Məhkəmə qərarları › İş №1(066)-75/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-75/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-75/2025 01.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Tərtər rayonu Düyərli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay,fərdi əməklə məşğul, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu , Keşdək kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Murovdağ qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2025-cİ il tarixdə, saat 03 radələrində Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ona sərxoş halda və gec saatlarda evə gəlməsi barədə irad bildirdiyi üçün, yəni şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs baş və qarın nahiyyələrinə zərbə vurmaqla sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmaqla, dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid ’”sağ göz nahiyyəsinin hemotoması” xəsarətini qəsdən yetirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, hadisə yerinə baxış protokolu, eləcə də məhkəməyədək sadələşdirilmiş icraat zamanı əldə edilmiş digər mötəbər və təkzibedilməz sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ifadəsində öz müdafiəsi üçün hər hansı dəlil gətirmədən özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, Göygöl rayon Murovdağ qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2 ildir ki evlidir və bu evlilikdən 1 azyaşlı oğlu olmuşdur. xx.xx.2025-ci il tarixdə gecə saat 03 radələrində o Esmira ilə birlikdə yaşadığı Göygöl rayon Murovdağ qəsəbəsində yerləşən evinə gəlmişdir. Və o sərxoş vəziyyətdə olmuşdur. Bu zaman arvadı Esmira ona niyə gec gəlməyi barədə irad bildirmiş və həmin vaxt o da Zərərçəkmiş şəxs barəsində xoşagəlməz sözlər eşitdiyini bildirərək Esmiranı qısqandığını bildirmişdir. Bu zaman onların arasında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı o əsəbləşərək bir dəfə sillə ilə Esmiranın üz nahiyyəsinə və bir dəfə də təpiklə qarın nahiyyəsinə vuraraq Zərərçəkmiş şəxs döymüşdür. Lakin daha sonra o mübahisənin dayanması üçün evin digər otağına keçmiş və həmin vaxt arvadı Zərərçəkmiş şəxs evdən çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Göygöl rayon Murovdağ qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2 ildir evlidir. Həmin evlilikdən bir azyaşlı övladı var. xx.xx.2025-ci il tarixdə gecə saat 03 radələrində əri Yasin birgə yaşadıqları evə sərxoş halda gələrək səbəbsiz yerə mübahisə yaratmağa başlamışdır. O, Yasindən sakitləşməsini istədikdə Yasin, onun barəsində nalayiq sözlər eşitdiyini deyib yenidən onun üzərinə hücum edərək təpiklə qarın nahiyyəsindən əli ilə də sağ gözündən zərbə vuraraq onu döymüşdür. Bundan sonra yasin paltarlarını geyinmək üçün digər otağa keçdikdə o evdən çıxaraq qaçmışdır. Sonradan o aldığı xəsarətlərə görə özünü pis hiss etdiyi üçün Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək müalicə olunmuşdur. Zərərçəkmiş şəxs, məhkəmə istintaqı dövründə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığına görə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində təqsirli bilinmiş Təqsirləndirilən şəxs həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən zərəçəkmiş şəxslə barışdığını bildirərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibi ilə bağlı iş üzrə icraata xitam verilərək təqsirləndirilən şəxsin məsuliyyətdən azad olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göygöl Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Kamalov Elməddin tərəfindən 17 iyun 2025-ci il tarixində məhkəməyədək sadələşdirilmiş icraat açılması haqqında qərar qəbul olunmuşdur. 16 iyun 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi yer Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən birgə yaşadıqları evdir. 16 iyun 2025-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mübahisə həmin fərdi yaşayış evində baş vermişdir. Təqsirləndirilən şəxs tərəfindən Göygöl Rayon Polis Şöbəsinə verilmiş izahatda bildirmişdir ki, Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ona sərxoş halda və gec saatlarda evə gəlməsi barədə irad bildirdiyi üçün, yəni şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs baş və qarın nahiyyələrinə zərbə vurmaqla sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmaqla, dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid ’”sağ göz nahiyyəsinin hemotoması” xəsarətini qəsdən yetirmişdir. Zərərçəkmiş şəxs Göygöl Rayon Polis Şöbəsinə verilmiş izahatında göstərmişdir ki, Göygöl rayon Murovdağ qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2 ildir evlidir. Həmin evlilikdən bir azyaşlı övladı var. xx.xx.2025-ci il tarixdə gecə saat 03 radələrində əri Yasin birgə yaşadıqları evə sərxoş halda gələrək səbəbsiz yerə mübahisə yaratmağa başlamışdır. O. Yasindən sakitləşməsini istədikdə Yasin, onun barəsində nalayiq sözlər eşitdiyini deyib yenidən onun üzərinə hücum edərək təpiklə qarın nahiyyəsindən əli ilə də sağ gözündən zərbə vuraraq onu döymüşdür. Bundan sonra Yasin paltarlarını geyinmək üçün digər otağa keçdikdə o evdən çıxaraq qaçmışdır. Sonradan o aldığı xəsarətlərə görə özünü pis hiss etdiyi üçün Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək müalicə olunmuşdur. “Məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında” 20 iyun 2025-ci il tarixli qərara əsasən HK-1/1188 nömrəli material üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 299 nömrəli qərarına əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sağ göz nahiyyəsinin hematoması -bərk küt əşyaların təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 20 iyun 2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. 21 iyun 2025-ci il tarixli Kəlbəcər Rayon Keşdək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 3 azyaşlı övladı var. Təqsirləndirilən şəxs vətəndaşlar arasında özünü daim nizam-intizamlı insan kimi aparmış, işgüzarlığı və əməksevərliyi ilə əhalinin hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir cinayət xarakterli məlumat daxil olmamışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Murovdağ qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə sorğu edilmiş tələbnamədən görünür ki, şəxsin barəsində məhkumluğa dair məlumat mövcud deyil. “Sübutların qiymətləndirilməsi haqqında” 23 iyun 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan olunduğundan, ******* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Şahmardan oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilir. Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilir. Qərarın təsvıri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, cinayət əməlini törətmiş şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, hadisə yerinə baxış protokolu, maddi sübut, sübut kimi qəbul edilir. Məhkəməyədək sadələşdirilmiş icraat zamanı əldə edilən sübutların məcmusu cinayət işinin faktiki hallarına uyğun olmaqla obyektiv həqiqəti əks etdirdiyindən, cinayət təqibi üzrə icraat zamanı sübut edilməli olan hallar sübut etməyə və sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən kifayət hesab edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatından və məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışdır, hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən, cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar