Məhkəmə qərarları › İş №1(066)-80/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-80/2025

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-80/2025 12.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X8 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi və vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2006-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Göygöl şəhəri, Heydər Əliyev prospekti, ev 120-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdə saat 07:45 radələrində xx.xx.2024-cü tarixdə DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən verilmiş və xx.xx.2034-cü il tarixədək qüvvədə olan BD 122740 seriya nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ 21015” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhəri Heydər Əliyev prospekti ilə Göygöl rayonu Qızılqaya qəsəbəsi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitələrinin istismarı qaydalarını, yol hərəkəti qaydalarını, yəni həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsini, həmçinin 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərini pozaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu halda, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək hərəkətdə olduğu yolda surət həddi 60 km/saat olmasına baxmayaraq idarə etdiyi avtomobili 120 km/saat surətlə idarə etməklə yol ayrıcında onunla əks istiqamətdə hərəkətdə olan sola dönmə əməliyyatını yerinə yetirmək istəyən X2 xx.xx.2021-ci il tarixdə DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən verilmiş və xx.xx.2031-ci il tarixədək qüvvədə olan BD 102832 seriya nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi AE 038436 nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus “Opel Astra minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan “Opel Astra minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 sağ əlin İ daraq sümüyünün qapalı sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, “VAZ 21015” markalı, **- VU-*** nömrə nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 Mübariz oğlunun sağ baldır və sağ mil sümkülərinin qapalı sınıqları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, digər sərnişin Zərərçəkmiş şəxs1 sirkə kasasınn yerinidəyişən, qapalı qəlpəli sınığı, alt çənə, sağ gicgah, sağ baldır və sol dirsək oynağı nahiyyələrinin yaraları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, digər sərnişin X4 başın ənsə nahiyyəsinin yarası, başın yumşaq toxumalarına ənsə nahiyəsinə uyğun hissədə böyük ölçüdə qansızma, ənsə sümyünün xətti formalı sınığı, hər iki beyin yarımkürələrinə qansızma, döş qəfəsinin hər iki tərəfindən İ-Xİİ-dək qabırğaların həm məmə, həmdə onurağayanı xəttlər üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin və dalağın cırılması, hər iki körpücük sümüklərinin və döş sümüyünün 1/3 hissələrdən sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol böyrək ətrafı yumşaq toxumalara qansızma, sağ bud sümüyünün qapalı sınığı, üst dodağın selikli qişasının yarası ilə müşayiət edilən və birgə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər alması və ehtiyyatsızlıqdan Ramal Qurbanzadənin yol nəqliyyat hadisəsi zamanı almış olduğu açıq kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüyünün sınığı və baş beyinə qansızma xəsarətləri səbəbindən hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, təxminən səhər saat 8 radələrində Fariz ya da Heydər dəqiq xatırlamır, zəng edib ki, onu götürüb universitetə aparsın. Daha sonra həmin küçə ilə aşağı düşüb, Farizi götürüb daha sonra vağzaldan 2 nəfər götürdükdən sonra Göygöl şərab zavodunun yanından üzü Gəncə şəhərinə doğru gedirmişlər. Yanacaqdoldurma məntəqəsini keçəndən sonra Sədanurun idarə etdiyi maşını görüb, aşağıdan gələrək yol ayrıcında dayanıb, dönmə işığını yandırıb, gözləyib, təxminən 10-15 metr qalmış qabağına çıxıb. O, öz getdiyi istiqamətdəki yolun sağ hissəsinə çəkilərək qəzanın qarşısını almağa çalışıb, amma tam qabağını kəsdiyi üçün alınmayıb və toqquşublar. Həmin yerdə sürət həddi 60 km/saat olub, ancaq onun sürət həddi 110-120 km/saat idi. Sədanur onun getdiyi yerin ortasında dayanıbmış. Sürəti azaltmaq üçün tormozdan istifadə edib. Yol ayrıcından keçməyə başladı, lakin bir anda qabağında dayandı. Tam olaraq xatırlamır, amma tormuzdan istifadə etmişdir. Həmin zaman o, sürət panelinə baxmırdı. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, hadisə baş verəndən 15-20 dəqiqə sonra ona xəbər çatıb. Hadisə yerinə gəlib. Təqsirləndirilən şəxslə barışmadığını, ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, səhər saatlarında universitetə getmək məqsədilə taksi fəaliyyəti ilə məşğul olan Elməddin adlı şəxsin idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkət ediblər. Daha sonra Ramal və Xəyal adlı şəxslər də avtomobilə əyləşiblər. Hərəkət istiqamətləri Göygöl şərab zavodunun qarşısı tərəfdən idi. Yanacaqdoldurma məntəqəsini keçdikdən sonra, Gəncə istiqamətindən onlar istiqamətə doğru hərəkət edən Opel markalı avtomobil sağa doğru dönmək istəyirdi. Lakin həmin nəqliyyat vasitəsi yolun ortasına qədər irəliləmiş və orada dayanmışdı. Əyləşdiyi maşında sürətin yüksək olduğu hiss olunurdu, lakin sürət göstəricisinə (spidometrə) baxmayıb. Avtomobilin arxa oturacağında əyləşdiyi üçün hadisənin bütün təfərrüatlarını dəqiq şəkildə görməyib. Eyni zamanda, qəza baş verən anda avtomobildə tormoz etmə halını da hiss etməmişdir. Arxa oturacaqda olduğu üçün avtomobilin ön hissəsində baş verənləri və yol hərəkətini tam şəkildə müşahidə edə bilmirdi. Hadisə zamanı tormuz edildiyini nə hiss etmiş, nə də eşitmişdir. İstintaq zamanı verdiyi ifadədə isə qəza anı olduğu üçün bəzi anlaşılmazlıqlar olmuş ola bilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Mübariz oğlu ifadə verərək bildirmişdir ki, hadisə baş verən günü universitetə getmək üçün hazırlaşaraq evdən çıxıb. Taksi fəaliyyəti ilə məşğul olan Elməddin adlı şəxsin idarə etdiyi nəqliyyat vasitəsində dostu Heydərlə birlikdə əyləşiblər. Elməddin onlara bildirib ki, daha iki nəfər sərnişin götürüb yola davam edəcəklər. Daha sonra Göygöl şərab zavodunun qarşısından Gəncə şəhəri istiqamətində hərəkət etməyə başlayıblar. Hərəkət zamanı sürət hiss olunurdu. Yanacaqdoldurma məntəqəsini keçdikdən sonra, qarşıdakı yolayrıcından Opel markalı avtomobil dönmə işığını yandıraraq dönmək istəyib, lakin daha sonra dayanmış vəziyyət alıb. Onlara yol vermək üçün maşını saxladığı təəssüratı yaranıb. Lakin həmin vaxt onlar yüksək sürətlə hərəkət etdikləri üçün qarşıdakı nəqliyyat vasitəsi ilə toqquşma baş verib. Orada keçməyə məsafə yox idi, hətta bir heyvan belə keçə biləcəyi məsafə qalmamışdır. Hərəkət etdikləri zaman avtomobildə yüksək sürət hiss olunurdu. Avtomobilin ön oturacağında əyləşmiş, lakin sürətlər qutusuna və sürət göstəricisinə baxmırdı. Sürücünün yüksək sürətlə hərəkət etməsi ilə bağlı ona heç bir irad bildirməmişdir. Qarşıda olan Opel markalı nəqliyyat vasitəsi dönmə əməliyyatı etmək məqsədi ilə bir qədər irəliləyərək yolun ortasına çıxmışdı. Onların sürücüsü isə nə qəzanın qarşısını aldı, nə də vaxtında tormoz etdi. Həmin ərazidə onların nəqliyyat vasitəsinin təhlükəsiz şəkildə keçməsi üçün kifayət qədər məsafə mövcud deyildi. Qarşıdan gələn nəqliyyat vasitəsi əvvəlcə yolayrıcına çatmamış tam şəkildə dayandı, daha sonra isə dönmə əməliyyatına davam etdi. Hadisənin baş verdiyi ərazidə avtomobil tormozdan istifadə etmədi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək bildirmişdir ki, işə getmək üçün evdən çıxıb. Qızılqaya ərazisində, ona məxsus olan "Opel" markalı nəqliyyat vasitəsi ilə yolayrıcında dönmə əməliyyatı etmək istəyib. Həmin yerə çatıb, sürətini azaldıb və yolayrıcında dayanıb. Sağa-sola baxaraq baş yol istiqamətinə çıxmağa hazırlaşıb. Maşının ön hissəsini qarşı tərəfə çıxardığı anda, Göygöl istiqamətindən yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsini görüb. Həmin an nə qabağa, nə də geriyə hərəkət edə bilib. Nəqliyyat vasitəsi gəldiyi kimi də, onun idarə etdiyi avtomobilin ön hissəsinə çırpılıb. Hadisə zamanı avtomobildə tək olub. Təxminən 1 metr məsafədə yola çıxdığını bildirdi. Həmin yerdə sərt döngə olduğu üçün, əlavə olaraq “dayanmadan keçmək qadağandır” yol nişanı da mövcuddur. Qarşıdan maşın gəldiyini görməyib. Tormoz səsini eşitməyib, ancaq güclü səs gəldiyini xatırlayır. Qarşıdan avromobil gəldiyini 10 metr məsafə qalanda görüb. Dönmə əməliyyatı həyata keçirmək istədiyi anda həmin yerdə nə qədər müddət dayandığını dəqiq xatırlamır. Yolayrıcına daxil olmamışdan əvvəl arxaya, sonra isə qabağa baxdı və dönmə işığını yandırdı. Həmin anda qarşı tərəfdən heç bir nəqliyyat vasitəsi gəlmirdi. O, yolayrıcına daxil olduğu an toqquşma baş verdi.Dönmə etmədən əvvəl qarşı tərəfdən maşın gəlmirdi, dönmə etdiyi zaman qarşıdan maşın gəldiyini xatırlamır. Həmin hadisə olan zaman tormuz səsi eşitmədi. Lakin güclü səs eşitdi.Hadisə anında qarşı istiqamətə doğru hərəkətə başlayıb-başlamadığını xatırlamır.Dönmə hərəkətini həyata keçirmək üçün dayandı və bir qədər vaxt aldı. Daha sonra yolu keçən zaman təxmini 10 metr qalanda gördü. Dönmə əməliyyatına başlamazdan əvvəl qarşı tərəfdən hərəkət edən heç bir nəqliyyat vasitəsi müşahidə etmədi. Lakin dönmə etdiyi an gözünün qarşısında həmin vəziyyət canlandı və qarşıdan maşının gəldiyini gördüyü kimi toqquşma baş verdi. Hərəkətə başladığı anda qarşıdan gələn nəqliyyat vasitəsini gördü, lakin artıq dönmə əməliyyatını icra etdiyi üçün nə qabağa, nə də geri hərəkət etməyə imkanı olmadı. Qarşıdan gələn nəqliyyat vasitəsi Göygöl istiqamətindən hərəkət edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, səhər Gəncə şəhərindən Göygöl rayon istimaqətində işə gedərkən iki maşının toqquşduğunu görüb. Dərhal hadisə yerinə yaxınlaşaraq vəziyyəti qiymətləndirib və xəstəxanaya zəng edərək məlumat verib. Opel markalı maşının sürücüsünün maşından çıxa bildiyini, ancaq Vaz 21015 nömrəli maşının sürücüsünün sıxışıb qaldığını, hadisə yerində olan bir nəfərin son nəfəsini verdiyini bildirdi. Yaralıları maşından çıxarıb xəstəxanaya çatdırılmalarına kömək edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirib ki, hadisə olduqdan sonra hadisə yerinə gəlibdi. “Vaz 21015” və “Opel” markalı maşınlar yol ayırıcı tələbinin pozulması ilə əlaqədar qəza olmuşdu, daha sonra Vaz “21015” markalı maşının sürət həddini ölçəni videoda qeyd edib, təxmini yadında qalıb 120-140 idi, lakin orda sürət həddi 50-di. O, gəlib çatanda ölən şəxsin xəstəxanada olduğunu bildirdi. Sürət həddini aşmaq təqsirlik yaradır,səbəbi ilkin həmin qəzada Opel Astra markalı maşında isə yol ayırıcı qaydalarını pozması, daha sonra Vaz 21015 markalı maşın sürət həddi 50 km olan yerdə sürət həddini aşması olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 07:45 radələrində Gəncə avtomobil yolunun 1-ci kilometrliyində Azpetrol YDM yaxınlığında sürücü Təqsirləndirilən şəxs sürücülük hüququ olmaqla idarə etdiyi özünə məxsus “Opel Astra minik” markalı ** BF *** qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olub dönmə əməliyyatını həyata keçirən zaman onunla əks istiqamət ilə düzünə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi ‘VAZ 21015” markalı, **-VU-*** nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobildə sərnişin qismində olan xx.xx.2006-cı ildə Göygöl rayonunda anadan olmuş, AR vətəndaşı, subay, ADAU 2-cı kurs tələbəsi, Göygöl şəhəri R.Nəsibov məhəlləsi ev 05, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan X4 yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Toplanmış material əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi barədə” 23 may 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaq sənədlərindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata götürülərək istintaq aparılması üçün icraata götürülmüşdür. 25 oktyabr 2024-cü il tarixdə Göygöl şəhəri, Heydər Əliyev prospekti Göygöl rayonu Qızılqaya qəsəbəsi istiqamətində asfalt yolda baş vermiş qəza ilə bağlı hadisə yerinə baxış keçirilmiş, bu barədə hadisə yerinə baxış protokolu tərtib edilmişdir. Protokolda örtüyün növü asfalt beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni toqquşma nöqtəsində 10 metr 50 sm, hərəkət zolağının sayı 2, hərəkət hissəsinin eni 10,50 metr, qarşı-qarşıya nəqliyyat axımının ayırmaq üçün uzununa nişanlanma xətti vardır, hərəkət hissəyə birləşir sağdan dəmir maneə, toqquşma yeri və ya yerləri, hərəkət hissənin kənarına və bir-birinə nəzərən koordinatlar “VAZ 21015” markalı avtomobil hərəkət hissəsində yolun sağ kənarına 1,6 m, zolağın sol hissəsinə 2,6 m-dir. Toqquşan nəqliyyatvasitələrinin hadisədən əvvəlki hərəkət istiqamətləri: “VAZ 21015” markalı avtomobil X25 küçəsi ilə üzü Qızılqaya qəsəbəsi istiqamətində, “Opel Astra” markalı avtomobil eyni küçə ilə əks istiqamətdə üzü Göygöl şəhər istiqamətində. Hadisə yerində nəqliyyat vasitəsinin vəziyyəti “VAZ 21015” markalı 1—VV-787 n.n avtomobil öz hərəkət hissəsində üzü Qızılqaya istiqamətində dəmir maneə sıxılmış vəziyyətdə, “Opel Astra” avtomobil öz hərəkət hissəsində geriyə fırlanmaqla üzü Qızılqaya istiqamətində yolun sol kənarəndan 2 metr, zolağa qədər sağ kənara 3 metr məsafədə, avtomobillər arası məsafə 11 metrdir. Tormuzlama izləri aşkar edilmədi. Habelə, həmin vaxt hadisə yerinin sxemi çəkilmiş, protokola əlavə edilmişdir. “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” 25 oktyabr 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxanasının əməkdaşları tərəfindən qan nümunələri götürülmüşdür. 25 oktyabr 2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, X12 zərərçəkmiş şəxs qismində tanınmışdır. 25 oktyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxsin hüquqi varisinin cinayət prosesinə buraxılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X13 zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır. “Şahidin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən X13 şahid qismində dindirilmişdir. “Şahidin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs3 şahid qismində dindirilmişdir. “Şahidin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs1 şahid qismində dindirilmişdir. “Şahidin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Şahid1 şahid qismində dindirilmişdir. “Şahidin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Şahid3 şahid qismində dindirilmişdir. “Şahidin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Şahid2 şahid qismində dindirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin məhkəmə-kimya şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 3718/K nömrəli məhkəmə-kimyəvi ekspertiza rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4-benzodiazepin törəmələri, salisilatlar və kannabionid aşkar edilməmişdir. MTE və PA birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 25 oktyabr 2024-cü il tarixli 39 nömrəli rəyindən aşağıdakılar müəyyən edilmişdir: 2006-cı il təvəllüdlü X1 meyitinin məhkəmə-tibbi müayinəsinə və qərarda qoyulan sualları nəzərə alaraq aşağıdakı nəticəyə gəlinir: X1 bədənində müəyyən edilmiş xəsarətlər-başın ənsə nahiyəsinin yarası, başın yumşaq toxumalarına ənsə nahiyyəsinə uyğun hissədə böyük ölçülü qansızma, ənsə sümüyünün xətti formalı sınığı, hər iki beyin yarımkürələrinə qansızma, döş qəfəsinin hər iki tərəfində İ-Xİİ-dək qabırğaların həm məmə, həm də onurğayanı xəttlər üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyər və dalağın cırılması, hər iki körpücük sümüklərinin və döş sümüyünün orta 1/3 hissələrdən sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol böyrək ətrafı yumşaq toxumalara qansızma, sağ bud sümüyünün qapalı sınığı, üst dodağın selikli qişasının yarası. Qeyd olunan xəsarətlər həyatidir- bərk KÜT əşyanın/əşyaların təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb- açıq kəllə beyin travması nəticəsindəəmələ gələn kəllə tağı sümüyünün sınığı və baş beyinə qansızma olmuşdur. Məhkəmə-tibbi ekspert ətraf mühit şəraitinin və meyit əlamətlərini nəzərə alaraq belə hesab etmişdir ki, ölümün müddəti meyit müyainə olunan vaxta nəzərən 2-4 saatdır (meyitin müayinəsi xx.xx.2024-cü il tarixdə saat 10-30da aparılmışdır). X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2025-ci il tarixli 8/3297 saylı məhkəmə yol nəqliyyat hadisələri ekspertiza rəyində göstərilmişdir ki, 1,2.istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Opel Astra” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 77ci maddəsinin 4-cü hissəsinin tələblərində uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3,4.Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən qeyd olunan məlumatlar təqdim edilmədiyindən və təqdim olunmuş məlumatlar real hadisə mexanizminə “VAZ 21015” markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Sürücü Təqsirləndirilən şəxs VAZ 21015 markalı avtomobili hərkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saat qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 keçirilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli protokol). 6. Avtomobillərin hərəkət sürətlərinin təqdim edilməsi mümkün olmamışdır. Lakin VAZ-21015 markalı avtomobilin sürücüsünün deməyinə görə o, avtomobili 120 km/saat sürətlə idarə etmiş, onun hərəkəti üçün təhlükə 10 metr məsafədən yaranmış və toqquşmamaq üçün avtomobili nisbətən sağa meyilləndirməsini göstərmişdir. (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında 28 oktyabr 2024-cü il tarixli qərar.

7. Toqquşma VAZ-21015 markalı avtomobilin hərəkət zolağında onun hərəkət istiqamətinə nəzərən hərəkət hissəsinin sağ kənarından 1.6 metr məsafədə avtomobillərin qabaq sol hissələri arasında baş vermişdir. (məlumatın mənbəyi: eksopertizanın təyin edilməsi haqqında 28 oktyabr 2024-cü iİ tarixli qərar, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 25 oktyabr 2024-cü İİ tarixli protokol, hadisə yerinin sxemi və əlavə edilmiş fotoşəkillər). 1,2 sualları üzrə: İstintaq tərəfindən göstərilmişdir ki, sürücü Zərərçəkmiş şəxs3 Opel markalı avtomobili Qızılqaya qəsəbəsi istiqamətindən Göygöl rayonu istiqamətində idarə edərkən yolun sol tərəfində olan yola dönmək üçün icazə verilən yerdən sola manevrə edərək əks hərəkət zolağına çıxmış və qarşıdan əks istiqamətdə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21015 markalı avtomobil ilə toqquşmuşdur. Hər iki avtomobil texniki cəhətdən saz və yüksüz vəziyyətdə olmuş, VAZ- 21015 markalı avtomobildə 4 nəfər sərnişin olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində Opel Astra markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətləri tədqiq olunaraq göstərilir ki, mövcud şəraitdə hadisənin qarşısının alınması məqsədilə o, «X21» Azərbaycan Respublika Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin mad« tələblərinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə verməlidir.Mövcud şəraitdə sürücü Zərərçəkmiş şəxs3 əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkət edən VAZ-21015 markalı avtomobilin olmasını nəzərə alaraq yolayrıcında dönmə əməlliyyatı aparmaqla idarə etdiyi avtomobili sol hərəkət zolağına çıxartmamalı, VAZ-21015 markalı avtomobilin hərəkəti üçün təhlükəli şərait yaratmamalı, onun hərəkətinə üstünlük verərək buraxmalı və sonra dönmə əməliyyatına başlamalı idi. Lakin istintaq tərəfindən göstərildiyi kimi, sürücü Zərərçəkmiş şəxs3 texniki cəhətdən saz vəziyyətdə olan Opel Astra markalı avtomobil ilə yolayrıcında sola dönmək üçün qarşı hərəkət zolağına çıxması və qarşıdan hərəkətdə olan VAZ-21015 markalı avtomobilin hərəkəti üçün təhlükə yaradaraq onunla əks hərəkət zolağında toqquşması faktları onu izah edir ki, Opel Astra markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində «X21» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3,4 sualları üzrə: İstintaq tərəfindən göstərilmişdir ki, sürücü Zərərçəkmiş şəxs3 Opel Astra markalı avtomobili Qızılqaya qəsəbəsi istiqamətindən Göygöl rayonu istiqamətinə idarə edərkən yolun sol tərəfində olan yola dönmək üçün icazə verilən yerdən əks hərəkət zolağına çıxmış və qarşıdan əks istiqamətdə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 21015 markalı avtomobil ilə toqquşmuşdur. «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 5. Mövcud vəziyyətdə VAZ-21015 markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaranan anda onun toqquşma yerindən olduğu məsafəni müəyyən etmək üçün istintaq tərəfindən həmin avtomobilin sürücüsünün hərəkəti üçün konkret olaraq təhlükənin yaranma anı, həmin andan Opel Astra markalı avtomobilin toqquşma yerinə kimi qət etdiyi məsafə və hər iki avtomobilin hərəkət sürəti müəyyən edilərək təqdim edilməli idi. Lakin həmin məlumatlar təqdim edilməmişdir. Ona görə də qeyd olunan sual üzrə tədqiqat aparılmır. MTE və PA birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 11 fevral 2025-ci il tarixli 67 nömrəli rəyindən aşağıdakılar müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarət sağ əlin İ daraq sümüyünün qapalı sınığı- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərər vurmaya aid edilir. MTE və PA birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 11 fevral 2025-ci il tarixli 70 nömrəli rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət sirkə kasasının yerinidəyişən, qapalı qəlpəli sınığı, alt çənə, sağ gicgah, sağ baldır və sol dirsək oynağı nahiyyələrinin yaraları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərər vurmaya aid edilir. MTE və PA birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 11 fevral 2025-ci il tarixli 68 nömrəli rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Mübariz oğlunun bədəni üzərində aşkar edilmiş xəsarət sağ baldır və sağ mil sümüklərinin qapalı sınıqlarıbərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərərvurmaya aid edilir. MTE və PA birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 27 fevral 2025-ci il tarixli 109 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət sağ İV, V qabırğaların, sol bud və sol iç toöuq sümüklərinin sınıqlarıbərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərər vurmaya aid edilir. MTE və PA birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 22 fevral 2025-ci il tarixli 97 nömrəli rəyindən müəyyən edilmişdir ki, Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarət alt çənə və hər iki göz nahiyyələrinin səthi yaraları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 23 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Mübariz oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs2 Mübariz oğlu zərərçəkmiş şəxs qismində dindirilmişdir. “Şahidin əlavə dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs3 şahid qismində dindirilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 24 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində dindirilmişdir. “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən ilkin icraatda olmuş ********* nömrəli cinayət işi üzrə istintaq zamanı şahidin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş tədqiqat zamanı müəyyyən olunmuşdur ki, “VAZ 21015” markalı **-VU-*** nömrə nişanlı avtomobilin hərəkəti üçün təhlükə “Opel Astra” markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilin onun hərəkət zolağına çıxdığı andan yaranmış və toqquşma yerinə kimi “Opel Astra ” markalı avtomobil 15 km/saat surətlə qövsvari 3 metr 60 sm məsafə qət etmişdir. Hadisə yerindən fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı 29 mart 2025-ci il tarixdə əlavə məhkəməyol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 08 may 2025-ci il tarixli 8/787 saylı məhkəmə yol nəqliyyat hadisələri ekspertiza rəyində göstərilmişdir ki, 1 və 2-ci suallar üzrə Opel Astra markalı 31BF156 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərində uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3 və 4-cü suallar üzrə “VAZ 21015” markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərində uyğunsuzluq olmuşdur, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. 5.sual üzrə təhlükə yaranan anda “VAZ 21015” markalı, 10VU787 qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafə 56,7 metrdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 26 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində dindirilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 24 iyun 2025-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs qismində dindirilmişdir. “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” 24 iyun 2025-ci il tarixli qərara əsasən ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 3380 saylı arayışla Təqsirləndirilən şəxs psixonevroloji dispanserdə qeydiyyatda olmaması müəyyən edilmişdir. Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 4509 saylı arayışla Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda olmaması müəyyən edilmişdir. Göygöl Mənzil-Kommunal X3 tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri Heydər Əliyev prospekti 120 nömrəli ünvanda qeydiyyatdadır və hal-hazırda həmin mənzildə yaşayır. Ailə tərkibi aşağdakı kimidir: atası- X10-1976; anası-X5-1979; bacısı-X11- 2019; Göygöl Mənzil Kommunal-X3 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və onun barəsində heç bir şikayət xarakterli material daxil olmamışdır. Təqsirləndirilən şəxs barəsində məlumatın MİS-də yoxlanması zamanı onun xx.xx.2021-ci il tarixdə DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən verilmiş və xx.xx.2031-ci il tarixədək qüvvədə olan BD 102832 seriya nömrəli, “BC” kateqoriyalı sürücülük hüququnun olması, sürücülük hüququndan məhrum edilmədiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 Mübariz oğlu tərəfindən təqdim edilmiş notarial təsdiqli ərizənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə müxtəlif bədən xəsarətləri alıb, hal-hazırda müalicəsi davam edir. Onlar, Təqsirləndirilən şəxs ilə barışıblar. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2025-ci il tarixli 8/2767 saylı ekspert rəyinin tədqiqat hissəsində 1-ci sual üzrə göstərilmişdir ki, istintaq tərəfindən ifadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, Opel markalı avtomobil dayandığı yerdən toqquşma nöqtəsinə kimi qövsvari formada 3,6 metr məsafə qət etmişdir. Qeyd edilir ki, nəqliyyat vasitəsi dayandığı yerdən hərəkətə başladığı şəraitdə onun hərəkət sürəti 0-dan başlayaraq artır, yəni qeyd olunan şəraitdə Opel markalı avtomobil 3.6 metr məsafəni sabit 15 km/saat surətlə qət etməmiş, 0-dan başlayaraq 15 km/saat sürətə qədər artan-dəyişən sürətlə qət etmişdir. Ona görə də 8/787 nömrəli ekpet rəyində "artma təcili", "hərəkət sürəti”, “qət olunan məsafə", “sərf olunan vaxt" arasındakı aslılıq nomoqramasına əsasən Opel markalı avtomobilin dayandığı yerdən hərəkət edərək VAZ markalı avtomobilin hərəkət yoluna çıxdığı andan toqquşmaya kimi qət etdiyi 3,6 metr məsafədə 15 km/saat sürət alması nəzərə alınmaqla həmin məsafənin qət olunmasına sərf olunan vaxt 1,7 saniyədir. Həmin saniyə ərzində isə (1,7 san) 120 km/saat sürətlə hərəkətdə olan VAZ markalı avtomobilin qət etdiyi məsafə 56,7 metrə uyğundur. 2-ci və 3-cü suallar üzrə Aparılmış hesabatlardan belə məlum olur ki, 1 saniyə ərzində 110-115-120 km/saat sürət ilə hərəkətdə olan nəqliyyat vasitəsi 30,6- 31,9-33,3 metr məsafə qət etmiş olur. 4-cü sual üzrə Opel markalı avtomobil dayandığı yerdən hərəkətə başladığından onun hərəkət sürəti 0-dan başlayaraq artdığından, yəni onun hərəkət sürəti sabit olaraq 15 km/saat olmadığından qeyd olunan sual üzrə təqdiqat aparılmır. 5-ci sual üzrə qeyd edilir ki, təhlükə yaradan nəqliyyat vasitəsinin təhlükə yarandığı andan toqquşma yerinə kimi qət etdiyi məsafə həmin nəqliyyat vasitəsinin hərəkət surətindən asılı deyildir. İstintaq tərəfindən ifadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, Opel Astra markalı avtomobil dayandığı yerdən hərəkətə başladığı andan toqquşma yerinə kimi 3,6 metr məsafə qət emişdir. 6-cı və 7-ci sual üzrə qeyd edilir ki, nəqliyyat vasitəsi dayandığı yerdən hərəkətə başladığı şəraitdə onun hərəkət sürəti 0dan başlayaraq artır, yəni qeyd olunan şəraitdə Opel markalı avtomobil 3.6 metr məsafəni sabit 15 km/saat sürətlə qət etməmiş, O-dan başlayaraq 15 km/saat sürətə qədər artandəyişən, surətlə qət etmişdir. Belə vəziyyətdə isə Opel markalı avtomobilin toqquşmaya kimi qət etdiyi 3.6 metr məsafəyə sərf olunan real vaxt həmin avtomobilin 3,6 metr məsafəni sabit 15 km/saat sürətlə qət etməsinə sərf olunan vaxtdan böyük olacaqdır, yəni mövcud şəraitdə təhlükə yaranan andan toqquşmaya kimi keçən real vaxt Opel markalı avtomobilin 3,6 metr məsafəni sabit 15 km/saat sürətlə qət etməsinə sərf olunan vaxtdan böyük olmuşdur. Ona görə də 3.6 metr məsafəni Opel markalı avtomobilin sabit 15 km/saat sürətlə qət etməsinə uyğun vaxtın hesablanması obyektiv tədqiqatı təmin etmir. “Artma təcili", hərəkət sürəti", "qət olunan məsafə", “sərf olunan vaxt' arasındakı aslılıq nomoqramasına əsasən təhlükə yaranan andan toqquşmaya kimi 1,7 saniyə vaxt keçmişdir. Vaz markalı avtomobilin 110-115-120 km/saat sürətlə hərəkətdə olması vəziyyətində təhlükə yaranan andan toqquşma kimi 1,7 saniyə vaxtın keçməsi şəraitində təhlükə yaranan anda Vaz markalı avtomobilin toqquşma yerindən olduğu məsafə aşağıdakı düstur ilə hesablanılır. Aparılmış hesabatlardan belə məlum olur ki, VAZ 21015 markalı avtomobilin hərəkəti üçün təhlükə yaranan anda toqquşma yerindən 51,9-54,3- 56,7 metr aralı məsafə olmuşdur. 8-ci sual üzrə qeyd edilir ki, 56,7 metr məsafə 1,7 saniyə ərzində VAZ markalı avtomobilin 120 km/saat hərəkət sürətinə uyğun qət edilən məsafədir, yəni 56,7 metr məsafənin VAZ markalı avtomobilin 110-115 km/saat hərəkət sürəti ilə heçbir əlaqəsi yoxdur. Qeyd edilir ki, təhlükə yaradan, yəni Opel markalı avtomobilin təhlükə yaradan andan toqquşma yerinə kimi qət etdiyi məsafə VAZ markalı avtomobilin hərəkət sürətindən asılı deyildir. İstintaq tərəfindən ifadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, Opel Astra markalı avtomobilin dayandığı yerdən hərəkətə başladığı andan toqquşma yerinə kimi 3.6 metr məsafə qət etmişdir. 10-cu sual üzrə qeyd edilir ki, nəqliyyat vasitəsi dayandığı yerdən hərəkətə başladığı şəraitdə onun hərəkət sürəti o-dan başlayaraq artır, yəni qeyd olunan şəraitdə Opel markalı avtomobil 3.6 metr məsafəni sabit 15 km/saat sürətlə qət etməmiş, 0-dan başlayaraq 15 km/saat sürətə qədər artan-dəyişən sürətlə qət etmişdir. Belə vəziyyətdə isə Opel markalı avtomobilin toqquşmaya kimi qət etdiyi 3.6 metr məsafəyə sərf olunan real vaxt həmin avtomobilin 3,6 metr məsafəni sabit 15 km\saat sürətlə qət etməsinə sərf olunan vaxtdan böyük olacaqdır, yəni mövcud şəraitdə təhlükə yaranan andan toqquşmaya kimi keçən real vaxt Opel markalı avtomobilin 3,6 metr məsafəni sabit 15 km\saat sürətlə qət etməsinə sərf olunan vaxtdan böyük olmuşdur. Ona gorə də Vaz markalı avtomobilin sabit 15 km/saat sürətlə hərəkətdə olması şəraitinə uyğun hesabat aparılması obyektiv tədqiqatı təmin etmir. 11-ci və 12-ci suallar üzrə qeyd edilir ki, nəqliyyat vasitələrinin qabarıt parametrləri ekspert tərəfindən onlara baxış keçirilməklə müəyyən edilmir. Hərbir nəqliyyat vasitəsinin texniki xarakteristikasında onların qabarit ölçüləri dəqiqliklə, yəni millimetrlərlə göstərilir. 13-cü sual üzrə istintaq tərəfindən ifadənin yerində yoxlanılması zamanı müəyyən edilimişdir ki, Opel markalı avtomobil dayandığı yerdən toqquşma nöqtəsinə kimi qövsvari formada 3.6 metr məsafə qət etmişdir. Qeyd edilir ki, nəqliyyat vasitəsi dayandığı yerdən hərəkətə başladığı şəraitdə onun hərəkət sürəti 0-dan başlayaraq artır, yəni qeyd olunan şəraitdə Opel markalı avtomobil 3.6 metr məsafəni sabit 15 km/saat sürətlə qət etməmiş. 0-dan başlayaraq 15 km/saat sürətə qədər artan-dəyişən sürətlə qət etmişdir. “artma təcili hərəkət sürəti", "qət olunan məsafə", “sərf olunan vaxt' arasındakı aslılıq nomoqramasına əsasən Opel markalı avtomobilin dayandığı yerdən hərəkət edərək VAZ markalı avtomobilin hərəkət yoluna çıxdığı andan toqquşmaya kimi qət etdiyi 3.6 metr məsafədə 15 km/saat sürət alması nəzərə alınmaqla həmin məsafənin qət olunmasına sərf olunan vaxt 1,7 saniyədir. 14-15-16-cı suallar üzrə tədqiqatda istifadə olunan şərti işarələr: +-üstə gəlmə; - -çıxma; *-vurma; /-bölmə; ^2-kvadrata yüksəltmə; ^0.5-kökalma; tədqiqi hissənin ilkin məlumatlarına əsasən-Opel Astra markalı avtomobilin sürücüsü yolayrıcında dayandığı yerdən sola dönmə əməliyyatı apararkən qarşıdan əks istiqamətdə gələn VAZ 21015 markalı avtomobil ilə toqquşmuşdur. Hadisə yerində sürəti 60 km/saata qədər məhdudlaşdıran 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan yol nişanı vardır. -Toqquşmanın növü çarpaz; -NV1-in hərəkət etdiyi yol; -asfaltbeton; -quru; -üfüqi; NV2-in hərəkət etdiyi yol; -asfaltbeton; -quru; üfüqi. NV1 haqqında məlumat: Nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs. Nəqliyyat vasitəsinin növü: avtomobil. Nəqliyyat vasitəsinin markası VAZ-21015. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 10VU787. Nəqliyyat vasitəsinin yüklülüyü: 4 nəfər sərnişin. Nəqliyyat vasitəsinin texniki vəziyyəti: texniki saz. Nəqliyyat vasitəsinin kontaktda olan hissəsi: qabaq tərəf. Nəqliyyat vasitəsinin toqquşma baş verən ana kimi hərəkəti: tormozsuz. Nəqliyyat vasitəsinin faktiki hərəkət sürəti (km/saat): V(NV1) = 110-115-120. NV2 haqqında məlumat: Nəqliyyat vasitəsinin sürücüsü: Zərərçəkmiş şəxs3. Nəqliyyat vasitəsinin növü avtomobil. Nəqliyyat vasitəsinin markası: Opel Astra. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı: 31BF156. Nəqliyyat vasitəsinin yüklülüyü: yüksüz. Nəqliyyat vasitəsinin texniki vəziyyəti: texniki saz. Nəqliyyat vasitəsinin kontaktda olan hissəsi: qabaq tərəf. Nəqliyyat vasitəsinin toqquşma baş verən ana kimi hərəkəti: tormozsuz. Qəbul edilmiş parametrlər -Yüklənməsi nəzərə alınmaqla mövcud vəziyyətdə nəqliyyat vasitəsinin yavaşıması (m/san2): j(NV1) = 6,3. -Mövcud yolnəqliyyat şəraitində sürücünün reaksiya vaxtı(san). t1(NV1) = 0.8 -Nəqliyyat vasitəsinin tormoz sisteminin işə düşməsinin gecikməsi vaxtı(san): t2(NV1)=0,1 -Nəqliyyat vasitəsinin yavaşımasının artması vaxtı(san): t3(NV1)=0,3. -İş materiallarından məlum olduğu kimi nəqliyyat vasitəsinin (NV2) dayandığı yerdən hərəkət edərək NV1-nin hərəkət yoluna çıxdığı andan toqquşmaya kimi qət etdiyi məsafəyə sərf olunan vaxt (san): Ttəh =1,7 (“artma təcili-hərəkət sürəti- qət olunan məsafə -sərf olunan vaxt" arasındakı asılılıq nomoqramasına əsasən NV2-nin dayandığı yerdən hərəkət edərək NV1-nin hərəkət yoluna çıxdığı andan toqquşmaya kimi qət etdiyi 3,6 metr məsafənin sonunda 15 km/saat sürət alması nəzərə alınmaqla həmin məsafənin qət edilməsinə sərf olunan vaxt). Nizamlanmayan yolayrıcında NV2-nin sürücüsü qarşıdan düzünə gedən nəqliyyat vasitəsinə yol vermədən sola dönmə əməliyyatı apardığından, sürücünün hərəkətlərində X21 Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən, eyni əhəmiyyətli yolda qarşı tərətdən düzünə və sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən "X21 Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin riayət etməklə NV2-nin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda nəqliyyat vasitəsinin (NV1) toqquşma yerindən olduğu məsafə aşağıdakı düsturla müəyyən edilir: Sa(NV1)= Ttəh*V(NV1)/3,6; burada: V(NV1)- NV1-in faktiki hərəkət sürəti; Ttəh - hərəkət üçün təhlükə yaranan andan toqquşmaya kimi keçən vaxt. Aparılmış hesabata əsasən, hərəkət üçün təhlükə yaranan anda NV1-in toqquşma yerindən olduğu məsafə 51,9-54,3-56,7 metrdir. Hərəkət üçün təhlükə yaranan anda nəqliyyat vasitəsinin sürücüsü “X21" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalıdır. Həmin Maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. NV1-in sürücüsü nəqliyyat vasitəsini hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkət etdirdiyindən, onun hərəkətlərində "X21” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası nəqliyyat vasitəsinin hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkətdə olması ilə hadisənin baş verməsi arasında səbəbli əlaqəni müəyyən edir. Sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla, yəni NV1-ın hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkətdə olması ilə hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə aşağıdakı hesablamalar aparılır. Mövcud yol şəraitinə uyğun nəqliyat vasitəsinin (NV1) icazə verilən hərəkət sürətində dayanma yolu aşağıdakı düsturla müəyyən edilir: Sd.i (NV1)=( t1+t2+0,5*t3) * Vi(NV1)/ 3.6+ Vi(NV1) ^2/ (26*j(NV1)) burada tl- mövcud yol-nəqliyyat şəraitində NV1-in sürücüsünün reaksiya vaxtı; t2-NV1-in tormoz sisteminin işə düşməsinin gecikməsi vaxtı; t3-NV1-in yavaşımasının artması vaxtı; Vi(NV1)-in icazəverilən hərəkət sürəti; j(NV1)-üfüzi yolda NV1-in sabitləşmiş yavaşıması. Aparılmış hesabata əsasən mövcud yol şəraitinə uyğun nəqliyyat vasitəsinin (NV1) icazə verilən hərəkət sürətində dayanma yolu 39.9 metrdir. Məhkəmə tərəfindən təqdim edilən məlumatlara əsasən təhlükə yaranan anda NV1-in faktiki hərəkət sürətində onun toqquşma yerindən olduğu məsafə Sa(NV1) onun nəqliyyat vasitəsinin icazə verilən hərəkət surətinə uyğun dayanma yolundan Sd.i(NV1) böyük olduğundan (Sa (NV1)> Sd.i(NV1)) nəqliyyat vasitəsinin (NV1) sürücüsünün hərəkətlərində «X21» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Ona görə də sürücünün hərəkətlərində «X21» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiqatın nəticə hissəsində qeyd edilmişdir ki: istintaq tərəfindən ifadənin yerində yoxlanılması zamanı müəyyən edilirmişdir ki, Opel markalı avtomobil dayandığı yerdən toqquşma nöqtəsinə kimi qövsvari formada 3,6 metr məsafə qət etmişdir. Qeyd edilir ki, nəqliyyat vasitəsi dayandığı yerdən hərəkətə başladığı şəraitdə onun hərəkət sürəti 0-dan başlayaraq artır, yəni qeyd olunan şəraitdə Opel markalı avtomobil 3.6 metr məsafəni sabit 15 km/saat sürətlə qət etməmiş, 0-dan başlayaraq 15 km/saat sürətə qədər artan-dəyişən sürətlə qət etmişdir. Ona görə də 8/787 nömrəli ekpet rəyində “artma təcili", “hərəkət sürəti", “qət olunan məsafə", “sərf olunan vaxt” arasındakı aslılıq nomoqramasına əsasən Opel markalı avtomobilin dayandığı yerdən hərəkət edərək VAZ markalı avtomobilin hərəkət yoluna çıxdığı andan toqquşmaya kimi qət etdiyi 3,6 metr məsafədə 15 km/saat sürət alması nəzərə alınmaqla həmin məsafənin qət olunmasına sərf olunan vaxt 1,7 saniyədir. Həmin saniyə ərzində isə (1,7 san) 120 km/saat sürətlə hərəkətdə olan VAZ markalı avtomobilin qət etdiyi məsafə 56,7 metrə uyğundur. 2,3 Aparılmış hesabatlardan belə məlum olur ki, 1 saniyə ərzində 110-115-120 km/saat sürət ilə hərəkətdə olan nəqliyyat vasitəsi 30.6- 31,9-33.3 metr məsafə qət etmiş olur. 4. Opel markalı avtomobil dayandığı yerdən hərəkətə başladığından onun hərəkət sürəti 0-dan başlayaraq artdığından, yəni onun hərəkət sürəti sabit olaraq 15 km/saat olmadığından qeyd olunan sual üzrə təqdiqat aparılmır. 5. Qeyd edilir ki, təhlükə yaradan nəqliyyat vasitəsinin təhlükə yarandığı andan toquşma yerinə kimi qət etdiyi məsafə həmin nəqliyyat vasitəsinin hərəkət sürətindən aslı deyildir. İstintaq tərəfindən ifadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, Opel Astra markalı avtomobil dayandığı yerdən hərəkətə başladığı andan toqquşma yerinə kimi 3,6 metr məsafə qət etmişdir. 6,7. Qeyd edilir ki, nəqliyyat vasitəsi dayandığı yerdən hərəkətə başladığı şəraitdə onun hərəkət sürəti 0-dan başlayaraq artır, yəni qeyd olunan şəraitdə Opel markalı avtomobil 3.6 metr məsafəni sabit 15 km/saat sürətlə qət etməmiş. 0-dan başlayaraq 15 km/saat sürətə qədər artan-dəyişən, sürətlə qət etmişdir. Belə vəziyyətdə isə Opel markalı avtomobilin toqquşmaya kimi qət etdiyi 3.6 metr məsafəyə sərf olunan real vaxt həmin avtomobilin 3,6 metr məsafəni sabit 15 km\saat sürətlə qət etməsinə sərf olunan vaxtdan böyük olacaqdır, yəni mövcud şəraitdə təhlükə yaranan andan toqquşmaya kimi keçən real vaxt Opel markalı avtomobilin 3,6 metr məsafəni sabit 15 km\saat sürətlə qət etməsinə sərf olunan vaxtdan böyük olmuşdur. Ona görə də 3.6 metr məsafəni Opel markalı avtomobilin sabit 15 km/saat sürətlə qət etməsinə uyğun vaxtın hesablanması obyektiv tədqiqatı təmin etmir. “Artma təcili", ’’hərəkət sürəti", “qət olunan məsafə”, "sərf olunan vaxt" arasındakı aslılıq nomoqramasına əsasən təhlükə yaranan andan toqquşmaya kimi 1,7 saniyə vaxt keçmişdir. Aparılmış hesabatlardan belə məlum olur ki, VAZ 21015 markalı avtomobilin hərəkəti üçün təhlükə yaranan anda toqquşma yerindən 51.9-54,3-56,7 metr aralı məsafə olmuşdur. 8. Qeyd edilir ki, 56,7 metr məsafə 1,7 saniyə ərzində VAZ markalı avtomobilin 120 km/saat hərəkət sürətinə uyğun qət edilən məsafədir, yəni 56.7 metr məsafənin VAZ markalı avtomobilin 110-115 km/saat hərəkət sürəti ilə heçbir əlaqəsi yoxdur. 9. Qeyd edilir kı, təhlükə yaradan, yəni Opel markalı avtomobilin təhlükə yaranan andan toqquşma yerinə kimi qət etdiyi məsafə VAZ markalı avtomobilin hərəkət sürətindən asılı deyildir, istintaq tərəfindən ifadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, Opel Astra markalı avtomobil dayandığı yerdən hərəkətə başladığı andan toqquşma yerinə kimi 3,6 metr məsafə qət emişdir. 10. Qeyd edilir ki, nəqliyyat vasitəsi dayandığı yerdən hərəkətə başladığı şəraitdə onun hərəkət surəti 0-dan başlayaraq artır, yəni qeyd olunan şəraitdə Opel markalı avtomobil 3.6 metr məsafəni sabit 15 km/saat sürətlə qət etməmiş, 0-dan başlayaraq 15 km/saat sürətə qədər artan-dəyişən surətlə qət etmişdir. Belə vəziyyətdə isə Opel markalı avtomobilin toqquşmaya kimi qət etdiyi 3.6 metr məsafəyə sətf olunan real vaxt həmin avtomobilin 3.6 metr məsafəni sabit 15 km\saat sürətlə qət etməsinə sərf olunan vaxtdan böyük olacaqdır, yəni mövcud şəraitdə təhlükə yaranan andan toqquşmaya kimi keçən real vaxt Opel markalı avtomobilin 3,6 metr məsafəni sabit 15 km/saat sürətlə qət etməsinə sərf olunan vaxtdan böyük olmuşdur. Ona görə də Vaz markalı avtomobilin sabit 15 km/saat surətlə hərəkətdə olması şəraitinə uyğun hesabat aparılması obyektiv tədıqatı təmin etmir. 11-12. Qeyd edlir ki, nəqliyyat vasitələrinin qabarit parametrləri ekspert tərəfindən onlara baxış keçirilməklə müəyyən edilmir. Hər bir nəqliyyat vasitəsinin texniki xarakteristikasında onların qabarit ölçüləri dəqiqliklə, yəni millimetrlərlə göstərilir. 13. İstintaq tərəfindən ifadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, Opel markalı avtomobil dayandığı yerdən toqquşma nöqtəsinə kimi qövsvari formada 3,6 metr məsafə qət etmişdir. Qeyd edilir ki, nəqliyyat vasitəsi dayandığı yerdən hərəkətə başladığı şəraitdə onun hərəkət sürəti 0-dan başlayaraq artır, yəni qeyd olunan şəraitdə Opel markalı avtomobil 3.6 metr məsafəni sabit 15 km/saat sürətlə qət etməmiş, 0-dan başlayaraq 15 km/saat sürətə qədər artan-dəyişən sürətlə qət etmişdir, “artma təcili’’, "hərəkət sürəti", “qət olunan məsafə", “sərf olunan vaxt" arasındakı asılılıq nomoqramasına əsasən Opel markalı avtomobilin dayandığı yerdən hərəkət edərək VAZ markalı avtomobilin hərəkət yoluna çıxdığı andan toqquşmaya kimi qət etdiyi 3,6 metr məsafədə 15 km/saat sürət alması nəzərə alınmaqla həmin məsafənin qət olunmasına sərf olunan vaxt 1,7 saniyədir. 14,15,16. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən: Opel Astra markalı 31BF156 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində “X21 Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ-21015 markalı 10VU787 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X21" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “X21” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. “Elektron məhkəmə” sistemi vasitəsilə təqdim edilən xx.xx.2026-cı il tarixli arayışın surətindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə stasionar müalicə alması, bud nahiyəsinin qapalı diaqnozu qeyd edilmişdir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Belə ki, “X21” Qanunun 33-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. “X21” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 6-cı bəndində göstərilmişdir ki, yol hərəkəti iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X21” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X21” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilməməsi barədə dəlilləri şahid ifadələri, ekspert rəyləri və işin digər halları ilə təkzib olunmuş, özünü müdafiə xarakterli dəlillərdir. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmaması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsini, habelə təyin olunacaq cəzanın çəkilməsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzası orta həddə və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirimi səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 12 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclası zalında həbsə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirimi səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar