Məhkəmə qərarları › İş №1(066)-93/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-93/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-93/2024 27.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiiəçi X4, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxx 1975-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Aslanoğlu şirkətində sürücü işləyən, əvvəllər məhkum olunmuş, Göygöl şəhəri Ə.Şıxlinski küçəsi ev 62-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinə 27 sentyabr 2024-cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə saat 14 radələrində Göygöl rayonu ərazisində yerləşən “Duzlu göl” adlanan gölün yaxınlığında, 2024-cü ilin aprel ayında Zərərçəkmiş şəxs satdığı kömürün pulundan borclu qaldığı 50 manat pulu mobil telefonla danışıq zamanı istəyərkən Zərərçəkmiş şəxs pulu başqa şəxsə deyil onun özünə verəcəyini deməsi səbəbindən aralarında sözlə yaranmış mübahisəni davam etdirmək üçün Zərərçəkmiş şəxs “Duzlu göl” adlanan əraziyə çağırmış, sonuncu həmin yerə gəldikdə borclu olduğu pulu nəyə görə başqa şəxsə verməyəcəyini deməsinə irad bildirdikdə onu nalayiq ifadələrlə söyüb, təhqir etməklə , eləcə də yerdən daş götürüb ona atmaq istəməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı özü ilə gətirdiyi balta ilə Zərərçəkmiş şəxs vurub ona sol bazu nahiyyəsinin sıyrığı xəsarəti, yerdən götürdüyü daşla sonuncuya ataraq sağ əlin İV barmağının yumşaq toxumalarının əzilməsi, yarası xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur İşin halları: Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2024cü ilin aprel ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda o, Təqsirləndirilən şəxs zəng edərək Gəncədə olan tanışına kömür aparıb verməsini bildirmişdir. Həmin gün Vüqar onun tanışına aparıb kömür vermiş, pulunu isə Vüqar gəlib ondan almış, lakin 50 manat borcu qalmıış, sonra verəcəyini bildirmişdir. Vüqara xatırladığına görə təxminən dır. xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində Vüqarla Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən “Əkizlər” adlı marketin yaxınlığında rastlaşmışlar. Həmin vaxt Vüqar ondan pul borcunu istəmişdir. O, evə getdiyini bildirmiş, istəyirsə pulunu, istəyirsə də 3 kisə kömürü gəlib götürməsini demişdir. Daha sonra oradan çıxıb getdikdən təxminən yarım saat sonra Təqsirləndirilən şəxs zəng etmiş, danışıq zamanı gəlib yaşadığı ünvandan pulu götürməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs danışıq zamanı özünün gələ bilməyəciyini, başqa adam göndərəcəyini, pulu həmin şəxsə verməyini demişdir. O, ona cavab olaraq bildirmişdir ki, başqa adamı tanımır, onu tanıyır. Bu səbəbdən telefonla danışan zaman aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadə işlədib, ona “kişisənsə Duzlu gölun yanına gəl” demişdir. Həmin vaxt o, evdə olmuş, qardaşı Nəsib və qardışının dostu Şahid1 yanında olmuşdur. Nəsib və Fəxrəddin də onunla birlikdə gələcəklərini bildirmişlər. Onlar həmin gün təxminən saat 13 radələrində Fəxrəddinin idarə etdiyi avtomobillə Göygöl rayonu ərazisində yerləşən “Duzlu göl” adlanan yerə getmişlər. Orada Təqsirləndirilən şəxs təpənin üzərində oturduğunu görmüşdür. Qardaşı Nəsib onu səsləyərək aşağıya düşməsini bildirmiş və söhbət edib aydınlaşdırarıq demişdir. Lakin Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədətmişdir. O, Təqsirləndirilən şəxs doğru gedib, niyə onu bura çağırdığını soruşduqda, yanına qoymuş olduğu baltanı götürüb onun üzərinə doğru gəlmiş və bir dəfə balta ilə sol qoluna vurmuşdur. Vüqar onu vura bilməsin deyə o, geriyə çəkilmiş, həmin vaxt isə Vüqar ona doğru bir neçə dəfə daş atmış və daş onun sağ əlinin barmağına dəyib xəsarət yetirmişdir. Sonra baltanı çəkib Vüqarın əlindən almışdır. Daha sonra isə o, Vüqarın əlindən aldığı baltanıda götürüb Göygöl RPŞ-yə gəlmiş və ərizə ilə mürtaciət etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istədiyinə və dəyən ziyanı ödədiyinə görə onu bağışlamış və onunla barışmışlar. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışı olmaqla, hal-hazırda əməlindən peşman olmaqla, ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Orucov X8 rayon sakini kimi tanıyır. 2024-cü ilin aprel ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Zərərçəkmiş şəxs ona zəng edərək, Gəncədə tanışının olduğunu, ona 12 kisə aparıb kömür verməyini bildirmişdir. O, Göygöl rayonu, Toğanalı kəndində tanımadığı şəxsdən aldığı kömürü aparıb Zərərçəkmiş şəxs dediyi tanımadığı şəxsə Gəncə şəhərində vermişdir. Həmin şəxs pulu Raminin kartına göndərəcəyini demişdir. Ramin bundan təxminən 3-4 gün sonra kömürün pulunun bir qismini qaytarsada 54 manatını sonra verəcəyini demiş və ondan vaxt istəmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində Göygöl şəhəri ərazisində yerləşən “Əkizlər” adlı marketin yaxınlığında Zərərçəkmiş şəxsla qarşılaşmış ona olan borcunu qaytarmasını bildirmişdir. O, isə cavab olaraq “nolub, nədi, dəqiqə başı məni niyə bezdirirsən” demişdir. Daha sonra ona qapıya gəl pulunu verirəm demişdir. Sonra isə çıxıb getmişdir. Getdikdən təxminən yarım sonra Ramin ona zəng etmiş və danışıq zamanı onu yaşadığı ünvana çağırmış, demişdir ki, ya gəlib pulu aparsın, ya da 3 kisə kömürü aparsın. O, həmin vaxt işi ilə əlaqədar Gəncə şəhərinə getməli olduğu üçün Raminə demişdir ki, taksi göndərsin, taksiyə verər. O isə cavab olaraq, başqa adama pul verməyəciyini, özünün gəlməli olduğunu demişdir. Bu zaman telefonda mübahisə yaranmış, danışıq zamanı o, Raminin yaşadığı ünvana gəlməyəciyini demiş, əsəbiləşərək Raminin ünvanına nalayiq ifadə işlətmiş, o da cavab olaraq onun ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman Raminə “sənin qapına gəlmirəm, başqa hara deyirsən gəlim orda görüşək” demiş, ona Göygöl rayonu ərazisində yerləşən “Duzlu göl” adlanan yerə getdiyini, onu da oraya gəlməsini demişdir. O, avtomobillə “Duzlu göl”l adalan yerə getmiş və orada oturub Ramini gözləmişdir. O, Raminin tək gəlmədiyini düşünüb avtomobilin yük yerində olan ağac saplı baltanı düşürmüş və “Duzlu göl” adlanan ərazidə yerləşən təpənin üzərində oturmuşdur. Ramin tək gəlməmiş, başqa iki nəfər şəxslə gəlmişdir. Zərərçəkmiş şəxs və qardaşı Şahid2 avtomobildən düşüb ona doğru yaxınlaşmışlar, Nəsib onun və ailə üzvlərinin ünvanına nalayiq ifadə işlətmiş və ona daş atmışdır. O, da onlara daş atmışdır. Onların atdığı daşlardan biri onun qoluna dəymişdir. Həmin vaxt o, Ramin və Nəsibin üzərinə doğru gəldiyini görüb, baltanı sağa sola doğru hərəkət etdirirək özünü müdafiə etmək istəmişdir. Bu zaman balta Raminə dəymişdir.Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır. Zərərçəkmiş şəxs hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsinə razıdır və bunu xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs onu bağışlayıb, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdiyinə görə o, da barəsində olan cinayət təqibinə xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 22 aprel 2024-cü il tarixdə təxminən saat 13 radələrində o, dostu Şahid2, onun qardaşı Zərərçəkmiş şəxsla yaşadıqları evdə oturub çay içərkən, Raminin kiminləsə telefonda mübahisə etdiyini eşitmişlər. Nəsib Ramindən nə məsələ olduğunu soruşduqda, əvvəllər tanımadığı adı ona sonradan məlum olan Vüqar adlı şəxsə 50 pul verəcəyinə görə, arlarında mübahisələrinin olduğunu, həmin şəxsin onu Göygöl rayonu ərazisində yerləşən “Duzlu göl” adlanan yerə çağırdığını demişdir. O, və Nəsib onlar arasında münaqişə baş verməsindən narahat olub, Raminlə birlikdə ona məxsus “vito” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Duzlu göl” adlanan yerə getmişlər. Onlar həmin yerə çatan zaman Vüqar adlı şəxsin təpənin üzərində oturduğunu görmüşlər. Onlar avtomobildən düşdükdən sonra Nəsib Vüqara səslənərək aşağıya düşməsini bildirmiş və söhbət edib aydınlaşdırarıq demişdir. Ramin isə Vüqara tərəf gedə-gedə, ona aşağı düşməsini bildirmişdir. Vüqar isə cavab olaraq nəyə aşağı düşürəm deyib, nalayiq ifadə işlədə-işlədə yanına qoymuş olduğu ağac saplı baltanı əlinə alaraq fırlada-fırlada Raminə doğru gəlmişdir. Həmin vaxt Vüqar əlində olan balta ilə Raminin sol qoluna vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs baş vermiş münaqişə ilə bağlı rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş və Vüqarın əlindən alaraq özü ilə gətirdiyi ağac saplı baltanı təqdim etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş ifadəsi, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə cinayət işini nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsinin Məhkəmə-ballistik ekspertizasının 21 avqust 2024-cü il tarixli 16/848 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən bir ədəd balta kustar üsulla hazırlanmış, təsərrüfatməişət təyinatlı alıtdir və souq silah hesab edilmir. Adı çəkilən Mərkəzin 21 avqust 2024-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 31 (otuz bir) manat, 50 (əlli) qəpik təşkil edir. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquq şəxsi Göygöl rayon şöbəsi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli, 224 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ekspert müayinəsində keçərkən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin İV barmağın yumşaq toxumalarının əzilməsi, yarası, sol bazu nahiyyəsinin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 22 aprel 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN BƏSİİ-in tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon MKT İB-nin tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Göygöl rayon MKT İB-nin tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri Ə.Şıxlinski küçəsi ev 62-də qeydiyyatda olmaqla yaşa yaşayır. Himayəsində 1 nəfər azyaşlı uşaq vardır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, əməlindən peşman olmasını, himayəsində 1 nəfər azyaşlı uşaq oolmasını, zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Dövlət ittihamçısı çıxışında göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona vurduğu ziyanı tam həcmdə ödədiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Hüquqi məsələlər: 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci madddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə işin tədqiq edilən hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün barəsində cinayət təqibinə xitam verilməli, 31 (otuz bir) manat, 50 (əlli) qəpik məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-in 321.2.1-ci və 381-384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs 31 (otuz bir) manat, 50 (əlli) qəpik məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. Qərardan elan olunan vaxtdan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar