Məhkəmə qərarları › İş №1(066)-76/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-76/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-76/2025 01.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X5 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.2001-ci ildə Göygöl rayonu Xəqani kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul, orta təhsilli, əvvəllər məhkum olunmamış, Göygöl rayonu Xəqani kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 mart 2025-ci il tarixdə saat 07 radələrində yaşadığı Göygöl rayonu Xəqani kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında xx.xx.2023-ü il təvəllüdlü övladı Zərərçəkmiş şəxs yatıran zaman sonuncu yatmadığı üçün o, əsəbləşərək əl zərbələri ilə uşağın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla azyaşlı Zərərçəkmiş şəxs qəsdən alın nahiyələrinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) ilə müşayiət edilən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, azyaşlı Zərərçəkmiş şəxs atası onları qoyub getmiş və həmin uşağı atasız böyüdür. O, azyaşlı uşağı Zərərçəkmiş şəxs yatırarkən azyaşlı yatmaq istəmədiyi üçün əsəbləşərək bir dəfə əli ilə uşağın üzündən vurmuşdur. Uşağı vuran zaman evdə başqa heç kəs olmamışdır. Hazırda uşağı vurduğuna görə çox peşmandır, bir daha uşağa əl qaldırmayacağını bildirdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, qızı Təqsirləndirilən şəxs bugünədək dörd dəfə qeyri rəsmi ailə qurmuşdur. Təqsirləndirilən şəxs azyaşlı qızının atası onları tərk etmişdir. Hazırda o, qızı Təqsirləndirilən şəxs, azyaşlı nəvəsi və gəlini, oğlu ilə bir evdə yaşayırlar. Təqsirləndirilən şəxs hər səhər saat 5-ə işləmiş evdən işə gedir, işdən qayıdanda da yuxusuz qaldığı üçün uşağı saxlaması çətin olur. Bu səbəbdən də azyaşlı uşağı onu yatmağa qoymadığı üçün Təqsirləndirilən şəxs azyaşlı uşağı vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, səhər saat 6 radələrində Təqsirləndirilən şəxs ilə yoldaşı Arzu adlı şəxs mübahisə edən zaman o yuxudan oyanaraq çölə çıxmış, mübahisənin səbəbini öyrənmək istəyən zaman Arzu adlı şəxs Nuranənin uşağı döydüyünü ona bildirmişdir. O, uşağın yanına gələn zaman Təqsirləndirilən şəxs uşağı yatırmağa çalışdığını, lakin yatıra bilmədiyinə görə azyaşlını boğmağa çalışdığını görmüşdür. O, azyaşlını anası Nuranənin əlindən almaq istədikdə Nuranə ona uşağa dəyməməsini, uşağı saxlamaqdan bezdiyini və uşağı öldürüb onun üstünə yıxacağını söyləmişdir. Bundan sonra o, məsələ ilə bağlı Polis orqanına şikayətini bildirmişdir. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs psixoloji əsəbilik əvvəllər o qədər olmasa da, uşaq dünyaya gətirəndən sonra Nuranədə əsəbilik halı artmış, evdə onunla, qayınanası ilə davamlı mübahisə etmişdir. Hazırda Təqsirləndirilən şəxs barəsində polisə şikayət olunandan sonra əvvəlki ilə müqayisədə mülayimləşmiş, azyaşlı uşağa şiddəti azaltmışdır. Zərərçəkmişin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə istintaqı dövründə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdıqlarını, heç bir tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində təqsirli bilinmiş X3 həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən zərəçəkmiş şəxlə barışdığını bildirərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibi ilə bağlı iş üzrə icraata xitam verilərək təqsirləndirilən şəxsin məsuliyyətdən azad olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 10 aprel 2025-ci il tarixli qərara əsasən HK-1/515 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır. Aysun Musayeva tərəfindən Göygöl Rayon Polis Şöbəsində verilmiş izahatında qeyd edilmişdir ki, onunla birlikdə yaşayan baldızı Təqsirləndirilən şəxs Xaliq qızı ruhi xəstədir, ancaq heç bir ruhi-əsəb dispanserində qeydiyyatı yoxdur. Nuranənin 1 yaş 8 aylıq qız övladı var, həmin uşağın nə atası bilinir, nə də ki heç bir sənədi yoxdur. Onlar öz aralarında uşağa Narin deyirlər. Nuranə demək olar ki, hər gün uşağını döyür. Nuranəyə “övladını döymə” deyəndə “öz uşağımdır, özüm bilərəm” deyir. Hadisə ilə bağlı bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 05 radələrində Nuranə yatdığı yerdə oyanıb Narini döymüşdür. O, Nuranəyə uşağı niyə döydüyü ilə bağlı iradını bildirən zaman Nuranə təkrar uşağın ona məxsus olduğunu, özü biləcəyini bildirmişdir. Nuranə dəli olduğuna görə heç kimi eşitmir, heç kim də Nuranənin öhdəsindən gələ bilmir. Əlavə olaraq qeyd etmişdir ki, Nuranə tez-tez uşağını döyür, uşağa xəsarət yetirir, həmin günü də uşağın sifətinə vuraraq xəsarət yetirmişdir. Onun izahatında qeyd etdiklərini Nuranə özü və Nuranə ilə yaşayan X10 təsdiq edə bilər. 17 mart 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X1 icraatında olan HK-1/515 nömrəli material üzrə Şahid təqdim etdiyi, Təqsirləndirilən şəxs azyaşlı övladı Narini döyərək xəsarət yetirməsindən sonra lentə alınmış video görüntünün əks olunduğu 01 ədəd DVD diskə Göygöl RPŞ-nin inzibati binasında baxış keçirmişdir. Baxış zamanı diskdə yerləşən “VİD-20250316-WA0003/mp4” adlı fayla daxil olduqda 22 saniyə davam edən videogörüntü olması müşahidə edilmişdir. Videogörüntüdə bir nəfər azyaşlının ağlaması, bədəni üzərində xəsarətlər, eyni zamanda bədəni üzərində qan izlərinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən Göygöl Rayon Polis Şöbəsində verilmiş izahatda qeyd edilmişdir ki, Aysun Musayeva onun qardaşının arvadıdır. Aysunla heç bir ədavəti yoxdur. Narin onun qızıdır, lakin atasının kim olduğunu bilmir. 2023-cü ilin iyul ayının 7-si Narin dünyaya gəlmişdir. O, tez-tez səbəbsiz yerə əsəbləşir, əsəbləşəndə də Narini döyür. Hadisə ilə bağlı bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 05 radələrində Narin yuxudan oyananda o, Narini yatırmaq istəyən zaman Narin yatmadığına görə uşağını döymüşdür. Əri Arzu və gəlinləri Aysun uşağı onun əlindən almışlar. Əlavə olaraq qeyd etmişdir ki, təxminən 13 yanvarda Narin stoldakı isti çayı çəkib üstünə aşırmış və boyun nahiyyəsi yanmışdır. Qanuni nümayəndə tərəfindən Göygöl Rayon Polis Şöbəsində verilmiş izahatda qeyd edilmişdir ki, Aysun Musayeva onun gəlini, Təqsirləndirilən şəxs isə onun qızıdır. Aysunun müraciəti ilə əlaqədar qeyd etmişdir ki, o, hər gün 06:00-da işləmək üçün fermaya gedir, saat 13:00-da evə qayıdır. Onun qızı Nuranə əqli qüsurludur. Övlad dünyaya gətirəndən sonra daha da ağırlaşmışdır. Etdiyi hərəkətləri analiz edə bilmir. Dəfələrlə körpə övladı Narini döydüyünə görə Nuranəyə iradını bildirsə də Nuranə övladını bir daha döyməyəcəyinə söz versə də, hər dəfə işdən evə gələndə Nuranənin övladını döydüyünü eşitmişdir. Əlavə olaraq qeyd etmişdir ki, bir valideyn olaraq Nuranəni müalicə etdirməmişlər. Ona görə də Nuranənin dispanserdə qeydiyyatı yoxdur. “Məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında” 17 mart 2025-ci il tarixli qərara əsasən HK-1/515 nömrəli material üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi qərara alınmışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X16 Uşaq Xəstəxanasının 03 aprel 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2023cü il təvəllüdlü Zərərçəkmiş şəxs XXX qızı xx.xx.2025-ci il tarixdə Gəncə şəhər uşaq xəstəxanasının TTY şöbəsinə “Bədən səthinin 08-10 sahəsinin termiki yanığı” diaqnozu ilə ambulator müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 137 nömrəli qərarına əsasən azyaşlı Narinin bədəni üzərində aşkar edilmiş xəsarətlər – boyun nahiyyəsinin arxa və yan səthlərinin termiki yanıq yaraları – yüksək hərarətin; alın nahiyyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi), sol yanaq və sağ əlin arxa səthinin sıyrıqları isə - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir. Qeyd olunan xəsarətlərdən boyun nahiyyəsinin arxa və yan səthlərinin termiki yaraları, alın nahiyyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) – dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya; sol yanaq və sağ əlin arxa səthinin sıyrıqları isə - sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilmişdir. Azyaşlı Narinin bədəni üzərində aşkar edilmiş xəsarətlərdən – boyun nahiyyəsinin termiki yanıq yaralarının əmələ gəlmə müddəti müayinə olunanın nənəsinin dediyi tarixə, yəni xx.xx.2025-ci il tarixə; digər xəsarətlər isə müayinədən 3-5 gün əvvələ uyğun gəlir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 06 may 2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. “Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 06 may 2025ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin edilməklə hüquq və vəzifələrinin izah edilməsi qərara alınmışdır. “Məhkəmə psixiatrik ekspertizası təyin edilməsi haqqında” 23 may 2025-ci il tarixli qərara əsasən cinayət işi üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi qərara alınmışdır. Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Göygöl rayon İHB-nin Xaqani kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci il tarixdə Göygöl rayonunun Xaqani kəndində anadan olmuş və hal hazırda Xaqani kənd qeydiyyatındadır. Təqsirləndirilən şəxs Göygöl şəhərində yaşadığı müddət ərzində onun barəsində İHB-nin Xaqani kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət və narazılıqlar daxil olmamışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Xaqani kəndində yaşayır. Göygöl rayon Polis Şöbəsinin İB-nin müstəntiqi Anar Məmmədov tərəfindən 1 iyun 2025-ci il təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunmuşdur. Bu qərara əsasən müəyyən olunmuşdur ki, xx.xx.2001-ci il Göygöl rayonu, Xəqani kəndində doğulmuş, azərbaycanlı, AR vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Xəqani kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət işi üzrə toplanmış ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 16 mart 2025-ci il tarixdə saat 07 radələrində Göygöl rayonu, Xəqani kəndində yerləşən yaşadığı evin yataq otağında xx.xx.2023-cü il təvəllüdlü övladı Zərərçəkmiş şəxs yatmadığı üçün əlləri ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla sonuncuya qəsdən alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə zərəçəkmiş azyaşlı Zərərçəkmiş şəxs sağlamlığa qəsdən YÜNGÜL zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün kifayət qədər əsaslar olduğunu nəzərə alıb, Azərbaycan Respublikası CPMnin 85, 223 və 224-cü maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs qismində cəlb olunub, həmin maddədə nəzərdə tutulan ittiham elan olunması üçün qərar qəbul olunmuşdur. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 tərəfindən xx.xx.2025-ci il tarixdə verilən rəyə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl Təqsirləndirilən şəxs müşahidə edilən əqli gerilik yüngül dərəcəli olması səbəbindən o, cinayət əməlinin törədən zaman öz hərəkətlərini ölçüb biçmək və idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunduğu əmələ görə anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Göygöl Rayon Polis X2 müstəntiqi, polis mayoru X11 24 iyun 2025-ci il tarixdə təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul etmişdir. Qərarın təsvir hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş izahatın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Göygöl rayonu Xəqani kəndində ailəsi ilə birlikdə yaşayır, subaydır, bir övladı var. Rəsmi olaraq heç işləmir, fərdi qaydada təsərrüfat işləri ilə məşğul olur. xx.xx.2023-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun qızıdır. O, dörd dəfə ailə həyatı qurmuş, lakin Narinin atasının kim olmasını bilmir. 2025-ci ilin yanvar ayının 12-də, xatırlamadığı saatda, o,yaşadığı evdə yemək bişirən zaman özünə çay süzmüş və həmin zaman Narin onun yanında dayanmışdır. O, stəkana qaynar çayı süzən zaman əli əsmiş və stəkanın içərisində olan qaynar çay Narinin boyun nahiyəsinə və sağ sifət nahiyəsinə tökülmüşdür. Həmin vaxt Narin yanıq xəsarəti almışdır. Bundan sonra o, anası Qanuni nümayəndəmn yanına gedərək bu barədə ona demişdir. Daha sonra isə gəlinləri Şahid onun azyaşlı övladı Narini xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, 2025-ci ilin mart ayında xatırlamadığı tarixdə, səhər saatlarında yaşadığı evdə olan zaman azyaşlı övladı Narini yatırmaq istəsə də Narin yatmadığı üçün o, əsəbləşmiş və həmin zaman əl zərbələri ilə Narinin sifət nahiyəsindən vurmuşdur. Bu zaman Aysun Zərərçəkmiş şəxs onun əlindən almış və polis orqanına şikayət etmişdir. Təqsirləndirilən şəxsnun barəsində xx.xx.2025-ci il tarixdə sorğu edilmiş tələbnamədən görünür ki, şəxsin barəsində məhkumluğa dair məlumat mövcud deyil. “Şahidin dindirilməsi haqqında” 06 may 2025-ci il tarixli protokoldan görünür ki, Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, Göygöl rayonu Xəqani kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, üç övladı var. Rəsmi olaraq "xxxx" MMC-də fəhlə işləyir. Təqsirləndirilən şəxs onun qızıdır, qızı Nuranənin ruhi əsəb xəstəliyi var, lakin bununla bağlı həkim müayinəsindən keçməmiş və heç vaxt müalicə olunmamışdır. Qeyd etmişdir ki, qızı Təqsirləndirilən şəxs təxminən dörd dəfə ailə həyatı qurmuş, onun xx.xx.2023-cü il təvəllüdlü bir azyaşlı Zərərçəkmiş şəxs adında qız övladı var. Lakin onun atasının kim olması müəyyən deyildir. Bildirmişdir ki, 2025-ci ilin mart ayının 16-da o, işdə olan zaman gəlini Şahid ona zəng edərək, Nuranənin azyaşlı övladı Narini döyməsini bildirmiş və bu barədə DİN-nin 102-xidmətinə zəng edərək məlumat verməsini demişdir. Verilən suallara cavab olaraq göstərmişdir ki, 16 mart 2025-ci il tarixdə saat 07 radələrində qızı Təqsirləndirilən şəxs azyaşlı övladı Zərərçəkmiş şəxs döyən zaman yaşadığı evdə Nuranənin qeyri rəsmi yaşadığı Arzu Əsgərov və gəlini Şahid olmuş, həmin zaman o, işdə olmuşdur. “Şahidin dindirilməsi haqqında” 06 may 2025-ci il tarixli protokoldan görünür ki, Şahid göstərmişdir ki, o, Göygöl rayonu Xəqani kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Rəsmi və ya qeyri rəsmi heç bir yerdə işləmir. Bildirmişdir ki, baldızı Təqsirləndirilən şəxs onlarla eyni ünvanda yaşayır, onun ruhi əsəb xəstəliyi var, lakin bununla bağlı həkim müayinəsindən keçməmiş və heç vaxt müalicə olunmamışdır. Qeyd etmişdir ki, baldızı Təqsirləndirilən şəxs təximinən dörd dafə ailə həyatı qurmuş, onun bir azyaşlı Narin adında qız övladı var. Lakin onun atasının kim olması müəyyən deyildir. Bildirmişdir ki, 2025-ci ilin mart ayının 16-da, saat 07 radələrində yaşadığı evdə olan zaman Narin yatmadığı üçün baldızı Nuranə əli ilə onu döymüş və onun boğazından tutmaq istədikdə o, Narini onun əindən almışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Qeyd etmişdir ki, Nuranə azyaşlı övladı Narini döyən zaman Narinin alın nahiyyəsində qızarma və göyərmə izləri əmələ əlmişdir. Verilən suallara cavab olaraq göstərmişdir ki, 16 mart 2025-ci il tarixdə saat 07 radələrində isə baldızı Təqsirləndirilən şəxs azyaşlı övladı Zərərçəkmiş şəxs döyən zaman yaşadığı evdə Nuranənin qeyri rəsmi yaşadığı Arzu Əsgərov və o olmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 26 iyun 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan olunduğundan, ona elan edilmiş ittihamdan sonra aparılmış istintaqla ittihamın mahiyyətini dəyişdirən yeni hallar müəyyən edilmədiyi üçün Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmalıdır. Qərarın təsviri hissəsinə əsasən Təqsirləndirilən şəxs azyaşlı övladı Zərərçəkmiş şəxs qəsdən yanıq xəsarətləri yetirməsi faktı öz təsdiqini tapmadığından onun barəsində bu xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilsin. Qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs azyaşlı övladı Zərərçəkmiş şəxs mütəmadi olaraq döyməsi və ya sair zoraki hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə halları müəyyən edilmədiyindən onun barəsində bu xüsusat üzrə də cinayət təqibinin başlanması rədd edilsin. Qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilsin. Cinayət işi üzrə alınmış ifadələr, istintaq hərəkətləri protokolları, məhkəmə-tibbi, məhkəmə-psixiatrik ekspertizasının rəyləri sübut növü kimi qəbul edilib qiymətləndirilsin. Qərarın surəti qanunla müəyyən edilmiş şəxslərə göndərilməklə, onlara cinayət işinin materialları ilə tanış olmaq və qərardan şikayət vermək hüququ izah edilsin. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilsin. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Qanuni nümayəndə izahatından və məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Təqsirləndirilən şəxs ilə barışmışdır, hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxsnun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən, cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar