Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-91/2023 10.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Ermənistan, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər Xalq Məhkəməsi tərəfindən xx.xx.1997-ci il tarixdə AR CM-nin 207 maddəsinin 2-ci hissəsi, 23-1 maddələri ilə (köhnə redaksiya) 02 il müddətinə şərti məcburi əməyə cəb eltmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Göygöl şəhəri A.Ələsgər küçəsi ev 37də qeydiyyatda olmaqla Göygöl şəhəri, Elgün Əmiraslanov küçəsi ev 48-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə toxumlarını 2023-cü ilin aprel ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə yaşadığı Göygöl şəhəri, Elgün Əmiraslanov küçəsi ev 48-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunla yetişdirilməsi qadağan edilmiş qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdar hesab edilən, 10 (on) ədəd, ümumi təmiz çəkisi 9,26 qram bitki nümunələri əkilib-beçərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini, 5 (beş) ədəd ümumi təmiz çəkisi 2,76 qram bitki nümunələrinin ştilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin ştillərini əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivatsiya etmiş, 21 aprel 2023-cü il tarixdə saat 23:45-də Göygöl rayon Polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş çağırış əsasında İstintaq-əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs yaşadığı ünvanda olan zaman onun əkib becərərək kultivatsiya etdiyi xeyli miqdar hesab edilən, 10 (on) ədəd, ümumi təmiz çəkisi 9,26 qram bitki nümunələri əkilib-beçərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini, 5 (beş) ədəd ümumi təmiz çəkisi 2,76 qram bitki nümunələrinin ştilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ilə yaxın müddət idi ki, narkotik vasitə olan marixuananı siqaretə kağızına doldurub çəkmə üsulu ilə qəbul edir. Göygöl rayonu ərazisində yerləşən “Azos” adlanan yerə gedib orada yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə bitkilərinin yarpaqlarını toplayıb yaşadığı evə gətirib qurutmuşdur. Sonra o, qurutduğu marixuananı siqaret kağızına doldurub çəkmişdir. O, yabanı halda bitən çətənə bitkilərindən topladığı toxumlarını evin həyətyanı torpaq sahəsində əkmək qərarına gəlmişdir. Belə ki, yaşadığı Göygöl şəhəri, Elgün Əmiraslanov küçəsi ev 48-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə və dibçəklərə təxminən 2023-cü ilin aprel ayının əvvələrində dəqiq gününü xatırlamadığı vaxtda yabanı halda bitmiş çətənə kollarından topladığı toxumlarını əkib qulluq etməyə başlamışdır. Mütəmadi həmin torpaq sahəsinə gedib əkmiş olduğu çətənə kollarına nəzarət və qulluq etmiş, toxumları basdırdığı yerə su tökmüşdür. xx.xx.2023-cü il tarixdə saat 18 radələirndə yaşadığı evə gəlmişdir. Həmin gün təxminən saat 23 radələrində yaşadığı evdə əsəbləşib evdə səs-küy salmış, münaqişə yaratdığı üçün anası Şahid3 DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Həmin vaxt yaşadığı ünvana gələn polis əməkdaşları anasının müraciəti ilə bağlı izahatını aldıqdan sonra ondan yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək istəmələrini bildirərkən, o, polis əməkdaşlarına baxış keçirilmələri ilə bağlı razılıq vermişdir. Baxış zamanı ilkin olaraq polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində hər hansı narkotik vasitə varsa təqdim etməyini bildirmişlər, o isə onlara yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını əkib-becərdiyini və özü istifadə etmək məqsədinin olmasını bildirmişdir. Bundan sonra evin həyətyanı sahəsinə baxış keçirən zaman həyətdə 13 ədəd dibçəklərə 2 ədəd isə torpağa basdırılmış ümumilikdə 15 ədəd çətənə kolları aşkar olunmuşdur. Baxış zamanı çətənə kollarının ona məxsus olduğunu bildirmişdir. Həmin çətənə kollarının 13 ədədi dibçəklə birlikdə qalan 2 ədəd isə kökündən çıxarılıb 1 ədəd qırmızı rəngli kisəyə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılıb götürülmüşdür, o da həmin kisənin üzərinə möhürlə bərkidilmiş kağızları və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Daha sonra onu Göygöl RPŞ-nə gətirmişlər. Göygöl RPŞ-də olan zaman polis əməkdaşları ona narkotik vasitə qəbul etməkdə və əkibbecərməkdə şübhəli olduğunu bildirmişlər və ona hüquqları izah olunduqdan sonra dövlət hesabına müdafiəçi ilə təmin etmişlər. Bundan sonra o, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zaman üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. Bundan sonra ondan narkotik tərkibli çətənə kollarını əkib-becərməyi ilə bağlı suallar vermişlər və o, yaşadığı Göygöl şəhəri, Elgün Əmiraslanov küçəsi ev 48-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə və dibçəklərə təxminən 2023-cü ilin aprel ayının əvvələrində dəqiq gününü xatırlamadığı vaxtda yabanı halda bitmiş çətənə kollarından topladığı toxumlarını əkib qulluq etmişdir.Hazırda törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 21 aprel 2023-cü il tarixdə o, Göygöl RPŞ-də əməliyyat qrupunda olan zaman saat 23:45-də Göygöl şəhəri Elgün Əmiraslanov küçəsi ev 48-də yaşayan Şahid3 oğlu Təqsirləndirilən şəxs münaqişə yaratması barədə RPŞ-nin Növbətçi Hissəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında o, əməliyyat-istinytaq qrupunun digər üzvləri ilə birlikdə həmin ünvana getmişlər. Onlar, qeyd olunan ünvanda olan zaman Şahid3 oğlu Təqsirləndirilən şəxs tərəfindən yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərildiyini bildirmişdir. Bununla bağlı onların yaşadığı ünvan 2 evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evin həyətində beton örtüyün üzərində evin sağ küncündə 2 ədəd dibçəklərdə çətənə koluna bənzər bitkilər aşkar olunmuşdur. Daha sonra evin torpaq örtüklü həyətyanı sahəsinə baxış keçirilən zaman həyatyanı sahənin orta hissəsində 2 ədəd çətənə koluna bənzər bitki aşkar edilmişdir. Bundan sonra isə həyətyanı sahənin fərdi yaşayış evi ilə paralel olan qırmızı mişar daşı ilə hasarlanmış divarın yanına yığılmış taxta parçaların arxa hissəsində 2 ədəd səbətdə içərisində 11 ədəd dibçəkdə və hər dibçəyin içərisində 1 ədəd çətənə koluna bənzər bitkilər əkilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kolları özü qulluq edib yetişdirdiyini etiraf edərək narkotik vasitənin istifadəçisi olduğu üçün kollardan özü istifadə etmək məqsədi ilə əkib becərdiyini bildirmişdir. Bundan sonra həmin 15 ədəd kollar dibçəklərlə birlikdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Göygöl RPŞ-nə gəlməli olduğunu bildirmişlər. Göygöl RPŞ-nin inzibati binasına gəldikdən sonra Təhqiqat Bölməsinin təhqiqatçısı Elşən Əmiraslanov tərəfindən Dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi gəldikdən sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunan heç bir əşya və predmet aşkar olunmamışdır. Baxış aparılması barədə onların iştirakı ilə protokol tərtib edilmişdir. Həmin protokola onlarla bərabər müdafiəçi və Təqsirləndirilən şəxs imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində oğlu Rafiq yaşadıqları ünvana gələrək səs-küy salıb, onunla münaqişə etməyə başlamışdır. O da oğlunun ona və uşaqlarına nəsə etməsindən ehtiyat edib, Göygöl rayon polis şöbəsinə zəng edərək, oğlu Rafiqin evdə münaqişə yaratmasını bildirmişdir. Rafiq uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir, narkotik vasitədən istifadə edikdən sonra da evdə münaqişə yaradır. Təxminən 2023-cü ilin aprel ayının 19-da Rafiqin yaşadıqları evin həyətyanı sahəsində nəyəsə su verdiyini görmüşdür. Rafiq evdə olmayan zaman baxıb görmüşdür ki, Rafiqin qulluq göstərdiyi çətənə bitkiləridir. O, həmin vaxt polisə müraciət etməyə qorxmuşdur ki, birdən Rafiq polisə məlumat verdiyinə görə ona nəsə edər. xx.xx.2023-cü il tarixdə təxminən saat 23:45 radələrində Rafiqin evdə münaqişə yaratması barədə Göygöl RPŞ-yə zəng edərək vermiş olduğu məlumat əsasında polis əməkdaşları yaşadıqları ünvana gələn zaman, polis əməkdaşlarına Rafiqin narkotik tərkibli çətənə kolları əkib qulluq etdiyini bildirmişdir. Məhkəmədə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 21 aprel 2023-cü il tarixdə o, Göygöl RPŞ-də əməliyyat qrupunda olan zaman saat 23:45-də Göygöl şəhəri Elgün Əmiraslanov küçəsi ev 48-də yaşayan Şahid3 oğlu Təqsirləndirilən şəxs münaqişə yaratması barədə RPŞ-nin Növbətçi Hissəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında o, əməliyyat-istinytaq qrupunun üzvləri birlikdə həmin ünvana getmişlər. Onlar, qeyd olunan ünvanda olan zaman Şahid3 oğlu Təqsirləndirilən şəxs tərəfindən yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərildiyini bildirmişdir. Bununla bağlı onların yaşadığı ünvan 2 evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evin həyətində beton örtüyün üzərində evin sağ küncündə 2 ədəd dipçəklərdə çətənə koluna bənzər bitkilər aşkar olunmuşdur. Daha sonra evin torpaq örtüklü həyətyanı sahəsinə baxış keçirilən zaman həyatyanı sahənin orta hissəsində 2 ədəd çətənə koluna bənzər bitki aşkar edilmişdir. Bundan sonra isə həyətyanı sahənin fərdi yaşayış evi ilə paralel olan qırmızı mişar daşı ilə hasarlanmış divarın yanına yığılmış taxta parçaların arxa hissəsində 2 ədəd səbətdə içərisində 11 ədəd dipçəkdə və hər dipçəyin içərisində 1 ədəd çətənə koluna bənzər bitkilər əkilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kolları özü qulluq edib yetişdirdiyini etiraf edərək narkotik vasitənin istifadəçisi olduğu üçün kollardan özü istifadə etmək məqsədi ilə əkib becərdiyini bildirmişdir. Bundan sonra həmin 15 ədəd kollar dipçəklərlə birlikdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Göygöl RPŞ-nə gəlməli olduğunu bildirmişlər. Göygöl RPŞ-nin inzibati binasına gəldikdən sonra Təhqiqat Bölməsinin təhqiqatçısı Elşən Əmiraslanov tərəfindən Dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi gəldikdən sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunan heç bir əşya və predmet aşkar olunmamışdır. Baxış aparılması barədə onların iştirakı ilə protokol tərtib edilmişdir. Həmin protokola onlarla bərabər müdafiəçi və Təqsirləndirilən şəxs imza etmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Məhkəmə-bioloji ekspertizasının 22 aprel 2023-cü il tarixli 16/441 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs həyətyanı sahəsində çətənə koluna bənzər 15 ədəd bitkilər” adlar və imzalar olan sintetik kisədəki, bir ədəd dibçəkdə və kustar hazırlanmış plastik, yarım kəsilmiş alt hissəsi olmayan qablarda: sayı 10 (on) ədəd, ümumi təmiz çəkisi 9,26 qram bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Sayı 5 (beş) ədəd, ümumi təmiz çəkisi 2,76 qram bitki nümunələrinin ştilləri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləridir. Aqronom (mütəxəssisin) X2 rəyinə əsasən təqdim edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə və şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir. - Məhkəmə narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli 1117 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 10 (on) ədəd, ümumi təmiz çəkisi 9,26 qram çətənə (kannabis) bitkiləri və 5 (beş) ədəd, ümumi təmiz çəkisi 2,76 qram çətənə (kannabis) bitkilərinin şitilləri maddi sübut kimi tanınmışdır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmışxx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci ildə Sumqayıt şəhər Xalq məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 207 maddəsinin 2 hissəsi ilə 2 il əməyə mütləq cəlb edilməklə şərti cəza təyin edilmişdir. xx.xx.1999-cü ildə Sumqayıt Dəniz Qvvələri hərbi məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 242 maddəsinin A bəndi ilə 5 il AME cəzasına məhkum edilmiş, xx.xx.1999-cu ildə Qaradağ rayon Xalq məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 93-4 maddəsinin 2 hissəsi, 213 maddəsinin 2 hissəsi ilə 7 il AME cəzasına məhkum edilmiş, xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdən 23 aprel 2023-cü il tarixədək Göygöl RPŞ-nin Müvəqqəti Saxlama yerində saxlanılmışdır. -İşdə olan Göygöl MKTİB-nin xx.xx.2023-cü il tarixli 2084 saylı arayışından, və xasiyyətnamədən görünür ki, Əliyev X5 şəhəri Elgün Əmiraslanov küçəsi 48 saylı ünvanda yaşayır, himayəsində 2008-ci il təvəllüdlü X4 və 2009-cu il təvəllüdlü X3 adlı iki uşağı var və yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 237.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməldən peşiman olmasını və himayəsində 2008 və 2009-cu il təvəllüdlü uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin az ağır cinayətlər qrupuna daxil olması, təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi ona dəlalət edir ki, məhkəmədən də qabaq o, özünü məzəmmət edir. Göstərilənlər məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmuşdur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi nəzərdə tutulmuş az ciddi cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək ona CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə 22 aprel 2023-cü il tarixdən 23 aprel 2023-cü il tarixədək Göygöl RPŞ-nin Müvəqqəti Saxlama yerində həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu cəza müddətinə hesablanmalı, hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş polisin nəzarəti altına vermə qəti imkan tədbiri qüvvəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul ondan tutularaq Dövlət büdcəsinə ödənilməli, maddi sübut hesab edilən 10 (on) ədəd, ümumi təmiz çəkisi 9,26 qram çətənə (kannabis) bitkiləri və 5 (beş) ədəd, ümumi təmiz çəkisi 2,76 qram çətənə (kannabis) bitkilərinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Göygöl rayon mərkəzi xəstəxanasına göndərilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanda yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. İş üzrə mülki iddia yoxdur, həmçinin CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdən 23 aprel 2023-cü il tarixə kimi 01 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanda yerləşən yaşayış yerini saat 23:00dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək,Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. Narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Göygöl rayon Mərkəzi xəstəxnasına göndərilsin. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-də saxlanılan, 10 (on) ədəd, ümumi təmiz çəkisi 9,26 qram çətənə (kannabis) bitkiləri və 5 (beş) ədəd, ümumi təmiz çəkisi 2,76 qram çətənə (kannabis) bitkilərinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza təhqiqatın dəyəri cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-91/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-91/2023
10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver