Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-79/2023 08.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, 02 iyul 2022-ci il tarixdə saat 06 radələrində qeyri rəsmi olaraq inzibatçı kimi işlədiyi Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Göygöl rayonu Aşıqlı kəndində yerləşən “Helenendorf” ailəvi istirahət mərkəzinin mətbəxində yerləşən saxlanc yeri hesab edilən dəmir seyfə açarseçmə üsulu ilə açıb qanunsuz saxlanc yerinə daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 4235 (dörd min iki yüz otuz beş) manat nəğd pulu gizli yolla talayıb işlədiyi istirahət mərkəzindən qaçıb gedərək Zərərçəkmiş şəxs 4235 (dörd min iki yüz otuz beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayının əvvəllərində Göygöl rayonuna gəlmiş və yol ətrafı restoranlarda ofisiant işləmək üçün iş axtarmışdır. Göygöl rayonu Yeni Zod kəndində yerləşən “Gəncə Qalası” restoranında ofisiant olaraq işə başlamış və 2022-ci ilin aprel ayının sonlarınadək həmin restoranda işləmiş, eyni zamanda obyektdə də yaşamışdır. 2022-ci ilin yanvar ayının ortalarında “Gəncə Qalası”obyektin sahibi obyektə gələrkən onlara qulluq etmiş, eyni zamanda obyektin sahibinin tanışı, sonradan adının Natiq olduğunu bildiyi şəxs də oraya gəlmişdir. Natiqlə ünsiyyəti yaranmış və öz təcrübəsini onunla paylaşaraq turizm sektorunda beynəlxalq təcrübəsi olması, rus və ingilis dillərini bilməyi barədə ona məlumat vermişdir. Natiq onun iş təcrübəsini bəyənmiş və onu razılığı ilə onu özünə məxsus Göygöl rayonu Aşıqlı kəndində yerləşən “Helenendrof” ailəvi istirahət mərkəzinə gətirmişdi. Onu özünə məxsus oyektə gətirərək ondan otel və restoranı işlətmək barədə təkliflər istəmiş, onu obyektdə qoyub özü isə getmişdir. Obyektə baxış keçirdikdən sonra Orxan gəlmiş “Gəncə Qalası” restoranına qayıtmışdır. Üç gün sonra isə otel və restoranın işlətmə biznes planını hazırlayıb Natiqin bacısı oğlu Orxanın “Vatsapp” nömrəsinə göndərmişdir. Bundan sonra onlarla heç bir əlaqəsi olmamışdır. 2022-ci ilin aprel ayının son həftəsində dəqiq xatırlamadığı tarixdə Orxan ona zəng edərək Natiq müəllimin onunla görüşmək istəməsini deyib onu öz avtomobili ilə götürüb “Helenendrof” ailəvi istirahət mərkəzinə gətirmişdir. Oraya gəldikdə Natiq, bacısı oğulları Orxan və Tamerlan orada olmuşdur. Həmçinin “Gəncə Qalası” restoranının sahibi də orada olmuşdur. Natiq ona “Helenendrof” ailəvi istirahət mərkəzində işə başlamağını, özünün istədiyi kimi restoranı işlətməyini demişdir. Həmçinin Tamerlan və Orxanın da ona kömək edəcəklərini bildirmişdir. O, da onunla razılaşmış və “Gəncə Qalası” restoranını təhvil vermək üçün ondan may ayının birinədək vaxt istəmişdir. 01 may 2022-ci il tarixdə əşyalarını da yığıb “Helenendrof” ailəvi istirahət mərkəzinə gəlmişdir. Razılaşmaya əsasən orada həm qalacaq, həm də işlərin gedişatına nəzarət edəcəkmiş. Otel və restoranda təmir işləri getdiyi üçün bir müddət təmir işləri görmüşlər. 28 may 2022-cü il tarixdə otelə ilk dəfə qonaq qəbul etmişdir. 01 iyun 2022-ci il tarixdən isə restoran fəaliyyətə başlamışdır. Qeyd etmişdir ki, “Helenendrof” ailəvi istirahət mərkəzində işləməyini yalnız şifahi olaraq razılaşmışlar, aralarında rəsmi heç bir sənədləşmə olmamışdır.İlk gündən etibarən “Helenendrof” ailəvi istirahət mərkəzinin maliyyə nəzarəti onda olmuş, o, isə Natiqə günlük hesabat vermişdir. Natiqlə onun əməkhaqqı barədə konkret məbləğ danışmamışdır.Natiq ona ehtiyac olduqda kassadan pul götürməyini, əməkhaqqını isə sezonun sonunda öz xalis gəlirinə uyğun olaraq verəcəyini demişdir. Obyektin gündəlik xərcləri ilə bağlı pul əvvəllər onun cibində olmuş, sonradan isə xərclər artdığı üçün pulları mətbəxdə yerləşən seyfdə saxlamışdır. Həmin seyfin açarı isə yalnız onda olmuşdur. Obyektin gündəlik bazarlığını isə Tamerlan etmişdir. Seyfdə gündəlik olaraq təxminən 500-800 manat pul olur, növbəti gün isə həmin pullarla bazarlıq edilirmiş. O, bir müddət sonra işlərin onu çox yorduğunu, iş saatının çoxluğunu görüb Natiqə artıq getmək istədiyini demişdir. Natiq isə ona bu barədə heç nə deməmiş, bir iki gün sonra Natiqin oğlu oraya gəlmiş və işlərə kömək etməyə başlamışdır. Lakin həmin vaxt da seyfin açarı onda olmuşdur. Bir müddət işin azaldığını hiss etmiş, lakin Natiq müəllim işlə bağlı daha çox iradlar bildirməyə başlamışdır. O, bezərək getmək qərarına gəlmişdir. İki dəfə Natiqdən 100 manat pul istəmiş, o, isə hələ imkan olmadığını demişdir. O, isə 02 iyul 2022-cü il tarixdə saat 06 radələrində restoranın mətbəxindəki seyfdə gündəlik xərclər üçün nəzərdə tutulmuş 1000 (bir min) manat pulu öz əməkhaqqım hesab edərək götürüb əşyalarını da yığıb heç kimə xəbər etmədən çıxıb getmişdir. Hissə-hissə olaraq ümumilikdə təxminən 400 manat pul almışdır. xx.xx.2022-ci il tarixdə isə seyfdən 4235 manat deyil, 1000 manat pul götürmüşdür. Həmin pulu isə özünün əməkhaqqı kimi qəbul etmişdir. Həmçinin onu işə Tamerlan yox restoranın sahibi Şahid1 götürmüşdür. Restoranın mətbəxində olan seyfin açarını ona restoranın sahibi Natiq müəllim həvalə etmişdir. Seyfin açarı daimi olaraq məndə olmuş, əksinə olaraq pulu hər kəsə o, vermişdir.Restoranda işləyən zaman Natiq müəllimdən xidməthaqqının köçürülmə yolu ilə edilməsi zamanı onlara kart hesabı lazım olduğunu dedikdə o, özü ona öz kart hesabına köçürülməsini demişdir. O, da bu səbəbdən köçürmə yolu ilə pul ödəmək istəyən müştərilərə öz kart hesabını vermişdir. Bir neçə dəfə isə olub ki, kart limiti dolduğuna görə həmin pullar Natiqin hesabına köçürülmüşdür. Onun hesabına köçən pulların hamısını nağd şəkildə kassaya mədaxil etmişdir. O, restorandan gedən zaman onda heç kimin pulu olmamışdır. Restorandan gedəndə onda yalnız seyfdən götürdüyü 1000 manat pul olmuşdur. “Helenendrof” ailəvi istirahət mərkəzində oranın sahibi Şahid1la şifahi razılaşma əsasında işləmişdir. Lakin aralarında heç bir müqavilə olmamışdır. Əlavə olaraq bildirmişdir ki, restorana gələn müştərilərdən kart hesabına köçürülmə yolu ilə əldə etdiyi pulların hesabatı restoranda olan kompyuterdə, əlyazma dəftərdə, otel rezervasiyasının siyahısında və Natiqin oğlunun vatsapında var. Hal-hazırda zərəri tam olaraq ödəmiş və zərərçəkmiş şəxslə barışmışdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki,2013-cü ildən 2022-ci ilin avqust ayınadək Şahid1 məxsus olmaqla, Göygöl rayonunun Aşıqlı kəndi ərazisində yerləşən “Helenendorf adlı restoranda administrator (inzibatçı) işləmişdir. 2022-ci ilin avqust ayından isə oradan işdən çıxmışdır. Təqsirləndirilən şəxs həmin restoranda 2022-ci ilin iyun ayının əvvəllərindən işləməyə başlamışdır. Belə ki, onun yaşamağa evi olmadığı üçün o, həm orada görülən işlərdə onlara köməklik edir, həm də gecələr orada qalmışdır. Lakin, restoranda təmir işləri getdiyi üçün onlara hər hansı qonaq qəbul edə bilməmişlər. O, Təqsirləndirilən şəxs və digərləri restoranda görülən təmir işlərinə köməklik etmişlər. Restoranın 15 iyul 2022-ci il tarixdən fəaliyyətə başlamasını planlaşdırmışlar. Təqsirləndirilən şəxsla arasında olan şifahi razılığa əsasən isə restoran fəaliyyətə başladıqdan sonra o, qonaqların qarşılanması, yerləşdirilməsi, restoranın sosial şəbələrdə reklam edilməsi kimi işləri həyata keçirməli iimiş. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs hər hansı maliyyələşmə işinin aparılması, restorana gələn gəlirləri hesablamaq, həmin gəlirlərə dair sərəncam vermək, müştərilər tərəfindən edilən ödənişləri qəbul etmək, işçilərin maaşını ö dəmək kimi səlahiyyəti olmamışdır. Restoran yerləşən otaqların açarları və ona məxsus seyfin açarı həmişə restoranın mətbəxində divardan asılı vəziyyətdə olmuşdur. Restoran fəaliyyətə başladıqdan sonra restorana gələn müştəriləri yerləşdirmək üçün otağın açarını onun icazəsi ilə Kamranın və ya digər hansısa işçinin götürməsi nəzərdə tutulmuşdur. İçərisinə pul və digər sənədlərin yığılması nəzərdə tutulmuş seyfi isə ondan başqa nə Kamranın, nə də digər hansısa şəxsin açmaq səlahiyyəti olmamışdır. Restoran fəaliyyətə başlamadığı üçün açarları müvəqqəti olaraq mətbəxdə saxlamışdır. Restoranda gedən təmir işləri zamanı restoranın sahibi Şahid1 isti havalarda restoranın terrasında yerləşdirilməsi üçün bir neçə ədəd stol hazırlatmışdır. Həmin stolların hazırlanması üçün və ustaya isə ümumilikdə 4235 manat məbləğində pul verilməli olmuşdur. Restoranın sahibi Şahid1 2022-ci ilin iyun ayının sonlarında həmin məbləğdə pulu ona stolları hazırlayan usta restorana gəldikdə ona ödəniş etməsi üçün vermişdir. Lakin, usta bir neçə gün gecikdiyi üçün pulu restoranın mətbəxində yerləşən seyfə qoymuşdur. Təqsirləndirilən şəxs icazəsiz və qanunsuz olaraq həmin seyfi açıb 4235 manat məbləğində pulu götürmüşdür. İfadəsində də qeyd etdiyi kimi restoran 15 iyul 2022-ci il tarixdən fəaliyyətə başlamalı olmuşdur. 2022-ci ilin aprel ayından həmin vaxta kimi isə orada təmir işləri aparılmışdır. Ona görə də restoran hər hansı müştəri qəbul etməmişdir. Lakin, onlar 15 iyul 2022-ci il tarixdən fəaliyyətə başlamağı planlaşdırdıqları üçün həmin tarixdən etibarən restoranda yerləşən otaqlarda gecələmək istəyən qonaqların əvvəlcədən qeydiyyatını aparmış, həmin müştərilərin onlayn ödənişləri isə Təqsirləndirilən şəxs istifasində olan ona məxsus karta köçürülmüşdür. Belə ki, Kamran müştərilərin onlayn ödənişlərini qəbul etmək üçün kart hesabının açılmasını təklif etmişdir. Onun isə belə bir kartı olmadığını üçün ödənişlərin Kamrana məxsus karta köçülürməsi, daha sonra isə oradan məxaric edilməsi barədə razılşamışlar. Lakin, o, Kamrana həmin ödənişlər barədə hər hansı sərəncam vermək səlahiyyəti verməmişdir. Təqsirləndirilən şəxs restoran faəliyyətə başladıqdan sonra oraya gəlmək üçün əvvəlcədən qeydiyyata alınmış ayrı-ayrı müştərilərdən müxtəlif vaxtlarda 421 manat, 100 manat, 200 manat, 100 manat, 100 manat və 200 manat olmaqla, ümumilikdə 1021 manat məbləğində pulu da əldə etdikdən sonra ona verməmiş, həmin məbləğdə pulu ələ keçirmişdir. Qeyd etdiyi kimi həmin restoran faəliyyətə başlamadığı üçün nə Kamranla, nə də digər işçilərlə əmək müqaviləsi bağlamamışdır. Hazırda da bildirdiyi kimi otaqların və seyfin açarı restoranın mətbəxində olmuşdur. Seyf ona məxsus olduğu üçün həmin seyfi ondan başqa kiminsə açmaq səlahiyyəti və icazəsi olmamışdır. Lakin, restoran fəaliyyətə başlamadığı, seyfin içərisində də əksər vaxt pul və ya digər hansısa sənəd olmadığı üçün açarları üzərində deyil, mətbəxdə saxlamışdır. Kamranın icazəsiz və qanunsuz olaraq seyfdən götürdüyü 4235 manat məbləğində pulu isə bir neçə gün öncə seyfə qoymuşdur. Odur ki, ilkin ifadəsində fikrini düzgün ifadə etmədiyinin nəzərə alınmasını xahiş etmişdir. Şahid2 onun qardaşıdır. O, da digərləri kimi restoranda gedən təmir işlərində onlara köməklik etmişdir. Lakin, onun göstərdikləri düzgün deyildir. Belə ki, restoran fəaliyyət göstərmədiyi üçün hər hansı hesabat da aparılmamışdır. Ehtimal edir ki, o, restoranda təmir işləri aparan şəxslərə yemək hazırlanması üçün alınan ərzağa xərclənmiş pulların hesabatını nəzərdə tutmuşdur. Bir daha bildirmişdir ki, qardaşı olmasına baxmayaraq nə Orxanın, nə Kamranın, nə digər hansısa şəxsin həmin seyfi açmaq və oradan hansısa məbləğdə pul götürmək icazəsi və səlahiyyəti olmamışdır.Təqsirləndirilən şəxs “Helenendorf” restoranının 28 may 2022-ci il tarixdən fəaliyyətə başlamasını, restoranın maliyyə xərclərinə özünün nəzarət etməsini, restoranın gündəlik ərzağının onun tərəfindən alınmasını, ona məxsus seyfi onun da açmaq, oradan pul götürmək və ya oraya pul qoymaq səlahiyyətinin olmasını, həmin seyfin açarlarının isə onda olmasını göstərməsinə münasibəti barədə verilmiş sualı cavablandırarkən bildirmişdir ki, Kamranın göstərdikləri həqiqətə uyğun deyildir, o, məsuliyyətdən yayınmaq üçün həmin sözləri deyir. Restoran fəaliyyət göstərmədiyi halda oraya bazarlıq edilməsi zərurəti də olmamışdır. Lakin, o, hər gün restoranda təmir işləri aparan şəxslərə bazarlıq etmişdir. Kamran da həmin bazarlığı nəzərdə tutur. Bundan başqa isə restoran fəaliyyət göstərsə belə, orada müdir və administrator o, olmuşdur və bütün xərclərə nəzarəti də o, həyata keçirmişdir. Kamranın işi qonaqları qarşılamaq, yerləşdirilməsini təşkil etmək, restoranın sosial şəbəkələrdə reklamını həyata keçirməkdən ibarət olmuşdur. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Göygöl rayonunun Aşıqlı kəndi ərazisində yerləşən “Helenendorf restoranı Şahid1 məxsus olsa da qardaşı Zərərçəkmiş şəxs həmin restoranın etibarnamə əsasında işlətmişdir. 2022-ci ilin aprel ayından restoranda təmir işləri getmiş, o da həmin təmir işlərində qardaşına köməklik üçün oraya getmişdir. Təqsirləndirilən şəxs da onun və digərləri kimi orada təmir işlərinə köməklik etmişdir. Restoranda müdir, yəni administrator qardaşı Tamerlan olduğu üçün bütün səlahiyyətlər də onda olmuşdur. Restoran fəaliyyət göstərmədiyi üçün qonaqları qəbul edə bilməmişlər. Buna baxmayaraq, təmir işləri aparan şəxslərə gündəlik bazarlıq edilmişdir. Həmin bazarlığı əksər vaxt Tamerlan özü etmişdir. Bazarlığın pulu isə Şahid1 tərəfindən ödənilmişdir. Bəzən Tamerlan orada olmadığı vaxtlarda bazarlıq üçün lazım olan pulu Şahid1 Kamrana verirmiş. Lakin, Kamranın orada digər hansısa səlahiyyətləri olmamışdır. Qeyd etmişdir ki, Şahid1 Kamranı işə qəbul edərkən orada olmuşdur. Həmin vaxt Şahid1 Kamranla söhbət edərək restoran fəaliyyətə başladıqdan sonra onun işinin qonaqları qarşılamaq, yerləşdirilməsini təşkil etmək, eləcə də sosial şəbəkələrdə restoranın reklamını həyata keçirməkdən ibarət olacağını bildirmişdir. Həmin vaxt Şahid1 Kamran hansı məbləğdə ödəniş edəcəyi və ya əməkhaqqı verəcəyi barədə hər hansı söz deməmişdir. 02 iyul 2022-ci il tarixdə isə məlum olmuşdur ki, Kamran qardaşı Tamerlana məxsus olan seyfin içərisindəki pulu götürüb restoranı tərk etmişdir. Verilmiş sulların mahiyyəti üzrə bildirmişdir ki, hazırda qeyd etdiyi kimi restoran fəaliyyət göstərmədiyi üçün hər hansı hesabat aparılmamışdır. Lakin, təmir işlərini görən şəxslərə gündəlik bazarlıq edilmişdir. Həmin bazarlığı’isə əksər vaxtlar Tamerlan etmişdir. Bəzən Tamerlan olmadıqda, Şahid1 bazarlığın pulunu Kamrana vermişdir. Bazarlıq edildikdən sonra isə Şahid1 bu barədə məlumat verilmişdir. Odur ki, əvvəlki ifadəsində həmin hesabatı nəzərdə tutmuşdur. Lakin, nə Orxanın, nə Kamranın, nə digər hansısa şəxsin qardaşı Tamerlana məxsus seyfi açmaq və oradan hansısa məbləğdə pul götürmək icazəsi və səlahiyyəti olmamışdır. Bundan başqa, həmin restoranda maliyyə işlərinə nəzarəti qardaşı Tamerlanda etmişdir. Kamranın belə səlahiyyəti isə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, tanışı Şahid1 məxsus Göygöl rayonu Aşıqlı kəndində yerləşən “Helenendorf” ailəvi istirahət mərkəzində qeyri-rəsmi olaraq təsərrüffat işlərinə nəzarət edir. Həmin obyekti Şahid1 bacısı oğlu Zərərçəkmiş şəxs icarə əsasında işlədir. 2022-ci ilin may ayının əvvəllərində obyektə Kamran adlı yeni işçi gəlmişdir. Kamran obyektdə adminstrator vəzifəsində işləmişdir. Kamranın işi qonaqları qarşılamaq, sifarişləri qəbul etmək, qonaqları yerləşdirmək və sair olmuşdur. Bundan başqa gündəlik xərclərlə bağlı hesabatları da Kamran aparmışdır. Təsərrüfat işləri ilə bağlı da pul lazım olduqda bu barədə Kamrana deyir, Kamran mənə pul verir, o, isə aldığım əşyaların qəbzlərini Kamrana verirmiş. 02 iyul 2022-ci il tarixdə isə məlum olmuşdur ki, Kamran mətbəxdə olan seyfdəki pulları oğurlayıb qaçıb getmişdir. Təqsirləndirilən şəxs obyektin gündəlik xərclərinə nəzarət edir, gündəlik xərclərlə bağlı olan pullar Kamranda olurmuş. Obyektin işləri ilə bağlı pul lazım olduqda hamı Kamrana deyir və pulu Kamran verirmiş. Lakin Kamranın seyfə daxil olmaq kimi hüququnun olub-olmaması barədə heç bir məlumatı yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Göygöl rayonu Aşıqlı kəndi ərazisində yerləşən “Helenendorf” restoranı ona məxsus olsa da həmin restoran Zərərçəkmiş şəxs tərəfindən etibarnamə əsasında işlədilmişdir. Lakin, 2022-ci ilin aprel ayından orada təmir işləri getdiyi üçün restoran fəaliyyətə başlamamışdır. O, restoranın 15 iyul 2022-ci ilin tarixdən fəaliyyətə başlamasını planlaşdırmışdır. Təqsirləndirilən şəxs ilə onun və Zərərçəkmiş şəxs arasında olan şifahi razılığa əsasən, restoran fəaliyyətə başladıqdan sonra o, qonaqların qarşılanması, qonaqların yerləşdirilməsinin təşkili, restoranın sosial şəbəkələrdə reklam edilməsi işlərini həyata keçirməli imiş. Restoranın bütün maliyyə nəzarəti isə Zərərçəkmiş şəxs olmuşdur. O və Zərərçəkmiş şəxs hər hansı formada Təqsirləndirilən şəxs maliyyə nəzarətini həyata keçirmək, restorana edilən ödənişlərlə bağlı sərəncam vermək səlahiyyəti verməmişlər. Restoranda həmin işlər üzrə tam səlahiyyətli və məsuliyyət daşıyan şəxs Zərərçəkmiş şəxs olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs hər hansı icazəsi olmadığı halda, restoranın mətbəxində yerləşən seyfdən 4235 manat məbləğində pulu götürmüşdür. “Helenendorf restoranı 15 iyul 2022-ci il tarixdən fəaliyyətə başlamışdır. Həmin vaxtadək restoranda təmir işləri aparılmışdır. Bəzən oraya müştərilər gəlmək istəsə də onlara 15 iyul 2022-ci il tarixdən fəaliyyətə başlayacaqlarını bildirmişlər. Odur ki, həmin restoran 2022-ci ilin iyun ayında fəaliyyət göstərməmişdir. Qeyd etmişdir ki, restoranda gedən təmir işləri zamanı bir neçə ədəd stol düzəltdirmişdir. Həmin stolun düzəldilməsi və ustaya verilməsi üçün isə 4235 manat məbləğində pulu ustaya ödəməsi üçün Tamerlana vermişdir. Təqsirləndirilən şəxs seyfdən icazəsiz olaraq götürdüyü pul həmin pul olmuşdur. Əvvəlcə Kamranın həmin pulun hamısını, yoxsa bir hissəsini götürməsini bilmədiyi üçün ifadəsində Kamranın oğurladığı pulun məbləğini bilmədiyini göstərmişdir. Sonradan Tamerlan ona Kamranın həmin pulun hamısını götürməsini bildirmişdir. Kamranın qeyd etdikləri həqiqətə uyğun deyildir. Belə ki, restoran fəaliyyət göstərmədiyi üçün bazarlıq edilməsi zərurəti də olmamışdır. Təmir işləri aparan şəxslərə bazarlığı isə Tamerlan etmişdir. Bəzi hallarda həmin bazarlığın pulunu Tamerlana çatdırması üçün Kamrana vermişdir. Lakin, Kamranın seyfdən icazəsiz olaraq götürdüyü 4235 manat məbləğində pul hər hansı bazarlıq pulu deyil, restorana düzəldilmiş stollar üçün ödənilməli olan pul olmuşdur. Bundan başqa, Kamranın həmin seyfi açmaq, oradan hər hansı məbləğdə pul götürmək və ya oraya hər hansı məbləğdə pul qoymaq səlahiyyəti də olmamışdır. Kamran məsuliyyətdən yayınmaq və özünü müdafiə etmək üçün həqiqətə uyğun olmayan ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, ilkin araşdırma zamanı Göygöl rayonu Aşıqlı kəndində yerləşən “Helenendorf” ailəvi istirahət mərkəzinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinə əlavə edilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 02 iyul 2022-ci il tarixdə Göygöl rayonunun Aşıqlı kəndi ərazisində yerləşən “Helenendorf restoranın mətbəxində olan seyfdən 4235 manat pulu oğurlamasını Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu bir daha ifşa etmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, istintaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs öz ifadəsini bir daha təsdiq edərək Göygöl rayonunun Aşıqlı kəndi ərazisində yerləşən “Helenendorf restoranın mətbəxində olan seyfdən pul götürməsi ilə bağlı hadisə vaxtı davranışlarını əyani surətdə göstərmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş və onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu 02 iyul 2022-ci il tarixdə saat 06 radələrində qeyri rəsmi olaraq inzibatçı kimi işlədiyi Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Göygöl rayonu Aşıqlı kəndində yerləşən “Helenendorf” ailəvi istirahət mərkəzinin mətbəxində yerləşən saxlanc yeri hesab edilən dəmir seyfə açarseçmə üsulu ilə açıb qanunsuz saxlanc yerinə daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 4235 (dörd min iki yüz otuz beş) manat nəğd pulu gizli yolla talayıb işlədiyi istirahət mərkəzindən qaçıb gedərək Zərərçəkmiş şəxs 4235 (dörd min iki yüz otuz beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı CM-nin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakterli olmaqla şahid ifadələri, ekspert rəyləri və iş materialları ilə tamamilə təkzib olunan, işin faktiki hallarına uyğun olmayan ifadələrdir. İbtidai istintaq və məhkəmə baxışı dövründə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə ona istinad edilən əməli törətmədiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və eyni zamanda həmin hal iş materialları ilə öz təsdiqini tapmamış, əksinə iş materialları və şahid ifadələri ilə təqsirləndirilən şəxsin təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxs və şahid ifadələri “Helenendorf” ailəvi istirahət mərkəzinin mətbəxində yerləşən seyfin açarının Təqsirləndirilən şəxs olmamasını, sonuncunun seyfə daxil olmaq səlahiyyətinin olmamasını, Təqsirləndirilən şəxs seyfə qanunsuz yolla daxil olaraq orada olan 4235 pulu gizli yolla talayaraq oğurluq etməsini sübuta yetirir. Bundan başqa istintaq zamanı üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğölunun seyfə qanunsuz daxil olaraq ona məxsus 4235 manat nağd pulu oğurlamasını sonuncunun üzünə deyərək onu bir daha ifşa etmişdir. Təqsirləndirilən şəxs ifadəsində seyfdən 1000 manat pul götürməsini bildirməsi xüsusatı onun öz qanunsuz əməlinə hüquqi don geyindirmək istəməsi kimi qiymətləndirilməklə onun özünü müdafiəsi xarakteri daşıyır. Bütün sadalanan hallara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsiilə ona istinad edilən cinayət əməlini törətməməsi həqiqi, obyektiv ifadə kimi qəbul olunmamalı, ifadədə göstərilən xüsusatlar özünün müdafiəsinə yönəlməklə cinayət məsuliyyətindən və cəzadan kənarda qalmasına hesablanmışdır. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs zərəri tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 may 2023cü il tarixdən 08 avqust 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdən 08 avqust 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə şəhəri ünvan 1 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-79/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 08 avqust 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdən 08 avqust 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə şəhəri ünvan 1 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №1(066)-79/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-79/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver