Məhkəmə qərarları › İş №1(066)-82/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-82/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-82/2024 25.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar hesab edilən, 1 ədəd gümüşü rəngli bükümün içərisində təmiz çəkisi 0,401 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 22 iyun 2024-cü il tarixdə saat 23:20 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl şəhəri Azay Kazımov küçəsində müəyyən edilərək ünvan 1 ünvanında yerləşən Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində saxlayaraq daşıdığı ümumi təmiz çəkisi 0,401 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək ondan götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu Hacallı kəndində ailə üzvləriylə birlikdə yaşayır. 22 iyun 2024-cü il tarixdə işləmək məqsədilə yaşadığı Bərdə rayonundan çıxaraq Kəlbəcər rayonuna gedərkən saat təxminən 23 radələrində Göygöl rayonuna tanımadığı yol maşını ilə gələrək “Böyük İsgəndər” adlı restoranının yaxınlığında avtomobildən düşüb piyada yolun sol kənarı ilə Göygöl-Toğana yoluna tərəf getmişdir. Qazax rayonundan gələcək dostları ilə birlikdə Kəlbəcər rayonuna getməliymişlər. O, piyada Göygöl şəhəri istiqamətində hərəkətdə olan zaman yerdə küçə işıqlarından parlayan əşya diqqətini çəkmişdir. Əyilib yerdən götürdükdə 2 ədəd bükülmüş vəziyətdə falqa siqaret kağızı olmasını görmüşdür. Onları açıb içərisinə baxmışdır. Narkotik vasitə istifadəçisi olduğu üçün falqa bükümlərinin birinin içərisində olan kütlələrin “patı” kimi tanıdığım psixotrop maddə olan metamfetamin və digərin də isə “nəşə” kimi tanıdığı marixuana olduğunu görmüşdir. Həmin kütlələri daha sonra tək olarkən istifadə etmək məqsədilə əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyub saxlamışdır. Yol ilə hərəkətini davam etdirərkən təxminən 15-20 dəqiqə sonra mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini Göygöl rayon Polis şöbəsinin əməkdaşları olaraq təqdim etmişlər. Ona narkotik vasitə istifadəsində şübhəli olduğunu bildirib onun razılığı ilə Göygöl RPŞ-nə gətirmişlər. Orada ona hüquqlarının müdafiə olunması üçün özünə müdafiəçi dəvət etməsini, maddi imkanı yoxdursa ona təqdim edilmiş siyahıdan istədiyi vəkili hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət edə biləcəyini demişlər. O, ona təqdim edilmiş siyahıdan Müdafiəçi seçərək onun hüquqlarını dövlət hesabına müdafiə etməsini istəmişdir. Vəkil Müdafiəçi və digər polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya vardırsa təqdim etməsini təklif etmişlər. O, da özü təqdim etməsə üzərində olan narkotik vasitəni aşkar edəcəklərini bilib əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 2 ədəd bükümü təqdim etmişdir. Bundan sonra “patı” dedikləri həmin psixotrop maddə və “nəşə” dedikləri narkotik vasitə marixuana bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş, zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüş, 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarışın yekununda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunnuş, o, müdafiəçisi və şəxsi axtarışda iştirak edən digər şəxslər protokolu imzalamışlar. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşmandır, himayəsində olan 2 nəfər azyaşlı uşaq vardır. Bütün bunları nəzərə alıb məhkəmədən ona mümkün qədər yüngül azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Göygöl rayon Polis şöbəsinə 22 iyun 2024-cü il tarixdə Bərdə rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması, müəyyən vaxtlarda Göygöl rayonu ərazisində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında tərkibinə onun da daxil olduğu əməmliyyat qrupu yaradılmışdır. Onlar 22 iyun 2024-cü il tarixdə saat 23:20 radələrində Təqsirləndirilən şəxs Göygöl şəhəri Azay Kazımov küçəsində olmasını müəyyən edərək Şahid2 və Şahid3 ilə birlikdə qeyd olunan ünvana getmişlər. Təqsirləndirilən şəxs qeyd edilən ünvanda aşkar edərək onlara yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib, onun razılığı ilə Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı, polis kapitanı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxs qismində tutulmu.dur. Sonra, Təqsirləndirilən şəxs, onun hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Göygöl rayonu vəkil bürosunun vəkili Müdafiəçi iştirakı və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd siqaret kağızı bükümündə psixotrop maddə olan metamfetaminə və narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Daha sonra aşkar edilmiş psixotrop maddə olan metamfetaminə və narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bundan sonra təhqiqatçı Orxan Məmmədov tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, o və digər iştirakçılar həmin protokolu imza etmişlər. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon polis şöbəsinin əməliyyat baş müvvəkili Şahid1 “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 22 iyun 2024-cü il tarixli qərarlarından məlum olur ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 23 iyun 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, həmin tarixdə saat 01:20dən saat 01:35-dək Göygöl RPŞ-də xidməti otaqlarının birində videoçəkiliş vasitəsi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış başlanılarkən Təqsirləndirilən şəxsn hüquq və vəzifələri izah olunmuş, üzərində narkotik vasitə və yaxud saxlanılması və gəzdirilməsi, qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd siqaret kağızı bükümündə psixotrop maddə olan metamfetaminə və narkotik vasitə olan marixuanaya bənzər kütlələri təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, həmin bükümlər elektron tərəzidə ölçülərək psixotrop maddə olan metamfetaminə bənzər kütlənin çəkisinin 0.65 qram, narkotik vasitə olan marixuanaya bənzər kütlənin çəkisinin 0.43 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan marixuana olduğunu, öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən “məhkəmə-bioloji ekspertiza” üzrə verilmiş 23 iyun 2024-cü il tarixli, 16/720 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar olan qəhvəyi rəngli kağız paketdəki; - 1 (bir) ədəd “gümüşü” rəngli bükümdə təmiz çəkisi 0,26 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - 1 (bir) ədəd “gümüşü” rəngli bükümdə təmiz çəkisi 0,401 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Rəyin qeyd hissəsindən isə görünür ki, narkotik vasitə olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 0,26 qramdır, tədqiqata 0,02 qram sərf edilmiş, və 0,24 qram, psixotrop maddə - metamfetamin ümumi təmiz çəkisi 0,401 qramdır, tədqiqata 0,05 qram sərf edilmiş, və 0,351 qram,qalıq qalmışdır. Adı çəkilən Mərkəzin 23 iyun 2024-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 65 (altmış beş) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 09 iyu 2024-cü il tarixli, 1178 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokoldan götünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ilkin təmiz çəkisi 0,26 qram olan, tədqiqatdan sonra qalan 0,24 qram narkotik vasitə olan qurudulmuş marixuana, ilkin təmiz çəkisi 0,401 qram olan, tədqiqatdan sonra qalan 0,351 qram psixotrop maddə - metamfetamin və şəxsi axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 0,24 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,351 qram psixotrop maddə - metamfetamin saxlanılması üçün Göygöl RPŞnin saxlama kamerasına təhvil verilmiş və 01 ədəd DVD diski cinayər işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 11 iyul 2024-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 23 iyun 2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdə saat 00:30-da şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 24 iyun 2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan Bərdə RİH başçısının Bərdə rayonu Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Hacallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Himayəsində 2 nəfər azyaşlı uşaqları (2021-ci ildə anadan olmuş X7, 2023-cü ildə anadan olmuş X4) vardır. Cinayət işinin materiallarında olan Bərdə RİH başçısının Bərdə rayonu Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan tibbi sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs “Sol bazu arteriyasnın auto vena plastikası və orta sinirin tamlığının bərpası” diaqnozu ilə xəstədir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X2 alınmış arayışlarda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan RespublikasıCM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlığın məhdudlaaşdırılması növündə ədalətli cəza təyin edilməlidir. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” 25 iyun 2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinəəsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşaqları olmasını, cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşiman olmasını və müsbət xasiyyətnamə ilə səciyyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində nəzərə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini,o cümlədən cəzanı yüngülləşdirən hallarıcinayət əməlini etiraf etməklə, peşman olmasını, himayəsində 2 nəfər azyaşlı uşaqları olmasını, “Sol bazu arteriyasnın auto vena plastikası və orta sinirin tamlığının bərpası” diaqnozu ilə xəstə olmasını habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Bərdə və Yevlax rayonlarının kəndlərində fəhləlik etməklə ailəsini dolandırır və Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bərdə və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Bərdə rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il və 24 iyun 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, onun barəsində 24 iyun 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. AzərbaycanRespublikasıCM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddət-04 (dörd) gün çıxılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bərdə və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra istintaqa qaytarılmış təmiz çəkisi 0,24 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,351 qram psixotrop maddə - metamfetamin təşkil edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasınıda müzakirə edərək belə nəticəyə gəlirki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhvetmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini, ekspertiza xərclərini təşkil edən 65 (altmış beş) manat pulun Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın mədudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində 02 (iki) il, 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bərdə və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bərdə rayonu Hacallı kəndində yerləşən evi axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bərdə rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,24 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0,351 qram olan psixotrop maddə - metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 01 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Bərdə rayonu İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar