Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-8/2025 27.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X8 Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə və iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə Göygöl şəhəri, Azay Kazımov küçəsi ilə “28 may” küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs məxsus yem və un məhsulları satılan mağazada fəhlə kimi işlədiyi zaman 2023-cü ilin yanvar ayından 27 dekabr 2023-cü il tarixədək olan müddət ərzində mağazada olan otaqda yerləşdirilmiş, içərisində pul saxlanılan rəfi özü ilə gətirdiyi açarla açmaq yolu ilə qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla vahid niyyətlə əhatə olunan davamlı qəsdlə, sonuncu dəfə 27 dekabr 2023-cü il tarixdə 200 manat olmaqla, qeyd edilən dövr ərzində hissə-hissə ümumilikdə 30.500 (otuz min beş yüz) manat nağd pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs göstərilən məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək və mülki iddianı qəbul edərək ifadəsində göstərdi ki, o, Göygöl rayonu Çaylı kəndində qeydiyyatda olsa da Göygöl şəhəri, Koroğlu küçəsi ev 39A-da ailəsi ilə birlikdə yaşayır, evlidir, 2009, 2010 və 2019-cu il təvəllüdlü 3 övladı var. Zərərçəkmiş şəxs tanıyır, onun Göygöl şəhəri, Azay Kazımov küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən, köhnə “Aynagül” restoranın işlədiyi yerdə yem və un məmulatları satılan mağazası vardır. Mağazada daimi olaraq 5 nəfər fəhlə olmuşlar. Mağaza gündəlik saat 09-dan 19 radələrinədək olan müddətdə açıq qalaraq alver edir, həmin yerdə müxtəlif şəxslərdən alınmış yem və un məhsullarının satışı həyata keçirilir. Alınan yem məhsulları mağazanın həyətində yerə tökülür. Fəhlələr olaraq həmin məhsulu un kisələrinə yığaraq mağazanın anbar rolunu oynayan tikilisinə daşıyıb yığır, həmin yerdən isə məhsullar kilo ilə çəkilərək satılır. 2020-ci ildən 2023-cü ilin dekabr ayınadək olan müddətdə Hikmətə məxsus həmin mağazada fəhlə işləmiş, həmin yerdə aylıq 190 manat müqabilində ayda 15 gün işləmişdir. Mağaza anbardan və anbarın içərisində təxminən 3x3 ölçülərdə olan otaqdan ibarətdir. Həmin otağın içərisində olan masanın iki ədəd rəfin içərisində Hikmət birində 1 manatlıq əskinaslarla olan pulları, digər hissədə isə satdığı məhsulun iri əskinaslarla olan pullarını saxlamış, hər iki rəfin üzərində kilit olsa da kilitlərin açarı sadə rəf açarları olmuşdur. 2023-cü ilin yay aylarında maddi çətinliyi olduğu üçün həmin yerdən pul oğurlamaq qərarına gəlmiş, bu məqsədlə özü ilə evdən sadə rəf açarı gətirib üzərində saxlamışdır. 2023-cü ilin iyun ayından başlayaraq işlədiyi mağazadan maddi imkansızlığına görə hissə hissə olmaqla xatırlamadığı tarixlərdə üzərində saxladığı sadə rəf açarı ilə həmin rəfi açaraq 50-300 manat aralığında olmaqla müxtəlif məbləğlərdə 6 ay ərzində xatırlamadığı məbləğdə pul oğurlamış, şəxsi istifadəsi üçün xərcləmişdir. Hesablama aparan zaman Hikmət ümumilikdə il ərzində 31.000 (otuz bir min) manat pulunun əskik olduğunu müəyyən edib oğurluq olmasından şübhələnmiş, həmin otağa Hikmət kamera qoysa da kamera pul saxlanan iki rəfdən sadəcə birini görə bilmiş, həmin rəf isə iri əskinaslarla pul saxlanan kamera olmuşdur. Bunu bildiyi üçün digər rəfdən, kameranın görmədiyi rəfdən pul oğurlamış, həmin rəfdə 1 manatlıq əskinaslarla bankdan götürülmüş bağlı pullar olduğu üçün Hikmət pulun əksik olmasını müəyyən edə bilməmişdir. 27 dekabr 2023-cü il tarixdə saat 10 radələrində mağazanın həyətində iş görməyə başladıqda pulların olduğu otağın boş olmasını görüb tualetə getmək adı ilə mağazanın içərisinə girmiş, həmin vaxtı kamera görən rəfi açdıqda 1 manatlıq rezinlə bağlanmış pulları və üzərində olan 100 manatlıq əskinası görüb oradan 100 manatı, digər rəfdən isə 1 manatlıq əskinaslarla ümumilikdə 100 manat pulu oğurlamışdır. 100 manatlıq əskinası siqaret qutusunun içərisinə, 1 manatlıq əskinaslarla olan ümumilikdə 100 manat pulu isə mağazanın içərisində olan kirli paltarlarının cibinə qoyaraq yenidən mağazanın həyətinə öz işinə qayıtmışdır. Həmin vaxt Hikmət və atası bayırda olsa da təxminən 15-20 dəqiqə sonra Hikmət onu içəri çağıraraq ondan birbaşa niyə oğurluq etdiyini soruşduqda ona ehtiyacı olmasını bildirmişdir. Hikmət nə qədər pul götürdüyünü dedikdə 100 manat pul oğurladığını etiraf etmişdir. Bundan sonra həmin pulu oğurladığı zaman qoyduğu siqaret qutusunun içərisindən çıxardaraq Hikmətə təqdim etmişdir. Hikmət bibisi Zəmanəni və oğlu Eltunu həmin yerə çağırmış, onları çağırmaqda məqsədi Zəmanə ilə qonşu olduğu üçün onun etdiyi əməli onlara bildirmək olmuşdur. Hikmət ondan ümumilikdə nə qədər pul oğurladığını soruşduqda ilk öncə 600 manat, inanmadıqlarını gördüyü üçün düzünü deyərək 3000 manat oğurladığını demişdir. Lakin bundan artığını oğurladığını dedikləri və Hikmətin atası İxtilatın əsəbləşdiyi üçün qorxmuşdur. Təzyiqli adam olduğu üçün səhhətində problem yaranacağını düşünərək 2 ay ərzində 5500 manat ondan qabaqkı aylarda isə hissə-hissə olmalqa eyni məbləğlərdə oğurladığını demişdir. Bundan sonra Hikmət telefonu vasitəsi ilə video görüntüyə alaraq eyni sözləri videoya da deməyini istədiyi üçün bunu eyni qaydada etmişdir. Növbəti günü yenidən mağazaya getdikdə həmin zaman isə oğurladığı pulun qarşılığında evini sataraq onlara verməyini istəmişlər. Bununla bağlı ailə üzvləri ilə danışsalar da ailə üzvləri buna razı olmamışdır. Oğurladığı puldan əlavə 650 manat Hikmətə borcu olmuşdur. Sadəcə pul oğurlamağı bilindiyi zaman etibarnamə əsasında ona məxsus olan 1974-cü ilin “Vaz 2107” markalı, nörmə nişanını xatırlamadığı avtomobilini 1000 (min) manat pula Hikmət vermişdir. Həmin avtomobili isə Hikmət sataraq pulunu özünə götürmüşdür. Həmin avtomobili isə Hikmətin dostu Sənaniyə etibarnamə əsasında satması üçün vermişdir. Zərərçəkmiş şəxs məxsus yem mağazasının kassasından 6 ay ərzində müxtəlif vaxtlarda, 50-300 manat aralığında kassanın kilidini özünə gətirdiyi adi rəf açarı ilə açmaqla oğurlamışdır. Dəqiq tarixlərini xatırlamır. Mağazada pullar saxlandığı yer iki otaqdan ibarət olmuş, digər otağa girərək paltarını dəyişdiyi üçün həmin yerə girməyə icazələri olsa da pul olan rəfə girişinə icazəsi olmamış, həmin rəfin qapağı kilidlə bağlı olmuşdur. Rəfi açdığı açarı Hikmətə vermişdir. Nalayiq ifadələrlə Hikmətin atası İxtilat onu təhqir etdiyi üçün ona qarşı təsir olunmasını bildirirsə də hərhansı zərbə vurmamış, onu döyməyə cəhd etməmiş, döyəcəyi ilə hədələməmişdir. Oğurluq etdiyindən əvvəllər heç kəsin xəbəri olmasa da sonradan oğurluq etdiyi bilindiyi üçün işçilərin xəbəri olmuşdur. Zərərçəkmiş şəxs məxsus yem mağazasından aldığı 190 manat və eyni yerdən yem boşaldıb yükləməklə bağlı əlavə aldığı məvacibdən başqa heç bir əlavə gəliri olmamışdır. Xərclədiyi pulu haradan əldə etməyini ailə üzvləri bilməmişdir. Zərərçəkmiş şəxs İxtilaf oğlunun ona qarşı “pul” tələbinə dair mülki iddiasını qəbul edir və müki iddianın təmin edilməsinə etiraz etmir. Əlavə olaraq bildirdi ki, 2023-cü ilin dekabrından əvvəl 2-ilə yaxın Hikmətin yanında işləmiş, onun işi yem doldurmaq və daşımaqdan ibarət olmuşdur. Pulu yem mağazasının kassasından götürmüşdür. Həmin kassa mağazada olan otaqda yerləşir. Onlara rəhbərlik edən olmuşdur. Onlar çöldə olan müddətdə o sürmədən oğurluq etmişdir. Kassanın sürməsi bağlı olmuş, lakin o adi mebel açarı ilə oranı açmışdır. O pul götürəndə mağaza sahibləri bilməmişdir. O müxtəlif miqdarlarda 50-100-200-300 manat məbləğində kassadan pullar götürmüşdür. Təxminən 2023-cü ilin 5 ayı ərzində oğurluq etmişdir. O sonuncu dəfə kassadan 100 manat götürəndə kameraya düşmüşdür. Ondan ilk öncə evini satdığa qoyub onlara dəymiş zərərin ödənilməsini istəmişlər, lakin sonra polisə vermişlər. O bəzən hər gün, bəzən isə 3 gündən bir kassadan pul götürmüşdür. İstintaqa tədqim edilmiş Cd disk çəkilərkə ona hər hansı təyziq olmamış, sadəcə təhqirəramiz sözlər olmuşdur. Onun pula ehtiyacı olduğu üçün götürmüşdür. Onun üç uşağı var. Hazırda hərəkətindən peşmançılıq çəkir. Onun rəsmi əmək müqaviləsi olmamışdır. Onu işə Zərərçəkmiş şəxs götürmüş və əmək haqqını da o vermişdir. Onun götürdüyü pullar mağazanın pulları olmuşdur. O ayda 190 manat əmək haqqı almışdır. O mağazadan sadəcə pul götürmüşdür. O pulu kassa deyilən sürmədən götürmüş, həmin kassaya Zərərçəkmiş şəxs nəzarət etmiş, o çöldə olan vaxt o kassadan pul götürmüşdür. Həmin kassadan 4-5 ay müddətinə pul götürmüş, kassa sayılmamış sadəcə arada bir dükan sayılmış, kassada olan pul müdiriyyət tərəfindən götürülmüşdür. İlk dəfə kassadan 100 manat götürmüş, ən çoxu isə bir dəfə 300 manat pul götürmüşdür. O kassadan pul götürərkən ehtiyyacına uyğun götürmüşdür. Fəhlələr də kassa olan otaqda yeməklərini yemişlər, lakin heç kəs kassaya toxunmamışdır. Onun hər gün pul götürdüyü vaxtlar da olmuşdur. Götürdüyü pulları şəxsi ehtiyacı üçün götürmüşdür. O mülki iddiada olan məbləğlə razılaşır və mülki iddianı qəbul edir. Məhkəmədən hazırda əməlindən peşiman olmasını, vurulmuş ziyandan beş min manat ödəniş etməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, himayəsində az yaşlı uşaqlarının olmasının və şəhid övladı olmasının, mülki iddianın təmin edilməsini və azadlıqda olaraq işləyib zərərçəkmiş şəxsin zərərini ödəmək istəməsini nəzərə alınaraq müdafiəçisinin də çıxışında göstərmiş olduğu qaydada ona azadlığın məhududlaşdırılması növündə cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş, ifadəsi məhkəmə prosesi zamanı iş üzrə tərəflərin etiraz olmadan elan olunaraq tədqiq edilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərilmişdir ki, o, Göygöl rayonu Hacıməlik qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Göygöl şəhəri, Azay Kazımov küçəsi ilə 28 May küçəsinin kəsişməsində yerləşən ona məxsus yem və un məhsulları satılan mağazası vardır. Mağaza ona məxsusdur. Həmin mağazada 4 nəfər işçi işləyir. Mağazanı gündəlik saat 09-dan 19 radələrinədək olan müddətdə açıq saxlayaraq alver edir, həmin yerə müxtəlif şəxslərdən yem və un məhsulları alaraq satışını həyata keçirir. Aliş veriş edən zaman xırda pul lazım olduğu üçün banklardan 1 manatlıq əskinaslar halında 1000 manat pul alaraq mağazada saxlayır. Həmin pulu və gündəlik alveri mağazanın içərisində olan təxminən 3x3 metr ölçülərdə otaqda yerləşdiridiyi rəfin bir sürməsinin içərisində saxlayır. Həmin sürmənin kapısı isə adi rəf açarı ilə açılıb-bağlanır. Gündəlik alverini mağazada saxladığı dəftərində qeyd etməsə də nisyə aldığı məhsulların pulunu qaytardığı zaman həmin pulları qeyd edərək əlində qalan pulu hesablayır. Gündəlik qazancı və bankdan ödəniş üçün götürdüyü xırda pulların qalığını isə axşamları evə gedəndə atası ilə birlikdə sayaraq hesablayır, nisyə götürdüyü məhsulun pulunu sayıb növbəti günü həmin şəxslərə vermək üçün rezin ilə bağlayıb kənara qoyur. Bir neçə dəfə özünün sayaraq atasına verdiyi və atasınında sayın dəqiqləşdirərək kənara qoyduğu pulları borc sahibinə verdiyi zaman 200-300 manat az olmasını müşahidə etsə də yalnışlıq ola biləcəyini düşünmüş, sonradan bu kimi halların, həmçinin əlində olan xırda pulların üzərindən gündəlik azalmasından şübhələnərək mağazada pul saxladığı hissədə olan kamerada olan görüntülərə baxmağa başladıqda, mağazada işçi olan Təqsirləndirilən şəxs həmin otağa girərək oradan pul götürməsini görmüşdür. Bir müddət ona heçnə demədən gözləmiş, bundan sonra 2023-cü il ilin sentyabr-oktyabr ayında mağazanın qazancını, alışverişi hesabladığı zaman iki ay ərzində 5500 (beş min beş yüz) manat kəsrinin olmasını müəyyən etmişdir. Növbəti üç ayın hesablamasını ciddi şəkildə etdiyi zaman il ərzində 5500 manatdan əlavə 25.000 (iyirmi beş min), manat kəsrinin olmasını, nisyə almış olduğu məhsulları satmış olsa da, həmin məhsulların pulunu ödəyə bilmədiyini müəyyən etmişdir. Bununla bağlı kassaya nəzarəti artıraraq kameralara baxdıqda xx.xx.2023-cü il tarixdə mağazada işçi olan Təqsirləndirilən şəxs kassadan 1 ədəd 100 manatlıq əskinasla olan pulu götürməsini müəyyən etmişdir. Həmçinin eyni gün Vüsalın kamera görüntüsünə düşməyən digər kassa rolunu oynayan rəfdən 1 manatlıq əskinaslarla olmaqla 100 manat pulu götürməsini müəyyən etmişdir. Bununla bağlı Vüsal ilə danışdığım zaman o pulu götürməsini etiraf edərək öz cibində olan siqaret qutusunun içərisindən 1 ədəd 100 manatlıq əskinas çıxardıb ona vermiş, Vüsal ilə həmin danışığını mobil telefonu vasitəsi ilə video lentə alaraq çəkiliş edərək özündə saxlamışdır. Həmçinin o, 200 manat puldan əlavə sentyabr-oktyabr aylarında 5500 manat pul götürdüyünü, il ərzində də, əlavə olaraq pul götürdüyünü etiraf etmişdir.Həmin görüntüləri araşdırma üçün istintaqa təqdim edəcəkdir. Təqsirləndirilən şəxs ailə üzvləri və özü həmin pulu qaytaracaqlarına söz versələr də, ona hərhansı ödəniş etmədiyi üçün bu barədə ərizə ilə Göygöl RPŞ-yə müraciət etmişdir. Verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, mağazanın içərisində pul saxladığı bir otaq var. Kameraya baxdığı zaman Vüsalın həmin otağa girərək pul olan rəfə yaxınlaşmasını və oradan nə isə götürməsini görüb, ondan soruşduqda Vüsal etiraf edərək ilk öncə 100 manat pul götürməsini etiraf etmişdir. Sonradan onunla danışıqlar apardığı zaman isə Vüsal 5500 manat, həmçinin digər aylarda da eyni o qədər pulu oğurlamasını etiraf etmişdir. Vüsal ilə danışdığı zaman yanında atası Şahid1 olsa da Vüsalın oğurluq etməsi ilə bağlı sonuncu ilə danışdıqları zaman digər işçilər də Vüsaln oğurluq etməsini bilmişlər. Vüsaldan rəfin kilidini nə ilə açmasını soruşduqda açarla açmasını bildirmişdir. Açarı onda olduğu üçün hansı açarla açmasını soruşduqda isə ona rəfin açarı ilə eyni olan açar təqdim etmişdir. Həmin açarı material üzrə ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilən zaman təqdim etmişdir. Vüsal həmin pulları öz ehtiyaclarına və borclarına xərclədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 2021-ci ildən 2023-cü ilin oktyabr ayınadək olan müddətdə onunla işləmiş əmək müqaviləsi bağlamamışlar. Təqsirləndirilən şəxs video görüntüsünü çəkdiyi zaman ona heç bir təsir və yaxud təzyiq göstərilməmişdir. Mağazadan aylıq dövr edən pul 25.000 və 30.000 manat aralığında olmuş, gündəlik mağazada olan rəfdə 1500-2500 manat aralığında pul olur. Məhkəmə iclasında zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Nümayəndə mülki iddianı müdafiə edərək göstərdi ki, nümayəndəsi olduğu Zərərçəkmiş şəxs Göygöl RPŞ-nə müraciət edərək obyektində oğurluq olmasını bildirmiş və aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, onun obyektindən Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda yəni 2023-cü ilin yanvar ayından 2023-cü ilin dekabr ayına kimi 30500 manat məbləğində hissəvi olaraq təkrarən pul götürmüş və zərərçəkmiş şəxsə ziyan vurmuşdur. Zərərçəkmiş şəxs atası ilə birlikdə həmin cinayət əməlini aşkara çıxarmışlar. Belə ki, oğurluq olan kassa olan otaqda kamera olmuşdur. Onların pullarında dəfələrlə əksiklik olmuş və kameraya baxdıqda Təqsirləndirilən şəxs kassadan pul götürməsini aşkar etmişlər. Həmin videoya baxdıqdan sonra Təqsirləndirilən şəxs həmin yerə dəvət edib ondan pul götürməsini soruşduqda Təqsirləndirilən şəxs ilk olaraq pul götürməsindən imtina etmiş, sonra isə 5500 manat pul götürməsini bildirmiş, onunla söhbət edilən zaman video çəkiliş çəkilmiş, Təqsirləndirilən şəxs pulları tələb olunarkən pulu qaytarılmadığında polis şöbəsinə müraciət edilmişdir. Polis Şöbəsində araşdırma aparılarkən zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən 30500 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərərdən 5000 manat hissəsi ödənilmiş və razılıq əldə olunmuşdur ki, onlara dəymiş zərər təqsirləndirilən şəxs azadlıqda olarsa 10000 manat hissəvi olaraq təqsirləndirilən şəxs tərəfindən ödəniləcəkdir. Zərərçəkmiş şəxs ittihamda göstərilən məbləğin 15500 manat hissəsindən imtina edir. Hazırda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın bir hissəsini ödəməmiş, qalan hissəsini azadlığa çıxdıqda ödəyəcəyini öhdəsinə götürmüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini istəyir. Təqsirləndirilən şəxs həbsdə olması onların xeyrinə deyil, çünki o həbsdə olarsa barışıq ərizəsində qeyd olunan borcundan ödəniş edə bilməyəcəkdir. Dövlət ittihamçısının çıxışı ilə razı olmadıqlarını, mülki iddianın təmin edilərək, təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisinin çıxışı ilə razı olduqlarını və təqsirləndirilən şəxsin üç rayonda işləyib onların zərərini daha tez ödənməsi üçün təqsirləndirilən şəxsin müdafiəçisinin çıxışının nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Göygöl rayonu Aşıqlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, 1 övladı var. Zərərçəkmiş şəxs tanıyır, onun Göygöl şəhəri, Azay Kazımov küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən, köhnə “Aynagül” restoranın işlədiyi yerdə yem və un məmulatları satılan mağazası vardır. Həmin mağazada 2015-ci il tarixdən, müxtəlif vaxtlarda ara verməklə işləmiş, mağazada daimi olaraq 5 nəfər fəhlə olmuşlar. Mağaza gündəlik saat 09-dan 19 radələrinədək olan müddətdə açıq saxlayaraq alver edir, həmin yerə müxtəlif şəxslərdən yem və un məhsulları alaraq satışı həyata keçirilir. Alınan yem məhsulları mağazanın həyətində yerə tökülür. Fəhlələr olaraq həmin məhsulu un kisələrinə yığaraq mağazanın anbar rolunu oynayan tikilisinə daşıyıb yığır, oradan isə həmin məhsullar kilo ilə çəkilərək satılır. 2023-cü ilin dekabr ayının sonları dəqiq xatırlamadığı tarixdə saat 10 radələrində mağazanın həyətində Vüsal adlı işçi ilə birlikdə iş görməyə başladıqda səhhətində nasazlıq olduğu üçün Vüsaldan yemi kisələrə onun doldurmasını kisələrin ağzını kəndirlə bağlayacağını dedikdə Vüsal onunla razılaşmışdır. İşə başlamaq istədikdə isə Vüsal mağazanın içərisinə doğru gedərək təxminən 10-15 dəqiqə mağazanın içərisində qaldıqdan sonra əlində kəndirlə bayıra çıxaraq kəndiri göstərməklə onu axtardığını demiş, o isə kəndirin yanında olduğunu bildirmişdir. İşə başladıqda isə bir kisə arpa yığdıqdan sonra o ağzını bağlamışdır. Lakin Vüsal tualetə getdiyini bildirərək yenidən mağazanın içərisinə girmişdir. Bundan sonra Vüsalın mağaza sahibi Hikmətlə söhbət etməsini görmüşdür. O da daxil olmaqla 4 nəfər işçi isə onlara bayırdan baxmışlar. Bir müddət sonra Vüsalın bibisi və bibisinin oğlu həmin yerə gələrək onlarda Vüsalın Hikmətlə olan söhbətinə qoşulmuşlar. Bundan sonra Hikmətin atası İxtilatdan nə baş verdiyini soruşduqda İxtilat Vüsalın mağazanın içərisində olan otaqdan pul oğurlamasını, ilkin olaraq etiraf etməsə də kameraya düşməsini, görüntüləri göstərdikdən sonra siqaret qutusunun içərisindən Vüsalın 1 ədəd 100 aznlik əskinas çıxardaraq həmin yerdən oğurlamasını onlara dediyini bildirmişdir. Həmin kamera görüntülərini və Vüsalın etiraf etməsini çəkdiyi video görüntüləri onlara göstərmişdir. İlkin kamera görüntüsündə Vüsalın otaqda olan rəfdən pul götürməsi aydın görünmüş, bundan sonra onun etiraf etdiyi videoya baxdıqda isə Vüsal 5500 manat, həmçinin digər aylarda da eyni o qədər pulu oğurlamasını etiraf etməsini müşahidə etmişdir. Bundan sonra Vüsal həmin yerdən çıxıb uzaqlaşmış və daha sonra da işə gəlməmişdir. Təqsirləndirilən şəxs Hikmətlə söhbət etdikdən sonra özü oradan tək uzaqlaşıb getmiş, bibisi və sonuncunun oğlu isə bundan əvvəl həmin yerdən uzaqlaşmış, Vüsal onlarla bu barədə heç bir söz danışmamışdır. Hikmət hesablaması ilə onlara təxminən 30.000 (otuz min) manat miqdarda pul oğurlanmasını demişdir. Lakin pul barədə hesabatı Hikmət və atası apardığı üçün dəqiq miqdarı bilmir. Hikmət Vüsal orada olduğu dövr ərzində hesablama apardığı zamanlarda mütəmadi olaraq kəsrinin olmasını bildirmiş, Vüsaldan sonra aparılan hesablamalarda mağazada olan pulda azalma və kəsrin müşahidə olunmadığı bilinmişdir. Təqsirləndirilən şəxs danışığı əsasında çəkilmiş video görüntüdə o 2023-cü il ilin sentyabr-oktyabr ayında iki ay ərzində 5500 (beş min beş yüz) manat, ondan əvvəlki aylarda da eyni o qədər pul götürdüyünü, öz tamahı ucbatından etdiyini, həmin pulları ortalıqda xərclədiyini, tutulduğu zaman 200 manat pul oğurladığını demiş, 100 manatını növbəti gün xərclədiyini 100 manat pulun isə qaldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Göygöl rayonu Hacıməlik qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, 3 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğuldur, Zərərçəkmiş şəxs tanıyır, onunla yaşadığı ünvanda uzun illərdir ki, qonşudur. Heç bir ədavəti və düşmənçiliyi yoxdur. Münasibətləri daima yaxşı olmuşdur. Təqsirləndirilən şəxs isə dayısı oğludur. Vüsal təxminən 2020-ci il tarixdən Hikmətin Göygöl şəhəri, Azay Kazımov küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən, köhnə “Aynagül” restoranın işlədiyi yerdə yem və un məmulatları satılan mağazasında fəhlə işləyir. 2023-cü ilin dekabr ayının sonları Hikmət zəng edərək Vüsalın onun mağazasından oğurluq etdiyini, kamera görüntülərindən bunu tutduğunu, hazırda Vüsalın onun yanında olmasını bildirərək həmin yerə çağırmış, qeyd olunan ünvana anası ilə birlikdə getmişdir. Həmin yerə çatdıqda isə Vüsalın mağazanın içərisində oturduğunu Hikmət və atası İxtilatın onun yanında olmasını görmüş, Hikmət ona dəqiq xatırlamadığı məbləğdə mağazada olan rəfdən davamlı olaraq dəfələrlə pul oğurladığını, həmin günü isə 100 manat pul oğurlamasını, bunu video müşahidə vasitəsi ilə gördüyünü bildirmiş, bu barədə Vüsala irad bildirib neylədiyini soruşduqda Vüsal başını aşağı salaraq heç bir söz deməmiş, bundan sonra Hikmətlə birlikdə söhbət edərək Vüsala nəsihət verdikdən sonra həmin yerdən uzaqlaşmışdır. Mağazaya girdiyi zaman Vüsal orada stolda oturmuş, üzərində heç bir xəsarət və zədə izi olmamış, ona qarşı heç bir təzyiq və təsir olmamışdır. Hikmət Vüsaldan ondan oğurladığı pulları qaytarmasını istəmiş, Vüsal isə qaytara bilmədiyi zaman Hikmət ona evini sataraq pulunu verməsini məsləhət bilmişdir. Lakin həmin evin üzərində öz anasının və digər qohumların da payı olduğu üçün onlar bununla razılaşmamışlar. Bundan əlavə Vüsal özünə məxsus “VAZ 2107” markalı avtomobilini də sataraq Hikmətə olan əlavə borclarına görə vermişdir. Təqsirləndirilən şəxs həmin mağazadan nə qədər pul oğurlamasını bilməmiş, onun yanında dəqiq məlbləğ danışılmamışdır. Sonradan Hikmət 30.000 manat pul oğurlandığını, Vüsal isə 3000 manat pul oğurladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişdir. İş üzrə Şahid1 məhkəməyə teleqram göndərərək, səhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş, ifadəsi məhkəmə prosesi zamanı iş üzrə tərəflərin etiraz olmadan elan olunaraq tədqiq edilmiş, Şahid1 ifadəsində göstərilmişdir ki, Göygöl rayonu Hacıməlik qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, 2 övladı var. Zərərçəkmiş şəxs onun oğludur. Hikmətin Göygöl şəhəri, Azay Kazımov küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən, köhnə “Aynagül” restoranın işlədiyi yerdə yem və un məmulatları satılan mağazası vardır. O da həmin mağazada 2015-ci il tarixdən işləyir. Mağazada daimi olaraq 5 nəfər fəhlə olur. Mağaza gündəlik saat 09-dan 19 radələrinədək olan müddətdə açıq saxlayaraq alver edir, həmin yerə müxtəlif şəxslərdən yem və un məhsulları alaraq satışı həyata keçirilir. Alınan yem məhsulları mağazanın həyətində yerə tökülür. Fəhlələr isə həmin məhsulu un kisələrinə yığaraq mağazanın anbar rolunu oynayan tikilisinə daşıyıb yığır, həmin yerdən isə məhsullar kilo ilə çəkilərək satılır. Bildirir ki, 2023-cü ilin əvvəlindən etibarən aldıqları məhsulu satdıqdan sonra veriləcək pulun qaytarılmasında maliyyə cəhətdən çətinlikləri yaranmasını müşahidə etmişlər. Lakin daimi olaraq mağaza işlədiyi üçün sayı edərək harada səhv etdiyi hesablaya bilməmişdir. Bir müddət sonra isə işçilərdən kiminsə oradan oğurluq etməsindən şübhələndiyi üçün Hikmətə mağazada olan pulu saxladığı otağa müşahidə kamerası qoymasını məsləhət görmüşdür. Qeyd etmək istəyir mağaza anbardan və anbarın içərisində təxminən 3x3 ölçülərdə olan otaqdan ibarətdir. Həmin otağın içərisində olan masanın iki ədəd rəfinin içərisində pul saxlayır. Həmin rəflərdən birində 1 manatlıq əskinaslarla olan pulları, digər hissədə satdıqları məhsulun iri əskinaslarla olan pullarını saxlayır. Hər iki rəfin üzərində kilid olsa da sadə rəf açarıdır. Qoymuş olduğu müşahidə kamerasına baxdıqları zaman 27 dekabr 2023-cü il tarixdə saat 10 radələrində pulun üzərindən yenidən əskiklik olmasını müəyyən edərək Hikməti çağırıb kameranın yaddaşına baxmasını istəmişdir. Görüntülərə baxdıqda Vüsalın səhər saatlarında həmin otağa girərək kameraya düşən iri əskinaslarla saxladığı pullar olan rəfi açaraq pul oğurladığını görmüşdür. Bundan sonra Vüsalı çağıraraq ondan birbaşa nə qədər pul götürdüyünü soruşduqda Təqsirləndirilən şəxs cibindən çıxartdığı markasını xatırlamadığı siqaret qutusunun içərisindən bir ədəd 100 aznlik əskinası təqdim etmişdir. Əlavə nə qədər oğurladığını soruşduqda ilk olaraq, 600 manat, bundan sonra 5500 manat, bir müddət sonra isə bir neçə dəfə 5500 manat oğurladığını bildirmişdir. Lakin hesablama etdikdə 30500 (otuz min beş yüz manat) pulun il ərzində əskik gəlməsini bilmişdir. Həmçinin eyni gün Vüsalın kamera görüntüsünə düşməyən digər kassadan da, 1 manatlıq əskinaslarla olmaqla 100 manat pulu götürməsini müəyyən etmişdir. Verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, mağazanın içərisində kassanı saxladığı balaca bir otaq var. Kameraya baxdığı zaman Vüsalın həmin otağa girərək kassaya yaxınlaşmasını və oradan nə isə götürməsini görmüş, ondan soruşduqda Vüsal etiraf edərək ilk öncə 100 manat pul götürməsini, sonradan onunla danışıqlar apardığı zaman isə 5500 manat, həmçinin digər aylarda da eyni o qədər pulu oğurlamasını bildirmişdir. Vüsal ilə danışdığı zaman yanında oğlu Hikmət olsa da Vüsalın oğurluq etməsi danışdığı zaman digər işçilər də Vüsalın oğurluq etməsini etiraf bildilər. Vüsaldan rəfin kilidini nə ilə açmasını soruşduqda açarla açmasını bildirmiş, açarı onda olduğu üçün hansı açarla açmasını soruşduqda isə ona rəfin açarı ilə eyni olan açar təqdim etmişdir. Həmin açarı ilkin araşdırma zamanı təqdim etmişdir. Vüsal həmin pulları öz ehtiyaclarına və borclarına xərclədiyini bildirmiş, Təqsirləndirilən şəxs danışdırdığı zaman o 2023-cü il ilin sentyabr-oktyabr ayında iki ay ərzində 5500 (beş min beş yüz) manat, ondan əvvəlki aylarda da eyni o qədər pul götürdüyünü, öz tamahı ucbatından etdiyini, həmin pulları ortalıqda xərclədiyini, tutulduğu zaman 200 manat pul oğurladığını dedi. Vüsala heç kəs təsir və təzyiq göstərməmiş, onunla danışığı zaman mağazanın çölə baxan pəncərəsindən işçilər də izləmiş, Hikmət və yaxud onun tərəfindən Vüsaldan oğurluğu zorla boynuna alması istənilməmişdir. Vüsalın mağazadan oğurluq etməsini müəyyən etdiyi zaman işçilərdən Səməd, Pərviz həmin yerdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanıb icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Göygöl şəhəri, Azay Kazımov küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən yem və un məmulatları satılan mağazaya baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək, protokol tərtib edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd sadə rəf açarı, 01 ədəd 100 aznlik pul əskinası iş üzrə sübut kimi əhəmiyyət kəsb edəcəyindən götürülmüşdür. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınması və qərarın ona elan edilməklə, hüquq və vəzifələrinin izah olunması qərara alınmışdır. “Təqdim edilmiş CD diskin götürülməsi və baxış keçirilməsi” haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, İstintaq zamanı Zərərçəkmiş şəxs içərisində Təqsirləndirilən şəxs oğurluq etdiyini etiraf etdiyi video görüntülər olan 01 ədəd “CD” diski təqdim etmiş, həmin disk baxış keçirilməklə götürülmüşdür. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin “DVD ROM”una daxil etdikdə, 04 ədəd VİD-20240502-WA0134, VİD-20240502-WA0135, VİD-20240502-WA0136, VİD-20240502-WA0137 adlı fayl aşkar edildi. Həmin fayllara baxış keçirən zaman 1-ci VİD-20240502-WA0134 adlı faylda 00:06 saniyə davam edən video görüntü olması müşahidə edildi. Video görüntüdə Zərərçəkmiş şəxs deməsinə görə Təqsirləndirilən şəxs olmasını bildirdiyi şəxs oturaq vəziyyətdə danışır. 02-ci VİD-20240502-WA0135 adlı faylda isə eyni qaydada Təqsirləndirilən şəxs danışığını əks etdirən 00:07 saniyə görüntü olması müşahidə edildi. Video görüntüdə Təqsirləndirilən şəxs videonu heç bir təzyiq və təsir altında qalmadan çəkdirdiyini bildirir. 03-cü VİD-20240502-WA0136 adlı faylda isə 01 dəqiqə 23 saniyə video görüntü olması müşahidə edildi. Müşahidə kamerasının görüntülərini əks etdirən monitordan mağazanın həyəti və pul saxlanan otağın içərisinin görüntüləri vardır. Görüntüdə otaqdan bir nəfər şəxsin rəfə doğru əl uzatması görünür. Zərərçəkmiş şəxs həmin görüntüdə Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə rəfdən pul oğurlamasını bildirir. 04-cü VİD-20240502- WA0137 adlı faylda 01 dəqiqə 37 saniyəlik görüntü olması müəyyən edildi. Görüntüdə Təqsirləndirilən şəxs mağazadan pul oğurlamasını, ümumilikdə 5500 manat pul oğurladığını, digər aylarda da bir o qədər pul oğurladığını bildirir. İstintaq zamanı 03 mart 2024-cü il tarixdə iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi müstəqil audit rəyi sonuncudan götürülmüş, təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, 18 yanvar 2024-cü il tarixdə sərbəst auditor X6 fərdi sahibkar Zərərçəkmiş şəxs ilə bağlanmış müqaviləyə əsasən aparılmış 01 yanvar 2023-cü il tarixdən 25 dekabr 2023-cü il tarixədək olan dövrü əhatə edən hesablamalara əsasən 30.500 ( otuz min beş yüz) manat çatışmayan pul məbləğinin olması qeyd edilmişdir. “Əşyanın maddi sübut kimi tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd tutacaq hissəsi qara üzərində "Camel King" yazılı plastik materialdan, açar hissəsi isə dəmir materialdan üzərində 869 rəqəmləri yazılan açar, həmçinin içərisində Təqsirləndirilən şəxs etirafedici görüntüləri olan 01 ədəd "CD" disk və 01 ədəd 100 aznlik pul əskinası iş üzrə maddi sübut kimi tanınması, saxlanması üçün Göygöl RPŞ-nin saxlanc yerinə təhvil verilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin istintaqı ilə bağlı zərurət kəsb etdiyindən Göygöl şəhəri, Azay Kazımov küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən yem və un məmulatları satılan mağazada baş vermiş oğurluq hadisəsini görmüş şəxslərin dairəsinin müəyyən edilməsi məqsədi ilə 10 mart 2024-cü il tarixdə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinə əməliyyat tapşırığı verilmişdir. Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş 07 iyun 2024-cü tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus Göygöl şəhəri, Azay Kazımov küçəsi ilə 28 may küçəsinin kəsişməsinə yerləşən yem və un məhsulları satılan mağazadan edilmiş oğurluq hadisəsini görmüş kənar şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. “Məcburi gətirmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göygöl rayonunun Çaylı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məcburi qaydada Göygöl rayon X16 bölməsinə gətirilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi” barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraatın təzələnərək, ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə başlanmış cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və177.2.4-cü maddələrinə tövsif edilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qərar barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim olunması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs elan edilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, sonuncu istintaq hərəkəti zamanı 27 dekabr 2023-cü il tarixədək olan müddətdə işlədiyi Göygöl şəhəri, Azay Kazımov küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən yem və un məmulatları satılan mağazadan özü ilə evdən sadə rəf açarı gətirib üzərində saxlayaraq 2023-cü ilin iyun ayından başlayaraq işlədiyi mağazadan maddi imkansızlığıma görə hissə hissə olmaqla xatırlamadığı tarixlərdə üzərində saxladığı sadə rəf açarı ilə həmin rəfi açaraq 50-300 manat aralığında olmaqla müxtəlif məbləğlərdə 6 ay ərzində ümimilikdə 3000 (üç min) manat pul oğurladığını bildirərək hadisə vaxtı hərəkətlərini əyani şəkildə göstərmişdir. İş üzrə istintaqın hərtərəfli, tam və obyektiv aparılması, oğurlanmış pulun məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə ifadəsində göstərilənləri tam şəkildə bildirərək onu ifşa etmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs hadisəni törədən zaman öz hərəkətlərini qavramaq iqtidarında olması və anlaqlı olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ambulator məhkəmə psixatrik ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Gəncə Regional şöbəsinə həvalə edilmişdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Gəncə Regional şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 402 saylı rəyində aşağıdakılar göstərilmişdir: Təqsirləndirilən şəxs şəxsiyyətin isterik tipli pozuntusu XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri nevrotik səviyyədə və kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan o, cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən-240770021 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs İbrahbim oğlunun barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göygöl RPŞ-nin İstintaq Bölməsində ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs İbrahbim oğlunun istintaqdan qaçıb gizləndiyinə görə dayandırılması qərara alınmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi” barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamdan sonra aparılmış istintaqla ittihamın mahiyyətini dəyişən yeni hallar müəyyən edilmədiyindən ona 08 iyun 2024-cü il tarixdə elan edilmiş ittiham öz qüvvəsində saxlanılması, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi olaraq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmaması, qərarın təsviri hissəsindəkilərə əsasən Zərərçəkmiş şəxs maxsus oğurlanmış pulun miqdarı zərərçəkmiş şəxsin istintaq zamanı göstərdiyi məbləğlə əsas götürülməsi, qərarın təsviri hissəsindəkilərə əsasən ilkin araşdırma zamanı Zərərçəkmiş şəxs təqdim etməsi ilə götürülmüş, maddi sübut kimi tanınmış 01 ədəd rəf açarı, 01 ədəd 100 aznlik pul əskinası və 01 ədəd "CD" disk ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxs və onun müdafiəçisini, həmçinin zərəçəkmiş şəxsi cinayət işinin istintaq materialları və maddi sübutla tanış etdikdən sonra saxlanması üçün Göygöl RPŞ-yə təhvil verilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən təqsirləndirilən şəxsin ifadəsi, zərəçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, qərarın surətinin maraqlı tərəflərə göndərilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək 27 dekabr 2023-cü il tarixdək olan müddətdə işlədiyi Göygöl şəhəri, Azay Kazımov küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən yem və un məmulatları satılan mağazadan müxtəlif vaxtlarda 50 manatdan 300 manat aralığında olmaqla mağazada olan otağın içərisində masanın iki ədəd rəfinin içərisində saxlanan rəflərdən 1 manatlıq əskinaslarla olan pulları, digər hissədə isə satılan məhsulun iri əskinaslarla olan pullarını saxladığı yerdən iri əskinaslarla olan puldan oğurladığını bildirsə də ümumilikdə 3000 (üç min) manat pul oğurlamasını bildirmişdir. Təqsirləndirilən şəxs oğurladığı pulun miqdarını 3000 (min) manat olaraq bildirməsi onun özünü müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilmiş vəsatət kimi qəbul olunaraq əsassız olduğundan vəsatətin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(066)-83/2024 nömrəli qərarından görünür ki, xx.xx.1990-cı ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs (***-***-**-**, 0***-***-**-**) barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə o, dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına etap olunması, qərarın Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilməsi, qərar icra olunmaq üçün Göygöl Rayon Polis şöbəsinə, onun icrasına nəzarətin həyata keçirilməsi üçün Göygöl rayon prokuroruna göndərilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. “Axtarışda olan şəxsin saxlanması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nin CAB-si əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu ərazisindən müəyyən edilərək saxlanılmış, Göygöl RPŞ-yə gətirilmiş müvafiq sənədləşmə aparılaraq, AR Ədliyyə Naziriliyi Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına etap olunması üçün Göygöl RPŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1990-cı il tarixdə Xanlar rayonu, Çaylı kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər narkoloji dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 3279 nömrəli arayışla Təqsirləndirilən şəxs Gəncə şəhər narkoloji dispanserdə qeydiyyatda olmaması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər psixonevroloji dispanserdən alınmış xx.xx.2024-cu il tarixli 209 nömrəli arayışla Təqsirləndirilən şəxs SHXÇDX-nin Göygöl rayon şöbəsinin xx.xx.2008-ci il tarixli 45 saylı göndərişinə əsasən xx.xx.2008-ci il tarixdə müayinədə olmuş və ona "İsterik tipli psixopatiya tez-tez müşahidə edilən dekomensasiyarlarla diaqnozu qoyularaq 488 nömrəli akt tərtib edilməsi, bundan sonra X2 Gəncə şəhər psixonevroloji dispanserə müaciət etməməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl rayon Çaylı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Çaylı kəndində qeydiyyatdadır, ailə tərkibi arvadı X9, 2009-cu il təvəllüdlü oğlu X10, 2010-cu il təvəllüdlü qızı X11 və 2019-cu il təvəllüdlü oğlu X12 ibarətdir və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş xx.xx.1992-ci il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş X26 Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 010695 nömrəli X26 Vəsiqəsi xx.xx.2023-cü il tarixdə verilmişdir. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə göndərilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanın bir hissəsini ödəmiş, qalan hissəsini azadlığa çıxanda ödəyəcəyini öhdəsinə götürmüş, onlar hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, ona həbslə bağlı olmayan cəza verilərsə, o ona curmuş olduğu ziyanı tam ödəməyi öhdəsinə götürmüşdür. Ona görə Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarına əlavə edilmiş AZ-İİİ 990881, AZ-İİİ 990882 və AZ-İV 274951 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2019cu il təvəllüdlü X18 adlı uşaqları doğulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəməklə onunla barışıq əldə etməsini, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.14-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsin əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur, cəzanı yüngülləşdirən hallar isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalı, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə cinayət əməli törətməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməklə onunla razılıq əldə etməsini, mülki iddianı qəbul etməsini şəxsiyyətini müsbət xarakterizə edən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələbinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq cəzadan çıxılmalı və onlara qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdən 27 yanvar 2025-ci il tarixədək bu iş üzrə tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 04 (dörd) ay 18 (on səkkiz) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 09 (doqquz) ay 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmalı və üzərində azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılmalı, cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Göygöl və Goranboy rayonlarını, Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı və üzərinə yaşadığı Göygöl və Goranboy rayonlarını, Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı, barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut video görüntülərin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 01 ədəd tutacaq hissəsi qara rəngli üzərində “Camel King” yazılı plastik materialdan, açar hissəsi dəmir materialdan üzərində 869 rəqəmləri yazılan açar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, bundan əlavə iş üzrə maddi sübut 01 ədəd 100 manatlıq pul əskinasının qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs İxtilaf oğlu məhkəməyə iddia ərizə təqdim edərək, Göygöl rayon Məhkəməsinin icraatında olan 1(066)-08/2025 saylı cinayət işi üzrə təqsirləndirilən qismində tanınmış Təqsirləndirilən şəxs 10125 manat (vurmuş olduğu maddi ziyan görə) miqdarında pulun alınıb X5 ödənilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmiş, tələb etdikləri 10125 manat pulun 10000 manat hissəsinin dəymiş ziyan, 125 manat hissəsinin isə məhkəmə xərci olması göstərilmişdir. Zərərçəkmiş şəxs İxtilaf oğlu iddia ərizəsini onunla əsaslandırmışır ki, Göygöl rayon Məhkəməsinin icraatında olan 1(066)-08/2025 saylı cinayət iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs ona məxsus olan yem satış dükanında 2023-cü ilin yanvar ayından 27 dekabr 2023-cü il tarixə qədər günəmuzd fəhlə işləmişdir. O, həmin dövür ərzində təkrarlanmaqla müxtəlif vaxtlardan qeyri-yaşayış obyektində pulları gizli yola götürərək ümumilikdə 30500 manat miqdarında mənə ziyan vurmuşdur. Onun qanuna zidd əməli Göygöl Rayon X16 bölməsində ibtidai istintaqında aparılmış və onun əməli sübuta yetmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində ittiham verilərək Göygöl rayon Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs ilə belə razılığa gəlmişlər ki, onun tərəfindən ona vurulmuş maddi ziyanın 5000 manat hissəsini ödəyir, ondan sonra 10000 manat pul ödəyəcəkdir. Ümumiliklə Təqsirləndirilən şəxs tərəfindən ona 15000 manat pul ödəniləcəkdir. Bunun qarşılığında o da öz növbəsində vurulmuş maddi ziyanın 15500 manat hissəsindən onun xeyrinə imtina etmişdir. Cinayət işi üzrə mülki iddia qaldırmaqda haqlıdır. Belə ki, cinayət işi üzrə tərəflərin çıxışı başlanmamış, həmçinin iş yekunlaşmamışdır. Cinayət Prosessual Məcəllənin 183.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. İş üzrə Təqsirləndirilən şəxs ona 30500 manat miqdarında ziyan vurduğundan iş üzrə mülki iddiaçı qismində tanınmalıdır. Zərərçəkmiş şəxs İxtilaf oğlu məhkəmə tərəfindən iş üzrə mülki iddiaçı kimi tanınmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Mahmudov X7 Hikmət İxtilaf oğlunun ona qarşı “pul” tələbinə dair mülki iddiasını qəbul etdiyini və müki iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Qeyd olunan Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə mülki iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutlara qiymətləndirərək, iddiaçının (zərərçəkənin) məhkəmə prosesi zamanı təqdim etdiyi ərizəsini və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı Zərərçəkmiş şəxs İxtilaf oğlunun cavabdeh Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddiası təmin edilməli, Təqsirləndirilən şəxs 10000 (on min) manat zərər məbləği olaraq pul və məhkəmə xərci olaraq 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdən 27 yanvar 2025-ci il tarixədək bu iş üzrə tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 04 (dörd) ay 18 (on səkkiz) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 09 (doqquz) ay 06 (altı) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Göygöl və Goranboy rayonları, Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Göygöl və Goranboy rayonlarını, Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qоyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 01 ədəd tutacaq hissəsi qara rəngli üzərində “Camel King” yazılı plastik materialdan, açar hissəsi dəmir materialdan üzərində 869 rəqəmləri yazılan açar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut video görüntülərin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd 100 manatlıq pul əskinasının qanuni sahibinə qaytarılması nəzərə alınsın. İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 10000 (on min) manat məbləğində pul və məhkəmə xərci olaraq 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-8/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-8/2025
27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver