Məhkəmə qərarları › İş №1(066)-93/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-93/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-93/2023 07.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1971-ci ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkumluğu ödənilmiş, Gəncə şəhəri Kəpəz rayonu, Tağı Arani küçəsi 1-ci döngə, ev 7, mənzil 22-də daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu təkrar yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, 2022-ci ilin iyun ayında dəqiq günü istintaqa məlum olmayan vaxtda özgə əmlakını gizli yolla talama məqsədi ilə ünvan 2-də yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin küçədən olan giriş darvazasının açıq olmasından istifadə edərək evin həyətyanı sahəsinə qanunsuz daxil olub orada olan 01 ədəd 300 (üç yüz) manat dəyərində 300 litr su tutumlu çəni, 01 ədəd 1000 (bir min) manat dəyərində 3 ton su tutumlu çəni, 01 ədəd 100 (yüz) manat dəyərində su qızdırıcısı və 01 ədəd 50 (əlli) manat dəyərində 10 metr uzunluğunda dəmir su borusunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1450 (bir min dörd yüz əlli) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrar 10 may 2023-cü il tarixdə saat 19 radələrində özgə əmlakını gizli yolla talama məqsədi ilə iri və xırda buynuzlu heyvanlara qulluq etmək məqsədi ilə fəhlə olaraq işlədiyi Göygöl rayonu Quşqara kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evdə sonuncunun evdə olmamasından istifadə edərək evdə Zərərçəkmiş şəxs1 yataq otağına qanunsuz daxil olub yataq otağındakı uşaq beşiyinin içərisindəki döşəyin alt hissəsində saxladıqları, 1000 (bir min) manat dəyərində 2 ədəd qızıl üzüyü, 4000 (dörd min) manat dəyərində 1 ədəd qızıl boyunbağını, 500 (beş yüz) manat dəyərində 1 ədəd qızıl sırğanı və 2200 (iki min iki yüz) manat nağd pul gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar hesab edilən 7700 (yeddi min yeddi yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Göygöl rayonu Quşqara kəndində yaşayan Zərərçəkmiş şəxs1 3 il olar ki tanıyır. Belə ki, Göygöl rayonu Almədədli kəndində yaşayan Emin adlı şəxsin ünvanında uzun zaman fəhlə olaraq işləmişdir. Fəhlə lazım olduqca da yenə də gedib orada işləmişdir. Eminin vasitəsilə də Zərərçəkmiş şəxs1 tanımış və onun yaşadığı ünvanda tövlədə saxladığı mal-qara və xırda buynuzlu heyvanlara qulluq etmişdir. Təxminən 1 ay bundan əvvəl yenə də Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gedərək orada qalıb işləməyə başlamışdır. O, Zərərçəkmiş şəxs1 əmək haqqı almamış, yalnız gündəlik ehtiyaclarını qarşılamış, siqaret, içki və yeməyini vermişdir. 10 may 2023-cü il tarixdə saat 19 radələrində Xaqani və ailə üzvləri evdə olmadığı zaman onların yataq otağına gedib orada olan uşaq beşiyinin içərisindəki döşəyin altında olan nağd pul və qızıl zinət əşyalarını götürüb evdən çıxıb getmişdir. Gəncə şəhərinə gedərək mağazalardan spirtli içki və s. qidalar almışdır. Yolun kənarlarında yeyib içdikdən sonra Gəncə şəhəri Əziz Əliyev prospektində yerləşən futbol stadionuna gedib gecəni orada taxta oturacaqların üzərində yatmışdır. Səhər oyandıqda isə gecə yağış yağdığını və islandığımı görmüşdür. 2 gün orada qalaraq aldığı ərzaqlardan yeyib yatmışdır. 13 may 2023-cü il tarixdə stadiondan çıxaraq Gəncə şəhərinə tərəf getmişdir. Mağazalara girib qalan puldan da xərcləmişdir. Həmin gün də polis əməkdaşları onu Gəncə şəhərində saxlayaraq Göygöl rayon Polis şöbəsinə gətirmişlər. O, Zərərçəkmiş şəxs1 məxsus evdən 2200 manat nağd pul, 1 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğa oğurlamışdır. Başqa heçnə oğurlamamışdır. 2 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağını təqdim etmişdir, lakin 1 ədəd sırğanı və pulun bir qismini itirmişdir. Pulun qalan hissəsini isə xərcləmişdir. O, sərxoş halda olduğundan dəqiq xatırlamamış, lakin Gəncə şəhərində yerləşən stadionda yatdığı zaman 1 ədəd qızıl sırğa və pulun bir qismini cibindən salıb itirmişdir, 2 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağını isə istintaqa təqdim etmişdir. O, 2022-ci ilin yay aylarında, təxminən iyun ayında Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən evlərdən birində fəhlə işləyərkən orada olan evlərdən birinin həyətində dəmir su çənlərinin olması diqqətini çəkmişdir. Bir neçə gün sonra küçədə metal əşyalar alan motosikletin dayandığını və yanacaq tökdüyünü görüb ona yaxınlaşdır. Dəmir alıbalmadığını soruşduqda ondan özünə məxsus olub-olmadığını soruşmuşdur. O da özünə məxsus olduğunu demişdir. Bundan sonra o, dəmir su çənlərini gördüyü həyətə açılan darvazasını açıb həyətə daxil olmuşdur. Həyətdə 1 ədəd kiçik və 1 ədəd böyük tutumlu su çənlərini, 1 ədəd 10 metr uzunluğunda dəmir su borusunu və həyətdə olan yarımtikilinin içərisinə baxdıqda isə 1 ədəd də su qızdırıcısının olduğunu görüb həmin əşyaları metal alan şəxsə satmışdır. Dəmirləri həmin şəxsə 50 manata satmışdır. Həmin pula da içki almışdır. O, rayon ərazisində müxtəlif ünvanlarda fəhləlik etdiyi üçün evlərin bəzilərinin giriş darvazalarının açıq olmasını görmüşdür. Həmin evin darvazası da açıq olmuşdur. Orada hər hansı şəxsin yaşayıb-yaşamaması barədə məlumatı olmamışdır. Oğurluq hadisəsini törətdiyi zaman həyətə baxmış və heç kəsin olmadığını gördükdə içəri daxil olub oğurluq etmişdir. O, metal alan şəxsə orada yaşadığını və dəmir əşyaların özünə məxsus olmasını deyib aldatmışdır. O, metal alan şəxsdən ona köməklik göstərməsini istəmiş və o da ona köməklik göstərmişdir. O, həmin şəxsin kim olmasını bilməmiş, amma adının səhv etmirsə Razim olduğunu, motosikletin nömrəsinə isə fikir vermədiyini bildirmişdir. O, oğurluq hadisələrini tək törətmişdir. Yanında başqa heç kəs olmamışdır. Hal-hazırda özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri qismən ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, 2022-ci ilin payız aylarında Göygöl rayonu Almədədli kəndində yaşayan tanışı Emin ona zəng edərək Abbas adlı tanışının olduğunu və günəmuzd olaraq işlədiyini, hazırda da iş axtardığını, əgər ona heyvanları saxlamağa, heyvanların qulluğunu etməyə adam lazımdırsa onu apara biləcəyini demişdir. O da etiraz etməyərək razılamış və Abbas adlı şəxsi yaşadıqları ünvana gətirmişdir. Yaşadığı evdə də oğlu Malik ilə bir otaqda qalmışdır. Həmin vaxtı Abbas adlı şəxs 5-6 gün onlarla yaşayaraq heyvanlara qulluq etdikdən sonra bir gün mağazaya getmək adı ilə evdən çıxıb getmiş və geri qayıtmamışdır. Təxminən 5-6 gün bundan əvvəl Emin yenə də ona zəng edərək Abbasın Almədədli kəndində olduğunu və istəyərəmsə gəlib apara biləcəyini demişdir. O da yenə gedib Abbası yaşadığı ünvana gətirmişdir. Abbasa nə üçün çıxıb getdiyini soruşduqda da “eh nə bilim” demişdir. O da Abbasa 30 manat zəhmət haqqı verib yenə də onlarla qalmasını və heyvanlara qulluq etməyə davam etməsini demişdir. Ona zəhmət haqqı olaraq da ayda 250 manat pul verməyə razılaşmışlar. Payız vaxtı işləmək üçün gəldiyi zaman da həmin qiymətə razılaşmışlar. Abbas yenə də 5-6 gün idi ki onlarla yaşamış və işləmişdir. 10 may 2023-cü il tarixdə saat təxminən 17 radələrində Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan arvadı Akifənin əmisi Nəsibin səhhətində narahatlıq olduğundan onun ziyarətinə getmişlər. Həmin vaxtı Abbası da evdə qoyub getmişlər. Arvadı Arifə əvvəl evin qapısını kilidləmişdir, lakin sonradan geri qayıdaraq unutduğu, lakin hazırda nə olduğunu da xatırlamadığı əşyanı götürmüşdür. Onlar evin giriş darvazasını kilidləyərək çıxıb getmişlər. Saat təxminən 20:30 radələrində evə qayıtmışlar. Darvazadan içəri daxil olmuşlar. Evə girəndə qapının kilidinin açıq olduğunu gördükdə arvadı Arifə evdən çıxarkən qapının kilidini bağlamağı unutduğunu demişdir. Onlar təxminən 20-30 dəqiqə evdə olmuşlar, lakin Abbasın evdə olmadığını görmüşdür. Oğlundan Abbasın harada olduğunu soruşmuş, o, ətrafa baxıb Abbasın evdə olmadığını demişdir. Həmin vaxtı o, Abbasın evdən oğurluq etmiş ola biləcəyindən şübhələnmişdir. Arvadı Arifəyə evdə olan pul və qızıl-zinət əşyalarını diqqətlə yoxlamasını demişdir. Arvadı Arifə yataq otağında olan beşiyin içərisindəki döşəyin altında gizlətdikləri 2 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı və 1 cüt sırğanın, həmçinin 2200 (iki min iki yüz) manat nağd pulun yerində olmadığını demişdir. O, baxdıqda həqiqətən də pul və qızıl-zinət əşyalarının yerində olmadığını görmüşdür. Bundan sonra Abbasın onları oğurladığını başa düşərək DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, evdən getdikləri zaman Abbas evdə qalmış və arvadı 2-ci dəfə evə qayıdıb əşya götürən zaman evin qapısını bağlamağı unudaraq açıq qoymuşdur. Evə qayıtdıqdan sonra da Abbasın evdə olmadığını və çıxıb getdiyini gördükdə onun evdən oğurluq edə biləcəyindən şübhələnmişdir. Sonra da evdə olan 2200 manat pul və qızıl-zinət əşyalarının olmadığını gördükdə Abbasın oğurladığından əmin olmuşdur. Abbas adlı şəxs əvvəllər evdən heç bir oğurluq etməmişdir. Evdə hər hansı dağınıqlıq olmamışdır. Pul və qızıl-zinət əşyaları olduqları yerdən götürülmüşdür. Pul və qızıl-zinət əşyalarının olduğu otağın pəncərələri evin həyətinə tərəf baxmış və evin həyətində olan talvarın altında oturduqları zaman otağın içərisi görünmüşdür. Hadisədən bir gün əvvəl də arvadı Arifə həmin qızıllardan istifadə edib daha sonra yerinə qoymuşdur. Düşünür ki, Abbas da onlarla qaldığı dövrdə bunları müşahidə etmiş, pul və qızıl-zinət əşyalarının orada olduğunu bilmiş, ona görə də onların evdə olmamasından istifadə edərək oğurlayıb qaçmışdır. Evin arxa tərəfində tövlənin də yerləşdiyi hissədən, tor hasardan aşıb keçərək getmişdir. Belə ki, ev ilə tövlənin arasında bağça sahəsi vardır və ətrafı tor hasarla bağlanmışdır. Tövlənin arxa tərəfi də kənd yoludur. Boyunbağının qiyməti təxminən 4000 manat, üzüklərin hər biri 500 manat və sırğa isə 500 manat olmuşdur. Oğurluq nəticəsində ona təxminən 7700 (yeddi min yeddi yüz) manat ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərər qismən ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ona təhkim olunmuş inzibati ərazidə, ünvan 2 ünvanında yaşayır. Zərərçəkmiş şəxs2 əksər vaxtlarda Rusiya Federasiyasında yaşadığından burada olmamışdır. Zərərçəkmiş şəxs2 yaşadığı ünvandan oğurluq hadisəsinin baş verməsi barədə ona şifahi olaraq məlumat verdiyi zaman o, ona Göygöl rayon Polis şöbəsinə yaxınlaşaraq oğurluq hadisəsi barədə rəsmi qaydada ərizə verməsini izah etdikdə isə o, Rusiya Federasiyasından qayıtdıqdan sonra ərizə ilə müraciət edəcəyini ona bildirmişdir. 2023-cü ilin fevral ayında isə Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasından qayıtdıqdan sonra rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bu barədə Göygöl RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparıldıqdan sonra toplanmış material aidiyyəti üzrə istintaq bölməsinə göndərilmiş və fakta görə cinayət işi başlanmışdır. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində qeyd olunan cinayət hadisəsini törətmiş Gəncə şəhər sakini Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim olunmuş və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Zərərçəkmiş şəxs2 yaşadığı ev Göygöl şəhər avtovağzalının yaxınlığıdır və orada hər gün yüzlərlə avtomobil dayanır. O isə qeyd olunan ərazinin sahə rəisi olduğundan günün əksər saatlarında ərazidə, əsasən də avtovağzal ətrafında ictimai asayişin təmin olunması məqsədilə olmuşdur. Qeyd etmişdir ki, o, 2022-ci ilin təxminən iyun ayında, yəni oğurluq hadisəsinin baş verdiyi vaxtlarda Heydər Əliyev prospekti ev 20 ünvanının yaxınlığında metal alan qırmızı rəngli və arxasında qoşqusu olan motosiklet olması diqqətini çəkmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəlləninm 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs2 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə cinayət proses iştirakçılarının məhkəmə araşdırmasının tamamlanmasına dair rəylərini nəzərə alaraq zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayından fevral ayının 22-dək Göygöl rayonunda olmuş və həmin vaxt evindən heçnə oğurlanmamışdır. Daha sonra isə Rusiya Federasiyasına getmişdir. 2022-ci ilin oktyabr ayında oğlu X1 rayonunda olan zaman o, həyətlərində olan onlara məxsus 2 ədəd su çəninin, hamamda olan su qızdırıcısının və onların dəmir ayaqlıqlarının olmamasını görmüş, hətta onlarla eyni həyətdə yaşayan qonşuları Ulduz adlı qadın oğlu Elşənə onun su çənini satmasını soruşmuşdur. Həmin vaxt oğlu Elşən ona bu barədə məlumat vermiş və ona oğurluq olması aydın olmuşdur. X17 bu barədə ərazinin polis sahə rəisi Şahid də şifahi məlumat vermişdir. 15 yanvar 2023-cü il tarixdə o, Azərbaycana gəlmiş və ünvanına getdikdə görmüşdür ki, həyətində olan 1 ədəd 3 tonluq dəmir materialdan olan su çəninin, 1 ədəd 300 litr tutumlu dəmir materialdan olan su çəni, 3 tonluq su çəninin 1,5 metr hündürlükdə 4 ədəd dəmir ayaqlığın, hamamdan isə 1000-lik ölçüdə, 2 metr hündürlükdə dəmir qızdırıcının (kalonka), 0,20 metr hündürlükdə dəmir altlığın, hamamın təxminən 10 metr uzunluğunda dəmir su borusunun olmamasını görmüşdür. Bu barədə qonşulardan maraqlanan zaman ona məlum olmuşdur ki, onun həyətindən və həyətda yerləşən hamamdan oğurluq 2022-ci ilin iyun ayının ortalarında dəqiq məlum olmayan tarixdə olmuşdur. Bu səbəbdən də DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, eyni zamanda Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Onun evi ümumi yaşayış məhləsində yerləşir. Evin həyəti isə tək onun deyil, ümumi qonşuların istifadəsindədir, həyətin darvazası da bu səbəbdən daim açıq olmuşdur. Belə ki, həyət onun xüsusi mülkiyyəti deyil. Lakin ona məxsus hamam onun xüsusi mülkiyyətindədir, hamam həyətdə yerləşir və hamamın qapısında qıfıl yoxdur. Naməlum şəxs(lər) evə daxil olmamış, oradan heç bir oğurluq etməmişdir. Oğurluq olmasını aşkar etdikdən sonra o, qonşuları Ulduz və Nərgizdən maraqlandıqda onlar, 2022-ci ilin iyun ayında Bakı şəhərində olmalarını, Bakı şəhərindən qayıtdıqdan sonra su çənlərinin həyətdə olmamasını gördüklərini demişlər. o, ordan qənaətə gəlmişdir ki, oğurluq 2022-ci ilin iyun ayında dəqiq məlum olmayan tarixdə baş vermişdir. Evinin yerləşdiyi ümumi istifadədə olan həyətdən ona məxsus 600 manat dəyərində 1ədəd 3 tonluq dəmir materialdan olan su çəni, 1 ədəd 200 manat dəyərində 300 litr tutumlu dəmir materialdan olan su çəni, 50 manat dəyərində 3 tonluq su çəninin 1,5 metr hündürlükdə 4 ədəd dəmir ayaqlığı, hamamdan isə 500 manat dəyərində 1000-lik ölçüdə, 2 metr hündürlükdə dəmir qızdırıcının (kalonka), və təxminən 100 manat dəyərində 0,20 metr hündürlükdə qızdırıcının dəmir altlığı və hamamın təxminən 10 metr uzunluğunda dəmir su boruları oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumi olaraq 1450 (min dörd yüz əlli) manat ziyan dəymişdir. Oğurluq edilməsində şübhələndiyi şəxs olmamışdır. Lakin onu qeyd etmişdir ki, qaynı X8 ona 2022-ci ilin iyun ayında onun evinin qarşısında “Qazel” dayanmasını, oraya getdikdə polis sahə rəisi Şahid orada görməsini demişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, ilkin araşdırma zamanı Göygöl rayonu Quşqara kəndində yerləşən oğurluq hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, ilkin araşdırma zamanı ünvan 3 ünvanında yerləşən oğurluq hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 iyun 2023-cü il tarixli 9/4393 nömrəli ekspert rəyindən məlum olur ki; Adı və markalanma göstəriciləri Bir qramının Ümumi Qram qiyməti qiyməti (manatla)

1. 01 ədəd 583 əyarlı, 30 qram çəkidə qızıl boyunbağı 30 85 2550

2. 01 ədəd 583 əyarlı, 30 qram çəkidə qızıl boyunbağı 5,7 85 484,5

3. 01 ədəd 583 əyarlı, 30 qram çəkidə qızıl boyunbağı 5,4 85 459

4. 01 ədəd 583 əyarlı, 30 qram çəkidə qızıl boyunbağı Aydın 0 0 deyil Cəmi: 3493,50

Ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3493,50 manat müəyyən edilir. Digər 1 adda qızıl-zinət əşyası haqqında kifayət qədər məlumat (çəkisi) olmadığından həmin əşya üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə Göygöl şəhəri Heydər Əliyev prospektində ifadənin yerində yoxlanması istintaq hərəkətləri keçirilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus əşyaları oğurladığı ünvanı və yeri göstərməsi, həmin əşyaları haradan və necə götürməsi, götürdükdən sonra hansı istiqamətdə getməsini göstərməsi təklif edilmiş, təqsirləndirilən şəxs Əliyev X10 şəhəri Heydər Əliyev prospekti ev 20 ünvanının giriş qapısını göstərərək evin həyətyanı sahəsinə həmin qapıdan girdiyini, zərərçəkmiş şəxsə məxsus həyətdə olan dəmir materialdan olan əşyaların olduqları və götürdüyü yerləri göstərərək həmin əşyaları küçədə dayanmış metal alan tanımadığı şəxsə elə oradaca satdığını bildirmiş və hadisə vaxtı davranışlarını əyani şəkildə göstərmişdir. Bu barədə protokol tərtib edilmiş Təqsirləndirilən şəxs yerində göstərdiklərinə əsasən fotoşəkillər çəkilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə qarnizonu Hərbi Tribunalının xx.xx.1991-ci il tarixli hökmü ilə AR CM-nin 242 maddəsinin “A”, 143-cü maddəsinin 2-ci, 185-ci maddəsinin 1-ci və 38-ci maddələri ilə əmlakı müsadirə olunmaqla 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, AR Milli Məclisinin xx.xx.1992-ci il tarixli Amnistiya qərarının 8-ci maddəsinin “A” bəndinə əsasən azad edilmiş, xx.xx.1992-ci il tarixdə Şəmkir RDİŞ tərəfindən AR CM-nin 213-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib AR Milli Məclisinin xx.xx.1992-ci il tarixli Amnistiya qərarının 1-ci maddəsinin “A” bəndinə əsasən azad edilmiş, Gəncə şəhəri Kəpəz rayon Xalq məhkəməsinin xx.xx.1993cü il tarixli hökmü ilə AR CM-nin 143-cü maddəsinin 3-cü hissəsinə əsasən əmlakı müsadirə olunmaqla 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib xx.xx.1997-ci ildə cəzasının sonu ilə azad edilmiş, Kəpəz rayon Xalq məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə AR CM-nin 93-3-cü maddəsinin 3-cü, 226-1-ci maddəsinin 1-ci, 38-ci maddələri ilə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, Binəqədi rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən 2 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3, 221.3-cü maddələri ilə 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu təkrar yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs zərəri qismən ödəməsini CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 may 2023cü il tarixdən 07 sentyabr 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutların – 01 ədəd qızıl boyunbağı və 02 ədəd qızıl üzüyün - sahibinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X13rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdən 07 sentyabr 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə şəhəri ünvan 4 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutların – 01 ədəd qızıl boyunbağı və 02 ədəd qızıl üzüyün - sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hаkim: Əyyub Kərimov.

İş № 1(066)-93/2023 Azərbaycan Respublikası adından

HÖKMDƏNÇİXARİŞ

Göygöl Rаyоn Məhkəməsi

07 sentyabr 2023-cü il Göygöl şəhəri.

Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə,

Təqsirləndirilən şəxs: xx.xx.1971-ci ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkumluğu ödənilmiş, Gəncə şəhəri Kəpəz rayonu, Tağı Arani küçəsi 1-ci döngə, ev 7, mənzil 22-də daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdən 07 sentyabr 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə şəhəri ünvan 4 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutların – 01 ədəd qızıl boyunbağı və 02 ədəd qızıl üzüyün - sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar