Məhkəmə qərarları › İş №1(066)-80/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-80/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-80/2023 01.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Gədəbəy rayonu Çobankənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, Göygöl rayonu Zurnabad kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdə saat 08 radələrində Göygöl rayonu Şəhriyar kəndinin inzibati ərazisində Göygöl-Şəhriyar avtomobil yolunun sağ hissəsində, “Xarı bülbül” adlı ictimai iaşə obyektindən 300 metr məsafədə yerləşən Şəhriyar kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 01 ədəd 55 sm. diametrli və 01 ədəd 58 sm. diametrli olmaqla ümumilikdə 2 ədəd 2450 (iki min dörd yüz əlli) manat dəyərində qovaq cinsli ağacları qanunsuz olaraq kökboğazından kəsərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinə xeyli miqdarda maddi ziyan vurmaqla qanunsuz ağac kəsmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Göygöl rayonu Zurnabad kəndində ailə üzvləriylə birlikdə yaşayır, evlidir, 2 övladı var. Fərdi qaydada sürücü və fəhlə işləyir. Özünə məxsus “Gaz 66” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili var. Yaşadığı ünvana maye qaz gəlmədiyi üçün evdə istilik kimi oduncaq sobasından istifadə etmişdir. Uzun müddətdir ki, Göygöl-Şəhriyar avtomobil yolu ilə gedib gələrkən Göygöl rayonu Şəhriyar kəndinin inzibati ərazisində yerləşən “Xarı Bülbül” restoranının yaxınlığından keçən zaman yolun sağ kənarında qurumuş qovaq ağacı olduğunu görmüşdür. 11 noyabr 2022-ci il tarixdə evdə yandırmağa odun olmadığından o da yol kənarında olan quru qovaq ağacını kəsib evə gətirərək yandırmağı qərara almışdır. Həmin gün saat 08 radələrində o, özünə məxsus “Gaz 66” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Göygöl- Şəhriyar avtomobil yolunun sağ kənarında, “Xarı Bülbül” restoranının yaxınlığında olan qovaq ağacının yanına gedib eyni kökdən çıxan iki ədəd qurumuş qovaq ağacını özünə məxsus motorlu mişar ilə kəsib avtomobilə yükləmişdir. Həmin ağacı evinə gətirib bir müddət odun kimi istifadə edərək odun sobasında yandırmışdır. Bu işdə ona heç kim kömək etməmişdir. Kəsdiyi qovaq ağacını odun kimi istifadə edib yandırdığı üçün hazırda yaşadığı ünvanda kəsdiyi ağacların hissələri qalmamışdır. O, həmin qovaq ağaclarının qurumuş ağaclar olduğunu düşünərək kəsmişdir. Onun təbiətə qəsdən ziyan vurmaq niyyəti olmamışdır.Törətdiyi cinayət əməlinə görə peşimanmılıq çəkir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi Nümayəndəifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi vəzifəsində işləyir. 01 noyabr 2022-ci il tarixdə Göygöl rayon İcra hakimiyyəti başçısının Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə məktub ünvanlanaraq ünvan 2aşə obyektindən təxminən 300 metr məsafədə Şəhriyar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 2 ədəd qovaq ağacının qanunsuz olaraq kəsilməsi barədə məlumat verilmişdir. Bu səbəbdən həmin tarixdə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları qeyd olunan ünvana gedərək həmin əraziyə baxış keçirmiş, baxış zamanı Şəhriyar Bələdiyyəsinin mülkiyyətinə aid ünvan 2aşə obyektindən təxminən 300 metr məsafədə Şəhriyar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 1 ədəd 55 sm diametrli və 1 ədəd 58 sm diametrli qovaq cinsli ağacların qanunsuz kəsilməsi aşkar edilmişdir, bununla bağlı akt tərtib edilmiş, daha sonra isə həmin akt əsasında hesablama aparılaraq təbiətə dəymiş ziyanın məbləğinin 2450 (iki min dörd yüz əlli) manat olması müəyyən edilmişdir. Bu barədə toplanmış material araşdırılıb hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Göygöl RPŞ-nə göndərilmişdir. Məhkəmədən mülki iddianın təmin olunmasını və qanuni qərar qəbul etməsini xahiş etmişdir. Şahid teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Göygöl rayonu Şəhriyar kəndində ailə üzvləriylə birlikdə yaşayır. 2014-cü il tarixdən Göygöl rayon İcra hakimiyyəti başçısının Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, 01 noyabr 2022-ci il tarixdə ünvan 2aşə obyektindən təxminən 300 metr məsafədə Şəhriyar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 2 ədəd qovaq ağacının qanunsuz olaraq kəsilməsi barədə məlumat aldıqdan sonra həmin yerə getmişdir. Qeyd olunan ünvanda həqiqətən də 2 ədəd qovaq ağacının kəsildiyini aşkar etdikdən sonra bu barədə həmin gün 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə məktub ünvanlamışdır. Bundan sonra 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları qeyd olunan ünvana gəlmişlər və onun da iştirakıyla həmin əraziyə baxış keçirmişlər. Baxış zamanı Şəhriyar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən kəsilən ağacların 1 ədədi 55 sm diametrli və 1 ədədi 58 sm diametrli qovaq cinsli ağaclar olması müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmiş və daha sonra isə həmin akt əsasında hesablama aparılaraq təbiətə dəymiş ziyanın məbləğinin 2450 (iki min dörd yüz əlli) manat olması müəyyən edilmişdir. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən bu barədə toplanmış material araşdırılıb hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Göygöl RPŞ-nə göndərildikdən sonra Göygöl RPŞ-nin əməkdaşları tərəfindən yenidən hadisə yerinə getmişlər və orada kəsilmiş qovaq ağaclarının olduğu yerə polis əməkdaşları tərəfindən də baxış keçirilərək protokol tərtib olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, Göygöl-Şəhriyar avtomobil yolunun sağ kənarında, “Xarı Bülbül” restoranının yaxınlığında Şəhriyar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindəki qovaq ağaclarını kəsən şəxsin kim olması barədə hər hansı məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Təqsirləndirilən şəxs ağacları kəsdiyi yerə hansı istiqamətdən gəlməsi, ağacları kəsdiyi yeri göstərməsi, kəsdiyi ağacları haradan və necə götürməsi, götürdükdən sonra hansı istiqamətdə getməsini göstərməsi təklif edilmiş, təqsirləndirilən şəxs Əliyev X4- Şəhriyar kənd avtomobil yolunun sağ hissəsində “Xarı bülbül” adlı ictimai iaşə obyektindən təxminən 300 metr məsafəyə qədər gedərək ağacları kəsdiyi yeri və ağacların köklərini göstərib həmin yerdə olan 2 ədəd qovaq ağacını özünə məxsus matorlu mişar ilə kəsməsini, kəsdikdən sonra hadisə yerinə gəldiyi özünə məxsus “Gaz 66” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilə yüklədiyini və yaşadığı ünvana apardığını bildirmiş və hadisə vaxtı davranışlarını əyani şəkildə göstərmişdir. Bu barədə protokol tərtib edilmiş Təqsirləndirilən şəxs yerində göstərdiklərinə əsasən fotoşəkillər çəkilmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 aprel 2023-cü il tarixli 9/2365 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, № Ağacın cinsi Ağacın Ağacın Hər bir ağaca görə Ümumi diametri sayı dəymiş ziyanın məbləğ (sm ilə) (ədədlə) məbləği (manatla) (manatla) 1 58 sm diamterli bir 58 1 (18x50)+400 1300 ədəd qovaq cinsli 2 58 sm diamterli bir 55 1 (15x50)+400=600 1150 ədəd qovaq cinsli ağacların Cəmi: 2450 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına və ekspertiza tədqiqatına təqdim edilmiş AR-nın ETSN, 10 saylı Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş “təbiətə dəymiş ziyanın hesabatı” məlumatlarına əsaasən qovaq cinsli köküstə yaş çoxillik ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 2450,0 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə hərbi məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 32.5,311.2 və 32.5,335.1-ci maddələri ilə, 5 il azadlıqdan məhrum etmə, 200 manat cərimə və 1 il müddətinə maddi məsul vəzifə tutma hüququndan məhrum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Gəncə hərbi məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ləğv edilərək yeni hökm çıxarılmış və AR CMnin 32.5,311.2-ci maddəsinə əsasən 1 il müddətinə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək AR CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə cəzası 02 il 06 aya endirilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzadan vaxtından əvvəl azad edilmişdir. -Göygöl rayon İHB-nın Zurnabad kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-47-17/3—2-195/2023 nömrəli arayışından və və xasiyyətnamədən görünür ki, Əliyev X4 rayon Zurnabad kəndində yaşayır, himayəsində xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 adli iki uşaği var və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. -Zərər çəkmiş hüquqi şəxs 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəməyə iddia ərizəsi təqdim edərək yşıllıqlara dəymiş ziyanla bağlı 2450 (iki min dörd yüz əlli) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsinin xahiş etmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 259.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi halda Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından residiv hesab olunmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal hesab etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı davranışı ilə əməlindən səmimi peşman olmasını sübut etməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzasının əvvəli onun işlədiyi və qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Zərər çəkmiş hüquqi şəxs 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs 2450 (iki min dörd yüz əlli) manat ziyan tələbi təmin edlməlidir. İş üzrə ekspertiza təhqiqatın dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmalıdır. İşdə maddi subut, həmçinin CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-385 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Mülki iddia üzrə Təqsirləndirilən şəxs 2450 (iki min dörd yüz əlli) manat alınıb 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ******************** SFİFT-BİK STREAZ22 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hesab AZ 90 CTRE ********************, VÖEN **********,Büdcəgəlirlərtəsnifatkodu 142582, Büdcəsəviyyəsininkodu (Fond) 3) verilsin. İş üzrə ekspertiza təhqiqatın dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34 CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ******************** SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilsin. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar