Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-76/2023 15.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1994-cü ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə, 19 dekabr 2022-ci il tarixdə saat 19 radələrində əvvəllər işçi kimi işlədiyi Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus toyuq kəsim sexinə gəlib hasardan keçmə yolu ilə qanunsuz olaraq sexə daxil olub sexdən bir ədəd qiyməti 1000 (min) manat olan su kalonkasını, bir ədəd qiyməti 100 (yüz) manat olan çuqun materialdan olan su vannasını, ümumi dəyəri 100 (yüz) manat olan 17 ədəd dəmir materialdan olan künclüyü, 1 ədəd dəyəri 60 (altmış) manat olan dəmir çarpayını, 1 ədəd dəyəri 50 (əlli) manat olan dəmir çarpayının çərçivəsini, hər birinin dəyəri 60 (altmış) manat olan 2 ədəd qaz balonu, 1 ədəd dəyəri 50 (əlli) manat olan alminium materiallı ləyəni, 1 ədəd dəyəri 60 (altmış) manat olan üstü taxta ayaqları dəmir olan qabaq stolunu, 1 ədəd dəyəri 60 (altmış) manat olan 50 litrlik su tutumlu məclis qazanını gizli yolla talayıb ümumilikdə Zərərçəkmiş şəxs 1650 (min altı yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində Şahin Süleymanov və arvadı Güntaca məxsus, birlikdə işlətdikləri toyuq kəsim sexində işçi kimi çalışmış, qış aylarında iş az olduğundan oraya arada bir gedib gəlmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında sexdə heç kəs olmadığı zaman pula ehtiyacı olduğu üçün sexin arxa tərəfində olan pəncərəsindən daxil olaraq əsas tikilinin açıq qapısından girərək otaqda olan 1 ədəd dəmir vanna və təxminən 1 metr hündürlüyündə dəmir su qızdırıcısını (kalonkanı), bir ədəd dəmir uqolniki, bir ədəd dəmir çarpayının orta setkasını, iki ədəd dəmir qaz balonu, iki ədəd alminium qazanı götürüb obyektin əsas qapısından çıxartmış, küçəyə çıxaraq taksi axtardığı zaman isə yoldan keçən dəmir alan maşın görüb, onu saxlatdaraq satdıq dəmiri olduğunu bildirmişdir. Kalonka və su vannasını, həmçinin uqolniki dəmir alan şəxsə bir kiloqramını 40 (qırx) qəpikdən olmaqla, ümumilikdə 92 (doxsan iki) manata satmış, bir ədəd dəmir çarpayının setkasını, iki ədəd dəmir qaz balonu, iki ədəd alminium qazanı götürüb Gəncə şəhəri, Sevil Qazıyeva küçəsində olan dəmir alan şəxsə 38 manata satmış, qalan əşyaları isə Gəncə şəhərində dəmir alan tanımadığı şəxslərə satmışdır. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, obyektdə bir aydır ki, işləmir, iş olmadığı üçün arada ora gedib gəlir, dəmir materialları götürüb satmağından onların xəbəri olmamışdır. Dəmir materialları oğurlayaraq satdığı zaman o tək olmuşdur. Dəmir satdığı “Qaz 31” markalı, nömrəsini xatırlamadığı avtomobil ilə kəndin içərisində metal alan Elməddin adlı şəxs olmuşdur. Ona dəmirlərin əmisinə məxsus yararsız əşyalar olduğu üçün satdığını bildirmiş, oğurluq olmasını deməmişdir. Oğurluq nəticəsində əldə etdiyi pulları Gəncə şəhər ərazisində xərcləmiş, pula ehtiyacı olduğu üçün həmin dəmir əşyaları oğurlayıb satmış, oğurluq hadisəsini 19 dekabr 2022-ci il tarixində etmişdir. Həmin sexin arxasında olan açıq pəncərədən oraya daxil olmuş, əsas tikilinin qapıları açıq olduğundan içəriyə daxil olmuş, həmin qapı hər zaman açıq olmuş, kilidi olmamışdır. Oğurladığı əşyaların bir hissəsini Elməddin adlı dəmir alan şəxsə satmış, digər dəmirləri isə tanımadığı taksiyə yükləyib aparmışdır. Dəmir materialdan olan əşyaları Gəncə şəhəri və Göygöl rayonu ərazisində tanımadığı şəxslərə satmışdır, həmin vaxtı tək olmuş, yanında heç kəs olmamışdır. Onlara əşyaların özünə məxsus olduğunu demiş, əşyaları oğurladığı barədə məlumatları olmamışdır. Hal-hazırda özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə əri X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən ona məxsus toyuq kəsim sexindən bir ədəd 1000 (min) manat dəyərində su kalonkasının və bir ədəd 100 (yüz) manat dəyərində çuqun materialdan olan su vannasının naməlum şəxs(lər) tərəfindən oğurlanması barədə məlumat vermişdir. Bu mahiyyət üzrə bildirir ki, Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində ona məxsus obyektləri vardır. Həmin obyektdən toyuq kəsim sexi kimi istifadə edir, hal-hazırda qış ayları olduğundan həmin obyektdə işləri zəif olduğu üçün əri Şahin Süleymanov sifariş qəbul etdiyi günlər gedib obyektdə qəbul etdiyi sifarişlərlə bağlı iş görüb qayıtdığı üçün obyektdə daimi adam olmur. Şahin sonuncu dəfə təxminən 17 dekabr 2022-cü il tarixdə obyektdə olmuş, həmin vaxtdan sonra obyekt bağlı olmuşdur. xx.xx.2022-ci il tarixdə Şahin sexə getdiyi zaman obyektdən bir ədəd su kalonkası və bir ədəd çuqun materialdan olan su vannasının oğurlanmasını aşkar etdiyi üçün Göygöl RPŞyə məlumat vermişdir. Lakin həmin məlumatdan sonra Şahin işləri ilə əlaqədar olaraq xaricə getmişdir. Lakin bundan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən ailəsinə məxsus toyuq kəsim sexindən bir ədəd 1000 (bir min) manat dəyərində 80 litrlik kustar üsulla hazırlanmış dəmir su kalonkasının və bir ədəd 100 (bir yüz) manat dəyərində çuqun materialdan olan su vannasından əlavə həmin yerdən ümumi dəyəri 100 (yüz) manat olan 17 ədəd dəmir materialdan olan künclüyü, 1 ədədinin dəyəri 60 (altmış) manat olan dəmir çarpayını, 1 ədəd dəyəri 50 (əlli) manat olan dəmir çarpayının çərçivəsini, hər birinin dəyəri 60 (altmış) manat olan 2 ədəd qaz balonu, 1 ədəd dəyəri 50 (əlli) manat olan alminium materiallı ləyəni, 1 ədəd dəyəri 60 (altmış) manat olan üstü taxta ayaqları dəmir olan qabaq stolunu, 1 ədəd dəyəri 60 (altmış) manat olan 50 litrlik su tutumlu məclis qazanının oğurlanmasını müəyyən etmiş, obyektindən ailəsinə məxsus əşyaların oğurlanması ilə 1650 (min altı yüz əlli) manat ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərər ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, 2022-ci ilin dekabr ayının sonlarına doğru işlədiyi sexə taksi ilə yaxınlaşaraq özünü Sabir olaraq təqdim edən şəxs satdıq dəmir əşyalarının olmasını bildirdikdən sonra düşürtdüyü köhnə dəmir yataq və bir ədəd 50 litrlik qaz balonunu göstərmiş, həmin əşyalara görə ona 35 manat pul vermişdir. Bir neçə gün sonra isə həmin şəxs yenidən gələrək ona bir ədəd 50 litrlik dəmir qaz balonu və alminium ləyənin nənəsinə məxsus olmasını deyərək 12 manata satmışdır. Həmin dəmir əşyaları satması ilə bağlı aralarında hərhansı sənədləşmə olmamış, satan şəxsin şəxsiyyət vəsiqəsinə baxsada, tələb etməmişdir. Sonradan polis əməkdaşları həmin əşyaların oğurluq olmasını bildirdikdə əşyaları təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, xx.xx.2022-ci il tartixdə Elməddin adlı kənd içərisində avtomobil ilə hərəkət edərək dəmir alan şəxs bir ədəd dəmir kalonka və bir ədəd dəmir vannanı gətirib sexdə fəhlə olan Elgün adlı şəxsə 100 manata satmışdır. Sonradan polis əməkdaşları gəldiyi zaman həmin kalonkanı sexdə müəyyən etdikdən sonra Elməddin vasitəsi ilə həmin dəmirləri Elməddinə satmış Sabir adlı şəxsi müəyyən etdikdə onlara məlum olmuşdur ki, Sabir həmin dəmirləri Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən əvvəllər işlədiyi toyuq kəsim sexindən oğurlamışdır. Bundan sonra həmin dəmirləri sahibinə, Zərərçəkmiş şəxs qaytarmışdır. Qeyd olunan dəmirlərin oğurluq olmasını Elgün və o bilməmiş, oğurluq olduğunu bildiyi zaman həmin dəmirləri sahibinə təhvil vermişdir. Dəmir kalonka 70-80 litrlik, adi köhnə hamam su qızdırıcısının yarıdan kəsilmiş forması olmuş, dəmir vanna isə 80 x 80 sm kvadrat olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid3 və Şahid4 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində dəmir alan zaman yol kənarında duran bir nəfər şəxs idarə etdiyi avtomobili saxladaraq dəmir satmaq istədiyini demiş, təqdim etdiyi dəmriləri 92 manat pul verib almışdır. Dəmirləri aldıqdan sonra Yeni Qızılca kəndində yerləşən metal qəbulu yerinə aparıb satmışdır. Həmin dəmir əşyaların oğurluq olduğunu bilməmiş, həmin şəxsdən şüpələnməmişdir. Həmin şəxs ona dəmirlərin əmisinə məxsus olduğunu və lazımsız olduğunu demişdir. Kənd arası avtomobili ilə qapıların qarşısından keçərək ev sahiblərindən kiçik ölçülü dəmir aldığı üçün qeydiyyat aparmdığından həmin şəxsdən aldığı dəmirlərlə bağlı hərhansı qeydiyyat aparmamışdır. Dəmriləri satdığı metal qəbulu sexi onu tanıdığı, uzun illərdir həmin yer ilə alver etdiyi üçün hərhansı qeydiyyat aparmamışdır. Qeyd olunan dəmirlərin oğurluq olmasını o, və satdığı metal qəbulu sexi bilməmişdir. Polis əməkdaşları onunla əlaqə saxladığı zaman onları bir başa həmin metal qəbulu sexinə apararaq göstərmiş, sexin sahibi isə həmin dəmirlərin oğurluq olmasını bildiyi zaman onları sahibinə təhvil vermişdir. Satmış olduğu əşyalar 70-80 litrlik dəmir kalonka, adi köhnə hamam su qızdırıcısının yarıdan kəsilmiş forması olmuşdur. Dəmir vanna isə 80 x 80 sm kvadrat məhsul olmuşdur. Qeyd etdiyi dəmir məhsulları aldığı zaman həmin şəxsin yanında əlavə dəmirlər olsa da həmin şəxs onların satdıq olmadığını demişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Razim adlı şəxsin metal qəbulu sexində metalların qəbulunu həyata keçirir. Şahid3 uzun müddətdir ki, tanıyır. O kəndlərdən lazımsız dəmirlər alaraq satmaqla məşğuldur. Bu səbəbdən onu işlədiyi sex və digərləri tanıyır. xx.xx.2022-ci il tarixdə Elməddin adlı şəxs satmaq üçün dəmirlər gətirmiş, həmin dəmirlər bir ədəd kalonka və bir ədəd dəmir vanna olmuşdur. Həmin dəmirləri kiloqramını 48 qəpikdən alaraq ona təxminən 100 manat pul vermişdir. Əşyaların oğurluq olduğunu bilməmiş, o barədə şüpələnməmişdir. Elməddin adlı şəxs əvvəllər də dəmir gətirib satdığı üçün, onu tanıdığından heç bir qeydiyyat aparmamışdır. Elməddin adlı şəxs dəmirləri yanına satmaq üçün gətirdiyi zaman tək olmuş, qeyd olunan dəmirlərin oğurluq olmasını bilməmiş, Elməddin həmin dəmirləri Göygöl rayonu Yeni Qızılca kəndində bir nəfər şəxsin qohumuna məxsus lazımsız dəmirlər olmasını bildirərək satmışdır. Polis əməkdaşları sex müdiri ilə əlaqə saxladqıda qeyd edilən formalarda dəmir məhsul alıb almadığını soruşmuş, aldığını dedikdə polislərə xəbər verərək onları sahibinə təhvil vermişdir. Almış olduğu dəmir kalonka 70-80 litrlik, adi köhnə hamam su qızdırıcısının yarıdan kəsilmiş forması olmuşdur. Dəmir vanna isə 80 x 80 sm kvadrat məhsul olmuşdur. Həmin zaman Elməddinin avtomobilində əlavə dəmir olmamış, Elməddin isə tək olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, cinayət işinin istintaq sənədlərindən görünür ki, ilkin araşdırma zamanı hadisənin baş verdiyi Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən toyuq kəsim sexinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək, protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, istintaq zamanı ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus toyuq kəsim sexinin yerləşdiyi yeri göstərdi. Daha sonra küçə ilə paralel sexə çəkilmiş hasarı göstərərək sexə oradan daxil olduğunu, sexin içəridə olan qapısının açıq olmasından istifadə edərək dəmir əşyaları oradan çıxardığını, sexin tikilisinin otaqlarının qarşısına gələrək oradan dəmir əşyaları oğurlamasını bildirmiş, eyni zamanda davranışlarını əyani surətdə göstərmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmətəəşünaslıq ekspertizasının 05 aprel 2023-cü il tarixli 9/1595 nömrəli rəyində ekpertiza üçün qeyd edilmiş dəmir materialdan 1 ədəd 50 litrlik tutumlu su kalonkasının qiymətinin 60 manat, 1 ədəd çuqun materialdan olan su vannasının qiymətinin 50 manat, 50-60 litr tutumlu 2 ədəd böyük qaz balonunun qiymətinin100 manat, 1 ədəd 25 litr su tutumlu alminium materialdan ləyənin qiymətinin 10 manat, 1 ədəd 50 litr su tutumlu alminium materialdan məclis qazanının 40 manat orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 260 manat müəyyən edilməsi göstərilmişdir. Bundan başqa üstü taxta ayaqları dəmir materialdan olan qabaq stolun, dəmir materialdan yatağın, 17-18 ədəd iki metrlik dəmir uqolnikin ətraflı məlumat və ölçüsü olmadığından qiymətləndirmə aparılmasının münkün olmadığı rəydə qeyd edilmişdir. Cinayət işinə əlavə edilmiş məktubdan görünür ki, cinayət işinin istintaqı ilə bağlı zərurət kəsb etdiyindən oğurlanmış 1 ədəd ayaqları dəmir üstü taxta qabaq stolu, 17 ədəd dəmir künclüyün (uqolnik) müəyyən edilməsi üçün 13 mart 2023-cü il tarixdə əməliyyyat tapşırığı verilmişdir. Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş 13 aprel 2023-cü tarixli məktubdan müəyyən edilmişdir ki, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən toyuq kəsim sexindən oğurlanmış 1 ədəd ayaqları dəmir üstü taxta qabaq stolu, 17 ədəd dəmir künclüyün müəyyən edilməsi münkün olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər, Nizami rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 64-cü maddəsi ilə 1000 manat cərimə cəzasına məhkum edilmişdir, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 157.1, 177.2.3, 177.2.4, 66.2, 67.1, 68.2-ci maddələri ilə Gəncə şəhər, Nizami rayon Məhkəməsi tərəfindən 02 il azadlıqdan məhrum etmə cəzasına, 830 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Gəncə şəhər Baş Polis idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 177.2.3.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu özgənin əmlakını gizli yolla talama məqsədilə, 19 dekabr 2022ci il tarixdə saat 19 radələrində əvvəllər işçi kimi işlədiyi Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus toyuq kəsim sexinə gəlib hasardan keçmə yolu ilə qanunsuz olaraq sexə daxil olub sexdən bir ədəd qiyməti 1000 (min) manat olan su kalonkasını, bir ədəd qiyməti 100 (yüz) manat olan çuqun materialdan olan su vannasını, ümumi dəyəri 100 (yüz) manat olan 17 ədəd dəmir materialdan olan künclüyü, 1 ədəd dəyəri 60 (altmış) manat olan dəmir çarpayını, 1 ədəd dəyəri 50 (əlli) manat olan dəmir çarpayının çərçivəsini, hər birinin dəyəri 60 (altmış) manat olan 2 ədəd qaz balonu, 1 ədəd dəyəri 50 (əlli) manat olan alminium materiallı ləyəni, 1 ədəd dəyəri 60 (altmış) manat olan üstü taxta ayaqları dəmir olan qabaq stolunu, 1 ədəd dəyəri 60 (altmış) manat olan 50 litrlik su tutumlu məclis qazanını gizli yolla talayıb ümumilikdə Zərərçəkmiş şəxs 1650 (min altı yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza növlərinin təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət əməli törətmiş, məhkumluğu ödənilməmiş və islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs zərəri ödəməsini CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Yəni, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkumluq institutunun mahiyyəti də ondan ibarətdir ki, məhkumluğu olan şəxs mülki və ya inzibati-hüquqi xarakterli məhrumiyyətlərə məruz qalır, həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər, Nizami rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 64-cü maddəsi ilə 1000 manat cərimə cəzasına məhkum edilmişdir, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 157.1, 177.2.3, 177.2.4, 66.2, 67.1, 68.2-ci maddələri ilə Gəncə şəhər, Nizami rayon Məhkəməsi tərəfindən 02 il azadlıqdan məhrum etmə cəzasına, 830 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Gəncə şəhər Baş Polis idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi əməl az ağır cinayət olduğundan və CM-nin 83-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, o, məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onun əməli cinayətlərin resedivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutların - sahibinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X13rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və onun haqqında “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs оğlu dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutların - sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-76/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 15 avqust 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1994-cü ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və onun haqqında “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs оğlu dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutların - sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №1(066)-76/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-76/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver