Məhkəmə qərarları › İş №1(066)-90/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-90/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-90/2023 19.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Ermənistan Vedi rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri, Hummel küçəsi ev 27-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş , Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 birinci Qarabağ müharibəsinin iştirakçısı olması ilə bağlı 4000 (dörd min) manat müqabilində əlilliklə əlaqədar təqaqüd düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq ilkin olaraq 2021-ci ilin yanvar ayının əvvəllərində dəqiqi günü istintaqa məlum olmayan tarixdə sonuncudan yaşadığı Göygöl şəhəri, Koroğlu küçəsi ev 66 saylı fərdi yaşayış evinin həyətində 2000 ( iki min) manat məbləğində nəğd pul alıb ələ keçirdikdən sonra vahid niyyətlə əhatə olunan davamlı qəsd olaraq 01 mart 2021-ci il tarixdə əlavə olaraq Zərərçəkmiş şəxs1 yaşadığı Göygöl şəhəri, Koroğlu küçəsi ev 66 saylı fərdi yaşayış evinin həyətində işin düzəlməsi üçün 2000 (iki min) manat alıb ələ keçirməklə ümumilikdə göstərilən dövr ərzində Zərərçəkmiş şəxs1 4000 (min yeddi yüz) manat nəğd pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Rusiya Fedresiyasında yaşayan qohumu İlqar Nəbiyevin təkrar həkim komissiyasından keçməsi ilə bağlı 600 (altı yüz) manat müqabilində hərbi biletə möhür vurduracağı barədə yalan vədlər verib inandıraraq 2023-cü ilin yanvar ayının əvvəllərində dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs2 işlədiyi Göygöl rayon Mərkəzi Xəstəxanasının ASM-in dəhlizində 600 (altı yüz) manat məbləğində nəğd pul alıb ələ keçirrərək dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində sürücü işləmiş, hazırda işdən azad olunmuşdur. Təxminən 2020ci ilin dekabr ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda dostu Rəyal ona bildirmişdir ki, əlilliklə bağlı təqaüd düzəlməlidir, həll edə bilərsənmi deyə soruşmuşdur. O, Rəyala bunun üçün təxminən 4.500 (dörd min beş yüz) manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra o, Rəyalla birlikdə adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs1 yaşadığı ünvana getmişlər. Ariflə əlilliklə bağlı təqaüdün düzəlməsi ilə bağlı hansı sənədlərin lazım olması, hansı xəstəxanada yatmalı olması ilə bağlı söhbətlər etmişlər, həmçinin birinci Qarabağ müharibəsində yaralanması ilə bağlı sənədinə baxmışlar. 2021ci ilin yanvar əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Rəyal ona demişdir ki, Arifgil onları çağırır, 2.000 (iki min) manat pul hazırdır. O, Rəyalla birlikdə Arifgilə getmişlər. Arifgil 2.000 (iki min) manat pulu Rəyala vermişdir. Onlar oradan çıxıb getmişlər. O da ara-sıra Rəyalla əlaqə saxlamışdır. Bundan təxminən 2 ay sonra 2022-ci ilin mart ayının əvvəllərində Rəyal 2.000 (iki min) manat pulu alıb ona gətirmişdir. Daha sonra isə Rəyal onu tez-tez yığıb maraqlandıqda, o isə hər dəfə həll olunacağını bildirmişdir. Ara-sra Arifi Rəyalla birlikdə öz xəstəliyi bağlı müayinə olunması üçün bir neçə xəstəxanaya gördərtmişdir ki, Arifgili ona təqaüd düzəltməyinə inandırsın. Daha sonra isə Rəyal ondan soruşduqda, Rəyala yalandan təqüdün düzəlməsini həll edə biləcək tanışı ilə əlaqə saxlaya bilmədiyini demişdir, lakin həmin pulu isə ehtiyacı olduğuna görə öz ehtiyacları üçün xərcləmişdir. 2022-ci ilin dekabr ayının sonlarında dəqiq gününü xatırlamadığı O, Rəyalla Arifgilə getmişlər. Arifi razı salmaq istəmişlər ki, polisə müraciət etməsinlər, həmin pulu o, bir il ərzində qaytarsın. 2023-cü ilin yanvar ayının 16-da Rəyal ilə gedərək Arifə 150 (yüz əlli) manat pul vermişlər. Zərərçəkmiş şəxs2 Göygöl rayon Mərkəzi Xəstəxanasında tibbi bacısı işləyir. 2023-cü ilin təxminən yanvar ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda o, Göygöl rayon Mərkəzi xəstəxanasına getmişdir. Həmin vaxt Svetlana ona yaxınlaşıb, qohumu adı ona sonradan məlum olan X3 hazırda Rusiya Federasiyasında yaşadığını, təkrar komisiyyadan keçməsi ilə əlaqədar olaraq hərbi biletinə möhür vurulmasını bildirmişdir. O, Svetlanaya köməklik edə biləcəyini demiş və bunun müqabilində 600 (altı yüz) manat pul verməsini bildirmişdir. Svetlanada onunla razılaşmışdır. O, xəstəxanadan getdikdən bir neçə saat sonra Svetlana ona məxsus ***- ***-**-** saylı mobil nömrəsinə zəng edərək gəlib, pulu götürməyini bildirmişdir. Həmin gün təxminən saat 17 radələrində Svetlana işlədiyi Göygöl rayon X2 şöbəsinin kalidorunda 600 (altı yüz) manat pulu və X3 hərbi biletini vermişdir. O, X3 hərbi biletini özündə saxlamışdır. Sevtlana tez-tez ondan pulunu istəmiş, o isə verəcəyini bildirmişdir. O, Sevtlanaya hərbi bileti geri qaytarmış, lakin pulu isə öz ehtiyacları üçün xərclədiyindən qaytara bilməmişdir. Bundan başqa bildirmişdir ki, Arifgil ümumilikdə 4000 manat pulu Rəyala vermişdir, Rəyalda həmin pulu ona vermişdir. Zərərçəkmiş şəxs2 600 manat pulu, Svetlananın qohumu adı ona sonradan ona məlum olan X3 təkrar komissiyadan keçməsi ilə bağlı hərbi biletə möhür vurdurmaq üçün almışdır. Zərərçəkmiş şəxs2 600 manat pulu ona verən zaman yanında hər hansı digər bir şəxs olmamışdır.Svetlana Yusifavaya vurulmuş ziyandan 100 manat, Zərərçəkmiş şəxs1 vurulmuş ziyandan ümumilikdə 2150 manat ödəmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkməsini və vurulmuş ziyanın bir qismini ödəməsini nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1992-ci ildə Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Həmin müharibədə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə hərbi travmalar almışdır. Göygöl şəhəri Koroğlu küçəsində yaşadığı ünvanda onunla qonşuluqda Kəmalə adlı qadın yaşayır. Kəmalənin qardaşı Röyal isə Göygöl rayonu ərazisində taksi fəaliyyəti ilə məşğuldur və dəfələrlə Rəyaldan taksi kimi istifadə etmişdir. Oğlu Tural da İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda oğlu Tural Kəlbəcər rayonunda xidmətdə olan zaman arvadı Minarəyə zəng edərək qonşusu Kəmalənin qardaşı Rəyalın təqaüd düzəldə bildiyini deyib ona təqaüd düzəltməkdə köməklik edə biləcəyini deməsini bildirmişdir. X11 tələb etmişdir ki, Rəyalı onların evinə göndərsin. Həmin gün Rəyal onların evinə gəlmiş, o, Minarə və Rəyal evdə söhbət etmişlər. Söhbət zamanı Rəyal ona təqaüd düzəltməyin mümkün olduğunu, bu iş üçün 4500 manat pul lazım olduğunu, pulu verəcəyi halda təxminən 3 ay ərzində ona təqaüd düzəldiləcəyini demişdir. Rəyal yanlarında Göygöl rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətində işləyən İlkin adlı şəxsə zəng edib onun işi barədə söhbət etmiş, İlkin də telefon danışığı zamanı bu işi həll edəcəyini demişdir. Rəyala həmin pulu kredit götürüb verəcəyini bildirmiş və Rəyala onu aldatmamasını demişdir. Rəyal isə narahat olmamalarını deyib bu işin həll olunacağını bildirmişdir. Bundan sonra Rəyal çıxıb getmişdir. Həmin gün axşam saatlarında Rəyal İlkin ilə birlikdə onların evinə gəlmiş və İlkin ona təqaüd düzəltmək üçün 4500 (dörd min beş yüz) manat pul istəmiş, əvvəlcə 4000 (dörd min) manat verəcəyini deyib, qalan 500 (beş yüz) manatı isə təqaüd kartını alanda verəcəyini bildirmişdir. Onlar İlkinlə razılaşmış və həmin günün ertəsi yəni xx.xx.2021 -ci il tarixdə Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən Lombarda gedərək arvadı Minarəyə məxsus qızıl zinət əşyalarının bir qismini girov kimi qoyaraq kreditlə 2094 manat pul götürmüşdür. Həmin pulu Lombarddan götürdükdən sonra İlkin və Rəyalı Lombardın qarşısına çağırmış və İlkinə həmin pulu kreditlə götürdüyünü deyib, onun işini həll etməsini istəmişdir. Bundan təxminən 2-3 gün sonra saat 20 radələrində Röyal və İlkin yaşadıqları evə gəlmişdir. Evdə olan zaman 2000 (iki min) manat pulu İlkinin yanında Rəyala vermişlər. İlkin həmin vaxt onun təqaüdülə bağlı sənədləşdirmə işlərinə başladığını demişdir. İlkin geri qalan 2000 (iki min)manat pulu da qısa müddətdə verməyini demişdir. Bundan sonra İlkinlə tez-tez maraqlanmışdır, İlkin isə bu işi həll edəcəyini demişdir. İlkin ilə əlaqə saxlaya bilmədikdə isə Rəyalla əlaqə saxlamışdır.. Geri qalan 2000 (iki min) manat pulu vermək üçün isə xx.xx.2021-ci il tarixdə yenidən Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən Lombarda gedərək gəlini Türkanın qızıl zinət əşyalarının bir qismini girov kimi qoyaraq kreditə 1261 manat pul götürmüşdür. İlkinə 2000 manat pulu bütöv şəkildə vermək üçün evdən olan ehtiyyat pulundan əlavə edərək Lombarddan götürdüyü 1261 manat pulu 2000 manata tamamlamışdır. Yenidən Rəyala zəng etmiş və xx.xx.2021-ci il tarixdə təxminən saat 19 radələrində Rəyal onun evinə gəlmiş, Rəyal İlkinin 2000 (iki min) manat pulu gözlədiyini demişdir. Evin həyətində 2000 manat pulu Rəyala vermişdir. Rəyal pulu götürüb çıxıb getmişdir. Ancaq həmin vaxtdan indiyədək olan müddət ərzində Rəyal və İlkin ona təqaüd düzəltməmişlər, pulunu istədikdə isə İlkinlə Rəyal pulu qaytarmayacağını bildirərək “get hara istəyirsən şikayət et” demişlər. xx.xx.2021-ci il tarixdə Lombarddan götürdüyü 2094 manat pula, xx.xx.2021-ci il tarixdə Lombarddan götürdüyüm 1261 manat pula dair kredit müqavilələri, eyni zamanda hərbi travmasına dair sənədlərin surətini təqdim etmişdir. 2022-ci ilin dekabr ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda İlkin və Rəyal onun yaşadığı ünvana gəlmişlər, Rəyal 4000 manat pulu qısa müddət ərzində ödəyəcəyini bildirmiş və ona təklif etmişdir ki, notariusa gedib borc müqaviləsi bağlasınlar, 1 il ərzində pulunu geri qaytaracaqdır. Lakin o, borc müqaviləsinə razı olmamışdır. Təqsirləndirilən şəxs həmin 4000 manat puldan cəmi 150 (yüz) əlli mantını geri qaytarmışdır. Rəyal və İlkin adlı şəxslərə təxminən 2021-ci ilin yanvar ayının əvvələrində 2000 manat pulu verən zaman yanında arvadı Minarə olmuşdur, xx.xx.2021-ci il tarixdə 2000 manat pulu verən zaman isə yanında arvadı Minarə və qohumu Turanə olmuşdur. Rəyal və İlkin adlı şəxslərin Göygöl rayonu ərazisində yaşamalarını bilir, Rəyal taksi fəaliyyəti ilə məşğul olur, İlkinin isə Göygöl rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətində hansısa vəzifədə işlədiyini Rəyal ona demişdir. O, heç kimə sələm formasında pul verməmiş, Rəyal və İlkin adlı şəxslərə ümumilikdə 4000 manat pulu Birinci Qarabağ müharibəsi zamanı aldığı hərbi travmalarla bağlı ona təqaüd düzəltməsi üçün vermişdir.Təqsirləndirilən şəxs ona vurduğu ziyanın 1850 manatını ödəmiş, 2150 manatını isə hal-hazıradək ödəməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xəstəxanaya gedib-gəldikcə görüb tanımışdır, o, həmişə xəstəxanaya Komissarlıqdan yoxlatmağa uşaq gətirib aparmışdır. Ona Rusiyada yaşayan qohumu X7 zəng edərək bildirmişdir ki, təkrar həkim komissiyasından keçməyinin vaxtdı, lakin müəyyən səbəblərdən gələ bilmir. Ona görə də İlqar Nəbiyevə məxsus hərbi bileti təkrar komissiyadan keçmə ilə bağlı möhürlətməyini ondan istəmişdir. O da maraqlanacağını demişdir. 2022-ci ilin dekabr ayının ortalarında İlkinlə bu barədə xəstəxanada danışdıqda, İlkin hərbi bileti möhürlətməyin mümkün olduğunu və təkrar həkim komissiyasından keçmə ilə əlaqədar hərbi biletə möhür vurdurmaq üçün ondan 600 (altı yüz) manat pul istəmiş və xəbər edəcəyini demişdir. Bundan təxminən 10-15 gün sonra 2023-cü yanvar ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda İlkin zəng edərək tez həmin pulu çatdırmağını, yoxsa qohumunu axtarışa verəcəklərini bildirmışdir. O, 600 manat pulu və İlqar Nəbiyevin hərbi biletini Göygöl rayon Mərkəzi xəstəxanasının ASM-in dəhlizində İlkinə vermişdir. Bundan 2-3 gün sonra İlkinə zəng edib möhür vurdurub-vurdurmamağı ilə maraqlandıqda özünün xəbər edəcəyini demişdir. Daha sonra isə müxtəlif bəhanələr gətirmişdir, o, İlkinə hərbi bileti geri qaytarmasını bildirmişdir. Daha sonra İlkin hərbi bileti geri qaytarsa da, pulunu geri qaytarmamışdır. İlkinə 600 manat pulu qohumu İlqar Nəbiyevə məxsus hərbi biletə təkrar komissiyadan keçmə üçün möhürlətmək üçün Göygöy rayon Mərkəzi xəstəxanasının ASM-in dəhlizində vermişdir. İlkinə 600 manat pulu verən zaman yanında heç kim olmamışdır. İlkinin Göygöl rayonu ərazisində yaşamasını və Göygöl rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətində hansısa vəzifədə işlədiyini bilirmişdir.Təqsirləndirilən şəxs ondan aldığı 600 manatdan 100 manatını qaytarmış, 500 manatı isə hal hazıra kimi qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 oğlu olan dostu Tural onunla telefonla danışıq zamanı söhbət əsnasında atasının İ Qarabağ müharibəsində iştirak etdiyini, təqaüd düzəltməyin mümkün olub-omamasını soruşmuşdur. O, maraqlanacağını bildirmişdir. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində işləyən dostu İlkindən maraqlanmışdır. İlkin bunun mümkün olduğunu bildirmişdir. O, 2021-ci ilin təxminən yanvar ayının əvvələrində dəqiq gününü xatırlamadığı vaxtda Arifgil yaşadığı ünvana getmişlər, orada İlkinə zəng edərək mobil telefonu səs ucaldana qoymuşdur, Arifgilin yanında İlkinlə təqaüdün düzəlməsi ilə bağlı danışmışdır. Bundan bir neçə gün sonra İlkinlə Arifgilin yaşadığı ünvana getmışlər. Arif və onun arvadı Minarə ilə birlikdə təqaüdlə bağlı danışmışlar. İlkin Arifgillə razılaşmışlar ki, təqaüdün düzəlməsi üçün 4500 manat pul alacaqdır, 4000 (dörd min) manat pulu əvvəlcədən alacaq 500 (beş yüz) manat pulu isə təqaüd məsələsi həll olunduqdan sonra alacaqdır. Arifgil pulu ona vermişlər. O da həmin 2000 (iki min) manat pulu İlkinə vermişdir. Bundan təxminən 2 (iki) ay sonra 2021-ci ilin mart ayının əvvələrində dəqiq gününü xatırlamadığı vaxtda Arif ona zəng edib, 2000 (iki min) manat pulu gəlib götürməyini bildirmişdir. O, İlkinə bu barədə bildirib, gedib Arifgildən 2000 (iki min) manat pulu götürüb, aparıb İlkinə vermişdir. Daha sonra isə Arif və arvadı Minarə tez-tez ona zəng edərək təqaüdün düzəlməsi ilə maraqlandıqda, o da İlkindən soruşurmuş. İlkin isə hər dəfə həll olunacağını bildirmişdir. Daha sonra isə o, İlkindən soruşduqda, İlkin təqaüdün düzəlməsi həll edə biləcək tanışı ilə əlaqə saxlaya bilmədiyini, pulu isə ehtiyacı olduğuna görə xərclədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əri Zərərçəkmiş şəxs1 1992-ci ildə Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Həmin müharibədə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə hərbi travmalar almışdır. Göygöl şəhəri Koroğlu küçəsində yaşadığı ünvanda onunla qonşuluqda Kəmalə adlı qadın yaşayır. Kəmalənin qardaşı Rəyal isə Göygöl rayonu ərazisində taksi fəaliyyəti ilə məşğuldur və dəfələrlə Rəyaldan taksi kimi istifadə etmişlər. Oğlu Tural da İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda oğlu Tural Kəlbəcər rayonunda xidmətdə olan zaman ona zəng edərək qonşusu Kəmalənin qardaşı Rəyalın təqaüd düzəldə bildiyini deyib, əri Arifə təqaüd düzəltməkdə köməklik edə biləcəyini bildirmişdir. O, Turaldan tələb etmişdir ki, Rəyalı onların evinə göndərsin. Həmin gün Rəyal onalrın evinə gəlmiş, o, Arif və Rəyal evdə söhbət etmişlər. Söhbət zamanı Rəyal əri Arifə təqaüd düzəltməyin mümkün olduğunu, bu iş üçün 4500 manat pul lazım olduğunu, pulu verəcəkləri halda təxminən 3 ay ərzində təqaüd düzəldiləcəyini bildirmişdir. Rəyal onların yanında Göygöl rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətində işləyən İlkin adlı şəxsə zəng edib, telefonu mikrafona qoyaraq, ərinin işi barədə söhbət etmiş, İlkin də telefon danışığı zamanı bu işi həll edəcəyini demişdir. Rəyala həmin pulu kredit götürüb verəcəyini və Rəyala onları aldatmamasını demişlər. Rəyal isə narahat olmamalarını deyib, İlkinin bu işi həll edəcəyini bildirmişdir. Bundan sonra Rəyal çıxıb getmişdir. O, evə qayıtdıqdan sonra həmin gün axşam saatlarında Rəyal və İlkin birlikdə onların evinə gəlmişlər. İlkin onun ərinə təqaüd düzəltmək üçün onlardan 4500 (dörd min beş yüz) manat pul istəmiş, əvvəlcə 4000 (dörd min) manat verəcəklərini deyib, qalan 500 (beş yüz) manatı isə təqaüd kartını alanda verəcəklərini bildirmişlər. Onlar İlkinlə razılaşmış və növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən Lombarda gedərək əri Ariflə birlikdə gedərək, özünə məxsus qızıl-zinət əşyalarının bir qismini girov kimi qoyub, kreditə 2094 manat pul götürmüşlər. Həmin pulu Lombarddan götürdükdən sonra əri Arif İlkini və Rəyalı Lombardın qarşısına çağırmış və İlkinə həmin pulu kreditlə götürdüklərini deyib, işlərini həll etməsini bildirmişlər. Lakin pulu həmin vaxt verməmişlər. Bundan təxminən 2-3 gün sonra təxminən saat 20 radələrində Rəyal və İlkin yaşadıqları evə gəlmişdir. Evdə olan zaman 2000 (iki min) manat pulu İlkinin yanında Rəyala vermişlər. İlkin həmin vaxt əri Arifin təqaüdü ilə bağlı sənədləşdirmə işlərinə başladığını demişdir. İlkin geri qalan 2000 (iki min) manat pulu da qısa müddətdə vermələrini bildirmişdir. Bundan sonra əri Arif İlkinlə tez-tez maraqlanmış, İlkin isə bu işi həll edəcəyini demişdir. İlkin ilə əlaqə saxlaya bilmədikdə isə Rəyalla əlaqə saxlamışlar. Geri qalan 2000 (iki min) manat pulu vermək üçün isə xx.xx.2021-ci il tarixdə yenidən Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən Lombarda gedərək gəlini Türkanın qızıl zinət əşyalarını girov kimi qoyaraq kreditə 1261 (min iki yüz altmış bir) manat pul götürmüşlər. İlkinə 2000 manat pulu bütöv şəkildə vermək üçün evdən olan ehtiyyat pullarından əlavə edərək Lombarddan götürdüyü 1261 manat pulu 2000 manata tamamlamışlar. Yenidən əri Arif Rəyala zəng etmiş və xx.xx.2021-ci il tarixdə təxminən saat 19 radələrində Rəyal onların evinə gəlmişdir, Rəyal İlkinin pulu gözlədiyini bildirmiş və evin həyətində 2000 (iki min) manat pulu Rəyala vermişlər. Rəyal pulu götürüb çıxıb getmişdir. Ancaq həmin vaxtdan indiyədək olan müddət ərzində Rəyal və İlkin əri Arifə təqaüd düzəltməmişlər, pulunu geri istədikdə isə İlkin və Rəyal pulu qaytarmayacaqlarını bildirərək “get hara istəyirsən şikayət et” demişlər. Bundan başqa bildirmişdir ki, 2022-ci ilin dekabr ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda o, evə gələn zaman İlkin və Rəyalın onun yaşadığı ünvana gəldiklərini görmüş və İlkin Arifə 4000 manat pulu qısa müddət ərzində ödəyəcəyini, notariusa gedib borc müqaviləsi bağlamalarını, 1 il ərzində pullarını geri qaytaracaqlarını demişdiri. Lakin o və əri borc müqaviləsinə razı olmamışlar. Bundan başqa bildirmişdir ki, Rəyal və İlkin adlı şəxslərə 2021-ci ilin təxminən yanvar ayının əvvələrində 2000 manat pulu verən zaman əri Ariflə birlikdə olmuşlar, xx.xx.2021-ci il tarixdə 2000 manat pulu verən zaman isə yanlarında qohumu Turanə olmuşdur. Təqsirləndirilən şəxs həmin 4000 manat puldan cəmi 1850 (min səkkuz yüz əlli) manatını qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dayısıdır, Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda o, dayısıgilə qonaq gedən zaman dayısı arvadı Minarə ona bildirmişdir ki, dayısına Birinci Qarabağ müharibəsində aldığı xəsarətlərə görə təqaüd düzəldirlər, bunun üçün 2000 (iki min) manat pul veriblər. Təxminən 2021-ci ilin mart ayının əvəllərində dəqiq günün xatırlamadığım vaxtda yenə o, dayısı Arifgilə qonaq getmişdir. Həmin vaxt adı sonradan ona məlum olan Rəyal adlı şəxs dayısıgilə gəlmişdir. O, dayısı arvadı Minarədən həmin şəxsin kim olmasını soruşmuşdur. Minarə ona bildirmişdir ki, Rəyal adlı şəxs dayısı X13 müharibəsində almış olduğu xəsarətlərə görə təqaüd düzəldilməsində köməklik edirmiş. Buna görədə yenə həmin şəxsə 2000 manat pul verəcəklər. Həmin vaxt dayısı arvadı Minarə Rəyal adlı şəxsə 2000 (iki min) manat pul gətirib vermişdir. Bu zaman dayısı arvadı pulu kreditlə götürməyinə dair sənədləri Rəyal adlı şəxsin qarşısına qoyaraq, onları aldatmamalarını, işi həll etmələrini xahiş etmişdir. Bir müddət isə sonra təxminən 2021-ci ilin sentyabr ayında dəqiq gününü xatırlamadığım vaxtda dayısı arvadı Minarə ona demişdir ki, İlkin və Rəyal adlı şəxslər onları aldadıb, təqaüd zad düzəltməyibdir və ümumilikdə 4000 (dörd min) manat pullarını ələ keçiribdir. Bundan başqa bildirmişdir ki, dayısı Arif İlkin və Rəyal adlı şəxslərə Birinci Qarabağ müharibəsi zamanı aldığı hərbi travmalarla bağlı təqaüd düzəltməsi üçün vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs1 1992-ci ildə Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Həmin müharibədə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə hərbi travmalar almışdır. O, özüdə İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Tanışı Rəyalla söhbət əsnasında təqaüd düzəldə biləcək tanışının olub-olmamasını soruşmuşdur. Rəyal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində işləyən İlkin adlı tanışının olduğunu, maraqlanacağını bildirmişdi. Təxminən 2021-ci ilin yanvar ayının əvvələrində dəqiq gününü xatırlamadığım vaxtda Kəlbəcər rayonunda xidmətdə olan zaman anasına zəng edərək qonşusu Kəmalənin qardaşı Rəyalın təqaüd düzəldə bildiyini deyib, atası Arifə təqaüd düzəltməkdə köməklik edə biləcəyini bildirmişdir. Anası ona demişdir ki, Rəyalı onların evinə göndərsin. O da Rəyala demişdir ki, onların evinə getsin. O, anası ilə telefonla danışıb maraqlandıqda Rəyalla İlkin adlı şəxsin onların evinə gəldiyini, atasına təqaüd düzəltmək üçün İlkinin 4500 (dörd min beş yüz) manat pul istədiyini, 4000 (dörd min) manatı əvvəlcədən alacağını, 500 (beş yüz manatı isə) təqaüd kartı hazır olan zaman alacağını dediyini bildirmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda anası ilə telefonla danışan zaman qızıl-zinyət əşyalarını lombarda qoyaraq kreditə pul götürüb, Rəyalla İlkinə 2000 (iki min) manat pul verdiklərini demişdir. Bundan təxminən iki ay sonra 2021-ci ilin mart ayının əvvəllərində evdəkilərlə telefonla danışan zaman Rəyalgilə 2000 (iki min) manatda verdiklərini demişdir. Bundan sonra o, özüdə Rəyalla ara-sıra əlaqə saxlayıb, maraqlanırmış, Rəyal isə hər dəfə həll olunacağını bildirirdi. Sonralar isə İlkin və Rəyalın onları aldatdığını başa düşüb, atasıgilin verdikləri ümumilikdə 4000 (dörd min) manat pulu Rəyal və İlkindən geri istəmişlər. Bundan başqa bildirmişdir ki, 2022-ci ilin dekabr ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda İlkin və Rəyal onun yaşadığı ünvana gəlmişlər. İlkin atası Arifə 4000 manat pulu 1 il ərzində ödəyəcəyini, notariusa gedək borc müqaviləsi bağlaycağını bildirmişdir. O və atası Rəyal və İlkinlə birlikdə notariusa getmişlər, lakin atası borc müqaviləsinə razı olmamışdır. Təqsirləndirilən şəxs həmin 4000 manat puldan cəmi 150 (yüz əlli) manatını geri qaytarmışdır. Bundan başqa bildirmişdir ki, atası Arif Rəyal və İlkin adlı şəxslərə 2021-ci ilin təxminən yanvar ayının əvvələrində 2000 manat və xx.xx.2021-ci il tarixdə 2000 manat pulu Birinci Qarabağ müharibəsi zamanı aldığı hərbi travmalarla bağlı təqaüd düzəltməsi üçün vermişdir. O, Rəyal və İlkin adlı şəxslərə ümumilikdə 4000 (dörd min) manat pul verilən zaman Kəlbəcər rayonunda hərbi xidmətdə olmuş, orada kimlərin olmasını bilməmişdir. Ona anası Minarə pul verilməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 01 ədəd CD disk təqdim edərək Təqsirləndirilən şəxs hərbi biletə möhür vurdurmaq üçün pul almasını əks etdirən səs yazısını qeydə alınaraq həmin diskə köçürdüyünü bildirmişdir. Həmin CD disk təhqiqatçı Elməddin Kamalov tərəfindən protokolla götürülmüşdür. -xx.xx.2023-cü il tarixdə Şahid2 01 ədəd DVD disk təqdim edərək Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs1 təqaüd düzəltmək üçün söhbəti və pulun alınmasını əks etdirən video-səs yazısını qeydə alınaraq həmin diskə köçürdüyünü bildirmişdir. Həmin DVD disk tərəfimdən protokolla götürülmüşdür. - Zərərçəkmiş şəxs2 qohumu X5 məxsus hərbi biletin kserosurətlərini təqdim etmiş, həmin sənədlər tərəfimdən protokolla götürülmüşdür. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Göygöl MKTİB-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 mənzildə qeydiyyatda olmaqla həmin ünvada yaşayır, himayəsində 2017-ci il təvəllüdlü X9 və 2019-cu il təvəllüdlü X6 adlı iki azyaşlı uşağı var və yaşayış yeri üzrə müsbət xarakteriza edilir. - Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs 4000 manatdan ona istintaq müddətində 1650 manat və məhkəmədə 200 manat ödədiyini göstərib qalan 2150 (iki min yüz əlli) manat pulun təqsirləndirilən şəxsdən alınıb ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. - Zərərçəkmiş şəxs2 məhkəməyə ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs 600 manatdan ona istintaq müddətində 100 manat ödədiyini 500 manatını isə hal-hazıradək ödəmədiyini bildirmişdir. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 178.2.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 178.2.2 -ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 -ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyası hüdudlarında ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşimansçılıq çəkməsini, vurulmuş ziyanın bir qismini ödəməsini, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin az ağır cinayətlər qrupuna daxil olması, əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi ona dəlalət edir ki, məhkəmədən də qabaq o özünü məzəmmət edir. Göstərilənlər məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 -ci maddəsi ilə təqsirli bilinərək ona CM-nin 178.2.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, barəsində seçilmiş seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza seçərkən onun təqsirini etiraf etməklə tutduğu əməldən peşiman olmasını, cinayət törətdikdən sonrakı davranışını, həmçinin təyin olunacaq cəza növünün onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 2150 (iki min yüz əlli) manat və Zərərçəkmiş şəxs2 500 (beş yüz) manat ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlrı izah edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və maddi subut yoxdur həmçinin CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək,Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar