Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-86/2024 06.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi X3 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvələr məhkum olunmuş, hazırda məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 31 may 2019-cu il tarixdən hesablanmaqla 24 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(076)- 2365/2019 saylı, 28 iyun 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Göygöl Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 3(066)-63/2022 saylı və 05 iyun 2023-cü il tarixli, 3(066)-284/2023 saylı qərarları ilə hər iki halda 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 aprel 2024-cü il tarixədək cəmi 5020 (beş min iyirmi) manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bildi və məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə xx.xx.2013-cü il tarixdə rəsmi qaydada nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Nikahdan 24 avqust 2014-cü il təvəllüdlü X4 adında övladı anadan olmuşdur. O, evli olduğu müddətdə mühasib işləmiş və qazancı 750-800 manat olurmuşdur. Həmin müddətdə onlar Rusiya Federasiyasında birlikdə yaşayıblar. Daha sonra 2017-ci ildə Göygöl şəhərinə köçərək və atasına məxsus evdə yaşamağa başlamışlar. Nikahda olduqları müddətdə Zərərçəkmiş şəxs ilə yola getməmiş, buna görə də 2018-ci ildə ayrılmaq qərarına gəliblər və məhkəmə qaydasında rəsmi olaraq boşanmışlar. Uşaq Zərərçəkmiş şəxs himayəsində qalmışdır. Ayrılandan sonra Zərərçəkmiş şəxs övladını ona göstərmir. Buna baxmayaraq Zərərçəkmiş şəxs 2019-cu ildə ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Şəmkir Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 31 may 2019-cu il tarixdən hesablanmaqla 24 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə üzrə verilmiş icra işi yaşadığı yer üzrə Göygöl rayon icra və probasiya şöbəsinə göndərilmiş, aliment borcunu ödəmədiyinə görə ona dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Lakin maddi imkanı olmadığına görə yaranmış aliment borcunu ödəyə bilmir. Daha sonra o, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Göygöl Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli və 05 iyun 2023-cü il tarixli qərarları ilə hər iki halda 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(076)-2365/2019 saylı, 28 iyun 2019-cu il tarixli qətnaməsində göstərilən tələbi icra edə bilmədiyinə görə icra məmuru tərəfindən dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqlar edilmişdir. Yenə də maddi imkanı olmadığına aliment borcunu ödəyə bilməmişdir. Məhkəmə istintaqında ifadə verən Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə xx.xx.2013-cü il tarixdə rəsmi qaydada nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan 24 avqust 2014-cü il təvəllüdlü X4 adında övladı anadan olmuşdur. Təqsirləndirilən şəxs onlar evli olduğu müddətdə mühasib işləmiş və qazancı 750-800 manat təşkil edirmiş. Həmin müddətdə onlar Rusiya Federasiyasında birlikdə yaşayıblar. Aylıq gəliri yetərli qədər gəliri olsa da ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. Daha sonra 2017-ci ildə Göygöl şəhərinə köçərək Təqsirləndirilən şəxs ata evində yaşamağa başlamışlar. Nikahda olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getmiş, buna görə də 2018-ci il tarixdə ayrılmaq qərarına gəlmiş və məhkəmə qaydasında rəsmi olaraq boşanmışdır. Uşaq onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs övladının saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, isə övladını tək başına saxlaya bilmədiyindən 2019-cu ildə ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 31 may 2019-cu il tarixdən hesablanmaqla 24 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göygöl rayon icra və probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də, aylıq ödəmələri ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Göygöl Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli və 05 iyun 2023-cü il tarixli qərarları ilə hər iki halda 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 iyun 2019-cu il tarixli qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun 5020 manat aliment borcu yaranmışdır. Maddi vəziyyəti ağır olduğundan uşaqları üçün aliment borcunun tam ödənilməsini tələb edir. Odur ki, aliment borcunu ödəmədiyi üçün keçmiş əri Təqsirləndirilən şəxs cəzalanmasını tələb edir. Məhkəmə istintaqında şahid qismində ifadə verən Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2365/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 110 manat məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Göygöl rayon icra və probasiya şöbəsində xx.xx.2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbi icrasını təmin etmək məqsədilə borcluya bildiriş göndərilmiş, tələb yerinə yetirilməmiş, borclunun ölkə sərhədlərindən kənarda olduğu müəyyən edilmişdir. Məcburi icra tədbirləri keçirmək üçün edilmiş sorğular və digər yoxlamaların nəticələri də qənaətbəxş olmamışdır. Borclu Təqsirləndirilən şəxs barəsində “borclunun axtarılması haqqında” qərar qəbul edilərək xx.xx.2019-cu il tarixdə Göygöl rayon Polis Şöbəsinə göndərilmiş, xx.xx.2019-cu il tarixdə axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Göygöl rayon İcra və Probasiya şöbəsinə təhvil verilmiş, icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün borclu Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2022-ci il tarixdə 08 (səkkiz) gün müddətinə və xx.xx.2023-cü il tarixdə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs barəsində inzibati tənbeh tətbiq olunmasına, məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə və profilaktik söhbət aparılmasına baxmayaraq, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının tələblərini icra etməməkdə davam etmiş və tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Göygöl rayon icra və probasiya şöbəsinə teleqramla müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunun ödənilməsinə təşəbbüs göstərməmişdir. Borclu Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayı da daxil olmaqla 5020 (beş min iyirmi) manat aliment borcu yaranmışdır. Şahid Göygöl Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid2 da məhkəmə baxışı zamanı Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübut hesab edilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-2365/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədindən məlum olur ki, Təqsirləndirilən şəxs 31 may 2019-cu il tarixdən hesablanmaqla 24 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon İcra və Probasiya Şöbəsinin 10 iyul 2019-cu il tarixli icraata başlamaq haqqında qərarından və bildirişindən məlum olur ki, borclu Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin Şəmkir Rayon Məhkəməsinin 2(076)-2365/2019 saylı 28 iyun 2019-cu il tarixli icra sənədini dərhal olraq icra etmək təklif edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon İcra və Probasiya Şöbəsinin 14 iyul 2023-cü il tarixli rəsmi xəbərdarlıqdan məlum olur ki, borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-2365/2019 saylı 28 iyun 2019-cu il tarixli icra sənədini dərhal olraq icra etmək təklif edilmiş, əks təqdirdə cinayət məsuliyyətinə cəlb edilməsi izah edilmişdir. Cinayət işinin materiallarında olan borclu Təqsirləndirilən şəxs Göygöl Rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatlardan məlum olur ki, ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-2365/2019 saylı 28 iyun 2019-cu il tarixli icra sənədinin icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti və Azərbaycan Respublikası CM-in 306-cı maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 8(066)-38/2022 saylı qəradadının surətindən məlum olur ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvvəqəti olaraq məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 3(066)-63/2022 saylı qərarının surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-2365/2019 saylı 28 iyun 2019-cu il tarixli icra sənədini icra etməkdən imtina etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati qaydada inzibati 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 3(066)-284/2023 saylı qərarının surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-2365/2019 saylı 28 iyun 2019-cu il tarixli icra sənədini icra etməkdən imtina etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati qaydada inzibati 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 24 iyul 2019-cu il tarixli qərarından məlum olur ki, borclu Təqsirləndirilən şəxs Göygöl Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən yayındığına görə onun nun barəsində axtarış elan edilmişdir. Cinayət işində olan Göygöl rayon İHB-nın Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat statistik informasiya idarəsinin 12 iyun 2024-cü il tarixli tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər Xanlar rayon Məhkəməsinin 22 iyun 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddəsi ilə məhkum edilmiş, məhkumluğu ödənilmişdir. Cinayət işində olan 09 iyul 2024-cü il tarixli qərardan və 19 iyul 2024-cü il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs istintaqdan yayınmasına görə barəsində axtarış elan edilmiş, 19 iyul 2024-cü il tarixdə tutularaq, Göygöl rayon Polis Şöbəsinin müvvəqəti saxlama yerinə təhvil verilmişdir. Cinayət işində olan 20 iyul 2024-cü il tarixli qərarlardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Göygöl rayon Polis Şöbəsinin müvvəqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 15.2-ci maddəsində göstərilir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (köhnə redaksiyada) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununu 3.1-ci maddəsində qeyd olunur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmçinin, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilir ki, icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, göstərlənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün onun əməlində cinayət tərkibi vardır. Düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.2-ci maddəsi). Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, əməlindən peşman olmasını, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən belə qənaətə gəlir ki, onun qeyd edilən icra sənədini uzun müddət qərəzli icra etməməsini, zərərçəkmiş şəxslə barışmamasını, eləcə də barışmağa cəhd göstərməməsini nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzası təyin etməyi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixdə axtarışda olmasına görə kimi tutulmuş, onun barəsində 20 iyul 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. AzərbaycanRespublikasıCM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günü bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə X5 axtarışda olan şəxs kimi tutulduğu 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü bir gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmasını, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməsini və hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun bu cinayət işi üzrə axtarışda olan şəxs qismində 02 (iki) gün müddətə həbsdə saxlanılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-ci maddəsinə əsasən bir günü bir gün hesabı ilə nəzərə almaqla, ona təyin olunmuş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 sentyabr 2024-cü il tarixdən hesablanmaqla, o, məhkəmə iclas zalında həbs edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-86/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-86/2024
06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver