Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-85/2024 03.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiiəçi Müdafiəçi, Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxxx 1970-ci ildə Şəmkir rayonu Seyfəli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 51-də yaşayan Zərərçəkmiş şəxs1 əlilliklə əlaqədar təqaüdün davamlı olacağı barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Zərərçəkmiş şəxs1 tanışı Şahid1 vasitəsilə ilkin olaraq 2019-cu il mart ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl şəhəri S.Hacıyev küçəsində yerləşən Kilsənin yanında 500 (beş yüz) manat, 2019-cu il aprel ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl şəhəri S.Hacıyev küçəsində yerləşən Kilsənin yanında 500 (beş yüz) manat, 2019-cu il may ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl şəhəri S.Hacıyev küçəsində yerləşən istirahət parkında 400 (dörd yüz) manat və 2019-cu il iyul ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl şəhəri S.Hacıyev küçəsində yerləşən istirahət parkında 460 (dörd yüz altmış) manat pulunu alıb ələ keçirərək, göstərilən dövr ərzində ümumilikdə Zərərçəkmiş şəxs1 1.860 (min səkkiz yüz atmış) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Göygöl şəhəri Səbuhi Hacıyev küçəsi ev 44-də yaşayan Zərərçəkmiş şəxs2 2.800 (iki min səkkiz yüz) manat qarşılığında kəsilmiş təqaüdü bərpa etdirəcəyi barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Zərərçəkmiş şəxs2 2021-ci ilin aprel ayının əvvəllərində dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanda Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat, 2021-ci ilin aprel ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən bank vasitəsilə göndərilmiş 1.200 (min iki yüz) manat, 2021-ci ilin aprel ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü ilə göndərilmiş 300 (üç yüz) manat, bundan iki gün sonra 2021-ci ilin aprel ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Şahid1 yaşadığı ünvan 2 ünvanda 1.000 (min) manat və 2022-ci ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə 150 (yüz əlli) manat pulunu Şahid1 yaşadığı ünvan 2 ünvanda alıb ələ keçirərək, göstərilən dövr ərzində ümumilikdə Zərərçəkmiş şəxs2 2.800 (iki min səkkiz yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021-ci ilin təxminən aprel ayının əvvəllərində tanışı Şahid1 ona zəng etmiş, onun xahişi ilə onun evində görüşmüşlər. Şahid1 ona qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 əlilliklə əlaqədar təqaüdün kəsildiyini, yenidən bərpa etdirmək lazım olduğunu və bu sahədə ona göməklik etməsini xahiş etmişdir. O, özü əlilliklə əlaqədar təqaüd aldığı üçün hansı formada təqaüdün düzəlməsini bilmişdir. O, Elşən ilə birlikdə Nazimin evinə getmiş, təqaüdün düzəlməsi ilə bağlı danışmışlar. O, Zərərçəkmiş şəxs2 demişdir ki, Bakı şəhərinə gedir, yol haqqı kimi pul istəmişdir. Nazim ona 150 (yüz əlli) manat pul vermiş, növbəti gün o, Bakı şəhərinə getmişdir. O, Şahid1la əlaqə saxlayaraq Nazimin işini danışdığını, 1.500 (min beş yüz) manat pul göndərməsini bildirmişdir. Həmin günü Elşən Nazimdn 1.500 (min beş yüz) manat pulu alıb ona göndərmişdir. O, Bakıda olan zaman Elşənə zəng edib demişdir ki, Nazimi Bakıya göndərsin. Bir gündən sonra Nazim Bakı şəhərinə onun yanına Tarqovu adlanan yerə gəlmiş, 2 gün orada qalmışdır. O, Nazimlə birlikdə Bakı şəhərində yerləşən Travmatologiya İnstitutuna getmişdir. Nazimin ayağında olan xəsarətlə bağlı növbədə olan həkimin qəbulunda olmuşlar və ayağında olan xəsarətlə bağlı rəy almışlar. Nazim Bakıdan qayıtdıqdan sonra o, yenidən Elşənə zəng edib yenidən 1.000 (min) manat pul göndərməsini bildirmiş, həmin gün Elşən 1.000 (min) manat pulu göndərmişdir. O, düşünmüşdür ki, Nazimi həkimdən keçirib rəy aldıqdan sonra onun təqaüdü bərpa olunacaqdır, ona görə də Nazimdən təqaüd düzəltmək üçün aldığı pulları öz ehtiyacı üçün xərcləmişdir. Daha sonra Elşəndən öyrənmişdir ki, təqaüdün verilməsindən imtina olunmuşdur. Bundan təxminən 2-3 ay sonra yenidən Elşən onu öz yaşadığı ünvana çağırmış, Nazimi Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanada Travmatologiya şöbəsində aparıb həkim müayinəsindən keçirməyi bildirmişdir. O, bunu etmək üçün 150 (yüz əlli) manat pul lazım olduğunu bildirmiş və Nazim ona 150 (yüz əlli) manat pul vermişdir. Sonra o, Nazimi həmin xəstəxanaya adını bilmədiyi həkimin yanına aparıb, ayağındakı xəsarət ilə bağlı həkim müayinəsindən keçirmiş, 150 (yüz əlli) manat pulu isə özü xərcləmişdir. Daha sonra isə onlarla əlaqə saxlamamışdır. 2019-cu ilin mart ayında dəqiq gününü xatırlamadığı vaxtda tanışı Şahid1la birlikdə olan zaman Elşənin tanışı adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs1 gəlmişdir. Söhbət əsnasında o, əliliklə bağlı təqaüdü bərpa etdirdiyini bildirmişdir. Həmin vaxt Səfyar demişdir ki, 2022-ci il tarixdə onun növbəti həkim komissiyasından keçmək vaxtdıdır və ondan təqaüdün davamlı etdirməyin mümkün olub-olmamasını soruşmuşdur. Növbəti gün Səfyar ona zəng edərək təqaüdlə bağlı söhbət edən zaman o, ondan Bakı şəhərinə gedib gəlmək və sənədlərini toplamaq üçün 500 (beş yüz) manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra Səfyar ilə Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən kilsənin yanında görüşmüş, Səfyar ona 500 (beş yüz) manat pul vermiş və o, işi həll edəcəyini bildirmişdir. Bundan təxminən bir ay sonra 2019-cü ilin aprel ayında dəqiq gününü xatırlamadığı vaxtda Səfyar ona zəng edərək işin nə yerdə olduğunu soruşmuşdur. O isə işin əlavə olaraq pul lazım olduğunu bildirmişdir. 2019-cu ilin aprel ayının sonlarında dəqiq gününü xatırlmadığı vaxtda Səfyar ilə zəngləşib, yenədə Kilsənin yanında görüşmüşlər və həmin vaxt Səfyar ona yenə 500 (beş yüz) manat pulı vermişdir. O, Səfyardan aldığı pulları maddi imkanı yaxşı olmadığından öz ehtiyacları üçün xərcləmişdir. Aradan təxminən bir ay keçmiş, təxminən may ayında dəqiq gününü xatırlamdığı vaxtda Səfyar onunla əlaqə saxlayaraq işi ilə maraqlandıqda, o, ona işin düzələcəyini, sənədlərin təsdiq olunması üçün 400 (dörd yüz) manat pul istəmişdir. Səfyar ona Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən istirahət parkında 400 (dörd) manat pul vermişdir. Səfyar tez-tez ona zəng edərək, işi ilə bağlı maraqlandıqca o, işinin həll olacağını bildirmişdir. 2019-cu ilin iyul ayında Səfyar ilə Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən istirahət parkında görüşmüşlər, söhbət əsnasında o, işinin həll olunduğunu, yaxın günlərdə Bakı şəhərinə gedəcəyini bildirmiş və Səfyardan 460 (dördü yüz altmış) manat pul almışdır. Bundan sonra bir neçə dəfə Səfyar onunla əlaqə saxlamış, işinin həlli ilə bağlı soruşduqda o, işinin düzələcəyini bildirmişdir. Aradan 5-6 ay keçmiş Səfyar ona zəng edərək işinin düzəlmədiyini və ona verdiyi pulun geri qaytarmağını bildirmişdir. O, Səfyardan aldığı puldan 350 manat pulu Şahid1 vermişdir ki, ona qaytarsın, qalan pulu isə xərclədiyi üçün və maddi imkanı olmadığından qaytara bilməmişdir. Hal-hazırda əməllərindən peşman olmuşdur. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı onlara tamamilə ödəmişdir. Zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbi olmamaqla onunla barışmışlar. Himayəsində 1 nəfər azyaşlı olmaqla 2 uşaq vardır. Özü 2ci qrup əlildir. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şahid1 onunla qonşuluqda yaşayır və münasibəti həmişə yaxşı olmuşdur. O, 1-ci Qarabağ müharibəsi iştirakçısıdır və eləcədə ona İİİ qrup əlillik təyin olunmuşdur. 2021-ci ilin fevral ayınadək təqaüd almış, lakin 2021-ci ilin fevral ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun əlilliyi şübhə altına alındığı üçün aldığı təqaüd dayandırılmışdır. Onunla qonşuluqda yaşayan Şahid1la söhbət əsnasında aldığı təqaüdün dayandırıldığını bildirmiş və elə bir tanışının olub-olmasını soruşmuşdur. Elşən Şəmkirdə yaşayan Mustafa adlı tanışının olduğunu, elə işlərə baxdığını demişdir. 2021-ci ilin aprel ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Elşənə zəng edib işinin nə vaxt həll olunacağını soruşduqda, Mustafa adlı şəxslə birlikdə olduğunu, 1-2 saata onun yanına gələcəklərini bildirmişdir. Həmin gün Elşən Mustafa adlı şəxslə birlikdə onun yaşadığı ünvana gəlmişlər. O, Mustafanı elə birinci dəfə həmin vaxt görüb tanımışdır. Mustafa adlı şəxs onun dayandırılmış təqaüdünü bərpa etdirəcəyini, Bakı şəhərinə getdiyini bunun üçün ondan yol pulu istəmiş və ümumilikdə onun dayandırılmış təqaüdünün bərpa edilməsi üçün 3000-ə qədər pul lazım olacağını demişdir. O, 150 (yüz əlli) manat pulu Mustafaya vermişdir. Növbəti gün Elşən ona zəng edərək Mustafanın onun işini danışdığını, bunun üçün pul lazım olduğunu demişdir. O, həmin gün 1.500 (min beş yüz) manat pulu Elşənə yaşadığı evin həyətində vermişdir. Elşən Mustafanın onu Bakı şəhərinə çağırdığını demişdir. O, növbəti gün Bakı şəhərinə Mustafanın yanına getmişdir. Mustafa ilə birlikdə Bakı şəhərində Tarqou adlanan yerdə iki gün qalmışlar. Mustafa onu Bakı şəhərində yerləşən Travmatologiya institutuna aparmış və orada tanımadığı həkimdən ayağında olan xəsarətlə bağlı rəy almışlar. Daha sonra o, Göygöl rayonuna geri qayıtmışdır. Bundan təxminən 2 gün sonra Elşən ona zəng edib, təqaüdünün bərpa edilməsi üçün yenə pul lazım olduğunu bildirmişdir. O, 1.000 (min manat) pulu aparıb Elşənə yaşadığı ünvanda vermişdir. Daha sonra o, Elşəndən işi ilə bağlı maraqlandıqda Mustafanın həll edəcəyini, narahat olmamaığını bildirmişdir. Daha sonra təqaüdün verilməsindən imtina cavabı gəlmişdir. 2021-ci ilin təxminən sentyabr ayında Mustafa onu Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanada Travmatologiya şöbəsinə aparıb həkim müayinəsindən keçirmişdir. Elşən ondan Mustafaya vermək üçün 150 (yüz əlli manat) pul almışdır. Daha sonra o, işinin alınmadığını görüb, Elşənə pulunu geri qaytarmasını bildirmişdir. Elşən isə ondan aldığı pulu Mustafaya verdiyini bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs 2.800 (iki min səkkiz yüz) manat pulu ona tamailə ödəmişdir. Ona görə də onunla barışmışdır, ondan heç bir şikayəti və tələbi də yoxdur. Zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 2.800 (iki min səkkiz yüz) manat ziyanı ona tamamilə ödəməsinə görə ondan heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci fevral ayının əvvələrində dəqiq gününü xatırlamadığı vaxtda Zərərçəkmiş şəxs2 əlillik təqaüdünün dayandırıldığını bildirmiş və yenidən bərpa edilməsi üçün ondan kömək istəmişdir. O, Nazimə demişdir ki, onun Mustafa adlı tanışı vardır, o təqaüd düzəltməkdə kömək edə bilər. O, 2021-ci ilin təxminən aprel ayında Mustafa ilə birlikdə Nazimin yaşadığı ünvana gəlmişlər. Orada söhbət əsnasında Mustafa Nazimə işinin arxası ilə gedəcəyini bildirib, Nazimdən pul istəmişdir. Nazim Mustafaya həmin vaxt 150 (yüz əlli) manat pul vermişdir. Mustafa daha sonra Bakı şəhərinə getmişdir. Növbəti gün Mustafa ona zəng edərək Nazimin işini danışdığını, 1.500 (min beş yüz) manat pul alıb göndərməsini bildirmişdir. O, Nazimə zəng edib Mustafanın onun işini danışdığını pul istədiyini bildirmişdir. Nazim 1.500 (min beş yüz) manat pul gətirib ona vermişdir. O, Nazimin ona verdiyi puldan 1.200 (min iki yüz) manat pulu tanışı Səfyardan Mustafaya göndərməsini xahiş etmişdir. Səfyar hazırda xatırlamadığı bank vasitəsi ilə Mustafaya göndərdiyini demişdir. Həmin gün Mustafa ona zəng edərək qalan 300 manat puluda göndərməyi demişdir. O, həmin gün axşam saatlarında Gəncə şəhəri ərazisində yerləşən Təzə Yevlax avtovağzalı adlanan yerdən tanımadığı taksi sürücüsü ilə 300 (üç yüz) manat pulu Mustafaya göndərmişdir. Həmin gün Mustafa ilə danışıq zamanı Nazimi Bakı şəhərinə göndərməyini demiş, o da bu barədə Nazimə bildirmişdir. Nazim növbəti gün Bakı şəhərinə Mustafanın yanına getmişdir. Nazim Bakı şəhərindən qayıtdıqdan sonra Bakı şəhərində hansısa xəstəxanada travmatologiya şöbəsinə ayağından almış olduğu xəsarətlə bağlı müayinə olunduğunu bildirmişdir. Bundan təxminən iki gün sonra Mustafa yenidən zəng edərək Nazimin işi ilə bağlı pul lazım olduğunu bildirmiş, o da bu barədə Nazimə bildirmişdir. Nazim həmin gün 1.000 (min) manat pulu gətirib ona vermişdir. Mustafa onun yanına gəlib pulu ondan almışdır. Bundan sonra Nazimin əlilliklə əlaqədar təqüdün verilməsinə imtina cavabı gəlmiş, o da bu barədə Mustafaya məlum vermişdir. Mustafa 2021-ci ilin təxminən sentyabr ayında dəqiq gününü xatırlamdığı vaxtda Nazimi Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada Travmatologiya şöbəsində həkim müayinəsindən keçirmişdir. Mustafa bunun üçün 150 (yüz əlli) manat pul lazım olduğunu demişdir. O, Nazimdən 150 manat alıb Mustafaya vermişdir. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq Mustafa Nazimin əlilliklə bağlı təqaüdünü düzəltdirməmişdir. Əlilliklə əlaqədar dayandırılmış təqaüdün bərpa etdirilməsi üçün 2.650 (iki min altı yüz əlli) manat pulu Nazim ona vermiş, o da həmin pulu Mustafaya vermişdir. Nazimin özünündə bundan xəbəri olmuşdur, Nazim özüdə onun yanında Mustafaya 150 (yüz əlli) manat pul vermişdir. Bundan başqa 2019-cu ilin təxminən mart ayında dəqiq gününü xatırlamadığı vaxtda Mustafa ilə birlikdə olan zaman Səfyar adlı tanışı onların yanına gəlmişdir. Həmin vaxt söhbət əsnasında Mustafa əlilliklə bağlı təqaüdü bərpa etdirə bildiyini demişdir. Səfyar isə 2022-ci il tarixdə növbəti həkim komissiyasından keçmə vaxtının olduğunu, əlilliklə bağlı təqaüdün davamlı olmasını etdirməyin mükün olub-olmamasını soruşmuşdur. Mustafa bunun mümkün olduğunu bildirmişdir. Daha sonra Mustafa və Səfyar bir-birilərinin mobil nömrələrini götürmüşlər, zəngləşib danışacaqlarına razılaşmışlar. Sonradan Səfyar ona demişdir ki, əlilliklə bağlı təqaüdün davamlı olması üçün Mustafaya 1.860 (min səkkiz yüz altmış) manat pul vermiş, lakin Mustafa heç bir şey etməmişdir. Hazırdada pulunu geri ala bilmir. Bundan sonra o, Mustafa ilə danışaraq Səfyarın pulunu qaytarmasını bildirmişdir. X5ytarmaq üçün ona 350 (üç yüz əlli) manat pul vermiş, o da həmin pulu Səfyara vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə Zərərçəkmiş şəxs1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Zərərçəkmiş şəxs1 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, 2019-cu təxminən mart ayında dəqiq gününü xatırlamadığı vaxtda Göygöl şəhər sakini kimi tanıdığı Şahid1 yanına gələn zaman adı ona sonradan məlum olan Mustafa adlı şəxs də yanında olmuşdur. Həmin vaxt söhbət əsnasında Mustafa tanışılarının olduğunu, əlilliklə bağlı təqaüdü bərpa etdirə bildiyini demişdir. Onun isə 2022-ci il tarixdə növbəti həkim komissiyasından keçmə vaxtı idi, söhbət əsnasında o, Mustafadan əlilliklə bağlı təqaüdün davamlı olmasını etdirməyin mükün olub-olmamasını soruşmuşdur. Mustafa bunun mümkün olduğunu bildirmişdir. Növbəti gün o, Mustafa ilə hazırda xatırlamadığı mobil nömrəsinə zəng edib danışmış, danışıq zamanı Mustafa ondan 500 (beş yüz) manat pul istəmiş və həmin pulu Mustafa Bakı şəhərinə gedib gəlmək və sənədləri toplamaq üçün lazım olduğunu bildirmişdir. Mustafa ilə Göygöl şəhəri, S.Hacıyev küçəsində kilsənin yanında görüşmüşlər. Mustayaya əlilliklə bağlı aldığı təqaüdün davamlı olmasını istədiyini bildirmişdir. Mustafa həll edəcəyini bildirmişdir. Bundan təxminən bir ay sonra, yəni aprel ayının əvvəllərində dəqiqi gününü xatırlamadığı vaxtda Mustafanın mobil nömrəsinə zəng etmişdir. Danışıq zamanı Mustafa Bakı şəhərindən qayıtdığını, işlərin həll olduğunu, Göygöl rayonuna gələcəyini və onun işinin həlli üçün yenə pul lazım olduğunu demişdir. 2019-cu ilin təxminən aprel ayının axırlarında dəqiq gününü xatırlamadığı vaxtda Mustafa ilə yenə zəngləşib, Göygöl şəhəri S.Hacıyev küçəsində yerləşən kilsənin yanında görüşmüşlər. Mustafa ondan yenə 500 (beş yüz) manat almışdır. O, ara-sıra Mustafa ilə danışaraq işini maraqlanmışdır. Mustafa işləri davamlı olaraq həll olunduğunu, Göygöl rayonuna gələcəyini və gələn zaman xəbər edəcəyini bildirmişdir. 2019-cu ilin may ayından həmin ilin iyul ayına dək olan müddət ərzində dəqiq xatırlmadığı tarixlərdə ayrıayrı vaxtlarda əvvəlcə 400 (dörd yüz) manat, sonra isə 460 (dörd yüz altmış) manat olmaqla ümumilikdə 860 (səkkiz yüz altmış) manat Mustafaya vermişdir. Pulu Mustafaya verdikdən sonra tez-tez onunla əlaqə saxlamış və o, ona tezliklə işinin həll olunacağını ona bildirmişdir. 2019-cu ilin dekabr ayında o, Mustafa ilə danışmış və həmin vaxt da o, yenə ona vəd verərək işinin düzələcəyinə inandırmışdır. 2020-ci ilin may ayına qədər onun işinin düzələcəyi barədə ona vəd verməyinə baxmayaraq Mustafa ona verdiyi vədə əməl etməyərək onu yenə də aldatmışdır. Belə ki, 2020-ci ilin mayına qədər onu gözləmiş və bundan sonra onunla əlaqə saxlamağa çalışsa da onunla heç bir əlaqə yarada bilməmiş və onunla görüşməyib cəhd göstərməyinə baxmayaraq onunla görüşə bilməmişdir. Bundan sonra o, tam əmin olmuşdur ki, Mustafa onun 1.860 (min səkkiz yüz altmış) manat pulunu alaraq onu aldadıb pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 1.860 (min səkkiz yüz altmış) manat ziyanı ona tamamilə ödəməsinə görə ondan heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətiin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X3 alınmış arayışlarda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir rayon Yuxarı Seyfəli kənd İƏD üzrə nümayəndəliyinin tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir rayon Yuxarı Seyfəli kənd İƏD üzrə nümayəndəliyinin tərəfindən verlmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Yuxarı Seyfəli kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Himayəsində 1 nəfəri azyaşlı olmaqla 2 nəfər uşaq vardır. (xx.xx.2007-ci il təvəllüdlü X2 və 16.03. 2011-ci il təvəllüdlü X6) Cinayət işinin materiallarında olan 030216 nömrəli vəsiqədən məlum olur ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 23 dekabr 2023-cü il tarixli tələbnamə-arayışdan və Gədəbəy rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 1(042)-4/2022 saylı hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 1(042)-4/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 1(042)-4/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2024-cü il tarixdə başa çatmasına görə şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o həbsdən azad edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgəəmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcıüsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar onun əməlini etraf edib,əməllərindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etraf edib,əməllərindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını, himayəsində 1 nəfəri azyaşlı olmaqla 2 nəfər uşaq olmasını, özünün 2-ci qrup əlil olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Şəmkir rayonunda və Gəncə şəhərində fərdi qaydada işləməklə etməklə, Şəmkir rayon Yuxarı Seyfəli kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işinin materiallarında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il və 15 dekabr 2023-cü il tarixdə 2 gün bu iş üzrə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi qüvvəsində saxlanmasını qanuni və əsaslı hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir, Göygöl rayonlarının və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Şəmkir rayonu Seyfəli kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulan ziyanın Təqsirləndirilən şəxs tərəfindən onlara tamamilə ödənilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şühbəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunmuş, 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın mədudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir və Göygöl rayonlarının və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şəmkir rayonu Seyfəli kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Şəmkir rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxta kimi öz qüvvəsində saxlanmasın. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-85/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-85/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver