Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-90/2024 20.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1984-cü ildə Rusiya Federasiyasının Perm şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Daşkəsən şəhəri, Nizami küçəsi, ev 16, mən11-də qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlu haqqında Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs Nürəddin qızı ilə birlikdə yaşadığı Daşkəsən şəhəri, Nizami küçəsi 10da qısqanclıq zəminində yəni sonuncunun mobil nömrəsinə kənar şəxsdən zəng gəlməsinin üstündə mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əl və ayaq zərbələri ilə vuraraq Zərərçəkmiş şəxs Nürəddin qızının burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sağ gözün alt qabağının qançırı, sol gicgah və boyun nahiyyələrinin sıyrıqları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Bundan başqa o təkrar, 08 iyun 2024-cü il tarixdə saat 18 radələrində tanışı Zərərçəkmiş şəxs Nürəddin qızını aralarında eyni gün baş vermiş münaqişədən sonra Göygöl rayonu Yalqışlaq kəndinə gələrək özü ilə aparmaq istədiyi zaman həmin yerdə aralarında şəxsi münasibətlər zəminində yəni, sonuncunun onunla gəlmək istəməməsi səbəbindən yaranmış mübahisə zamanı avtomobildən götürdüyü istintaqla müəyyən edilə bilməyən bıçaqla bir dəfə qəsdən zərbə vurmaqla sağ sarğı nahiyyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 128-ci maddəsi üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, subaydır, 2 övladı var, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək kimi göy-göyərti alveri ilə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır, 3 ildir ki, sevgili münasibətindədirlər. Samirənin yaşadığı ünvan gedib-gəlir, orada qalır, onun 3 övladına demək olar ki, o baxır. 08 iyun 2024-cü il tarixdə saat 15 radələrində Samirənin yaşadığı ünvanda onunla birlikdə yemək yedikləri zaman Samirənin oğlu Kənan anasına kənar şəxsdən zəng gəldiyini bildirdikdə o, Samirədən zəng edənin kim olduğunu soruşmuş, Samirə isə telefon satdığı mağazadan gələn zəng olmasını bildirdikdə ondan nömrəni göstərməsini istəmişdir. Samirə nömrəni sildiyini bildirdikdən sonra aralarında mübahisə yaranmış, bundan sonra Samirə ilə eyni mübahisə edərək onu əlləri ilə sifətindən bir neçə dəfə vurduqdan sonra onu istəmədiyini, daha ondan ayrılacağını bildirmişdir. Samirə evdən bayıra çıxaraq geri qayıtmadığı üçün narahat olmuşdur. Əvvəllər də, Samirə ilə aralarında mübahisə olduğu zaman evdən qaçdığı üçün onun yenədə getdiyini düşünmüşdür. Təxminən 2 saat sonra Samirə ona zəng edərək Göygöl rayonu Yalqışlaq kəndində getdiyini və uşaqlarını gətirməsini istəmişdir. Bundan sonra o, avtomobilə oturub Göygöl rayonu Yalqışlaq kəndində, Samirənin qardaşı arvadı Əminənin meyvə satdığı yerə getmişdir. Həmin yerdə Samirə ilə birgə onun qardaşı İlqarın arvadı Əminə də orada olmuşdur. Samirədən avtomobilə oturmasını istəsə də, o, maşına oturmamış, Əminə dedikdən sonra Samirə avtomobilə oturmuşdur. Avtomobilin içərisində Samirəyə sillə ilə sifət nahiyyəsindən vuraraq onun sözü ilə avtomobilə oturmadığını, Əminənin deməsi ilə oturduğu üçün irad bildirmişdir. Hal-hazırda əməlindən peşman olmuşdur, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs ondan şikayəti və tələbi də yoxdur. Himayəsində 2 nəfər azyaşlı işaq vardır. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün qismən etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, o, subaydır, 3 övladı var, rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır, onunla 3 ildən artıqdır ki, qeyri-rəsmi ər-arvad olaraq yaşayır. 2024-cü ilin yanvar ayında Azpulmatdan 70 manat kreditə pul götürmüş, ödəyə bilmədiyi üçün həmin borc qalxaraq 140 manat olmuşdur. Ödəyə bilmədiyinə görə də, həmin yerdən müxtəlif vaxtlarda ona məlumat xarakterli zənglər gəldiyini bildirmişdir. Həmin nömrə tək tərəfli olduğu üçün verilən məlumatdan sonra zəng dayandırılır, qarşı tərəfə zəng etmək olmur. 08 iyun 2024-cü il tarixdə yaşadığı ünvanda olduğu zaman oğlu Kənan ona ayrı bir nömrədən zəng gəlməsi barədə Romana danışdıqda o, kim olmasını soruşmuş, o, isə Azpulmatdan gələn zəng olmasını deyərək lazımsız olduğundan həmin nömrəni sildiyini bildirmişdir. 08 iyun 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı ünvanda yemək yediyi zaman Romanla eyni məsələ ilə bağlı aralarında mübahisə yaranmış, həmin zaman Roman onu əli ilə döyərək sağ gözünün altına, burnuna, sol gicgah nahiyyəsinə və təpiklə sol sinəsinin sol hissəsinə vuraraq xəsarətlər yetirmişdir. O, Romanın əlindən qaçaraq saat 18 radələrində Göygöl rayonu Yalqışlaq kəndinə qardaşı İlqarın evinə getmişdir. Həmin vaxt İlqar evdə olmasa da, arvadı Əminə və azyaşlı övladları evdə olmuşlar. Əminə yol kənarında kətə satdığı üçün o da, onun yanında oturub evə girmək üçün Əminənin işini yekunlaşdırmasını gözləmişdir. Təxminən 1 saatdan sonra Roman həmin yerə gələrək ondan onunla getməyini istəmişdir. O isə onunla getməyəcəyini qardaşı İlqarı gözlədiyini bildirmişdir. Lakin, bundan sonra Roman onunla mübahisə edərək Əminənin arxasında gizləndiyi yerdə onun saçından tutaraq sürüməklə avtomobilə doğru aparmışdır. Onunla getməyəcəyini dedikdə isə Roman avtomobildən bıçaq çıxartmaqla onu sarğı nahiyyəsindən bıçaqla vurmaqla ona xəsarət yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ondan üzr istəməsinə görə onunla barışmışdır. Ona görə də ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş 08 iyun 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Göygöl rayonu Yalqışlaq kəndində yol kənarında kətə satılan yerdə baş vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 Göygöl rayon şöbəsindən verilmiş məhkəmə-tibbi ekspertizasının 11 iyun 2024-cü il tarixli 320 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Nürəddin qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ sağrı nahiyyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sağ gözün alt qapağının qançırı, sol gicgah və boyun nahiyyələrinin sıyrıqları-bərk küt əşya(lar)nın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 08 iyun 2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ sağrı nahiyyəsinin deşilmişkəsilmiş yarası və burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi dərəcəsinə görə hər biri ayrı-ayrıqılda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ gözün alt qapağının qançırı, sol gicgah və boyun nahiyyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Narkoloji Dispanserlərdən alınmış arayışlarda Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 24 iyul 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsi və Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq edilməklə, barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan cinayət təqibninə xitam verilmişdir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində qeyd edilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Daşkəsən rayon İHBnın, şəhər İƏDÜ nümayəndəliyində tərtib edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Daşkəsən rayon İHB-nın, şəhər İƏDÜ nümayəndəsinin arayışdan məlum olur ki, Məmmədov X4 şəhəri, Nizami küçəsi, ev 16, mən11-də qeydiyyatda olmaqla, yaşayır. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs Nürəddin qızı ilə birlikdə yaşadığı Daşkəsən şəhəri, Nizami küçəsi 10-da şəxsi münasibətlər zamanı mübahisə zamanı əl və ayaq zərbələri ilə vuraraq Zərərçəkmiş şəxs Nürəddin qızının burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sağ gözün alt qabağının qançırı, sol gicgah və boyun nahiyyələrinin sıyrıqları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığa qəsdən yüngül zərər vurması, bundan başqa oonun təkrar, 08 iyun 2024-cü il tarixdə saat 18 radələrində tanışı Zərərçəkmiş şəxs Nürəddin qızını aralarında eyni gün baş vermiş münaqişədən sonra Göygöl rayonu Yalqışlaq kəndində sonuncunun onunla gəlmək istəməməsi səbəbindən yaranmış mübahisə zamanı avtomobildən götürdüyü istintaqla müəyyən edilə bilməyən bıçaqla bir dəfə qəsdən zərbə vurmaqla sağ sarğı nahiyyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığa qəsdən yüngül zərər vurması tam təsdiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında toplanmış materiallar, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 144-cü (Sübutların yoxlanılması), 145-ci (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlini qismən etiraf edib, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini təkrar törətməsini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən belə qənaətə gəlir ki, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan, islah işləri cəzası təyin edilməlidir. Çünki, Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Eyni zamanda, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ona görə də, məhkəmə göstərilənləri, Azərbaycan Respublikası CM-in 8-ci (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlini qismən etiraf edib, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun hesab edərək onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsini təqsirləndirilən şəxsin islah edilməsi baxımından yetərli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şühbəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunmuş, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasından 08 (səkkiz) gün çıxılmaqla, üzərində aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 11 (on bir) ay, 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını əsas iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-90/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-90/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver