Məhkəmə qərarları › İş №1(066)-84/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-84/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-84/2023 06.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, Göygöl şəhəri, M.Ə.Rəsuladə küçəsi ev 62-də daimi qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə saat 19:30 radələrində özünə məxsus yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağını cinsi əlaqədə olmaq üçün fahişəliklə məşğul olan Şahid1 Mətləb qızı ilə pul müqabilində cinsi əlaqədə olmaq üçün gəlmiş müştərisi Şahid2 20 (iyirmi) manat pul müqabilində kirayəyə verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmiş və bu məqsədlə mənzil sahəsi vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, 01 mart 2023-cü il tarixdə təxminən saat 16 radələrində Vasif adlı şəxs ona məxsus mobil telefona zəng edərək, dostunun qızla gələcəyini, bir otaq verməyini, qızla vaxt keçirəcəyini bildirərək xahiş etmişdir. Danışıq zamanı o, ona bildirmişdir ki, işdən gələndən sonra Aşıqlı kəndinə gedəcək, ancaq heç bir yerə getməmişdir. 02 mart 2023-cü il tarixdə təxminən saat 18:40 radələrində işdən yaşadığı evə gəldikdən sonra tanışı Vasif adlı şəxs yenidən ona məxsus mobil telefona zəng edərək, dostunun qızla gələcəyini, onlara bir otaq verməyi deyərək, hörmət edəcəyini bildirmişdir. Vasif adlı şəxs ilə danışdıqdan təxminən 10-15 dəqiqə sonra adları ona sonradan olan Bayram adlı şəxs və Ayşən adlı şəxs evinə gəlmişlər. O, onlara yataq otğını göstərmiş, onlar yataq otağına keçmişlər. Bayram adlı şəxs evin yataq otağından istifadə etməsi üçün ona 20 (iyirmi) manat pul vermişdir. Özü isə qonaq otağında televizorda futbol xəbərlərinə baxmışdır. Təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları evə daxil olmuşlar. Polis əməkdaşları evin yataq otağına baxmışlar, həmin vaxt polis əməkdaşları 20 (iyirmi) manat müqabilində yataq otağında oğlanla qızın cinsi əlaqədə olduqlarını müəyyən etmişlər və həmin şəxslərlə bilrikdə onu Göygöl RPŞ-yə gətirmişlər. Həmin 20 manatlıq pul əskinasını təqdim etmişdir.Törətdiyi cinayət əməlinə görə peşimanmılıq çəkir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Göygöl RPŞ-nin Sarısu PB-yə əməliyyat yolu ilə məlumat daxil olmuşdur ki, Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 62-də Vahid adlı şəxs əxlaqsız yuva təşkil edir. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə onlar tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 02 mart 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvana gedilmişdir. Həmin evə daxil olaraq evin yataq otağına keçdikdə otaqda bir nəfər kişi və bir nəfər qadının çılpaq vəziyyətdə cinsi əlaqədə olmaları müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin yataq otağını 20 manat müqabilində vətəndaş Şahid2 ilə Şahid1 Mətləb qızının cinsi əlaqədə olmaları üçün vermiş və aldığı 20 manatı təqdim edə bilər. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 Mətləb qızı izahatlarının alınması üçün Göygöl RPŞ-yə dəvət olunmuşlar. RPŞ-də müstəntiq tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd 20 manatlıq pus əksinazı götürülərək protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokola iştirakçılarla bərabər Təqsirləndirilən şəxs imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Göygöl rayon sakini Şahid2 ilə təxminən 3 ay bundan əvvəl “İnstaqram” sosial şəbəkəsində tanış olmuş, aralarında sevgi münasibətləri vardır. Bayramla mütəmadi olaraq telefon vastəsi ilə əlaqə saxlayıb ara-sıra Gəncə şəhərində görüşüb söhbət etmişlər, lakin aralarında cinsi münasibət olmamışdır. Təxminən 2023-cü ilin fevral ayının axırlarında Bayramla telefon vastəsi ilə əlaqə saxlayan zaman Bayram ona görüşmək istədiyini bildirmiş, o isə evdən çıxmağa imkan olduğunda xəbər edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bayrama zəng edib görüşəcəklərini bildirmiş, həmin gün saat təxminən 15 radələrində Bayramla Gəncə şəhərində görüşmüşlər, sonra gəzib vaxt keçirmək üçün Hacıkənd qəsəbəsinə gəlmişlər. Söhbət zamanı Bayram onunla pul müqabilində cinsi əlaqədə olmaq istədiyini demiş, lakin görüşmək üçün yer tapa bilmədiyini söyləmişdir. Sonra Bayram kiminləsə telefonda danışmış, onlar Göygöl şəhərinə gəlmişlər. Saat təxminən 19 radələrində Göygöl şəhərində tanımadığı bir evə gəlmişlər, Bayram onun yanında ev sahibi adı ona sonradan məlum olan Vahid adlı şəxsə 20 (iyirmi) manat pul vermişdir. Vahid adlı şəxs onlara evin yataq otağını göstərmiş və onlar yataq otağına keçmişlər. Təxminən yarım saat müddətində evdə vaxt keçirib, cinsi əlaqədə olmuşlar. Təxminən saat 19:30 radələrində Bayramla cinsi əlaqədə olan zaman evin qapısı qəfildən açılmış və polis əməkdaşları evə girib onları çılpaq vəziyyətdə görmüşlər. Sonra polis əməkdaşları onları Göygöl RPŞ-yə gətirmişlər. Polis əməkdaşları tərəfindən evdə tutulduqlarından Bayram ona cinsi əlaqədə olduqlarına görə pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Şahid1 Mətləb qızı ilə təxminən 3 ay bundan əvvəl “İnstaqram” sosial şəbəkəsində tanış olmuş, aralarında sevgi münasibətləri vardır. Ayşən ilə mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə saxlayıb ara-sıra Gəncə şəhərində görüşüb söhbət etmişlər, lakin aralarında cinsi münasibət olmamışdır. 2023-cü ilin fevral ayının axırında Ayşən ilə telefon vasitəsi ilə əlaqə saxlayan zaman ona görüşmək istədiyini demiş, Ayşən evdən çıxmağa imkan olduğunda xəbər edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Ayşən ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Həmin gün saat təxminən 15 radələrində Ayşənlə Gəncə şəhərində görüşmüşlər, sonra gəzib vaxt keçirmək üçün Hacıkənd qəsəbəsinə gəlmişlər. Söhbət zamanı o, Ayşənə onunla pul qarşılığında cinsi əlaqədə olmaq istədiyini demiş, lakin görüşmək üçün yer olmadığını demişdir. Ayşəndə onunla pul qarşılığında cinsi əlaqədə olmağa razılaşmışdır. Sonra o, Vasif adlı tanışına zəng etmiş, cinsi əlqadə olmaq üçün yer tapa bilməyini demişdir. Təxminən 5 dəqiqə sonra Vasif ona zəng edərək Göygöl şəhərində Vahid adlı şəxsin olduğunu, onun yaşadığı evinə getməyini, Vahid adlı şəxsə də 20 (iyirmi) manat pul verməyini bildirmişdir. Onlar Göygöl şəhərinə gəlmişlər. Saat təxminən 19 radələrində Göygöl şəhərinə Vahid adlı şəxsin yaşadığı evə gəlmişlər. O, ev sahibi adı ona sonradan məlum olan Vahid adlı şəxsə 20 (iyirmi) manat pul vermişdir. Vahid adlı şəxs onlara evin yataq otağını göstərmiş və onlar Ayşənlə birlikdə yataq otağına keçmişlər. Təxminən yarım saat müddətində evdə vaxt keçirib, cinsi əlaqədə olmuşlar. Təxminən saat 19:30 radələrində Ayşənlə cinsi əlaqədə olan zaman evin qapısı qəfildən açılmış və polis əməkdaşları evə girib onları çılpaq vəziyyətdə görmüşlər. Sonra polis əməkdaşları onları Göygöl RPŞ-yə gətirmişlər. Evdə cinsi əlaqədən sonra polis əməkdaşları tərəfindən tutulduqlarından Ayşənə cinsi əlaqədə olmasına görə pul verə bilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd 20 manatlıq pul əsginası cinayət işi üzrə maddi sübut hesab edilmişdir. - 03 mart 2023-cü il tarixdə hadisə yerinə, yəni Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 62-də yerləşən evə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək şəkilləri çəkilmişdir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.1994-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon xalq məhkəməsi tərəfindən AR CM-nin 143 maddəsinin 4-cü hissəsi ilə 02 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş, Gəncə şəhər Nizami rayon xalq məhkəməsinin xx.xx.1995-ci il tarixli qərarı ilə 11 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. - Göygöl rayon MKTİB-nin xx.xx.2023-cü il tarixli 48 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri, M.Ə.Rəsuladə küçəsi ev 62-də daimi qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət səciyələndirilir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 244.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal hesab etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı davranışı ilə əməlindən səmimi peşman olmasını sübut etməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzasının əvvəli onun işlədiyi və qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd 20 (iyirmi) manatlıq pul əsginası hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət büdcəsinə keçirilməlidir. İşdə ekspertiza xərci və mülki iddia yoxdur, həmçinin CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-385 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun işlədiyi və qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs götürülmüş iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılan 01 ədəd 20 manatlıq pul əskinası hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət büdcəsinə keçirilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar