Məhkəmə qərarları › İş №1(066)-85/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-85/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-85/2023 12.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2007-ci ildə Göygöl şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyanı tətbiq etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 15 fevral 2023-cü il tarixdə saat 11:30 radələrində Göygöl şəhəri Nigar Rəfibəyli küçəsində yerləşən Göygöl şəhəri 6 saylı tam orta məktəbin həyətində onunla eyni məktəbdə oxuyan Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə yaradaraq məktəbin şagirdləri Şahid1 və digərlərinin ətrafa toplaşmasına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafelərinə toxunan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək istintaqla əldə edilməsi mümkün olmayan, üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs sol bud nahiyəsinin çapıq toxumasının sağalmış yara izi ilə müşayiət olunan və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən xəsarət yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə yox, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Göygöl şəhəri 6 saylı tam orta məktəbin 10-cu sinfində oxuyur. Zərərçəkmiş şəxs məktəb yoldaşıdır. Münasibətləri hər zaman normal olmuşdur. Hal-hazırda da onunla yaxşı münasibət vardır. Əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Eltun isə sinif yoldaşıdır. Münasibətləri çox yaxşı olduğundan tənəffüs vaxtları onlar həmişə üçü birlikdə heç kim olmadığından və sakitdik olduğundan məktəbin arxa tərəfinə gedib söhbət edirdilər. Məktəbin arxa tərəfində ümumiyyətlə digər şagirdlər olmurdu. 15 fevral 2023-cü il tarixdə saat 11:30 radələrində məktəbdə olarkən həmişəki kimi Rihad və Eltunla birlikdə məktəbin arxa tərəfində oturub söhbətləşirdilər. Onlar məktəbin arxa tərəfinə mübahisə etmək üçün yox, həmişə olduğu kimi söhbət etmək üçün getmişdirlər. Həmin vaxt Rihad ona “sən cəhənnəmdə yanacaqsan, sənin namazın qəbul olunmur, sən namaz qılsan da içki stolunda oturursan” kimi sözlər işlətməyə başlamışdır. Həmçinin Eltun da ona qarşı bənzər sözlər işlətmişdir. Belə ki, o, namaz qılır və Rihadın bu sözləri birdən-birə ona çox pis təsir etmişdir. O, bir anda Rihadın sözlərindən əsəbiləşərək özündən asılı olmayaraq da üzərində olan qara qulplu, təxminən 5-6 sm. uzunluğunda tiyəsi olan bıçaqla Rihadın sağ ayağının diz nahiyəsindən bir dəfə vurmuşdur. Hadisə çox ani anda baş vermiş və 5-10 saniyədən az davam etmişdir. Hadisə vaxtı onların arasında ümumiyyətlə heç bir davadalaş və ya başqa söz mübahisəsi olmamışdır. Daha sonra Rihadın ayağından qan axmağa başladığını gördükdə o, aptekə gedərək yara bandı, pereks və s. alıb gətirib Rihadın ayağına ilkin tibbi yardım etmişdir. Daha sonra isə Rihadı sinif otağına aparmışdır. Rihadın ayağının qanı kəsdikdən sonra isə o, hazırlığa getmiş, o da evə getmişdir. Həmin gün Rihadın atası ona zəng etdikdə onun polisə şikayət etdiyini bilmişdir. Əlavə olaraq bildirdi ki, hadisə zamanı onlar Rihad, Eltun və o, olmaqla ümumilikdə üç nəfər olmuşlar. Hadisə baş verən zamanda heç bir səs-küy olmamışdır. Yəni, hadisədən onların üçündən başqa heç kimin xəbəri olmamış və həmin əraziyə heç kim toplaşmamışdır. Hadisə Rihadın onun “qıldığı namaza” söz deməsi nəticəsində bir anda baş vermişdir. Hadisə çox ani anda baş vermiş və 5-10 saniyədən az davam etmişdir. Bıçağı hadisə günü sındırıb küçədə olan tullantı qabına atmışdır. Hal-hazırda özünü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tam olaraq təqsirli bilir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərəri ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Göygöl şəhəri 6 saylı tam orta məktəbin 10-cu sinfində təhsil alır. Müzəffər məktəb yoldaşıdır. Münasibətləri hər zaman normal olmuşdur. Hal-hazırda da onunla yaxşı münasibət vardır. Əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Eltun isə Müzəffərin sinif yoldaşıdır. Münasibətləri çox yaxşı olduğundan tənəffüs vaxtları onlar həmişə üçü birlikdə heç kim olmadığından və sakitdik olduğundan məktəbin arxa tərəfinə gedib söhbət edirdilər. Məktəbin arxa tərəfində ümumiyyətlə digər şagirdlər olmurdu. 15 fevral 2023-cü il tarixdə saat 11:30 radələrində məktəbdə olarkən həmişəki kimi Müzəffər və Eltunla birlikdə məktəbin arxa tərəfində oturub söhbətləşirdilər. Onlar məktəbin arxa tərəfinə mübahisə etmək üçün yox, həmişə olduğu kimi söhbət etmək üçün getmişdirlər. Bir qədər söhbət etdikdən sonra, o, Müzəffərə “yanında daimi olaraq gəzən adını bilmədiyi uşağın “yaxşı” xarakterə malik olmadığını və onunla gəzməməsini, onun namaz qılsa da içki stolunda oturduğunu və bıçaq gəzdirməklə düzgün etmədiyini” demişdir. O, bu sözü dedikdən sonra Müzəffər ani olaraq belindəki bıçaxı çıxarıb sol ayağının bud hissəsindən bir dəfə vurmuşdur. Ayağından qan axdığını gördükdə Müzəffər aptekə gedərək yara bandı və s. alıb gətirib onun ayağına ilkin tibbi yardım etmişdir. Daha sonra növbəti dərsə girmişlər. Bir müddət sonra müəllimlər bu barədə məlumat əldə edib atası Ceyhuna məlumat vermişlər. Atası da məktəbə gələrək onu evə aparmışdır. Daha sonra isə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona bir bıçaq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs əlindəki bıçaq düymə ilə açılan, tutacaq hissəsi qara rəngli, tiyəsi 5-6 sm. uzunluğunda olan bıçaq olmuşdur. Hadisə vaxtı onların yanında Müzəffər ilə eyni sinifdə təhsil alan Elton adlı şəxs olmuşdur. Hadisə qəflətən baş vermiş və 5-10 saniyədən az davam etmişdir. Hadisə vaxtı onların arasında ümumiyyətlə başqa heç bir dava-dalaş və ya söz mübahisəsi olmamışdır. Hadisə baş verən zamanda heç bir səs-küy olmamışdır. Yəni, hadisədən onların üçündən başqa heç kimin xəbəri olmamışdır. Həmçinin, hadisə baş verən əraziyə heç kim toplaşmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Göygöl şəhəri 6 saylı tam orta məktəbin 10-cu sinfində təhsil alır. Təqsirləndirilən şəxs onunla eyni sinifdə təhsil alır. Rihad isə paralel sinif yoldaşıdır. Münasibətləri hər zaman normal olmuşdur. Hal-hazırda da onun hər ikisi ilə yaxşı münasibət vardır. Əvvəllər onların üçü arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Münasibətləri çox yaxşı olduğundan tənəffüs vaxtları onlar həmişə üçü birlikdə heç kim olmadığından və sakitdik olduğundan məktəbin arxa tərəfinə gedib söhbət edirdilər. Məktəbin arxa tərəfində ümumiyyətlə digər şagirdlər olmurdu. 15 fevral 2023-cü il tarixdə də tənəffüs vaxtı məktəbdə olarkən həmişəki kimi Müzəffər və Rihadla birlikdə məktəbin arxa tərəfində oturub söhbətləşirdilər. Onlar məktəbin arxa tərəfinə mübahisə etmək üçün yox, həmişə olduğu kimi söhbət etmək üçün getmişdirlər. Həmin vaxtı Müzəffərin əynində olan şalvarın belində qara qulplu bıçaq olmuşdur. Bir qədər söhbət etdikdən sonra, Rihad Müzəffərə “yanında daimi olaraq gəzən adını bilmədiyi uşağın “yaxşı” xarakterə malik olmadığını və onunla gəzməməsini, onun cəhənnəmdə yanacağını, namazının qəbul olunmadığını, namaz qılsan da içki stolunda oturmaqla düzgün etmədiyini, bu səbəbdən də qıldığı namazın qəbul edilmədiyini, bıçaq gəzdirməklə düzgün etmədiyini və onsuzda onu heç kimə vura bilmədiyini” demişdir. Həmçinin o da öz növbəsində Müzəffərə “namaz qılsa da içki stolunda oturduğunu və bıçaq gəzdirməklə düzgün etmədiyini” demişdir. Onlar, bu sözü dedikdən sonra Müzəffər ani olaraq belindəki bıçaxı çıxarıb Rihadın sol ayağının bud hissəsindən bir dəfə vurmuşdur. Rihadın ayağından qan axmağa başladığını gördükdə isə Müzəffər aptekə gedərək pambıq və s. alıb gətirmişdir. Rihadın ayağını sarğı ilə bağladıqdan sonra bir müddət məktəbdə olmuşlar. Daha sonra isə öz evlərinə getmişlər. O, sonradan Rihadın atasının Müzəffərdən şikayət etdiyini bilmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq qara qulplu, tiyəsinin uzunluğunu təxminən 5-6 sm. olan kiçik bıçaq olmuşdur. Hadisədən sonra Müzəffərin həmin bıçağı neynədiyini o, bilməmişdir. Hadisə qəflətən baş vermiş və 5-10 saniyədən az davam etmişdir. Hadisə vaxtı onların arasında ümumiyyətlə başqa heç bir dava-dalaş və ya söz mübahisəsi olmamışdır. Hadisə baş verən zamanda heç bir səsküy olmamışdır. Yəni, hadisədən onların üçündən başqa heç kimin xəbəri olmamışdır. Həmçinin, hadisə baş verən əraziyə heç kim toplaşmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs Göygöl şəhəri 6 saylı tam orta məktəbdə 10-cu sinifdə təhsil alır. 15 fevral 2023-cü il tarixdə saat təxminən 14 radələrində məktəbdən ona zəng edərək onu məktəbə dəvət etmişlər. O, məktəbə getdiyi zaman oğlu Zərərçəkmiş şəxs onunla paralel sinifdə oxuyan Müzəffər adlı məktəblinin bıçaqla ayağından vurduğunu öyrənmişdir. O, oğlu Zərərçəkmiş şəxs məktəbdən götürüb evə gəlmişdir. Evdə onun ayağının yarasına ilkin tibbi yardım göstərmişdir. Yarası ciddi olmadığından onu xəstəxanaya aparmamışdır. Daha sonra həmin Müzəffər adlı uşağın mobil telefonunu oğlundan alıb ona zəng etmişdir. Onunla görüşüb söhbət etmək istədiyini və oğlunu hansı səbəbdən vurduğunu bilmək istədiyini demişdir. Müzəffər adlı uşaq onunla kobud danışmağa başladığı üçün o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, oğlu Rihadın ona deməsinə görə Müzəffər adlı şəxslə zarafat edərkən onun yanında olan uşaqlardan birinin “yaxşı” uşaq olmadığını və ondan uzaq gəzməsini dediyi üçün oğlu Rihadı bıçaqla ayağından vurmuşdur. Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın müəyyən olunması istiqamətində bır sıra tədbirlər keçirilmiş, lakin qeyd edilən bıçağı müəyyən etmək mümkün olmamışdır. Həmçinin hadisənin baş verdiyi tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Göygöl şəhəri 6 saylı tam orta məktəbin həyətində məktəblilərin tənəffüs saaatının olması və ətrafda çoxsaylı məktəblilərin olması tərəfimizdən müəyyən olunmuşdur, lakin hadisənin şahidi ola biləcək şəxslərin konkret şəxsiyyətlərini müəyyən etmək mümkün olmadığından tərəfimizdən istintaqa təqdim edilməsi mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 86 nömrəli rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sol bud nahiyəsinin çapıq toxuması, sağalmış yaranın izidir deçici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlə bağlı ilkin tibbi sənədləri olmadığından həmin xəsarətin dəqiq əmələ gəlmə müddəti barədə hər hansı bir fikir söyləmək mümkün deyil. Cinayət işinə əlavə edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60 maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. (2-ci bənd); Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər: - ictimai qaydanı kobud surətdə pozmalı; - belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli; - nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs məktəb yoldaşıdır. Münasibətləri hər zaman normal olmuşdur. Halhazırda da onunla yaxşı münasibət vardır. Əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Eltun isə sinif yoldaşıdır. Münasibətləri çox yaxşı olduğundan tənəffüs vaxtları onlar həmişə üçü birlikdə heç kim olmadığından və sakitdik olduğundan məktəbin arxa tərəfinə gedib söhbət edirdilər. Məktəbin arxa tərəfində ümumiyyətlə digər şagirdlər olmurdu. 15 fevral 2023-cü il tarixdə saat 11:30 radələrində məktəbdə olarkən həmişəki kimi Rihad və Eltunla birlikdə məktəbin arxa tərəfində oturub söhbətləşirdilər. Onlar məktəbin arxa tərəfinə mübahisə etmək üçün yox, həmişə olduğu kimi söhbət etmək üçün getmişdirlər. Həmin vaxt Rihad ona “sən cəhənnəmdə yanacaqsan, sənin namazın qəbul olunmur, sən namaz qılsan da içki stolunda oturursan” kimi sözlər işlətməyə başlamışdır. Həmçinin Eltun da ona qarşı bənzər sözlər işlətmişdir. Belə ki, o, namaz qılır və Rihadın bu sözləri birdən-birə ona çox pis təsir etmişdir. O, bir anda Rihadın sözlərindən əsəbiləşərək özündən asılı olmayaraq da üzərində olan qara qulplu, təxminən 5-6 sm. uzunluğunda tiyəsi olan bıçaqla Rihadın sağ ayağının diz nahiyəsindən bir dəfə vurmuşdur. Hadisə çox ani anda baş vermiş və 5-10 saniyədən az davam etmişdir. Hadisə vaxtı onların arasında ümumiyyətlə heç bir dava-dalaş və ya başqa söz mübahisəsi olmamışdır. Daha sonra Rihadın ayağından qan axmağa başladığını gördükdə o, aptekə gedərək yara bandı, pereks və s. alıb gətirib Rihadın ayağına ilkin tibbi yardım etmişdir. Əlavə olaraq bildirdi ki, hadisə zamanı onlar Rihad, Eltun və o, olmaqla ümumilikdə üç nəfər olmuşlar. Hadisə baş verən zamanda heç bir səs-küy olmamışdır. Yəni, hadisədən onların üçündən başqa heç kimin xəbəri olmamış və həmin əraziyə heç kim toplaşmamışdır. Hadisə Rihadın onun “qıldığı namaza” söz deməsi nəticəsində bir anda baş vermişdir. Hadisə çox ani anda baş vermiş və 5-10 saniyədən az davam etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Göygöl şəhəri 6 saylı tam orta məktəbin 10-cu sinfində təhsil alır. Müzəffər məktəb yoldaşıdır. Münasibətləri hər zaman normal olmuşdur. Hal-hazırda da onunla yaxşı münasibət vardır. Əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Eltun isə Müzəffərin sinif yoldaşıdır. Münasibətləri çox yaxşı olduğundan tənəffüs vaxtları onlar həmişə üçü birlikdə heç kim olmadığından və sakitdik olduğundan məktəbin arxa tərəfinə gedib söhbət edirdilər. Məktəbin arxa tərəfində ümumiyyətlə digər şagirdlər olmurdu. 15 fevral 2023-cü il tarixdə saat 11:30 radələrində məktəbdə olarkən həmişəki kimi Müzəffər və Eltunla birlikdə məktəbin arxa tərəfində oturub söhbətləşirdilər. Onlar məktəbin arxa tərəfinə mübahisə etmək üçün yox, həmişə olduğu kimi söhbət etmək üçün getmişdirlər. Bir qədər söhbət etdikdən sonra, o, Müzəffərə “yanında daimi olaraq gəzən adını bilmədiyi uşağın “yaxşı” xarakterə malik olmadığını və onunla gəzməməsini, onun namaz qılsa da içki stolunda oturduğunu və bıçaq gəzdirməklə düzgün etmədiyini” demişdir. O, bu sözü dedikdən sonra Müzəffər ani olaraq belindəki bıçaxı çıxarıb sol ayağının bud hissəsindən bir dəfə vurmuşdur. Ayağından qan axdığını gördükdə Müzəffər aptekə gedərək yara bandı və s. alıb gətirib onun ayağına ilkin tibbi yardım etmişdir. Hadisə vaxtı onların yanında Müzəffər ilə eyni sinifdə təhsil alan Eltun adlı şəxs olmuşdur. Hadisə qəflətən baş vermiş və 5-10 saniyədən az davam etmişdir. Hadisə vaxtı onların arasında ümumiyyətlə başqa heç bir dava-dalaş və ya söz mübahisəsi olmamışdır. Hadisə baş verən zamanda heç bir səs-küy olmamışdır. Yəni, hadisədən onların üçündən başqa heç kimin xəbəri olmamışdır. Həmçinin, hadisə baş verən əraziyə heç kim toplaşmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Göygöl şəhəri 6 saylı tam orta məktəbin 10-cu sinfində təhsil alır. Təqsirləndirilən şəxs onunla eyni sinifdə təhsil alır. Rihad isə paralel sinif yoldaşıdır. Münasibətləri hər zaman normal olmuşdur. Hal-hazırda da onun hər ikisi ilə yaxşı münasibət vardır. Əvvəllər onların üçü arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Münasibətləri çox yaxşı olduğundan tənəffüs vaxtları onlar həmişə üçü birlikdə heç kim olmadığından və sakitdik olduğundan məktəbin arxa tərəfinə gedib söhbət edirdilər. Məktəbin arxa tərəfində ümumiyyətlə digər şagirdlər olmurdu. 15 fevral 2023-cü il tarixdə də tənəffüs vaxtı məktəbdə olarkən həmişəki kimi Müzəffər və Rihadla birlikdə məktəbin arxa tərəfində oturub söhbətləşirdilər. Onlar məktəbin arxa tərəfinə mübahisə etmək üçün yox, həmişə olduğu kimi söhbət etmək üçün getmişdirlər. Həmin vaxtı Müzəffərin əynində olan şalvarın belində qara qulplu bıçaq olmuşdur. Bir qədər söhbət etdikdən sonra, Rihad Müzəffərə “yanında daimi olaraq gəzən adını bilmədiyi uşağın “yaxşı” xarakterə malik olmadığını və onunla gəzməməsini, onun cəhənnəmdə yanacağını, namaz qılsa da içki stolunda oturmaqla düzgün etmədiyini, bu səbəbdən də qıldığı namazın qəbul edilmədiyini, bıçaq gəzdirməklə düzgün etmədiyini və onsuzda onu heç kimə vura bilmədiyini” demişdir. Həmçinin o da öz növbəsində Müzəffərə “namaz qılsa da içki stolunda oturduğunu və bıçaq gəzdirməklə düzgün etmədiyini” demişdir. Onlar, bu sözü dedikdən sonra Müzəffər ani olaraq belindəki bıçaxı çıxarıb Rihadın sol ayağının bud hissəsindən bir dəfə vurmuşdur. Rihadın ayağından qan axmağa başladığını gördükdə isə Müzəffər aptekə gedərək pambıq və s. alıb gətirmişdir. Hadisə qəflətən baş vermiş və 5-10 saniyədən az davam etmişdir. Hadisə vaxtı onların arasında ümumiyyətlə başqa heç bir dava-dalaş və ya söz mübahisəsi olmamışdır. Hadisə baş verən zamanda heç bir səs-küy olmamışdır. Yəni, hadisədən onların üçündən başqa heç kimin xəbəri olmamışdır. Həmçinin, hadisə baş verən əraziyə heç kim toplaşmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrindən aydın şəkildə görünür ki, hadisə zamanı birlikdə olmuş üç yoldaş məktəbin arxa hissəsinə mübahisə etmək üçün yox, həmişə olduğu söhbətləşməyə getmişdirlər. Yəni, onlar məktəbin arxasına getməkdə məqsədləri mübahisə etmək olmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq niyyəti olmayıb. Hadisəni üç nəfərdən başqa ümumiyyətlə heç kim görməmiş və ümumiyyətlə məktəb işçilərinin hadisədən gec xəbərləri olmuşdur. Həmçinin, təqsirləndirilən şəxsin hərəkətlərində də cəmiyyətə qarşı açıqcasına hər hansı hörmətsizlik əlamətləri olmamışdır. Bundan başqa, hadisə təsadüf nəticəsində şəxsi və zərərçəkən şəxsin təşəbbüsü ilə baş vermiş yəni, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin dini etiqadını təhqir (namazının qəbul edilməməsi və s. kimi ifadələrlə) etməsi nəticəsində baş vermişdir. İşdən müəyyən edilir ki, zərərçəkmiş şəxslə bərabər iş üzrə şahid də təqsirləndirilən şəxsin dini əqidəsinə və hislərinə toxunmuş və təqsirləndirilən şəxs ani olaraq özünü ələ ala bilməyərək hadisəni törətmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, təqsirləndirilən şəxsin 16 yaşı tamam olmamaqla hal-hazırda yetkinlik yaşına çatmyan şəxs statusundadır. Belə olan o, hələ cəmiyyəti, ictimai qaydaları tam dərk etmədiyi halda özünü digər şəxslər dairəsinin şüurunda müstəsna şəxsiyyət kimi olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərmək kimi halları da dərk edə bilməzdi. Eyni zamanda, təqsirləndirilən şəxsin bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaq, gücünü nümayiş etdirmək, qalmaqal salmaq kimi niyyəti də olmamışdır. Ümumiyyətlə istintaq orqanı tərəfindən əldə edilmiş xasiyyətnamədən də təqsirləndirilən şəxsin belə insan olmadığı aşkar görünür. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, hadisə heç kimin olmadı səssiz bir yerdə baş vermiş və hadisə baş verdikdən sonra da səsküy olmamış, həmin əraziyə isə heç kim toplaşmamışdır. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən bıçaq vurulduqdan sonra onunla zərərçəkmiş şəxs arasında dava-dalaş olmamış və hadisə elə həmin anda da davam etməyərək bitmişdir. Həmçinin işdə olan izahatlardan da müəyyən edilir ki, hadisə qəflətən (əvvəldən planlaşdırılmadan) və 5-10 saniyədən də az müddətdə davam etmişdir. Xüsusilə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə ittihamı daha çox ehtimallar üzərində qurmuşdur. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də, əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda təqsirləndirilən şəxsin əməlini tövsif edərkən hadisənin törədildiyi yeri nəzərə almamışdır. Bundan başqa, cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli dərəcədə ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Bundan başqa, hadisənin heç kimin olmadığı bir yerdə və zərərçəkən şəxsin səhv hərəkətləri nəticəsində baş verməsi özlüyündə hadisənin xuliqanlıq kimi qiymətləndirilməsinə əsas vermir. Çünki cinayət qanununa görə xuliqanlıq cinayəti obyektiv cəhətdən başqa əlamətlərlə yanaşı, ictimai qaydanın kobud surətdə pozulması, belə pozuntunun cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması ilə xarakterizə olunur. Yəni hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi üçün zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yanaşı həmin iki əlamətin olması da zəruridir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış, onun belə niyyətinin olması müəyyən edilməmiş və sübut olunmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə istintaqı zamanı iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə saat 11:30 radələrində Göygöl şəhəri Nigar Rəfibəyli küçəsində yerləşən Göygöl şəhəri 6 saylı tam orta məktəbin arxasında onunla eyni məktəbdə oxuyan Zərərçəkmiş şəxs ilə, sonuncunun onun dini əqidəsinə toxunduğu və cinayət törətməyə təhrik etməsi səbəbilə ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəminində, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü və təhriki ilə başlanmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol bud nahiyəsinin çapıq toxumasının sağalmış yara izi ilə müşayiət olunan və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görəməsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək, törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesаb edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasından, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zamanda, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəy-yən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar. Törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət məsuliyyətinin əsaslarına dair Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində məhz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edir. Konstitusiya, insan və vətəndaş hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqların gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Bundan başqa işə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, dəymiş zərər ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır. Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cəza təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərar). Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri CPM-nin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-85/2023 Azərbaycan Respublikası adından QƏRARDANÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 12 sentyabr 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2007-ci ildə Göygöl şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar