Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-91/2024 13.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X10 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və zərər çəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Qanuni nümayəndə iştirakları ilə xx xxxxxxxx 1979-cu ildə Ermənistan Respublikası, Vedi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Dadaşov küçəsi ev 16-da qeydiyyatda olmaqla Göygöl şəhəri, Z.Tağıyev küçəsi ev 04-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə saat 20:55 radələrində yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malik olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi BA163890 seriya nömrəli şəhadətnamə əsasında X8 məxsus olan və qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdə bitmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə ilə ona verilmiş “Vaz 21043 minik” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhəri, Azay Kazımov küçəsində Aşıqlı kəndi istiqamətində hərəkətdə olan zaman həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olması, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olması barədə tələbini pozaraq ona nisbətdə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun travmatik şokla müşayiət olunan açıq kəllə-beyin travması, trepanasiya əməliyyatından sonrakı vəziyyət, sol gicgah və beyin əsası sümüyünün sınıqları, baş-beyinə qansızma (subdural, epidural hematoma), beyin kontuziyası, sol dizin yumşaq toxumalarının əzilməsi, bədən səthinin çoxsaylı sıyrıqları ilə müşayiət edilən sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Göygöl şəhəri, Z.Tağıyev küçəsi ev 04-də ailəsi ilə birlikdə yaşayır. Evlidir, 5 övladı var, bir övladı birinci qrup əlildir. Rəsmi iş yeri yoxdur, fərdi olaraq gündəlik fiziki işlərlə məşğul olub dolanır. Mahiyyət üzrə bildirmişdir ki, təxminən bir il əvvəl qaynı Şahid4 özünə məxsus “Vaz 21043” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili alıb xəstə uşağını həkimə aparıb gətirməsi üçün ona vermişdir. Lakin onun sürücülük vəsiqəsi olmamış, həmçinin həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. 17 dekabr 2023-cü il tarixdə saat 23:40 radələrində “Vaz 21043” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə dərman almaq üçün evdən rayon ərazisinə çıxmışdır. Göygöl şəhəri, Aydın Hacıyev küçəsində açıq aptek axtaran zaman işıqforun yanına bir nəfər sonradan tanıdığı Rufan adlı onu taksi kimi Göygöl rayonu Çaykənd kəndinə aparmasını xahiş etmiş, həmin şəxslə 15 manata razılaşmışdır. Hərəkətə başlamış və 17 dekabr 2023-cü il tarixdə saat 23:55 radələrində idarə etdiyi “Vaz 21043” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhəri Azay Kazımov küçəsində Hacıkənd kəndi istiqamətində hərəkət edən zaman həmin küçədə yerləşən “Əkizlər market”in qarşısında anidan sağından soluna tərəf yolu keçən piyada yolun hərəkət hissəsində dayanmış və o, həmin şəxsi vurmuşdur. Həmin anda avtomobili saxlayıb yerə düşmüş və piyadanın yerdə olmasını, başından qan axmasını görmüşdür. Həmin vaxtı orada olan qardaşı oğlu Əmrah, bacısı oğlu Sənan və tanımadığı şəxslər ona kömək etmişlər, xəsarət alan piyadanı avtomobilinin arxa oturacağında uzatmışlar və dərhal Göygöl rayon mərkəzi xəstəxanasına aparmışlar. Göygöl RMX-nın “ACİL” şöbəsində xəstəyə ilkin tibbi yardım göstərilmiş və bundan sonra təcili tibbi yardım avtomobili ilə xəstəni Gəncə şəhərində yerləşən “Mərkəzi Kliniki” xəstəxanasınaya aparmışlar. Hal-hazırda əməlindən peşman olmuşdur. Himayəsində biri 1-ci qrup əlil olmaqla 5 nəfər azyaşlı uşaq vardır. Göstərilənləri nəzərə alıb ona mümkün qədər yüngül cəza təyin etməyi məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin cinayət işi üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxış iclasında zərər çəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Qanuni nümayəndə ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun qardaşıdır. O, hadisə barədə 17 dekabr 2023-cü il tarixdən 18 dekabr 2023-cü il tarixə keçən geçə eşitmişdir və dərhal da yaşadığı Bakı şəhərindən Göygöl şəhərinə gəlmişdir. Məlum olmuşdur ki, qardaşı Zərərçəkmiş şəxs ilk əvvəl Göygöl rayon mərkəzi xəstəxanasına oradan da Gəncə şəhərində yerləşən “Mərkəzi Kliniki” xəstəxanasınaya aparmışlar. Gəncə şəhərində yerləşən “Mərkəzi Kliniki” xəstəxanasında bir müddət qaldıqdan sonra isə Bakı şəhərində yerləşən Neorocərahiyyə İnistituna aparmışlar. Gəncə şəhərində yerləşən “Mərkəzi Kliniki” xəstəxanasında müalicə olunduğu vaxda onların xəstənin müalicəsinə hər gün üçün 1000 (bir min) manat xərci çıxmışdır. Bakı şəhərində yerləşən Neorocərahiyyə İnistitunda xəstənin qalmaq xərcini sığorta qarşılamış olsa da onları dərmanlara hər gün 250 (iki yüz əlli) manat xərci çıxmışdır. Bundan başqa gündəlik qan almağa da xərcləri çıxmışdır. Xəstənin müalicəsinə 60000 (altmış min) manat xərcləri çıxmışdır. Xəstə 01 iyun 2024-cü il tarixdən ev şəraitində müalicə alır. Tibb işçilərinə yenəd xərcləri çıxır. Bundan başqa zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əlavə əməliyatlar, o, cümlədən diz qapağında, aparılmalıdır. Xəstənin yataq yaralarının müalicəsi üçün xaricdən maz alırlar. Təqsirləndirilən şəxs isə hal-hazıra kimi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müalicəsinə heç bir köməklik etməmiş, uşaqları ilə belə maraqlanmamışdır. Ona görə də Təqsirləndirilən şəxs qanuna müvafiq qaydada cəzalanmasını və mülki iddianın tam həcmdə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısıdır. 17 dekabr 2023-cü il tarixdə saat təxminən 23:55 radələrində o, Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “Əkizlər market”in yaxınlığında dayanmışdır. Həmin vaxt markası ona məlum olmayan bir avtomobilin yolu keçmək istəyən piyadanı vurmasını görüb ətrafda olan şəxslərlə birlikdə köməklik göstərmək məqsədilə yaxınlaşmışlar. Bu zaman həmin avtomobilin dayısı Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21043” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil olmasını görmüşdür. Dayısı Xələddinə köməklik göstərərək xəsarət alan piyadanı avtomobilin arxa oturacağında uzatmışlar və onu Göygöl rayon mərkəzi xəstəxanasına aparmışdır. Göygöl RMX-nın “ACİL” şöbəsində xəstəyə ilkin tibbi yardım göstərilmiş və bundan sonra təcili tibbi yardım avtomobili ilə xəstəni Gəncə şəhərində yerləşən “Mərkəzi Klinika”ya aparmışlar. Bir neçə dəqiqə sonra polis əməkdaşları xəstəxanaya gəlmişlər və dayısını polis şöbəsinə aparmışlar. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verməklə, onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yeznəsidir. 2022-ci ilin sonlarında Xələddinin Bakı şəhərində yaşayan tanışından “ Vaz 21043 minik ” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Avtomobili alan zaman Bakı şəhərinə gedə bilmədiyi üçün avtomobili Xələddinin adına verilmiş baş etibarnamə ilə almışlar. Sonradan isə yeznəsi Təqsirləndirilən şəxs avtomobilə dair ona etibarnamə vermişdir. Həmin avtomobili bir müddət istifadə etdikdən sonra daha sürməmiş, sonradan isə idarə etməsi üçün yeznəsi Təqsirləndirilən şəxs vermişdir. Bir müddət idi ki, avtomobili Xələddin idarə etmişdir. Lakin Xələddinə etibarnamə verilməmiş, onun adına olan etibarnamənin müddəti isə bitmişdir. Belə ki, avtomobil onun hesab edilsə də rəsmi olaraq mülkiyyətçi X8 məxsusdur. 18 dekabr 2023-cü il tarixdə gecə saatlarında ona Xələddinin avtomobil ilə piyada vurması məlum olmuşdur. Avtomobilin xeyli müddətdir ki, yeznəsi Təqsirləndirilən şəxs istifadəsində, olmasını, onun “Vaz 21043 minik” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq qeydiyyat nişanının üzərində olmaması, arxa qeydiyyat nişanına isə kustar üsulla düzəliş edilərək ** CO *** edilməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun bacısı oğludur. 17 dekabr 2023-cü il tarixdə saat 21:30 radələrində yaşadığı evdə olarkən bacısı oğlu Elçin anası, həyat yoldaşı X13 və iki azyaşlı övladı ilə onlara gəlmiş və ona Hacıkənd qəsəbəsinə getməyi, uşaqların qar görməyini deyib onlarla birlikdə getməyi təklif etmişdir. O, razılaşmış, Elçinin anası onlarda qalmış, o, qızı, Elçin, həyat yoldaşı və iki övladı ilə birlikdə Elçinə məxsus “X30” markalı avtomobil ilə Göygöl rayonundan keçib Gəncə şəhəri Hacıkənd qəsəbəsinə getmişlər. Orada yol kənarında dayanmışlar, uşaqlar qarda oynamışlar, təxminən 35-40 dəqiqə vaxt keçirmişlər. Daha sonra isə Gəncə şəhəri istiqamətində qayıtmışlar. Avtomobili Elçin idarə etmiş, o isə ön sərnişin oturacağında əyləşmişdir. Göygöl şəhəri, Azay Kazımov küçəsində hərəkətdə olan zaman Elçin avtomobili “Əkizlər” marketin qarşısında saxlamış və təndirdən çörək almaq üçün maşından düşmüşdür. Onlar isə maşında söhbət etmişlər, Elçinin oğlu avtomobilin maqintafonunu işə salmış, buna görə kənar səslər eşitməmişlər. Elçin düşdükdən təxminən 10 dəqiqə keçmiş, lakin o hələ də gəlməmişdir. O, Elçinin yoldaşına Elçinin gec gəlməsi barədə fikrini bildirdikdə o, “yəqin ki çörəyin bişməsini gözləyir” demişdir. 00:04-də arvadı ona zəng edərək harada olduqlarını soruşmuş və ona yolda olduqlarını demiş, bir iki dəqiqə sonra tanımadığı şəxs onların avtomobilin şüşəsindən içəri boylanmış, daha sonra “yolda bir nəfəri maşın vurub sizin adam deyilki?” deyə soruşduqda o, dərhal yerə düşüb yola qaçmış, orada Elçinin “Vaz 2104” markalı avtomobilin arxa oturacağında uzanmasını görmüşdür. O, Elçini kimin vurmasını soruşduqda bir nəfər ona “mən vurdum” demişdir. Daha sonra sürücünün adını bilmədiyi tanışı ilə Elçini Göygöl rayon mərkəzi xəstəxanasına aparmışlar, orada Elçinə ilkin tibbi yardım göstərmişlər, oradan isə onu TTY avtomobili ilə Gəncə şəhəri “Mərkəzi Klinika” xəstəxanasına aparmışlar. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Göygöl şəhəri, Azay Kazımov küçəsidir. Hadisə gecə vaxtı baş vermişdir, “Vaz 21043 minik” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl şəhəri, Azay Kazımov küçəsində Aşıqlı kəndi istiqamətində hərəkətdə olan zaman həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olması, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olması barədə tələbini pozaraq ona nisbətdə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vurmuşdur. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edlən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X27 Şəxsinin Göygöl rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 26 yanvar 2024-cü il tarixli 52 nömrəli rəyində göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – travmatik şokla müşayiət olunan açıq kəllə-beyin travması, trepanasiya əməliyyatından sonrakı vəziyət, sol gicgah və beyin əsası sümüyünün sınıqları, başbeyinə qansızma (subdural, epidural hematoma), beyin kontuziyası, sol dizin yumşaq toxumalarının əzilməsi, bədən səthinin çoxsaylı sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükləli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 08 fevral 2024-cü il tarixi 8/187 nömrəli rəyində müəyyən edilmişdir: 1-2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz 21043 markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-kimyəvi ekspertizasının 30 dekabr 2023-cü il tarixli 4581/K nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində meyil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli 3781/2023 saylı “sərxoşluq vəziyətinin tibbi müayinəsi” Aktından məlum olur ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X2 alınmış arayışlarda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan texniki pasportdan məlum olur ki, “Vaz 21043 minik” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 09 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən yaşayış yerindən arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri, Z.Tağıyev küçəsi ev 04-də yaşayır. Onun himayəsində 5 nəfər azyaşlı uşaq (2012-ci il təvəllüdlü, X11, 2013-ci il təvəllüdlü, X7, 2015-ci il təvəllüdlü, X12, 2017-ci il təvəllüdlü, X9, 2022-ci il təvəllüdlü, X17) vardır. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 25 saylı Tibbi Sosial Ekspert Komissiyasının məlumatından məlum olur ki, 2012-ci il təvəllüdlü, X14 “X23 davamlı qalıq dövrü” diaqnozu xəstəsidir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən mülki iddiadan məlum olur ki, mülki iddiaçı zərər çəkmiş şəxsin qanuni nümayəndəsi və Qanuni nümayəndə cavabdeh Təqsirləndirilən şəxs və X3 zərər çəkmiş şəxs Qanuni nümayəndə müalicəsi üçün çəkilən xərcə görə 50000 (əlli min) manat, vurulmuş maddi ziyana görə 10000 (on min) manat, vurulmuş mənəvi ziyana görə 50000 (əlli min) manat olmaqla cəmi 110000 (bir yüz on min) manat pul tələb edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ehtiyatsızlıq nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarında göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətnamə ilə səciyələnməsini, əməlini etiraf edib peşman olmasını, himayəsində 5 nəfər azyaşlı uşaq olmasını, onlardan 2012-ci il təvəllüdlü, X4 “X23 davamlı qalıq dövrü” diaqnozu ilə xəstə olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törədəcəyi ehtimalının olmadığunu nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Eyni zamanda, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ona görə də, məhkəmə göstərilənləri, Azərbaycan Respublikası CM-in 8-ci (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona ədalətli cəza təyin edilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddiaçı zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Təqsirləndirilən şəxs və X8 qarşı mülki iddia ərizəsi ilə müraciət edərək, onlardan zərər çəkmiş şəxs Qanuni nümayəndə müalicəsi üçün çəkilən xərcə görə 15000 (on beş min) manat hissədə təmin edilməsi daha da ədalətlidir. Həmçinin cavabdeh X15 mülki iddiaya cavab verməli şəxs olmadığına görə qeyd edilən məbləğ cavabdeh Təqsirləndirilən şəxs alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Bundan başqa Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınıb Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsnə əsasən 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. X24 оğlundan 15000 (on beş min) manat alınıb, mülki iddiaçı, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınıb Az.MEM, VÖİN **********, AZ34 CTRE ********************, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə ödənsin. Hökmün icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-91/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-91/2024
13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver