Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-79/2024 29.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X6 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakı ilə 05 fevral 2000-ci ildə ildə Gəncə şəhəri Hacıkənd qəsəbəsində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" MMC-də usta işləyən, əvvəllər məhkum edilməmiş, Kəlbəcər rayonu Nəcəfalı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Yeni Qəsəbə-2, küçə 11, mənzil 102-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə saat 04 radələrində Göygöl rayonu Yeni Zod kəndi ərazisində olan “Alma Bağı” deyilən yaylaqda açıq ərazidə yerləşən Zərərçəkmiş şəxs məxsus alaçıqdakı bir ədəd 2500 (iki min beş yüz) manat dəyərində dəmir konstruksiyalı olacaq, bir ədəd 500 (beş yüz) manat dəyərində dəmir metaldan olan su çəni, bir ədəd 300 (üç yüz) manat dəyərində aliminium materialdan olan su çəni, dörd ədəd hər biri 50 (əlli) manat olan heyvanların su içməsi üçün nəzərdə tutulmuş su novu, bir ədəd 30 (otuz) manat dəyərində əl arabası, hər biri 35 (otuz beş) manat olan üç top metal tor hasar, bir ədəd 100 (yüz) manat dəyərində dəmir oturacaq və 80 (səksən) manat dəyərində 150 (yüz əlli) metr aliminium naqil gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3815 (üç min səkkiz yüz on beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri Kəpəz rayonu Yeni Qəsəbə 2 küçə 11, ev 102-də ailəsi ilə birlikdə yaşayır, subaydır, "xxxx" MMC-də usta işləyir. Mahiyyət üzrə bildirmişdir ki, faktiki olaraq Gəncə şəhəri, Yeni Qəsəbə-2, küçə 11, mənzil 102-də yaşasa da yay ayalarında isə Göygöl rayonu Yeni Zod kəndi ərazisində “Alma bağı” deyilən yerdə yerləşən özlərinə məxsus alaçıqda olur, orada maldarlıqla məşğul olur. Alma bağında onlarla yaxınlıqda isə Zərərçəkmiş şəxs məxsus alaçıq var, onlar da məcburi köçkündür və onlar da yay aylarında həmin alaçıqda yaşayıb mal-qaraya baxırlar. 2023-cü ilin noyabr ayının sonlarında borcları yaranmışdır və Alma Bağı deyilən yerdə Umudun alaçığının yanından keçib öz alaçıqlarına tərəf getdikdə həmin alaçığın dəmirdən olmasını görüb, oradakı dəmir əşyaları yığıb aparıb satmaq qərarına gəlmişdir. Əvvəllər Hüseyn adlı şəxsə bir neçə dəfə metal əşyalar satmış və buna görə də Hüseyni tanımışdır. Hüseynə zəng edərək ona Göygöl rayonu Yeni Zod kəndində dəmirlər olmasını, həmin dəmirləri aparıb satmağı demiş, lakin ona gündüzlər vaxtı olmadığını, gecə saatlarında dəmiri doğrayıb aparmaq lazım olmasını dedikdə Hüseyn axşam vaxtı gələ bilmədiyini demiş, səbəb isə gecə maşın sürə bilməməsini göstərmişdir. Həmin gündən təxminən 8- 10 gün keçdikdən sonra, yəni 07 dekabr 2023-cü il tarixdə təxminən saat 04 radələrində özü ilə generator və laqonda da götürüərək, özünə məxsus “Qaz 066” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Yeni Zod kəndi ərazisində olan “Alma Bağı” deyilən əraziyə getmiş, saat 05 radələrində Umuda məxus alaçıqda olan dəmir konstruksiyanı doğramış, bundan başqa əlinə keçən bütün dəmirləri avtomobilə yükləmişdir. Sonra avtomobillə Göygöl rayonu Murovdağ qəsəbəsinə getmiş, səhər tezdən Hüseynə zəng edərək ona Göygöl rayonu Murovdağ qəsəbəsinə çağıraraq dəmirləri almasını demiş, Hüseyn isə onunla razılaşmışdır. Həmin gün saat 08-09 radələrində Hüseyn də Göygöl rayonu Murovdağ qəsəbəsinə gəlmiş və öz avtomobilində olan dəmirləri Hüseynə məxsus “Qaz 3110” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmişlər. Onun avtomobili orada qalmış və Hüseynlə birlikdə Gəncə şəhərində yerləşən “Musayevin qaraji” deyilən metal qəbulu məntəqəsinə getmiş, orada dəmir metallar çəkilmiş, ümumi çəki 850 kiloqram olmuş və Hüseyn ona 342 manat pul vermişdir. Əldə etdiyi pulu isə öz borclarına vermiş və ehtiyacları üçün xərcləmişdir. Halhazırda törətdiyi əməldən peşman olmuşdur. Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəmiş, Zərərçəkmiş şəxs ondan şikayəti və tələbi də yoxdur. Məlum hadisələrlə əlaqədar Kəlbəcər rayonundan məcburi köckün düşmüşdür. Bütün bunları nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin cinayət işi üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi ev 114-də ailəsi ilə birlikdə yaşayır. Rəsmi iş yeri olmasa da səyyar formada gəzərək dəmir materialları alıb aldığı qiymətdən baha qiymətə metal qəbulu məntəqəsinə sataraq dolanır. X4 xeyli vaxtdır tanıyır, əvvəllər onunla alveri olmuş, ondan çox dəmir materialları almışdır. 2023-cü ilin oktyabr ayının sonlarından başlayaraq dekabr ayının əvvəllərinədək Elsəvər adlı şəxs ona zəng edərək Göygöl rayonu, “5 ulduz” deyilən yerdə ona məxsus dəmirdən otaq olduğunu və həmin otağı doğrayıb aparmaq lazım olduğunu demiş, o, Elsevərlə razılaşsa da gecə vaxtı maşın sürə bilməməsinə görə onun, gecə yarısı gedib dəmirləri doğrayaraq gətirməyini istədiyi üçün razılaşmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Elsəvər ona zəng edərək dəmiri Göygöl rayonu Murovdağ qəsəbəsinə gətirdiyini deyərək gedib oradan dəmirləri almağını demişdir. O, tezdən saat 09 radələrində idarə etdiyi “Volqa Qaz 3129” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göygöl rayonu Murovdağ qəsəbəsinə getmiş, Elsəvərin “Qaz 66” markalı avtomobili də orada dəmirlə dolu olmuşdur. Dəmirlər uqolnik, qara list, su bidonu, stol və sair şeylər olmuşdur. Orada Elsəvərlə birlikdə dəmirləri Elsəvərin “Qaz 66” markalı avtomobilindən onun idarə etdiyi avtomobilə yığmışlar. Elsevərlə razılaşmasına əsasən dəmirləri Gəncə şəhərində metal qəbulu məntəqəsinə aparıb, orada təhvil vermişlər. Orada dəmirləri çəkərək dəmirlərin çəkisinin 855 (səkkiz yüz əlli beş) kiloqram olduğunu müəyyən etmişlər və o, hər kiloqramına 40 (qırx) qəpik olmaqla Elsəvərə 332 (üç yüz otuz iki) manat pul vermişdir. Daha sonra Elsəvəri öz avtomobili ilə Göygöl rayonu “Azpetrol” YDM-nin yanına gətirərək yola salmış və o, çıxıb getmişdir. O, Elsəvərdən aldığı həmin dəmirlərin oğurluq olduğunu bilməmişdir, əvvəllər də Elsevərdən dəmirlər almasına görə ona inanmışdır. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə Zərərçəkmiş şəxs iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş zərərçəkmiş şəxs X1 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, Gəncə şəhəri Yeni Qəsəbə 2, küçə 6 ev, 65-də ailəsi ilə birlikdə yaşayır. Yaşadığı qəsəbədə fermer təsərrüfatı var, yay aylarında isə təsərrüfatını Göygöl rayonu Yeni Zod kəndi ərazisində “Alma bağı” deyilən yerə köçürür. Həmin ərazidə özünə məxsus yay aylarında müvəqqəti qalmaq üçün tavanı taxtadan, ümumi konstruksiyası isə dəmirdən olan uzunluğu 8 metr, eni 5 metr, ön hissədən 4 metr, arxa hissədən 3 metr olan otaq düzəltmişdir. Bundan başqa həmin yerdə maldarlıqla məşğul olmaq üçün su çəni, dəmir novlar və sair əşyalar olmuşdur. 2023-cü ilin aprel ayında hər il kimi təsərrüfatı yaylağa köçürmüşlər, yayı orada keçirmişlərr, 27 noyabr 2023-cü il tarixdə isə təsərrüfatı yaylaqdan çıxarmışlar. Bundan sonra onlardan yaylaqda heç kim qalmamışdır. 03 yanvar 2024-cü il tarixədə gəzinti üçün Göygöl rayonu Yeni Zod kəndi ərazisində yerləşən yaylaq yerinə gedən zaman orada dəmir metaldan hazırlanmış otağının sökülərək naməlum şəxslər tərəfindən oğurlanmasını görmüş, baxış keçirdikdən sonra ona məlum olmuşdur ki, ərazidən 8x5 m ölçüdə dəmir konstruksiyadan olan olacaq, bir ədəd dəmir metaldan olan bir tonluq su bakı, bir ədəd 300 litirlik alminum su çəni, 4 ədəd 2,5 metr uzunluğunda dəmir metaldan hazırlanmış heyvanların su içməsi üçün qablar (nov), bir ədəd dəmir əl arabası, 3 top metal tor hasar, 2,5 metr uzunluğunda dəmir oturacaq və 150 metr uzunluğunda naqil oğurlanmışdır. O, bu barədə xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra isə Göygöl RPŞ-nin Sarısu PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3815 (üç min səkkiz yüz on beş) manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi, notarial qaydad təsdiq edilmiş ərizəsindən məlum olur ki, X8 ona vurduğu 3815 (üç min səkkiz yüz on beş) manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 03 yanvar 2024-cü il tarixli “hadisə yerinə baxışın keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Göygöl rayonun Yeni Zod kənd ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus oan üçün tavanı taxtadan, ümumi konstruksiyası isə dəmirdən olan uzunluğu 8 metr, eni 5 metr, ön hissədən 4 metr, arxa hissədən 3 metr olan otaqdır. Otağın dəmirdən olan konstruksiyası isə tamamilə sökülmüş vəziyyətdədir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 02 fevral 2024-cü il tarixli, 9/481 saylı rəyin nəticə hissəsində qeyd olunur ki,ekspertiza təyini haqqında qəararda göstərilən 6 adda malların orta istismar müddəti və orta istismar intensivliyi patametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 930 (doqquz yüz otuz) manat müəyyən olunur. Digər 2 adda mallar haqqında kifayət qədər məlumat (istehsal yeri, istismar müddəti, ölcüləri və digər texniki göstəriciləri) olmadığı üçün həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Adı çəkilən Mərkəzin ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatların ümumi dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Kəlbəcər rayonu İcra Hakimiyyəti Başçısının Kəlbəcər rayonu Comərd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq Kəlbəcər rayonu İcra Hakimiyyəti Başçısının Kəlbəcər rayonu Comərd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş 03 aprel 2024-cü il tarixli arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Əlizadə X5 rayonu Comərd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərkibinə daxil olan Nəcəfalı kənd sakini olmaqla, Kəlbəcər rayonundan məcburi köckün olmaqla, Gəncə şəhəri, Yeni Qəsəbə-2, küçə 11, mənzil 102də müvvəqəti məskunlaşmışdır. Cinayət işinə əlavə edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 19 iyun 2024-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilən 08 yanvar 2024-cü il tarixli “şühbəli şəxsin tutulması haqqında protokoldan” məlum olur ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə saat 20:00-da şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilən 10 yanvar 2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında qərardan” məlum olur ki, Təqsirləndirilən şəxs haqqında 10 yanvar 2024-cü il tarixdə saat 17:40-da “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o həbsdən azad edilmişdir. Cinayət işinə əlavə edilən “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi” haqqında 17 iyun 2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə saat 04 radələrində Göygöl rayonu Yeni Zod kəndi ərazisində olan “Alma Bağı” deyilən yaylaqda açıq ərazidə yerləşən Zərərçəkmiş şəxs məxsus alaçıqdakı bir ədəd 2500 (iki min beş yüz) manat dəyərində dəmir konstruksiyalı olacaq, bir ədəd 500 (beş yüz) manat dəyərində dəmir metaldan olan su çəni, bir ədəd 300 (üç yüz) manat dəyərində aliminium materialdan olan su çəni, dörd ədəd hər biri 50 (əlli) manat olan heyvanların su içməsi üçün nəzərdə tutulmuş su novu, bir ədəd 30 (otuz) manat dəyərində əl arabası, hər biri 35 (otuz beş) manat olan üç top metal tor hasar, bir ədəd 100 (yüz) manat dəyərində dəmir oturacaq və 80 (səksən) manat dəyərində 150 (yüz əlli) metr aliminium naqil gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3815 (üç min səkkiz yüz on beş) manat ziyan vurmaqla oğurluq etməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, cinayət əməlini etiraf etməklə, səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, məcburi köckün olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməmli törətməsini, cinayət əməlini etiraf etməklə, səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, məcburi köckün olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, onun daimi iş yeri olmaqla, "xxxx" MMC-də usta işləməsini, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, onun barəsində 10 yanvar 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günü dörd gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü 04 (dörd) gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq islah işləri cəzasından həmin müddətin çıxılmaqla, üzərində islah işləri cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun qazancından tutulmaların başlandığı vaxtdan hesablanmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmasını, ekspertiza xərclərini təşkil edən 50 (əlli) manat pulun Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ona tamamilə ödənilsi nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi subut, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il, 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şühbəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunmuş, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il, 06 (altı) ay müddətə islah işləri cəzasından 08 (səkkiz) gün çıxılmaqla, üzərində aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il, 05 (beş) ay, 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını əsas iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ona tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məhkəmə (ekspertiza) xərci tutularaq Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba-dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(066)-79/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-79/2024
29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver