir ədəd “Lenovo” markalı notebook, bir ədəd “Epson” markalı proyektor və bir ədəd “canon L2900” markalı çap qurğusu 1 ədəd matorlu çarxın onlara qaytarılması nəzərə alınsın. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-75/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-75/2024
25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver