Məhkəmə qərarları › İş №1(066)-78/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-78/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-78/2024 16.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakı ilə xx xxxxxx 2002-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, avtomobil satış salonunda işləyən, Göygöl rayonu Quşqara kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti Qəsəbəsi, 26-cı küçədə müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayında Göygöl rayonu Quşqara kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobil satışı salonunda avtomobillərin təmizlənməsi işi ilə məşğul olduğu dövrdə işçilərin ümumi istifadəsində olan anbardakı avtomobil ehtiyyat hissələrini oğurlayıb satmaq qərarına gələrək həmin vaxtdan 2024-cü ilin may ayının sonunadək olan müddət ərzində vahid niyyətlə əhatə olunan davamlı qəsdlə anbarda olan işlənmiş, lakin istifadəyə yararlı hər biri 70 (yetmiş) manat dəyərində on iki ədəd 60 (altmış) vatt həcmində akkumlyator, hər biri 135 (yüz otuz beş) manat dəyərində iki ədəd “Niva” markalı avtomobilə aid radiator, bir ədəd 125 (yüz iyirmi beş) manat dəyərində “Vaz 2107” markalı avtomobilə aid starter, hər biri 20 (iyirmi) manat dəyərində on ədəd avtomobil qaldırıcı qurğu və hər biri 5 (beş) manat dəyərində müxtəlif çeşiddə qırx ədəd avtomobil açarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1635 (min altı yüz otuz beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Göygöl rayonu Quşqara kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti Qəsəbəsi, 26-cı küçədə yaşayır. 1 il yarımdır ki, Göygöl rayonu Quşqara kəndində yerləşən Zərərçəkmiş şəxs və X2 məxsus avtomobil satışı ilə məşğul olan salonda işçi olaraq çalışır, avtomobilləri təmizləyir, aylıq əmək haqqı olaraq 250 manat alır. Hər ayın 24-də əmək haqqını alır. Qardaşı Asim də onunla birlikdə həmin salonda işləyir. Salonda satış üçün nəzərdə tutulmuş avtomobillər Zərərçəkmiş şəxs məxsusdur. Zərərçəkmiş şəxs avtomobillərin akkumlyatorları zəifləməsin deyə çıxarıb anbara yığır, zəif akkumlyatorları isə yeniləri ilə əvəz edib, avtomobillərə aid müəyyən ehtiyyat hissələri ilə birlikdə anbarda saxlayır. 2024-cü ilin yanvar ayında anbarında olan akkumlyator, radiator və sair ehtiyyat hissələrini, Zərərçəkmiş şəxs duyuq düşməsin deyə az-az oğurlayıb satmaq qərarına gəlmişdir. Yanvar ayının sonlarında salonda tək olan zaman anbardan bir ədəd starter və bir ədəd radiatoru götürüb yaxınlıqda olan Emin adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə aparmış və ona kilo ilə 30 manata satmış, həmin pulu özü üçün xərcləmişdir. Bundan təxminən 20-25 gün sonra salonda yenə tək olmağından istifadə etmiş və anbarda olan 5-6 ədəd 60 kv ölçüdə akkumlyatorları çıxarıb yoldan keçən akkumlyator alan şəxslərə xatırlmadığı qiymətə satmış, eyni zamanda da dəqiq sayını xatırlamadığı açarları aparıb Eminə 20 manata satmışdır. Həmin pulu da özü üçün xərcləmişdir. Bundan bir neçə gün keçdikdən sonra da salonda olan 6 ədəd akkumlyatorları yenə də çıxarmış və motoskletlə gəzib akkumlyator alan şəxslərə satmışdır. Bir müddət keçdikdən sonra təxminən 2024-cü ilin may ayının sonlarında iki ədəd qaldırıcı, açarları, starteri də aparıb Eminə satmışdır. Lakin neçəyə satdığını xatırlamır. 07 iyun 2024-cü il tarixdə avtosalonun sahibi Natiq ondan avtosalondan hər hansı əşya oğurlayıb-oğurlamadığını soruşmuş, əvvəl inkar etsə də, sonradan oğurladığı əşyaları Natiqə demişdir. 08 iyun 2024-cü il tarixdə Natiq və Fərid anası Dilarəni də avtosalona çağırmış, anası Dilarə isə ona həmin pulu qaytaracağını demişdir. Hal-hazırda törətdiyi əməldən peşman olmuşdur. Zərərçəkmiş şəx Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəmiş, onunla barışmışdır. Zərərçəkmiş şəx Zərərçəkmiş şəxs ondan şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin cinayət işi üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri. Hərbi Şəhərcik-102, ev 147, mənzil 45-də yaşayır. Fərdi sahibkar kimi fəaliyyət göstərir, Göygöl rayonu Quşqara kəndində avtomobil satış salonunu Şahid4 ilə birlikdə şərikli işlədir. Təqsirləndirilən şəxs salonda olan avtomobilləri silib-təmizləmək üçün salonda işə götürmüşdür. Gündüz vaxtı Təqsirləndirilən şəxs və qardaşından başqa salonda heç kim olmamışdır. Salonda daimi olaraq satış üçün nəzərdə tutulmuş təxminən 15-25 arası özünə məxsus avtomobil olur. Avtomobillər salona satışa qoyulduqdan sonra onların akkumlyatorlarını çıxarıb salonun içərisində olan anbar təyinatlı tikiliyə qoyur. Akkumlyatorlar zəif olduqda isə yeniləri ilə əvəz edir. Anbarın qapısı olsa da salonun içərisində olduğu üçün qıfıllanmır, daimi olaraq açıq olur. Bundan başqa anbarda avtomobilə aid ehtiyyat hissələri, açarlar, radiatorlar, yükqaldıcırılar və sair ləvazimlar olur ki, onları avtomobillərin yararsız ehtiyyat hissələrini dəyişmək üçün orada saxlayır. 07 iyun 2024-cü il saat 16 radələrində salonda olan anbarda saxladığı starteri geri qaytarmaq üçün anbara getdikdə strarterin qutusunun boş olmasını görmüş, Etibardan starterin harada olmasını soruşduqda o, xəbəri olmamasını demişdir. Sonra Etibar etiraf edib, anbarda olan ehtiyyat hissələrini oğurlamasını, oğurladığı əşyların bir qismini yaxınlıqda olan metal qəbulu məntəqəsinə satmasını bildirmişdir. Salonda olan özünə məxsus avtomobillərə baxdıqda akkumlytarolarının olmamasını görmüşdür. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs akkumlyatorlardan başqa müxtəlif vaxtlarda starter, radiatorlar, müxtəlif açarlar, avtomobil qaldırıcılar (danqrat) oğurlayaraq satmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəməsinə və onunla barışmasına görə ondan heç bir şikayəti və tələbi də yoxdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onlar birlikdə Göygöl rayonu Quşqara kəndində yerləşən Zərərçəkmiş şəxs və Şahid4 məxsus avtomobil satışı ilə məşğul olan salonda işçi olaraq çalışırlar. Zərərçəkmiş şəxs salonda satış üçün nəzərdə tutulmuş özünə məxsus avtomobillərin akkumlyatorları zəifləməsin deyə çıxarıb, avtomobillərə aid müəyyən ehtiyyat hissələri ilə birlikdə anbara yığır. 07 iyun 2024-cü il tarixdə avtosalonun sahibi Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs avtosalondan hər hansı əşya oğurlayıb-oğurlamadığını soruşmuş, Təqsirləndirilən şəxs isə əvvəl inkar etsə də, sonradan oğurladığı əşyaları Natiqə etiraf etmişdir. Bundan sonra Natiq anbara daha dəqiq baxmış və akkumlyatorların, starter, radiatorların, qaldırıcılar və açarların olmamasını görmüş, Təqsirləndirilən şəxs həmin əşyaları oğurlamasını etiraf etmişdir. Onun Etibarın oğurluq etməsindən xəbəri olmamışdır. Sonra onlar birlikdə yaxınlıqda olan metal qəbulu məntəqəsinə getmiş və müəyyən olunmuşdur ki, Etibar oğurladığı əşyaları ora satmış, akkumlyatorları isə səyyar formada gəzib akkumlyator alan şəxslərə satmışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 da məhkəmə iclasında əsasən Şahid3 ilə eyni məzmunlu ifadə verməklə onuun göstərdiyi xüsusatları bir daha da təsdiq etdi. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 08 iyun 2024-cü il tarixli “hadisə yerinə baxışın keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Göygöl rayonun Quşqara kəndində Zərərçəkmiş şəxs mçəxsus olan avtomobul satışı salonudur. Avtomobul satışı salonun anbarının qapısı olsa da salonun içərisində olduğu üçün qıfıllanmır, daimi olaraq açıq olur. Anbarda avtomobilə aid ehtiyyat hissələri, açarlar, radiatorlar, yükqaldıcırılar və sair ləvazimlar olur ki, onları avtomobillərin yararsız ehtiyyat hissələrini dəyişmək üçün orada saxlanılır. Cinayət işinə əlavə edilmiş X9 və Ticarət” müəssisəsinin 12 iyun 2024-cü il tarixli rəyindənməlum olur ki, Zərərçəkmiş şəxs məxsus oğurlanmış ehtiyyat hissələrinin orta satış bazar qiyməti aşağıdakı kimidir.

1. Akkumlyator “12 V60 ah” -1 ədədinin qiyməti günün tələbinə uyğun- 60-70 manat arasında dəyişir 12 ədəd akkumlyator (12V60ah) x 60 = 720 manat

2. Vaz 2121 Niva” markalı avtomobillər üçün nəzərdə tutulmuş soyutma radiatoru – bazarın tələbinə uyğun – 135 manat 2 ədəd soyutma radiatoru x 135 = 270 manat

3. “Vaz 2107” markalı avtomobilə aid starterlərin sərbəst bazar satış qiyməti – 125 manat.

4. Qaldırıcı qurğu (danqrat) formasından və modelindən asılı olaraq 1 ədədinin qiyməti 15-20 manat arasında dəyişir. 5.10 ədəd qaldırıcı qurğu x 15 = 150 manat

6. Müxtəlif ölçülü açarlar – ölçüsündən asılı olaraq 4-5 manat arası dəyişir 40 ədəd açar x 4 = 160 manat Yekunda cəmi:1425 (bir min dörd yüz iyirmi beş) manat. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Göygöl rayonu Quşqara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinə əlavə edilən Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Göygöl rayonu Quşqara kəndində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş 11 iyun 2024-cü il tarixli arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Quşqara kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti Qəsəbəsi, 26-cı küçədə yaşayır. Cinayət işinə əlavə edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayında Göygöl rayonu Quşqara kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobil satışı salonunda avtomobillərin təmizlənməsi işi ilə məşğul olduğu dövrdə işçilərin ümumi istifadəsində olan anbardakı avtomobil ehtiyyat hissələrini oğurlayıb satmaq qərarına gələrək həmin vaxtdan 2024-cü ilin may ayının sonunadək olan müddət ərzində vahid niyyətlə əhatə olunan davamlı qəsdlə anbarda olan işlənmiş, lakin istifadəyə yararlı hər biri 70 (yetmiş) manat dəyərində on iki ədəd 60 (altmış) vatt həcmində akkumlyator, hər biri 135 (yüz otuz beş) manat dəyərində iki ədəd “Niva” markalı avtomobilə aid radiator, bir ədəd 125 (yüz iyirmi beş) manat dəyərində “Vaz 2107” markalı avtomobilə aid starter, hər biri 20 (iyirmi) manat dəyərində on ədəd avtomobil qaldırıcı qurğu və hər biri 5 (beş) manat dəyərində müxtəlif çeşiddə qırx ədəd avtomobil açarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1635 (min altı yüz otuz beş) manat maddi ziyan vurmaqla oğurluq etməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməklə, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin bir hissəsini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları-onun cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə vurduğu ziyanın bir hissəsini ödəməsini cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Göygöl rayonun və Gəncə şəhərinin ərazisində fəhləlik etməklə, Gəncə şəhəri, Məhsəti Qəsəbəsi, 26-cı küçədə yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Gəncə şəhəri, Məhsəti Qəsəbəsi, 26-cı küçədə yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmamışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ona tamamilə ödənilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Gəncə şəhəri, Məhsəti Qəsəbəsi, 26-cı küçədə yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ona tamamilə ödənilməsi nəzərə alınsın. Hökmün icrası Gəncə şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar