Məhkəmə qərarları › İş №1(066)-88/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-88/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-88/2024 17.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiiəçi Nümayəndə, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Gəncə şəhəri doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, avtomobil satış salonunda işləyən, Gəncə şəhəri M.Əşrəf küçəsi ev 8-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Yeni Məhəllədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını vahid tamah niyyəti ilə əhatə olunan qəsdlə aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibarından istifadə etməklə sonuncunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə ona geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş və 2004-cü ildə vəfat etmiş oğlu X5 adına dövlət tərəfindən 11.000 (on bir min) manat birdəfəlik müavinət ödənilməsinə nail olacağı barədə yalan vədlər verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ilkin olaraq 2023-cü ilin iyun ayında dəqiq günü istintaqla müəyyən edilə bilməyən tarixdə Zərərçəkmiş şəxs oğlu Şahid vasitəsilə Gəncə şəhəri Təbriz küçəsində yerləşən mağazanın qarşısında olan “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə ona məxsus 4169- 7385-7215-9857 nömrəli "xxxx" hesab kartına göndərdiyi 557 manat pul vəsaitini ələ keçirdikdən sonra, vahid niyyətlə 2023-cü ilin avqust ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Şahid yenidən Gəncə şəhəri Təbriz küçəsində yerləşən mağazanın qarşısında olan “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə ona məxsus 4169-7385-7215- 9857 nömrəli "xxxx" hesab kartına göndərdiyi 430 manat pul vəsaitini və son olaraq 2023cü ilin avqust ayında Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evinə gələrək 300 manat nağd pul vəsaitini sonuncudan alaraq Zərərçəkmiş şəxs ümumilikdə 1287 (min iki yüz səksən yeddi) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri Gülüstan qəsəbəsi Yeni Məhəllədə ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Şahid təxminən 2 il bundan əvvəl onun taksi sürücüsü kimi tanımış və həmin vaxtdan da dostluq münasibətləri yaranmışdır. Naqifin atası Zərərçəkmiş şəxs ilə də münasibətləri yaranmışdır. O, Zərərçəkmiş şəxs vəfat etmiş X12un 1-ci Qarabağ müharibəsi iştirakçısı olmasını bildikdə ona dövlət tərəfindən 11.000 (on bir min) manat birdəfəlik ödənilən müavinət ala biləcəklərini demişdir. Naqif və atası Zərərçəkmiş şəxs bunun necə ola biləcəyini soruşduqlarında isə onlara həmin müavinəti almaq üçün müəyyən dövlət qurumlarına müraciət etməli olduqlarını və əlavə olaraq da müəyyən məbləğlərdə pul vəsaiti lazım olacağını bildirmişdir. Onlar razılaşdıqdan sonra o, 2023-cü ilin iyun ayında öz istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169-7385-7215-9857 nömrəli kart hesabını Naqifə göndərərək 557 (beş yüz əlli yeddi) manat göndərməsini istəmişdir. Naqif də ona qeyd edilən məbləğdə pulu göndərmişdir. O, həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Bir müddət sonra, təxminən 2023-cü ilin avqust ayında o, yenə də Naqif ilə əlaqə saxlayaraq ərizə üçün 30 manat rüsum ödəməli olduqlarını və əlavə olaraq da 400 manat da iş üçün lazım olacağını deyib həmin kart hesabına 430 (dörd yüz otuz) manat da göndərməsini istəmişdir. Naqif də həmin kart hesabına 430 manatı göndərmişdir. O, həmin pulu da öz ehtiyacları üçün xərcləmişdir. 2023-cü ilin avqust ayında o, Naqif ilə danışaraq ondan 300 manat da verməli olduqlarını demişdir. Bundan sonra isə Göygöl rayonu Üçtəpə kəndində Naqifin ünvanında onlardan 300 (üç yüz) manat almışdır. Naqif ona pulun atası Mailə məxsus olmasını və problem yaranmamasını, vədinə əməl etməsini xahiş etmişdir. O da ona narahat olmamasını və həll edəcəyini demişdir. Bundan sonra isə onlardan aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Naqif və atası Mail onun onlara verdiyi vədinə əməl etmədiyini gördükdə isə ondan pullarını geri tələb etməyə başlamışlar. O isə qaytaracağını desə də, maddi imkanı olmadığından qaytara bilməmişdir. Hal-hazırda əməllərindən peşman olmuşdur. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ona tamamilə ödəmişdir. Zərərçəkmiş şəxssin ondan şikayəti və tələbi olmamaqla onunla barışmışdır. Himayəsində 2 nəfər azyaşlı vardır. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-cində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Göygöl rayonu Üçtəpə kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 08 avqust 1973-cü il təvəllüdlü X12 1-ci Qarabağ müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranı adına layiq görülmüşdür. Ona veteran olması ilə bağlı vəsiqə də verilmişdir. X12 2004-cü ildə vəfat etmişdir. 2023-cü ilin təxminən iyun ayında digər oğlu Şahid tanışı Təqsirləndirilən şəxs bizim ünvana qonaq kimi gəldiyi vaxt vəfat etmiş X12 üçün dövlət tərəfindən birdəfəlik 11.000 (on bir min) manat müavinət ödənilə biləcəyini və bu işdə ona köməklik göstərəcəyini demişdir. İlham ona bəzi vəzifəli şəxslərə pul vermək lazım olduğunu və onların vasitəsilə köməklik göstərəcəyini bildirmişdir. Onlar ailə üzvləri ilə aralarında müzakirə edərək İlhamın sözlərinə inandıq və onunla razılaşmışlar. 2023-cü ilin iyun ayında oğlu Naqif İlhamın öz istəyi ilə ona məxsus 4169- 7385-7215-9857 nömrəli kart hesabına 557 (beş yüz əlli yeddi) manat göndərmişdir. Bir müddət sonra, təxminən 2023-cü ilin avqust ayında İlham onlara ərizə üçün 30 manat rüsum ödəməli olduğunu və 400 manat da iş üçün lazım olacağını deyərək verdiyi həmin kart hesabına 430 (dörd yüz otuz) manat göndərmələrini istəmişdir. Oğlu Naqif də həmin kart hesabına 430 manatı göndərmişdir. 2023-cü ilin avqust ayında İlham yenidən 300 manat verməli olduqlarını demiş və yaşadıqları ünvanda onlardan 300 (üç yüz) manat almışdır. Həmin vaxtdan uzun müddət keçsə də, Təqsirləndirilən şəxs onlara verdiyi vədinə əməl etməmişdir. O da İlhamdan pulunu geri tələb etməyə başlamışdır. Lakin Təqsirləndirilən şəxs onun pulunu qaytarmadığı üçün şikayət etmək qərarına gəlmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs 1287 (min iki yüz səksən yeddi) manat pulu ona tamailə ödəmişdir. Ona görə də onunla barışmışdır, ondan heç bir şikayəti və tələbi də yoxdur. Zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 1287 (min iki yüz səksən yeddi) manat ziyanı ona tamamilə ödəməsinə görə ondan heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində göstərdi ki, o, Göygöl rayonu Üçtəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2 il bundan əvvəl İlham adlı şəxs avtomobilinə müştəri qismində əyləşmişdir. Söhbət əsnasında özünün hüquq təhsilli olmasını, hazırda isə Vergilər Nazirliyində işlədiyini bildirmişdir. Həmin vaxtdan da münasibətləri yaranmış və Təqsirləndirilən şəxs bəzi zamanlarda onların yaşadıqları ünvana qonaq kimi də gəlib getmişdir. X9 1-ci Qarabağ müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranı adına layiq görülmüşdür. Ona veteran olması ilə bağlı vəsiqə də verilmişdir. X9 2004-cü ildə vəfat etmişdir. Təqsirləndirilən şəxs ilə söhbətlərinin birində o, qardaşı üçün onlara dövlət tərəfindən birdəfəlik 11.000 (on bir min) manat müavinət ödənilə biləcəyini və bu işdə bizə köməklik göstərəcəyini demişdir. Onlar da İlhamdan bunun necə ola biləcəyini soruşduqda İlham bəzi vəzifəli şəxslərə pul vermək lazım olduğunu və onların vasitəsilə köməklik göstərəcəyini bildirmişdir. Onlar ailə üzvləriylə aralarında müzakirə edərək İlhamın sözlərinə inandıq və onunla razılaşmışlar. 2023-cü ilin iyun ayında o, İlhamın öz istəyi ilə ona göndərdiyi 4169-7385-7215-9857 nömrəli kart hesabına Gəncə şəhəri Təbriz küçəsində yerləşən meyvə mağazasının qarşısındakı “MilliÖn” ödəmə terminalı vasitəsilə 557 (beş yüz əlli yeddi) manat göndərmişdir. Bir müddət sonra, təxminən 2023-cü ilin avqust ayında İlham onlara ərizə üçün 30 manat rüsum ödəməli olduğunu və 400 manat da iş üçün lazım olacağını deyərək verdiyi həmin kart hesabına 430 (dörd yüz otuz) manat göndərmələrini istəmişdir. O da həmin kart hesabına 430 manatı göndərmişdir. 2023-cü ilin avqust ayında İlham yenidən 300 manat verməli olduqlarını demiş və yaşadıqları ünvanda onlardan 300 (üç yüz) manat almışdır. Həmin vaxtdan uzun müddət keçsə də, Təqsirləndirilən şəxs onlara verdiyi vədinə əməl etməmişdir. Onlar İlhamdan pulu geri tələb etməyə başlamışlar. Lakin Təqsirləndirilən şəxs pulu qaytarmadığı üçün şikayət etmək qərarına gəlmişlər. Halhazırda Təqsirləndirilən şəxs 1287 (min iki yüz səksən yeddi) manat pulu onlara tamailə ödəmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-cində nəzərdə tutulmuş cinayətiin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X2 alınmış arayışlarda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər İH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər İH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verlmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri M.Əşrəf küçəsi ev 08-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Yeni Məhəllədə yaşayır. Himayəsində 2 nəfəri azyaşlı uşaq vardır. (xx.xx.2012-ci il təvəllüdlü X7 oğlu və 17.10. 2013-cü il təvəllüdlü X4) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 21 iyun 2024-cü il tarixli tələbnamə-arayışdan və Sumqayıt şəhər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 1(060)-674/2024 nömrəli hökmündən məlum olur ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilib, o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 1(060)- 674/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən 800 (səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işinin materiallarında olan “axtarışda şəxsin tutulması haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o həbsdən azad edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgəəmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcıüsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar onun əməlini etraf edib,əməllərindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, himayəsində 2 nəfəri azyaşlı uşaq olmasını, ona qarşı şikayət və tələbin olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etraf edib,əməllərindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını, himayəsində 2 nəfəri azyaşlı uşaq olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri M.Əşrəf küçəsi ev 8-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Yeni Məhəllədə yaşayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işinin materiallarında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il və 19 iyul 2024-cü il tarixdə 2 gün bu iş üzrə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi qüvvəsində saxlanmasını qanuni və əsaslı hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Gəncə şəhərində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 1(060)-674/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən təyin edilmiş 800 (səkkiz yüz) manat cərimə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. 800 (səkkiz yüz) manat cərimə cəzası müstəqil icra edilməlidir. Eləcədə məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxta kimi öz qüvvəsində saxlanmasını qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulan ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona tamamilə ödənilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğluna Sumqayıt şəhər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 1(060)-674/2024 nömrəli hökmü ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən təyin edilmiş 800 (səkkiz yüz) manat cərimə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə birləşdirilib, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası və 800 (səkkiz yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun bu cinayət işi üzrə 02 (iki) gün həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla Təqsirləndirilən şəxs оğlunun üzərində qəti olaraq 05 (beş) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası və 800 (səkkiz yüz) manat cərimə cəzası saxlanılsın. Ona Sumqayıt şəhər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 1(060)-674/2024 nömrəli hökmü ilə təyin edilmiş 800 (səkkiz yüz) manat cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs оğlunun üzərinə şəhəri Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Yeni Məhəllədə yerləşən yaşayış yerini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar