Məhkəmə qərarları › İş №1(066)-89/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-89/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-89/2023 31.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1990-cı il tarixdə Kəlbəcər rayonu, Bağırsaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Bağırsaq kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafı ərazidə yerləşən yataqxanada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməklə (qaçırmaqla) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 10 aprel 2023-cü il tarixdə saat 02:30 radələrində özgənin nəqliyyat vasitəsini talama məqsədi olmadan qaçırmaq məqsədi ilə, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Kəlbəcər rayon mərkəzi xəstəxanasının qarşısında hərəkətsiz vəziyyətdə saxlanmış Zərərçəkmiş şəxs mülkiyyətində olan “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəf şüşəsini sındıraraq avtomobilin salonuna daxil olub mühərriki küstar üsulla işə salmaqla idarə edib Göygöl rayonu Çaylı kəndi istiqamətində hərəkət etmiş, qaçırdığı avtomobii düzgün idarə olunamaması səbəbindən “Çaylı dərəsi” adlanan ərazidə arxda batırıb avtomobilin ehtiyat hissələrini və mexanizmlərini sıradan çıxarmaqla Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 5350 (beş min üç yüz əlli) manat miqdarında ziyan vurmaqla sonuncuya məxsus “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq talama məqsədi olmadan ələ keçirərək qaçırtmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 aprel 2023-cü il tarixdə saat 09 radələrində bacısı oğlu Samirlə birlikdə Gəncə şəhəri, Savalan qəsəbəsində yaşayan bacısının evinə getmiş, orada bacısının evinin təmir işlərinə kömək etmişdir. Saat 18 radələrində bacısı oğlu Samir, yeznəsi Saleh və Samirin qeyri-rəsmi münasibətdə olduğu Südabə ilə birlikdə məclis təşkil etmiş və spirtli içki qəbul etmişlər. Saat 18 radələrinə digər bacısı oğlu Məkanın hərbi xidmətdən gəlməsini eşidib Göygöl şəhərində onlara gəlmiş və orada da pivə içmişdir. Saat təxminən 22-23 radələrində Samirlə Gəncə şəhəri, Gülüstan qəsəbəsinə getmiş, orada ödəmə terminalı vasitəsilə Tərtər rayonunda yaşayan arvadına 5 manat pul göndərmişdir. Daha sonra Samirlə sağollaşmış və yataqxanada yerləşən evinə getmişdir. Evdə çay içmiş, daha sonra mağazaya gedib “GO” spirtli içki alıb içmiş, bir neçə dəqiqə küçədə gəzdikdən sonra yenidən mağazaya gedib araq almışdır. Arağı gətirib evdə içmiş, arvadı ilə da mübahisə edib təxminən saat 02 radələrində evdən çıxmışdır. Piyada Qərargah deyilən ərazidən çıxmış və Gülüstan qəsəbəsinin əsas avtomobil yoluna tərəf getmişdir. Kəlbəcər rayon mərkəzi xəstəxanasının qarşısında “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil olmasını görmüşdür. Həmin avtomobilə yaxınlaşmış, yerdən daş götürüb avtomobilin sürücü tərəfdən şüşəsini sındırmışdır. Şüşədən əlini salona salıb avtomobilin qapısını açmışdır. Həmin vaxt sərxoş olmuşdur, avtomobilə daxil olmaqda məqsədi avtomobili idarə etmək olmuşdur. Avtomobilə əyləşmiş, avtomobilin qapısının cibindən kiçik dəmir parçası tapıb mühərriki işə salma açar yerinə yerləşdirib rahatlıqla avtomobili işə salmışdır. Avtomobili idarə edib Göygöl rayonu istiqamətinə gəlmiş, Göygöl şəhərinə çatdıqda Bakı-Qazax avtomobil yolundan Bakı istiqamətində dönmüşdür. Məqsədi avtomobil ilə torpaq yol tapıb orada avtomobil sürmək olmuşdur. Bir xeyli getdikdən sonra Bakı-Qazax hərəkət yolundan Göygöl rayonu Çaylı kəndi istimətində dönmüşdür. Avtomobili kiçik təpələrin arasına salıb sürmüş, lakin avtomobil batmışdır. Avtomobilin yük yerinin yüngül olmasını, bu səbəbdən batdığı yerdən çıxa bilmədiyini düşündüyü üçün yük yerinə qara daşlar tapıb yığmışdır. Avtomobili nə qədər eləsə də olduğu yerdən çıxmamışdır. Həmin anda avtomobilin mühərriki sönmüş, daha sonra motorxananın qapısını açmış, orada ayrıca rezin boru olmuşdur. Yanacaq çəninin qapağını açıb rezin boru ilə benzin çəkmişdir. Borun içərisində olan yanacağı (benzini) motorun üzərinə tökmüşdür. Əvvələr belə hal olmuşdur ki, avtomobilin mühərriki işə düşməyəndə işə salmaq məqsədi ilə karbiruatorun üzərinə benzin tökmüş və avtomobil işə düşmüşdür. Bu məqsədlə eyni qaydada benzini motorxanaya tökmüşdür. Daha sonra işə salma açarından mühərriki işə salmaq istəmiş, lakin avtomobilin starteri qoşulu vəziyyətdə qalmış və nasazlıq yaranmışdır. Nə qədər cəhd etsə də avtomobilin starterini aralaya bilməmiş, həm də sərxoş olduğu üçün akkumlyator yerini tapa bilməmişdir.Avtomobilin starterini qoşulu vəziyyətdə də qoyub oradan qaça-qaça uzaqlaşmışdır. Avtomobilin yanmasını görməmişdir. Oradan qaça-qaça Bakı-Qazax avtomobil yolunun kənarına çıxmış, bir neçə avtomobilə əl qaldırmış, lakin saxlamamışlar. Markasını xatırlamadığı avtomobil saxlamış və həmin avtomobil ilə Goranboy rayonu Goran qəsəbəsinə getmiş, həmin avtomobilə 5 manat yolhaqqı vermişdir. Goran qəsəbəsində isə başqa yol taksisi “Vaz 21015” markalı avtomobil ilə Tərtər rayonu Xoruzlu kəndinə getmişdir. Saat təxminən 07 radələrində isə daimi olaraq işə getdiyi “Qazelə” minib sahədə fəhlə işləməyə getmişdir. Bir neçə gündən sonra isə ona məlum olmuşdur ki, qaçırdığı “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil tanıdığı Zərərçəkmiş şəxs məxsusdur. Əlavə olaraq bildirmişdir ki, 09 aprel 2023-cü il tarixdə Gəncə şəhəri, Savalan qəsəbəsində yaşayan bacısının və Göygöl şəhərində yaşayan bacısının evində, həmçinin öz evimdə xeyli spirtli içki qəbul edib sərxoş olmuşdur. Əvvəlcədən avtomobil qaçırmaq kimi niyyəti olmamışdır. Lakin 10 aprel 2023-cü il tarixdə saat 02 radələrində evdə arvadı ilə mübahisə edib sərxoş vəziyyətdə evdən çıxıb gəzişərək Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Kəlbəcər rayon mərkəzi xəstəxanasının qarşısına gəlmiş və orada “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin olmamasını görmüşdür. Ətrafda isə heç kim olmamışdır. Həmin avtomobili götürtüb sürmək ağlına gəlmiş və avtomobili sürmək məqsədi ilə qaçırmışdır. Zərərçəkmiş şəxs həmyerli kimi tanımış və onunla normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxsla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Avtomobili qaçıran zaman avtomobilin ona məxsus olmasını bilməmiş, sonradan avtomobilin ona məxsus olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs məxsus “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəf qapısının şüşəsini sındıraraq qapısını açmışdır. Mühərriki işə salmaq üçün açar yerinə isə avtomobildə tapdığı kiçik dəmir parçasını daxil etmiş və çox rahatlıqla avtomobil işə düşmüşdür.Hadisə vaxtı sərxoş vəziyyətdə olmuşdur. Avtomobili sürərək torpaq yol axtarmış, sərxoş olduğu üçün də hərəkətlərini çox da dərk etməmişdir. Avtomobil ilə Bakı-Qazax avtomobil yoluna çıxıb Bakı şəhəri istiqamətində getmiş, yolda isə Çaylı kəndi istiqamətinə dönüb torpaq əraziyə çıxmışdır.Onun avtomobili yandırmaq kimi məqsədi olmamışdır. Avtomobilin mühərriki dayanmış, yenidən işə sala bilməmişdir. Avtomolbildə olan nasazlığı düzəltmək üçün motorxanada olan rezin boru ilə yanacaq çənindən yanacaq çəkib motorxananın (karbiriatorun) üzərinə tökmüşdür. Bir neçə dəfə də motorxananı işə salmaq istəmiş və avtomobilin starteri qoşulu vəziyyətdə qalmışdır. O, da elə vəziyyətdə avtomobili qoyub qaçmışdır. Avtomobilin yanmasını sonradan bilmişdir. Avtomobili qəsdən yandırmamışdır. Belə düşünür ki, starter qoşulu qaldığı və motorxanaya da benzin tökdüyü üçün alışma baş vermiş, nəticədə avtomobil yanmışdır. Zərərçəkmiş şəxs məxsus “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili tək qaçırmış, həmin vaxt heç kimin köməyindən istifadə etməmişdir. O, avtomobilin sərnişin oturacağının altına baxmamış və avtomobildə pul görməmişdir. Halhazırda özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri ödəməmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, özünə məxsus “Uaz452D yük” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sifariş əsasında yük daşıyaraq dolanır. xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Qızılqaya qəsəbəsində sexin qarşısında avtomobilini saxlamışdır. Daha sonra səhhəti yaxşı olmadığı üçün evə gedib sistem qoşdurmuş, qızdırması olduğundan gedən zaman avtomobilin qapılarını bağlamamışdır. Növbəti gün isə Qəbələ rayonuna gedib donuz alıb gətirəcəkmiş, bu məqsədlə avtomobilində sağ tərəf oturacağın arxasındakı sellofan açar torbasına 4000 manat pul qoymuşdur. Saat 23 radələrində həmin yerə getmiş, avtomobildə pula baxmış, lakin götürməmişdir. Avtomobili aparıb Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən Kəlbəcər rayon Mərkəzi xəstəxanasının qarşısında saxlamış, avtomobilin qapılarını bağlamışdır. Avtomobilini orada saxlamaqda məqsədi orada ətrafda müşahidə kameraları olması və həyətdə avtomobil saxlamaq üçün yerimin olmaması olmuşdur. xx.xx.2023-cü il tarixdə Qəbələ rayonuna getmək üçün saat 09 radələrində yük avtomobilini götürmək üçün getdikdə, avtomobilin yerində olmadığını görmüşdür. Oğlu Niyaməddinə məxsus mobil nömrəyə zəng edərək avtomobilin yerində olmadığı barədə bildirmiş, xəbərinin olub-olmamasını soruşmuşdur. Niyaməddin xəbərinin olmadığını bildirmişdir. Avtomobilinin sürücü tərəf pəncərəsinin qırıntıları yerdə olmuşdur. Daha sonra Niyaməddin DİN-102 zəng xidməti mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və şikayət ərizəsini qəbul etmişlər, eləcə də hadisə yerinə baxış keçirmişlər. xx.xx.2023-cü il tarixdə ona Göygöl RPŞ-dən mənə məxsus UAZ 452D markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilimin yandırılmış vəziyyət olduğu barədə məlumat verilmişdir. Onun və ya ailə üzvlərinin heç kim ilə arasında mülki mübahisələri və heç kimə borcları olmamışdır. Onun və ya ailə üzvlərinin heç kim ilə arasında ədavəti və ya düşməçiliyi olmamışdır. O, rayonlara gedib donuz alıb gətirib satır. Hadisə baş verən gündən sonraki gün Qəbələ rayonuna gedib donuz alacaqmış. Həmin pulu da o, məqsədlə avtomobilə qoymuşdur. Axşam avtomobilin yerini dəyişdikdə pulu göstürmək istəmiş, lakin sonradan onsuz da tezdən durub gedəcəyni düşünmüşdür. Ona görə də pulu avtomobildən götürüb evə gətirməyə ehtiyac bilməmişdir. Hal-hazırda ona dəymiş zərər ödənilməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır, atasının “UAZ 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili var. Atası həmin avtomobili daimi olaraq Kəlbəcər RMX-nın qarşısında saxlayır. 10 aprel 2023-cü il tarixdə Gəncə şəhərinə getmiş, lakin gedən zaman avtomobilin həmin yerdə olub-olmamasına fikir verməmişdir. Saat təxminən 09 radələrində atası ona zəng edərək avtomobilinin qaçırılmasını demişdir. Həmin yerə gəlmiş və həqiqətən də atasına məxsus “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin orada olmamasını görmüşdür. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, eyni zamanda Göygöl RPŞ-yə izə ilə müraciət etmişdir. Növbəti gün, yəni 11 aprel 2023-cü il tarixdə atası İlhama məxsus “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil polis əməkdaşları tərəfindən Göygöl rayonu Çaylı kəndində yandırılmış vəziyyətdə tapılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, “Avtomotoservis və ticarət” istehsalat birliyinin Gəncə müəssəsinin mühəndisi vəzifəsində çalışır. 16 illik iş təcrübəsi var. Həmin təcrübəyə əsaslanaraq zərurət yarandıqda avtomobillərə dəymiş ziyanla bağlı rəy verir. 26 aprel 2023-cü il tarixdə Göygöl rayon polis şöbəsindən işlədiyi müəssisəyə daxil olmuş məktub əsasında mütəxəssis kimi Göygölı RPŞ-nin avtomobil duracağımnda saxlanılan Zərərçəkmiş şəxs məxsus “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərək ziyan aktı tərtib etmişdir. Həmin aktda ziyanı iki hissəyə bölmüşdür. Belə ki, avtomobilin ehtiyatsızlıqdan və düzgün idarə olunmaması səbəbindən sıradan çıxmış yararsız hala salınmış ehtiyat hissələri ilə avtomobilin qəsdən yandırılması nəticəsində sıradan çıxmış ehtiyat hissələrini bir-birindən ayırmışdır. Avtomobilin ehtiyatsızlıqdan və düzgün idarə olunmaması səbəbindən avtomobildə kabina bütöv -1460 manat, ön alın şüşəsi-80 manat, oblisovka setka -38, ön bamper dəmir-160 manat, ön sağ və sol fara 64 manat, ön dumanlı fara -48 manat, ön nömrə nişanı-35 manat, ön sağ və sol qapı- 680 manat, sağ və sol qapı şüşələri-70 manat, sağ və sol güzgülər-90 manat, sükan -45 manat, sükan mexanizmi-180 manat, şturval və mayatnik-48 manat, su radiatoru-140 manat, su nasosu- 35 manat, starter və puskaltel-118 manat, dinamo güc aqreqatı-130 manat, mühərrik-Qaz 024-820 manat, ön sağ və sol nəfəslik-40 manat, ön sağ və sol diski -90 manat, yanacaq çəni-160 manat, qabaq sağ və sol amarizator-72 manat, traves ön körpü-85 manat, tyaqa nakoneçnik-40 manat, ön şaravoylar dəsti-22 manat, razvalnıy vtulka-20 manat, alt üst çaşka -80 manat sıradan çıxmışdır. Həmin ehtiyat hissələrini yeniləmək üçün çilingər üçün 250 manat, dəmirçi üçün 280 manat, rəngsaz üçün 200 manat əlmuzdu lazımdır. Ümumilikdə avtomobilin ehtiyatsızlıqdan və düzgün idarə olunmaması səbəbindən zərərçəkmiş şəxsə 5350 manat ziyan dəymişdir. Avtomobilin yanmaya meyilli xarakterik olan yanaraq sıradan çıxmış ehtiyat hissələri isə alın şüşə uplotniteli-20 manat, qapı obifkaları dəst -50 manat, ön sağ və sol oturacaqlar-90 manat, ön probor paneli-140 manat, ön avtoşinlər-220 manat, akkumlyator batereyası-93 manat, sürətlər qutusu-380 manat, naqillər dəsti-85 manat, mühərrik yastıqları və remeni-44 manat, plastik su bidonları-32 manat, qoruyucular qutusu-26 manat, kuzovun taxtadan olan bortu-420 manatdır. Həmin ehtiyat hissələrini bərpa etmək üçün usta əlmuzdu – çilingər 200 manat, dəmirçi 420 manat, elektrik 160 manat və dülgər -800 manat təşkir edir. Avtomobil yanması nəticəsində ümumilikdə zərərçəkmiş şəxsə 3180 manat ziyan dəymişdir. Avtomobilin ehtiyatsızlıqdan və düzgün idarə olunmaması səbəbindən sıradan çıxmış ehtiyat hissələrinin və bəzi mexanizmlərinin dəyəri usta əlmuzdu ilə birlikdə 5350 manat təşkil edir. Avtomobilin yandırılması nəticəsində isə sıradan çıxmış ehtiyat hissələrinin və bəzi mexanizmlərinin dəyəri usta əlmuzdu ilə birlikdə 3180 manat təşkil edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı rütbəsi ilə xidmət edir. 10 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxus “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Kəlbəcər rayon mərkəzi xəstəxanasının qarşısından qaçırılması barədə Göygöl RPŞ-nin İstintaq bölməsində araşdırılan material ilə əlaqədar olaraq avtomobilin kim tərəfindən, hansı istiqamətdə, hansı məqsədlə qaçırılması, ümumiyyətlə avtomobilin harada olması barədə əməliyyat-axtarış tədbirləri keçirilməyə başlanmışdır. Bununla əlaqədar olaraq 11 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxus “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili Göygöl rayonu Çaylı kəndinin inzibati ərazisində “Çaylı dərəsi” deyilən yerdə tapmışdır. Avtomobilin kabinəsi yanmış vəziyyətdə olmuşdur. Avtomobili tapdıqdan sonra bu barədə dərhal Göygöl RPŞ-nin İstintaq bölməsinə məlumat verilmiş və müstəntiq tərəfindən hadisə yerinə baxış keçirildikdən sonra avomobil Göygöl RPŞ-nin avtomobil duracağına yerləşdirilmişdir. Bundan sonra əməliyyat axtarış tədbirləri davam etdirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Kəlbəcər rayon mərkəzi xəstəxanasının qarşısında saxlanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “Uaz 452D yük” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.1990-cı ildə Kəlbəcər rayonu Bağırsaq kəndində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası CM-in 185.1, 315.1, 177.2.3 və 126.1-ci maddələri ilə müxtəlif vaxtlarda üç dəfə məhkum edilmiş, Kəlbəcər rayonu Bağırsaq kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafı ərazidə yaşayan Təqsirləndirilən şəxs tərəfindən qaçırılmış, daha sonra Göygöl rayonu Çaylı kəndinin inzibati ərazisində “Çaylı dərəsi” adlanan yerdə yandırmışdır. 24 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Göygöl RPŞ-nin İstintaq bölməsinə təqdim edilmişdir. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs hadisə vaxtı küçə ilə sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs məxsus “Uaz 452D yük” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil istiqamətində piyada getməsi görüntüləri həmin ərazidə yerləşən müxtəlif obytektlərin müşahidə kameralarından əldə edilərək CD diskə köçürülmüş və İstintaq bölməsinə təqdim edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, 10 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxus “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırıldığı yerə baxış keçirilərək protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək fotocədvəl halında həmin protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, 11 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxus “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin tapıldığı yerə baxış keçirilərək protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək fotocədvəl halında həmin protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş materiallardan görünür ki, istintaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs öz ifadəsini bir daha təsdiq edərək Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Kəlbəcər RMX-nın qarşısında Zərərçəkmiş şəxs məxus “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili qaçırması zamanı və Göygöl rayonu Çaylı kəndi ərazisində “Çaylı dərəsi” adlanan yerdə avtomobili idarə etməsi və batırması ilə bağlı hadisə vaxtı davranışlarını əyani surətdə göstərmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə yanğın-texniki ekspertizasının 18 may 2023-cü il tarixli, 10/2537 nömrəli rəyində də göstərilmişdir ki, “Uaz 452D yük” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin konstruktiv elememntləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə yanğının mənbəyi – avtomobilin kabinə hissəsində, sağ oturacağın yerləşdiyi sahədə olmuşdur. Avtomobildə baş vermiş yanğının mənbə zonasında istilik ixrac edə bilən qurğulardan yalnız elektrik xətlərinin yerləşdiyini, həmin xətlərin üzərində hər hansı elektrik təbiətli qəza halına xas olan izlərin olmadığını və yanğın baş vermiş obyektə qeyri-leqal müdaxilə hallarının olmasına (avtomobil oğurlanmışdır) əsaslanaraq, yanğın- kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən baş verməsi üçün xarakterikdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 may 2023-cü il tarixli 9/3504 nömrəli rəyində göstərilmişdir ki, 1981-ci il buraxılışlı “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləi salamat qalan yararlı hissələrin dərii çıxmaqla təxminən 4400,0 (5500,0 m-20%) manat müəyyən edilir. Cinayət işinə əlavə edilmiş ziyan aktından görünür ki, ziyan aktına əsasən avtomobilin qaçırıldıqdan sonra düzgün idarə edilməməsi səbəbindən sıradan çıxmış ehtiyat hissələrinin və mexanizmlərinin dəyəri ilə avtomobilin yanması nəticəsində sıradan çıxmış ehtiyat hissələrinin və mexanizmlərinin dəyəri ayrı-ayrılıqda göstərilmişdir. Belə ki, avtomobilin ehtiyatsızlıqdan və düzgün idarə olunmaması səbəbindən avtomobildə kabina bütöv -1460 manat, ön alın şüşəsi-80 manat, oblisovka setka -38, ön bamper dəmir-160 manat, ön sağ və sol fara 64 manat, ön dumanlı fara -48 manat, ön nömrə nişanı-35 manat, ön sağ və sol qapı- 680 manat, sağ və sol qapı şüşələri-70 manat, sağ və sol güzgülər-90 manat, sükan -45 manat, sükan mexanizmi-180 manat, şturval və mayatnik- 48 manat, su radiatoru-140 manat, su nasosu-35 manat, starter və puskaltel-118 manat, dinamo güc aqreqatı-130 manat, mühərrik-Qaz 024-820 manat, ön sağ və sol nəfəslik-40 manat, ön sağ və sol diski -90 manat, yanacaq çəni-160 manat, qabaq sağ və sol amarizator-72 manat, traves ön körpü-85 manat, tyaqa nakoneçnik-40 manat, ön şaravoylar dəsti-22 manat, razvalnıy vtulka-20 manat, alt üst çaşka -80 manat sıradan çıxmışdır. Həmin ehtiyat hissələrini yeniləmək üçün çilingər üçün 250 manat, dəmirçi üçün 280 manat, rəngsaz üçün 200 manat əlmuzdu lazımdır. Ümumilikdə avtomobilin ehtiyatsızlıqdan və düzgün idarə olunmaması səbəbindən zərərçəkmiş şəxsə 5350 manat ziyan dəymişdir. Avtomobilin yanmaya meyilli xarakterik olan yanaraq sıradan çıxmış ehtiyat hissələri isə alın şüşə uplotniteli-20 manat, qapı obifkaları dəst -50 manat, ön sağ və sol oturacaqlar-90 manat, ön probor paneli-140 manat, ön avtoşinlər-220 manat, akkumlyator batereyası-93 manat, sürətlər qutusu-380 manat, naqillər dəsti-85 manat, mühərrik yastıqları və remeni-44 manat, plastik su bidonları-32 manat, qoruyucular qutusu-26 manat, kuzovun taxtadan olan bortu-420 manatdır. Həmin ehtiyat hissələrini bərpa etmək üçün usta əlmuzdu – çilingər 200 manat, dəmirçi 420 manat, elektrik 160 manat və dülgər -800 manat təşkir edir. Avtomobil yanması nəticəsində ümumilikdə zərərçəkmiş şəxsə 3180 manat ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 185.1, 315.1-ci maddələri ilə təqsirli bilininərək 02 il islah işləri, 20% dövlət nəfinə tutulma cəzasına, Göygöl rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilininərək 03 il azadlıqdan məhrum etmə, 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş məktubdan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-109/2022 nömrəli məktubundan görünür ki Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu 10 aprel 2023-cü il tarixdə saat 02:30 radələrində özgənin nəqliyyat vasitəsini talama məqsədi olmadan qaçırmaq məqsədi ilə, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Kəlbəcər rayon mərkəzi xəstəxanasının qarşısında hərəkətsiz vəziyyətdə saxlanmış Zərərçəkmiş şəxs mülkiyyətində olan “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəf şüşəsini sındıraraq avtomobilin salonuna daxil olub mühərriki küstar üsulla işə salmaqla idarə edib Göygöl rayonu Çaylı kəndi istiqamətində hərəkət etmiş, qaçırdığı avtomobii düzgün idarə olunamaması səbəbindən “Çaylı dərəsi” adlanan ərazidə arxda batırıb avtomobilin ehtiyat hissələrini və mexanizmlərini sıradan çıxarmaqla Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 5350 (beş min üç yüz əlli) manat miqdarında ziyan vurmaqla sonuncuya məxsus “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq talama məqsədi olmadan ələ keçirərək qaçırtmışdır. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı avtomobili qəsdən yandırmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakterli olmaqla şahid ifadələri, ekspert rəyləri və iş materialları ilə tamamilə təkzib olunan, işin faktiki hallarına uyğun olmayan ifadələrdir. İbtidai istintaq və məhkəmə baxışı dövründə Təqsirləndirilən şəxs CM-nin 185.2.4-cü maddəsi üzrə avtomobili qəsdən yandırmaması bildirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və eyni zamanda həmin hal iş materialları ilə öz təsdiqini tapmamış, əksinə iş materialları və şahid ifadələri ilə təqsirləndirilən şəxsin təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilsə də Zərərçəkmiş şəxs məxsus “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili qəsdlə yandırmamasını, hadisə vaxtı avtomobilin nasaz vəziyyətdə olmasını, mühərriki işə salmaq üçün yanacaq çənindən yanacaq götürüb motorun (karbiatorun) üzərinə tökməsini, daha sonra avtomobilin starterinin qoşulu vəziyyətdə qalmasını, həmin vaxt oradan uzaqlaşmasını, avtomobilin yanmasını görməməsini bildirmişdir. Cinayət işinin istintaq materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs Orduxan oğluna məxsus “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs qaçırdıqdan bir gün sonra, yəni 11 aprel 2023-cü il tarixdə həmin avtomobil yanmış vəziyyətdə tapılmış, Qüdsrət Salahov öz ifadəsində həmin vaxt motorxananın üzərinə yanacaq çənindən yanacaq tökməsini etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun Zərərçəkmiş şəxs Orduxan oğluna məxsus 12000 (on iki min) “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili qaçıraraq yandırması ilə ona xeyli miqdarda ziyan vurması göstərilmişdir. Avtomobilin qəsdən və ya ehtiyatsızlıqdan yanması Zərərçəkmiş şəxs Orduxan oğlunun avtomobilinin Təqsirləndirilən şəxs tərəfindən qaçırılması nəticəsində ona xeyli miqdarda ziyan vurulması ilə bağlı ittihamın mahiyyətini dəyişən hal deyildir. Həmçinin, “Yanğın və texnoloji partlayışların tədqiqi” ekspertizasının 18 may 2023-cü il tarixli, 10/2537 nömrəli rəyində də göstərilmişdir ki, “Uaz 452D yük” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin konstruktiv elememntləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə yanğının mənbəyi – avtomobilin kabinə hissəsində, sağ oturacağın yerləşdiyi sahədə olmuşdur. Avtomobildə baş vermiş yanğının mənbə zonasında istilik ixrac edə bilən qurğulardan yalnız elektrik xətlərinin yerləşdiyini, həmin xətlərin üzərində hər hansı elektrik təbiətli qəza halına xas olan izlərin olmadığını və yanğın baş vermiş obyektə qeyri-leqal müdaxilə hallarının olmasına (avtomobil oğurlanmışdır) əsaslanaraq, yanğın- kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən baş verməsi üçün xarakterikdir. Bütün sadalanan hallara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs avtomobili qəsdən yandırmaması həqiqi, obyektiv ifadə kimi qəbul olunmamalı, ifadədə göstərilən xüsusatlar özünün müdafiəsinə yönəlməklə cinayət məsuliyyətindən və cəzadan kənarda qalmasına hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 185.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-nin 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza növlərinin təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət əməli törətmiş, məhkumluğu ödənilməmiş və islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Yəni, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkumluq institutunun mahiyyəti də ondan ibarətdir ki, məhkumluğu olan şəxs mülki və ya inzibati-hüquqi xarakterli məhrumiyyətlərə məruz qalır, həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsində residivin müəyyən olunması zamanı nəzərə alınmayan hallar təsbit edilmişdir. Həmin maddəyə görə, böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edildiyi və ya təxirə salındığı hallarda həmin şəxslərin cəzanı real olaraq çəkməməsi bağlı qeyd olunmalıdır ki, onlar törətdikləri əmələ görə təyin edilmiş cəzanı real olaraq çəkməsələr də, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər hesab olunurlar. Belə ki, hər iki halda barələrində, ilk növbədə, ittihamedici hökm çıxarılmaqla təqsirləndirilən şəxslər cinayət qanunvericiliyi ilə müəyyən edilmiş cəzaya məhkum edilir və hökmün qanuni qüvvəyə minməsi ilə məhkum edilmiş şəxs statusunu əldə edirlər. Lakin məhkəmə onların azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasını mümkün hesab etdiyindən və ya himayəsində olan azyaşlı uşağın mənafeyi baxımından barələrində şərti məhkum etmə və ya cəzanın çəkilməsinin təxirə salınması barədə qərar qəbul edir. Odur ki, bu institutların azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü kimi qiymətləndirilməsi həmin institutların mahiyyətinə və məqsədinə uyğun gəlmir. Beləliklə, qəsdən cinayət törətməyə görə faktiki olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əməlinə dövlət tərəfindən mənfi mənəvi-hüquqi qiymət verilmiş şəxsin cəzanın çəkilməsinin təxirə salındığı və ya sınaq müddəti dövründə şüurlu şəkildə cinayətə yol verməsi onun şəxsiyyətinin ictimai təhlükəliliyinə və çətin islah olunmasına dəlalət edir. Odur ki, bu şəxslərin məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi müddətdə yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 185.1, 315.1-ci maddələri ilə təqsirli bilininərək 02 il islah işləri, 20% dövlət nəfinə tutulma cəzasına, Göygöl rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilininərək 03 il azadlıqdan məhrum etmə, 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi əməllə əlaqədar məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onun əməli cinayətlərin resedivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cəza təyin edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etməyə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-109/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti məhkum etmə ləğv edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, həmin cəza hazırki hökm üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona, qəti olaraq cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş məktubdan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-109/2022 nömrəli məktubundan görünür ki Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olmuşdur. Belə olan hada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-109/2022 nömrəli hökmü üzrə 03 avqust 2021-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək həbsdə olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barədə Göygöl Rayon Məhkəməsinin qərarı ilə həbsetmənin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübut olan - “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin - sahibinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etməyə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-109/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs оğluna, qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək həbsdə olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan - “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin - sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-89/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 31 avqust 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1990-cı il tarixdə Kəlbəcər rayonu, Bağırsaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Bağırsaq kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafı ərazidə yerləşən yataqxanada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etməyə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-109/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs оğluna, qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək həbsdə olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan - “Uaz 452D” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin - sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar