Məhkəmə qərarları › İş №1(066)-77/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-77/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-77/2023 01.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Göygöl Vəkil Bürosunun vəkili X4 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Şəmkir rayonu Dağ-Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Dağ-Cəyir kəndində qeydiyyatda olan, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu yol hərəkəti qaydalarınını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 18 yanvar 2023-cü il tarixdə saat 18:50 radələrində idarə etdiyi “Opel Vectra” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd avtomobil yolunun Göygöl rayonu Hacıməlik kəndi ərazisindən keçən 354-cü kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli, yolayrıcına daxil olmadan baş yolla yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşmadığına əmin olmalı, baş yolda nəqliyyat vasitəsinin hərəkətdə olması şəraitində onun hərəkətinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli və təhlükəsizliyin təmin olunması şəraitində idarə etdiyi avtomobili ikinci dərəcəli yoldan yolayrıcına daxil edərək sonrakı hərəkətini davam etdirməli olduğu halda bunu etməyərək, 15 km/saat sürətlə Bakı əhər istiqamətinin sağında yerləşən 2-ci dərəcəli asflat yoldan 1-ci dərəcəli yola, sürücü Şahid2 70 km/saat sürətlə Bakı şəhər istiqamətində idarə etdiyi “KAMAZ 65115” yük markalı **-CH-*** dövlət qeydiyyat nişanlı, “QKB 8350” qoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqulu avtomobilin hərəkət zolağına daxil olmuş və “KAMAZ 65115” yük markalı avtomobil qabaq sol hissəsi ilə “Opel Vectra” minik markalı avtomobilin arxa sol hissəsi ilə 2-ci dərəcəli yolun birləşdiyi yerdən, sağdan sola doğru 2,7 metr məsafədə toqquşmuş nəticədə o, ehtiyatsızlıqdan idarə etdiyi “Opel Vectra” minik markalı avtomobildə olmuş azyaşlı X1 tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına alın təpə sağ gicgah nahiyələrinə uyğun hissələrdə qansızma, sol göz nahiyəsinin hematoması ilə müşayiət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən ağır zərər vuran xəsarətlər alaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, “Opel Vectra” minik markalı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs sol bazu sümüyünün açıq yerdəyişmiş sınığı, döş qəfəsinin qapalı küt travması, sol İV-V qabırğaların sınığı, sol tərəfi hemopnevmotoraks, qasıq sümüyünün yuxarı və aşağı şaxələrinin yerdəyişmiş sınıqları, İİ-İİİ dərəcəli travmatik və hemorragik şok ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs оğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “Opel Vectra” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə məxsusdur. 18 yanvar 2023-cü il tarixdə o, idarə etdiyi “Opel Vectra” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə atası Şahid1, anası Zərərçəkmiş şəxs, arvadı X8 və azyaşlı 2015-ci il təvəllüdlü qızı X6 ilə birlikdə Göygöl rayonu Hacıməlik qəsəbəsindən Şəmkir rayonuna getmək üçün yola düşmüşlər. Avtomobili o, idarə etmiş, atası avtomobildə qabaqda sağda sərnişin qismində oturmuşdur, arxada sağda arvadı Səmiyə oturmuş, arxada solda anası Tamaşa oturmuşdur, arxada ortada isə mərhum qızı Ləman oturmuşdur. Saat təxminən 18:50 radələrində o, idarə etdiyi avtomobillə Hacıməlik qəsəbə yolu ilə Bakı-Qazax yolunun girəcəyinə gəlib çatıb dayanmışdır. Məqsədi baş yola daxil olub sola dönüb Şəmkir rayon istiqamətində getmək olmuşdur. Həmin vaxtı hava qaralmış, solda əsas yolun sağ yol çiynində üzü Bakı şəhər istiqamətində markasını və qeydiyyat nişanını bilmədiyi ot daşıyan yük avtomobili dayanmışdır. O, idarə etdiyi avtomobillə 15 km/saat sürətlə yola baxmadan gəldiyi döngədən ot yüklü yük avtomobilin qarşısından baş yola daxil olmuş, bu zaman biranlıq görmüşdür ki, Bakı şəhər istiqamətində hərəkətdə olan markasını və qeydiyyat nişanını sonradan bildiyi “KAMAZ 65115” yük markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol tərəfi ilə idarə etdiyi avtomobilin sol arxa hissəsindən vuraraq toqquşmuşdur. Onun avtomobili zərbənin təsirindən fırlanıb dayanmışdır. O, yola çıxan zaman solda dayanmış ot yüklü avtomobili qarşısından yola daxil olduğu üçün “KAMAZ 65115” yük markalı avtomobilin əvvəlcədən gəldiyini görməmişdir. Hadisə nəticəsində o, atası və arvadı xəsarət almamışlar, lakin azyaşlı qızı ağır xəsarət almışdır, eyni zamanda anası da xəsarət almışdır. O, qızını və anasını Göygöl rayon xəstəxanasına aparmaq üçün markasını və qeydiyyat nişanını bilmədiyi sürücüsünü tanımadığı yol avtobilinə mindirmiş, atası, eyni zamanda arvadı da avtomobilə minmişdir. Xəstəxanaya gedərkən artıq məlum olmuşdur ki, azyaşlı qızı aldığı xəsarətlərdən vəfat edibdir. Mərhum qızını Göygöl rayon tibbi ekspertizasına təhvil vermiş, anası isə oradan tibbi yardım avtombili ilə Gəncə şəhər Abbas Səhhət xəstəxanasına aparılmışdır. Tibbi ekspertizadan sonra qızının meyitini evlərinə aparmışlar. 19 yanvar 2023-cü il tarixdə o, qızını Göygöl rayon Hacıməlik qəsəbə qəbiristanlığında dəfn etmişdir. O, spirtli içki qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. “KAMAZ 65115” yük markalı avtomobilin sürücüsünü əvvəllər tanımamış, düşmənçiliyi ədavəti olmamışdır. Hal-hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, hadisə nəticəsində vəfat etmiş azyaşlı X6 onun qızıdır. Təqsirləndirilən şəxs əridir. 18 yanvar 2023-cü il tarixdə Bayramın idarə etdiyi “Opel Vectra” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə qayınatası Şahid1, qayınanası Zərərçəkmiş şəxs və azyaşlı qızı X6 ilə birlikdə Göygöl rayonu Hacıməlik qəsəbəsindən Şəmkir rayonuna getmək üçün yola düşmüşlər. Bayram avtomobili idarə etmiş, qayınatası avtomobildə qabaqda sağ oturucaqda, o, arxada sağ tərəfdə, ortada mərhum qızı, solda isə qayınanası oturmuşdur. Saat təxminən 18:50 radələrində avtomobillə Hacıməlik qəsəbə yolu ilə gəlib Bakı-Qazax yolunun kəsişməsində dayanmışlar, sonra Bayram hərəkətini davam etdirib baş yola daxil olmuş, həmin anda toqquşma baş vermişdir. Toqquşmadan sonra bilmişdir ki, onalrın avtomobillə Bakı şəhər istiqamətində hərəkətdə olan markasını və qeydiyyat nişanını sonradan bildiyi “KAMAZ 65115” yük markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə zamanı o, xəsarət almamış, qayınatası və əri də xəsarət almamışlar. Lakin azyaşlı övladı ağır xəsarət almış, qayınanası da xəsarət almışdır. Onlar yol avtomobili ilə qızını və qayınanasını Göygöl rayon xəstəxanasına aparmış, məlum olmuşdur ki, qızı artıq dünyasını dəyişibdir. Mərhum qızını Göygöl rayon tibbi ekspertizasına təhvil vermişlər, qayınanası isə oradan tibbi yardım avtombili ilə Gəncə şəhər Abbas Səhhət xəstəxanasına aparılmışdır. Səhəri günü tibbi ekspertizadan sonra qızının meyitini evlərinə aparmışlar, 19 yanvar 2023-cü il tarixdə qızını Göygöl rayon Hacıməlik qəsəbə qəbiristanlığında dəfn etmişlər. Hal-hazırda təqsirləndirilən şəxslə barşmış və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur, hadisə nəticəsində vəfat etmiş azyaşlı X6 isə Bayramın qızı onun nəvəsi idi. 18 yanvar 2023-cü il tarixdə Bayramın idarə etdiyi “Opel Vectra” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yoldaşı Şahid1, gəlini X7 və azyaşlı nəvəsi X6 ilə birlikdə Göygöl rayonu Hacıməlik qəsəbəsindən Şəmkir rayonuna getmək üçün yola düşmüşlər. Bayram avtomobili idarə etmiş, əri avtomobildə qabaqda sağda, arxada sağda gəlini, ortada mərhum nəvəsi, solda isə o, oturmuşdur. Saat təxminən 18:50 radələrində avtomobillə Hacıməlik qəsəbə yolu ilə gəlib Bakı-Qazax yolunun kəsişməsinə gəlib baş yola çıxdıqları vaxtı toqquşma baş vermişdir, avtomobil fırlanıb dayanmışdır. Düşəndə görmüşdür ki, “KAMAZ 65115” yük markalı avtomobillə toqquşmuşlar. Hadisə zamanı o, xəsarət almış, Bayram, əri Oruc, gəlini Səmiyə xəsarət almamışlar, azyaşlı nəvəsi ağır xəsarət almışdır. Oğlu Bayram onalrı yol avtomobili ilə Göygöl rayon xəstəxanasına aparmış, xəstəxanada bilmişdir ki, nəvəsi vəfat etmişdir. Sonra onu oradan Gəncə şəhər Abbas Səhhət xəstəxanasına aparmışlar. 19 yanvar 2023-cü il tarixdə nəvəsi Göygöl rayon Hacıməlik qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barşmış və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı könüllü olaraq şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Hadisə zamanı vəfat etmiş X6 isə oğlu Bayramın qızı onun nəvəsi idi. 18 yanvar 2023-cü il tarixdə Bayramın idarə etdiyi “Opel Vectra” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə o, arvadı Zərərçəkmiş şəxs, gəlini X8 və azyaşlı nəvəsi X6 ilə birlikdə yaşadıqları Göygöl rayonu Hacıməlik qəsəbəsindən Şəmkir rayonu istiqamətində hərəkətdə olmuşlar. Avtomobili Bayram idarə etmiş, o, avtomobildə qabaqda sağda oturmuş, arxada sağda gəlini Səmiyə oturmuş, arxada solda arvadı Tamaşa oturmuş, arxada ortada isə mərhum nəvəsi Ləman oturmuşdur. Saat təxminən 18:50 radələrində onlar Hacıməlik qəsəbə yolu ilə gəlib Bakı- Qazax yolunun girəcəyində dayanmışlar, baş yola daxil olub sola dönüb Şəmkir rayon istiqamətində getməli idilər. Həmin vaxtı əsas yolun sağ yol çiynində solda Bakı şəhər istiqamətində markasını və qeydiyyat nişanını bilmədiyi ot yükü olan yük avtomobili dayanmışdır. Bayram hərəkətini davam etdirib baş yola daxil olmuş, elə bu an toqquşma baş vermişdir, avtomobil zərbədən fırlanıb dayanmışdır. Hadisə baş verəndən sonra bilmişdir ki, Bakı şəhər istiqamətində hərəkətdə olan markasını və qeydiyyat nişanını sonradan bildiyi “KAMAZ 65115” yük markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar. Hadisə nəticəsində o, oğlu və gəlini xəsarət almamış, azyaşlı nəvəsi ağır xəsarət almışdır, eyni zamanda arvadı da xəsarət almışdır. Onlar nəvəsini və arvadını Göygöl rayon xəstəxanasına aparmaq üçün markasını və qeydiyyat nişanını bilmədiyi sürücüsünü tanımadığı yol avtobilinə minmişlər, xəstəxanada məlum olmuşdur ki, azyaşlı nəvəsi aldığı xəsarətlərdən vəfat edibdir. Nəvəsini meyitini Göygöl rayon tibbi ekspertizasına təhvil vermişlər, arvadını isə oradan tibbi yardım avtombili ilə Gəncə şəhər Abbas Səhhət xəstəxanasına aparmışlar. Tibbi ekspertizadan sonra 19 yanvar 2023-cü il tarixdə nəvəsini Göygöl rayon Hacıməlik qəsəbə qəbiristanlığında dəfn etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, fərdi əməklə məşğul olmuşdur. BE CE kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “KAMAZ 65115” yük markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil və ona qoşulmuş “QKB 8350” qoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqu kürəkəni X9 məxsusdur, onun adına idarə etmək üçün nəzərdə tutulmuş etibarnamasi vardır. 18 yanvar 2023-cü il tarixdə o, idarə etdiyi “KAMAZ 65115” yük markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil və ona qoşulmuş “QKB 8350” qoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə Qazax rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olmuş, avtomobilin yük yerində 15 ton qırma daş yükü olmuş, qoşquda yük olmamışdır. Saat təxminən 18:50 radələrində idarə etdiyi avtomobillə Bakı- Qazax yolunun Göygöl rayonu Hacəməlik kəndi ərazisi ilə yolun sağ zolağı ilə 70 km/saat sürətlə hərəkətdə olan zaman qarşıda dairəyə çatmamış qarşıda yolun sağ yol çiynində markasını və qeydiyyat nişanını bilmədiyi ot yüklü avtomobil dayanmış, həmin avtomobilin solundan ötüb keçənə yaxın dayanmış vəziyyətdə olan ot yüklü avtomobilin qarşısından, sağdan döngədən markasını və qeydiyyat nişanını sonradan bildiyi “Opel Vectra” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən düzünə onun yoluna çıxmış, bunu görüb tormoz vermiş, lakin məsafə yaxın olduğundan hadisənin qarşısı ala bilməmiş və avtomobilin qabaq sol tərəfi “Opel Vectra” minik markalı avtomobilin sol arxa hissəsindən dəyərək toqquşmuşdur, “Opel Vectra” minik markalı avtomobil fırlanıb dayanmış, o, da avtomobili yolun sağında saxamışdır. “Opel Vectra” minik markalı avtomobili yola çıxan anda görmüş. Hadisə nəticəsində o, heç bir xəsaərət almamışdır. Toqquşduğu “Opel Vectra” minik markalı avtomobildə bir azyaşlı qız uşağı və bir qadın xəsarət almışdır. Hadisədən sonra ətrafdan tanımadığı adamlar hadisə yerinə toplaşmışlar, xəsarət alanları çıxarıb yol avtomobili ilə xəstəxanaya aparmışlar, sürücü də xəsarət alanlarla getmişdir. O, hadisə yerində qalmış, hadisə yerinə yol polisi, sonra təhqiqatçı gəlmiş, onun və digər şəxlərin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, protokol və sxem tərtib edilmiş, protokola və sxemə imza etmişdir. Sonradan bilmişdir ki, hadisə zamanı xəsarət almış azyaşlı sərnişin ölmüşdür. Spirtli içki qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Avtomobilində sərnişin olmamışdır. “Opel Vectra” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü əvvəllər tanımamış, düşmənçiliyi ədavəti olmamışdır, sonradan bilmişdir ki, həmin avtomobilin sürücüsü ölən uşağın atasıdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamələrdən sürücülər Təqsirləndirilən şəxs məhkumluğunun və barəsində təqsirləndirici materiallar olmadığı müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə tibb ekspertiasının 17 fevral 2023-cü il tarixli 53 nömrəli rəyində X3 meyitində müəyyən edilmiş xəsarətlər - kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına alın təpə sağ gicgah nahiyələrinə uyğun hissələrdə qansızma, sol göz nahiyəsinin hematoması. Qeyd olunan xəsarətlər həytidir, bərk küt əşyanın təsiri nticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X3 ölümünə səbəb açıq küt kəllə beyin travması nəticəsində kəllə tağı, kəllə əsası sümüklərinin sınığı, baş beyinə və beyinbciyə qansızma olmuşdur. Ölümün müddəti müayinə olunan vaxta nəzərən 12-16 saatdır (meyitin müayinəsi xx.xx.2023-cü il tarixdə saat 10:00-da aparımışdır). X3 meyiti üzərində müəyyən edilmiş xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 20 may 2023-cü il tarixli 195 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində - sol bazu sümüyünün açıq yerdəyişmiş sınığı, döş qəfəsinin qapalı küt travması, sol İV-V qabırğaların sınığı, sol tərəfi hemopnevmotoraks, qasıq sümüyünün yuxarı və aşağı şaxələrinin yerdəyişmiş sınıqları, İİ-İİİ dərəcəli travmatik və hemorragik şok – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinə əlavə edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 29 mart 2023-cü il tarixli 8/730 nömrəli rəyindən müəyyən edilmişdir ki, “Opel Vectra” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinə əlavə edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X7 və Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını və ondan heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu 18 yanvar 2023-cü il tarixdə saat 18:50 radələrində idarə etdiyi “Opel Vectra” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax- Gürcüstan sərhəd avtomobil yolunun Göygöl rayonu Hacıməlik kəndi ərazisindən keçən 354-cü kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli, yolayrıcına daxil olmadan baş yolla yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşmadığına əmin olmalı, baş yolda nəqliyyat vasitəsinin hərəkətdə olması şəraitində onun hərəkətinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli və təhlükəsizliyin təmin olunması şəraitində idarə etdiyi avtomobili ikinci dərəcəli yoldan yolayrıcına daxil edərək sonrakı hərəkətini davam etdirməli olduğu halda bunu etməyərək, 15 km/saat sürətlə Bakı əhər istiqamətinin sağında yerləşən 2-ci dərəcəli asflat yoldan 1-ci dərəcəli yola, sürücü Şahid2 70 km/saat sürətlə Bakı şəhər istiqamətində idarə etdiyi “KAMAZ 65115” yük markalı **-CH-*** dövlət qeydiyyat nişanlı, “QKB 8350” qoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqulu avtomobilin hərəkət zolağına daxil olmuş və “KAMAZ 65115” yük markalı avtomobil qabaq sol hissəsi ilə “Opel Vectra” minik markalı avtomobilin arxa sol hissəsi ilə 2-ci dərəcəli yolun birləşdiyi yerdən, sağdan sola doğru 2,7 metr məsafədə toqquşmuş nəticədə o, ehtiyatsızlıqdan idarə etdiyi “Opel Vectra” minik markalı avtomobildə olmuş azyaşlı X1 tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına alın təpə sağ gicgah nahiyələrinə uyğun hissələrdə qansızma, sol göz nahiyəsinin hematoması ilə müşayiət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən ağır zərər vuran xəsarətlər alaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, “Opel Vectra” minik markalı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs sol bazu sümüyünün açıq yerdəyişmiş sınığı, döş qəfəsinin qapalı küt travması, sol İV-V qabırğaların sınığı, sol tərəfi hemopnevmotoraks, qasıq sümüyünün yuxarı və aşağı şaxələrinin yerdəyişmiş sınıqları, İİ-İİİ dərəcəli travmatik və hemorragik şok ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 263 və 263- 1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla biməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun hadisəninin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması haqqında məsələnin həlli zamanı yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır və belə qənaətə gəlir ki, onun cəza çəkmədən də islah olunması mümkündür, ona görə də təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməlidir. CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndinə əsasən, şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən sosial ədalətin bərpasını və təqsirləndirilən şəxsin islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Bundan başqa, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi ona mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilərək qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa məhkəmə xüsusən qeyd edir ki, Ciknayət Məcəlləsinin 70.1-ci maddəsində hansı cəzaların şərti olaraq tətbiq edilməsinin müstəsna olaraq siyahısı göstərilmişdir. Eyni zamanda, Cinayət Məcəlləsinin 70.4-cü maddəsinə görə, şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Belə olan halda məhkəmə hesab edilir ki, qanunvericiliyə əsasən təqsirləndirilən şəxsə təyin ediləcək əlavə cəzaya CM-nin 70-ci maddəsini tətbiq etmək olmaz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki icraaı qaydasında iddia qaldırmaq hüququ izah edilr. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X13rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-77/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 01 avqust 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Göygöl Vəkil Bürosunun vəkili X4 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Şəmkir rayonu Dağ-Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Dağ-Cəyir kəndində qeydiyyatda olan, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar