Məhkəmə qərarları › İş №1(066)-84/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-84/2025

22.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-84/2025 22.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi (anası) Şahid1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs aşkar sürətdə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan zərərçəkmiş şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayının əvvəlində dəqiq günü istintaqa məlum olmayan tarixdə nişanlısı olan Zərərçəkmiş şəxs Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan bacısı Mehribanın yaşadığı evə aparıb orada yataq otağında bir müddət sonra toyları olacağı və ər-arvad olacaqları üçün Zərərçəkmiş şəxs aşkar surətdə 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan xx.xx.2010-cu il təvəlüdlü olmasını bildiyi halda, Zərərçəkmiş şəxs razılığı ilə gərginləşmiş cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına soxmaqla, eləcə də seksual xarakterli digər hərəkətlər etməklə cinsi ehtirasını təmin etmiş, daha sonra xx.xx.2025-ci il tarixdə evlənərək yaşadığı Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən evdə ər-arvad münasibətində olduğu müddət mütəmadi olaraq aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təkrarən təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, özünü təqsirli hesab edir. Zərərçəkmiş şəxs qohum toyunda görmüş və ona qarşı hissi yaranmışdır. Daha sonra bu barədə ailəsinə məlumat verib və onunla evlənmək istədiyini bildirib. Ailə üzvləri Gülçingilə elçi getmişlər, tərəflər razılığa gəlmiş, nişanlanmışlar. Sonradan, Gülçinin ad günü münasibətilə onu bacısıgilə aparıb. Həmin gün orada aralarında ər-arvad münasibətləri yaranmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Pərvini son zəng yığıncağında görüb və qarşılıqlı münasibət yaranıb. Daha sonra Pərvin ailəsi vasitəsilə onlara elçi göndərib və o, bu evliliyə razılıq verib. Aradan bir müddət keçdikdən sonra Pərvinin bacısının evinə gediblər və orada aralarında ər-arvad münasibəti olmuşdur. Zərərçəkmiş şəxs dindirilərkən, Təqsirləndirilən şəxslə barışdıqlarını, heç bir şikayət və tələbi olmadığını, el adəti ilə toyu olduğunu, hazırda bir ailə kimi bir yerdə yaşadıqlarını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilən (anası) Şahid1 ifadəsində bildirmişdir ki, Pərvinin ailəsi onlara elçi gəlmişdi. Qızı Gülçin də razı olduğu üçün onlar da razılaşıblar və ailələr arasında söz kəsilib. Pərvinin ailəsi bildirib ki, qızın yaşı tamam olduqdan sonra evlənəcəklər. Onlar da bu şərtlə razılaşıblar. Daha sonra Pərvin, Gülçini bacısının yaşadığı ünvana aparmış və orada onlar arasında ər-arvad münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxslə barışdıqlarını, qızı ilə ailə kimi bir yerdə yaşadıqlarını bildirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, oğlu Pərvin Gülçini qohum toyunda görüb bəyənib və elçi gediblər. Elçi gedərkən Gülçinin yaşından xəbərləri olmayıb. Gülçinin ata və anasının da razılığı ilə nişanlanıblar. Bildirib ki, Gülçinlə Pərvinin münasibətdə olduğundan toy gecəsi xəbəri olub. Oğlu Pərvin ona bu haqda Gülçinə heç nə deməməsini istəyib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 152.1ci maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əsasən Göygöl rayon, Polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis kapitanı X3 tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materialına əlavə edilmişdir. AZ-İİ 526714 seriya və nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Göygöl MTE və PA şöbəsindən daxil olmuş 173 nömrəli, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, 1.Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət aşkar edilmədi. 2. Azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulmanın müddəti iki həftədən artıqdır (köhnədir). 3. Azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində müəyyən edilmiş-anal dəlik sfinktorunun boşalması, şüavari büküşlərin hamarlaşması, qıf şəkilli genəlmənin olması-anal dəlik vasitəsilə qeydi-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdəndir. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid1 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayında qohumu Məsimin Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən məktəbdə keçirilən son zəng tədbirində o da iştirak etmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxsla bir-birilərini görüb xoşlamışlar. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs valideynləri onlara elçi gəlməyə başlamışlar. Həmin vaxtlar anası ondan razı olub-olmadığını soruşmuş, o da ona razı olduğunu bildirmişdir. 19 oktyabr 2024cü il tarixdə yenidən Təqsirləndirilən şəxs valideynləri elçi gələn zaman onun valideynləri tərəfindən “hə” verilmişdir. Bundan sonra o, Pərvinlə telefonla mütəmadi əlaqə saxlayıb danışmışlar. 15 noyabr 2024-cü il tarixdə Daşkəsən rayonunda yaşadığı evdə nişan mərasimi olmuşdur. Bundan sonra Pərvin gəlib onu evdən götürüb gəzmək üçün aparmış, Gəncə şəhərinə getmişlər, sonra yaşadığı evə aparmış, arada Pərvinin bacısı Mehriban yaşadığı evdə qalmışdır. 2025-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş və onu gəzdirmək istədiyini demişdir. O, onunla razılaşmış və onlar birlikdə yaşadığı evdən çıxdıqdan sonra Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan Pərvinin bacısı Mehriban yaşadığı evə aparmışdır. O, Pərvindən bacısıgilə nəyə gəldiyini soruşduqda Pərvin bildirmişdir ki, onu qaçırıbdır. Pərvinin bacısı Mehriban yaşadığı ev 3 otaqlı evdir, onlar həmin evə girəndə görmüşdür ki, evin bir otağını onlar üçün hazırlamışlar. Orada olan zaman Pərvin həmin otağa keçib orada cinsi əlaqədə olmağı bildirmişdir. Artıq o da evlənəcəkləri üçün Pərvinlə cinsi əlaqədə olmağa razılıq vermiş və onlar orada təbii yolla cinsi əlaqədə olmuşlar. Həmin vaxtı onun bakirəliliyi pozulmuşdur. Evdə onlardan başqa Mehriban olmuş, onlar otaqdan çıxanda Pərvinin anası Rayanın da evdə olduğunu görmüşdür. Həmin gecəni o, Mehriban gildə qalmış, həmin gündən sonra isə toya qədər arabir Pərvinin bacısı Mehriban yaşadığı evdə qalmışdır. Onlar Mehribangildə qalan zaman Pərvin onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. 27 fevral 2025-ci il tarixdə onların toyu olmuş və o, Pərvin yaşadığı evə gəlin gedərək orada qalmışdır. Onlar ər-arvad münasibətində yaşamışlar və yaşadığı müddət Pərvin onunla həm təbii yolla, həm də qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bir müddət sonra Pərvin ona əvvəl başqa şəxslə cinsi əlaqədə olduğunu, bakirə olmadığını deyərək onunla dalaşmağa başlamış, onu döymüşdür. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə yenidən yaşadığı evdə aralarında mübahisə baş vermiş və Pərvin onun saçından tutaraq sillə ilə üzündən vurmuşdur. O, zəng edib bu barədə anası Fərqanəyə bildirmiş və anası gələrək onu özü ilə Daşkəsən rayonuna yaşadığı evə aparmışdır. Daha sonra o, ifadəsində göstərmişdir ki, Pərvin onunla həm təbii, həm də qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Lakin həmin zaman ona hər hansı fiziki və psixi təsir göstərməmişdir, o, özü könüllü olaraq onunla cinsi əlaqədə olmuşdur. O, ilk dəfə ailə həyatı qurduğu Təqsirləndirilən şəxsla cinsi əlaqədə olmuşdur. Bundan başqa o, heç kiminlə cinsi əlaqədə olmamışdır. Onun Pərvinlə yaşı barədə söhbəti olmamışdır, lakin onun valideynləri elçi gələn zaman anası bildirmişdir ki, yaşı azdır, yəni yetkinlik yaşına çatmamışdır, ona görə də onu vermək istəməmişlər, lakin Pərvinin valideynləri nişan edib 18 yaşı tamam olmasını gözləyəcəklərini demişlər. Təqsirləndirilən şəxs onunla mübahisə edərək döyən zaman o, fiziki ağrı hiss etsə də heç bir xəsarət almamışdır. Pərvin onu döyən zaman onlar ikisi olmuşlar, başqa heç kim görməmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmış, bir ailə kimi yaşayırlar, onun Pərvizdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2010-cu il tarixdə Daşkəsən şəhərində anadan olmuş (atası Qurbanov Anar, anası isə Şahid1dir). “Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təyin edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin edilməklə hüquq və vəzifələrinin izah edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Gəncə Regional şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli 309 saylı rəyində aşağıdakılar göstərilmişdir: Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur; Zərərçəkmiş şəxs sensor-perspetiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmişdir; Həssaslıq və onun hədləri, ifadə verən şəxsə, hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymağa və qavramağa imkan verə bilər; Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir; Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir; Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilər; Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosinonal halda olmuşdur; Zərərçəkmiş şəxs hazırki psixi vəziyyəti onun istintaq hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir; Zərərçəkmiş şəxs onun psixi vəziyyətinə görə ona qarşı edilən cinayət əməlinin xarakteri və mənasını dərk etmək, cinayət hadisəsi zamanı müqavimət göstərmək iqtidarında olmuşdur. Göygöl rayon İHB-nın Yeni Qızılca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs həqiqətən Göygöl rayonu Yeni Qızılca kəndində yaşayır. Göygöl rayon İHB-nın Yeni Qızılca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs Yeni Qızılca ərazisində yaşadığı müddət ərzində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən tələbnamədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat olmadığı qeyd olunmuşdur. AR Səhiyyə Nazirliyi Gəncə şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş arayışda göstərilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü, Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan Təqsirləndirilən şəxs dəfələrlə, sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə Gəncə şəhər Psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Gəncə Regional şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli 433 saylı rəyində aşağıdakılar göstərilmişdir: Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o cinayət törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmasın. O, hal-hazırda öz öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır; Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyac yoxdur. “Daşkəsən rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş doğum haqqında tibbi sənədin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2010-cu ildə Daşkəsən rayon Mərkəzi Xəstəxanasında doğulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ittiham elan edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona AR CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək, törətmiş olduğu cinayət əməlini etiraf etməklə ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayında qohumu Məsimin Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən məktəbdə keçirilən son zəng tədbirində o da iştirak etmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs ilə bir-birilərini görüb xoşlamışlar. Həmin vaxtdan başlayaraq onun anasıgil bir neçə dəfə Gülçingilə elçi getmişlər və Gülçinin razılı olduğu üçün onlara “hə” verilmişdir. Bundan sonra o, Gülçinlə telefonla mütəmadi əlaqə saxlayıb danışmışlar. 15 noyabr 2024-cü il tarixdə Daşkəsən rayonunda Zərərçəkmiş şəxs yaşadığı evdə onların nişan mərasimi olmuşdur. Bundan sonra o, arabir gedib Gülçini evdən götürüb gəzmək üçün aparmış, Gəncə şəhərinə getmişlər, gəzdikdən sonra yaşadığı evə aparmışdır. Onlar gəzən vaxtlar arada Gülçin bacısı Mehriban yaşadığı evdə qalmışdır. 2025-ci ilin fevral ayının əvvəllərində o, Gülçinin yaşadığı evə getmiş, sonra onlar Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan bacısı Mehriban yaşadığı evə getmişlər. Bacısı Mehriban yaşadığı ev 3 otaqlı evdir, onlar evin bir otağına keçmişlər və orada Gülçinin razılığı ilə təbii yolla cinsi əlaqədə olmuşlar. Həmin gecəni Gülçin bacısı Mehriban gildə qalmış, həmin gündən sonra isə toya qədər öz yaşadığı evdə qalmışdır. 27 fevral 2025-ci il tarixdə onların toyu olmuş və Gülçin onun yaşadığı evə gəlin köçərək evində qalmışdır. Onlar birlikdə yaşadıqları müddət ərzində ər-arvad münasibətində cinsi əlaqədə olmuşlar, həmçinin Gülçinin öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Bir müddət yaşadıqdan sonra aralarında sözlə mübahisə yaranmış, buna görə Gülçinin anası Fərqanə gələrək Gülçini özü ilə Daşkəsən rayonuna yaşadığı evə aparmışdır.Daha sonra o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə nişanlanan, onunla cinsi əlaqədə olan zaman onun yaşından xəbəri olmamışdır. Gülçin iri bədən quruluşlu olduğu üçün onun yaşının çox olduğunu düşünmüşdür. Toy ərəfəsində Gülçinin 15 yaşının tamam olmadığını bilmişdir. O, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman onun öz razılığı ilə olmuş, ona qarşı hər hansı fiziki və psixi təsir göstərməmişdir. Yaşadığı evdə həyat yoldaşı Gülçinlə qalan zaman onunla harasa getmək istəyəndə Gülçin valideynlərinə deyib onlardan razılıq almış, o isə ona demişdir ki, “sən artıq mənim həyat yoldaşımsan nə deyirəm etməlisən, kimdənsə razılıq almamalısan”. Bu səbəbdən də aralarında sözlə mübahisə yaranmış, lakin mübahisə vaxtı o, Gülçini vurmamışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Göygöl şəhər MTE və PA şöbəsindən alınmış 235 saylı rəydən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinsiyyət üzvündə cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəb (patologiya, deformasiya, çapıq toxuması) aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gəncə şəhər Səhiyyə idarəsinin Rayonlararası Narkoloji dispanserinin xx.xx.2025-ci il tarixli 3583 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər rayonlararası Narkoloji dispanserində qeydiyyatda durmur. Məhkəmə istintaqı zamanı təqdim edilən foto şəkil Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs toy mərasimini əks etdirmişdir. Məhkəmə istintaqı dövründə təqdim edilən notarial qaydada təsdiq edilən ərizədən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 Təqsirləndirilən şəxs ilə barışması, ona qarşı şikayət və tələbinin olmaması qeyd olunur. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, AR CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin,qanuni nümayəndəsinin və şahidin ifadələri, ekspert rəyləri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 152.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası nazadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və faktiki ailə münasibətlərində olmasını, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqozu ilə sağlamlıq imkanlarının məhdud olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında üç ilədək müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşayiət olunur. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə, törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarını məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəza sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş üzrə xüsusi müsadirə, mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar