Məhkəmə qərarları › İş №1(066)-77/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-77/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-77/2024 27.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X6 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi X7 iştirakları ilə, xx xxx 1982-ci ildə Saatlı rayonu Qıraqlı kəndində doğulmuş, ali təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Saatlı rayonu Qıraqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayından xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Saatlı rayon sakini X4 ümumilikdə 2114 manat və X2 ümumilikdə 7500 manat pul vəsaitlərini ələ keçirməklə dələduzluq etməsi faktları ilə bağlı Saatlı rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair baxılan ********* nömrəli cinayət işi üzrə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü çıxarılmadığı vaxtda, təkrar özgə əmlakını vahid tamah niyyəti ilə əhatə olunan qəsdlə aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibarından istifadə etməklə sonuncunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə ona geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun həbsdə olan övladı X8 azadlığa buraxdırmaq imkanına malik olduğunu yalandan vəd edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ilkin olaraq 17 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “Əminə” mağazasının qarşısında olan “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə ona məxsus 4169 7388 3842 7148 nömrəli "xxxx" hesab kartına göndərdiyi 2500 manat pul vəsaitini ələ keçirdikdən sonra, vahid niyyətlə 2023-cü ilin noyabr ayı ərzində dəqiq günləri istintaqa məlum olmayan tarixlərdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinə gələrək hissə-hissə olmaqla ümumilikdə 3487 manat nağd pul vəsaitini sonuncudan alaraq Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 5987 (beş min doqquz yüz səksən yeddi) manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, Saatlı rayonu Qıraqlı kəndində ailə üzvləriylə birlikdə yaşayır, evlidir, 3 azyaşlı övladı var. İqtisadiyyat universitetinin maliyyə və kredit ixtisasını bitirmişdir, uzun illər müxtəlif tikinti şirkətlərində layihə rəhbəri olaraq çalışmış, 2020-ci ildən isə "xxxx" MMC adlı tikinti şirkətini təsis edərək rəhbəri olaraq çalışmışdır. 2014-cü ildə Göygöl şəhərində 4 saylı “Uşaq bağçası”nın tikintisi işi ilə bağlı Göygöl şəhərində qalmış və həmin vaxtı da 1 il 6 ay müddətində Zərərçəkmiş şəxs adlı qadının evində kirayədə yaşamışdır. Kirayədə qaldığı müddətdə də münasibətləri yaranmışdır. Layihəni bitirdikdən sonra o, Göygöl şəhərində getdikdən sonra da Anarə və ailə üzvləri ilə əlaqələri olmuş və ara-sıra telefon vasitəsilə danışmışlar. Bəzi zamanlarda da yaşadıqları ünvana qonaq kimi gəlmişdir. Təxminən 2023-cü ilin okyabr ayının əvvəllərində o, Göygöl şəhərinə gəlmiş və həmin vaxtı Anarənin nəvəsi Turalı küçədə gördükdə ondan hal-əhvallarını soruşmuşdur. Tural ona dayısı Vüsalın həbs olunduğunu bildirmişdir. O, işlərini yekunlaşdırdıqdan sonra onların evinə qonaq getmiş və Anarədən nə baş verdiyini soruşmuşdur. Anarə ona oğlu Vüsalın narkotik vasitə istifadə etməsinə görə həbs edildiyini və hal-hazırda Salyan rayonunda yerləşən cəzaçəkmə müəssisəsində olduğunu demişdir. Ondan Vüsala köməklik göstərə biləcəyini soruşmuşdur. O da tanışları olduğunu və onların vasitəsilə köməklik göstərməyə çalışacağını demişdir. Məqsədi Vüsalın həbsdən azad olunmasına nail olmaq olmuşdur. Orada olduğu zaman həmin vaxtı Bakı şəhərində vəkil olaraq çalışan tanışı Zəhra ilə əlaqə saxlayıb ona Vüsalın həbs olunduğu əməli barədə məlumat vermiş və Zəhra da ona Vüsalın Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həbs olunduğunu və bu maddənin ağır maddə olmadığını, Vüsalın aministiyaya düşə biləcəyini, eyni zamanda digər hüquqi yollarla həbsdən şərti olaraq da azad oluna biləcəyini izah etmişdir. Zəhra da ona lazımi hüquqi yardım göstərməyə köməklik edə biləcəyini demişdir. Bundan sonra o, Anarəyə oğlu Vüsalın həbsdən azad olunması üçün ona lazımi yardımları edəcəyini demişdir. Onun pula ehtiyacı yarandığından 17 oktyabr 2023-cü il tarixdə Salyan rayonuna gedərək Vüsalın olduğu cəzaçəkmə müəssisəsinin qarşısından Anarəyə şəkil çəkib ataraq orada olduğunu və Vüsal ilə görüşəcəyini demiş, lakin həmin gün ona Vüsal ilə görüşməyə icazə verməmişlər. O, Anarə ilə danışaraq ondan ilkin olaraq ona 2500 manat pul göndərməsini və sənədləşmə işləri üçün lazım olduğunu demişdir. Özünə məxsus Kapital bank kartının şəklini çəkib “Vatsap” sosial şəbəkəsi vasitəsilə Anarəyə atmışdır. Həmin gün Anarə ona 2500 manat göndərmişdir. 30 oktyabr 2023-cü il tarixdə isə Gəncə şəhərinə gəldiyi zaman üzərində pul olmadığından Anarə ilə əlaqə saxlayıb ona 50 manat borc verməsini xahiş etmiş, Anarə də ona məxsus karta 50 manat göndərmişdir. Bundan sonra o, 2023-cü ilin noyabr ayının əvvəllərində bir neçə dəfə Anarənin yaşadığı ünvana gələrək ondan hissəhissə olmaqla ilk olaraq 750 manat, daha sonra 887 manat, 1500 manat və son olaraq da 350 manat almışdır. O, ümumilikdə Anarədən 5987 (beş min doqquz yüz səksən yeddi) manat almışdır. Həmin pulları isə öz ehtiyacına xərcləmişdir. Sonra törədiyi cinayət əməlindən peşman olmuşdur. Hal-hazırda Zərərçəkmiş şəxs vurduğu ziyanı ona tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsnnın ondan heç bir tələb və şikayəti yoxdur. Həmçinin Zərərçəkmiş şəxs vurduğu ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə də ödəmişdir. Ona görə də onun haqqında cinayət təqibinə xitam verilməsini xahiş edir. O özü də barəsində dələduzluq faktına görə məhkəmə baxışında olan cinayət işi üzrə icraata xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş şəxslərin, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Göygöl şəhəri Aydın Hacıyev küçəsi ev 88-də ailəsi ilə birlikdə yaşayır. Evlidir, 3 övladı var. Hal-hazırda rəsmi olaraq Gəncə-Daşkəsən Regionlar Təhsil şöbəsinin Göygöl sektorunda mühasib işləyir. X3 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə həbs olunmuşdur. Hal-hazırda Salyan rayonunda yerləşən cəzaçəkmə müəssisəsində həbsdə saxlanılır. Təxminən 2012-2013cü illərdə Təqsirləndirilən şəxs adlı şəxs onun yaşadığı ünvanda kirayədə qalmışdır. Həmin vaxtdan da münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs Göygöl şəhər 4 saylı uşaq bağçasının tikintisi zamanı istilik sistemlərinin çəkilməsi işində çalışmışdır. Keçən müddət ərzində mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlamışlar. Təxminən 1 il bundan əvvəl mobil telefonu sındığı üçün Təqsirləndirilən şəxs nömrələrini də itirmiş və əlaqələri kəsilmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs Göygöl rayonuna gəldiyi zaman onların yaşadıqları küçədə nəvəsi Turalı görərək oğlu Vüsalı soruşmuşdur. Nəvəsi Tural isə dayısı Vüsalın həbs olunduğunu dediyi üçün Təqsirləndirilən şəxs həmin gün onların ünvanına gəlmişdir. Ondan maraqlandıqda o da Mahmuda hadisə barədə danışmışdır. Təqsirləndirilən şəxs yüksək vəzifədə işləyən tanışlarının olmasını və onların vasitəsilə oğlu Vüsal Həsənlini aministiyaya saldıraraq həbsdən azad etdirə biləcəyini demişdir. O da sevincli halda ondan bunu necə edəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs onun yanında bir nəfər Zəhra adı ilə təqdim etdiyi qadınla danışmış və onda olan oğluna dair sənədlərin şəklini çəkib həmin şəxsə göndərmişdir. Həmin şəxs isə asan həll oluna biləcək iş olmasını demişdir. 17 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək Salyan rayonunda cəzaçəkmə müəssisəsinin qarşısında olduğunu və həmin qadının isə içəridə oğlunun işini danışmağa getdiyini demişdir. Cəzaçəkmə müəssisəsinin şəklini də çəkib ona atmışdır. Həmin gün ondan 2500 manat pul göndərməsini və oğlu Vüsalın sənədləri ilə birlikdə Bakı şəhərinə göndərməli olduqlarını demişdir. Təqsirləndirilən şəxs ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə "xxxx" ASC-yə məxsus 4169 7388 3842 7148 nömrəli kartın şəklini ataraq pulu həmin hesaba göndərməsini istəmişdir. O da həmin gün, yəni 17 oktyabr 2023-cü il tarixdə Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “Əminə” mağazasının qarşısında olan “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə həmin hesaba ilkin olaraq 2500 (iki min beş yüz) manat göndərmişdir. 30 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək işlə bağlı Gəncə şəhərinə gəldiyini və pulunun olmadığını, ondan borc verməsini xahiş etmişdir. O da Mahmuda 50 manat pulunun olmasını demiş və 50 manatı da həmin hesaba göndərmişdir. Bundan təxminən 15 gün sonra 2023-cü ilin noyabr ayının ortalarınadək olan müddətdə dəqiq günlərini xatırlamadığı vaxtlarda yaşadığı ünvanda 750 (yeddi yüz əlli) manat, 887 (səkkiz yüz səksən yeddi) manat, 1500 (min beş yüz) manat və son olaraq 350 (üç yüz əlli) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs qısa zamanda oğlunun “8 noyabr” qələbə günü münasibətilə imzalanacaq aministiya aktına əsasən həbsdən azad ediləcəyini demişdir. Lakin həmin vaxtdan uzun müddət keçsə də, nə aministiya olmuş, nə də onun oğlu Vüsal Həsənli həbsdən azad edilməmişdir. Bundan sonra o, dəfələrlə Təqsirləndirilən şəxs pulunu qaytarmasını tələb etsə də, o, müxtəlif bəhanələrlə onun pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə aldığı pulu tam olaraq, yəni 5987 (beş min doqquz yüz səksən yeddi) manat pulu ona qaytarmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs notarial qaydada təsdiqlənmiş ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə aldığı pulu tam olaraq, yəni 5987 (beş min doqquz yüz səksən yeddi) manat pulu ona qaytarmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilən Şahid1 da əsasən Zərərçəkmiş şəxs izahatına uyğun izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəyini və digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin материалларына əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli, qəbzdən məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu ziyanın 25 faizi miqdarında olan 1500 (min beş yüz) manat pulu dövlət büdcəsinə ödəmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin vermiş olduğu 03 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, onun barəsində Saatlı rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işi məhkəmə istintaqındadır. Cinayət işinin materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 4(066)-16/2024 nömrəli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 4(066)-17/2024 nömrəli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Saatlı rayon Mərkəzi xəstəxanası PHŞnin xx.xx.2024-cü il tarixli 18-1-65/2-504/2024 saylı məktubdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində və ruhi-əsəb xəstəlikləri ilə bağlı dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Saatlı rayon İH başçısının Saatlı rayonu Qıraqlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Saatlı rayon İH başçısının Saatlı rayonu Qıraqlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Qıraqlı kəndində yaşayır. Himayəsində 3 nəfər azyaşlı uşaq vardır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayətlə zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, onunla barışmasının cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və onun haqqında olan cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessaul Məcəlləsinin 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar