Məhkəmə qərarları › İş №1(066)-81/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-81/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-81/2023 29.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1972-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, 1-ci qrup əlil, Xanlar rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145.2.4-ci maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti cəzasına, Xanlar rayon məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək Ş.M.V. 300 mis. miq. cərimə cəzasına, Göygöl rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 400 saat ictimai işlər cəzasına, Gəncə şəhər, Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.2.2 və 127.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, xuliqanlıq niyyəti ilə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 10 dekabr 2022-ci il tarixdə saat 11:20 radələrində yaşadığı Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində həmin evdə Gəncə Apelyasiya Məhkəməsinin 07 iyun 2017-ci il tarixli və Göygöl Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnamələri ilə yaşamaq hüququ verilmiş keçmiş arvadı Zərərçəkmiş şəxs evə daxil olmasına maneəçilik yaradaraq, az yaşlı övladları xx.xx.2010-cu il təvəllüdlü Şahid1 gözü qarşısında heç bir əsaslı səbəb olmadan keçmiş arvadı Zərərçəkmiş şəxs üzərinə hücum çəkib, zor tətbiq edərək qəsdən yumruq zərbələri ilə sifət nahiyyəsinə ardıcıl zərbələr vurmaqla, sonuncuyа sol əng sümüyünün ön və yan divarlarının xətti forrmalı sınığı, burun sümüyünün qapalı yerdəyişməmiş sınığı, sol yanaq – alt çənə nahiyələrinin yumşaq toxumalarının əzilməsi, sol yanaq nahiyəsinin selikli qişasının qansızması, burun və hər iki gözün alt qapaqlarının qançırları ilə müşaiyət olunan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və cinayət məcəlləsinin 126-cı maddəsində nəzərdə tutalan cinayətlərə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə AZ AĞİR zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X1 arvadıdır. Birgə nigahdan 2 övladları vardır. 2011-ci il tarixdə rəsmi qaydada boşanmışlar. Məhkəmə tərəfindən mərhum anası X5 adına olan Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evində Zərərçəkmiş şəxs yaşamaq hüququ verilmişdir. Lakin hazırda onunla eyni ünvanda yaşamır, ünvan 1inən ildə 1-2 dəfə gəlib-gedir, lakin orada qalmır. xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində o, yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evdə olan vaxt Aytən oğlu Həsənlə gəlmişdir. Həmin vaxt o, mətbəxdə divanda uzanmışdır. Keçmiş arvadı Aytən onun, atasının, anasının və şəhidinin ünvanına nalayiq ifadələr işlədərək, onu əlindəki ağ rəngli qadın çantası ilə başının sağ tərəfindən vurmuşdur. O, özünü müdafiə etmək üçün əli ilə Aytəni geriyə itələmişdir. Daha sonra bir-birilərinin yaxasından tutaraq süpürləşmişlər. Aytən onu evin divarına çırpmış, o Aytəni özündən uzaqlaşdırmaq üçün geriyə itələmişdir. Sonra isə onlar evin həyətinə çıxmışlar. Evin həyətində olan nasaz vəziyyətdə olan soyuducunun üzərindən 1 litrlik botulkada olan benzini götürüb Aytənin üzərinə tökmüş, əlində olan yandıranı yandırıb-söndürməklə Aytən onun yaşadığı ünvana birdə gəlməsin deyə qorxutmaq istəmişdir. Həmin vaxt Aytən əl çantası ilə onun bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Bundan başqa əlində olan taxta parçası ilə onun sağ əlinin üzərinə və kürək nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. O, həmin vaxt ancaq özünü müdafiə etmək üçün Aytəni özündən geriyə doğru itələmişdir. Münaqişə zamanı oğlu Həsən də evin həyətində olan taxta parçası ilə sağ əlinindən və eyni zamanda yumruqla onun sol tərəf üz nahiyəsindən vurmuşdur. Baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmiş, yaranmış səs-küyə oğlu Şahin və qardaşı oğlu Lətif gəlmişlər və onları aralaşdırmışlar. Baş vermiş mübahisəyə səbəb isə keçmiş arvadı Aytən ondan yaşamaq hüququ verilmiş evdə qalmaq istəməməsi və əvəzinə 5.000 (beş min) manat pul istəməsi olmuşdur. Həmçinin, məhkəmələrin ədalətsiz hökm çıxararaq, Aytənə anası X5 adına olan Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evində yaşamaq hüququ verməklə, şəhid otağının qapısının bağlanması, şəhid otağının Aytənə verilməsi olmuşdur. Bundan başqa aliment borcu ilə əlaqədar olaraq Aytənin onun həbs olunmağına səbəb olmuş, onunla bir yerdə yaşaya bilmər. Hətta onun torpaq sahəsində məhkəmə qərarı ilə Aytənə verilmiş, Prezident təqaüdü də alimentə yönəldilmişdir. Hal-hazırda özünü təqsirli bilmir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş əridir. O, Arzu ilə 2006-cı ilin aprel ayının 26-da rəsmi qaydada evlənmişlər və təxminən 2016-cı ildə rəsmi qaydaqa boşanmışlar. xx.xx.2022-ci il tarixdə təxminən 11:20 radələrində o, oğlu Həsən ilə birlikdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən yaşamaq hüququ verilmiş evinə getmişlər. Həmin vaxt onlar evin həyətinə daxil olduqda keçmiş əri Arzu həyətə çıxıb, nəyə gəlibsən deyərək onun içəri daxil olmağına icazə verməmişdir. O, niyə içəri girməyinə qoymadığını soruşduqda, Arzu əynini geyindiyini demişdir. Daha sonra ona evin həyətindən çıxmağını, özünün isə ailəsi ilə birlikdə evdən çıxdıqdan sonra onun evə girə biləcəyini bildirmişdir. O, evdən çıxmayacağını bildirmiş, onunla sözlə mübahisə etmişdir. Bir dəqiqə deyib içəri daxil olub daha sonra evin həyətinə çıxaraq ona “indi ağzına siyim bax” deyib, həyətdə nasaz vəziyyətdə olan soyuducunun üzərindən bir litrlik fanta qutusunu götürmüş, qapağını açaraq içərisində olan benzini onun üstünə tökmüşdür. O, ona mobil telefonla onu çəkdiyini bildirdikdə isə Arzu onları yandıracağını bildirmişdir. Oğlu Həsən onu ondan ayırmağa çalışdıqda oğlunun da üzərinə tökmüş və dizi ilə oğlunun qarın nahiyyəsinə vurmuşdur. O, kömək eləyin deyərək qışqırmışdır. Saçından tutaraq botulkada qalan benzini başından aşağı tökmüşdür. O, kömək edin dedikcə, Arzu susmağını bildirmişdir. Oğlu Həsənə də çölə çıx polis çağır demişdir. O, Arzuya “əl çək çıxıb gedirəm” dedikcə o, arxasınca gəlmiş, sağ qolundan tutub buraxmamışdır. X8 buraxmadığını görüb, Həsəndə Arzuya onu buraxmasını bildirmişdir. Həmin vaxt Arzu yumruqla Həsənin üzündən vurmuşdur. O, bundan əsəbiləşib Arzuya alçaq uşağı niyə vurursan, əməliyyatdan yeni çıxıb demişdir. Oğlu Həsəni ekspertizadan keçirəcəyini deyib, Həsəni götürüb getmək istəmiş və evin həyətində düşən özünə məxsus ağ rəngli sellofan torbanı götürmək üçün evin həyətinə daxil olmuşdur. Həmin vaxt Arzu da onun arxasınca gəlib, əlində olan alışqanı yandırıb-söndürərək onu yandıracağını demiş və sol əli ilə onu divara sıxıb saxlayaraq, yumruqla sol tərəf üz nahiyyəsinə vurmuşdur. Daha sonra təxminən 3-4 dəfə üzünün müxtəlif nahiyyələrinə vurmuş və başı evin daş hasara dəymişdir. Həmin vaxt burnundan qan açılmışdır. O, qışqıraraq “burax məni gedirəm” desə də, Arzu onu buraxmamış, sakit dur demiş, həmçinin yandıracağını bildirmişdir. O, çıxıb getməyə çalışan zaman yenidən yumruqla alın nahiyyəsinə, sol tərəf çənəsinin alt hisəsinə və üzünün sol tərəfinə təxminən 3 dəfə yumruqla vurmuşdur. Həmin vaxt keçmiş eltisi Naibə “Arzu Aytənin ağzından qan gəlir” dedikdə onu buraxmışdır. Daha sonra o, DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Sonra isə üzünü və benzindən yanan gözlərini yumaq üçün yer axtaran zaman, onun, atasının və anasının ünvanına nalayiq ifadələr işlədərək, əlində olan mobil telefona çəkdiyini “tik-tok”a qoyacağını bildirmişdir. Həmçinin suyu axtarmaqda məqsədi olmuşdur ki, birdən Arzu onu və oğlunu yandırar. Elə halsız olduğundan yıxılaraq ağacın yanında gözləmişdir. Törədilmiş hadisə ilə bağlı mobil telefonla çəkdiyi videosunu təqdim etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Ona dəymiş zərər ödənilməmişdir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında mütəxəssisinin iştirakı ilə könüllü olaraq şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. xx.xx.2022-ci il tarixdə təxminən 11:20 radələrində o, anası Aytən ilə birlikdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən onlara yaşamaq hüququ verilmiş evə getmişlər. Həmin vaxt onlar evin həyətinə daxil olduqda atası Arzu həyətə çıxıb, onlara nəyə gəlibsiz deyərək içəri daxil olmalarına icazə verməmişdir. Anası onları niyə içəri girmələrinə qoymadığını soruşduqda, atası Arzu əynini geyindiyini demişdir. Daha sonra onlara evin həyətindən çıxmalarını, özünün isə ailəsi birlikdə evdən çıxdıqdan sonra evə girə biləcəklərini bildirmişdir. Anası atasına evdən çıxmayacağını bildirmiş, atası ilə sözlə mübahisə etmişdir. Bir dəqiqə deyib, içəri daxil olaraq, daha sonra evin həyətinə çıxaraq anasının ünvanına pis-pis sözlər deyib, həyətdə nasaz vəziyyətdə olan soyuducunun üzərindən bir litrlik fanta qutusunu götürmüş, qapağını açaraq içərisində olan benzini anasının üstünə tökmüşdür. O, anasıgilə yaxınlaşıb anasını çəkmək istəmiş, həmin vaxt atası əlində benzini onun üzərinə tökmüşdür. Əlində olan alışqanı yandırıb-söndürərək, onları yandıracağı ilə qorxutmuş, lakin yandırmamışdır. Anası atasına mobil telefonla onu çəkdiyini bildirdikdə isə atası onları yandıracağını bildirmişdir. O, atasını anasından çəkib ayırmağa çalışdıqda onun üzərinə benzin tökmüş və dizi ilə qarın nahiyyəsinə vurmuşdur. Anası və o, kömək eləyin deyərək qışqırmışlar. Anası Aytən qışqırdıqca atası Arzu susmağını bildirmişdir. Anası Aytən ona çölə çıx polis çağır deyə qışqırmışdır. Anası atasına burax gedirəm dedikcə atası anasının qolundan tutub buraxmamışdır. O, atasının anasını buraxmadığını görüb, atasına anasını buraxmasını bildirərkən atası Arzu yumruqla sol tərəf üzündən vurmuş və atası onu vurduğuna görə ağlamışdır. Anası evin həyətində olan sellofan torbanı götürmək üçün evin həyətinə daxil olmuşdur. Həmin vaxt atası Arzu içəri daxil olub, əlində olan alışqanı yandırıb-söndürərək anasını yandıracağını demişdir. Həmin vaxt anasını divara sıxıb saxlayaraq, yumruqla üzünün müxtəlif hissələrinə bir neçə dəfə vurmuş və anasının burnundan qan açılmışdır. Anası qışqıraraq “burax məni gedirəm” desə də, atası anasını buraxmamış, sakit dur demişdir. Anası çıxıb getmək istəsə də yenidən bir neçə dəfə anasının üzünə yumruqla vurmuşdur. Həmin vaxt əmisi arvadı Naibə, atasının digər oğlu Şahin səs-küyə gəlmiş, atasının qolundan tutub kənara çəkmək istəmiş, lakin atası Şahinə dəymə çəkil deyib üstünə qışqırmış, anasını yandırıb öldürəcəyini demişdir. Sonra isə onlar evin həyətindən çıxıb, su axtarmışlar ki, əl üzlərini yusunlar, birdən atası onları yandırar. Daha sonra anası polis çağırmış, həmin yerdən onları təcili yardım avtomobili xəstəxanaya aparmışdır. Məhkəmə iclasında könüllü olaraq şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs keçmiş arvadıdır. Zərərçəkmiş şəxs məhkəmə tərəfindən mərhum ata nənəsi X5 adına olan Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evdə yaşamaq hüququ verilmişdir. Lakin hazırda onlarla eyni ünvanda yaşamır, Goranboy rayonunda dəqiq bilmədiyim ünvanda yaşayır. Zərərçəkmiş şəxs ara-sıra onlar yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evə gəlib- gedir, lakin orada qalmır. xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində o, Hacıməlik qəsəbəsində yerləşən mağazadan çörək alıb öz yaşadığı ünvana qayıtmışdır. O, yaşadığı evin həyətinə daxil olduqda Aytən 1 litrlik botulkada olan benzini atası Arzunun üzərinə tökmüşdür. O, Aytəni atasından ayırmağa çalışmışdır. Həmin vaxt atasının digər oğlu Həsən evin həyətində olan taxta parçasını götürüb atasının kürəyindən və sağ əlindən vurmuşdur. Taxta parası Həsənin əlindən yerə düşdükdə, Aytən taxtanı yerdən götürüb, atasını vurmuşdur. Taxta atasının sağ əlinə dəymişdir. Atası isə Aytəni özündən kənarlaşdırmaq üçün geri doğru itələmişdir. Həsən əlində olan əl çantası ilə atasını vuran zaman əl çantası Aytənə də dəymişdir. O, həmin vaxt Aytənin burnunun qanamsını görmüşdür. Daha sonra evin həyətindən çıxıb bir qədər uzaqlaşıb, yolun kənarında əyləşmişdir. Sonra FHN-nin xidməti avtomobili gəlmişdir. 103 TTYX avtomobili gələn zaman, guya ki, halı pisləşmiş, özündən getmişdir. Daha sonra Göygöl RPŞ-nin əməkdaşları gəlmiş və atası Arzunu Göygöl RPŞ-yə dəvət etmişlər. Münaqişə zamanı Aytən şəhid olmuş əmisinə və mərhum nənəsi Qənirə Həsənovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ərinin qardaşı Təqsirləndirilən şəxs keçmiş arvadıdır. Zərərçəkmiş şəxs məhkəmə tərəfindən mərhum qaynanası X5 adına olan Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evdə yaşamaq hüququ verilmişdir. Lakin hazırda həmin ünvanda yaşamır, Goranboy rayonunda dəqiq bilmədiyi ünvanda yaşayır. Zərərçəkmiş şəxs ara-sıra Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən həmin ünvana gəlib-gedir, lakin orada qalmır. xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində o, Hacıməlik qəsəbəsində öz yaşadığı evin həyətində iş görürmüş. Küçədən səs-küy gəldiyini eşidib, Aytənin səsi olduğunu bilərək çölə çıxmışdır. Bilmişdir ki, həmişəki kimi Aytən gəlib yenə münaqişə yaradır. Arzuun yaşadığı evin həyətinə daxil olduqda Arzu qışqıraq gözünə benzin tüküldüyünü demişdir. Şahin də Aytəni Arzudan kənarlaşdırmağa çalışmış, oğlu Lətif də həmin vaxtı orada olmuş və onları sakitləşdirməyə çalışmışdır. Daha sonra Aytən oğlu Həsənlə birlikdə evin həyətindən çıxıb getmişlər. Baş vermiş münaqişə zamanı kimin kimə nə ilə xəsarət yetirməsini görməmiş, yalnız onların yaxalaşdıqlarını görmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əmisi Təqsirləndirilən şəxs keçmiş arvadıdır. O, əmisi Təqsirləndirilən şəxsla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs məhkəmə tərəfindən mərhum ata nənəsi X5 adına olan Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evdə yaşamaq hüququ verilmişdir. Lakin hazırda həmin ünvanda yaşamır, Goranboy rayonunda dəqiq bilmədiyi ünvanda yaşayır. Zərərçəkmiş şəxs ara-sıra Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən həmin ünvana gəlib-gedir, lakin orada qalmır. xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində o, Hacıməlik qəsəbəsində öz yaşadığı ünvanda olmuşdur. O, əmisi Arzunun yaşadığı evin həyətindən səs-küy eşidib, oraya getmişdir. Əmisi Arzuun yaşadığı evin həyətinə daxil olduqda əmisi Arzu qışqıraq Aytənin gözünə benzin tüküldüyünü demiş və eynəyinin yerdə olduğunu görmüşdür. Əmisi oğlu Şahində Aytəni ondan kənarlaşdırmağa çalışmışdır. Aytən əmisi Arzunun yaxasından tutub, buraxmamışdır. Əmisi Arzunun digər oğlu Həsəndə əlində olan taxta parçası ilə, sonra isə əlində olan əl çantası ilə əmisi Arzunu vurduğunu görmüş, lakin həmin vaxt onları sakitləşdirməyə çalışdığından, əmisinin hansı nahiyəsinə vurduğunu bilməmişdir. Sonra isə həmin taxta parçasını Aytənin əlində görmüş, Aytən də əlində olan taxta parçası ilə əmisi Arzunu vurmuşdur. Əmisi Arzu isə Aytəni özündən kənarlaşdırmaq üçün geri doğru itələmişdir. Həsən əlində olan əl çantası ilə əmisini vuran zaman əl çantası Aytənə də dəymişdir. Daha sonra Aytən Həsən ilə birlikdə evin həyətindən çıxaraq bir qədər uzaqlaşıb, qonşunun evinin qarşısında əyləşmişdir. Sonra FHN-nin xidməti avtomobili gəlmişdir. 103 TTYX avtomobili gələn zaman guya ki, halı pisləşmiş, özündən getmişdir. Daha sonra Göygöl RPŞ-nin əməkdaşları gəlmişlər və əmisini Göygöl RPŞ-yə dəvət etmişlər. Münaqişə zamanı Aytən şəhid olmuş əmisinə və mərhum nənəsi Qənirə Həsənovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 395 saylı rəyindən məlum olur ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol əng sümüyünün ön və yan divarlarının xətti formalı sınığı, burun sümüyünün qapalı yerdəyişməmiş sınığı, sol yanaq-alt çənə nahiyələrinin yumşaq toxumalarının əzilməsi, sol yanaq nahiyəsinin selikli qişasının qansızması, burun və hər iki gözün alt qapaqlarının qançırları - bərk küt əşyanın təsiri nəticəsində əmnələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 396 saylı rəyindən məlum olur ki, vət. Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol almacıq nahiyəsinin qançırı - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2001ci il tarixdə Xanlar rayon Məhkəməsi tərəfindən AR CM-nin 145.2.4 maddəsi ilə 2 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, xx.xx.2006-cı il tarixdə Xanlar rayon Məhkəməsi tərəfindən AR CM-nin 128 maddəsi ilə ŞMV 300 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Göygöl rayon Məhkəməsi tərəfindən AR CM-nin 306.1 maddəsi ilə 400 saat ictimai işlər cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək 1 il AME cəzası təyin edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, xx.xx.2016-cı il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsi tərəfindən AR CM-nin 213-1.1 maddəsi ilə 1 il şərti sınaq müddətinə məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş videogörüntülərdə Şahid1 zərərçəkmiş şəxsə xəsarət yetirməsi əks olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə saat 11:20 radələrində yaşadığı Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində həmin evdə Gəncə Apellyasiya məhkəməsinin 07 iyun 2017-ci il tarixli və Göygöl rayon məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnamələri ilə yaşamaq hüququ verilmiş keçmiş arvadı Zərərçəkmiş şəxs evə daxil olmasına maneəçilik yaradaraq, az yaşlı övladları xx.xx.2010cu il təvəllüdlü Şahid1 gözü qarşısında heç bir əsaslı səbəb olmadan keçmiş arvadı Zərərçəkmiş şəxs üzərinə hücum çəkib, zor tətbiq edərək qəsdən yumruq zərbələri ilə sifət nahiyyəsinə ardıcıl zərbələr vurmaqla, sonuncuyа sol əng sümüyünün ön və yan divarlarının xətti forrmalı sınığı, burun sümüyünün qapalı yerdəyişməmiş sınığı, sol yanaq – alt çənə nahiyələrinin yumşaq toxumalarının əzilməsi, sol yanaq nahiyəsinin selikli qişasının qansızması, burun və hər iki gözün alt qapaqlarının qançırları ilə müşaiyət olunan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və cinayət məcəlləsinin 126-cı maddəsində nəzərdə tutalan cinayətlərə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə AZ AĞİR zərər vurmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı CM-nin 127.2.2 və 127.2.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakterli olmaqla şahid ifadələri, ekspert rəyləri və iş materialları ilə tamamilə təkzib olunan, işin faktiki hallarına uyğun olmayan ifadələrdir. İbtidai istintaq və məhkəmə baxışı dövründə Təqsirləndirilən şəxs CM-nin 127.2.2 və 127.2.3-cü maddəsi ilə ona istinad edilən əməli törətmədiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və eyni zamanda həmin hal iş materialları ilə öz təsdiqini tapmamış, əksinə iş materialları və şahid ifadələri ilə təqsirləndirilən şəxsin təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X1 arvadıdır. Birgə nigahdan 2 övladları vardır. 2011-ci il tarixdə rəsmi qaydada boşanmışlar. Məhkəmə tərəfindən mərhum anası X5 adına olan Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evində Zərərçəkmiş şəxs yaşamaq hüququ verilmişdir. Lakin hazırda onunla eyni ünvanda yaşamır, ünvan 1inən ildə 1-2 dəfə gəlib-gedir, lakin orada qalmır. xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində o, yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evdə olan vaxt Aytən oğlu Həsənlə gəlmişdir. Həmin vaxt o, mətbəxdə divanda uzanmışdır. Keçmiş arvadı Aytən onun, atasının, anasının və şəhidinin ünvanına nalayiq ifadələr işlədərək, onu əlindəki ağ rəngli qadın çantası ilə başının sağ tərəfindən vurmuşdur. O, özünü müdafiə etmək üçün əli ilə Aytəni geriyə itələmişdir. Daha sonra bir-birilərinin yaxasından tutaraq süpürləşmişlər. Aytən onu evin divarına çırpmış, o Aytəni özündən uzaqlaşdırmaq üçün geriyə itələmişdir. Sonra isə onlar evin həyətinə çıxmışlar. Evin həyətində olan nasaz vəziyyətdə olan soyuducunun üzərindən 1 litrlik botulkada olan benzini götürüb Aytənin üzərinə tökmüş, əlində olan yandıranı yandırıb-söndürməklə Aytən onun yaşadığı ünvana birdə gəlməsin deyə qorxutmaq istəmişdir. Həmin vaxt Aytən əl çantası ilə onun bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Bundan başqa əlində olan taxta parçası ilə onun sağ əlinin üzərinə və kürək nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. O, həmin vaxt ancaq özünü müdafiə etmək üçün Aytəni özündən geriyə doğru itələmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş əridir. O, Arzu ilə 2006-cı ilin aprel ayının 26-da rəsmi qaydada evlənmişlər və təxminən 2016-cı ildə rəsmi qaydaqa boşanmışlar. xx.xx.2022-ci il tarixdə təxminən 11:20 radələrində o, oğlu Həsən ilə birlikdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən yaşamaq hüququ verilmiş evinə getmişlər. Həmin vaxt onlar evin həyətinə daxil olduqda keçmiş əri Arzu həyətə çıxıb, nəyə gəlibsən deyərək onun içəri daxil olmağına icazə verməmişdir. O, niyə içəri girməyinə qoymadığını soruşduqda, Arzu əynini geyindiyini demişdir. Daha sonra ona evin həyətindən çıxmağını, özünün isə ailəsi ilə birlikdə evdən çıxdıqdan sonra onun evə girə biləcəyini bildirmişdir. O, evdən çıxmayacağını bildirmiş, onunla sözlə mübahisə etmişdir. Bir dəqiqə deyib içəri daxil olub daha sonra evin həyətinə çıxaraq ona “indi ağzına siyim bax” deyib, həyətdə nasaz vəziyyətdə olan soyuducunun üzərindən bir litrlik fanta qutusunu götürmüş, qapağını açaraq içərisində olan benzini onun üstünə tökmüşdür. O, ona mobil telefonla onu çəkdiyini bildirdikdə isə Arzu onları yandıracağını bildirmişdir. Oğlu Həsən onu ondan ayırmağa çalışdıqda oğlunun da üzərinə tökmüş və dizi ilə oğlunun qarın nahiyyəsinə vurmuşdur. O, kömək eləyin deyərək qışqırmışdır. Saçından tutaraq botulkada qalan benzini başından aşağı tökmüşdür. O, kömək edin dedikcə, Arzu susmağını bildirmişdir. Oğlu Həsənə də çölə çıx polis çağır demişdir. O, Arzuya “əl çək çıxıb gedirəm” dedikcə o, arxasınca gəlmiş, sağ qolundan tutub buraxmamışdır. X8 buraxmadığını görüb, Həsəndə Arzuya onu buraxmasını bildirmişdir. Həmin vaxt Arzu yumruqla Həsənin üzündən vurmuşdur. O, bundan əsəbiləşib Arzuya alçaq uşağı niyə vurursan, əməliyyatdan yeni çıxıb demişdir. Oğlu Həsəni ekspertizadan keçirəcəyini deyib, Həsəni götürüb getmək istəmiş və evin həyətində düşən özünə məxsus ağ rəngli sellofan torbanı götürmək üçün evin həyətinə daxil olmuşdur. Həmin vaxt Arzu da onun arxasınca gəlib, əlində olan alışqanı yandırıb-söndürərək onu yandıracağını demiş və sol əli ilə onu divara sıxıb saxlayaraq, yumruqla sol tərəf üz nahiyyəsinə vurmuşdur. Daha sonra təxminən 3-4 dəfə üzünün müxtəlif nahiyyələrinə vurmuş və başı evin daş hasara dəymişdir. Həmin vaxt burnundan qan açılmışdır. O, qışqıraraq “burax məni gedirəm” desə də, Arzu onu buraxmamış, sakit dur demiş, həmçinin yandıracağını bildirmişdir. O, çıxıb getməyə çalışan zaman yenidən yumruqla alın nahiyyəsinə, sol tərəf çənəsinin alt hisəsinə və üzünün sol tərəfinə təxminən 3 dəfə yumruqla vurmuşdur. Həmin vaxt keçmiş eltisi Naibə “Arzu Aytənin ağzından qan gəlir” dedikdə onu buraxmışdır. Daha sonra o, DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Sonra isə üzünü və benzindən yanan gözlərini yumaq üçün yer axtaran zaman, onun, atasının və anasının ünvanına nalayiq ifadələr işlədərək, əlində olan mobil telefona çəkdiyini “tik-tok”a qoyacağını bildirmişdir. Həmçinin suyu axtarmaqda məqsədi olmuşdur ki, birdən Arzu onu və oğlunu yandırar. Elə halsız olduğundan yıxılaraq ağacın yanında gözləmişdir. Törədilmiş hadisə ilə bağlı mobil telefonla çəkdiyi videosunu təqdim etmişdir. Məhkəmə iclasında mütəxəssisinin iştirakı ilə könüllü olaraq şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. xx.xx.2022-ci il tarixdə təxminən 11:20 radələrində o, anası Aytən ilə birlikdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən onlara yaşamaq hüququ verilmiş evə getmişlər. Həmin vaxt onlar evin həyətinə daxil olduqda atası Arzu həyətə çıxıb, onlara nəyə gəlibsiz deyərək içəri daxil olmalarına icazə verməmişdir. Anası onları niyə içəri girmələrinə qoymadığını soruşduqda, atası Arzu əynini geyindiyini demişdir. Daha sonra onlara evin həyətindən çıxmalarını, özünün isə ailəsi birlikdə evdən çıxdıqdan sonra evə girə biləcəklərini bildirmişdir. Anası atasına evdən çıxmayacağını bildirmiş, atası ilə sözlə mübahisə etmişdir. Bir dəqiqə deyib, içəri daxil olaraq, daha sonra evin həyətinə çıxaraq anasının ünvanına pis-pis sözlər deyib, həyətdə nasaz vəziyyətdə olan soyuducunun üzərindən bir litrlik fanta qutusunu götürmüş, qapağını açaraq içərisində olan benzini anasının üstünə tökmüşdür. O, anasıgilə yaxınlaşıb anasını çəkmək istəmiş, həmin vaxt atası əlində benzini onun üzərinə tökmüşdür. Əlində olan alışqanı yandırıb-söndürərək, onları yandıracağı ilə qorxutmuş, lakin yandırmamışdır. Anası atasına mobil telefonla onu çəkdiyini bildirdikdə isə atası onları yandıracağını bildirmişdir. O, atasını anasından çəkib ayırmağa çalışdıqda onun üzərinə benzin tökmüş və dizi ilə qarın nahiyyəsinə vurmuşdur. Anası və o, kömək eləyin deyərək qışqırmışlar. Anası Aytən qışqırdıqca atası Arzu susmağını bildirmişdir. Anası Aytən ona çölə çıx polis çağır deyə qışqırmışdır. Anası atasına burax gedirəm dedikcə atası anasının qolundan tutub buraxmamışdır. O, atasının anasını buraxmadığını görüb, atasına anasını buraxmasını bildirərkən atası Arzu yumruqla sol tərəf üzündən vurmuş və atası onu vurduğuna görə ağlamışdır. Anası evin həyətində olan sellofan torbanı götürmək üçün evin həyətinə daxil olmuşdur. Həmin vaxt atası Arzu içəri daxil olub, əlində olan alışqanı yandırıb-söndürərək anasını yandıracağını demişdir. Həmin vaxt anasını divara sıxıb saxlayaraq, yumruqla üzünün müxtəlif hissələrinə bir neçə dəfə vurmuş və anasının burnundan qan açılmışdır. Anası qışqıraraq “burax məni gedirəm” desə də, atası anasını buraxmamış, sakit dur demişdir. Anası çıxıb getmək istəsə də yenidən bir neçə dəfə anasının üzünə yumruqla vurmuşdur. Həmin vaxt əmisi arvadı Naibə, atasının digər oğlu Şahin səs-küyə gəlmiş, atasının qolundan tutub kənara çəkmək istəmiş, lakin atası Şahinə dəymə çəkil deyib üstünə qışqırmış, anasını yandırıb öldürəcəyini demişdir. Sonra isə onlar evin həyətindən çıxıb, su axtarmışlar ki, əl üzlərini yusunlar, birdən atası onları yandırar. Daha sonra anası polis çağırmış, həmin yerdən onları təcili yardım avtomobili xəstəxanaya aparmışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 395 saylı rəyindən məlum olur ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol əng sümüyünün ön və yan divarlarının xətti formalı sınığı, burun sümüyünün qapalı yerdəyişməmiş sınığı, sol yanaq-alt çənə nahiyələrinin yumşaq toxumalarının əzilməsi, sol yanaq nahiyəsinin selikli qişasının qansızması, burun və hər iki gözün alt qapaqlarının qançırları - bərk küt əşyanın təsiri nəticəsində əmnələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinə əlavə edilmiş videogörüntülərdə Şahid1 zərərçəkmiş şəxsə xəsarət yetirməsi əks olunmuşdur. Bütün sadalanan hallara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 127.2.2 və 127.2.3-cü maddəsiilə ona istinad edilən cinayət əməlini törətməməsi həqiqi, obyektiv ifadə kimi qəbul olunmamalı, ifadədə göstərilən xüsusatlar özünün müdafiəsinə yönəlməklə cinayət məsuliyyətindən və cəzadan kənarda qalmasına hesablanmışdır. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-nin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 127.2.2 və 127.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs оğluna cəza təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət əməli törətmiş, islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş daha yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs оğlunun CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah edir. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun üzərinə Göygöl rayonu, Hacıməlik qəsəbəsindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonun və Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-81/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 29 avqust 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1972-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, 1-ci qrup əlil, Xanlar rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145.2.4-ci maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti cəzasına, Xanlar rayon məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək Ş.M.V. 300 mis. miq. cərimə cəzasına, Göygöl rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 400 saat ictimai işlər cəzasına, Gəncə şəhər, Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.2.2 və 127.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun üzərinə Göygöl rayonu, Hacıməlik qəsəbəsindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonun və Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar