Məhkəmə qərarları › İş №1(066)-77/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-77/2025

26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-77/2025 26.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X5 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Kəlbəcər rayonu, Həsənlər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olan və Göygöl rayonu, Toğanalı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: O, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, 20 avqust 2024-cü il tarixdə saat 14:30 radələrində Göygöl rayonu, Toğanalı kəndi ərazisində tanışı Zərərçəkmiş şəxs işlətdiyi “101” adlanan kafeyə gələn suyun kəsilməsi səbəbindən sonuncu ona zəng edərək suyu onun tərəfindən kəsilməsini bəhanə edərək söyüb, təhqir edərək mübahisə etməyə dəvət etmiş, onun qanunsuz əməllərinə məhəl qoymadan yaşadığı evinə gedən zaman yaşadığı evinin yaxınlığında onu gözləyən yüngül dərəcədə sərxoş olan Zərərçəkmiş şəxs təkrar suyun kəsilməsini bəhanə edərək söyüb təhqir edən zaman şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sol göz nahiyyəsindən vurmuş, daha sonra yerdən götürdüyü daşları sonuncuya ataraq qəsdən sol bud nahiyyəsinin qançırı ilə müşayiət olunan, dərəcəsi təyin edilməyən xəsarətlər, başın-təpə və sol almacıq nahiyyələrinin yaraları, sol çiyin və sol dirsək oynağı nahiyyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması - dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman o, qonşusu Fəxrəddinin yaşadığı evin həyətində oturubmuş. Həmin vaxt Vidadi ona zəng edərək, işlədiyi kafeyə gedən suyun niyə kəsildiyini soruşub və bu zaman ona qarşı nalayiq ifadələr işlədib. O, həmin sözlərə əsəbiləşərək Vidadini “dəmir butka” adlanan əraziyə çağırıb, lakin o, həmin yerə gəlməyib. Bundan sonra qonşusu Fəxrəddingilin evindən çıxaraq öz evinə gedib. Evlərinin qarşısında Vidadinin avtomobilini görüb. Vidadi maşının pəncərəsindən ona qarşı yenidən nalayiq ifadələr işlədərək, avtomobilə əyləşməyini tələb edib. Vidadiyə yaxınlaşdığı zaman o, avtomobilin qapısını açaraq əlindəki bıçaqla üzərinə gəlib. Bu zaman o, geri çəkilərək yerdən daş götürüb bir dəfə ona atıb. Həmin an bıçaq onun əlindən düşüb. Vidadi aşağı əyilərək həm bıçağı gizlədib, həm də yerdən daş götürərək ona zərbə endirməyə cəhd göstərib. Hadisə yerinə yoldaşı, bacısı və yeznəsi gəlib. Onları sakitləşdirmək üçün müdaxilə ediblər. Onu yoldaşı və bacısı, Vidadini isə yeznəsi saxlayıb. O, yeznəsinə qışqıraraq Vidadinin əlindəki bıçağı almasını bildirib. Sonra Vidadi qışqıraraq onu güllələyəcəyini deyib və avtomobilin baqaj hissəsinə yaxınlaşıb. Yeznəsi onu saxlayaraq vəziyyəti sakitləşdirməyə çalışıb. Vidadi daha sonra avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyib. Həmin vaxt o, bacısına maşının qarşısında dayanmağı və onun getməsinin qarşısını almağı tapşırıb. Lakin Vidadi bacısının üzərinə avtomobili sürərək oradan uzaqlaşıb. Daha sonra ifadəsində bildirmişdir ki, Vidadi onun evinin yanına gələrək, mənə nalayiq ifadələr işlətdiyi zaman o, maşına tərəf yaxınlaşaraq, ondan avtomobildən düşməsini tələb etdi. Həmin vaxt onun əlində bıçaq olduğunu gördü və geri qaçaraq, yerdən daş götürüb Vidadiyə atdı. Atdığı daşın hara dəydiyini görmədi, yalnız onun qışqırdığını müşahidə etdi. Həmin an hadisə yerinə yeznəsi, bacısı və həyat yoldaşı gəldi. Vidadi maşından düşərkən onun əlində bıçaq olduğunu gördü, lakin silahı görmədi. O, Vidadiyə bir dəfə yumruqla zərbə endirdi, amma zərbənin bədəninin hansı hissəsinə dəydiyini görmədi. İstintaqda verdiyi ifadədə də bildirmişdir ki, Vidadinin əlində bıçaq olub, lakin silahı görməmişdir. Vidadi tərəfindən ona fiziki xəsarət yetirilməyib. Hadisə isə onun evinin qarşısında baş vermişdir. Həmin vaxt o, qonşusu Fəxrəddinin evinin qarşısında oturmuşdu. Evə gəldikdən təxminən 5 dəqiqə sonra Vidadi avtomobillə onun evinin yanına gələrək, maşının pəncərəsindən nalayiq ifadələr işlədərək onu çağırdı. O, bu hərəkətə əsəbləşərək Vidadinin yanına gəldi və avtomobilin qapısını açdı. Həmin an Vidadi əlindəki bıçaqla onun üzərinə gəldi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göygöl rayonu, Toğanalı kəndində yerləşən “101” adlı kafeni şəxsi qaydada özü işlədir. Həmin kafeyə gələn su xəttini dağlıq ərazidən şəxsən özü çəkdirib. Daha sonra həmin əraziyə Kamal adlı şəxs köçüb. Bir müddət keçdikdən sonra Kamal ilə aralarında tanışlıq yaranıb və o, ona da çəkdiyi sudan istifadə edə biləcəyini bildirib. Hadisə baş verən gün kafedə yerləşən hovuzda su olmayıb və ümumiyyətlə, su xətti ilə su gəlməyib. Həmin suyun axarının yerini yalnız Kamal bilib. O, Kamala zəng edərək, suyun niyə kəsildiyini soruşub. Kamal isə bu zaman ona qarşı nalayiq ifadələr işlədərək, Elşənin “dəmir butka” adlanan yerə gəlməyini tələb edib. O, deyilən yerə gedib və təxminən 30 dəqiqə gözləyib. Lakin Kamal ora gəlməyib. Daha sonra su xəttinin krantı Kamalın yaşadığı evin yanında yerləşdiyindən, həmin əraziyə gedib. Kamalın evinin qarşısında 2-3 nəfər qadın dayanıbmış. Uzaqdan Kamal və yeznəsinin yaxınlaşdığını görüb. O. maşından düşərək onlara tərəf gedib. Kamalın yanına çatdığı anda o, əlindəki ağacla sol çiyninə zərbə endirməyə başlayıb. Hadisə zamanı maşına minərək polisə zəng etmək istəyib. Lakin bir tərəfdən qadınlar ona daş atıb, digər tərəfdən isə Kamal ağacla vurmağa davam etdiyi üçün maşından düşüb və yerdən daş götürərək onları qorxutmaq istəyib. Bu zaman Kamal onun ünvanına nalayiq ifadələr işlədib. O, də əsəbiləşərək Kamala qarşı nalayiq sözlər deyib. Bu zaman Kamalın yeznəsi ona fiziki zərbə endirib. O, ondan niyə onu vurduğunu soruşduqda, “söyüş söymə” cavabını verib. Daha sonra maşına minərək hadisə yerindən uzaqlaşıb və 102 xidmətinə zəng edərək baş verən hadisə barədə şikayət edib. Əlavə olaraq ifadəsində bildirdi ki, Kamal onu ağac parçası ilə vurmuşdur. O, ilk dəfə Kamalın dediyi yerə getdi. Lakin Kamal ora gəlmədiyi üçün, onun evinin yaxınlığından suyu açmaq istədi. Həmin əraziyə Kamal ilə dalaşmaq məqsədi ilə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirdi ki, Təqsirləndirilən şəxs yeznəsidir. Hadisə təxminən günortadan sonra baş verib. Hadisə baş verən vaxti evdə özü, arvadı, Kamalın arvadı və qızı olub. Vidadini qabaqcadan tanımayıb. Evde yatan zaman davanın səsinə çıxıb, Kamalla Vidadinin dava etdiyini bir-birinə daş atdığını, nalayiq ifadələr işlədərək söyüşlər söydüyünü görüb. Vidadinin başından qan axıdığını görüb. Onları ayıraraq Kamalı qadınlara verib, Vidadini isə maşına aparıb. Dava ilə əlaqəsi olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Kamalın bacısıdır. Evdə olan zaman davanın səsinə çıxıb, Kamalla Vidadinin dava etdiyini görüb. Onları ayırıblar. Vidadi həmin vaxt içkili olub. Getməsinə mane olub polis çağırmaq istəyiblər ancaq, Vidadi maşını onların üzərinə sürüb. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Kamalın arvadıdır. Vidadi zəng edərək Kamalı davaya çağırıb, Kamal getməyə hazırlaşanda Vidadinin içkili halda gəldiyini görüblər. Dava başlayıb, baldızı və əri səsə gəlib, onları ayırıblar. Vidadi içkili halda maşını baldızının üzərinə sürüb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 fevral 2025-ci il tarixli qərara əsasən AR CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, icraata qəbul edilərək istintaq aparılmağa başlanmışdır. xx.xx.2024-cü il tarixdə Göygöl Rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən Göygöl rayonu Toğanalı kəndində hadisənin baş verdiyi əraziyə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətin olub-olmamasını, əgər vardırsa ağırlıq dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Belə ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 495 nömrəli rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın-təpə və sol almacıq nahiyyələrinin yaraları, sol çiyin və sol dirsək oynağı nahiyyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol bud nahiyyəsinin qançırı - bərk küt aşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən - başın-təpə və sol almacıq nahiyyələrinin yaraları, sol çiyin və sol dirsək oynağı nahiyyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması - dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya, sol bud nahiyyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətə aid edilir. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs qismində tanınmış, hüquq və vəzifələri ona izah edilmişdir. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs qismində dindirilmişdir. xx.xx.2025-ci il tarixli “Üzləşdirmə” protokoluna əsasən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyəti aradan qaldırmaq məqsədilə üzləşdirilmədə dindirilmişlər. Üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs üzünə sonuncunun onu ağacla döyməsini bildirmiş, Təqsirləndirilən şəxs isə ifadəsində onu söyüb təhqir etməsinə görə yumruqla vurmasını ifadəsində bildirmişdir. xx.xx.2025-ci il tarixli “Üzləşdirmə” protokoluna əsasən Zərərçəkmiş şəxs ilə Şahid1 ifadələri arasında ziddiyyəti aradan qaldırmaq məqsədilə üzləşdirilmədə dindirilmişlər. Üzləşdirmədə dindirmə zamanı Şahid1 ifadəsində Zərərçəkmiş şəxs vurmamasını bildirməsi, sonuncu isə ifadəsində Şahid1 onu vurmasını bildirmişdir. 21 iyun 2025-ci il tarixli “Təqsirlənirilən şəxs qismində cəlbetmə haqqında” qərara əsasən Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona ittiham elan olunması qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 21 iyun 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs qismində dindirilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 21 iyun 2025-ci il tarixli qərara əsasən CMnin 128-ci maddəsi ilə ittiham elan edilmiş təqsirləndirilən şəxs, xx.xx.1981-ci ildə Kəlbəcər rayonu, Həsənlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Toğanalı kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göygöl rayon Polis Şöbəsinə təqdim olunmuş xasiyyətnamədə göstərilir ki, Zərərçəkmiş şəxs özünü nizam-intizamlı aparır, qonşuların xeyir-şər məclislərində iştirak edir. Onun barəsində mənzil istismar sahəsinə heç bir şikayət daxil olmamışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Gəncə şəhəri Psixonevroloji Dispanseri tərəfindən xx.xx.2025-ci il tarixli 1976 nömrəli arayışda göstərilir ki, Həsənov X1 Dispanserdə qeydiyyatda deyildir. Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən xx.xx.2025-ci il tarixli 2650 nömrəli arayışda göstərilir ki, Həsənov X3 Dispanserdə qeydiyyatda durmur. Daşkəsən rayon İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda Təqsirləndirilən şəxs Daşkəsən rayon Quşçu kəndində yaşadığı göstərilmişdir. Daşkəsən rayon İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs kənd sakinləri arasında özünü həmişə nümunəvi apararaq hörmət qazandığı, kəndin işlərində fəallıq göstərdiyi qeyd edilmişdir. Daşkəsən rayon inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət xarakterli sənəd daxil olmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, hadisə yerinə baxış protokolu, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin qismən etirafı özünü müdafiə kimi qiymətləndirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində cinayət əməlinin baş verməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməməsinin onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, zərər çəkmiş şəxslə barışıq əldə olunmamasını habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Göygöl rayonu və Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Göygöl rayonu və Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar