Məhkəmə qərarları › İş №1(066)-80/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-80/2024

29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-80/2024 29.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiiəçi X4, Zərərçəkmiş şəxs iştirakları ilə, 20 iyun 1996-cı il tarixdə Xanlar rayonunda anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvələr məhkum olunmamış, işləməyən, Göygöl rayonu, Xəqani kəndində qeydiyyatda olan və Göygöl rayonu Tülallar kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına 25 iyul 2024-cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdə, saat 10 radələrində, ünvan 1 evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, qəsdən, yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sol çənə nahiyyəsində vuraraq ona dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya “aid alt çənə sümüyünün qapalı, yerdəyişməmiş sınığı, sol yanaq toxumasının yumşaq toxumalarının əzilməsi, alt və üst dodağın selikli qişasının yaraları” xəsarətləri yetirmişdir. İşin halları: Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2016-cı ildə nikah münasibətinə girməklə evlənmişlər. 27 may 2024cü il tarixdə aralarında olan mübahisə ilə əlaqədar olaraq o, atası evinə getmişdir. 07 iyun 2024-cü il tarixdə saat 10 radələrində əri Təqsirləndirilən şəxs onun atasının ünvan 1 ünvanda yerləşən evinə gəlmişdir. Həmin evin qonaq otağında o, əri Təqsirləndirilən şəxs ilə söhbət edərkən aralarında qısqanclıq zəmnində mübahisə baş vermişdir. Həmin vaxtı əri Təqsirləndirilən şəxs yumruq zərbəsi ilə onun sol çənə nahiyyəsində 1 dəfə vurmuşdur. Bundan sonra o, olanlar barədə polisə ərizə ilə müraciət etmişdir. Hadisədən sonra əri Təqsirləndirilən şəxs ondan üzr istədiyinə və dəyən ziyanı ödədiyinə görə onu bağışlamış və onunla barışmış və bir yerdə mehriban yaşayırlar. Təqsirləndirilən şəxs şikayəti yoxdur, onun barəsində cinayət təqibinə xitam vrrilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri olmaqla, hal-hazırda əməlindən peşman olmaqla, ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 2016-cı ildə nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə nikahlarından 2 nəfər azyaşlı uşaqları vardır. 27 may 2024-cü il tarixdə aralarında olan mübahisə ilə əlaqədar olaraq arvadı Zərərçəkmiş şəxs atası evinə getmişdir. 07 iyun 2024-cü il tarixdə saat 10 radələrində o, arvadı ilə barışıb, onu evlərinə gətirmək məqsədi ilə onun atasının ünvan 1 ünvanda yerləşən evinə getmişdir. Həmin evin qonaq otağında o, arvadı Zərərçəkmiş şəxs ilə söhbət edərkən aralarında qısqanclıq zəmnində mübahisə baş vermişdir. Həmin vaxtı əri o, bərk əsəbləşdiyindən yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sol çənə nahiyyəsində 1 dəfə vurmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxs arvadı Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır. Hal-hazırda da bir yerdə yaşayırlar. Zərərçəkmiş şəxs hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsinə razıdır və bunu xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, əri Zərərçəkmiş şəxs onu bağışlayıb, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdiyinə görə o, da barəsində olan cinayət təqibinə xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquq şəxsi Göygöl rayon şöbəsi tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli, 309 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ekspert müayinəsində keçərkən onun bədəni üzərində əmələ gəlməsi xx.xx.2024-cü il tarixə uyğun gələn, bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş “aid alt çənə sümüyünün qapalı, yerdəyişməmiş sınığı, sol yanaq toxumasının yumşaq toxumalarının əzilməsi, alt və üst dodağın selikli qişasının yaraları” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN BƏSİİ-in tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş xasiyyətnamə və arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur və himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Dövlət ittihamçısı çıxışında göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona vurduğu ziyanı tam həcmdə ödədiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Hüquqi məsələlər: 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci madddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə işin tədqiq edilən hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün barəsində cinayət təqibinə xitam verilməlidir. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-in 321.2.1-ci və 381-384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunan vaxtdan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar