Məhkəmə qərarları › İş №1(066)-78/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-78/2025

29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-78/2025 29.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X6 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Basarkeçər rayonu, Zod kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Göygöl rayonu Zurnabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 05 sentyabr 2019-cu il tarixdən başlayaraq 07 noyabr 2007-ci il təvvəllüdlü X2, 18 mart 2009-cu il təvvəllüdlü X7 və 11 sentyabr 2011-ci il təvvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Tərtər Rayon Məhkəməsinin 2(061)-26/2020 saylı, 09 yanvar 2020-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Göygöl Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 3(066)-108/2020 saylı qərarı ilə 10 gün müddətinə, Göygöl Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 3(066)-278/2022 saylı qərarı 10 gün müddətinə və Göygöl Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 3(066)- 67/2024 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 11 mart 2025-ci il tarixədək cəmi 20860 manat məbləğində aliment borcunu ödəməyərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən 05 sentyabr 2019-cu il tarixdən başlayaraq ondan 07 noyabr 2007-ci il təvvəllüdlü X2 və 18 mart 2009-cu il təvvəllüdlü X7 və 11 sentyabr 2011-ci il təvvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında rəsmi olaraq onlar boşanmışdırlar. Həmin qətnamə üzrə Göygöl İcra və Probasiya şöbəsində başlanılmış icraat dövründə yaranmış aliment borcunu maddi imkanı olmadığına görə tam şəkildə ödəyə bilməmişdir. İcra məmuru tərəfindən yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmişdir.Eyni zamanda barəsində məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, bu səbəbdən işləyə bilməmişdir. O, hazırda fərdi qaydada işlədiyini, ödəniş etmək istədiyini, lakin maddi imkanı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2006-cı il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları isə xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Bu nikah münasibətindən 07 noyabr 2007-ci il təvvəllüdlü X9 və 18 mart 2009-cu il təvvəllüdlü X16 və 11 sentyabr 2011ci il təvəllüdlü X12 adında övladları anadan olmuşdur. Təqsirləndirilən şəxs onlar evli olduğu müddətdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, usta işləmiş, qazancı 800-900 manat təşkil etmişdir. Həmin müddətdə onlar Göygöl rayonu, Yeni Zod kəndində Təqsirləndirilən şəxs ata evində birlikdə yaşamışdırlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsa da ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikah münasibətində olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də 2017-ci ildə ayrılmaq qərarına gəlmiş və uşaqları götürərək ata evinə Tərtər rayon, Cəmilli kəndinə qayıtmışdır. Uşaqlar onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O isə uşaqları tək başına saxlaya bilmədiyindən 2019-cu ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə nikahın pozulması, aliment tələbinə dair iddia qaldırmış və Tərtər Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən 05 sentyabr 2019-cu il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs 07 noyabr 2007-ci İİ təvvəllüdlü X2 və 18 mart 2009-cu il təvvəllüdlü X7 və 11 sentyabr 2011-ci il təvvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa gorə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında onlar rəsmi olaraq boşanmışdırlar. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Göygöl rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli olduğu alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Göygöl Rayon Məhkəməsini 12 may 2020-ci il tarixli, 18 avqust 2022-ci il tarixli və 15 aprel 2024-cü il tarixli ilə qərarları ilə hər üç halda 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Göygöl rayon İcra və Probasıya şöbəsi tərəfindən verilmiş 11 mart 2025-cı tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Tərlər Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsinin əsasən 20860 manat məbləğində borcu, borcdan 1000 manat ödəniş edilmişdir. Bundan əlavə bu müddət ərzində övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi, köməkliyi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, aliment tələbi ilə Təqsirləndirilən şəxs dəfələrlə müraciət edilsə də o, aliment borcunu ödəməkdən yayınmışdır. Bununla bağlı borclu Təqsirləndirilən şəxs barəsində 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və yaranmış borcla bağlı sənədlər yığılaraq istintaqa göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, aliment tələbi ilə Təqsirləndirilən şəxs dəfələrlə müraciət edilmiş, o, aliment borcunu ödəməkdən yayınmışdır. Dəfələrlə borcluya aliment borcuyla bağlı məlumat verilmiş, etdiyi ödənişlərin hər biri qeydiyyata alınmışdır. Bununla bağlı borclu Təqsirləndirilən şəxs barəsində üç dəfə 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş, hər birində inzibati həbs tənbeh tədbiri seçilmiş, ödəniş edilməmişdir. Yaranmış borcla bağlı sənədlər yığılaraq istintaqa göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilərək istintaqın aparılması, başlanmış cinayət işinə ********* nömrəsi verilməsi qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin 2(061)-26/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən 05 sentyabr 2019-cu il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs 07 noyabr 2007-ci il təvvəllüdlü X2, 18 mart 2009-cu il təvvəllüdlü X7 və 11 sentyabr 2011-ci il təvvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-26/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi iş üzrə icraata başlanmışdır. xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)-26/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal icra olunması tələb olunmuşdur. xx.xx.2020-ci il tarixdə Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X13 tərəfindən xx.xx.1985-ci il tarixdə Göygöl şəhərində anadan olmuş, Göygöl rayonu, Zurnabad kəndində daimi qeydiyyatda olan və yaşayan borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Göygöl Rayon Məhkəməsinin 3(066)-108/2020 saylı 12 may 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinə əsasən nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib. 25 may 2020-ci il tarixdə Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Samir Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına dair xəbərdarlıq məktubu göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin 8(066)-110/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadın surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. “Borclunun axtarılması barədə” 2 oktyabr 2020-ci il tarixdə qəbul edilmiş qərara əsasən xx.xx.1985-ci il tarixdə Göygöl şəhərində anadan olmuş, Göygöl rayonu Zurnabad kəndində daimi qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Göygöl rayon Məhkəməsinin 3(066)-278/2022 saylı 18 avqust 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. 31 avqust 2022-ci il tarixdə Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs xəbərdarlıq məktubu göndərilmişdir. Məktubda bildirilir ki, yaranmış 9460 manat aliment borcunu ödəməsəniz Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmanız barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəkdir. 15 sentyabr 2022-ci il tarixdə Göygöl rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış rəsmi xəbərdarlıq məktubunda bildirilir ki, aliment üzrə yaranmış 9850 manat məbləğində borcunu ödəməsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəkdir. 15 sentyabr 2022-ci ildə Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13 tərəfindən qalıq 9850 manat aliment borcunun Təqsirləndirilən şəxs əmək haqqına yönəlməsi və hər ay sonuncunun aldığı əmək haqqının 70% hissəsi tutularaq tələbkar Zərərçəkmiş şəxs hesabına ödənilməsi qərara alınmışdır. Göygöl rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən tərtib olunmuş MN ******* saylı protokola əsasən Təqsirləndirilən şəxs Tərtər rayon Məhkəməsinin 2(061)-26/20 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən ödəməli olduğu aliment borcunu ödəməmiş, İXM-nin 528.1-ci maddəsində göstərilmiş inzibati xətanı törətmişdir. Borclunun 16540 manat aliment borcu yaranmışdır. Göygöl rayon Məhkəməsinin 3(066)-67/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilməsi qərara alınmışdır. 3 fevral 2025-ci il tarixdə Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs xəbərdarlıq məktubu göndərilmişdir. Məktubda bildirilir ki, yaranmış 20800 manat aliment borcunu ödəməsəniz Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmanız barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəkdir. 14 aprel 2025-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərara əsasən Zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqda protokol tərtib olunmuşdur. 14 aprel 2025-ci il tarixdə “Zərərçəkmiş şəxsi dindirmə” protokolu tərtib olunmuş, Zərərçəkmiş şəxs qismində dindirilmişdir. “Şəxsin məcburi gətirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Göygöl rayonu Zurnabad kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etməsi üçün 08 may 2025-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə məcburi gətirilsin. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin. 14 may 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin axtarışa verilməsi haqqında” qərara əsasən xx.xx.1985-ci ildə Basarkeçər rayonu, Zod kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə cinayət törətməkdə təqsirli bilinərək 01 il, 09 ay, 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Göygöl rayonu Zurnabad kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan olunsun, ittiham elan etmək üçün tutularaq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilsin. xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanından gizləndiyi üçün haqqında axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2025-ci il tarixli “Axtarışda olan şəxsin saxlanılması haqqında” Göygöl RPŞ-nin CAB-nin ə/m, polis leytenantı X14 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 17:30-da tərtib olunmuş protokola əsasən Göygöl rayonu Zurnabad kəndində qeydiyyatda olan, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Göygöl rayon ərazisində saxlanılmış, müvafiq sənədləşmə aparılaraq Bakı şəhəri Yasamal RPŞ-ə təhvil verilmişdir. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Göygöl RPŞ-nin əməkdaşları tərəfindən tutularaq Göygöl RPŞ-nin MSY-nə yerləşdirildiyindən işi üzrə icraat təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokola əsasən 07 iyun 2025-ci il tarixində Təqsirləndirilən şəxs qismində dindirilmiş, hüquq və vəzifələri izah olunmuşdur. xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon RPİ-in X8 dərhal azad edilib. Göygöl rayon İcra Hakimiyyətinin Zurnabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilir ki, vətəndaş Məmmədov X1 qeydiyyatdadı, lakin yaşamır və 0.76 ha pay torpağı var. Göygöl RİHB Çaykənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Göygöl rayon İH başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barədə vətəndaşlar tərəfində yazılı və şifahi şikayət daxil olmadığı bildirilmişdir. Göygöl rayon Məhkəməsininn 1(066)-28/2022 saylı 21 iyul 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhklum edilib. 18 iyun 2022-ci il tarixdən hal-hazıra kimi 1 (bir) ay 03 (üç) gün həbsdə saxlanması, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanıb və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay (24) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Göygöl rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs Göygöl rayon Məhkəməsinin 1(066)-28/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən 01 (bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Göygöl rayon Məhkəməsinin 1(066)-28/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən 01 (bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3-cü maddələrində təqsirli bilinib barəsində 4000 manat cərimə cəzası, eyni tarixə Ağdaş Rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzası, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 09 ay 24 gün azadlığın məhdudlaşdırlması cəzası təyin edilməsi müəyyən olunur. Beləliklə, cinayət işində olan xx.xx.2020-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarından digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)-26/2020 saylı xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməsinə dair yazılı qaydada xəbərdar olunmuşdur.. “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş 07 iyun 2025-ci il tarixli ittiham və barəsində həmin tarixli qərarla seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılsın. Aparılan cinayət təqibi üçün əhəmiyyət kəsb edən ifadələr və digər sənədlər sübut kimi qiymətləndirilsin. Qərarın surəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətinin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan aşağı həddə yaxın azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edilən hallar kimi onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməyə görə əvvəllər inzibati qaydada tənbeh edilməsini, lakin yenidən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə cinayət törətməsini, uzun müddət borc məbləğindən heç bir ödəniş etməyərək zərərçəkmiş şəxslə razılıq və ya barışıq əldə etməməsini, həmçinin barışıq və borc məbləğindən ödəniş etməsinə dair hər hansı bir cəhd göstərməməsini, borc məbləğini, icra sənədinin icrası ilə bağlı keçən müddəti, hbelə, təqsirləndirilən şəxsin əvvəllər də CM-nin digər maddələri üzrə cinayət əməllərini törətməsi və barəsində müvafiq məhkəmə hökmlərinin olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla islah və yenidən tərbiyə oluna bilər. Buna görə də, təqsirləndirilən şəxsə cəza təyin edərkən ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə Cinayət Məcəlləsinin 41-ci maddəsinə nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 10 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək saxlandığı 02 (iki) gün müddət 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanıb ona təyin edilmiş cəzadan çıxılaraq, qəti olaraq üzərində 1 (bir) il, 1(bir) ay 28 (iyirmi səkiz) gün azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 29 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 110 (yüz on) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar