Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-92/2024 11.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 9-də qeydiyyatda olmaqla yaşayan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-238/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni təkrar əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, ümumi təmiz çəkisi 465 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib, hazırlayıb üzərində saxlayaraq daşıyarkən 25 may 2024 -cü il tarixdə saat 16:10 radələrində Gəncə st. XPŞ-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tərəfindən ünvan 1 ünvanında yerləşən X13 peronunda saxlanılaraq Gəncə şəhər, Zülfü Hacıyev küçəsi 39 ünvanında yerləşən X25 Şöbəsinə gətirilərək üzərinə baxış keçirilən zaman əlində olan göy rəngli polietilen torbadan satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşıdığı xeyli miqdarda yəni, 1 (bir) ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 465 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, 01 ədəd polietilen torbada olan qəzetə bükülmüş digər bir polietilen torbada təmiz çəkisi 300 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 05 iyun 2024-cü il tarixdə saat 13:00 radələrində Göygöl rayon Polis şöbəsinin Sarısu Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu Yeni Zod kəndində “Alma Bağı” deyilən ərazidə narkotik vasitələrin istifadəsində, saxlamasında və gəzdirilməsində şübhəli bilinərək ünvan 4 ünvanında yerləşən Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərində şəxsi axtarış keçirilən zaman qarıın hissədə gödəkçəsinin altında saxladığı 01 ədəd polietilen torbada olan qəzetə bükülmüş digər bir polietilen torbada təmiz çəkisi 300 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tərkiblərinə görə müxtəlif olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 ildir ki, nəşə kimi tanıdığı narkotik vasitə olan marixuanadan istifadə edir. X9 piyada dəmir yolu relslərinin kənarı ilə X27 vağzalına gedən zaman, dəmir yol relslərinin kənarında yığılmış betonların yaxınlığında bir ədəd bükülü vəziyyətdə göy rəngli selofan paket görmüşdür. Bundan sonra həmin paketi götürüb içərisinə baxan zaman nəşə kimi tanıdığı marixuananın olduğunu görmüş, belə ki, özü nəşədən siqaretə doldurmaq yolu ilə istifadə etdiyindən həmin tapdığı kütlənin nəşə olduğunu bilmiş və həmin selofan paketi götürüb dəmir yolunun yaxınılığında köhnə vaqonların birinin içərisində gizlətmişdir. Son vaxtlar yağışlar yağdığından fikirləşmişdir ki, sellofanda olan nəşə nəmlənər bu məqsədlədə xx.xx.2024-cü il tarixdə 15:30 radələrində X27 vağzalına gəlmiş və nəşəni gizlətdiyi yerə gedib oradan sellefon paketdə olan nəşəni götürmüşdür ki, aparıb yaşadığı evdə gizlətsin və az-az istifadə etsin. Daha sonra X26 Vağzalının yaxınlığında “nəşə”-ni gizlətdiyi yerə getmiş və “nəşə”-ni götürdükdən sonra yaşadığı evə getmək üçün X27 Vağzalına tərəf gəlmişdir. X27 Vağzalının peronunda olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələri göstərərək polis əməkdaşı olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamağında şübhəli olduğunu bildirərərk Gəncə XPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək Gəncə XPŞ-nə getmişdir. Gəncə XPŞ-də olan zaman xidməti iş otağında hüquq və vəzifələri izah edilmiş, bundan sonra hüquqlarını müdafiə etmək üçün ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər. O, maddi imkanı zəif olduğundan hüquqlarının müdafiəsini dövlət hesabına təyin edilmiş vəkil vasitəsilə müdafiə olunmasını bildirmiş və vəkil X10 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlər müdafiəçi tərəfindən ona ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əlində olan göy rəngli sellofan torbanı içərisində nəşə kimi tanıdığı narkotik vasitə ilə birlikdə təqdim etmişdir. Sonra həmin kütləyə baxış keçirilmiş və onu elektron tərəzidə çəkmişlər, nəşə kimi tanıdığı narkotik vasitənin ümumi çəkisi 482 qram olması müəyyən edilmişdir. Daha sonra həmin selofan qablaşdırılmış, üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt video çəkiliş çəkilmişdir. Daha sonra həmin narkotik vasitə olan qurudulmuş marixuananı tapdığı və gizlətdiyi yerə, yəni X27 vağzalının yaxınlığında olan dəmir yolu relslərinin və köhnə vaqonların olduğu yerə onun, polis əməkdaşlarının, həmçinin müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və həmin ərazidən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. 05 iyun 2024cü il tarixdə saat 10-11 radələrində Göygöl rayonu Yeni Zod kəndinə istirahət etmək məqsədi ilə getmişdir. “Alma Bağı” ərazisində piyada gəzən zaman yerdə sellofan torba görmüş və sellofan torba diqqətini çəkdiyi üçün açıb içinə baxdıqda torbada marixuana olmasını görmüşdür. Özü də narkotik istifadəçisi olduğundan nəşə dediyi marixuananı tanımış və istifadə etmək məqsədi ilə əlində saxlamışdır. Bundan sonra orada biraz da piyada gəzmişdir və saat 13 radələrində ona 3 nəfər şəxs yaxınlaşaraq, özlərini ona polis əməkdaşları kimi təqdim etmişlər və ona narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu deyərək onu Göygöl rayon polis şöbəsinə gətirmişlər. Göygöl RPŞ-də təhqiqatçı tərəfindən ona hüquqlarının müdafiə olunması üçün özünə müdafiəçi dəvət etməyini, maddi imkanı yoxdursa ona təqdim edilmiş siyahıdan istədiyi vəkili hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət edə biləcəyini demişlər. O, ona təqdim edilmiş siyahıdan X1 S.Bağırovun onun hüquqlarını dövlət hesabına müdafiə etməsini istəmişdir. Vəkil Siyavuş Bağırovun dəvət olunmasından sonra S.Bağırovun və digər polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya vardırsa təqdim etməyi təklif edilmiş, qeyd etmişdir ki, o, marixuananı qarın hissəsində gödəkçənin altında saxlamışdır. O da özü təqdim etməsə narkotik vasitəni aşkar edəcəklərini bilib qarnında olan sellofan torbanı təqdim etmişdir. Bundan sonra ondan aşkar olunmuş marixuana sellofan torba ilə birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş, çəkisi 345 qram olması müəyyən edilmişdir. Həmin kütlə zərfə qablaşdırılıb möhürlənərək götürülmüş, o da qablaşdırmanın üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Əlavə olaraq bildirdi ki, ona məhkəmədə ifadə verməsi ilə bağlı təzyiq göstərilməyib və qeyd olunan hər iki epizod üzrə özünü təqsirli bilir. O nə narkotik vasitə almamış nə də ki satmamış, sadəcə istifadə etmişdir. Odur ki, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Göygöl şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması barədə Göygöl rayon Polis şöbəsinin Sarısu Polis bölməsinə daxil olmuş məlumat əsasında, yəni Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə Sarısu PB-nin rəisi polis mayoru Şahid1 tərəfindən Göygöl RPŞ-nin rəisinə raportla məruzə edərək bu barədə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 05 iyun 2024-cü il tarixdə saat 13:00 radələrində Təqsirləndirilən şəxs Göygöl rayonu Yeni Zod kəndi ərazisində yerləşən “Alma bağı” adlanan ərazidə olması müəyyən edilərək, o və Sarısu PB-nin sahə polis nəfəri, polis baş serjantı X11 ilə birlikdə həmin əraziyə gedilmiş və Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib Təqsirləndirilən şəxs Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkilişlə təhqiqatçı, polis baş leytenantı Elməddin Kamalov tərəfindən onların və Göygöl rayonu vəkil bürosunun vəkili X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin altından 1 ədəd sellofan bükümün içərisində olan digər sellofan torbadakı qəzetə bükülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlə xüsusi elektron tərəzidə çəkilmiş və həmin kütlə bükümlə birlikdə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol onlar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni Göygöl rayonu Yeni Zod kəndi ərazisində yerləşən “Alma bağı” adlanan ərazidə yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və tərtib edilmiş protokol onlar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Ülvi adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra həmin məlumat əsasında Gəncə st. XPŞ-in CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs X27 stansiyasında olması müəyyən edilərək həmin əraziyə gedilmiş. X24 yol stansiyasında olan zaman Təqsirləndirilən şəxs həmin stansiyanın peronunda olduğunu görüb, ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər və Gəncə st. XPŞ-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Gəncə st. XPŞ-nə gəlmişdir. Gəncə st. XPŞ-də Təqsirləndirilən şəxs təhqiqatçı Ramin Həmidov tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil X4 Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona bu barədə bildiriş təqdim olunmuş və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli polietilen torbanı və üzərində olan bir qutu siqaret, bir ədəd alışqanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra həmin polietilen sellefona baxış keçirən zaman içərisəndə ilk baxışda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə polietilen sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş və polietilen sellofan ilə birlikdə çəkisi 482 qram müəyyən olunmuşdur. Bundan sonra həmin kütlə sellofan ilə birlikdə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir qutu siqaret, bir ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, üstündən aşkar olunan kəskin iyli maddənin “nəşə” - “qurudulmuş marixuana” olduğunu və həmin narkotik vasitəni saxlanılmazdan 2 gün əvvəl X27 vağzalının yaxınlığında relslərin kənarından tapdığını, öz istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Ülvi adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, daha sonra həmin məlumat əsasında Gəncə st. XPŞ-in CAB-ın rəisi vəzifəsində işləyən, polis kapitani Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs X27 stansiyasında olması müəyyən edərək həmin əraziyə getmişlər, X24 yol stansiyasında olan zaman Təqsirləndirilən şəxs həmin stansiyanın peronunda olduğunu görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər və Gəncə st. XPŞ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Gəncə st. XPŞ-nə gəlmişdir. Gəncə st. XPŞ-də Təqsirləndirilən şəxs təhqiqatçı Ramin Həmidov tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmişdir və vəkil X4 Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs bu barədə bildiriş təqdim olunmuş və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli polietilen torbanı və üzərində olan bir qutu siqaret, bir ədəd alışqanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra həmin polietilen sellofana baxış keçirən zaman içərisəndə ilk baxışda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə polietilen sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş və polietilen sellofan ilə birlikdə çəkisi 482 qram müəyyən olunmuşdur. Bundan sonra həmin kütlə sellofan ilə birlikdə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir qutu siqaret, bir ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, üstündən aşkar olunan kəskin iyli maddənin “nəşə” - “qurudulmuş marixuana” olduğunu və həmin narkotik vasitəni saxlanılmazdan 2 gün əvvəl X27 vağzalının yaxınlığında relslərin kənarından tapdığını, öz istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş rayon polis şöbəsinin Sarısı Polis bölməsinin sahə polis nəfəri X6 ifadəsində, həmçinin ibtidai istintaq dövründə dindirilmiş və məhkəmə baxışında iştirakının təmin edilməsi mümkün olmadığından iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul olunması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmuş, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınması və onunla şübhəli şəxs qismində zəruri hərəkətlər keçirilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:40-da Azərbaycan Respublikası Göygöl RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elməddin Kamalov tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. “Şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi teklif edilmiş, bu təklifdən sonra o qarın hissəsində gödəkçənin altında saxladığı sellofan torbanın içərisində olan diger sellofan torbadakı qəzetə bükülmüş narkotik vasitəyə bənzər kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə olan nəşə (marixuana) olmasını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və üzərindən iki qutu siqaret, bir ədəd "Nokia" markalı mobil telefon, 1 qutu kibrit, bir ədəd tibbi maz, eləcə də 5 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi nəşə adlandırdığı narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və iki ədəd sellefon torba və büküldüyü qəzetlə birlikdə çəkisi 345 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs suallar ünvanlanmış və o, üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni Göygöl rayonu Yeni Zood kəndində yerləşən Alma Bağı adlanan ərazidə yerdən tapmasını, öz istifadəsi üçün üzərində gəzdirməsini, heç kimə satmamasını, başqa heç bir yerdə narkotik vasitə saxlamamasını bildirmişdir. Baxış zamanı həmin kütlə sellefon və qəzetlə birlikdə zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmiş, şəxsi axtarış və götürmə, xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmış, bundan sonra protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 05 iyun 2024-cü il tarixli 16/651 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs.” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen torbada olan qəzetə bükülmüş digər 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 300 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin qurudulmuş marixuanadan 0,2 qram tədqiqata sərf edildi, qalıq 299,8 qram. “Cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul olunması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin müstəntiqi, Rəşad Zeynalov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı lentə alınmış videogörüntünün əks olunduğu 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı 01 ədəd CD disk - ağ rəngdə olması, üzərində şəffaf rəngdə "BİNGO", "CD-R", "2x-56X", "Made in Tainvan" yazıları olması, diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin "DVD ROM"una daxil edilərək videoyazıya baxış keçirən zaman 09:30 dəqiqə davam edən videogörüntü olması müşahidə edilmişdir. Videogörüntüdə 3 nəfər xidməti geyim formasında olmaqla 6 nəfər şəxs olması müəyyən edilmişdir. Həmin şəxslərin Göygöl RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elməddin Kamalov, Göygöl RPŞ-nin Sarısu PBnin rəisi polis mayoru Şahid1, Sarısu PB-nin polis sahə polis nəfərləri polis baş serjantı Şahid2 və polis baş serjantı Fizuli Mehdiyev, Göygöl rayon Vəkil bürosunun vəkili X12 və şübhəli şəxs Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, təhqiqatçı Elməddin Kamalov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəsində və üzərində gəzdirilməsində şübhəli olması səbəbindən saxlanılaraq polis şöbəsinə gətirilməsi izah edildikdən sonra ondan iştirakçılara etirazının olub-olmaması soruşulmuş, daha sonra müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmiş və üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olub-olmaması, vardırsa təqdim olunması bildirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin içindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, təhqiqatçı Elməddin Kamalov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nə olması barədə suallar verilən zaman o, həmin maddənin marixuana olmasını, Hacıkənd kəndi ərazisində yerləşən "Alma bağı" adlanan yerdən tapdığını və özü qəbul etmək üçün saxladığını demiş, bundan sonra sahə polis nəfəri Fizuli Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, cibləri yoxlanılmış və üzərindən iki qutu siqaret, bir ədəd Nokia markalı mobil telefon, bir qutu kibrit, bir ədəd tibbi maz və 5 manat pul aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin bükümlə birlikdə çəkisi 345 qram olması müəyyən edilmiş, bundan sonra bükümdə olan narkotik vasitəyə bənzər kütlə bükümlə birlikdə kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 72 nömrəli möhürü ilə möhürlənmiş, iştirakçılar və şübhəli şəxs tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim olunması üçün götürülmüş, bundan sonra şübhəli şəxsin müdafiəçisi Siyavuş Bağırov tərəfindən Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq edilib-edilməməsi soruşulduqda U.Novruzov ona qarşı heç bir zorakılıq edilmədiyini bildirmiş, bununla da şüphəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən lentə alınmış 01 ədəd CD diskin içərisində olan videogörüntüyə keçirilmiş baxış başa çatmışdır. “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman lentə alınmış videogörüntünün əks olunduğu 01 ədəd CD disk, üzərindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 299,8 qram narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınması və Təqsirləndirilən şəxs götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 299,8 qram narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Göygöl RPŞ-nin saxlanc yerinə verilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi üçün MSY-dən azad edilməsi, qərarın sürətinin icra edilməsindən ötrü Gəncə şəhər, BPİ-nin 1-ci polis şöbəsinə göndərilməsi qərara alınmışdır. “Təqdim edilmiş “Nokia 150DS Blue” markalı mobil telefona baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin müstəntiqi, Rəşad Zeynalov tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus “Nokia 150DS Blue” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı “Nokia 150DS Blue” markalı mobil telefon-üzərində hər hansı üzlük olmaması, mobil telefonun göy rəngdə olması, arxa hissəsində “nokia” sözü yazılması, mobil telefonun içərisinə daxil olub baxdıqda müxtəlif zənglərin olması və zənglərin getməsi əks olunmuş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Nokia 150DS Blue” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir şey aşkar edilməmiş, bununla daTəqsirləndirilən şəxs məxsus “Nokia 150DS Blue” markalı mobil telefona keçirilmiş baxış başa çatmışdır. Göygöl RPŞ-yə verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığının 01 iyul 2024-cü il tarixli cavabından görünür ki, keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı konkret olaraq kimdən əldə etməsini, həmçinin kiməsə satması faktının müəyyən etmək mümkün olmamışdır. “Cinayət işinin bir icraatda birləşdirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icraatda olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatda həmin maddə ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməli və cinayət işinin nömrəsi ********* nömrəsi ilə saxlanılması qərara alınmışdır. “Cinayət işinin icraata qəbul olunması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, material üzrə xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum olunmuş, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması və Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 16:10 dəqiqədən tutulmuş hesab edilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:55-də Azərbaycan Respublikası Gəncə XPŞ-nin İTQ-nin baş təhqiqatçısı, polis mayoru Ramin Həmidov tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Gəncə ŞBPİ-nin MSY-yə təhvil verilmişdir. “Şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. “Şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan göy və ağ rəngli üzərində "Viktoriya" sözləri yazılmış sellefon paketə bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni könüllü olaraq təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd alışqan və bir qutu "Prima" markalı siqareti təqdim etmiş və şəxsi axtarış zamanı digər qanunsuz əşya və vasitələr aşkar olunmamışdır. Götürülmüş ilk baxışdan nakotik vasitə olan "qurudulmuş marixuanaya"-a oxşar kütlə tərəflərindən elektron tərəzisində çəkilmiş, sellefon paket ilə birlikdə 482 qram olmaqla aşkar olmaqla aşkar olunduğu sellefon paket ilə birlikdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənərək üzəri iştirkçılar tərəfindən imzalanmış, qablaşdırılmış kütlənin narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə rǝy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin X15 göndərilmişdir. Baxış bitdikdən sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd alışqan və bir qutu “Prima” markalı siqaret heç bir sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılmış, Təqsirləndirilən şəxs ondan aşkar olunan kütlənin narkotik vasitə olduğunu və saxlanmazdan təxminən 2 gün əvvəl Gəncə dəmir vağzalının yaxınlığında relslərin kənarında tapdığını, özünün istifadə etdiyi üçün üzərində saxladığını bildirmişdir. Protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən iştirakçılar tərəfindən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamış, Təqsirləndirilən şəxs üzərinə baxış video çəkiliş vasitəsilə süni işıqlandırılması şəraitində keçirilmiş və protokol tərtib olunmuşdur. Protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. “Baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığı və gizlətdiyi yerlərə baxış keçirilmiş, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni X22 yaxınlığından keçən Gəncə-Gəncəçay dəmir yolu mənzilinin 32-ci km də olması, həmin yerdə dəmir yol relsinin kənarında olan beton şpolların yanını Təqsirləndirilən şəxs göstərərək bildirmişdir ki, üzərində aşkar edilmiş narkotik vasitəni həmin yerdən tapmış və narkotik vasitəni tapdıqdan sonra yaxınlıqda olan istifadəsiz vaqonun içərisində gizlətmişdir. Baxışın davamı olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığı yerdən 40 metr aralıda olan istifadəsiz vaqonu göstərərək bildirmişdir ki, tapdığı narkotik vasitəni vaqonun içərisində gizlədib və sonra isə gəlib narkotik vasitəni vaqonun içərisindən götürmüşdür. Baxış gündüz vaxtı təbii işıqlandırma şəraitində keçirilmiş, baxış zamanı videoçəkilişdən istifadə edilərək protokola əlavə edilmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 25 may 2024-cü il tarixli 16/609 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxsvun üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan göy rəngli polietilen torbada, təmiz çəkisi 465 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi 0,2 qram, qalıq 464,8 qram. “İstintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1-30 saylı material araşdırmanın davam etdirilməsi üçün Gəncə st. XPŞ-nin istintaqına göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması, ona həmin maddə ilə ittiham elan olunması və qərarın surəti təqdim edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli vəsatətdən və “qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsinə dair” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə də barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə Gəncə şəhər prokuroru qarşısında vəsatət qaldırılmış, lakin, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroru təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsini məqsədə müvafiq hesab edərək, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında qərar qəbul etmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 27 may 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və Gəncə şəhər BPİ-nin MSY-dən azad edilməsi, qərarın icra edilməsi Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. “Video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Gəncə st. XPŞ-nin, İTQ-un baş müstəntiqi, polis baş leytenantı Hikmət Əliyev tərəfindən icraatında cinayət işi üzrə 1 ədəd DVD diskdə olan xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs Gəncə st. XPŞ-nin əməkdaşları tərəfindən X27 stansiyasında yerləşən Gəncə st. XPŞ-nə gətirildikdən sonra Gəncə st. XPŞ-nin inzibati binasında üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərə baxış keçirilmiş, baxış zamanı Gəncə şəhər Dəmir Yol stansiyasında yerləşən Gəncə st. XPŞ-də Gəncə st. XPŞ-nin İTQ-nın baş təhqiqatçısı, polis mayoru X14 CAB-ın rəisi, polis kapitanı Şahid4, əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid5, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və sonuncu heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs əlində olan göy rəngli polietilen torbanı və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd alışqan və 1 ədəd "Prima" markalı siqareti təqdim etmiş, həmin polietilen sellefona baxış keçirən zaman içərisəndə ilk baxışda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə polietilen sellefon ilə birlikdə elektron tərəzidə çəkilmiş və polietilen sellefon ilə birlikdə çəkisi 482 qram müəyyən olunmuşdur. Bundan sonra həmin kütlə sellefon ilə birlikdə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaret və bir ədəd alışqan sonuncunun özünə qaytarılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, üstündən aşkar olunan kəskin iyli maddənin "nəşǝ" "qurudulmuş marixuana" olduğunu və həmin narkotik vasitəni saxlanılmazdan 2 gün əvvəl X27 vağzalının yaxınlığında relslərin kənarından tapdığını, öz istifadəsi üçün götürǝrǝk X27 stansiyasının yaxınlığında olan boş vaqonda gizlətdiyini bildirmişdir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. “Video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Gəncə st. XPŞ-nin, İTQ-un baş müstəntiqi, polis baş leytenantı Hikmət Əliyev tərəfindən icraatında olan cinayət işi üzrə 1 ədəd DVD diskdə olan xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs Gəncə st. XPŞnin əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisində yerləşən Gəncə st. XPŞ-nə gətirildikdən sonra Gəncə st. XPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütləni tapdığı və gizlətdiyi yerə video çəkiliş ilə baxış keçirilməsi zamanı və qeydə alınmış video görüntülərə baxış keçirilmiş, baxış zamanı Gəncə st. XPŞ-nin İTQ-nın baş təhqiqatçısı, polis mayoru X14, Gəncə şəhər BPİ-in MSY-in polis nəfəri Elnur Məmmədovun, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili X4 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs 1 ədəd polietilen torbada olan qurudulmuş marixuanaya bənzər kütləni xx.xx.2024-cü il tarixdə X22 yaxınlığında relslərin yaxınlığında tapdığı yerə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs qeyd edilən yeri göstərərək bir ədəd polietilen torbada olan qurudulmuş marixuananı tapdığı yeri göstərmiş, bundan sonra həmin yerdən 40 metr aralıda olan boş vaqonda həmin kütləni gizlətdiyi yeri göstərmiş, həmin ərazidən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilmiş 10 iyun 2024-cü il tarixli, 1026 nömrəli rəy alınmışdır. Rəydən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə st. XPŞ-yə verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığının 10 iyun 2024cü il tarixli cavabından görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən yaşadığı evdə, yaxud digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icraatda olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi Göygöl RPŞ-nin İnstintaq Bölməsində istintaqı aparılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə göndərilməsi qərara alınmışdır. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 13 avqust 2024-cü il tarixli 16/835 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində ağ kaızda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan MEM-ə məxsus kağız paketdəki marixuana ilə, üzərində “Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan kağız paketdəki marixuana tərkiblərinə görə müxtəlifdirlər. Marixuananın təmiz çəkisi -464,8 qr (1-№-li ob.), -299,8 qr (2№-li ob.) tədqiqata cəmi sərf edildi – 01 qr (hər obyektən 0,05 qr götürüldü), qalıq -464,75 qr (1-№-li ob.), -299,75 qr (2№-li ob.) “Maddi sübut kimi tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman lentə alınmış videogörüntünün əks olunduğu 01 ədəd CD disk, üzərindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 464,75 qram və 299,75 qram narkotik vasitə qurudulmuş marixuana və həmin marixuananı tapdığı yerə baxış aparılan zaman lentə alınmış videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə sübut kimi tanınması və Təqsirləndirilən şəxs götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 464,75 qram narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Göygöl RPŞ-nin saxlanc yerinə verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2419 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanında qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2418 nömrəli xasiyyətnamədən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir mənfi məlumat daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə yeni məzmunda yenidən ittiham elan edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı çəkisi ekspert rəylərində göstərilən çəkidə qəbul edilməsi və ona elan edilmiş ittihamda onun qanunsuz olaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi rəydə göstərilən miqdarında əsas götürülməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotropm maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın mənbəyi istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs hər iki fakt üzrə üzərinə baxış keçirilən zaman, narkotik vasitəni tapdığı yerə baxış keçirilən zaman videolentə alınaraq 03 ədəd DVD diskə köçürülmüş və cinayət işinin istintaq sənədlərinə əlavə edilmiş videogörüntülər, həmçinin iş üzrə məhkəmə kimyəvi-bioloji, məhkəmə narkoloji ekspertizasının rəyləri, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eləcədə digər istintaq hərəkəti protokolları iş üzrə subut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin yenidən dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən xx.xx.1982-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvəllər məhkum olunmuş, ünvan 9-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Röyal Sadıqov tərəfinfən Göygöl RPŞ-nin rəisi polis polkovniki Şəmşir Kazımova ünvanlanmış məktubdan görünür ki, Göygöl RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 464,8 qram narkotik vasitə qurudulmuş marixuana və tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 299,8 qram narkotik vasitə qurudulmuş marixuananın Göygöl RPŞ-də ayrılmış xüsusi yerdə saxlanılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış təlabnamə arayışından, məhkəmə hökmü və qərarlarından məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsi tərəfindən AR CM-nin 177.2.3, 177.2.4 maddələri ilə 2.000 manat cərimə cəzasına məhkum edilmiş, AR Milli Məclisin xx.xx.2013cü il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. xx.xx.2020-ci il tarixdə Göygöl rayon Məhkəməsi tərəfindən AR CM-nin 234.1 maddəsi ilə 11 ay 28 gün AME cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə Göygöl rayon Məhkəməsi tərəfindən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 maddələri ilə 3 il AME cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 2 il 6 aya endirilmiş, xx.xx.2021-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarına əsasən AR Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2023-cü il tarixdə barəsində Gəncə ŞBPİ tərəfindən AR CM-nin 234.1 maddəsi ilə istintaq edilən cinayət işi məhkəməyə göndərilmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserdən təqdim edilmiş 06 avqust 2024-cü il tarixli, 4080 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 1(066)-21/2020 nömrəli 12 iyun 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il azadlıqdan məhrum etmə cəzası yeni təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-284/2020 nömrəli 22 sentyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 1(066)-21/2020 nömrəli 12 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 il müddətinə endirilmiş və CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 7(023)-645/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, 66.5 və 234.1-ci maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 02 il 06 ay müddətinə endirilmiş, 5 saylı X16 faktiki cəza çəkən Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarın 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azadılması qərara alınmışdır. Cinyət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 1(125)- 238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 9 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına köçürülməsi və qərarın surətinin onun icrasına nəzarəti həyata keçirmək üçün Gəncə şəhər prokurorluğuna göndərilməsi qərara alınmışdır. Cinyət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 1(125)- 238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 01 iyun 2023-cü il tarixdən 03 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün olmaqla cəmi 04 (dörd) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 iyun 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınması, iş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,898 qram və 0,500 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması və ş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 97,20 (doxsan yeddi manat iyirmi qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 1(125)-238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə Şəhər Məhkəməsinin 1(125)-238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2024cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi onun cəzasını ağırlaşdıran haldır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini, cinayəti ağırlaşdıran halı, təqsirləndirilən şəxsin şəxsiyyətini, səhhətini, onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi isə əvvəllər satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma cinayət əməllərinə görə və başqa cinayət əməllərinin törədilməsində təqsirli bilinərək dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2. və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, Novruzov Vahid oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 1(125)-238/2024 saylı hökmü ilə təyin olunmuş 01 (bir) 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bu iş üzrə və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-238/2024 saylı cinayət işi üzrə hökmündə göstərilmiş 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixə, 01 iyun 2023-cü ildən 03 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 08 (səkkiz) günün bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 8 (səkkiz) gün müddət hazırki hökümlə təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətində azadlıqdan məhrum etmə cəzаsı saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli, barəsində əvvəlki hökmələdə müəyyən edildiyi kimi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməli və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 08 iyun 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2024-cü il tarixli, 1026 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzəb çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxsə cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 299,75 qram və 464,75 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 97,20 (doxsan yeddi manat iyirmi qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, X2 kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 60 manat məbləğində pul ödənilməsi üçün işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 1(125)-238/2024 saylı hökmü ilə təyin olunmuş 01 (bir) 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bu iş üzrə və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(125)-238/2024 saylı cinayət işi üzrə hökmündə göstərilmiş 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixə, 01 iyun 2023-cü ildən 03 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 08 (səkkiz) günün bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 8 (səkkiz) gün müddət hazırki hökümlə təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətində azadlıqdan məhrum etmə cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 08 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 97,20 (doxsan yeddi manat iyirmi qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, X2 kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 299,75 qram və 464,75 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-92/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-92/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver