Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-8/2024 23.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, onun müdafiiəçiləri X4 və X1, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ağa Sultanov küçəsi ev 76-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin fevral ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs məcburi köçkün statusu olmasına görə 6000 (altı min) manat qarşılığında Bakı şəhərində dövlət tərəfindən verilən sosial evlə təmin etdirəcəyi barədə yalan vədlər verib inandıraraq Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evdə sonuncunun 6000 (altı min) manat nağd pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Ağa Sultanov küçəsi ev 76-da yaşayır, heç bir yerdə işləmir. Evli olub ayrılmışdır, 2 nəfər azyaşlı uşağı onun yanında və himayəsində olmaqla onları təkbaşına böyüdür. Göygöl rayonu Üçtəpə kənd sakini Zərərçəkmiş şəxs 2022-ci ilin dekabr ayının sonlarından tanıyır. Belə ki, onunla Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın doğum şöbəsində tanış olmuşdur. Həmin vaxt üçüncü övladını dünyaya gətirmişdir. Şövkətin isə nəvəsi doğulmuşdur və xəstəxanada qızının yanına gəlib-gedən zaman münasibəti yaranmışdır. Şövkətdən uşaq baxıcısı kimi onun oğlu Fərid Xəlilova müvəqqəti baxmasını xahiş etmişdir. Şövkət onunla razılaşmışdır. O, uşağını Şövkətin yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evə gətirib ona təhvil vermişdir. Tez-tez özü də onlara gəlib uşağına baş çəkmişdir. Hətta arada onlarda da qalmışdır. 2022-ci ilin fevral ayının sonlarına kimi oğlu Şövkətdə qalmışdır. Həmin dövrlərdə onun maddi imkanı çox pis olmuş və xeyli borcu yığılmışdır. Fevral ayının əvvəllərində Şövkətlə söhbət əsnasında onun təqaüd almasını bilmiş və ona təqaüdünü 200 manat pul qarşlığında daimi etdirə biləcəyini demişdir. Bu barədə Şövkətə vədlər verib ondan 200 manat pul alıb öz ehtiyacları üçün xərcləmişdir. Fevral ayının sonlarında ona yenidən pul lazım olmuş və o, Şövkətə məcburi köçkün olması ilə əlaqədar olaraq ona Bakı şəhərində dövlət tərəfindən verilən sosial evlə təmin etdirəcəyim barədə vədlər vermişdir. Şövkəti bu barədə inandırıb ondan bunun üçün 6000 manat pul lazım olduğunu demişdir. Həmin vaxt Şövkətlə münasibəti yaxşı olmuş və Şövkət onun sözlərinə inanmışdır. 2022-ci ilin fevral ayının sonlarında dəqiq xatırlamadığı tarixdə Şövkətin yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evdə ondan 6000 manat pul almışdır. Şövkət 6000 manat pulu ona vermiş, həmçinin ona pulun verilməsi ilə bağlı nəsə rəsmi sənəd istədiyini demişdir. Onun təklifi əsasında pulun bank yolu ilə almağını təsdiq edən qəbz əldə etmək üçün Gəncə şəhəri, şəhərində yerləşən “Beynəlxalq Bank”a getmişlər. Yolda da Şövkətin əri Ruhlan gəlib onlara qoşulmuşdur. Onlar birlikdə bankda olan zaman 6000 manat pulun köçürülməsinin 2000 manatdan olmaqla 3 dəfəyə mümkün olduğunu, hər köçürmə üçün ayrıca rüsum tutulacağını demişlər. Onlar isə buna razı olmamışdır. 07 mart 2023-cü il tarixdə isə uşağını da götürüb yaşadığı evə getmişdir. Bir neçə müddət keçdikdən sonra Şövkətə verdiyi vədləri yerinə yetirməmiş, Şövkət isə pulunu istəmişdir. 18 iyun 2023-cü il tarixdə Şövkətin evində olan zaman onun pulunu hələ ki, verə bilmədiyini, pulu ayın sonunadək verəcəyini demişdir. Şövkət isə ona öz əlyazması ilə bu barədə qeyd aparmağını demişdir. O, da özü əlyazma ilə yazaraq ona pulu ayın sonunadək yazacağını bildirmişdir. Lakin bir müddət də keçmiş və o, pulu qaytara bilməmişdir. Sonradan isə Şövkət barəsində şikayət etmiş və op, Göygöl RPŞ-nin Təhqiqat bölməsində araşdırma zamanı Şövkətə 500 manat pul qaytarmışdır. Hal-hazırda əməlindən peşman olmuşdur. Himayəsində 2 nəfər azyaşlı uşaq vardır, onları təkbaşına böyüdür. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilərsə, az müddət ərzində Zərərçəkmiş şəxs vurduğu ziyanı ona tamamilə ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs, şahid ifadələri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Göygöl rayonu Üçtəpə kəndində ailəsi ilə birlikdə yaşayır. Üçüncü qrup əlil olduğu üçün təqaüd alır. 2021-ci ilin yanvar ayında qızı Gəncə şəhəri, Abbas Səhhət xəstəxanasında yatan zaman orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Qızı xəstəxanadan çıxdıqdan sonra Təqsirləndirilən şəxs onlara gəlib onlarda qonaq kimi qalmışdır. O, Nərgizin uşağına baxmışdır. Təqsirləndirilən şəxs iki ay yeddi gün onun evində qalmışdır. 2022-ci ilin fevral ayının əvvəllərində Nərgiz onun evində olan zaman söhbət əsnasında onun 3-cü qrup əlilliyə görə təqaüd aldığını bildikdə və həmin təqaüdü müddətlikdən çıxarıb daimi etdirə biləcəyini deyib yalan vədlər vermişdir. Təqsirləndirilən şəxs təqaüdü 200 manata daimi etdirəcəyini demiş, o, da ona inanmış və yaşadığı evdə ona 200 manat pul vermişdir. Təqaüdünü bir-iki aya daimi etdirəcəyini demişdir. Bir neçə gün sonra Nərgiz onlarda qalan ərəfədə söhbət əsnasında ona məcburi köçkün olduğu üçün Bakı şəhərində sosial ev almağa gücü çatdığını, bunun üçün pul lazım olduğunu demişdir. Onun da evə ehtiyacı olmuşdur. O, Nərgizin həmin vədlərinə inanmış və ev almağın neçəyə başa gəlməsini soruşmuşdur. Nərgiz evi 6000 (altı min) manata ala biləcəyini demişdir. 2022-ci fevral ayının sonlarında Nərgiz ondan pulu istəmişdir.O, isə Nərgizə yaşadığı evdə 6000 (altı min) manat pul vermişdir. Təqsirləndirilən şəxs demişdir ki, “pulu sənə verməyim barədə əlimdə rəsmi sənəd olmasını istəyirəm”. Təqsirləndirilən şəxs ilə Gəncə şəhərində yerləşən “Beynəlxalq Bank”a getmiş, bankda pulu Nərgizin adına köçürmə edib qəbzi özündə saxlamaq istəmişdir. Lakin Nərgiz bank əməkdaşı ilə danışdıqdan sonra pul üçün komissiya tutulacağını, 6000 (altı min) manat pulu 2000 (iki min) olmaqla 3 dəfəyə köçürmə ediləcəyini, bunun üçün də xeyli faiz tutulacağını demişdir. Həmçinin ev almaq barədə vədinə əməl edəcəyini təkrar-təkrar deyib onları inandırmışdır. Bundan sonra Nərgiz çıxıb getmişdir. Həmin gün axşam Nərgiz onlara gəldikdə pulu göndərdiyini, 10 aprel 2022-ci il tarixdə evin açarını ona verəcəyini demişdir. 07 mart 2022-ci il tarixdə isə Nərgiz ümumiyyətlə onlardan çıxıb getmişdir. 10 aprel 2022-ci il tarixdə Nərgizlə əlaqə saxladıqda o, müxtəlif bəhanələrlə vədlər verərək evi alacağını demişdir. Lakin onun tərəfindən aldadıldığını başa düşmüş və pulunu Nərgizdən istəmişdir. 18 iyun 2022-ci il tarixdə isə Nərgiz ona əlyazma kağızda ayın axırına kimi pulu qaytaracağı barədə qeyd yazıb vermişdir. Lakin bundan sonra da pulunu qaytarmamışdır. O, da məcbur qalaraq bu barədə Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Göygöl RPŞnin Təhqiqat bölməsində araşdırma aparılan zaman Nərgiz ona 500 manat pul ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilən Təqsirləndirilən şəxs tərəfindən yazılmış bir ədəd əlyazma yazı olan sənədin surətinə baxış zamanı müəyyən edilmişdir ki, sənədin yuxarı hissəsində Təqsirləndirilən şəxs aid şəxsiyyət vəsiqəsinin surəti yerləşir. Sənədin aşağı hissəsində isə “Mən Təqsirləndirilən şəxs 6000 min manat pulu bu ayın axırına kimi ya evin sənətini yada pulunuzu tam şəkildə yəni 6000 min manatı qaytaracağıma söz verirəm” yazısı var. Yazının altında sağ tərəfdə “İmza: Təqsirləndirilən şəxs xx.xx.2022, xx.xx.2022-ci il” yazısı var, imza sözünün qarşısında isə imza çəkilmişdir. Həmin imza Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsində olan imza ilə eynidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin fevral ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs məcburi köçkün statusu olmasına görə 6000 (altı min) manat qarşılığında Bakı şəhərində dövlət tərəfindən verilən sosial evlə təmin etdirəcəyi barədə yalan vədlər verib inandıraraq Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evdə sonuncunun 6000 (altı min) manat nağd pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tam təsdiq edilir. Onun törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətiin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxsnun adına tərtib etdiyi 26 iyul 2023-cü il tarixli tələbnamə-arayışdan, Goranboy Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 1(045)-63/2023 saylı qərarından və Daşkəsən Rayon Məhkəməsinin 1(030)-5/2024 saylı hökmündən görünür ki, Goranboy Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmişdir. Xəlilova X5 Rayon Məhkəməsinin 1(030)-5/2024 saylı hökmü əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında Göygöl Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1 (066)-102/2023 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlməkdən yayınmasına görə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon PŞ-nin 07 yanvar 2024-cü il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs 04 yanvar 2024-cü il tarixdə saxlanılaraq Göygöl Rayon PŞ-nin MSY-nə, oradan isə Gəncə şəhər 2 saylı İT-na yerləşdirilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər İH başçısının 3 nömrəli SİƏD nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ağa Sultanov küçəsi ev 76-da qeydiyyatda olmaqla, yaşayır. Cinayət işinin materiallarında olan Gəncə şəhər İH başçısının 3 nömrəli SİƏD inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgəəmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcıüsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxsnun barəsində cəzanı yüngülləşdirən hallar onun cinayət əməlini etraf edib,əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanın bir hissəsini ödəməsini, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, himayəsində və yanında olan 2 nəfər azyaşlı uşağı təkbaşına böyütməsini nəzərə alır. Təqsirləndirilən şəxsnun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxsnun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallarıonun cinayət əməlini etraf edib,əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanın bir hissəsini ödəməsini, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, himayəsində və yanında olan 2 nəfər azyaşlı uşağı təkbaşına böyütməsini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Göygöl rayonun və Gəncə şəhərinin ərazisində fərdi əməklə məşğul olmaqla, Gəncə şəhəri, Ağa Sultanov küçəsi ev 76-da qeydiyyatdadır və orada yaşayır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Daşkəsən Rayon Məhkəməsinin 1(030)-5/2024 saylı hökmü əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan qərardan məlum olur ki, təqsirləndirilən şəxs X10 04 yanvar 2024-cü il tarixdən, 26 iyul 2024-cü il tarixə kimi, 06 (altı) ay, 22 (iyirmi iki) gün müddətə bu cinayət iş üzrə barəsində seşilmiş qətimkan tədbirinin dəyişdirilməsinə görə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı 06 (altı) ay, 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi qüvvəsində saxlanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonun və Gəncə şəhəri ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs vurulan ziyanın ödənilməmiş hissəsi barədə mülki qaydada iddia qaldırmaq hüququ olması izah edilməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Ona Daşkəsən Rayon Məhkəməsinin 03 iyul 2024-ci il tarixli, 1(30)-5/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə hazırkı cəza ilə qismən toplamaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə 04 yanvar 2024-cü il tarixdən 26 iyul 2024-cü il tarixə kimi, 06 (altı) ay, 22 (iyirmi iki) gün həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 04 (dörd) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il, 01 (bir) ay, 14 (on dörd) gün çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 03 (üç) il, 04 (dörd) ay, 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə şəhəri ünvan 2 ünvanında yerləşən yaşayış yerini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin və Göygöl rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxsnun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Daşkəsən Rayon Məhkəməsinin 03 iyul 2024-ci il tarixli, 1(30)-5/2024 saylı hökmü ilə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs vurulan ziyanın ödənilməmiş hissəsi barədə mülki qaydada iddia qaldırmaq hüququ olması izah edilsin. Hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(066)-8/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-8/2024
23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver