Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-89/2024 01.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Göygöl rayonu Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, xx.xx.2022-ci il tarixdə Göygöl rayon məhkəməsi tərəfindən AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda ƏN PX-nin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə 2024-cü ilin may ayının əvvəllərində dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl rayonu Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə tor hasardan aşma yolu ilə qanunsuz daxil olaraq evin həyətindən bir ədəd 400 (dörd yüz) manat dəyərində mis materialdan olan 6 litrlik odun samovarını gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 göstərilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə 15 may 2024cü il tarixdə saat 21 radələrində Göygöl rayonu Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq bir ədəd 300 manat dəyərində mis materialdan olan 10 litrlik odun samovarını və bir ədəd 40 manat dəyərində 40 litrlik aliminium materialdan olan su qabını gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 340 (üç yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə 17 may 2024cü il tarixdə saat 15 radələrində Göygöl rayonu Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə qapının sındırılması yolu ilə qanunsuz daxil olaraq evdən 1 ədəd 100 (yüz) manat dəyərində “Hikvision” markalı video müşahidə avandanlığını (DVR), 1 ədəd 400 manat dəyərində video müşahidə avandanlığının yaddaş kartını və 80 manat dəyərində 1 ədəd “KATV-1” modem cihazını gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 580 (beş yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində tam təqsirli bilərək ifadəsində göstərdi ki, pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş, 2024-cü ilin may ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda təxminən saat 15 radələrində yaşadığı kəndə yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətində samovar görmüş və evin həyətinə tor hasardan daxil olub bir ədəd samovarı götürərək oğurlamışdır. Samovarın qoyulduğu yer evin arxa tərəfi olduğundan o, ora daxil olduğunu heç kim görməmişdir. Samovarı oğurladıqdan sonra yaşadığı evə aparmış və evdəkilər görməsin deyə evin həyətində olan tövlədə gizlətmişdir. Lakin bir müddət satmamışdır. Həmin samovarı Gəncə şəhəri ərazisində yerləşən “Keçəllər” adlanan bazara gətirərək samovar alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə 45 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində Göygöl rayonu, Üçtəpə kəndidnə yerləşən “020” adlı ərzaq mağazasına siqaret almaq üçün getmişdir. Pulu olmadığından siqareti nisyə almaq istəmiş, lakin satıcı nisyə verməmişdir. O da pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Təxminən 4- 5 gün qabaq Göygöl rayonu Üçtəpə kəndində yerləşən evdə işığın yanmadığını görmüş və həmin evə daxil olmaq üçün getmişdir. Həmin ev hasara alınsada lakin darvazası olmamış, o həmin gün təxminən saat 21 radələrində evin həyətinə daxil olmuş, evin zirzəmisinin qapısının qıfılla bağlanmış vəziyyətdə olduğunu görmüşdür. Evin həyətindən dəmir parçası götürüb, zirmənin qıfılını sındırmış və zirzəmiyə daxil olduqda içəridə 2 ədəd samovar və bir ədəd təxminən 40 litrlik aliminium materialdan olan qab gözünə dəymişdir. Lakin həmin samovarlardan birini və təxminən 40 litrlik aliminium materialdan olan qabı götürmüş və öz yaşadığı evə gətirmişdir. Evdəkilər görməsin deyə evin həyətində olan tövlədə gizlətmişdir. Növbəti gün o, *2244-ə zəng edərək taksi çağırmış, oğurladığı bir ədəd samovar və bir ədəd təxminən 40 litrlik aliminium materialdan olan qabı VAZ-2106 markalı dövlət qeydiyyat nışanını xatrılamdığı avtomobillə Gəncə şəhəri Abbas Səhhət adlanan ərazidə yerləşən “Təzə bazar” adlanan yerdə satmaq üçün aparmışdır. Həmin bazarda bir ədəd samovarı tanımadığı bir nəfər qadına 40 (qırx) manata satmışdır. Samovarı alan qadın samovarı niyə satdığını və özünə məxsus olub-olmadığını soruşmuş, o da samovarın özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Lakin aliminium materialdan olan qabı orada sata bilməmişdir. Daha sonra aliminium materialdan olan qabı satmaq üçün Gəncə şəhəri ərazisində yerləşən “Keçəllər” adlanan bazara gəlmişdir. Orada samovar alqı-satıqısı ilə məşğul olan tanımadığı şəxsə bir ədəd aliminium su qabını 20 manata satmışdır. O, şəxsiyyət vəsiqəsi ilə satın aldığını demiş və ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Özünə məxsus mobil telefonla şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Daha sonra yaşadığı kəndə geri qayıtmışdır. Əldə etdiyi pulu siqaret, içki və digər ərzaq məhsulları almışdır. O, oğurluq nəticəsində əldə etdiyi pulları xərcləyib qurtardıqdan sonra pulu olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Ona görə də xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində yenidən oğurluq etmək üçün həmin evə birdə getmişdir. Evin həyətinə baxan zaman kamera olduğunu görmüş, oğurluq etməyinin üstü açılmasın deyə kameranı yerdən daş götürərək daşla sındırmışdır. Daha sonra kameranın yaddaşını axtarmaq üçün evin taxta mateialdan olan qapısını çiyni ilə vurub sındıraraq evin içərisinə daxil olmuşdur. İçəri daxil olduqda sol tərəfdə divara bərkidilmiş kameranın yaddaşı olan aparatı və wifi aparatı olan modemi çəkib çıxarıb evdə olan göy rəngli sellofan torbaya qoyub oğurlayaraq evə aparmış və evdəkilər görməsin deyə evin həyətində olan tövlədə gizlətmişdir. Təxminən 2-3 gün evdə qalmışdır. Daha sonra yaşadığı kəndin ərazisindən keçən üç təkərli motosikletlə dəmir alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə bərkidilmiş kameranın yaddaşı olan aparatı və wifi aparatı olan modemi satmaq istəsə də almadığını bildirmişdir. O isə heç kimə sata bilməyəcəyini fikirləşib, yaşaşdığı kənddə uçurulmuş vəziyyətdə olan yarımtikiliin içərisinə qoymuşdur ki, əgər lazım olsa gəlib aparar. Təxminən bir həftə sonra gəlib axtarsa da tapa bilməmişdir. O zərərçəkmiş şəxslərin evinə girmiş, lakin onların evini dağıtmamışdır. O pulsuz olduğu üçün məcburi şəkildə cinayət əməlini törətmişdir. Onun tərəfindən oğurlanmış əşyaların bir qismi qaytarılmışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu, maddi imkanı olmadığı üçün vurulmuş zərəri ödəyə bilməməməsini, ailəsinin maddi vəziyyətinin yaxşı olmamasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, evdə çay içmək üçün istifadə etdikləri mis materialdan olan bir ədəd samovarı hər dəfə istifadə etdikdən sonra evin həyətində masanın üzərinə qoymuşdur. 2024-cü ilin may ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda samovarı istifadə etmək üçün götürmək istədikdə yerində olmadığını görmüş və övladlarından soruşmuşdur ki, bəlkə onlar götürüb kiməsə verər. Lakin övladları xəbərlərinin olmadığını demişlər. O, buna baxmayaraq qonşulardan maraqlanmışdır ki, bəlkə qonşulardan hansınasa verər yadından çıxar. Lakin o, maraqlansa da samovarı tapa bilməmişdir. Samovarı evin həyətindən oğurlandıqlarını başa düşmüşdür. O, həmin vaxt polisə oğurluq hadisəsinin olması ilə bağlı müraciət etmək istəsə də, lakin övladları ona mane olub bildirmişlər ki, bir samovara görə polisə şikayət etməsin. O, əvvəlcə şikayət etmək fikrindən yayınmış, lakin buna baxmayaraq yenə də samovarı axtarmışdır ki, ola bilər samovarı oğurlayanı kimsə bilib deyər. Sonra isə fikrini dəyişib xx.xx.2024-cü il tarixdə kəndin sahə rəisini görüb ona məxsus bir ədəd samovarın oğurlanmasını bildirmiş və bu barədə Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Ona məxsus evin həyətindən 1 ədəd mis materialdan olan 6 litrlik samovar oğurlanmaqla ona 400 (dörd yüz) manat maddi ziyan dəymişdir. O Təqsirləndirilən şəxs şikayətçidir və onun həbs edilməsini istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Kəlbəcər Elektrik şəbəkəsində elektrik mantyoru vəzifəsində çalışır. 2024-cü ilin aprel ayından işi ilə əlaqədar Kəlbəcər rayonuna getmişdir. Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinə müşahidə kamerası ilə ara sıra nəzarət etmişdir. xx.xx.2024-cü il tarixdə Kəlbəcər rayonu Gəncə şəhərinə bacısıgilə gəlmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə mobil telefonu ilə evə baxmaq istədikdə kameranın işləmədiyini görmüşdür. Həmin gün özünə məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Ona məxsus evin birbaşa mətbəxə açılan giriş qapısının kilidinin sınmış vəziyyətdə olmasını görmüşdür. İçəri daxil olduqda sol tərəfdə divara bərkidilmiş vəziyyətdə olan bir ədəd 100 (yüz) manat dəyərində “Hikvision” markalı video müşahidə avadanlığı (DVR), DVR-a bərkidilmiş vəziyyətdə olan bir ədəd 400 (dörd yüz) manat dəyərində video müşahidə avadanlığının yaddaş kartını və bir ədəd 80 (səksən) manat dəyərində “KATV-1” modem cihazının yerində olmadığını görmüşdür. Əşyaların yerində olub olmamasını bilmək üçün evin digər otağınada keçib baxmışdır. Digər otaqda əşyaların yerində olduğunu görüb, evin zirzəmisinə düşmüşdür. Zirzəminin qapısını bağladığı qıfılın sındırılmış vəziyyətdə olduğunu görüb içəri daxil olmuşdur. Zirzəmidən 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində mis materialdan olan 10 litrlik samovarın, 1 ədəd 40 manat dəyərində 40 litrlik aliminium materialdan olan su qabının yerində olmadığını görmüşdür. Daha sonra evin həyətində ağaca bərkidilmiş vəziyyətdə olan bir ədəd 58 (əlli səkkiz) manat dəyərində video müşahidə kamerasının sındırılmış halda yerə olduğunu görmüşdür. Ona məxsus evdə oğurluq baş verdiyini bilib, DİN-in 102 zəng xidməti mərkəzinə, daha sonra Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra anası X6 zəng edərək evdən oğurluq olması barədə bildirmişdir. Ona məxsus evin mətbəxindən bir ədəd 100 (yüz) manat dəyərində “Hikvision” markalı video müşahidə avadanlığı (DVR), DVR-a bərkidilmiş vəziyyətdə olan bir ədəd 400 (dörd yüz) manat dəyərində video müşahidə avadanlığının yaddaş kartı, bir ədəd 80 (səksən) manat dəyərində “KATV-1” modem cihazı və evin zirzəmisindən 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində mis materialdan olan 10 litrlik samovar, 1 ədəd 40 manat dəyərində 40 litrlik aliminium materialdan olan su qabı oğurlanmaqla ümumilikdə ona 870 ( səkkiz yüz yetmiş) manat maddi ziyan vurmuşlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, hazırda təqsirləndirilən şəxsdən şikayətçi olmasını, həmçinin o xx.xx.2024-cü il tarixə saat 14:00-a təyin olunmuş məhkəmə iclasında işi ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan baxıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, təxminən 2 il olar ki, ünvan 1 ünvanda yerləşən obyekti icarəyə götürərək qədimi əşyaların alqısatqısı ilə məşğul olur. 2024-cü ilin may ayının ortalarında dəqiq gününü xatırlamadığı vaxtda adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gələrək bir ədəd 40 litrlik aliminium su qabı satdığını bildirmişdir. O, ondan aliminium su qabının oğurluq olub-olmadığını soruşmuşdur. O, su qabının özünə məxsus olduğunu, yaşadığı ünvandan gətirdiyini və ehtiyyacı olduğunu üçün satdığını bildirmişdir. O, ondan bir ədəd aliminium su qabını 20 manata satın almışdır. Təqsirləndirilən şəxs aliminium su qabını alan zaman ondan şəxsiyyət vəsiqəsini istəmiş və üzərində olan mobil telefon vasitəsi ilə şəklini çəkmişdir. Bundan təxminən bir həftə sonra Təqsirləndirilən şəxs yenidən onun işlədiyi yerə gəlmiş və bu dəfə Təqsirləndirilən şəxs bir ədəd samovar gətirmişdir. O, samovarın oğurluq olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs samovarın özünə məxsus olduğunu, yaşadığı ünvandan gətirdiyini və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, bir ədəd samovarı 45 (qırx beş) manata satın almışdır. O, bir ədəd samovarı və bir ədəd aliminium su qabını alan zaman oğurluq olmasını bilməmişdir. Hazırda bir ədəd samovarı və bir ədəd aliminium su qabını təqdim etmişdir. O, bir ədəd samovarın və bir ədəd aliminium su qabının oğurluq olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs həmin əşyaların özünə məxsus olduğunu, ehtiyyacı olduğu üçün satdığını bildirmişdir. Təqsirləndirilən şəxs bir ədəd samovarı 45 manata, bir ədəd su qabını 20 (iyirmi) manata satın almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli, qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/966 nömrəli araşdırma materialı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. “Hadisəyerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Göygöl rayonu, Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdən baş vermiş oğurluq hadisəsi ilə bağlı oğurluğun baş verdiyi mətbəx otağına, zirzəmiyə və ümumi evin yerləşdiyi həyatyanı sahəyə baxış keçirilərkən foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir. Həmçinin baxış zamanı evdən oğurluq etmiş şəxs (lər) tərəfindən evin həyətində yerləşən ağaca quraşdırılmış vəziyyətdə olan “Hikvision” markalı müşahidə kamerasının sındırılmış qalıq hissəsinə baxış keçirildikdən sonra götürülmüşdür. Baxış sutkanın qaranlıq vəziyyəti süni işıqlandırma şəraitində həyata keçirilmişdir. Baxış zamanı foto şəkillərin çəkilməsində “Samsung” markalı foto aparatdan istifadə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-13-77/1-966 saylı əməliyyat tapşırığınadan və xx.xx.2024-cü il tarixli 77/2-9694/24 nömrəli cavab məktubdan görünür ki, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən bir ədəd samovarın, bir ədəd 40 litrlik aliminium su qabının, 1 ədəd “Hikvision” markalı video müşahidə avadanlığın (DVR), 1 ədəd video müşahidə avadanlığının yaddaş kartını və 1 ədəd “KATV- 1” modem cihazını oğurlamaqda Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs şübhəli olması və Təqsirləndirilən şəxs izahatının alınması üçün Təhqiqat Bölməsinə təqdim olunması göstərilmişdir. “Götürmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid təqdim etdiyi 01 ədəd samovar və 01 ədəd 40 litirlik aliminium qab iş üçün əhəmiyyət kəsb etdiyindən götürülməsi qərara alınmışdır. “Baxış və götürmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, Şahid 01 ədəd samovarı və 01 ədəd 40 litirlik aliminium qabı təqdim edib həmin əşyaları Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda satın aldığını bildirmişdir. Həmçinin Şahid təqdim etdiyi 01 ədəd samovar və 01 ədəd 40 litirlik aliminium qab götürülərək protokola əlavə olunmuşdur. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaqın davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İB-nə göndərilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınması, qərarın sürətinin ona elan edilməklə hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması, qərarın ona elan edilməklə sürətinin verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 21:30-da Təqsirləndirilən şəxs Göygöl RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Röyal Sadıqov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Materialın cinayət işinə əlavə edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən vət.X4 yaşadığı evin həyətindən naməlum şəxslər tərəfindən 400 manat dəyərində 1 ədəd samovarın oğurlanması faktına dair Göygöl RPŞ-nin İstintaq Bölməsində araşdırılan HK-1/1055 nömrəli material icraatda Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinə əlavə edilməsi və həmin xüsusat üzrə zəruri istintaq hərəkətləri aparılması, qərarın sürətinin maraqlı şəxslərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Baxış keçirilməsi və götürmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, Göygöl rayonu, Üçtəpə kəndi sakini X4 müraciəti əsasında Göygöl rayonu, Üçtəpə kəndində hadisə yerində olunmuşdur. Hadisə yerini vət.X7 göstərərək yaşadığı evin həyətindəki masanın üstünə 6 litirlik bir ədəd samovar qoymuş və naməlum şəxs və şəxslər oğurladıqlarını bildirmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, ev bir mərtəbəli, kürsülü evdir, yarımçıq təmirlidir, hal-hazırda evdə təmir işləri gedir. Mişar daşı ilə hörülüb, tünd-qəhvəyi rəngli dəmir darvaza vardır. Küçə tərəfdən mişar daşı ilə hörülmüş hasar vardır. Həyətin digər tərəfi isə bağ salınmış ərazidir. Baxış gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş, fotoşəkillər protokola əlavə olunmuşdur. “Toplanmış materialın istintaq aidiyyatı üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialın Azərbaycan Respublikası CPM-nin 213.1.1ci maddəsinin tələblərinə əsasən aidiyyati üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Mütəxəssis təyin edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən iş üzrə latın qrafikası ilə sərbəst yazıb oxuya bilən Göygöl şəhəri 1 saylı orta məktəbdə müəllim işləyən X10 iş üzrə mütəxəssis qismində təyin edilməsi və qərarın təsviri hissəsindəkilərə əsasən qərar iş üzrə mütəxəssis təyin edilmiş X8 elan edilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X7 zərər çəkmiş şəxs qismində tanınması, qərarın sürətinin ona elan edilməklə hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs qismində ifadəsi alınmış Təqsirləndirilən şəxs dindirmə zamanı qeyd etdiklərini tarixi ardıcıllıqla göstərməsi orada baş vermiş hadisəyə (faktiki hallarla) dair izahat verməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Həmin yerləri tarixi ardıcıllıqla yaxşı xatırladığını və həmin yerləri göstərməklə bağlı heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Göygöl RPŞ-nin balansında olan “Ford tranzit” markalı, **-JT-*** d.q.nişanlı xidməti avtomobilə minilmiş və Təqsirləndirilən şəxs bələdçiliyi ilə ilkin olaraq Göygöl rayonu, Üçtəpə kəndinə gedilmişdir. Göygöl rayonu, Üçtəpə kənd ərazisində Təqsirləndirilən şəxs qeyd edilən yeri göstərərək bildirmişdir ki, o 2024-cü ilin may ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda təxminən saat 15 radələrində yaşadığı kəndə yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətində samovar görmüş və evin həyətinə tor hasardan daxil olub bir ədəd samovarı götürərək oğurlamışdır. Samovarın qoyulduğu yer evin arxa tərəfi olduğundan evə olduğunu heç kim görməmişdir. Samovarı oğurladıqdan sonra yaşadığı evə aparmış və evdəkilər görməsin deyə evin həyətində olan tövlədə gizlətmişdir. Samovarı oğurladıqdan təxminən bir həftə sonra həmin samovarı Gəncə şəhəri ərazisində yerləşən “Keçəllər” adlanan bazara gətirərək samovar alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə 45 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bələdçiliyi ilə hadisənin baş verdiyi digər yerə gedilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən yeri göstərərək bildirmişdir ki, təxminən 4- 5 gün olardı ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən evdə işığın yanmadığını görmüş, xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində evin həyətinə daxil olmuş, evin zirzəmisinin qapısının qıfılla bağlanmış vəziyyətdə olduğunu görmüşdür. Evin həyətindən dəmir parçası götürüb, zirmənin qıfılını sındırmış və zirzəmidən bir ədəd samovar və bir ədəd aliminium qabı götürmüş və öz yaşadığı evə gətirmişdir. Evdəkilər görməsin deyə evin həyətində olan tövlədə gizlətmişdir. Oğurladığı bir ədəd samovar və bir ədəd təxminən 40 litrlik aliminium materialdan olan qabı Gəncə şəhəri Abbas Səhhət adlanan ərazidə yerləşən “Təzə bazar” adlanan yerdə satmaq üçün aparmışdır. Həmin bazarda bir ədəd samovarı tanımadığı qadına 40 (qırx) manata satmışdır. Daha sonra aliminium materialdan olan qabı satmaq üçün Gəncə şəhəri ərazisində yerləşən “Keçəllər” adlanan bazara gəlmiş və orada samovar alqı-satıqısı ilə məşğul olan tanımadığı şəxsə bir ədəd aliminium su qabını 20 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyyacları üçün xərcləmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində yenidən oğurluq etmək üçün həmin evə birdə getmişdir. Evin həyətinə baxan zaman kamera olduğunu görmüş, oğurluq etməyinin üstü açılmasın deyə kameranı yerdən daş götürərək daşla sındırmışdır. Daha sonra kameranın yaddaşını axtarmaq üçün evin taxta mateialdan olan qapısını çiyni ilə vurub sındıraraq evin içərisinə daxil olmuşdur. İçəri daxil olduqda sol tərəfdə divara bərkidilmiş kameranın yaddaşı olan aparatı və wifi aparatı olan modemi çəkib çıxarıb oğurlayaraq evə aparmışdır və evdəkilər görməsin deyə evin həyətində olan tövlədə gizlətmişdir. Təxminən 2-3 gün evdə qalmış, daha sonra yaşadığı kəndin ərazisindən keçən üç təkərli motosikletlə dəmir alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə bərkidilmiş kameranın yaddaşı olan aparatı və wifi aparatı olan modemi satmaq istəsə də, almadıqları üçün sata bilməmişdir. O isə heç kimə sata bilməyəcəyini fikirləşib, yaşaşdığı kənddə uçurulmuş vəziyyətdə olan yarımtikiliin içərisinə qoymuşdur ki, əgər lazım olsa gəlib aparar. Daha sonra gəlib axtarsa da tapa bilməmişdir. Bununla da təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması istintaq hərəkəti başa çatdırılmışdır. İstintaq hərəkəti zamanı gələcəkdə iş üzrə sübut kimi əhəmiyyətli ola biləcək heç nə aşkar edilməmiş və götürülməmişdir. İstintaq hərəkəti zamanı “SAMSUNG” markalı fotoaparatdan istifadə edilməklə fotoşəkillər çəkilmiş və həmin fotoşəkillərin gələcəkdə tərtib edilmiş protokola əlavə ediləcəkləri iştirakçılara elan edilmiş, istintaq hərəkəti aparılmasına dair tərtib edilmiş protokol ucadan oxunmuş, istintaq hərəkətinin aparılması qaydası və bu barədə tərtib olunmuş protokolun məzmununa dair əlavələr, düzəlişlər və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(066)-18/2024 nömrəli qərarından görünür ki, xx.xx.1998-ci ildə Göygöl rayonu Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Göygöl Rayon Məhkəməsinin 1(066)-101/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə cəza çəkən, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilməsi və həbsdə saxlanma müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-13-77/1-770050 saylı əməliyyat tapşırığınadan və xx.xx.2024-cü il tarixli 77/1-9125/24 nömrəli cavab məktubdan görünür ki, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Göygöl rayonu Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurladığı 1 ədəd “Hikvision” markalı video müşahidə avadanlığın (DVR), 1 ədəd video müşahidə avadanlığının yaddaş kartını və 1 ədəd “KATV-1” modem cihazının Göygöl rayonu Üçtəpə kəndində uçurulmuş vəziyyətdə olan yarımtikilinin içərisindən kim tərəfindən götürülməsini, həmçinin bir ədəd samovarı almış qadının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-13-11/2-6752/2024 saylı məktubdan görünür ki, Göygöl RPŞ-nin xx.xx.2024-cü il tarixli 3-13-77/2-8659/2024 nömrəli məktub vasitəsi ilə, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində vət. Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-yə daxil olmuş, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. “Əşyanın maddi sübut kimi tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, bir ədəd mis materialdan olan 6 litirlik samovar, 1 ədəd 40 litrlik aliminium materialdan olan su qabı və sınmış 1 ədəd “Hikvision” markalı video müşahidə kamerası cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmış, iş üzrə maddi sübutlar cinayət işi yekunlaşaraq tanış olduqdan sonra qəbzlə zərərçəkmiş şəxslərə qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 1(066)-101/2022 saylı hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına təyin edilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 09 avqust 2024-cü il tarixli 9/6014 nömrəli rəyindən görünür ki, bir ədəd mis materialdan olan 6 litrlik odun samovarı 160 manat, bir ədəd mis materialdan olan 10 litrlik odun samovarı 300 manat, 40 litrlik aliminium materialdan olan su qabı 40 manat, “Hikvision” markalı video müşahidə avandanlığını (DVR) 100 manat, video müşahidə avandanlığının yaddaş kartı 200 manat, “KATV-1” modem cihazı 30 manat və “Hikvision” markalı video müşahidə kamerası 50 manat olmaqla qeyd olunan malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri 880 manat müəyyən edilir. 1-ci sual üzrə-160,00 manat, 2-ci sual üzrə 720,00 manat. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid İsrfail oğlunun və şəxsiyyəti istintaqa məlum olmayan qadının əməllərində cinayət yolu ilə əldə edilmiş əmlakı alma cinayət əməlinin tərkibi olmadığından onların barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum olunduqdan sonra cəzasını çəkib qurtarmamış yenidən qəsdən eyni cinayət əməlini törətdiyi üçün onun məhkumluğu ödənilməmiş hesab edilir və onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməsi, cinayət işi üzrə alınmış təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahid ifadələri, hadisə yerinə baxış protokolları, ekspert rəyi və istintaq hərəkətləri protokolları, sübut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixli ittihamına əlavələr edilərək, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə dəqiqləşdirilmiş yeni məzmunda yenidən ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin yenidən dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, A-29/2022 nömrəli arayışdından görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 1(066)- 101/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(066)-18/2024 nömrəli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş məhkum Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək azadlığın məhdudlaşdırılması növündə cəzanın 01 il 08 ay 23 gün hissəsini çəkmiş, çəkilməmiş hissəsi 01 il 03 ay 03 gün təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3385 saylı arayışdan görünür ki, xx.xx.1998-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən opiodlərdən asıllıqdan Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4082 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs atası X9 və anası X1 ilə birlikdə Göygöl rayonu, Üçtəpə kəndində yaşayır. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Üçtəpə kəndində yaşayır. Təqsirləndirilən şəxs ayrıayrı vaxtlarda məhkum olunmuşdur. Onun ailə üzvlərinin barəsində nümayəndəliyə heç bir cinayət xarakterli məlumat daxil olmamışdır. DİN-in Baş Əməliyyat və Statistik İdarəsindən alınmış tələbnamədən və xx.xx.2022-ci il tarixli hökmün surətindən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Göygöl rayon məhkəməsi tərəfindən AR CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ona məxsus 40 litrlik aliminium materialdan olan su qabını və bir ədəd sınmış “Hikvision” markalı video müşahidə kamerasını təhvil almışdır. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ona məxsus mis materialdan olan 6 litrlik odun samovarını təhvil almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidin ifadələri və ekspert rəyi, cinayət işinin bütün materialları ilə sübut olunur. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Belə ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına və təkrar törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İdarəsindən alınmış tələbnamədən və xx.xx.2022-ci il tarixli hökmün surətindən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Göygöl rayon məhkəməsi tərəfindən AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından hazırda cinayət əməli törətməsi faktı ilə əlaqədar şəxsə cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi nəzərə alınmamalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunması onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən az ağır cinayətlər törətməyə görə əvvəllər məhkum olunması, məhkumluğu ödənilmədən və cazısını çəkdiyi müddət ərzində yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halın olmasını, habelə əvvəllər də mülkiyyət əleyhinə cinayət törətməsi, onun kriminal meylli olması, azadlığın məhdudlaşdırılması ilə bağlı olan cəzalardan nəticə çıxararaq islah olunmamasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri ödəməyərək onlarla barışıq əldə etməməsini, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 1(066)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzanın 01 il 03 ay 03 gün hissəsini çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.və 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 1(066)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzanın çəkilməmiş qalan 01 il 03 ay 03 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq azadlıqdan məhrumetmə növündə cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 30 may 2024-cü il tarixdən hesab olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmaması və ağırlaşdıran halların olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 1(066)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla 07 (yeddi) ay 16 (on altı) gün müddət azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Eyni zamanda İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 60 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İşdə mülki iddia və Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 1(066)-101/2022 saylı hökm ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla 07 (yeddi) ay 16 (on altı) gün müddət azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 30 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-89/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-89/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver