Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-88/2025 04.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvələr məhkum olunmuş, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tamah və satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdar hesab edilən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,20 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 13:05 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Göygöl rayonu Çaykənd kəndi ərazisində müəyyən edilərək saxlanılmış və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins materialından olan şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,20 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək ondan götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, dostları ilə Göygöl rayonu Çaykənd kəndində olan zaman siqaret çəkmək üçün çıxanda yolun qırağından bağlı şəkildə tapıb. Diqqətini çəkdiyi üçün açıb baxıb narkotik maddə olduğunu görüb. Əvvəllər də narkotikdən istifadə etdiyini, təxminən 1 ay olar dayandırdığını bildirib. Polis əməkdaşları tərəfindən Çaykənd yolunda saxlanılıb və üzərinə baxış keçirilib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqləyərək göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməklə Göygöl rayonu ərazisinə gəlib-getməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə o, CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 və CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək onunla birlikdə Göygöl RPŞ-yə gəlməli olduğunu bildiriblər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs onunla birlikdə Göygöl RPŞ-nin inzibati binasına gəlib. RPŞ-nin binasında təhqiqatçı tərəfindən Göygöl rayon ərazisində fəaliyyət göstərən vəkil bürosunun vəkillərindən müdafiəçi qismində dəvət etdikdən sonra Təqsirləndirilən şəxs cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünün içərisində olan kütləni çıxarıb masanın üzərinə qoyub. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirib ki, üzərindən aşkar olunmuş sellofan kəsiyinin içərisindəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bilib və həmin kütləni haradan əldə edilməsi barədə məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməklə Göygöl rayonu ərazisinə gəlibgetməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri nəticəsində Həsənov X4 yolunda tutularaq saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Saxlanılan zaman üzərinə marixuana aşkar edilmişdir. Polis əməkdaşlarına etiraz etməmiş, hər hansı zorakılıq nümayiş etdirməmişdir. Narkotik maddənin ona aid olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı tərəflərin iştirakı ilə 1 ədəd CD diskə videobaxış keçirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 16 may 2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. “Baxış və götürmə aparılması haqqında” protokola əsasən 15 may 2025-ci il tarixdə, saat 13:05 radələrində Təqsirləndirilən şəxs Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Göygöl rayonu Çaykənd kəndi ərazisində müəyyən edilərək üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins materialından olan şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümün içərisindəki çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər vasitə aşkar edilərək götürülmüşdür. Hadisə yerində elektron tərəzi vasitəsi ilə həmin vasitə ölçülən zaman sellofan büküm ilə birlikdə çəkisinin 8,30 qram olması müəyyən edildi və ilkinn baxışdan narkotik maddə olan marixuanaya bənzər kütlə götürüldü. Təqsirləndirilən şəxs həmin kütləni Göygöl rayon ərazisində tapdığını bildirdi. Bundan sonra aşkar olunmuş kütlənin narkotik maddə olubolmamasını müəyyən etmək məqsədi ilə müvafiq ekspertizaya təqdim olunması üçün aşkar olunmuş kütlə zərfə qoyularaq AR DİN 72 nömrəli möhür ilə möhürləndi. Baxış və götürmə suni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı “Samsung” markalı videokameradan istifadə edilməklə video çəkiliş aparıldı. Bundan başqa şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs məxsus üzərində olan “Samsung” markalı mobil telefon da maddi sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. “Şəxsin şübhəli şəxs qismində tanınması haqqında” 15 may 2025-ci il tarixli qərarına əsasən xx.xx.1999-cu ildə Göygöl rayonunda anadan olmuş, azərbayanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Göygöl rayon Hacıməlik qəsəbəsində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınmış və onunla şübhəli şəxs qismində zəruri hərəkətlər keçirilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00 dəqiqədə Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 may 2025-ci il tarixli protokolda Göygöl rayon Polis Şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqat bölməsinin təhqiqatçısı Elmir Qarayev tərəfindən şəxsi-axtarış keçirilmiş, şəxsi axtarış 15 may 2025-ci il tarixdə saat 14:10-da başlanmış, 14:14-də qurtarmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hərhansı əşya, narkotik vasitə və yaxud onun prekusorları aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən tərtib edilmiş protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə baxış keçirilməsi və üzərinə şəxsi axtarış aparılması videolentə alınaraq 02 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə bioloji ekspertizasının 16 may 2025-ci il tarixli 16/465 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərinən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,20 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza zamanı tədqiqata 0,04 qram sərf edildikdən sonra 8,16 qram qalıq qalmışdır. “Baxış keçirilməsi haqqında” 17 may 2025-ci il tarixli protokolda qeyd olunur ki,Göygöl rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X3 AR CPMnin tələblərinə uyğun olaraq icraatında olan AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı lentə alınmış video görüntülərin əks olunduğu 1 ədəd DVD diskə baxış keçirmiş, müəyyən edilmişdir ki, 01 ədəd DVD disk gümüşü rəngdədir, üzərində “Verbatim”, “CD-R” yazıları var. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin “DVD ROM”una daxil etdikdə 01 ədəd “whatsapp video 2025-05-16 at 14.46.20.rar” adlı fayl aşkar edildi. Həmin fayla baxış zamanı 38 saniyə davam edən video görüntü olması müşahidə edildi. Video görüntüdə iki nəfər mülki geyimdə şəxsin olması müəyyən edildi. Həmin şəxslərin Göygöl RPŞ-nın CAB-nın əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 olması müəyyən edildi. Videogörüntüdə Şahid1 bildirir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində və saxlamasında şübhlidir və bununla bağlı əməliyyat qrupu yaradılaraq tədbir keçirməyə başlayır. Bundan başqa həmin diskdə 01 ədəd “whatsapp video 2025-05-16 at 14.46.18.rar” adlı fayl aşkar edilmişdir. Həmin fayla baxış keçirən zaman 04:32 dəqiqə davam edən video görüntü olması müşahidə olundu. Videogörüntüdə 3 nəfər mülki geyimdə olan şəxsin olması müəyyən edildi. Həmin şəxslərin CAB-nın əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və şübhəli şəxs Təqsirləndirilən şəxs olması müəyyən edildi. Baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə istifadəsində və üzərində saxlanması barədə məlumatın olması izah olundu. Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində narkotik vasitə olub-olmaması, əgər vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins materialından olan şalvarın sağ yan cibində olan bir ədəd şəffaf selofan bükümü içərisində olan kütlənin “nəşə” olduğunu, həmin kütləni Göygöl rayonu Çaykənd kəndi ərazisindən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirdi. Əməliyyat müvəkkili Şahid1 tərəfindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirilir və içərisində narkotik vasitəyə bənzər kütlənin olması müəyyən olunur. Bundan başqa onun üzərinə baxış keçirilən zaman üzərindən hər hansı əşya aşkar edilmir. Daha sonra həmin bir ədəd şəffaf selofan büküm elektron tərəzidə çəkilərək kütləsinin 8,30 qram olması müəyyən edildi və zərfə qoyularaq qablaşdırılır və möhürlənərək götürülür. Zərfin üzərində iştirakçılarla bərabər Təqsirləndirilən şəxs da imza etməsi müşayət olunur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisinə təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilmişdir. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 17 may 2025-ci il tarixli qərara əsasən qərarın təsviri hissəsindəkilərə əsasən xx.xx.1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Göygöl rayonu Hacıməlik qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. “Maddi sübut kimi tanınma haqqında” 17 may 2025-ci il tarixli qərara əsasən istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qalıq çəkisi 8,16 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış keçirilməsinə dair görüntülər olan 02 ədəd DVD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş, tədqiqatdan sonra 8,16 qram qalıq qalan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana saxlanması üçün Göygöl rayon Polis Şöbəsinin saxlanc yerinə verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İdarəsindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 332.2.1-ci maddəsi ilə təqsirləndirilərək 1 il şərti sınaq müddəti olmaqla 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 335.1-ci maddəsi ilə təqsirləndirilərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 400 manat məbləğində cərimə edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il 09 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə cəzasının müddəti başa çatmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Məhkəməsinin 1(125)-61/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı 01 ay 11 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 02 ay 26 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək qeydiyyatda olduğu Göygöl rayonun və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur.Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmuş və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmışdır.Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir.Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Göygöl RİHB-nın Hacıməlik qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs həqiqətən yaşadığı qəsəbədə sakinlərin hörmətini qazanıb, qəsəbənin ictimai işlərində yaxından iştirak edir. Özünün nümunəvi davranışı ilə yaşıdlarından fərqlənir. Onun haqqında son bir il ərzində heç bir şikayət daxil olmayıb. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Göygöl Rayon Mərkəzi Xəstəxanası” 04 avqust 2025-ci il tarixli məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs Göygöl RMX phş poliklinika şöbəsində 2023-cü ildən narkoloji kabinetdə dispanser qeydiyyatdadır, psixiatrik kabinetdə dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, polis əməkdaşları tərəfindən saxlanılarkən cinayət əməlini səmimi etiraf etməsini şəxsiyyətini müsbət xarakterizə edən hal kimi qiymətləndirilir. Həmçinin məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirən halların müəyyən edilməməsini, şəxsiyyətini mənfi xarakterizə edən hal kimi isə əvvəllər satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, daşıma əməlinin törədilməsində təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və məhkumluğunun ödənilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təkrar təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Odur ki, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza orta həddə təyin edilməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 04 noyabr 2025-ci il tarixdən hesablanmalı, həbsdə olduğu müddət nəzərə alınmalı və cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, hökm qanuni qüvvəsini alanadək seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,16 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək saxlandığı 02 (iki) gün müddət 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanıb ona təyin edilmiş cəzadan çıxılaraq, qəti olaraq üzərində 07(yeddi) ay 28 (iyirmi səkiz) gün azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 04 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,16 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №1(066)-88/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-88/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver