Məhkəmə qərarları › İş №1(066)-78/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-78/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-78/2023 04.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1998-ci ildə Ağdaş rayonunda anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olan, Ağdaş rayonu Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçılmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə, tanışı Şahid1 və Şahid2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Göygöl rayonu, Sərkarlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin giriş qapısının kilidini sındırma yolu ilə qanunsuz olaraq evə daxil olub evdən birinin qiyməti 40 (qırx) manat olan 6 ədəd xrustal vaz və birinin qiyməti 10 (on) manat olan 6 ədəd xrsutal qənd qabını oğrulamaqla Zərərçəkmiş şəxs məxsus 300(üç yüz) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq etmişdir Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olsa da Gəncə şəhərində müxtəlif ünvanlarda, sonuncu dəfə Bayraq meydanının yaxınlığında tək yaşayır, subaydır, rəsmi olaraq heç yerdə işləməsə də Gəncə şəhər sakini Elşən adlı şəxslə birlikdə sifarişlə obyektlərdə və ya yaşayış evlərinin həyətində təmir işləri görür. Təxminən 4 aydır ki, Elşənlə Şəmkir rayonundan sifarişlər qəbul edir və sonuncu dəfə isə 2022-ci ilin yanvar ayının ortalarında Şəmkir rayonu, Düyərli kəndindən fontan yığmaq üçün sifariş götürmüş və orada işə başlamışlar. Ancaq pula ehtiyacları olduğu üçün xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, Elşən və Elşənin özü ilə gətirdiyi Ceyhun adlı şəxs Göygöl rayonu, Sərkarlı kəndinə Elşənin nənəsinin olmasını bildirdiyi məhlədə olan dəmirləri yığıb satmaq məqsədilə getmişlər. Lakin Elşən içəri daxil olmadan evin bayır qapısından baxaraq evdə olmadığını bildirmiş və piyada geriyə qayıtmışlar. Bir qədər piyada yeridikdən sonra qarşılarına ətrafı dəmir torla hasarlanmış, 1 mərtəbəli və həyətinə mişar daşları tökülmüş ev çıxmışdır. Həmin evə daxil olaraq oğurluq etməyi qərarlaşdırmış, evdə işıq yanmadığını görərək evdə kiminsə olub-olmadığını yoxlamaq məqsədilə hasardan aşaraq həyətə daxil olmuş və yerdən kiçik ölçülü daş götürərək evin damına atmışdır. Evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra oğurluq etmək qərarına gəlmişlər. Yerdən tapdığı dəmir parçası ilə evin giriş qapısının arasına salaraq kilidi sındırmış və üçü də evə daxil olmuşlar. Evi axtarsalar da evdən qızıl-ziynət əşyaları və pul tapa bilmədiyi üçün evin qonaq otağında olan qab yığılmış rəfin içərisindən 6 ədəd xrustal vaz və 6 ədəd xrustal qənd qabları götürmüşlər, daha sonra evdən uzaqlaşaraq getmişdir. Həmin qabları oğurluq etdiyi evin içərisindəki qablar yığılmış rəfdən torba tapmış və qabları torbanın içərisinə yığaraq evdən 2-3 km uzaqlaşdıqdan sonra 2244-ə zəng edərək taksi sifariş vermiş və Gəncə şəhərinə getmişlər. Gəncə şəhərində yerləşən “Mərkəzi Univermaq”ın qarşısında isə ayrılmışlar. Ayrılarkən 4 ədəd xrustal vaz qabı özü ilə kirayədə yaşadığı evə aparmış, qalan 6 ədəd xrustal qabı isə Elşən və Ceyhun özləri ilə aparmışlar.Hazırda tutduğu əməldən peşimandır və ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göygöl rayonu Sərkarlı kəndində tək yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı ünvan 0,12 ha torpaq sahəsinin içərisində yerləşən, bir mərtəbəli kürsülü daşdan hörülmə evdir. Qapıları taxta materialdan, pəncərələri isə dəmir qoruyucu çəkdirsə də, evin ətarfı çəpərlənməmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrindən yaşadığı ünvandan çıxaraq Gəncə şəhərinə qonaq gedərək gecəni orada, qohumunun evində qalmış, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində geri qayıtdıqda evinin giriş qapısının taybatay açıq olmasını görüb ehtiyyatla yaxınlaşdıqda qapının kilidinin ortadan və ayaq hissədən sındırılmış vəziyyətdə olmasını görmüşdür. Evin içərisinə girdikdə isə əsas otaqda hərhansı dağınıqlıq nəzərinə çarpmamışdır. Lakin yataq otaqlarına keçdikdə isə dağınıq vəziyyətdə olmasını görmüşdür. Ətrafa diqqət etdiyi zaman ona məlum olmuşdur ki, yataq otağında rəfin içərisində qoymuş olduğu birinin qiyməti 40 (qırx) manat olan 6 ədəd xrustal vaz və birinin qiyməti 10 (on) manat olan 6 ədəd xrustal qənd qabının yerində olmadığını oğurlandığını müəyyən etmişdir. Bundan sonra isə AR DİN-in 102 zəng xidməti mərkəzi sisteminə müraciət etmişdir. Evin açarları ondan başqa heç kəsdə olmamış, evə özündən başqa heç kəs girməmişdir. Oğurluqla bağlı şübhələndiyi hər hansı bir şəxs yoxdur. Oğurluq nəticəsində ümumilikdə 300 (üç yüz) manat maddi ziyan dəymişdir.Təqsirləndirilən şəxs şikayətçidir və ağır cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ev 62, mənzil 8-də atası Valeh Hüseynov ilə tək yaşayır. Subaydır, rəsmi olaraq heç yerdə işləməsə də sifarişlə obyektlərdə və ya yaşayış evlərinin həyətində təmir işləri görürlər. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Ceyhun və Seymurla birlikdə Göygöl rayonu, Sərkarlı kəndinə şəxsi işi ilə əlaqədar getmiş, oradan qayıtdıqda Seymur pula ehtiyacının olduğunu deyərək oğurluq etmək məqsədi ilə boş ev olub olmadığını soruşmuşdur. Bir qədər piyada yeridikdən sonra qarşılarına ətrafı dəmir torla hasarlanmış, 1 mərtəbəli və həyətinə mişar daşları tökülmüş ev çıxmış, həmin evə daxil olaraq oğurluq etməyi qərarlaşdırmışdır. Evdə işıq yanmadığını görərək kiminsə olubolmadığını yoxlamaq məqsədilə hasardan aşaraq Seymur həyətə daxil olaraq qapını döymüş, açan olmadığı üçün qapının kilidini sındıraraq hər üçü də evə daxil olmuşlar. Evi axtarsalar da pul və qızıl zinət əşyaları tapa bilməmiş, evdə olan 4 ədəd xrustal vaz və 6 ədəd xrustal qənd qablarını oğurlamışlar. Xrustal vazları idman çantasına, xrustal qənd qablarını isə un kisəsinə qoyub evdən uzaqlaşaraq getmişlər.Qabları, oğurluq etdikləri evin içərisindəki qablar yığılmış torba ilə Seymur çıxartmış, evdən 2-3 km uzaqlaşdıqdan sonra 2244-ə zəng edərək taksi sifariş vermiş və Gəncə şəhərinə getmişlər. Gəncə şəhərində yerləşən “Mərkəzi Univermaq”ın qarşısında isə ayrılmışlar. Ayrılarkən 4 ədəd xrustal vazı Seymur özü ilə kirayədə yaşadığı evə aparmış, qənd qablarını isə o götürmüşüdür. Həmin kəndə şəxsi işi ilə bağlı getmiş, sonradan evi görərək evdə heç kimin olmadığını dəqiqləşdirmiş və oğurluq etmək niyyəti yaranmışdır. Oğurluq etdikləri zaman onları heç kəs görməmişdir. Deməsinə görə o və Ceyhun evin həyətində dayansa da evə Seymur daxil olmuş, arxasınca isə hər üçü evə girərək axtarış etməyə başlamış, oğurladıqları əşyalarla Gəncə şəhərinə çatdıqda vazlar olan torbanı Seymur özü ilə aparmış, qənd qabılarını isə Ceyhun və o götürmüşdür. Həmin qənd qabılarını növbəti gün tanımadığı şəxslərə Gəncə şəhərində 5 ədədini 20 manata satmışdır. Əşyaları oğurlamaqda məqsəd sataraq qazanc əldə etmək, həmçinin Seymurun evinin kirəsinə vermək olmuşdur. Lakin qənd qablarını satdığı zaman Seymura zəng edərək qiymətin ucuz olmasını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, evlidir, rəsmi olaraq heç yerdə işləmir, günəmuzd işlərdə işləyir. Şahid1 birlikdə həbsdə olduğu cəzaçəkmə müəssisəsindən tanıyır, onunla birlikdə təmir tikinti işlərində fəhləçilik edirlər. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Elşən və Seymur yaşadığı ünvandan onu çağırmış, Göygöl rayonu, Sərkarlı kəndinə, Elşənin nənəsinin kəndinə getdiyi zaman Elşən həmin kənddə olan tanışından tikinti alətləri götürəcəklərini demişlər. Kəndə çatdıqda taksidən düşmüş, Seymur və Elşən piyada kəndin içərisi ilə gəzmişlər. Elşən bir qapıya yaxınlaşdıqdan sonra əşya götürməli olduğu şəxsin evdə olmadığını bildirmişdir. Bundan sonra oradan piyada kəndin içərisi ilə gəldikdə Seymur pula ehtiyacının olduğunu deyərək oğurluq etmək məqsədi ilə boş ev olub olmadığını soruşmuş, bir qədər piyada yeridikdən sonra qarşılarına ətrafı dəmir torla hasarlanmış, 1 mərtəbəli və həyətinə mişar daşları tökülmüş ev çıxmışdır. Həmin evə daxil olaraq oğurluq etməyi qərarlaşdırmış evdə işıq yanmadığını görərək evdə kiminsə olub-olmadığını yoxlamaq məqsədilə hasardan aşaraq Seymur həyətə daxil olub qapını döymüş, açan olmadığı üçünsə qapının kilidini sındırmaq hər üçü də evə daxil olmuşdur. Evdə hərhansı qızıl zinət əşyası və pul tapa bilməsə də xrustal qablar tapmışlar. Elşən və Seymur 4 ədəd xrustal vazı götürüb sumkaya yığmışlar. Bundan əlavə 5 ədəd xrustal qənd qabını isə un kisəsinə yığaraq oğurlamışdır. Daha sonra evdən uzaqlaşaraq Gəncə şəhərinə getmişlər. 4 ədəd xrustal vaz olan idman çantasını Seymur, 5 ədəd qənd qabı olan un kisəsini isə Elşən özü ilə aparmış, əşyaları satıb Seymurun ev kirayəsinə verəcəklərini demişlər. Həmin qabları oğurluq etdiyi evin içərisindəki qablar yığılmış torba və un kisəsində çıxartmış, evdən 2-3 km uzaqlaşdıqdan sonra 2244-ə zəng edərək taksi sifariş verməklə Gəncə şəhərinə gedərək “Mərkəzi Univermaq”ın qarşısında ayrıldıqda 4 ədəd xrustal vaz qabı Seymur özü ilə kirayədə yaşadığı evə aparmış, un kisəsində olan xrustal qənd qablarını Elşən özü ilə aparmışdır. Həmin kəndə tikinti alətləri götürmək üçün getdiklərini Elşənin deməsi ilə bilmiş, evi görərək evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra oğurluq etmək niyyəti yaranmışdır. Oğurluq etdikləri zaman onları heç kəs görməmişdir. Seymur və Elşən oğurladığı əşyaları sataraq Seymurun evinin kirəsinə verməli olduqlarını ona demişlər. Qeyd edilənlərdən əlavə hərhansı oğurluq hadisəsi törətməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 aprel 2023-cü il tarixli 9/2582 nömrəli ekspert rəyindən məlum olur ki, Markası Say Qiyməti ı “X4” markalı xrustal vaz 6 240,00 (6x40,00m) “X4” markalı xrustla qənd qabı 6 60,00 (6x10,00m) -Protokoldan və foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs məxsus, oğurlanmış 4 ədəd “X4” markalı xrustal vaz baxış keçirilərək götürülmüş, baxış zamanı fotoşəkilləri çəkilib protokola əlavə edilmişdir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Ağdaş rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.3 maddələri ilə 01 il 09 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021ci il tarixdə Ağdaş rayon məhkəməsinin hökmü ilə Azərbaycan respublikası CM-nin 180.1, 68.1.1-1, 67.1-ci maddələri ilə 01 il 06 ay A.M.E. cəzasına məhkum edilmişdir. xx.xx.2021ci il tarixdə Gəncə şəhər Kəpəz rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 66.5, 66.2, 69.3-cü maddələri ilə 02 il 02 ay 28 gün A.M.E. cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Amnistiya qərarına əsasən cəzası 6 ay azaldılmaqla azad olunmuşdur. -Ağdaş rayon İHB-nın Şıxlı kənd İƏD-si üzrə nymayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-32-12/2-233/2023 nömrəli məktubunda Təqsirləndirilən şəxs Ağdaş rayon Şıxlı kəndində qediyyatda olması, müvıqqəti olaraq Bakı şəhərində yaşadığı, özünü nümayəndəlik ərazisində təşkil ilunmuş tədbir və içtimai işlərdə qeyri-fəal göstərdiyi,məhkumluq həyatı yaşadığı, ümumı olaraq özünü qeyri qənaətbəxş şəxs kimi göstərdiyi göstərilmişdir. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək 02 (iki) gün həbsdə saxlanılmış və 14 noyabr 2023-cü il tarixdən həbsdədir. - Göygöl rayon məhkəməsinin 08 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. -Göygöl Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 77/2-20551/23 nömrəli məktubundan görünür ki, Göygöl RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdən Bakı şəhərində məyyən edilərək, saxlanılıb Göygöl RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini göstərməyinə baxmayaraq mahiyyəti üzrə ifadəsində Şahid2 və Şahid1la birlikdə yaşayış sahəsinə daxil olaraq 300 manat dəyərində 06 ədəd xrustal qənd qabı və 06 ədəd xrustal vazı oğurladıqlarını etiraf etmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli və bu maddənin sanksiyası hüdudlarında ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci və 83-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs əvvəl törətmiş olduğu cinayət əməlinə görə məhkumluğu ödənilmədiyindən, onun hazırki cinayət əməlini törətməsi cinayətlərin residivini yaradır. CM-in 56.1.2-ci maddəsinin tələbinə əsasən cinayətlərin residivi zamanı məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək 02 (iki) gün həbsdə saxlanılması müddəti nəzərə alınmalıdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 50 manat eksperptiza xərci tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək 02 (iki) gün həbsdə saxlanılması müddəti nəzərə alınaraq bu cəza müddətinə hesablansın və üzərində 02 (iki il) 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 manat eksperptiza xərci tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar