Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-86/2023 25.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu 1-ci Cənub küçəsi ev 8, mənzil 17-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Adil Məmmədov küçəsi ev 143-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 4000 (dörd min) manat müqabilində ona pensiya düzəltdirəcəyi barədə yalan vədlər verib inandırmaqla 04 dekabr 2019-cu il tarixdə Göygöl şəhəri Aydın Hacıyev küçəsində yerləşən “Qardaşlar” mağazasının yaxınlığında Zərərçəkmiş şəxs3 qrupun üzvü Əli Zeynalova verdiyi 4000 manat nağd pulu sonuncu ilə öz aralarında bölüşdürüb Zərərçəkmiş şəxs3 göstərilən məbləğdə nağd pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 4800 (dörd min səkkiz yüz) manat müqabilində onun arvadı X3 pensiya düzəltdirəcəyi barədə yalan vədlər verib inandırmaqla 15 dekabr 2019-cu il tarixdə Göygöl şəhəri Heydər Əliyev prospektində Zərərçəkmiş şəxs1 qrupun üzvü Əli Zeynalova verdiyi 4800 manat nağd pulu sonuncu ilə öz aralarında bölüşdürüb Zərərçəkmiş şəxs1 göstərilən məbləğdə nağd pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 4000 (dörd min) manat müqabilində onun arvadı X5 pensiya düzəltdirəcəyi barədə yalan vədlər verib inandırmaqla 18 dekabr 2019-cu il tarixdə Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən Avtovağzalın yaxınlığında Zərərçəkmiş şəxs2 qrupun üzvü Əli Zeynalova verdiyi 4000 manat nağd pulu sonuncu ilə öz aralarında bölüşdürüb Zərərçəkmiş şəxs2 göstərilən məbləğdə nağd pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Adil Məmmədov küçəsi ev 143-də ailəsi ilə birlikdə yaşayır. Evlidir, 3 övladı var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. 2021-ci ilin iyun ayına qədər Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində ekspert-həkim vəzifəsində işləmişdir. Göygöl rayonunda yaşayan Alik adlı qohumu vasitəsilə Göygöl rayonu Köşkü kəndində müəllim işləyən X12 ilə tanış olmuşdur. Əli Zeynalov onun oğlunun məktəb işi ilə bağlı vaxtı ilə ona köməklik göstərmiş və bundan sonra münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 şəxsən tanımamışdır. Zərərçəkmiş şəxs2 2022-ci ildə dəqiq gününü xatırlamadığı vaxtda ona zəng edərək onun pensiya işi ilə bağlı pulunu qaytarmasını tələb etmiş, o isə ona pul vermədiyini demişdir. Zərərçəkmiş şəxs2 də pulu Əli Zeynalova verdiyini və Əlinin isə ona verdiyini demişdir. O, Habil X7 heç bir məbləğdə pul vermədiyini bildirmişdir. Bundan başqa isə bir dəfə Zərərçəkmiş şəxs3 ilə telefon vasitəsilə danışmışdır. Zərərçəkmiş şəxs3 də pensiya işi ilə bağlı köməklik göstərəcəyini demiş, lakin o, Zərərçəkmiş şəxs3 də heç bir məbləğdə pul almamışdır. Onların onun barəsində etdikləri şikayətin əsassız olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ona heç bir məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs1 arvadı Jalə İsmayılovanın pensiya işi ilə bağlı qohumu Alik ondan onlara köməklik göstərməsini xahiş etmişdir. O da onların pensiya işi ilə bağlı müəyyən epikrizlərin və digər sənədlərin hazırlanması üçün onlara köməklik göstərmişdir. Alik də ona həmin sənədlərin hazırlanması üçün dövlət rüsumlarının ödənilməsi üçün təxminən 400-500 manat pul göndərmişdir. Alikin və Əli Zeynalovun vəfat etməsindən sonra isə o, Alik və X14 İsmayılovun arvadı Jalə İsmayılovaya pensiya düzəltməsi üçün 4800 manat pul almalarını bilmişdir. Bundan sonra isə Alikin ailə üzvlərinin Zərərçəkmiş şəxs1 pulunu geri qaytarmalarına o da maddi köməklik göstərmişdir. O, Zərərçəkmiş şəxs2 heç bir məbləğdə pul almamışdır. Alikin və Əli Zeynalovun vəfat etməsindən sonra isə o, Alik və X11 pensiya düzəltməsi üçün 4000 manat pul almalarını bilmişdir Zərərçəkmiş şəxs2 pulu Əli Zeynalova verdiyini və onun da ona verdiyini demişdir. X19 Musayevin işi ilə dövlət rüsumlarının ödənilməsi üçün təxminən 200 manat pul göndərmişdir. Habil ona nə pul vermiş, nə də onunla hər hansı ünsiyyəti olmamışdır. Zərərçəkmiş şəxs3 ona heç bir məbləğdə pul verməmişdir. Onun pensiya işi ilə bağlı qohumu Alik ona xahiş etmiş, o da təxminən 300 manat məbləğində pulu onun epikriz və digər sənədlərinin hazırlanması üçün dövlət rüsumlarının ödənilməsinə almışdır. O, Zərərçəkmiş şəxs3 ilə telefon vasitəsilə danışan zaman da onun pensiyasının təyin olunmasına lazımi köməkliyi göstərəcəyini demişdir. Bütün bunları isə qohumu Alikin xatirinə etmişdir. O, Əli Zeynalov və qohumu Alikin həmin şəxslərdən pensiya düzəltmək üçün qeyd edilən miqdarlarda pul almasını onların vəfat etməsindən sonra bilmişdir. O, Zərərçəkmiş şəxs3 ilə telefon vasitəsilə danışarkən ona sənədlərinin düzəlib Göygöl RMX-nə göndərilməsini ona görə demişdir ki, Alik ona xahiş etmişdir ki, Raminin sənədlərinə köməklik göstərsin, o da Alikin vəfatından sonra Ramin ona zəng etdikdə Raminə sənədlərinin hazırlanıb sistemə vurulması üçün Göygöl RMX-na göndəriləcəyini demişdir. Zərərçəkmiş şəxs3 4000 manat pulu ona verməmişdir. O, qohumu Alikin və Əli Zeynalovun onlardan pul aldığını gördüyü üçün Alikin ailəsinin xatirinə onlara köməklik göstərəcəyini demişdir. Qohumu Alikin vəfat etməsindən sonra Zərərçəkmiş şəxs1 onların yaşadığı ünvana gələrək Alikə onun pensiya işi ilə bağlı 4800 manat verdiyini deməsinə görə o, Alikin ailəsi ilə birlikdə Gəraya həmin pulu qaytarmışdır. Alik ona pensiya işi ilə bağlı rüsumlardan başqa heç bir məbləğdə pul verməmişdir. Hər üç şəxslə bağlı Alik ümumilikdə ona 1000 manat pul vermişdir, qohumu Alik və X15, Gəray və Ramindən pensiya düzəldilməsi üçün bu qədər pul almasından onlar vəfat etdikdən sonra xəbəri olmuşdur, ona Gərayın işində olan sənədləri, dövlət rüsumlarını və epiqrizləri düzəltmək üçün 500 manat, Habilin işi ilə bağlı 200 manat və Raminin işi ilə bağlı isə 300 manat pul verilmişdir. Zərərçəkmiş şəxslərə vurulmuş ziyan təmamı ilə ödənilib və barışıq əldə olunub. Əlavə olaraq ümumi məbləğdən onun payına düşən 1000 manat pulun 25%-ni dövlət büdcəsinə ödədiyindən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sonlarında arvadı X4 təqaüdə çıxarmaq istəmişdir. Bu barədə ona köməklik edə biləcək birini axtarmağa başladığı zaman rayon sakini, Göygöl rayonu Köşkü kəndində müəllim işləyən X8 bu işlə məşğul olduğunu öyrənmişdir. 2019-cu ilin dekabr ayında Əli Zeynalovu gördükdə ondan bu barədə soruşub dəqiqləşdirmiş və Əli də köməklik göstərə biləcəyini demişdir. Əli Zeynalov ona 4800 manat qarşılığında ona köməklik göstərə biləcəyini demişdir. O, Əli Zeynalov ilə razılaşmışdır. 15 dekabr 2019-cu il tarixdə o, Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən özünə məxsus mağazada Əli Zeynalova 4800 manat pulu və onun istədiyi arvadı Jalə İsmayılovaya məxsus şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Əli ona 6 ay ərzində həll edəcəyinə söz vermişdir. Lakin 6 ay müddət keçməsinə baxmayaraq Əli Zeynalovdan xəbər çıxmamışdır. O, Əlidən işin nəticəsini soruşduğu zaman Əli ona “COVİD-19” virusu ilə bağlı karantin rejimi tətbiq edildiyindən işlərin gecikdiyini bildirmişdir. Bir neçə ay sonra isə 2-ci Qarabağ müharibəsinə görə ləngidiyini deyib müxtəlif bəhanələrlə işi ləngitməyə davam etmişdir. O, pensiyasının düzəlmədiyini gördükdə Əli Zeynalovdan pulunu geri tələb etmişdir. Əli Zeynalov da ona yenə də yalan vədlər verərək işi həll edəcəyini bildirmişdir. Bir müddət sonra, təxminən 2020-ci ilin noyabr ayında Əli Zeynalov vəfat etmişdir. Bundan sonra o, Əlinin qardaşı Aydının yanına gedib məsələni izah etdikdən sonra Aydın ondan başqa şəxslərin də qardaşı Əliyə pul verdiklərini demişdir. Aydın Əlinin mobil telefonuna baxarkən ona Elnurə adlı qadının nömrəsini verərək qardaşı Əlinin pensiyanı həmin qadının vasitəsilə düzəltdiyini demişdir. O da Elnurə adlı qadının istifadəsində olan ***-***-**-** saylı nömrə ilə telefon əlaqəsi saxlamışdır. Elnurə ona narahat olmamasını, Əlinin ona 13 nəfərin adı olan siyahını verdiyini, həmin siyahıda onun arvadı Jalənin də adının olduğunu, qısa zamanda pensiyanın düzələcəyini demişdir. Təxminən 4 ay sonra Elnurə adlı qadın ona arvadı Jalənin adına olan sənədləri ona göndərərək Göygöl rayon Mərkəzi xəstəxanasında komissiyaya təqdim etməsini bildirmişdir. O da sənədləri komissiyaya təqdim edərkən həmin sənədlərin arvadı Jalənin pensiyaya çıxması üçün yararlı sənədlər olmadığını bildirmişlər. Bundan sonra o, Elnurə adlı şəxsdən pulunu geri qaytarmasını tələb etmişdir. Elnurə adlı şəxs ona məxsus kart hesabına ümumilikdə 3500 manat pul göndərmişdir. Geri qalan 1300 manat pulu isə indiki vaxta qədər qaytarmamışdır. Əlavə olaraq bildirmişdir ki, o, Elnurə adlı şəxsi tanımır, onu görməmişdir, onunla yalnız telefon vasitəsi ilə əlaqə saxlamışdır. O, X16 şəhəri H.Əliyev prospektində yerləşən özünə məxsus mağazada Faxrəddin adlı şəxsin yanında 4800 manatı vermişdir. Elnurə adlı qadın ona 3500 manat pul qaytarmışdır, 1300 manatı isə qaytarmamışdır. Göygöl RMX-da həmin sənədlərin yararsız olduğunu dedikləri üçün o, həmin sənədləri bir müddət özündə saxlayıb daha sonra atmışdır. O, Elnurə adlı şəxs tərəfindən ona göndərilən 3500 manatın qəbzlərini saxlamadığı üçün istintaqa təqdim edə bilməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu ildə arvadı X6 təqüdə çıxarmaq istəmişdir. Bununla bağlı rayon sakini X8 bu cür işlərlə məşğul olduğunu eşitmişdir. 2019-cu ilin dekabr ayında Əli Zeynalovu gördüyü zaman ondan soruşduqda Əli Zeynalov özü də təqüd düzəltmə işləri ilə bağlı tanışlarının olduğunu bildirmişdir. O, Əlidən arvadı Amilə Musayevanın təqaüd məsələsinə köməklik göstərməsini xahiş etmişdir. Əli Zeynalov tanışlarından maraqlanıb deyəcəyini bildirmişdir. Bir neçə gün sonra Əli ilə görüşüb söhbət etdikləri zaman ona arvadı Amilə Musayevanın təqaüd məsələsi ilə bağlı 4000 (dörd min) manat qarşılığında köməklik göstərə biləcəyini demişdir. O, Əli Zeynalov ilə razılaşmışdır. 18 dekabr 2019-cu il tarixdə Göygöl rayon Avtovağzalının içərisində özünə məxsus mağazada 4000 manat pulu tam şəkildə Əli Zeynalova vermişdir. Əlavə olaraq da arvadı Amilə Musayevaya məxsus şəxsiyyət vəsiqəsinin surətini də Əliyə vermişdir. Əli 6 ay ərzində təqaüd işini həll edəcəyini bildirmişdir. Lakin 6 ay müddət keçməsinə baxmayaraq Əli Zeynalov işin nəticəsi barədə ona heç bir söz deməmişdir. O, Əli Zeynalov ilə əlaqə saxladığı zaman isə “COVİD-19” pandemiyasını, daha sonra isə 2-ci Qarabağ müharibəsini bəhanə edərək müddəti uzatmışdır. 2021-ci ilin noyabr ayında Əli Zeynalov vəfat etdikdən sonra o, onun qardaşı Aydınla əlaqə saxlamışdır. Aydın bir neçə nəfər başqa şəxslərin də Əliyə pul verdiklərini demişdir. Daha sonra Əlinin telefonuna baxıb oradan Elnurə adlı qadının ***-***-**-** saylı mobil nömrəsini ona vermişdir. O. Elnurə adlı qadınla əlaqə saxlayan zaman o, ona Əlinin ona verdiyi 13 nəfərlik siyahıda arvadı Amilənin də adının olduğunu, bundan başqa Gərayın arvadı Jalənin də adının siyahıda olduğunu, əvvəl Jalənin təqaüd məsələsini həll edəcəyini, daha sonra isə onun arvadı Amilənin işini həll edəcəyini demişdir. O da onunla razılaşmışdır. Lakin bundan sonrakı müddətdə Elnurə adlı qadından da xəbər çıxmadığını görüb onunla yenidən əlaqə saxlamışdır. Bu dəfə isə Elnurə adlı qadın Əlinin ona heç bir məbləğdə pul vermədiyini və bir daha onu narahat etməməsini demişdir. Bundan sonra da o, Gəray və Ramin ərizə ilə müraciət etmək qərarına gəlmişlər. Əlavə olaraq bildirmişdir ki, o, Elnurə adlı şəxsi tanımır, onu görməmişdir, onunla yalnız telefon vasitəsi ilə əlaqə saxlamışdır. O, X16 şəhəri Avtovağzalında yerləşən özünə məxsus mağazada Əli Zeynalova 4000 manatı bacanağı Zərərçəkmiş şəxs3 yanında vermişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixədək müəllim fəaliyyəti ilə məşğul olmuşdur. X9 uzun illər əvvəldən tanımışdır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, 2019-cu il tarixdə müəllim fəaliyyətini başa vurduqdan sonra Əli Zeynalov ilə təsadüfi rastlaşmalarının birində ona müəllim olaraq çalışdığını və ona pensiya düzəltməyə köməklik göstərə biləcəyini demişdir. O da Əlinin təklifi ilə razılaşdıqdan sonra Əli ona 4000 manat pul lazım olacağını demişdir. O da xx.xx.2019-cu il tarixdə Göygöl şəhəri Aydın Hacıyev küçəsində yerləşən “Qardaşlar” mağazasının yaxınlığında atasının iştirakı ilə Əli Zeynalova 4000 manat pulu vermişdir. Əli ona pensiyanın düzəlməsini təxminən 6 ay müddət çəkəcəyini bildirmişdir. O, Əliyə etiraz etməmişdir. 6 ay müddət keçsə də, pensiya düzəlmədiyi üçün o, Əli Zeynalov ilə əlaqə saxlayaraq işin nəticəsini soruşmuşdur. Əli ona “COVİD-19” virusu ilə bağlı karantin rejimi tətbiq edildiyindən işlərin yubandığını bildirmişdir. Bir neçə ay sonra isə 2-ci Qarabağ müharibəsinə görə ləngidiyini deyib müxtəlif bəhanələrlə işi ləngitməyə davam etmişdir. O, pensiyasının düzəlmədiyini gördükdə Əli Zeynalovdan pulunu geri tələb etmişdir. Əli Zeynalov da ona yenə də yalan vədlər verərək işi həll edəcəyini bildirmişdir. Bir müddət sonra, təxminən 2020-ci ilin noyabr ayında Əli Zeynalov vəfat etmişdir. Bundan sonra o, Əlinin qardaşı Aydının yanına gedib məsələni izah etdikdən sonra Aydın ona Elnurə adlı qadının nömrəsini verərək qardaşı Əlinin pensiyanı həmin qadının vasitəsilə düzəltdiyini demişdir. O da Elnurə adlı qadınla telefon əlaqəsi saxlamışdır. Elnurə ona narahat olmamasını, onda siyahı olduğunu və həmin siyahıda onun da adının olduğunu, qısa zamanda pensiyasının düzələcəyini demişdir. Bir neçə dəfə də onunla telefon əlaqəsi saxladıqdan sonra onu aldatdığını başa düşmüşdür. Ondan başqa bacanağı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 da 4000 manat pullarını aldığını bilmişdir. Yalnız Gərayın pulunu Elnurə adlı qadın ona geri qaytarmış, Habil və onun pulunu isə hələ də qaytarmamışdır. Əlavə olaraq bildirmişdir ki, o, Elnurə adlı şəxsi tanımır, onu görməmişdir, onunla yalnız telefon vasitəsi ilə əlaqə saxlamışdır. O, X16 şəhəri A.Hacıyev küçəsində yerləşən “Qardaşlar” mağazasının yanında atası Ədalətin yanında 4000 manatı vermişdir. X20 sağlığında, nə də Elnurə adlı qadın ona heç bir məbləğdə pul qaytarmamışdır. Onun Elnurə adlı qadınla telefon danışığıyla bağlı səs yazıları var və orada Elnurə onun sənədlərinin onda olmasını etiraf etməsi barədə danışıq səsləri vardır. Həmin səs yazılarını da ilkin araşdırmaya təqdim etmişdir. Məhkəmədə Şahid ifadəsində göstərmişdir ki, Göygöl şəhəri Rövşən Nəsibov məhəlləsi ev 1A, mənzil 5-də ailə üzvləriylə birlikdə yaşayır, evlidir, 2 övladı var. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir, təqaüd alır. İfadə verməsinin səbəbi ona izah edilmişdir. Bildirmişdir ki, X12 onun qardaşıdır, xx.xx.2020-ci rəhmətə getmişdir. Qardaşı Əli vəfat etdikdən sonra Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yaşadığı ünvana gələrək qardaşı Əlinin sağ ikən onları təqaüdə çıxarmaqla bağlı müxtəlif məbləğlərdə pul aldığını bildirmişlər. Bu kimi hallar əvvəllər də baş verdiyindən o, Əliyə məxsus mobil telefona baxmış, telefonda olan Elnurə adlı şəxsə məxsus mobil nömrə olmasını aşkar etmişdir. Elnurə adlı şəxsin mobil nömrəsini onlara verdikdən sonra həmin şəxslə əlaqə saxlamışlar. Elnurə adlı şəxs adlarının qeyd olunduğu siyahının onda olduğunu və həmin siyahıda Gərayın arvadının, Habilin arvadının və Raminin öz adının olduğu və hər birinin təqaüd məsələsini həll edəcəyini bildirmişdir. Bundan sonra həmin şəxslərlə Elnurə adlı qadın arasında olan məsələlərdən xəbərdar olmamışdır. X2 yuxarıda adları qeyd olunan şəxslərdən hansı məbləğlərdə pul almasını sonradan özləri ilə söhbət zamanı aydınlaşdırmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 4800 (dörd min səkkiz yüz) manat, Zərərçəkmiş şəxs2 4000 (dörd min) manat və Zərərçəkmiş şəxs3 4000 (dörd min) manat pul almışlar. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir:01 ədəd CD disk – ağ rəngdədir, üzərində “Verbatim”, “CD-R, 700MB/80min”, “52x” sözləri və rəqəmləri yazılmışdır. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin “DVD ROM”una daxil etdikdə, 02 ədəd “AUD-20221116-WA0001” “AUD-20221116-WA0003” adlı fayllar aşkar edildi. Həmin fayllara baxış keçirən zaman 01:55 və 01:14 dəqiqə davam səs yazıları olması müşahidə edildi. Səs yazılarında qadın cinsli şəxsin danışığının olması görünür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 deməsinə görə Elnurə adlı qadın ilə onun arasında olan danışıqdır. 1ci səs yazısında qadın cinsli şəxsin Zərərçəkmiş şəxs3 onun sənədlərinin özündə olduğunu və sistemə vurulduğunu (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini nəzərdə tutaraq), lakin sistemdə yalnışlıq olduğu üçün sənədlərinin yenidən vurulmalı olduğunu bildirməsi müşahidə olunur. 2-ci səs yazısında da eyni qadın cinsli şəxsin təkrar Zərərçəkmiş şəxs3 ilə danışğının olması müşahidə olunur. 2-ci səs yazısında da təqaüd sənədlərinin sistemə işlənməsi ilə bağlı Göygöl rayon Mərkəzi xəstəxanasında problem yaşandığını və danışıb həll edəcəyini deməsi və s. kimi səslərin əks olunması müşahidə edilir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkum olunmamışdır. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini, ondan heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. -Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 istintaqda notarial qaydada təsdiq olunmuş və məhkəməyə təqdim etdikləri ərizələrində Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tamamilə ödədiyini, ondan heç bir şikayətləri və tələbləri olmadığını göstərmişlər. -Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərər çəkmiş şəxslərlə barışdıqlarını, onlara vurulmuş zərəri tamamilə ödədiyini göstərib, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. -10114 nömrəli ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş zərərin 25 faizi olan 250 (iki yüz əlli) AZN pulu "xxxx" ASC-nə ödəmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin178.2.1 və 178.2.2-ci maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayəti nəticəsində vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CM-nin 72-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda zərərçəkmiş şəxsə dəymiş ziyan və bu məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasından belə iştirakı əhəmiyyətində vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən aslı olaraq məhkəmə tərəfindən müəyyə olunmuş pay üzrə ödənilir. İş materiallarına baxdıqda X12 xx.xx.2020-ci il tarixdə öldüyündən barəsində olan cinayət təqibinə CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə verdiyi ifadəsində cinayət nəticəsində ona 1000 manat dövlət rüsümlarının, sənədlərin və epiqrizlərin hazırlanması üçün pul verildiyini göstərmişdir. Əli Zeynalov və Təqsirləndirilən şəxs Alik adlı qohumu vəfat etmiş, zərərçəkmiş şəxslər ifadələrində Təqsirləndirilən şəxs tanımadıqlarını və pensiya düzəldilməsi üçün ona hər hansı pul vermədiklərini göstərmişlər. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Bu səbəbdən Təqsirləndirilən şəxs X12 ilə birlikdə törətdiyi dələduzluq cinayəti nəticəsində 1000 manat məbləğində pulun əldə edilməsi qənaətinə gəlinmiş və həmin zərərin 25 % dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olması, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi və olara dəymiş zərəri könüllü olaraq tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışması, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmaması, onlara dəymiş ziyanı tamamilə ödəməsi, eyni zamanda Azərbaycan Respublikası CM-nin 73-1.2ci maddəsinə əsasən cinayət nəticəsində vurulmuş zərərin 25 faizinin Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödənilməsi nəzərə alınaraq cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan müsadirə olunacaq əmlak müəyyən edilməmişdir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 40, 43, 321, 344-347, 356, 358 və 384-cü, habelə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsini rəhbər tutaraq, qərarverdi: Təqsirləndirilən şəxs qızının Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-86/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-86/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver