Məhkəmə qərarları › İş №1(066)-81/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-81/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-81/2024 06.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X6 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 oğlunun, onun qanuni nümayəndəsi Şahid və Təqsirləndirilən şəxs2 onların müdafiəçiləri Müdafiəçi və X7 Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxxx 2007-ci ildə Göygöl rayonu, Tülallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Göygöl şəhəri, 5 nömrəli orta məktəbdsə təhsil alan, subay, Göygöl rayonu, Tülallar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxx 1969-cu ildə Göygöl rayonu, Əzgilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Əzgilli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 оğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 08 mart 2024-cü il tarixdə saat 11 radələrində yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malik olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi Göygöl rayon notariat ofisi tərəfindən sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərin ona verilməsi barədə xx.xx.2023-cü il tarixli, 7E-3273 saylı baş etibarnamə əsasındaatası Şahid sərəncamında olan VAZ 21150 markalı, 50DS 126 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Göygöl şəhəri, Tofiq Quliyev küçəsində hərəkətdə olan zaman həmin Qanunun 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olması barədə tələbi pozmaqla yolayrıcına daxil olub ona nisbətdə sağdan gələn sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 21214 markalı, 90XP210 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yol verməyərək qarşısına çıxıb həmin avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön oturacağında sərnişin olan anası Zərərçəkmiş şəxs döş qəfəsinin qapalı küt travması, sağtərəfli hemopnevmatoraks, hər iki körpücük sümüklərinin sağ İ, İİ, İİİ, İV, Vİ, Vİİ, Vİİİ qabırğaların sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 08 mart 2024-cü il tarixdə saat 11 radələrində yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla xx.xx.2014-cü il tarixdə DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən verilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olan AE 107475 seriya nömrəli, BC kateqoriyalı sürücülük hüququnu təsdiq edən sürücülük vəsiqəsi əsasında idarə etdiyi Bərdə Regional “Asan Xidmət” mərkəzi notariat ofisi tərəfindən sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərin ona verilməsi barədə xx.xx.2024-cü il tarixli, 7E-57 saylı baş etibarnamə əsasındaX11 məxsus VAZ 21214markalı, 99XP210dövlət qeydiyyat nömrə nişanlı avtomobilləGöygöl şəhəri, Həzi Aslanov küçəsində hərəkətdə olan zaman«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olması, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olması barədə tələbini pozaraq həmin küçə ilə Tofiq Quliyev küçəsinin kəsişməsində olan yolayrıcına daxil olub ona nisbətdə soldan yolayrıcına daxil olan sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 21150 markalı, 50DS 126 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan VAZ 21150 markalı, ** DS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön oturacağında sərnişin olan Zərərçəkmiş şəxs döş qəfəsinin qapalı küt travması, sağtərəfli hemopnevmatoraks, hər iki körpücük sümüklərinin sağ İ, İİ, İİİ, İV, Vİ, Vİİ, Vİİİ qabırğaların sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və həmin Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməyib nəqliyyat vasitəsini yerindən tərpətməməli, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” avtomobili çağırmalı, zərər çəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibb müəssisəsinə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya digər hüquq mühafizə orqanlarına xəbər verməli, həmin əməkdaşların gəlməsini gözləməli olduğu halda, bunları etməyərək idarə etdiyi avtomobiliidarə edərək həmin yerdən uzaqlaşaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Göygöl şəhəri, 5 nömrəli orta məktəbin 10B sinif şagirdidir. 08 mart 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı ünvandan atası Şahid məxsus “VAZ 21150 Minik” markalı, **-DS-*** nömrə nişanlı avtomobili ondan icazə almaqla Göygöl şəhəri, Vidadi küçəsinə getmişdir. Anası Zərərçəkmiş şəxs avtomobilin ön sərnişin oturacağında oturmuşdur. Göygöl şəhəri Həzi Aslanov küçəsinə birləşən yol ilə hərəkət edərək dördyola çatdıqda avtomobili tam dayandırıb sağa sola baxdıqda sağ tərəfdən olan yoldan “VAZ 21124” markalı avtomobilin uzaqdan gəldiyini görüb avtomobili yenidən hərəkətə gətirmiş, lakin o dördyolu düz keçmək istədiyi zaman yolun orta xəttində həmin avtomobil çataraq onun avtomobilinin sağ yan hissəsindən ön hissəsi ilə çırpılaraq onu sürütləməyə başlamış, o qaz verib sükanı sağa doğru döndərməklə həmin avtomobilin qarşısından çıxıb yolun ona nisbətdə sağ kənarında hasarın yaxınlığında dayandırmışdır. “Niva” markalı avtomobil isə gəldiyi istiqamətdə yolun sağ hissəsinə toqquşma nöqtəsindən keçməklə hasara dəyib dayanmışdır. Bundan sonra o avtomobildən düşdükdə “Niva” markalı avtomobilin sürücüsü Mayıl adlı şəxs onunla mübahisə edərək onu gözləməli olduğunu bildirərək ona acıqlanmış, sonra isə o qəza nəticəsində xəsarət alan anası Mahirə ilə məşğul olduqda Mayıl öz avtomobilini idarə edərək hadisə yerindən getmişdir. Hadisə baş verməzdən əvvəl idarə etdiyi avtomobili dördyolda dayandırdıqdan sonra hərəkətə gətirdiyi üçün 15 km/saat surət ilə idarə etmişdir. Hal-hazırda anası olan, Zərərçəkmiş şəxs ondan şikayəti və tələbi olmamaqla onunla barışmışdır. Təhsili davam etdirmək istəməsinə görə ona mümkün qədər yüngül cəza təyin etməyi məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Göygöl şəhəri, Həzi Aslanov küçəsi ev 13-də ailəsi ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq dolanır. 08 mart 2024-cü il tarixdə saat 11 radələrində “BC” kateqoriyalı, AE107475 nömrəli sürücülük vəsiqəsinə əsasən, 198986 nörməli etibarnamə ilə idarə etdiyi AC 615681 nömrəli şəhadətnamə ilə X11 məxsus “VAZ 21214 minik” markalı, **-XP-*** nömrə nişanlı avtomobil ilə Göygöl şəhəri Həzi Aslanov küçəsi ilə əsas yol ilə hərəkət edərək dörd yoldan keçdiyi zaman həmin yola soldan birləşən yol ilə hərəkətdə edən “VAZ 21015” markalı, **-DS-*** avtomobili əsas yolu gözləmədən qəflətən qarşısına çıxmış, idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin avtomobilin sağ yan hissəsi toqquşmuşdur. Bundan sonra onun avtomobili qarşıda olan evin hasarına doğru getmiş, digər avtomobil isə gəldiyi istiqamətdə dörd yolu keçdikdən sonra sol tərəfdə evin hasarının kənarında qalmışdır. Həmin avtomobildə üç nəfər olmuş, sürücü və yanındakı şəxs üzərinə gələrək onunla mübahişə etmişlər. Həmin avtomobildə olan xəsarət alan qadın isə düşərək səkinin üzərində oturmuşdur. Bundan sonra o, avtomobilini idarə edərək yaşadığı ünvana getmişdir. Bundan sonra sürücü Eminin atası Mobil adlı şəxs yaşadığı ünvana gələrək onun avtomobilini düzəltdirməli olduğunu bildirib onunla mübahisə etdikdən sonra çıxıb getmişdir. Təxminən 15 dəqiqə sonra isə hadisə yerinə polis əməkdaşları gəlmiş, onu çağıraraq avtomobili ilə birlikdə hadisə yerinə çıxartmışlar, digər avtomobil “VAZ 21015” markalı avtomobil isə hadisə yerində olmuşdur. Hal-hazırda Zərərçəkmiş şəxs ondan şikayəti və tələbi olmamaqla onunla barışmışdır. Ona mümkün qədər yüngül cəza təyin etməyi məhkəmədən xahiş edir. Cinayət işinin məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, evlidir, 3 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 onun oğludur. Göygöl şəhəri, 5 nömrəli orta məktəbin 10B sinif şagirdidir. 08 mart 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı ünvandan Vidadi küçəsinə getmək üçün çxımışlar. Təqsirləndirilən şəxs1 atası Şahid məxsus “VAZ 21150 Minik” markalı, **-DS-*** nömrə nişanlı avtomobili ondan icazə almaqla Göygöl şəhəri, Vidadi küçəsinə getmək üçün hərəkətə gətirmiş, o sərnişin qismində ön sərnişin oturacağında oturmuşdur. Göygöl şəhəri Həzi Aslanov küçəsinə birləşən yol ilə hərəkət edərək dördyola çatdıqda Emin avtomobili tam dayandırıb sağa sola baxdıqda sağ tərəfdən olan yoldan “VAZ 21124” markalı avtomobilin uzaqdan gəldiyini görüb avtomobili yenidən hərəkətə gətirmiş, həmin avtomobilin çatdığı müddətə qədər oradan keçəcəyini deyib, lakin dördyolu düz keçmək istədikləri zaman yolun orta xəttində həmin avtomobil çataraq onların avtomobilin sağ yan hissəsindən ön hissəsi ilə çırpılaraq sürütləməyə başlamış, sonra Emin yolu keçə bilsə də həmin “Niva” markalı avtomobil onlardan keçərək divara dəymişdir. Hadisə ehtiyyatsızlıq nəticəsində baş verdiyindən və ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənildiyindən o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlardan heç bir şikayət və tələbi yoxdur. Onlara mümkün qədər yüngül cəza təyin etməyi məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, Göygöl rayonu, Tülallar kəndində qeydiyyatda olmaqla Göygöl şəhəri, Qaçaq Nəbi küçəsi ev 28-də ailəsi ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 onun oğludur. Göygöl şəhəri, 5 nömrəli orta məktəbin 10B sinif şagirdidir. “VAZ 21150 Minik” markalı, **-DS-*** nömrə nişanlı avtomobil, AD 913974 nömrəli şəhadətnamə ilə X8 məxsusdur. 155139 nömrəli etibarnamə ilə onun istifadəsindədir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadıqları ünvandan ona məxsus “VAZ 21150 Minik” markalı, **-DS-*** nömrə nişanlı avtomobil ilə Göygöl şəhəri, Vidadi küçəsinə getmək üçün ondan icazə almış, anası Zərərçəkmiş şəxs da sərnişin qismində ön sərnişin oturacağında oturmuşdur. Göygöl şəhəri Həzi Aslanov küçəsinə birləşən yol ilə hərəkət edərək dördyolda sağ tərəfdən olan yoldan “VAZ 21124” markalı avtomobil ilə toqquşmuş, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin sağ yan hissəsindən ön hissəsi ilə çırpılmışdır. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 08 mart 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Şahid VAZ 21150 markalı, 50DS 126 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Göygöl şəhəri, Tofiq Quliyev küçəsində hərəkətdə olan zaman yolayrıcına daxil olub ona nisbətdə sağdan gələn sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 21214 markalı, 90XP210 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yol verməyərək qarşısına çıxıb həmin avtomobil ilə toqquşmuş, nəticədə VAZ 21150 markalı, 50DS 126 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə baxış açıq havada, təbii işıqlanma şəraitində keçirilmişdir. Hadisə yerinin sxemi tərtib edilərək fotoşəkilləri çəkilmişdir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Gəncə şəhər Narkoloji dispanserdə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 08 mart 2024-cü il tarixli 672/2024 nömrəli müayinə aktından məlum olur ki, Təqsirləndirilən şəxs2 hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Gəncə şəhər Narkoloji dispanserdə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 08 mart 2024-cü il tarixli 671/2024 nömrəli müayinə aktından məlum olur ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X17 Şəxsinin Göygöl MTE və PA şöbəsinin 31 may 2024-cü il tarixli 298 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin qapalı küt travması, sağtərəfli hemopnevmatoraks, hər iki körpücük sümüklərinin, sağ İ, İİ, İİİ, İV, V, Vİ,Vİİ,Vİİİ qabırğalarının sınığı– bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Həmin xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Göygöl RPŞ-nin X20 Bölməsinin məktubdan məlum olur ki, məlumatın MİS-də yoxlanması zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2014-cü il tarixdə DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən verilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olan AE 107475 seriya nömrəli, BC kateqoriyalı sürücülük hüququnun olması, X3 isə sürücülük hüququnun olmaması müəyyən edilməmişdir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22 may 2024-ci il tarixli 8/1167 nömrəli rəyindən məlum olur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən 1.2 suallar üzrə “VAZ 21015” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məmmədov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4-cü suallar üzrə rəydə göstərilmişdir ki, “VAZ 21214” markalı, **-XP-*** nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X2 alınmış arayışlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 21 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon İHB-nın Göygöl rayonu Toğanalı kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon İHB-nın Göygöl rayonu Toğanalı kənd İƏD üzrə nümayəndəliyinin arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs2 Göygöl rayonu Toğanalı kənd İƏD üzrə nümayəndəliyinin Əzgilli kəndidə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, himayəsində 1 nəfər azyaşlı uşaq vardır. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon İHB-nın Göygöl rayonu Tülallar kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon İHB-nın Göygöl rayonu Tülallar kənd İƏD üzrə nümayəndəliyinin arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs1 Göygöl rayonu Tülallar kənd İƏD üzrə nümayəndəliyinin Əzgilli kəndidə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ehtiyatsızlıq nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarında göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Təqsirləndirilən şəxs1 hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, hadisəni törədərkən və hal-hazırda yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxsin öz doğma anası olmasını, Təqsirləndirilən şəxs2 ilk dəfə, böyük ictimai təhlükə törətməyən cinayət əməllərini törətməsini, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını, təqsirləndirilən şəxslərin hər ikisinin yaşayış yeri üzrə müsbət xasiyyətnamə ilə səciyələnmələrini, əməllərini etiraf edib peşman olmalarını, zərərçəkmiş şəxsə vurduqları ziyanı tamamilə ödəmələrini, zərərçəkmiş şəxsin onlardan şikayəti və tələbi olmamsını, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan başqa Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaların məqsədlərinə nail olunması baxımından, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini və onun ilk dəfə hadisələrin təsadüfi axarı zəmnində az ağır cinayət əməli törətməsini, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin onun özünün anası olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbin olmamasını, hadisəni törədərkən və hal-hazırda yetkinlik yaşına çatmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətnamə ilə səciyələnməsini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə, haqlarında yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzanın təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunduğunu sübut etməlidir. Azərbaycan Respüublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına, Zərərçəkmiş şəxs ondan heç bir şikayətivə tələbinin olmamasına görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəllənin 263.1-ci maddəsində cinayət məsuliyyətindən azad edilməli, onun barəsində həmin maddə üzrə cinayət təqibinin icraatına xitam verilməlidir. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2ci bəndində qeyd edilir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci madddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə həmçinin cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını cəzanı ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbin olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Göygöl rayonunun kəndlərində və Gəncə şəhərində fəhləlik etməklə dolanışığını təmin edir, Göygöl rayonu, Əzgilli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Göygöl rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dən səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törədəcəyi ehtimalının olmadığunu nəzərə alaraq onların barəsində istintaq orqanı tərəfindən seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini əsaslı hesab edir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Eyni zamanda, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ona görə də, məhkəmə göstərilənləri, Azərbaycan Respublikası CM-in 8-ci (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq təqsirləndirilən şəxs X5 əməlini səmimi etiraf edib, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən X5 şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona ədalətli cəza təyin edilməsini əsaslı hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci alınıb Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə verilməlidir. Cinayət işi üzrə maddi subut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Göygöl rayon İcra və Probasiya Şöbəsinə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi üzrə icraata hissəvi xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay müddətə azadlığn məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə ünvan 2 ünvanındakı yaşayış yerini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri və Göygöl rayonun ərazi hüdudlarının tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci alınıb Az.MEM, VÖİN **********, AZ34 CTRE ********************, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə ödənsin. Hökmün icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar