Məhkəmə qərarları › İş №1(066)-9/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-9/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-9/2025 21.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi (anası) Özgün (Məmmədova) Aygün Hüseyn qızının, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, işsiz, müharibə veteranı, Kəlbəcər rayonu, İstibulaq kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülstan qəsəbəsi, AKTA-6 ərazisində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs aşkar sürətdə on dörd yaşına çatmayan, zərərçəkmiş şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətləri etmişdir. Belə ki, o, 2022-ci ilin noyabr ayının axırlarında dəqiq günü istintaqa məlum olmayan tarixdə saat 14 radələrində idarə etdiyi “VAZ 2104” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobil ilə əvvəlcədən mobil telefon vasitəsi ilə danışaraq tanış olduğu Zərərçəkmiş şəxs Göygöl rayonu “Azos” adlanan əraziyə apararaq həmin ərazidə avtomobilin salonunda Zərərçəkmiş şəxs aşkar surətdə 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan xx.xx.2008-ci il təvəlüdlü olmasını bildiyi halda, Zərərçəkmiş şəxs razlığı ilə gərginləşmiş cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına soxmaqla, eləcə də seksual xarakterli digər hərəkətlər etməklə cinsi ehtirasını təmin edərək aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2022-ci ilin noyabr ayının axırlarında dəqiq gününü xatırlamadığı vaxtda Göygöl şəhərində yerləşən “Əkizlər” adlı marketin yaxınlığında görüb tanımışdır. O, “Əkizlər” adlı marketdən çıxıb Göygöl şəhəri istiqamətində gələn zaman adı ona sonradan məlum olan Hicran adlı şəxsi görmüşdür. Hicranla bir az baxışdıqdan sonra kağız parçasına yazmış olduğu mobil nömrəni avtomobildən ona doğru atmışdır. Daha sonra isə oradan uzaqlaşaraq getmişdir. Təxminən 5-10 dəqiqə sonra Hicran adlı şəxs ona məxsus hazırda xatırlamadığı mobil nömrəsinə zəng etmişdir. Həmin vaxtdan başlayaraq Hicranla həm adi zənglə, həm də whatsapp sosial şəbəkəsi vasitəsi ilə danışmağa başlamışdır. Hicran adının Yağmur olmasını bildirmişdir. Zərərçəkmiş şəxs ilə təxminən 10 gün sevgili münasibətində olmuşdur. Sonradan münasibəti dərinləşdiyi üçün onunla cinsi əlaqədə olmaq istədiyini dediyi zaman Hicran bakirəliyinin pozulduğunu, təbii yolla cinsi əlaqədə ola biləcəyini demişdir. Hicranla tanış olduğu gündən təxminən 3-4 gün sonra saat 11 radələrində Hicranla razılaşaraq Göygöl şəhərində yerləşən Heydər Əliyev adına olan parkın qarşısında görüşmüşlər. Hicranı işlədiyi şirkətdən ona təhkim olunmuş “VAZ 2104” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobil ilə götürüb avtomobili hərəkət etdirmişdir. Hicranla Göygöl rayonu ərazisində təxminən bir saat gəzdikdən sonra Hicranla cinsi əlaqədə olmaq üçün Göygöl rayonu ərazisində “Azos” deyilən əraziyə getmişlər. Həmin yerdə avtombili saxlayaraq, avtomobilin içərisində təxminən bir dəfə Hicranla təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra idarə etdiyi avtomobillə Hicranı elə götürdüyü həmin parkın qarşısında düşürmüşdür. Bundan sonra isə Hicranla təxminən 4-5 gün danışmışlar, lakin görüşüb eləməmiş və münasibəti tamamilə kəsmişdir. Törətdiyi əməldən peşiman olmasının, müharibə veteranı olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alınaraq, ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə dindirilərkən, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, evin tək uşağıdır. Anası və atası boşanmışlar, o, anası ilə birlikdə yaşayır. İlk dəfə Tərtər rayon sakini Teymur adlı şəxslə evlənmiş və onunla cinsi əlaqədə olmuş, təxminən 4-5 ay birlikdə yaşadıqdan sonra boşanmışlar. Daha sonra yenidən anası ilə birlikdə yaşamağa başlamışdır. 2022-ci ilin təxminən noyabr ayının axırlarında dəqiq gününü xatırlamadığı vaxtda Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən “Hiper Əminə” marketin qarşısından keçib xalasıgilin yaşadığı Əkizlər marketin yaxınlığında yerləşən ünvana gedən zaman adı ona sonradan məlum olan Bayram adlı şəxs idarə etdiyi VAZ-2104 markalı dövlət qeydiyyat nişanı sonradan ona məlum olan **-CD-*** d.q.n-lı avtomobil ilə onun arxasınca gəlmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra o, geri qayıdan zaman Bayramın yenidən onun arxasınca gəldiyini görmüşdür. Bayram kağız parçasına yazmış olduğu mobil nömrəni avtomobildən ona doğru atmışdır. O, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Bayram adlı şəxsin kağız parçasına yazdığı mobil nömrəyə zəng etmişdir. Həmin vaxtdan başlayaraq Bayramla həm adi zənglə, həm də whatsapp sosial şəbəkəsi vasitəsi ilə danışmağa başlamış və onunla 10-15 gün sevgili münasibətində olmuşdur. Sonradan Bayramla mobil telefonla danışan zaman onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, Bayrama təbii yolla cinsi əlaqədə ola biləcəyini demişdir. Bayramla tanış olduğu gündən təxminən 3-4 gün sonra saat 14 radələrində Bayram onu VAZ-2104 markalı avtomobillə Göygöl şəhəri, Heydər Əliyev adına parkın qarşısından götürmüşdür. Göygöl rayonu ərazisində təxminən bir saat gəzdikdən sonra onlar Azos deyilən yerə getmişlər. Həmin yerdə avtomobilin içərisində bir dəfə təbii yolla cinsi əlaqədə olmuşlar. Orada təxminən bir saat olmuşlar. Bundan sonra onu götürdüyü yerə qaytarıb düşürmüşdür. Onlar mobil telefon vasitəsi ilə bir neçə gün danışdıqdan sonra münasibəti kəsilmişdir. O, ilk dəfə ailə həyatı qurduğu Teymur adlı şəxslə cinsi əlaqədə olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs ilə tanış olmuş və onunla cinsi əlaqədə olmuşlar. Başqa o, heç kiminlə cinsi əlaqədə olmamışdır. X5 və X9 ilə tanış olmuş və sadəcə danışıb gəzmişlər, sonra isə X10 və X7 ilə tanış olmuş və sadəcə danışıb gəzmişlər, lakin onların heç biri ilə cinsi əlaqədə olmamışdır, başqa heç kiminlə tanış olmamış və cinsi əlaqədə olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Özgün (Məmmədova) Aygün Hüseyn qızı ifadəsində göstərdi ki, xx.xx.2008-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs təxminən əvvəllər heç bir səbəb olmadan onunla mübahisə edir və tez-tez yaşadığı evi tərk etmişdir. Sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə Hicran onunla yaşamaq istəmədiyini bildirərək evi tərk edəcəyini demişdir. O, ona mane olmağa çalışarkən isə onu öldürəcəyini sözlə ifadə edərək evdən qaçmışdır. O, onun xalasının və ya rəfiqəsinin yanına gedəcəyini düşünərək xx.xx.2024-cü il tarixədək onu özü axtarsa da, tapa bilmədiyi üçün xx.xx.2024cü il tarixdə AR DİN-in 102 zəng xidməti mərkəzi sisteminə müraciət etmişdir. Həmçinin qızı evi tərk edərkən onun mobil telefonu evdə qalmış və o, telefona baxarkən telefonda çox sayda mobil nömrələr görmüşdür. Bundan bir neçə gün sonra qızı Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, qızı Zərərçəkmiş şəxs Bayram adlı şəxslə tanış olmuş və onunla sevgili münasibətində mobil telefonla danışmışdır. Sonra o, Bayram adlı şəxslə görüşmüş və Bayramın idarə etdiyi VAZ-2107 markalı avtomobillə bir qədər gəzdikdən sonra avtomobilin salonunda Bayramla cinsi əlaqədə olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 152.1ci maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. Göygöl MTE və PA şöbəsindən daxil olmuş 29 nömrəli rəydən görünür ki,1. 2008-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulmanın müddəti iki həftədən artıqdır (köhnədir). 2. Azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində müəyyən edilmiş anal dəlik sfinktorunun bir qədər boşalması, şüvari büküşlərin qismən hamarlaşması, anal dəlik vasitəsi ilə qeyri-təbii yolla (bir və ya bir neçə dəfə) cinsi əlaqə zamanı əmələ gələ bilər. 3. Azyaşlı Zərərçəkmiş şəxs sol süd vəzi nahiyyəsində müəyyən edilmiş qançır - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müyainə olunan vaxta nəzərən 4-7 günə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 4. Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətin qarşılıqlı cinsi əlaqə zamanı – seksual xarakterli hərəkətlərinin təsiri nəticəsində əmələ gəlməsi istisna edilmir. “Toplanmış materialın aidiyyəti üzrə göndərilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialın araşdırılması üçün aidiyyəti üzrə Göygöl RPŞnin İB-nə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin maraqlı tərəflərə göndərilməklə onların hüquq və vəzifələrinin izah olunması və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X3 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2008-ci il tarixdə Gəncə şəhərində anadan olmuş (atası Hüseynov Yolçu, anası isə Hüseynova Aygündür). “Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təyin edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Aygün Məmmədova qızı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin edilməklə hüquq və vəzifələrinin izah edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərar elan edilməklə sürətinin ona verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:00-da Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ittiham elan edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs saxlandığı Göygöl RPŞ-nin MSY-dən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi, qərarın təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi məqsədilə icra edilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Cinayət işinin istintaqı ilə bağlı zərurət kəsb etdiyindən Zərərçəkmiş şəxs başqa kiminlə əlaqəsi olmasını müəyyən edilməsi məqsədi ilə əməliyyyat tapşırığı verilmiş və alınmış cavab məktubundan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə X13, X9, X10 və X7 tanış olaraq münasibətdə olmuşlar, həmin şəxslər ifadələrinin alınması təmin edilmişdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Gəncə Regional şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 121 saylı rəyində aşağıdakılar göstərilmişdir:- Zərərçəkmiş şəxs hal-hazırda hərhansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar edilmir. Zərərçəkmiş şəxs ona qarşı törədilən qanunazidd əməllər zamanı öz hərəkətlərini ölçüb-biçmək və idarəetmək iqtidarında olmuşdur. O, Hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs onunla baş vermiş hadisəni düzgün qavrayaraq həmin hadisə barədə düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs hal-hazırda hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağlıllılıq və sair psixi xəstəlik keçirmir. Zərərçəkmiş şəxs əsas fərdi psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə asan daxil olma. Zərərçəkmiş şəxs sensor-perspetiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq o, iş üçün əhəmiyyətlri halları düzgün qavrayaraq həmin hallar üzrə düzgün ifadə verə bilər. Həssaslıq və onun hədləri, ifadə verən şəxsə, hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymağa və qavramağa imkan verə bilər. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosinonal halda olmuşdur. Zərərçəkmiş şəxs hazırki psixi vəziyyəti onun istintaq hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Zərərçəkmiş şəxs onun psixi vəziyyətinə görə ona qarşı edilən cinayət əməlinin xarakteri və mənasını dərk etmək, cinayət hadisəsi zamanı müqavimət göstərmək iqtidarında olmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cinsi fəaliyyət qabiliyyətinin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Göygöl şəhər MTE və PA şöbəsinə həvalə edilmişdir. Göygöl şəhər MTE və PA şöbəsindən alınmış 98 saylı rəydən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinsiyyət üzvündə cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəb (patologiya, deformasiya, çapıq toxuması) aşkar edilməmişdir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddələrinin tələblərinə əsasən dayandırılmışdır. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi” barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2000-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 113539 nömrəli vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş İ-9868 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gəncə şəhər Səhiyyə idarəsinin Rayonlararası Ruhi-Əsəb dispanserinin xx.xx.2024-cü il tarixli 895 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər psixonevroloji dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gəncə şəhər Səhiyyə idarəsinin Rayonlararası Narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli 1002 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər rayonlararası narkoloji dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Kəlbəcər RİHB-nın İstibulaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 22 və 23 №-li arayışlardan görünür ki, Bayramov X8 rayonu, İstibulaq kəndində qeydiyyatdadır. Məcburi köçkündür. Məcburi köçkün kimi Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 ətrafında müvəqqəti məskunlaşıb yaşayır. Ailə tərkibi anası xx.xx.1969-cu il təvəllüdlü X1 ibarətdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona əməlin törədilməsi zamanı qüvvədə olan Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Kəlbəcər RİHB-nın İstibulaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Özgün (Məmmədova) Aygün Hüseyn qızının notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan heç bir şikayət və tələbi yoxdur. Onun barəsində yekun hökm çıxarılarkən azadlıqdan məhrum etməyən cəza verilməsini xahiş edir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını, “Vətən müharibəsi”ndə iştirak etməklə müharibə veteranı olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayında cinayət əməlini törətdiyi zaman yəni 2022-ci ilin dekabr ayınadək qüvvədə olan redaksiyasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edilən hallar kimi həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, “Vətən müharibəsi”ndə iştirak etməklə müharibə veteranı olmasını onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində təyin etməklə Cinayət Məcəlləsinin 41-ci maddəsinə nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:00-da Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlandığı Göygöl RPŞ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Göygöl Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə tutulduğu və ev dustaqlığından olduğu müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs bu iş üzrə 19 yanvar 2024-cü il tarixdən 21 yanvar 2024-cü il tarixədək tutulduğu və xx.xx.2024-cü il tarixdən hazırkı vaxtadək ev dustaqlığında olduğu müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaq müəyyən olunmuş 06 (altı) ay müddət azadlıqdan məhrum etmə cəzasına daxil edilməklə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış hesab olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar