Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-82/2025 03.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X10 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X9 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri, Nizami rayonu, X21 ev 3, mənzil 24 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi 10-cu küçədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə müəyyənetdi: O, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən o, 19 aprel 2025-ci il tarixdə saat 20:00 radələrində 09 avqust 2021-ci il tarixdə DİN-nin BDYPİ Gəncə RQİTBŞ tərəfindən verilmiş və xx.xx.2031-ci il tarixədək qüvvədə olan BC 108122 seriya nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus « İsuzu NQR 71R » markalı, **-RX-*** dövlət qeydiyyat nömrə nişanlı evakuator avtomobili ilə Gəncə- Daşkəsən avtomobil yolunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində Daşkəsən rayonu istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitələrinin istismarı qaydalarını, yol hərəkəti qaydalarını, yəni həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsini, həmçinin 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərini pozaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu halda, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, hərəkətdə olduğu yolda 50 km/saat surətdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, bunları etməyərək, yolu soldan sağa keçən piyada X6 avtomobilin sağ ön yan hissəsi ilə vuraraq sonuncunun ehtiyyatsızlıqdan başın yumşaq toxumalarına sol təpə-ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, burun, hər iki almacıq və hər iki əng sümüklərinin açıq sınığı, döş qəfəsinin hər iki tərəfində İ-Xİİ-dək qabırğaların müxtəlif anatomik xəttlər üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki körpücük sümüyünün orta 1/3 hissədən sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin, dalağın və qaraciyərin cırılması, sağ bud sümüyünün qapalı sınığı, sifətin böyük ölçülü yarası, sol əng və hər iki əl nahiyələrinin sıyrıqları, daxili orqanların azqanlılığı ilə müşayiət olunan, həyat üçün təhlükəli olan və birgə sağlamlığa AĞİR zərər vurmaya aid edilən xəsarətlər alması və ehtiyyatsızlıqdan Muzakir Abdullayevin yol nəqliyyat hadisəsi zamanı almış olduğu döş qəfəsinin və qarnın qapalı küt travması, qabırğaların çoxsaylı sınığı, hər iki ağciyərin, dalağın və qaraciyərin cırılması xəsarətlərindən əmələ gələn travmatik və hemoragik şok səbəbindən hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək, törətmiş olduğu cinayət əməlini etiraf etməklə ifadəsində göstərmişdir ki, “İSUZU NQR 71R” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobili ilə avtomobil daşıyaraq ailəsini dolandırır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında ona zəng gəlmiş, bundan sonra “İSUZU NQR 71R” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobili ilə Daşkəsən rayonu Bayan kəndindən Gəncə şəhərinə avtomobil gətirmək məqsədilə Daşkəsən rayonuna gedirdi və həmin zaman onun hərəkət surəti təxminən 55 km/saat olmuşdur. Avtomobildə ondan başqa iki nəfər tanışı sərnişin qismində avtomobildə olmuş və onlarla söhbət edərək avtomobilini idarə etmişdir. Həmin tarixdə gecə vaxtı o, idarə etdiyi “İSUZU NQR 71R” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobili ilə ünvan 3ində yerləşən, Göygöl rayonu Yeni Qızılca kənd tam orta məktəbin yaxınlığında Daşkəsən rayonu istiqamətində hərəkətdə olduğu zaman bir nəfər piyada kişinin yolun sol tərəfindən sağ tərəfinə yolu qaçaraq keçməsini və onun avtomobilinin ön hissəsində olmasını və qarşısına çıxmasını görmüşdür. Həmin piyada ilə onun idarə etdiyi avtomobilin ara məsafəsi təxminən 2-3 metr olmuşdur. O, dərhal tormoz vermiş, lakin həmin piyada ilə ara məsafəsi az olduğu üçün hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin sağ yan güzgüsü və sağ yan hissəsi ilə yolu keçmək istəyən piyadanı vurmuşdur. Zərbə nəticəsində piyada yolun sağ hissəsində torpaq örtüklü yerə yıxılaraq təxminən 7-8 metr sürüklənib yolun sağ hissəsində dayanmışdır. O, dərhal avtomobildən düşüb piyadaya yaxınlaşmış, həmin vaxt ətrafdan tanımadığı şəxslər hadisə yerinə toplaşmışdır. Onun yanında olan Şakir adlı tanışı hadisə yerinə təcili tibbi yardım çağırmış, lakin buna baxmayaraq piyadanın hadisə yerində ölməsini bilmişdir. Verilən sualları cavablandıraraq o, göstərmişdir ki, hadisə zamanı yolun nə arxa, nə də qarşı istiqamətindən hərəkətdə olan digər nəqliyyat vasitəsi olmamışdır. Piyada qəfil şəkildə yola çıxaraq idarə etdiyi avtomobilin sol yan güzgü hissəsinə dəymiş və nəticədə yerə yıxılmışdır. Həmin vaxt avtomobildə onunla birlikdə iki nəfər müştəri olmuşdur. Hadisə baş verdiyi anda dərhal avtomobildən düşərək mərhumun yanına yaxınlaşmış və dərhal X19 zəng edilmişdir. Halhazırda qarşı tərəflə barışıq əldə olunmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, o, yaşadığı ünvanda olan zaman qohumu Ramal Abdullayev onların yaşadığı ünvana gələrək onun əri X6 ünvan 3ində avtomobil vurmasını ona deyərək, ondan örtük istəmişdir. O, da evdən örtük götürüb, Ramal ilə birlikdə əri Muzakirin yanına getmişdir. O, yolun kənarına, əri Muzakirin yanına çatan zaman onun yolun kənarında torpaq örtükdə üzü üstdə yerdə uzanmasını, başında xəsarət olmasını və ətrafda qan izləri olmasını görmüşdür. Həmin zaman əri Muzakirin ölməsini bilmişdir. Verilən sualları cavablandıraraq o, göstərmişdir ki, ora çatanda artır əri ölmüşdü. Təqsirləndirilən şəxr tərəfindən dəyən ziyanlar qarşılanmış, barışıq əldə olunmuşdur, şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, maşını xarab olduğu üçün Ülvi adlı tanışından xahiş etmişdir ki, onun avtomobilini Daşkəsən rayonundan evakuasiya etsin. O, dayısı oğlu və Ülvi birlikdə Daşkəsən rayonuna yollanmışlar. Qızılca körpüsünü keçdikdən sonra hava artıq qaralmışdı, buna görə də sürət aşağı idi. Radar məntəqəsini keçmişdilər. Hərəkət etdikləri zaman bir anda sağ tərəfdən bir nəfərin yol kənarından çıxaraq avtomobilin qarşısına keçdiyini gördülər. Bu zaman avtomobilin sağ tərəf güzgüsünün həmin şəxsə dəydiyini hiss etdilər. Hadisədən dərhal sonra avtomobil saxlanıldı və hadisə yerinə yaxınlaşaraq X19 məlumat verildi. Surət həddi təxminən 50 km/saat olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirib ki, bibisi oğlunun maşını xarab olduğu üçün Ülviyə zəng etmişlər. Daha sonra bibisi oğlu ilə birlikdə Ülvinin evakuator adlanan maşını ilə üzü Daşkəsən rayonuna tərəf yollandılar. Qızılca körpüsünü keçdilər, asta-asta gedilirdi. Hava axşam tərəfi olduğu üçün bir anda sol tərəfdən bir nəfər maşının qabağına keçdi. Şofer nə qədər qəzanın qarşısını almağa çalışsa da, alınmadı. Sol tərəf güzgüsünə dəydi. Daha sonra maşını saxlayaraq mərhumun yanına gəlmiş və X19 məlumat vermişlər. Hadisə zamanı maşının sağ güzgüsünə dəymişdi. Bir anda çıxdığı üçün tormozdan istifadə etmək mümkün olmamışdı. Sürəti təxminən 50-60 km/saat olardı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində sürücü, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “İSUZU” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Yeni Qızılca kəndinin inzibati ərazisində, Göygöl rayonu Yeni Qızılca kənd tam orta məktəbin qarşısından keçən avtomobil yolu ilə üzü Daşkəsən rayonu istiqamətində hərəkətdə olan zaman yolu qarşı tərəfə keçən piyada X6 vurması nəticəsində piyada Muzakir Abdullayevin yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Toplanmış material əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli Göygöl RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X16 tərəfindən hadisə yerinə baxış protokolu tərtib olunaraq, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri iş materialına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli 1575/2025 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktına əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq olmuşdur. AR SN MTE və PA X17 şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 12 saylı rəyindən məlum olmuşdur ki, X4 meyitinin məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın yumşaq toxumalarına sol təpə-ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, burun, hər iki almacıq və hər iki əng sümüklərinin açıq sınığı, döş qəfəsinin hər iki tərəfində İ-Xİİ-dək qabırğaların müxtəlif anatomik xəttlər üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki körpücük sümüyünün orta 1/3 hissədən sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin, dalağın və qaraciyərin cırılması, sağ bud sümüyünün qapalı sınığı, sifətin böyük ölçülü yarası, sol əng və hər iki əl nahiyələrinin sıyrıqları, daxili orqanların azqanlılığı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. X1 ölümünə səbəb-döş qəfəsinin və qarının qapalı küt travması, qabırğaların çoxsaylı sınığı, hər iki ağciyərin, dalağın və qaraciyərin cırılmasından əmələ gələn travmatik və hemoragik şok olmuşdur. xx.xx.2025-ci il tarixli “Avtomobilə baxış keçirilməsi” haqqında protokola əsasən “İSUZU NQR 71R” markalı, **-RX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. 20 aprel 2025-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, X8 zərərçəkmiş şəxs qismində tanınmışdır. 02 may 2025-ci il tarixli “zərərçəkmiş şəxsin hüquqi varisinin cinayət prosesinə buraxılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X7 zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2025-ci il tarixli 8/1459 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “İSUZU NQR 71R” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun hərəkətlərində Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 iyul 2025-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 19 iyul 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs qismində dindirilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 19 iyul 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 2715 saylı arayışla Təqsirləndirilən şəxs psixonevroloji dispanserdə qeydiyyatda olmaması müəyyən edilmişdir. Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 3682 saylı arayışla Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə Şəhəri Məhsəti qəsəbəsi evlər üçluyu tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və onun barəsində heç bir şikayət xarakterli material daxil olmamışdır,özünü bacarıqlı, nizamlı, tərbiyəli bir vətəndaş kimi aparmış, qəsəbənin abadlıq işlərində yaxından köməklik etmişdir. AZ-İİİ 702449 və AZ-İV 434779 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü iki övladı vardır. X7 tərəfindən notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, X2 Ülvi Vidadi oğlu ilə barışmış, ona qarşı bir şikayəti və tələbi yoxdur. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 6-cı bəndində göstərilmişdir ki, yol hərəkəti iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 59.1.4-cü maddəsiə əsaəsn cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalananı cəzanı yüngülləşdirən halların dairəsini, habelə təyin olunacaq cəzanın çəkilməsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzası aşağı həddə və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müəddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. AR CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 210005, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01(bir) il 06(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 210005, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №1(066)-82/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-82/2025
03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver